Press "Enter" to skip to content

Bank kartını necə əldə edə bilərəm

Kartınızın balansını Kapital Bankın filialları, Kapital Banka məxsus ödəmə terminalları, Cash In bankomatları, eManat və MilliÖN ödəniş terminalları vasitəsilə artıra bilərsiniz.

Tez-tez verilən suallar

TamKart ABB-nin təqdim etdiyi, 2 fərqli hesabı bir kartda idarəetmə imkanını təqdim edən çox funksiyalı kartdır.

TamKart üzrə keşbək nə qədərdir?

TamKart-ın kredit tərəfi üzrə ABB-nin POS-terminalları və elektron ticarət sistemi ilə birdəfəlik ödəniş zamanı keşbək minimum 2%, digər bankların POS-terminalları və elektron ticarət sistemi ilə birdəfəlik ödəniş zamanı keşbək 1%; debet tərəfi üzrə keşbək minimum 2% təyin edilmişdir.

Bundan başqa, QayğıCash klubu üzrə partnyor mağazalarda ödəniş zamanı təqdim olunan keşbək faizi 3%-dən çox olduqda QayğıCash klubunun faizi müştəriyə qayıdır. Bankın partnyor şirkətləri tərəfindən təqdim olunan cashback faizi abb-bank.az saytında QayğıCash bölməsində əks etdirilib.

Keşbək məbləği nə zaman karta mədaxil olunur?

Bank tərəfindən təqdim olunan cashback məbləğləri ayın sonuncu iş günü cəmlənərək müştərinin kartına mədaxil olunur. QayğıCash klubu üzrə partnyor mağazalarda ödəniş zamanı təqdim olunan cashback isə əməliyyat anında hesablanaraq karta mədaxil olunur.

TamKart harada keçərlidir?

Dünyanın hər yerində POS-terminallarla ödəmə edə, onlayn ödənişlər həyata keçirə və ya bankomatlardan nağd pul çıxara bilərsiniz.

TamKart kredit limiti məbləğinin neçə faizini nağdlaşdıra bilərəm?

Kredit limitinə kartın növündən asılı olaraq nağd məqsədlər üçün (ATM nağdlaşdırma, C2C, cash by code, kredit ödənişləri və s.) aylıq istifadə limitləri tətbiq edilmişdir. Limit hər ayın 1-i yenilənir.

TamKart-ın növləri üzrə tətbiq olunan nağd məqsədlər üçün limitlər nə qədərdir?

TamKart Classic/Standard kartında – 50%, TamKart Visa/MasterCard Gold kartında – 60%, TamKart Platinum kartında 80% miqdarında kredit limitindən nağd məqsədlər üçün istifadəyə aylıq limit tətbiq edilmişdir. TamKart Premium kartlarında isə heç bir məhdudiyyət tətbiq edilməmişdir.

TamKart-ın kredit xəttindən taksit və ya nağdsız ödənişlərdə hər hansı məhdudiyyət varmı?

Xeyr, TamKart-ın kredit xəttindən taksit və nağdsız ödənişlərdə heç bir məhdudiyyət yoxdur.

TamKart vasitəsilə digər bankda olan krediti ödəmək mümkündürmü?

Bəli, lakin TamKart Kredit vasitəsilə ödəniş zamanı bu halda 1.5% min. 2 AZN xidmət haqqı tutulacaqdır. TamKart Debet vasitəsilə ödənişlər zamanı əlavə xidmət haqqı tələb olunmur.

Mənim üçün TamKart kredit limiti necə təyin ediləcək?

TamKart üçün müraciət etdikdə kredit üzrə mütəxəssis Sizin aylıq gəlirlərinizi və xərclərinizi dəqiqləşdirəcəkdir. İlkin təhlil aparıldıqdan sonra Sizə limit haqqında məlumat veriləcəkdir. Limit Sizin gəlir və borclanma limitinizdən asılı olaraq 300 manatdan 15000 manatadək təyin edilə bilər.

