Press "Enter" to skip to content

Problemlər və xarakterlər dramaturgiyası

Qoç
Qoç ilk və ən yaxşı olmaq üçün yaşayır. O, həmişə yanında prestijini artıracaq və insanlar tərəfindən təqdir ediləcək birini istəyir. Həyat fəlsəfəsi “indi, bu dəqiqədir”. O, sizi kəşf etmək üçün çox gözləməyəcək. Qoç, özünü seçmək məcburiyyətində hiss etməz. Sadəcə hər şeyi istəyir, adətən alır da.

İlyas Əfəndiyevin dramaturgiyası

Yadıma gəlir ki, biz keçən əsrin 60-70-ci illərinin gəncləri həmin vaxtlar ən çox oxuduğumuz, bəyəndiyimiz və tez-tez müzakirə etdiyimiz əsərlər içərisində “Dağlar arxasında üç dost” və “Üç atılan” romanları da vardı. Biz təkcə bu romanları oxumaqla kifayətlənmirdik və hətta oradakı qəhramanlara oxşamağa, həyatda onlar kimi olmağa çalışırdıq. Və heç vaxt mənim ağlıma gəlməzdi ki, illər keçəcək, çox sevdiyim bu yazıçının özü ilə şəxsən yaxından tanış olacam. Onun maraqlı söhbətlərini eşidəcəm və yazdığı “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər” pyeslərindən ayrı-ayrı epizodları, parçaları 1977-ci ildə Sumqayıtda yaratdığım “Ümid” teatr-studiyasında olan həvəskarlarla hazırlayacam və hətta 2007-ci ildə “Məhv olmuş gündəliklər” pyesinə Dövlət Gənclər Teatrında quruluş verəcəm. Həyatımda bu da tale yazısı olacaq ki, 1977-ci ildə “Həyatın astanasında” olan ilk pyesimi oxumaq üçün İlyas müəllimə verəcəm. Dramaturq kimi onun xeyir-duasını, dəyərli məsləhətlərini alacam. Onun məsləhətləri nəticəsində bu pyesi yenidən işləyib o vaxtlar Mədəniyyət Nazirliyinin keçirdiyi müsabiqəyə təqdim edəcəm. Beləliklə, “Həyatın astanasında” pyesim müsabiqənin qalibi olacaq. İllər keçəcək, 1985- ci ildə “İnan mənə” pyesimi Azərbayan Yazıçılar İttifaqında həmin vaxtlar keçirilən müsabiqəyə təqdim edəcəm. Bu pyes müsabiqədə birinci yerə layiq görüləcək və həmin vaxtlar Yazıçılar İttifaqının katibi işləyən, sevimli xalq yazıçımız, filologiya elmləri doktoru, professor Elçin, məndən xəbərsiz bu pyesi Moskvaya, Ümumittifaq gənc dramaturqlar müsabiqəsinə göndərəcək və bu pyes də orada 48 pyesin içərisindən mükafata layiq görüləcək. Bunu mən yalnız pyes Moskvada mükafata layiq görüləndən sonra biləcəm və Azərbaycan Yazıçılar İttifaqına gəlib xalq yazıçısı Elçinlə ilk dəfə orada görüşəcəm, yaxından tanış olacam. “İnan mənə” pyesimin Moskvaya göndərilməsinin də əsl səbəbkarı o, olduğunu biləcəm. Hətta onun məndən daha çox sevindiyinin də şahidi olacam. Belə ki, Elçin müəllim, Azərbaycan dramaturqlarının 7 pyesinin içərisindən məhz bu pyesi seçib Moskvaya göndərməklə və bu pyes də 48 pyesin içərisindən mükafata layiq görülməklə o, dramaturgiyanı yaxşı bildiyini və obyektiv insan olduğunu bir daha sübut edəcək.

