Press "Enter" to skip to content

Prezidentin sonuncu sərəncamı ilə Qarabağ əlilləri və şəhid ailələrinə 300-dən çox mənzil veriləcək

Əkrəm Həsənov, vəkil

Prezidentin 18 iyun 2019-cu il 1268 saylı srncamı

Dövlət başçısı dəfələrlə deyib ki, “Prezident başda olmaqla bütün dövlət məmurları xalqın xidmətçisidir.” Amma təəssüf ki, bu xidmətçilərimizə ödədiyimiz maaşı bilmirik. Cüzi istisnlarla.

Məlum olan yalnız aşağıdakılardır:
1) Prezident – 15000 manat;
2) deputatlar – 7455-10650 manat;
3) hakimlər – 4000-12000 manat;
4) Ombudsman – 8109 manat.

1 mart 2022-ci ilədək hökumət üzvlərinin və yerli icra hakimiyyəti başçılarının maaşı Prezidentin 10 avqust 2004-cü il tarixli 348 saylı Sərəncamı ilə müəyyən edilirdi: https://e-qanun.az/framework/5488. Məsələn, baş nazirin maaşı 2460 manat, nazirlərin maaşı 1925 manat və s. idi.

1 mart 2022-ci ilədək digər məmurların maaşı isə Prezidentin 18 iyun 2019-cu il tarixli 1268 saylı Sərəncamı ilə müəyyən edilirdi: https://e-qanun.az/framework/43314. Həmin Sərəncamın özündə birbaşa vurğulanırdı ki, onun əlavələri dərc edilmir. Yəni maaşların özü məxfi idi. Prinsipcə, sərəncam normativ hüquqi akt olmadığı üçün Konstitusiya onun mütləq dərcini tələb etmir. Lakin maaşların sərəncamla müəyyən edilməsinin özü Konstitusiyaya ziddir. Çünki sərəncam ümumi qayda (hüquq norması) müəyyən edən akt deyil. Maaşlar isə məhz ümumi (dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş) qaydadır. Buna görə də fərmanla müəyyən edilməlidir.

Və 1 mart 2022-ci il tarixdə Prezident 1611 saylı belə bir Fərman imzalayıb. Lakin bu Fərman heç yerdə dərc olunmayıb. Heç adı da bilinmir. Məlum olan yalnız odur ki, yuxarıda qeyd edilən hər iki sərəncam – 10 avqust 2004-cü il tarixli 348 saylı və18 iyun 2019-cu il tarixli 1268 saylı – məhz həmin Fərmanla ləğv ediliblər. Deməli, həm hökumət üzvlərinin, həm də digər məmurların maaşı artıq həmin Fərmanla müəyyən edilir. Fərman dərc edilmədiyi üçün həmin maaşlar da naməlumdur.

Konstitusiyanın 149-cu maddəsinin IV hissəsində deyilir: “Azərbaycan Respublikası Prezidentinin fərmanları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olmamalıdır. Yalnız dərc edilmiş fərmanların tətbiqi və icrası bütün vətəndaşlar, icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir.” Deməli, sözügedən dərc olunmamış Fərman əsasında məmurların maaş alması da yolverilməzdir. Maliyyə nazirliyi bu maaşları verməməli, Hesablama Palatası da məsələni nəzarətdə saxlamalıdır.

Nəhayət, axı niyə biz xidmətçilərimizə ödənilən maaşı bilməyək? Niyə Prezidentin, deputatların, hakimlərin və Ombudsmanın maaşı açıq məlumatdır, digər məmurların maaşı isə qapalı? Nəinki dövlət orqanlarının, bütün dövlət hüquqi şəxslərinin (publik hüquqi şəxslərin, kommersiya hüquqi şəxslərinin) verdiyi maaşlar da açıq olmalıdır. Əks halda, hansı ictimai nəzarətdən, hansı hüquqi dövlətdən söhbət gedə bilər axı? Belə olduğu təqdirdə kim kimin xidmətçisi halına düşmüş olur.

Əkrəm Həsənov, vəkil

Prezidentin sonuncu sərəncamı ilə Qarabağ əlilləri və şəhid ailələrinə 300-dən çox mənzil veriləcək

Prezidentin sonuncu sərəncamı ilə Qarabağ əlilləri və şəhid ailələrinə 300-dən çox mənzil veriləcək Bakı. 3 avqust. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 avqust 2018-ci il tarixli sərəncamı Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət və qayğısının növbəti təzahürüdür.

3 Avqust , 2018 12:34

https://static.report.az/photo/90da9525-9639-4663-b4de-3332cb0b6404.jpg

Bakı. 3 avqust. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 avqust 2018-ci il tarixli sərəncamı Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət və qayğısının növbəti təzahürüdür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Report”a verilən məlumata görə, sərəncamla cari ildə əlavə olaraq minimum 300 mənzil alınmaqla, il ərzində Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə veriləcək mənzillərin sayı 500-ü ötəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müharibə əlilləri və şəhid ailələrinə xüsusi qayğısı bu kateqoriyalardan olan vətəndaşların mənzillə təminatı proqramının da ildən-ilə güclənməsinə imkan verib. Dövlət başçısı 1 avqust 2018-ci il tarixdə Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə daha 35 mənzilin, eyni zamanda Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə 136 avtomobilin təqdim olunması mərasimində son 20 il ərzində şəhid ailələrinə, müharibə əlillərinə 5500-dən çox fərdi ev və mənzil, müharibə əlillərinə 6 mindən çox minik avtomobili verildiyini bildirərək deyib: “İlin sonuna qədər nəzərdə tutulan rəqəm əlavə 170 mənzil və fərdi evdir. Bununla belə, nəzərə alsaq ki, hələ də növbədə kifayət qədər insan var, – təqribən 4 minə yaxın insan növbədədir, – mən əlavə vəsait ayıraraq bu il minimum daha 300 mənzilin alınması ilə bağlı qərar qəbul edəcəyəm”. Bununla əlaqədar Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2 avqust 2018-ci il tarixli sərəncam imzalanıb. Sərəncam Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 20 milyon manat ayrılmasını nəzərdə tutur. Beləliklə, sərəncam ayrılacaq həmin vəsait hesabına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ildə əlavə olaraq minimum 300 mənzil alınmasına, nəticədə bu il ərzində 500-dən çox mənzilin əlil və şəhid ailələrinə təqdim olunmasına imkan yaradır. Bu da 2018-ci ildə nazirlik tərəfindən Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə verilməsi nəzərdə tutulan mənzillərin sayının (207 mənzil) 2,4 dəfə artırılmasına imkan verir. Prezident İlham Əliyevin qeyd edilən sərəncamı Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinin mənzillə təminatında mühüm irəliləyişə şərait yaratmaqla, ümumən ölkəmizdə sosial rifah halının yaxşılaşdırılmasının, insan amilinin dövlət başçısının uğurlu siyasətinin mərkəzində dayandığını bir daha təsdiq edir.

Comments are closed, but trackbacks and pingbacks are open.