TamKart-ı kimlər əldə edə bilər?

ABB-nin kartları ilə əmək haqqı və ya təqaüd alan hər kəs və digər bankın emissiya etdiyi kartlar vasitəsilə əmək haqqı alan şəxslər (Dövlət büdcəsindən maliyyələşdirilən və ya təsərrüfat hesablı olan dövlət müəssisələrinin əməkdaşları, Neft-qaz sahəsində fəaliyyət göstərən müəssisələrin əməkdaşları) TamKart üçün müraciət edə bilər. Kartın verilməsi kredit üzrə mütəxəssisin ilkin təhlilinə əsasən təyin edilir.

TamKart-ı necə almaq olar?

kredit.abb-bank.az saytından onlayn müraciət edərək və ya ABB-nin filiallarına yaxınlaşaraq əldə edə bilərsiniz.

TamKart Debet kartlarını abb-bank.az saytından onlayn sifariş edə bilərsiniz.

Başqa bankda kreditim varsa TamKart ala bilərəmmi?

Bəli, lakin kredit üzrə mütəxəssis Sizin gəlirlərinizi və xərclərinizi təhlil etdikdən sonra paralel kredit ayrılıb-ayrılmayacağını dəqiqləşdirə bilər.

TamKart-ın müddəti nə qədərdir?

TamKart 60 ayadək müddətə rəsmiləşdirilir. TamKart-a açılacaq kredit xəttinin müddəti isə 36 ay təşkil edir.

TamKart taksit necə hesablanır?

TamKart-la partnyor mağazalarında istənilən məhsulu alıb, dəyərini hissə-hissə ödəmək mümkündür. Xərclənən məbləğ 3, 6, 12 ,18 və ya 24 aya bölünməklə, bərabər hissələrlə ödənilir.

TamKart kredit xəttindən istifadə etdikdə borc necə hesablanır?

Kredit xəttindən istifadə zamanı bərpa olunan borclara növbəti ayın 10-na kimi güzəşt müddəti tətbiq olunur və növbəti ayın 10-na kimi tam şəkildə ödənilməlidir. 20 AZN-dən yuxarı hər bir ölkədaxili və ölkəxarici bütün qeyri-taksit əməliyyatları zamanı minimum 30 gün olmaqla 60 günədək güzəşt müddəti tətbiq olunur.

Güzəşt müddətində borc ödənilməkdikdə nə baş verir?

Kredit limitindən qeyri-taksit əməliyyatlarına istifadə olunan vəsaitlər güzəşt müddəti ərzində ödənilmədikdə borcu illik faiz dərəcəsinə uyğun olaraq 18 aya hissə-hissə ödəmək mümkündür. Güzəşt müddətində ödənilməyən borcun aylıq ödənişi güzəşt müddətindən sonrakı ayın 1-dən 10-dək ödənilir.

Aylıq borclarımın məbləğini necə öyrənə bilərəm?

TamKart haqqında məlumatı (borcunuz, alış- veriş etdiyiniz mağazalar, ödəməli olduğunuz məbləğlər, ödəniş qrafiki və s.) www.tamkart.az saytının “Şəxsi kabinet” bölümündən əldə edə biləcəksiniz. Bunun üçün şəxsiyyət vəsiqənizin PIN kodu, kartın son 4 rəqəmini və mobil nömrəni daxil etməlisiniz. Daha sonra təsdiq üçün qeydiyyatdan keçən mobil nömrənizə gələn birdəfəlik şifrəni daxil edirsiniz.

TamKart-da olan borcumu necə ödəyim?

TamKart-da olan borcunuzu aşağıdakı ödəniş üsullarından istifadə etməklə ödəyə bilərsiniz:

– ABB mobile tətbiqi vasitəsilə kartdan karta köçürmə etməklə;
– www.tamkart.az və www.abb-bank.az saytı vasitəsilə;
– eManat və ya Filial və şöbələrimizdə yerləşən ödəniş terminallarında;
– ABB-nin filial və şöbələrində.