Bu gün İlyas Əfəndiyev dramaturgiyasından və əsərlərinin səhnə həllindən, rejissor yozumundan, bu pyeslərdəki aktyor oyunundan yazmaq istədiyim bir vaxtda, hər iki yazıçının həm də böyük insani keyfiyyətləri, istedadlı cavanlara isti münasibəti, diqqəti, əsl azərbaycanlı ağsaqqal qayğıkeşliyi yadıma düşdü və bütün olub-keçənlər bir kino lenti kimi gözlərim qarşısından keçdi.

Artıq dünya dramaturgiyasında qəbul olunmuş bir neçə klassik dramaturqun, həm də səhnə sənətində yaratdıqları məktəb var. Məsələn Şekspr, Molyer, Ostrovski, Çexov, Brext dramaturgiyası və məktəbi. Eləcə də Azərbayjanda Mirzə Fətəli Axundov, Jəlil Məmmədquluzadə, Hüseyn Javid, Jəfər Jabbarlı, Səməd Vurğun, İlyas Əfəndiyev dramaturgiyası və onların pyeslərində yetişən, bəhrələnən recissorlar, aktyorlar nəsli. Yəni bu pyeslərin sayəsində xalq tərəfindən sevilən, sənətkar kimi qiymətləndirilən, teatr tariximizdə layiqli yer tutan sənətkarlar. Əlbəttə, mən bu yazımda yalnız onlardan birinin, artıq klassikaya çevrilmiş İlyas Əfəndiyevin dramaturgiyasının bəzi cəhətlərini, qayələrini, anlarını təhlil edəcəm. Çünki onun dramaturgiyasını bütövlükdə təhlil etmək artıq doktorluq səviyyəsində böyük elmi işdir. Ona görə də mən yalnız bu yazımla, portret cizgiləri ilə İlyas Əfəndiyev dramaturgiyasının poetikasını, fəlsəfəsini, üslub xüsusiyyətlərini, pyeslərindəki xarakterlər qalereyasını və bu tərəflərin, qayələrin rejissor, aktyor işinə kömək edən məqamlarını aydınlaşdırmağa çalışacam. Bununla bağlı, məhz ilk əvvəl İlyas Əfəndiyev dramaturgiyasının keçdiyi yola, mühitə, quruluşa nəzər salaq. Yazıçının, dramaturqun keşməkeşli həyat illərini, qırmızı imperiyanın vaxtında, nəsr əsərlərində, pyeslərində sözaltı mənalarla bütün istəklərini oxuyuculara və tamaşaçılara çatdıra bilmək ustalığını, məharətini təhlil edək.

1914-cü ildə Füzulidə dünyaya gələn və Azərbayjan Pedaqoci İstitutunun (indiki Azərbayjan Dövlət Pedaqoci Universiteti) coğrafiya fakultəsini bitirən İlyas Əfəndiyev yazıçılığa nasir kimi başlayıb. Onun “Kənddən məktublar” adlı ilk kitabı 1939- cu ildə çap olunub. Həmin vaxtlar iyirmi beş yaşında kitab çap etdirmək və bu ilk kitabın da çap olunması ilə oxucu marağı yaratmaq elə də asan deyildi. Buna görə həqiqətən böyük istedad sahibi olmaq lazım idi. Gənc İlyas da özünün istedadlı nasir olduğunu bu kitabı ilə sübut etdi. Bu kitabda onun “Qarımış oğlan”, “Qızbəs xala”, “Mirzə İman” hekayələri və “Kənddən məktublar” povesti toplanmışdı. Bu kitabı həmin vaxtlar tanınmış ədəbiyyat tənqidçiləri, mütəxəssislər də yaxşı qarşıladılar və beləliklə, İlyas Əfəndiyev özünü istedadlı bir yazıçı kimi sübut etdi. “Kənddən məktublar” povestini oxuyanda, orada çoxlu dramaturci elementlərə rast gəlmək mümkündür. Ən maraqlısı budur ki, bu povest indi də özünün aktuallığını itirməyib. Dramatuci səriştəsi olan rejissor tərfindən bu povest səhnələşdirilsə, maraqlı səhnə əsəri ola bilər.

