Press "Enter" to skip to content

Polşa xx əsri n sonu xxi əsrin əvvəllərində

XX əsrin əvvəllərində siyasi qüvvə və hərəkatlar, əsası hələ XIX əsrin ikinci yarısında qoyulmuş dörd istiqamətdə cəmləşmişdi. Onlardan biri «maarifçi demokratlar» hərəkatı idi. Bu hərəkatın formalaşmasında «Əkinçi» (1875-1877), «Ziya» (1879-1881) və «Qafqazın ziyası»( 1881-1894) qəzetlərinin və «Kəşkül» (1887-1894) jurnalının mühüm rolu olmuşdu. Bu hərəkatın görkəmli nümayəndələri M.F.Axundov, H.B.Zərdabi, N.Nərimanov, S.Ə.Şirvani, M.T.Sidqi, H.Mahmudbəyov, R.Əfəndiyev, S.M. Qənizadə və b. idi.
İkinci ictimai hərəkat inqilabçı demokratlar idi. Bu hərəkatın formalaşmasında «Molla Nəsrəddin», «Dəbistan» jurnallarının, M.Ə.Sabir poeziyasının müstəsna əhəmiyyəti olmuşdu,
Azərbaycanda milli-demokratik hərəkatın formalaşması da bu dövrə aiddir. Milli-demokratik fikrin əsasları hələ XDC əsrin ikinci yarısında verilmişdi. Bu cəhətdən M.F.Axundovun fəlsəfi və dram əsərləri, H.B.Zərdabinin «Əkinçi» qəzeti və s. müstəsna əhəmiyyətə malik idilər. Ümumən milli demokratik fikrin formalaşdırılmasında Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Məmməd Əmin Rəsulzadə, Üzeyir bəy Hacıbəyov, Ə.M.Topçubaşov və b. böyük xidmət göstərmişdilər. Bu ideyaların təbliğində «Həyat», «Füyuzat», «İrşad», «Təzə həyat», «Şəlalə», «Açıq söz», «İqbal» və b. mətbu orqanların müstəsna rolu olmuşdur.
XX əsrin əvvəllərində Azərbaycanda, xüsusən Bakıda geniş yayılan ictimai-siyasi hərəkatlardan biri də sosialist-demokratiya hərəkatı idi. O, fəhlə ideologiyasını təmsil edirdi. Bu hərəkatın başında əsasən qeyri-azərbaycanlılar dururdular. Onlardan P.Toçiyskini, A.Yenukidzeni, S.Avetisyanı, İ.Krasini, A.Begzadyanı, B.Knunyantsi, İ.Sturuanı, V.Ketsxovelini və b. göstərmək olar. Bu hərəkata azərbaycanlılardan da qoşulanlar var idi. Ə.Axundov, N.Nərimanov, M.Əzizbəyov, S.M.Əfəndiyev, M.Məmmədyarov, M.B.Qasımov və b. bu qəbildən idilər. Əvvəllər M.H.Hacınski, M.Ə.Rəsulzadə də bu hərəkatda iştirak etmişdilər. Lakin sonralar onlar bu hərəkatdan uzaqlaşmışdılar.
Əslində bu hərəkat Azərbaycanda Ümumrusiya sosialist və sosial-demokratiya hərəkatının tərkib hissəsi, onun filialları kimi fəaliyyət göstərirdi.
Sözügedən ictimai hərəkatların hərəsinin özünəməxsus qayəsi var idi. Birincilər Azərbaycanın səadətini maariflənmədə, mədəniyyətin inkişafında, ikincilər cəmiyyətin nöqsanlarını, yaramazlıqlarını kəskin tənqid etməkdə, üçüncülər milli azadlıq, heç olmasa, demokratik Rusiya tərkibində milli muxtariyyət əldə etməkdə və nəhayət, dördüncülər mövcud cəmiyyəti radikal yolla dəyişdirməkdə görürdülər. Dördüncülər, xüsusən inqilabi sosial-demokratiya (bolşeviklər) milli parçalanma, vətəndaş müharibəsi yolu ilə cəmiyyəti dəyişdirməyə üstünlük verirdilər.