Aylıq ödənişimi nə zaman ödəməliyəm?

Aylıq ödəniş hər ayın 1-dən 10-dək ödənilməlidir.

TamKart-da borcu vaxtında ödəməsəm nə baş verir?

Bu halda kredit kartınız bloklaşdırıla bilər. TamKart üzrə gecikmələriniz olarsa, Sizin kredit tarixçənizdə gecikmələr qeydə alınır və gecikdirilən məbləğə cərimə hesablanır.

TamKart kredit limitimi artıra və ya azalda bilərəmmi?

TamKart limitinin azaldılması və artırılması üçün Banka müraciət etmək lazımdır. TamKart limitinin artırılması kartın istifadəsinə görə mümkün ola bilər. Bunun üçün bir neçə ay istifadə edib, vaxtında ödəniş etməlisiniz.

TamKart-da ödəniş vaxtı qeyri-iş gününə düşübsə, ödənişi nə zaman etməliyəm?

Ödəniş qeyri-iş gününə düşübsə, ödəniş etsəniz növbəti iş günü ilə hesabınıza keçəcək. Ona görə qeyri-iş gününə düşən ödənişləri 1 gün əvvəl iş günü, iş saatları ərzində etməyiniz tövsiyə edilir.

“Lounge Key” nədir?

“Lounge Key” dünyanın hər yerində olan hava limanlarının 850-dən artıq lounge zallarına asan və rahat giriş imkanını yaradan beynəlxalq proqramdır. Sakit və rahat “Lounge Key” zalında qəlyanaltı etmək, dincəlmək və ya işləmək, telefondan, internetdən istifadə etmək və s. mümkündür.

TamKart-ın hansı növləri üzrə pulsuz

TamKart VISA Platinum kartında – illik 2 pulsuz keçid, TamKart VISA Premium kartında – illik 6 pulsuz keçid mövcuddur (Kartın istifadə müddətinə uyğun olaraq).

“Lounge Key” proqramına necə qoşulmaq olar?

Bunun üçün TamKart Platinum və ya Premium kart sahibləri “Lounge Key” proqramının İnternet saytından (və ya mobil əlavəsindən) şəxsi “Lounge Key” profili yaratmalıdır.

“Lounge Key” proqramı haqqında məlumatları (lobbi zonasının mövcudluğu, xidmətlər, şərtlər, iş saatları və s.) necə əldə etmək olar?

Lounge Key saytından və ya mobil əlavəsindən, Lounge Key Çağrı Mərkəzindən.

Kredit və ya debet kartından ödəniş etmək üçün necə seçilməlidir?

TamKart-lar ATM və POS terminallara daxil edildikdə 2 seçim yaranır: TamKart DEBET və TamKart KREDİT. Müştəri əməliyyatı hansı kartla etmək istəyirsə onu seçməlidir.

Təmassız ödənişlər zamanı ödəniş kartın hansı hissəsi ilə həyata keçir?

Əsas kart kredit kartı olduğundan təmassız ödənişlər zamanı avtomatik olaraq TamKart KREDİT kartından ödəniş keçəcəkdir.

Taksit əməliyyatları zamanı əlavə komissiya tutulurmu?

Müştərilər partnyor ticarət müəssisələrin əksəriyyətində taksit əməliyyatlarını əlavə faizsiz və komissiyasız həyata keçirə bilər. Partnyorlar bölməsində taksit əməliyyatları zamanı partnyorlar üzrə ödənişin komissiyasız və ya komissiyalı olmağı barədə məlumat göstərilmişdir.

Bərpa olunan borclar dedikdə nə başa düşülür?

Kredit xətti vasitəsilə istifadə olunmuş 20 AZN-dən aşağı qeyri taksit əməliyyatları.