Ümumiyyətlə, İlyas Əfəndiyevin 1944-jü ilə qədər yazdığı bütün nəsr əsərlərindəki dramaturci elementlər o qədər çoxdur ki, dramatrugiyaya belə bağlılıq, dramaturgiyanı dərindən bilməsi, onu ilk kitabı çap olunandan cəmi beş il sonra dramaturgiyaya gətirib. Belə ki, 1944- jü ildə İlyas Əfəndiyev, Mehdi Hüseynlə birlikdə “İntizar” pyesini yazıblar. 1945-ci ilin əvvəllərində bu pyes, Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında (indiki Milli Akademik Dram Teatrda) böyük uğurla tamaşaya qoyulub. İlk pyesinin belə uğurlu alındığını görən İlyas müəllim, bundan sonra özü sərbəst pyeslər yazmağa başlayır. Beləliklə, ilk sərbəst əsəri olan, “İşıqlı yollarla” pyesini yazıb. Bu əsərin tamaşası da mütəxəssislər və tamaşaçılar tərəfindən maraqla qarşılanır. Hətta tamaşa, 1948-ci ildə Moskvada, Azərbayjan professional teatrının yaranmasının 75 illik yubileyi çərçivəsində oynanılır və paytaxt tamaşaçılarının, mütəxəssislərinin də marağına səbəb olur. Bu pyeslərin maraqlı işlənməsinə, yaxşı səhnə həlli, aktyor oyunu olmasına baxmayaraq, hələ ki, onlar dramaturq yox, nasir İlyas Əfəndiyevin qələmindən çıxmışdı. Çünki cümlələrin səlis və rəvan yazılmasına baxmayaraq, dialoqlarda uzunçuluq, hadisələrdə nəsirçilik vardı. Nəsrdən dramaturgiyaya keçən yazıçıların əksəriyyətində belə hallar olur. Çünki dramaturgiyanın öz yazı üslubu, səhnəni çox yaxşı bilmək, akytor, rejissor sənətindən yaxşı xəbərdar olmaq və ən əsası isə “teatr mətbəxində” olmaq, yazıçı üçün əsas şərtlərdəndir. Təsadüfi deyil ki, dünyanın ən məşhur dramaturqları Sofokl, Şekspir, Molyer, Brext recissor, akytor olublar. Əbdürrəhim bəy Haqverdiyev və Jəfər Jabbarlı həm də rejissorluqla məşğul olublar. Onlar, “sehirli qutu” adlandırdığımız səhnənin sirlərini, texnalogiyasını, qanunlarını mükəmməl biliblər. Dramaturgiyanın tarixini və dram əsərlərində lazım olan əsas elementləri, texnikanı qısa vaxtda çox yaxşı öyrəndiyindən, tanınmış rejissorlar Adil İsgəndərov, Mehdi Məmmədov və Tofiq Kazımovla dostluq əlaqələrinin qurulması sayəsində və bu rejissorların onun dramaturgiyasına maraqlarının çox olmasına görə, İlyas Əfəndiyev dramaturgiya ilə daha ciddi məşğul olmağa başlayır. Və bütün bunlar da tezliklə özünün çox yaxşı bəhrəsini verir. Belə ki, o, çox orijinal əsər olan “Bahar suları” pyesini yazıb, teatra təqdim edir. Bu pyes də qısa vaxtda Adil İsgəndərov tərəfindən böyük uğurla tamaşaya hazırlanır. Tamaşada isə əsas rollarda İsmayıl Dağıstanlı – Uğur, Ələsgər Ələkbərov – Alxan, Hökumə Qurbanova- Şəfəq, Ağasadıq Gəraybəyli – Nəcəf rollarında maraqla çıxış edirlər. Artıq bu pyesdən sonra tanınmış teatr tənqidçiləri, mütəxəssislər Məmməd Arif, Cəfər Cəfərov, Mehdi Məmmədov İlyas Əfəndiyevi, Jəfər Jabbarlı dramaturgiyasının layiqli davamçısı adlandırıblar. Bu pyes baxmayaraq ki, həmin dövrün “konfliktsizlik nəzəriyyəsinə, dramaturgiyasına” xidmət edən əsərlərdən olsa da, burada məhəbbət mühüm yer tuturdu. Bu məhəbbətin kontekstində isə istehsalata, vətənpərvərliyə münasibət ictimai-psixoloji boyalarla müəllif və rejissor tərəfindən yaxşı işləndiyindən tamaşaçılar tərəfindən maraqla qarşılanırdı. Bu pyesin uğurundan ruhlanan İlyas Əfəndiyev “Atayevlər ailəsi” pyesini yazır. Və bu pyesə quruluşu Azərbaycan səhnəsinə, milli aktyor və rejissor sənətimizə çoxlu yeniliklər gətirən Toiq Kazımov verir. Müəllifin bu pyesi keçən əsrin əllinci illərində səhnə sənətimizdə böyük bir hadisə olur. Bu tamaşa haqqında Cəfər Cəfərov, Mehdi Məmmədov kimi sənətçilərimiz maraqlı ressenziyalar yazırlar. Bu pyesdəki hadisələr əsasən bir ailə daxilində cərəyan edib, həmin ailənin üzvüləri ilə əlaqədar olsa da, “Atayevlər ailəsi” məişət dramı deyil. Duzdür, ailə cəmiyyətin ilkin üzvüdür. Atayevlərin də həyatı cəmiyyətdən təcrid oluna bilməz. Bütün ailələr kimi, bu ailə də gözə görünən və görünməyən tellərlə cəmiyyətə bağlıdır.

