Pəhriz saxlamadan necə arıqlamaq olar
Dietoloqlar arıqlamaq üçün qida məhsullarının siyahısını tərtib etmişlər. Lakin onların hamısını eyni gündə və çox miqdarda yemək olmaz. Ərzaqlardan növbəli şəkildə, az miqdarda və saxladığınız pəhriz menyusuna uyğun istifadə edin.
Yeyərək arıqlamaq
Dieta dedikdə gözümüzün qabağına dərhal aclıq, qadağalar və əsəbilik gəlir. Bəs ac qalmadan arıqlamaq mümkündürmü? Bu məqalədə Sizi artıq kiloqramları yox edən şorba və 7 günlük menyu ilə tanış edəcəyik.
Yeyərək arıqlamaq üçün möcüzəvi şorba
Bu şorba yağları yandırır və insanı tox saxlayır.
Tərkibi
- Orta ölçülü soğan – 6 ədəd
- Pomidor – bir neçə ədəd
- Kələm
- Yaşıl bolqar bibəri – 2 ədəd
- Kərəviz – 1 sap
- Tərəvəz bulyonu (marketlərdə kubik formasında satılan)
Ərzaqları doğrayıb, üzərinə su tökün. Duz və bir qədər istiot əlavə edin. Zəif odda tərəvəzlər yumşalana qədər bişirin.
Yeyərək arıqlamaq – 7 günlük dieta
I – meyvə günü
Şorba (yuxarıda qeyd olunan şorba) və meyvələrlə qidalanın. Lakin meyvəni çox yeməyin. Çünki meyvə həddindən artıq yeyildikdə yağa çevrilib, dəri altında yığıla bilir. Bu isə portağal qabığı görüntüsü yaradır.
Qadağan olunan meyvələr: banan, üzüm və avokado. Bananın kalorisi yüksəkdir, üzüm şəkər, avokado isə yağlarla zəngindir.
Gün ərzində şəkərsiz çay, qəhvə içə bilərsiniz. Sadəcə qəhvəyə süd qatmayın.
II – tərəvəz günü
Yalnız şorba, çiy və ya konservləşdirilmiş tərəvəz yeyin. Konservləşdirilmiş məhsul alarkən duzunun az olmasına fikir verin. Göyərtinin miqdarına məhdudiyyət qoyulmur. İstədiyiniz qədər yeyə bilərsiniz.
III – meyvə-tərəvəz günü
Kartof, üzüm, banandan başqa hər növ meyvə-tərəvəzə icazə verilir.
IV – banan günü
Çoxlarınız sual verə bilər. Məgər banan yeyərək arıqlamaq olar? Bəli, bu dietanın 4-cü günündə olar. Meyvə-tərəvəz gününə 3 banan əlavə edib, bu qaydada qidalanın.
V – mal əti günü
Meyvə-tərəvəz əvəzinə, mal əti ilə pomidor yeyin. Fikir verin ki, ət yağsız olsun. Günə 500 qr ət soyutması, istənilən miqdarda pomidor yeyə bilərsiniz.
VI – mal ətinin növbəti günü
Qidalanma tərzi V gündə olduğu kimidir. Yalnız pomidoru yarpaqlı tərəvəzlərlə əvəz edin.
VII – düyülü şorba günü
Şorbanı hazırlayarkən içinə bir qədər qəhvəyi düyü əlavə edin. Bu formada yeyin. Həmçinin az miqdarda meyvə şirəsi içə bilərsiniz. Şirəni evdə özünüz hazırlayın, marketdən almayın.
Yeyərək arıqlamaq üçün ərzaqlar
Dietoloqlar arıqlamaq üçün qida məhsullarının siyahısını tərtib etmişlər. Lakin onların hamısını eyni gündə və çox miqdarda yemək olmaz. Ərzaqlardan növbəli şəkildə, az miqdarda və saxladığınız pəhriz menyusuna uyğun istifadə edin.
Yumurta yeyərək arıqlamaq
Yumurtanı qayğanaq deyil, soyutma şəklində yemək lazımdır. 1 ədəd yumurta sutkalıq zülal normasının 15%-ni təşkil edir.
Kələm turşusu ilə arıqlamaq
Bu formada hazırlanmış kələmdə yüksək miqdarda sellüloza (qida lifləri) vardır. Onun hesabına bağırsağın fəaliyyəti normaya düşür, qəbizlik problemi aradan qalxır.