Bankda pul kreditim varsa, TamKart ala bilərəm?

Bəli, lakin kredit üzrə mütəxəssis Sizin gəlirlərinizi və xərclərinizi təhlil etdikdən sonra pul krediti ilə paralel kredit ayrılıb-ayrılmayacağını dəqiqləşdirə bilər.

Bank kartını necə əldə edə bilərəm?

Kartınızın balansını Kapital Bankın filialları, Kapital Banka məxsus ödəmə terminalları, Cash In bankomatları, eManat və MilliÖN ödəniş terminalları vasitəsilə artıra bilərsiniz.

Kapital Bankın ödəniş kartını almaq üçün Siz Bankın rəsmi saytında yer alan “Kartın Online sifarişi” bölməsindən istifadə etməklə və ya Bankın filialına (şöbələrinə) müraciət edib sifariş edə bilərsiniz.

Kapital Bankın “SMS Banking” xidmətinə 3 yolla qoşulmaq mümkündür:
– Yerli struktur bölməsinə müraciət etməklə;
– Kapital Banka məxsus hər hansı bir bankomat vasitəsilə;
– 196 Müştəri Xidmətinə zəng etməklə;
– Birbank mobil tətbiqi vasitəsilə.

Ticarət və xidmət məntəqələrində POS-terminal vasitəsilə kartla ödəniş edildikdə komisyon haqqı tutulmur.

Bu halda konvertasiya üçün 0.5% komisyon haqqı tutulacaq. Həmçinin, Siz avro kart aça bilərsiniz və bu zaman konvertasiya üçün məbləğ itkisinə məruz qalmazsınız.

Birbank tətbiqini “Google Play”, “App Store” və ya “App Galery”-dən mobil telefonunuza yükləyin. Kapital Banka məxsus kartınızla “Kart üzrə qeydiyyat” bölməsinə daxil olun. Kart nömrəsi, onun PİN kodunu hazırda istifadə etdiyiniz telefon nömrənizi daxil edin, Kartınız yoxdursa “Kapital Bank müştərisi deyilsiniz” hissəsindən daxil olub, mobil nömrənizi qeyd edin. Telefonunuza göndəriləcək birdəfəlik şifrəni (OTP) daxil edin. Gələcəkdə Birbank tətbiqinə daxil olmaq üçün özünüzə şifrə təyin edin. Eyni zamanda filialarımıza yaxınlaşaraq qeydiyyatdan keçə bilərsiniz. Xidmət pulsuzdur.

Hesabdan çıxarışı əldə etmək üçün Siz Bankın istənilən filialına müraciət edə bilərsiniz. Hesab üzrə çıxarışın verilməsi ,həmçinin təsdiqedici sənədlərin verilməsi isə 10 AZN-dir. Əlavə olaraq çıxarışı Birbank mobil tətbiqi vasitəsilə də pulsuz əldə edə bilərsiniz.

Bank tərəfindən emissiya edilən kartlar vasitəsilə aparılan əməliyyatlar zamanı baş verə biləcək əməliyyat riskinin azaldılması və kart itirildikdə potensial itkilərin azaldılması məqsədilə İnternet üzərindən aparılan əməliyyatlara, həmçinin yüksək riskli və risk dərəcəsi nisbətən aşağı olan ölkələrdə ATM-lərdən nağd vəsaitin çıxarılması və POS-terminal vasitəsilə ödənişlərin aparılmasına dair plastik kart növləri üzrə gündəlik istifadə limitləri təyin edilmişdir.

Hər hansı ölkəyə səyahət etdikdən əvvəl, kartda gündəlik limitlərin dəyişdirilməsi üçün Siz 196 Müştəri xidmətinə, xidmət olunduğunuz Bankın yerli struktur bölməsinə müraciət edə və yaxud “Birbank” xidmətinə daxil olub şəxsi tələblərinizə uyğun limitləri sistemə daxil edə bilərsiniz.