Beləliklə də, bir ailədə baş verənləri, qohumlar arasındakı olan münasibətlərin əxlaqi mahiyyətlərini açmaqla və dramaturci cəhətdən ustalıqla buna nail olmaqla müəllif, bu pyesi ilə ictimai dramın gözəl nümunələrindən birini yaratmışdı. Məhz buna görə də pyes həmişə, bütün dövrlərdə aktual olaraq qalacaq. Yuxarıda yazdığım kimi, dramaturq sosialist cəmiyyətinin, quruluşunun eybəcərliklərini də sözaltı mənalarla bu pyesdə yaxşı işləyib. Həmin vaxtlar rejissor Tofiq Kazımov tərəfindən də pyesə düzgün açar tapılmış və aktyorlar da rejissorun sayəsində rollarnın öhdəsindən məharətlə gəlirdilər. Bu pyesin müvəffəqiyyətindən, rejissor və dramaturq arasında yaranan dostluqdan sonra, İlyas Əfəndiyev demək olar ki, yaradıcılığının böyük hissəsini dramaturgiyaya həsr etdi. Belə ki, bundan sonra bir-birinin ardınca Azərbayjan teatr tarixində hər biri hadisə olan “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Sən həmişə mənimləsən”, “Mənim günahım” pyeslərini yazdı. O, elə bu əsərləri ilə də Azərbaycan dramaturgiyası tarixində lirik-psixoloji pyes janrının əsasını qoydu. Bu həm də bu keçmiş Sovetlər Birliyidə dramaturq tərəfindən əsası qoyulan yeni janr idi. Elə bu pyeslər və başqa səhnə əsərləri ilə də Tofiq Kazımov, rejissor kimi, Azərbaycan teatr tarixində “realist səhnə oyunu” adlanan yeni aktyor oyun üslubunun əsasını qoydu. Bu aktyor oyun üslubunun banisi isə sevimli aktyorumuz Həsənağa Turabov oldu. Beləliklə, bu pyeslər Azərbayan teatr sənətinə Əli Zeynalov, Məlik Dadaşov, Həsənağa Turabov, Şəfıqə Məmmədova, Amaliya Pənahova, Vəfa Fətullayeva, Səməndər Rzayev, Səfurə İbrahimova, Kamal Xudaverdiyev, Rafıq Əzimov, Fuad Poladov, Ramiz Məlikov, Yaşar Nuriyev və onlarja digər akytor və aktrisaların yetişməsinə, özlərini bir sənətkar kimi sübut etməsinə təkan verdi. Yuxarıda yazdığım kimi, bu pyeslərdəki obrazları ilə realist aktyor oyun üslubunun Azərbaycanda əsasını qoyan Həsənağa Turabovla etdiyimiz söhbətlərdə, o, İlyas Əfəndiyev dramaturgiyasından danışanda deyirdi: “Mənim bir aktyor kimi yetişməyimdə, özümü bu sənətdə təsdiq etməyimdə, rejissor Tofiq Kazımovun və dramaturq İlyas Əfəndiyevin pyeslərinin böyük rolu olub. Mən İlyas müəllimin pyesləri sayəsində püxtələşmişəm və səhnədə öz sözümü deyə bilmişəm”.