Sobada bişmiş kartof yeyərək arıqlamaq
Sobada hazırlanmış kartof orqanizm tərəfindən tam həzm olunur, mədədə ağırlıq hissi yaratmır. Tərkibindəki pektin bədəni toksinlərdən təmizləyir. Kalium isə əzələlər üçün xeyirlidir. Ancaq kartof az miqdarda yeyilməlidir.
Qatıq yeyərək arıqlamaq
2% yağlılığı olan qatıqla arıqlamaq üsulunu əksər dietoloqlar məsləhət görürlər. Qatıq həm də bağırsaq mikroflorasını tənzimləyir.
Ənginar yeyərək arıqlamaq
Bu tərəvəzin kalorisi çox aşağıdır. Tərkibində zülal və karbohidratlar düzgün nisbətdədir. Onu müntəzəm şəkildə yedikdə asanlıqla arıqlayacaqsınız. Ənginar həm də sellüloza mənbəyidir.
Lobya yeyərək arıqlamaq
Qırmızı lobya asanlıqla həzm olunan bitki zülalları, mineral və vitaminlərlə zəngindir. Qida lifləri sayəsində həzm prosesi yaxşılaşır, xroniki qəbizlik yox olur. Üstünlüklərindən biri də odur ki, lobyanın qiyməti çox münasibdir.
Badam yeyərək arıqlamaq
Pəhriz saxladıqda aclıq hissini aradan qaldırmaq üçün meyvənin yanında badam da atışdırsanız, axşam yeməyinə qədər tox qalacaqsınız.
Zeytun yeyərək çəki atmaq
Zeytun mədənin işini normallaşdırır, çəkini nəzarətdə saxlamağa kömək edir. Gündə 10 ədəd zeytun və 1 xörək qaşığı zeytun yağı bədəndən toksinləri, şlakları kənarlaşdırır.
Kişmiş yeyərək arıqlamaq
Kişmiş piy qatını əridir. Pəhriz saxladıqda arabir çay içərkən kişmiş yemək olar. Aşağıdakı resept üzrə şirniyyatı əvəz edən dadlı cem hazırlaya bilərsiniz:
- 100 qr kişmiş
- 100 qr qaysı
- 400 qr qaragavalı qurusu
- 200 qr bişmiş itburnu meyvəsi
- bir qədər bal
Hamısını qarışdırıb gündə 2 dəfə 1 xörək qaşığı yeyin.
Xülasə
Məqalədən də gördüyünüz kimi çəki atmaq üçün ac qalmağa gərək yoxdur. Yeyərək arıqlamaq həqiqətən mümkündür.
Pəhriz saxlamadan necə arıqlamaq olar?
Dieta saxlamadan da gözəl bədən quruluşuna sahib ola bilərsiniz.
Axşam.az xarici mediaya istinadən bunun yolunu təqdim edir.
Bir saniyəölçəni iyirmi dəqiqəyə nizamlayın və özünüzü yavaş yemək yeyən biri hesab edin. Bu, mürəkkəb dieta proqramları olmadan arıqlamanın ən yaxşı vərdişlərindən biridir. Yeməyi çox çeynəyin. Hətta bir loxmanı 40 dəfə çeynəmək yaxşıdır. Bu zaman toxluq hormonlarınızı da hərəkətə keçirəcək və doyduğunuzu tez hiss edəcəksiniz.
Yeməyi sürətlə yemək, az çeynəmək, aclıq hissini gec öldürür.
Daha çox yuxu, daha az çəki
Gündəlik 2,500 kalori qəbulunun norma olduğunu deyən Miçiqan Universitetinin tədqiqatçılarına görə, gecə bir saat daha artıq yatmaq insanın bir ildə altı kilo çəki itirməsinə kömək edə bilir. Açıqlamalara görə, boş fəaliyyətlərin və tələsik ayaqüstü yemək yeməyin yerini yuxu əvəz etdikdə, heç bir səy göstərmədən kalorinizi altı faiz miqdarında azalda bilərsiniz.
Nəticələr hər insan üçün fərqli ola bilər, ancaq yuxu başqa bir üsulla da kömək edir. Çox az yatmaq iştahı artdıraraq vaxtından tez acmağınıza səbəb olur. Bu, araşdırmalar nəticəsində sübut olunub.
Ürəyiniz istəyən yeməyi yeyə bilərsiniz. Amma qədərində. Məsələn, əgər şirniyyat istəyirsinizsə, ondan bir qaşıq yeyib, kənara çəkilin. Eləcə də, yeməklər də. Yeməkləri az və çörəksiz yeyərək, çəki ata bilərsiniz.