Beləliklə, bu dövrdə Azərbaycanda çarizmə qarşı sosial ədalət və milli azadlıq uğrunda mübarizə aparan qüvvə üç istiqamətdə qruplaşmışdı: birinci, sosialist və sosial-demokratik qüvvələrin başçılıq etdiyi fəhlələrin, əsasən rus dilli fəhlələrm istismara qarşı mübarizəsi, ikinci milli demokratiyanın nüfuzu altında olan qüvvələrin müstəmləkəçiliyə qarşı milli-azadlıq mübarizəsi və üçüncü, mövcud quruluşla barışmağa hazır olan liberal burjuaziyanın nüfuz dairəsində olan qüvvələrin barişdırma mübarizəsi. Millətlərin öz müqəddəratını təyin etmək hüququ barədə şüarını proqramına daxil etmiş sosial-demokratiyanın mübarizəsi çox vaxt milli-azadlıq uğrunda mübarizə aparan milli demokratiyanın məqsədləri ilə üst-üstə düşürdü. Məhz buna görə də milli vilayətlərdə sosial-demokratiyanın başçılıq etdiyi fəhlə çıxışları milli-azadlıq mübarizəsi kimi də səciyyələnirdi.
XIX — XX əsrlərin hüdudları Azərbaycanda da islamçılıq (panislamizm) və türkçülük (pantürkizm) ideya cərəyanlarının formalaşması ilə də səciyyələnir. Azərbaycanlılarda özünüdərketmənin inkişafında bu ideya cərəyanlarının çox mühüm rolu olmuşdu. Tanınmış Azərbaycan ziyalılarından Ə.Hüseynzadə, Ə.Ağayev, Ə.M.Topçubaşov, M.Ə.Rəsulzadə və b. Azərbaycanda türkçülüyün əsasım qoymuş, islamçılıqla yanaşı, türkçülük ideyalarının formalaşdırılması və yayılmasında fəal iştirak etmişdilər. Onlar dil, etnik və milli fərqlərdən asılı olmayaraq islam dininə itaət edənləri islamçılıq ideyaları əsasında birləşməyə çağırmışdılar.
Çarizmə qarşı fəhlə hərəkatı tarixində Bakı proletariatının 1903-cü il iyul və 1904-cü il dekabr tətillərinin xüsusi yeri olmuşdur.
Bakı fəhlələrinin 1903-cü iyul tətili iyulun 1-də (14-də) erməni Xatisovun zavodunda başlayaraq tezliklə Bakının Qara və
Ağ şəhərlərini, Bibiheybəti, Balaxanı-Sabunçu neft sənaye rayonunu əhatə etmişdi. O, kütləvi xarakter almışdı. Tətildə 40 mindən çox adam iştirak etmişdi. Bu tətildə azərbaycanlı fəhlələr də iştirak edirdilər. Əvvəlki tətillərdən fərqli olaraq bu tətildə tətil, mətbuat, yığıncaq azadlıqları kimi siyasi tələblər də irəli sürülmüşdü.
Güclü təqib və təzyiqlərə baxmayaraq tətil hərəkatı iyulun 22-nə kimi davam etmişdi. Cüzi tələblərin ödənilməsi istisna olmaqla, ümumən tətilçilərin əsas tələbləri yerinə yetirilməmiş qalmışdı.
Bakı fəhlələrinin 1903-cü il iyul tətili Rusiyada fəhlə çıxışlarının yüksəlməsinə böyük təsir göstərmişdi. Onun təsiri ilə Tiflisdə, Batumidə, Odessada, Kiyevdə, Yekatirinoslavda, Novorossiyskdə və b. şəhərlərdə tətillər baş vermişdi.
Bu tətil nəinki Rusiyada, habelə Avropa ölkələrində müzakirə obyektinə çevrilmişdi. Alman sosial-demokratı A.Bebel onu alman sosial-demokratlarının reyxstaq seçkilərindəki böyük qələbəsinə bərabər mühüm hadisə kimi qiymətləndirmişdi.