Böyük Vətən Müharibəsindən sonrakı dövrdə İlyas Əfəndiyev yaradıcılığının çoxşaxəliliyi onda idi ki, yazıçı-dramaturq öz yaradıcılığınıda rəngarəng mövzulara və canrlara müraciət edirdi. Belə ki, o, həm hekayələr, həm əmək qəhramanları haqqında oçerklər yazır, onların portret cizgilərini yaradır, həm romanlar və həm də dramaturci cəhətdən bir-birindən fərqli pyeslər yazırdı. Məhz buna görə də biz İlyas Əfəndiyevi həmin dövrdə təkcə Azərbaycanda yox, keçmiş Sovetlər İttifaqında ən görkəmli və məhsuldar yazıçılardan biri adlandırsaq, yəqin ki, səhv etmərik. Çünki, bunu deməyə həmin vaxtlar yazdığı hekayələr, oçerklər, “Söyüdlü arx”, “Dağlar arxasız olmur”, “Üç atılan”, “Körpüsalanlar”, “Geriyə baxma qoca” kimi romanları və biri-birindən maraqlı pyesləri əsas verir. Müəllif həmin dövrdə qələmə aldığı dram əsərləri ilə özünün novatorluğuna, professionallığına görə, onu həmin dövr Sovet dramaturgiyasının ən aparıcı dramaturqlarından biri etmişdi. Onun pyesləri keçmiş ittifaqın bir sıra respublikalarının, hətta sosialist ölkələrinin teatr səhnələrində böyük uğurla tamaşaya qoyulurdu. Həmin vaxtlar Azərbaycandan kənarda “Sən həmişə mənimləsən” pyesi daha uğurla qarşılanır və ayrı-ayrı respublikaların teatrlarının səhnələrində tez-tez də tamaşaya qoyulur, repertuarında əsas yerlərdən birini tuturdu. Çünki bu pyes təkcə Azərbaycanda yox, həm də keçmiş Sovetlər Birliyində lirik-psixoloji dramın ilk nümunəsi idi. Əsər həm mövzu baxımından çox orijinal idi, həm də müəllif burada yığcam və az sözlə böyük fəlsəfi, tərbiyəvi fikirlər söyləyə bilmişdi. Məhz buna görə də tanınmış rejissor, aktyor, sənətşünaslıq doktoru, Azərbaycan teatr sənətində öz məktəbini yaratmış və mənim professional teatr sənəti sahəsində ilk müəllimim olan Mehdi Məmmədov, İlyas Əfəndiyev dramaturgiyası haqqında belə yazırdı: “İlyas Əfəndiyevin pyeslərinin dili, səhnə dilinin təmizliyi, səlisliyi, yığcam, dərin sözaltı mənalı və ifadəli olması xoş təsir bağışlayır. O, sözü diqqət və həmişə ehtiyatla seçir. Sözaltı mənalardan bacarıqla istifadə edir. Fikri, hissi ifadə etməyi, səhnə vəziyyəti tələb edəndə isə gizlətməyi yaxşı bacarır”. Onu da vurğulamaq istəyirəm ki, ilk sənət müəllimim, aktyorluq və rejissorluq sənətinin sirlərini Azərbaycanda mənə ilk öyrədən Mehdi Məmmədov hər dramaturq haqqında belə maraqlı fikirlər demirdi və yazmırdı.