Hər hansı texniki səbəbdən (elektrik enerjisinin kəsilməsi, şəbəkədə nasazlıqlar və s.) mədaxil olunmuş vəsait ödəniş kartı hesabına köçürülmədikdə, müştəri dərhal bankın 196 “Müştəri Xidmətinə” və ya xidmət olunduğu filiala müraciət edir.Bu sorğu əsasında Bank tərəfindən 7 iş günü müddətində aidiyyatı araşdırma aparılır və araşdırmanın nəticəsi barədə müştəriyə məlumat verilir.

Bu xidmət vasitəsilə Lüks restoranlarda və otellərdə bron etmə, qapalı klublara giriş, kino premyeralarında iştirak imkanı qazanırsınız. Xarici ölkədə nəqliyyat vasitələri ilə bağlı məlumat almaq, məsləhət almaq və sifariş etmək kimi xidmətlərdən də faydalanmaq mümkündür. «MC Concierge» xidmətindən yaralanmaq üçün sorğu [email protected].com elektron poçt ünvanına göndərilməlidir.

Visa İnfinite Kart sahibləri dünyanın istənilən ölkəsindən +38 044 499 39 75 zəng etməklə konsyerj xidmətindən yararlana bilər. Bu xidmət 24 saat ərzində dünyanın istənilən ölkəsində sizə gündəlik işlərinizi və xüsusi istəklərinizi həyata keçirməyə kömək edəcək. Konsyerj xidməti bahalı otellərdə bron etmə, qapalı ziyafətlərə və klublara keçid, çarter reyslərinin və eksklüziv səyahətlərin təşkili kimi bir çox imkanlar təqdim edir.

Milləri aviabiletə dəyişmək üçün ilk olaraq istədiyiniz bileti BirKart Miles (Birbank Miles) kartıyla nağdsız olaraq əldə edirsiniz. Daha sonra Birbank mobil tətbiqində Bonuslarım/ Millər menyusunu izləyirsiniz. Bu menyuda aldığınız aviabileti seçirsiniz və ödənişi Millərlə dəyişirsiniz.

Xidmətə qoşulmaq üçün Siz xidmət olunduğunuz Bankın filialına (şöbələrinə) müraciət edə bilərsiniz. Orada Sizə İnternet Banking/Mobile banking xidmətindən istifadə etmək üçün müqaviləni bağlamaq təklif olunacaq. Xidmət 3 iş günü ərzində aktiv edilir. Xidmət pulsuzdur.

Bank kartını necə əldə edə bilərəm?

“BakıKART” ilə əlaqədar hər hansı sualınız yarandıqda həftənin bütün günləri saat 07:30-dan 22:00-a qədər fəaliyyət göstərən *4343 nömrəsinə zəng edərək və ya metronun “28 May” və “20 Yanvar” stansiyalarında yerləşən “Kart-Analiz” Mərkəzlərinə müraciət edə bilərsiniz.

BakıKART KARTIchevron_downchevron_up

text_justifyleft
“BakıKART” plastik kartını haradan əldə edə bilərəm?chevron_downchevron_up

Kartları Bakı Metropoliteninin stansiyalarında və avtobus dayanacaqlarında yerləşən “BakıKART” satış və yükləmə aparatlarından (BKSYA) əldə edə bilərsiniz.

text_justifyleft
Vahid kart sisteminin tətbiqinin nə kimi üstünlükləri vardır?chevron_downchevron_up

Vahid “BakıKART” sistemi özündə ictimai nəqliyyat ödənişlərini birləşdirir, ictimai nəqliyyatdan istifadə edənlərin vaxta qənaətini və rahatlığını təmin edir.

text_justifyleft

“BakıKART” kartlarının qırılması, çatlaması, deşilməsi, əyilməsi və ya digər fiziki təsirə məruz qalması halında nə etmək lazımdır?chevron_downchevron_up