Bakı fəhlələrinin ən əzəmətli inqilabi çıxışlarından biri də 1904-cü il dekabr tətilidir. O, birinci olaraq «Balaxanı və Bibiheybət fəhlələri təşkilatının» dekabrın 12-dəki çağırışına qoşulan «Xəzər-Qara dəniz cəmiyyəti» fəhlələrinin tətili ilə başlamışdı. Dekabrın 14-17-də sənaye fəhlələri ilə yanaşı ticarət, nəqliyyat və kiçik emalatxanaların işçiləri də tətilə qoşulmuşdular. O, kütləvi xarakter almışdı. Tətildə 50 minədək adam iştirak etmişdi. Tətilə hələ dekabrın 13-də yaradılmış tətil komitəsi rəhbərlik edirdi. Komitənin tərkibinə A.Çaparidze, İ.Fioletov, A.Stopani daxil idi. Neft sahibkarlarına təqdim olunmaq üçün tətil komitəsi tərəfindən 34 maddədən ibarət tələbnamə hazırlanmışdı. Onların əksəriyyəti iqtisadi tələblər idi. Onlar tələbnaməyə şendrekovçular tərəfindən daxil edilmişdi. Tətil hərəkatının ara verməyib gücləndiyini görən neft sahibkarları verilən tələblər əsasında danışıqlara getməyə məcbur olmuşdular. Tətilçilər və neft sahibkarları tərəfindən seçilmiş 15 nəfərlik komissiyanın dekabrın 15-dən etibarən apardıqları müştərək danışıqlar dekabrın 30-da uğurla başa çatmışdı. Hər iki tərəfin nümayəndələri tərəfindən müştərək müqavilə imzalanmışdı. Bu müqavilə Bakı fəhlələrinin mübarizə tarixinə «Mazut Konstitusiyası» adı ilə daxil olmuşdur. Fəhlələr onu belə adlandırırdılar. Bu fəhlə tətil hərəkatının böyük qələbəsi idi.
Bakıda 1904-cü ildə dekabr fəhlə tətili tarix ədəbiyyatında Rusiyada 1905-cı ilin yanvar-fevral aylarında başlanan fəhlə çıxışları üçün siqnal hadisəsi və 1905 — 1907-cı illər inqilabının müjdəçisi kimi qiymətləndirilmişdir.
Doğrudan da, bu tətildən cəmi 9 gün sonra, 1905-ci il yanvarın 9-da Rusiyada 1905 — 1907-ci illər inqilab* başlamışdı.
1905 — 1907-ci illər inqilabı dövründə də Azərbaycanda fəhlə çıxışları davam edirdi. 1905-ci ilin yaz-yayında Azərbaycanı fəhlə tətilləri və kəndli çıxışları bürümüşdü. Bakıda, Gəncədə, Ağstafada, Yevlax və Hacıqabulda dəmiryolçular tətil etmişdilər. Yayda Bakının bütün sənaye müəssisələrinin dörddə üçünü tətil hərəkatı əhatə etmişdi. Kəndli hərəkatı geniş miqyas almışdı, Kəndlərdə qaçaqçılıq geniş yayılmışdı. Təkcə Yelizavetpol quberniyasında Qandal Nağının, Əli Məhərrəm oğlunun, Kərbəlayı Əskərin başçılığı ilə qaçaqçılıq hərəkatı başlamışdı.
1905-ci il dekabr Moskva silahlı üsyanının məğlubiyyətindən sonra Rusiyada fəhlə çıxışlarının getdikcə zəifləməsinə baxmayaraq 1905 — 1907-ci illərdə Azərbaycanda fəhlə tətilləri və kəndli çıxışları davam edirdi. 1906-cı ildə lıərbçilərin, məktəblilərin çıxışları baş vermişdi. Nuxa, Qazax, Cavanşir, Quba, Göyçay qəzalarında və Zaqatala dairəsində kəndlilərin qaçaqçılıq hərəkatı fəallaşmışdı. Təkcə Nuxa qəzasında 10 qaçaq dəstəsi fəaliyyət göstərirdi. 1907-ci ilin yanvarında Bakıda 7000-dən çox sənaye fəhləsini əhatə edən 32 tətil baş vermişdi. 1907-ci ilin ikinci yarısında 91 tətil keçirilmişdi. 1907-ci il noyabrın 22-də keçirilən birgünlük siyasi tətildə 50 min adam iştirak etmişdi.
Qatı müstəmləkəçilik siyasəti yürüdən Çar hökuməti fəhlə və kəndli çıxışlarının qarşısını almaq üçün 1905 — 1907-ci illərdə
Azərbaycanda milli qırğın — erməni-müsəlman qırğını təşkil etmişdi. Ermənilərin «Böyük Ermənistan» xülyasını coşduraraq azərbaycanlılara qarşı soyqırımı təşkil edilmişdi. 1905-ci il fevralın 6 — 9-da Bakıda, may-iyun aylarında İrəvan, Naxçıvan, Şuşa, Cəbrayıl, Qaryagin (indiki Füzuli), Zəngəzur qəzalarında azərbaycanlıların kütləvi qırğınları törədilmişdi. 1905-ci ilin sentyabrında Qazax şəhəri ermənilər tərəfindən yandırılmışdı, 1905-ci il noyabrın 15 — 18-də Gəncədə, 20 — 24-də Tiflisdə azərbaycanlılar qırğına məruz qalmışdılar. Bu qırğınlar zamanı görkəmli Azərbaycan yazıçısı M.S.Ordubadi bu hadisələri «Qanlı illər» əsərində sənədlər əsasında genişliyi ilə məlumatlandırmışdı.