“Sən həmişə mənimləsən” pyesində Həsənzadə və Nargilə dueti, dramaturq tərəfindən xüsusi orijinallıqla, professionallıqla işlənib. Bu rolları ilk dəfə ifa edən xalq artisti Əli Zeynalov və gənc aktrisa, o vaxtlar 19 yaşı olan Amaliya Pənahova dueti çox maraqla qarşılanırdı. Aktyorlar var qüvvələrini sərf edirdilər ki, müəllifin fikrini və rejissor Tofiq Kazımovun səhnə yozumunu, ali məqsədini, obrazların özəyini tamaşaçıya dəqiq çatdıra bilsinlər. Eləcə də “Mənim günahım” tamaşasında Xansu – Həsənağa Turabov, Nərminə – Səfurə İbrahimova dueti də tamaşaçılar və teatr mütəxəssisləri tərəfindən maraqla qarşılanırdı.

Müəllifin 1968-ji ildə tamaşaya qoyulan “Unuda bilmirəm” pyesi də digərləri kimi böyük bir hadisəyə çevrildi. Düzdür, bundan əvvəl tamaşaya qoyulan “Mənim günahım” teatr mütəxəssislərinin bəziləri tərəfindən birmənalı qarşılanmadı. Bəzi tənqidçilər bu pyesi və onun səhnə həllini tam başa düşmədiklərindən haqsız olaraq, tənqid etmişdilər. Məşhur dramaturqlar, rejissorlar və teatr tənqidçiləri də deyir ki, əgər o tamaşa birmənalı qarşılanmırsa, deməli, maraqlı səhnə əsəridir.

“Unuda bilmirəm” tamaşası teatr mütəxəssisləri, ədəbiyyat tənqidçiləri tərəfindən yaxşı qarşılandı. Əsasən də Nargilə rolunda Amaliya Pənahova və Kamran rolunda Həsənağa Turabov həmin vaxtlar hamının sevimlisi oldular. Çünki o səhnə əsərinin mövzusu da yeni idi. Çox maraqlı haldır ki, bu tamaşa uzun illər də Milli Akademik Dram Teatrının repertuarında qaldı və bu illərdə çoxlu aktyorların, aktrisaların yetişməsinə köməklik etdi.

Müəllifin “Məhv olmuş gündəliklər” pyesi xarakterlər dramıdır, desəm, yanılmaram. Çünki burada olan Fəridə, Ədalət, Ancel, Savalan, Qənimət, Gövnər xanım obrazları, hər biri öz-özlüyündə çox yetkin və biri o birinə oxşamayan, səhnəmizdə həmin vaxtlarda rast gəlmədiyimiz surətlərdir. Elə buna görə də Milli Akademik Dram Teatrında rejissor Tofiq Kazımov tərəfindən qoyulan bu tamaşada aktyorlar Kamal Xudaverdiyev – Ədalət, Səməndər Rzayev – Qənimət, Fuad Poladov- Savalan, Vəfa Fətullayeva – Fəridə, Şəfıqə Məmmədova – Ancel rollarını ustalıqla oynayırdılar.