Fiziki təsirə məruz qalan kartın balansını yeni əldə etdiyiniz və ya artıq sahibi olduğunuz digər karta köçürmək üçün kartla birlikdə Bakı metrosunun “20 Yanvar” və “28 May” stansiyalarında yerləşən “BakıKART” “Kart-Analiz” Mərkəzlərinə müraciət etməlisiniz.

text_justifyleft
İtirilmiş və ya oğurlanmış kartın balansını necə bərpa edə bilərəm?chevron_downchevron_up

Kartlar fərdiləşdirilmədiyi üçün “BakıKART” kartı itirildikdə, oğurlandıqda və ya nömrəsi və daxili çipi oxunmayacaq dərəcədə zədələndikdə, kart bərpa olunmur, bloklanmır və kartdakı balans geri qaytarılmır.

text_justifyleft
“BakıKART” kartının balansını harada və hansı məbləğdə artıra bilərəm?chevron_downchevron_up

Siz “BakıKART” kartının balansını “BakıKART” portalı, həmçinin Bakı metrosunda, avtobus dayanacaqlarında və mağazalarda yerləşən “BakıKART” və “MilliÖN” terminalları vasitəsilə artıra bilərsiniz. Bir dəfəyə maksimal yükləmə məbləği 100 AZN təşkil edir.

desktopcomputer
BakıKART PORTALIchevron_downchevron_up

text_justifyleft
“BakıKART” portalında (veb səhifəsində) necə qeydiyyatdan keçə bilərəm?chevron_downchevron_up

“BakıKART” portalında qeydiyyatdan keçmək üçün aşağıdakı əməliyyatları yerinə yetirməlisiniz: 1. www.bakikart.az saytına daxil olmaq; 2. “Qeydiyyat” düyməsini seçmək; 3. Mobil nömrənizi, şifrəni və SMS vasitəsilə gələn aktivasiya kodunu daxil etdikdən sonra qeydiyyatı tamamlamaq lazımdır.

text_justifyleft
“BakıKART” portalında kartın balansını necə artıra bilərəm?chevron_downchevron_up

“BakıKART” portalı vasitəsilə kartın balansını artırmaq üçün aşağıdakı əməliyyatları yerinə yetirməlisiniz: 1. Qeydiyyatdan keçdikdən sonra hesabınıza daxil olmaq; 2. “”BakıKART” balansını artır” düyməsini və ya “BakıKART”larım bölməsindən yaddaşda saxladığınız “BakıKART” kartını seçmək; 3. Ödəniş vasitəsini seçmək: Pul kisəsi və ya Bank kartı; 4. Bank kartı ilə ödəniş edildikdə, yadda saxlanılmış “BakıKART” kartını seçmək və ya digər kartın nömrəsini daxil etmək; 5. 0.10 AZN-dən 100 AZN-ə qədər tələb olunan məbləği daxil etmək; 6. “Yüklə” düyməsini seçdikdən bank kartının məlumatlarını daxil edərək ödənişi tamamlamaq.

text_justifyleft
“BakıKART” portalında hesab şifrəsini unutduğum halda nə etməliyəm?chevron_downchevron_up

Şifrənizi bərpa etmək üçün aşağıdakıları yerinə yetirməlisiniz:
1. Giriş ekranında “Şifrənizi sıfırlayın” düyməsini seçmək; 2. Mobil nömrənizi daxil etmək; 3. SMS kodu və yeni şifrəni qeyd etmək.

text_justifyleft
Öz hesabıma iki fərqli cihazdan daxil ola bilərəm? chevron_downchevron_up

Nəzərə almalısınız ki, bir hesaba eyni zamanda yalnız bir cihazdan daxil olmaq mümkündür. Digər cihaz vasitəsilə həmin hesaba daxil olunduqda avtomatik olaraq daha əvvəl istifadə olunan cihazdakı hesabdan çıxış edilir.

Comments are closed, but trackbacks and pingbacks are open.