Azərbaycan tarixinin XX əsrin əvvəlləri dövrü siyasi partiya və təşkilatların meydana gəlməsi ilə də səciyyələnir. Bu da Azərbaycan cəmiyyətində də siyasi fəallaşmanın yüksəlməsi ilə əlaqədar idi. Azərbaycanda ilk siyasi təşkilat hələ XIX əsrin 90-cı illərində meydana gəlmiş ilk sosial-demokrat dərnəklərin birləşdirilməsi əsasında 1901-ci ildə yaradılan RSDFP-nin Bakı Komitəsi olmuşdu. O, Azərbaycanın milli adət-ənənələrindən xəbəri olmayan, kənardan gəlmiş və əsasən rus dilli adamlar tərəfindən yaradılmışdı. Həmin təşkilatda da başlıca olaraq rus dilli fəhlələr birləşmişdi. Ona görə də onun təsiri Bakıdan kənara çox yayıla bilməmişdi.
Azərbaycanda ilk milli partiya M.Ə.Rəsulzadənin hələ 17 yaşında ikən yaratdığı «Müsəlman gənclik təşkilatı» olmuşdu. Bir az sonra o, «Müsəlman demokratik «Müsavat» Cəmiyyəti» adı ilə gizli fəaliyyət göstərmişdi. Bu təşkilatın bir qolu da Güney Azərbaycanda yaradılmışdı. 1904-cü ilin oktyabrında bir qrup müsəlman sosialistləri: M.Mövsümov, M.Ə.Rəsulzadə, M.H.Hacınski və b. tərəfindən həmin cəmiyyətin əsasında müsəlman sosial-demokrat təşkilatı — «Hümmət» yaradılmışdı. O. «E1 bir olsa, dağı oynadar yerindən» devizi ilə eyni adlı qəzet nəşr etdirmişdi. Sonralar bu təşkilata N.Nərimanov, M.Əzizbəyov, S.M.Əfendiyev de daxil olmuşdu.
«Hümmət»in yerlərdə şöbələri də yaradılmışdı, O cümlədən Tiflisdə də menşevik istiqamətli «Hümmət» təşkilatı yaradılmışdı. Əvvəllər təşkilata A.Yüzbaşov, Ə.Bayramov, Ə.H.Qarayev, M.Mirheydərzadə və b. daxil idi. Sonralar ona İ.Əbilov, Ə.Şeyxülislamov, S.Ağamalı oğlu da daxil olmuşdu. Onun əsas lideri S.Ağamalı oğlu olmuşdu.
1905-ci ilin noyabrında eser partiyasının hələ 1903-cü ildə yaradılmış Bakı təşkilatı «İttifaq» adı ilə müstəqil partiyaya çevrilmişdi,
1904-cü ildə Bakıda Şendrikov qardaşları tərəfindən «Balaxanı və Bibiheybət fəhlələri İttifaqı» adlanan menşevik təşkilatı yaradılmışdı. Sonralar o, «Bakı fəhlələri ittifaqı» adını almışdı.
1905-ci ilin fevralında Gəncədə «Sosial-federalistlərin türk inqilabı komitəsi» yaradılmışdı. O, Azərbaycana muxtariyyət verilməsi, federativ Rusiya yaradılması ideyasını irəli sürmüşdü.
1905-ci ilin yayında Gəncədə Şəfı bəy Rüstəmbəyovun başçılığı ilə «Qeyrət» adlı qrup yaradılmışdı. O, sonradan «Qeyrət» partiyasına çevrilmişdi. Onun yaradılmasında Ələkbər bəy Rəfıbəyli və Adil bəy Xasməmmədli fəal iştirak etmişdilər. Bu partiya 1908-ci ilədək fəaliyyət göstərmişdi. 1917-ci il fevral inqilabından sonra «Qeyrət» partiyası «Türk ədəmi-mərkəziyyət partiyası» adı ilə yenidən fəaliyyətə başlamışdı. Onun yaradıcısı Nəsib bəy Yusifbəyli olmuşdu.