Şou biznes Baxılıb: 684 Tarix: 18 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 051 7028255
DiGƏR XƏBƏRLƏR
Dövlət Duması Jah Khalibin konsertlərinin qadağan edilməsini tələb etdi
Dövlət Dumasının Təhsil Komitəsi sədrinin birinci müavini Yana Lantratova Moskva merinə, Sankt-Peterburq qubernatoruna və Baş Prokurorluğa daha çox Jah Khalib kimi məşhur olan hip-hop ifaçısı Bəxtiyar Məmmədovun konsertlərinin qadağan edilməsi tələbi ilə müraciət edib. Millət vəkili reperi “Ukrayn
Aktyorların maaşları artırıla bilər – Hacı İsmayılov
Bir müddət əvvəl Azərbaycan Teatr Xadimləri İttifaqının sədri vəzifəsi Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli Hacı Məcid oğlu İsmayılova həvalə olunub. Təyinatla bağlı Bizim.media-ya özəl açıqlamasında H.İsmayılov bildirib ki, o, qurumun digər üzvləri ilə birlikdə teatr sahəsini
HammAli və Navai metroda konsert verdi
Rusiya və MDB-də məşhur olan azərbaycanlı musiqiçilər HammAli (Aleksandr Əliyev) və Navai (Nəvai Bəkirov) metroda konsert verib. BİG.az OLAY-a istinadən xəbər verir ki, onlar Moskva Nəqliyyat Departamenti və “VK music”in birgə layihəsi olan “Metroda musiqi”də iştirak edib. Akusti
Cemre Baysel onunla eşq yaşayır
Türkiyəli aktrisa Cemre Bayselin yeni eşq yaşadığı iddia edilir. BİG.az OLAY-a istinadən xəbərə verir ki, onun “İstanbulspor”un futbolçusu Onur Ergün ilə sevgili olduğu bildirilib. İddialara görə, onlar yaxın dostlarına hələ ki, biri- birilərini tanıma mərhələsində olduqlarını deyiblər. Qey
“Fəxrəddin Manafov olmasaydı bu, alınmayacaqdı”
Aktrisa Meral Konrat Xalq artisti Fəxrəddin Manafovdan bəhs edib. Axşam.az xəbər verir ki, sənətçi aparıcı Elgiz Əkbərin yutub layihəsində qonaq olub. O, Elgizin “Təhminə” filmi çəkiləndə Fəxrəddin Manafovla eşq yaşadığınız deyilir” sözlərinə belə cavab verib:. “Belə bir şey olmayıb
İllər sonra evlə bağlı arzusuna çatdı
Əməkdar artist Rühəngiz Allahverdiyeva yeni ev alıb. Axşam.az xəbər verir ki, bu haqda aparıcı Nanə Ağamalıyeva verilişində deyib. Proqramda qonaq olan müğənni onun sözünü təsdiqləyərək, hələ mənzilə köçmədiyini bildirib. Qeyd edək ki, R.Allahverdiyeva uzun illərdir mənzil problemi yaşadığını deyir
Kenana verilən uşaq sualı müzakirə yaratdı
2014- cü ildən evli olan aktrisa Beren Saat və müğənni Kenan Doğulu uşaq mövzusunda verilən suallardan təngə gəlib. BİG.az OLAY-a istinadən xəbər verir ki, KİV-in Kenanla qısa müddət əvvəl övlad barədə sorğu- sualı sosial medianın yenidən gündəmini zəbt edib. Yayılan videoda jurnalistin Doğuluya təkra
“Bunun şəxsi həyatımla əlaqəsi yoxdur”
“Bunun şəxsi həyatımla heç bir əlaqəsi yoxdur”. Axşam.az xəbər verir ki, bu sözləri müğənni Günay İbrahimli “Səhər mərkəzi” verilişində deyib. Bir müddət əvvəl saçlarını qısa kəsdirən sənətçi bunu şəxsi həyatında problem yaşadığı və depressiyaya düşdüyü ilə bağlayanlara cavab verib:
Nəsrin dava iddialarına cavab verdi
Türkiyədə fəaliyyət göstərən aktrisa Nəsrin Cavadzadənin qonşusu ilə problem yaşaması barədə məlumatlara münasibət bildirib. OLAY-a istinadən xəbər verir ki, sənətçi bu barədə instaqram hesabında yazıb. “Binada saxladığım pişik sayı sıfıra bərabərdir. Evdə cəmi bir pişiyim var. Binada qonşularıml
Comments are closed, but trackbacks and pingbacks are open.