Çarın 1905-ci il oktyabrın 17-də Manifest verməsi ölkənin ictimai-siyasi həyatında canlanma yaratdı. Azərbaycanda da siyasiləşmə yüksəldi. Siyasi partiyaların yaradılması prosesi genişləndi.
1905-ci il dekabrın əvvəllərində Konstitusion demokratlar partiyasının Bakı şöbəsi yaradıldı. Onun yaradılmasında I.Hacınski, İ.Hacıyev, Ə.M.Topçubaşov, K.Səfərəliyev mühüm rol oynamışdılar. O, 1906-cı ilin yanvarında «Müsəlman Konstitusiyası partiyası»na çevrilmişdi.
1905-ci ilin payızında «Müsəlman əyanları, ziyalıları və yuxarı təbəqələrin ittifaqı və müdafiə cəmiyyəti» meydana çıxdı,
1905-ci ilin noyabrında tələbə-gənclərin inqilabi-demokratik «Üxüvvət» («Qardaşlıq») təşkilatı yaradılmışdı. 1905-ci ildə Bakıda və Təbrizdə «Mücahid» partiyası yaradılmışdı.
1906-cı ilin avqust-sentyabr aylarında Bakı və Yelizavetpol quberniyalarında «Difai» partiyası meydana çıxdı, Partiyanın başlıca məqsədi Azərbaycan xalqını erməni terrorundan müdafiə etmək idi. «Difai» partiyasının Bakıda, Gəncədə, Şuşada, Ağdamda, Bərdədə, Yevlaxda, Tərtərdə, Qarsda, Naxçıvanda, Vladiqafqazda və b. yerlərdə şöbələri fəaliyyət göstərirdi. Partiyanın Bakı şöbəsinə Ə. Ağayev başçılıq edirdi,
Partiyanın ən iri şöbəsi «Qarabağ birlik məclisi» idi. Onun fəaliyyəti bütün Qarabağı əhatə edirdi. Məclisin baş komitəsi Şuşada yerləşirdi. Onun sədri Kərim bəy Mehmandarov idi.
1906-cı ildə Dağıstandan olan fəhlələr arasında iş aparmaq üçün başda Q.M.Ağasiyev və M.Aydınbəyov olmaqla sosial-demokrat «Faruq» qrupu yaradılmışdı.

Azərbaycan XX əsrin əvvəllərində

Azərbaycanda həmkarlar ittifaqlarının formalaşması da bu dövrə təsadüf edir. 1906-cı ilin noyabrında Azərbaycanda həmkarlar ittifaqları təşəkkül tapmışdı. XX əsrin əvvəllərində Azərbaycanda «Müsəlman», «Nəşr maarif», «Nicat», «Səadət» və b. xeyriyyə cəmiyyətləri fəaliyyət göstərməyə başlamışdı. Onların yaradılmasında böyük xeyriyyəçi Z.A.Tağıyevin müstəsna xidmətləri olmuşdu.
Bu dövrdə Azərbaycanda erməni «Daşnaksütyun», «Qnçaq» partiyaları da fəaliyyət göstərmişdi.
«Müsavat» partiyasının yaradılması bu dövr Azərbaycan tarixinin çox mühüm hadisəsi idi. O, 1911-ci ildə Bakıda keçmiş hümmətçilərdən Məmməd Əli Rəsulzadə, Tağı Nağıyev, Abbasqulu Kazımzadə, Kərbəlayi Vəli Mikayılzadə və Qulamrza Şərifzadə tərəfindən yaradılmışdı. 1913-cü ildə mühacirətdən qayıdan Məmməd Əmin Rəsulzadə «Müsavat»a daxil olmuş və onun əvəzsiz liderinə çevrilmişdi.
1917-ci ilin yazında Nəsib bəy Yusifbəyli tərəfindən Gəncədə yaradılmış «Türk ədəmi-mərkəziyyət» partiyası həmin ilin iyununda «Müsavat» partiyası ilə birləşmişdi.
1917-ci ilin martında bolşevik «Hümmət» təşkilatı öz fəaliyyətini bərpa etdi. Onun başında N.Nərimanov dururdu.
1917-ci ilın sentyabrında «Rusiyada müsəlmançılıq» partiyası yaradıldı. O, Gəncədəki «İttihadi islam» partiyası ilə birləşərək «Rusiyada müsəlmançılıq-ittihad» birliyini təşkil etmişdi,
Nəhayət, 1920-ci ilin fevralında bolşevik «Hümmət», «Ədalət» və RSDFP-nin Bakı Komitəsi zəminində Azərbaycan Kommunist partiyası təşkil edildi. Bununla da Azərbaycanda da təkpartiyalılığın əsası qoyuldu.
Azərbaycanda gedən siyasi fəallaşmanın təzahürlərindən biri də çarın yanında məsləhətçi orqan olan Dövlət Dumasına seçkilərdə iştirak etmək idi. Bu seçkilərdə (1906-cı ilin mayında) birinci Dövlət Dumasına Azərbaycandan Məmmədtağı Əliyev, Ə.Haqverdiyev, İ.Ə.Ziyadxanov, Ə.Muradxanov və Ə.M.Topçubaşov deputat seçilmişdilər. Onlar Dumada yaradılmış Müsəlman fraksiyasına daxil idilər.
Azərbaycanlı deputatlar Dumanın işində fəal iştirak edirdilər. Dumada İ.Ziyadxanovun və Ə.M.Topçubaşovun çıxışları daha kəskin idi. İ.Ziyadxanov İrəvan və Yelizavetpol quberniyalarında millətlərarası toqquşmalardan, inzibati orqanların özbaşınalığından bəhs etmiş, hökumətin köçürmə siyasətinə qarşı çıxmışdı. O, Duma tribunasından demişdi: «Biz bir əsr bundan əvvəl işğal edilmişik, Bizə heç bir hüquq və haqq verilməmişdir. Kölə halına salınmışıq. Milli varlığımıza təcavüz edilmişdir. Bir sıra ali məktəblərə qəbul olunmağımıza qadağa qoyulmuşdur. Dövlət idarələrində türk məmurlarına rast gəlmək mümkün deyildir. Torpaq azlığından əziyyət çəkirik. Lakin buraya Rusiyadan axın-axın kəndlilər köçürülür. Bilavasitə dövlətin əli ilə törədilən milli qırğın zəminində qana boyanmış bu torpaqlarda rus kəndliləri üçün planlaşdırdığınız yaşayış məntəqələrini qurursunuz. Bu hökumətin gizli surətdə hazırlayıb həyata keçirdiyi „parçala və hökm sür“ idarə tərzidir. İki ildən bəri qan içində üzən Vətənimdə cəsədlərin üstündən keçirik. Artıq səbrimiz tükənib».
Rus deputatlar çıxışı «rədd olun gedin Türkiyəyə» qışqırığı ilə qarşılaşmışdılar.
Sərt çıxışlarına görə Ə.M.Topçubaşov və İ.Ziyadxanov Dövlət Dumasının tərkibinə seçilmək hüququndan məhrum edilmişdilər.
Azərbaycandan II Dövlət Dumasına F.İ.Xoyski, X.Xasməmmədov, İ.Z.Tağıyev, M.M.Şahtaxtinski, M.H.Mahmudov, Z.E.Zeynalov deputat seçilmişdilər.
Bakı, Yelizavetpol və İrəvan quberniyalarının müsəlman əhalisindən III Dövlət Dumasına Xəlil bəy Xasməmmədov deputat seçilmişdi. O, da Dumada öz kəskin çıxışları ilə fərqlənirdi. X.Xasməmmədov öz çıxışlarında dəfələrlə hökumətin milli ayrı-seçkilik siyasəti, vətəndaş azadlıqları və siyasi hüquqlar verilməsi, köçürmə siyasəti, təhsil və məhkəmənin ana dilində aparılması və s. vacib məsələlərə toxunmuşdu.
Azərbaycandan IV Dövlət Dumasına M.Y.Cəfərov deputat seçilmişdi. O zaman onun cəmi 27 yaşı var idi. Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdi.
M.Y.Cəfərov Dumadakı çıxışlarından birində çar Rusiyasının milli əyalətlərdəki ruslaşdırma siyasətini ifşa edərək demişdi: «Biz xalq maarifinə, ilk baxışda siyasətə heç bir yer olmadığı bu müqəddəs işə hökumətin qərəzli münasibətini acı təəssüflə qeyd edirik. Indiyədək hökumət müsəlmanların maariflendirilməsi adı altında onların ruslaşdırılmasına yönələn tədbirləri həyata keçirməyə çalışmışdır».

  • Teqlər:
  • Azərbaycan tarixi

Polşa xx əsri n sonu xxi əsrin əvvəllərində

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Dünya siyasəti: XX əsrin ikinci yarısı – XXI əsrin əvvəlləri

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Comments are closed, but trackbacks and pingbacks are open.