Yuxarıda yazdığım kimi, mən də “Məhv olmuş gündəliklər” pyesinə 2007-ci ildə Dövlət Gənclər Teatrında quruluş vermişdim. Və bir rejissor kimi, çalışmışdım ki, pyesə yeni açar tapım. Yəni özüm başa düşdüyüm və günün tələblərinə cavab verən formada tamaşa hazırlayım. Rejissor kimi ali məqsədi belə müəyyənləşdirmişdim. Həyata gündəliklərdəki, bədii əsərlərdəki yazılanlar kimi baxan, əvvəlcədən ölçüb-biçməklə, ehtimallarla, mülahizələrlə, varlı adamlara ərə gedən gənc qızların ailə həyatının sonu çox vaxt faciə ilə qurtarır. Ona görə də biz səhnə tərtibatını bütövlükdə gündəliklərdən qurmuş və tamaşada leytimativ kimi, Fəridənin ən çox sevdiyi Jor Bizenin “Karmen” operasının və bəstəkar Radion Şedrinin “Karmen” suitasındakı musiqilərindən istifadə etmişdik. Tamaşadakı mahnılara musiqisini yazan bəstəkar Sərdər Fərəcov və quruluşçu rəssam Əli Vüqar da, öz işləri ilə rejissorun bu ideyasına xidmət edirdilər. Tamaşada çoxlu plastik hərəkətlər və ayrı-ayrı şeirlərə yazılmış mahnılar da, bütövlukdə mizanlar da bu qayənin, rejissor yozumunun açılmasına xidmət edirdi. Biz hətta Gövhər xanım roluna əlavə sözlər yazmaqla, bu rolu da epizodluqdan çıxarıb, əsas rollardan biri etmişdik. Bu tamaşada çıxış edən Gövhər xanım – əməkdar artist Qəmər Məmmədova, Fəridə – Cəmilə Allahverdiyeva, Ancel – Gülbəniz Mustafayeva, Ədalət – Rəşad Səfərov, Qənimət – Elşən Hacıbabayev və Nurlan Rzayev, Savalan – Qədirhüseyin İsmayılov və Vahid Orucoğlu da bu ideyaya xidmət etməklə maraqlı rollar oynayırdılar. Və onların hər bir epizoddakı çıxışları tamaşaçı alqışları ilə sona yetirdi. Bu tamaşa haqqında da dörü mətbuatda biri-birindən maraqlı ressenziyalar çap olundu.

1971-c ildə teatr səhnəsində tamaşaya qoyulan “Mahnı dağlarda qaldı” tamaşası İlyas Əfəndiyevin tarixi canrda yazdığı ilk pyesi olsa da, çox bitkin və dramaturci cəhətdən professionallıqla işlənmişdi. Bu tamaşaya quruluş verən rejissor Əlheydər Ələkbərov, rəssam Nüsrət Fətullayev, bəstəkar Süleyman Ələsgərov, əsas rolların ifaçıları Həsənağa Turabov – Nijat, İsmayıl Dağıstanlı – Böyük bəy, Leyla Bədirbəyli – Fəxrəndə xanım, Amaliya Pənahova – Şahnaz, Vəfa Fətullayeva – Gülgəz, Fuad Poladov – Rəhman, Məmmədrza Şexzamanov – Həsənəli və başqa aktyorlar öz rollarını böyük həvəslə, yüksək profesionallıqla ifa edirdilər. Ona görə də bu tamaşa elə ilk premyerasından uğurla qarşılandı və sonra dövlət mükafatına layiq görüldü.

Dramaturq İlyas Əfəndiyev komediya canrında da öz qələmini sınadı və bunun nəticəsində “Qəribə oğlan” kimi maraqlı bir komediya yazdı. Bu tamaşaya quruluş verən xalq artisti, rejissor Ağakişi Kazımov, hətta bu komediyanı müzikl janrına qədər yüksəltdi və bu tamaşa Azərbaycan teatr sənətində ilk müzikl oldu. Dramaturq İlyas Əfəndiyevin, rejissor Ağakişi Kazımovun, bəstəkar Emin Sabitoğlunun böyük profesionallıqla qurduqları tamaşada, əsas rolda çıxış edən Fuad Poladov, özünün rəngarəng oyun üslubu ilə Azərbayan səhnəsi üçün çox böyük bir tapıntı oldu. Bu tamaşada baş rollarda çıxış edənlər – Əliağa Ağayev, Nəcibə Məlikova, Mirvari Novruzova və teatrın o vaxtlar cavan aktyor heyyəti sayılan, sonralar tanınmış sənətkarlar olan Amaliya Pənahova, Rafiq Əzimov, Kamal Xudaverdiyev, Səməndər Rzayev, Ramiz Məlikov və başqları da maraqlı rollar oynayırdılar. Bundan sonra rejissor Ağakişi Kazımovla İlyas Əfəndiyevin birgə işi olan “Büllur sarayda” tamaşası da maraqlı səhnə əsəri kimi qarşılandı. Bu tamaşada oynayan aktyorlar – Amaliya Pənahova, Yaşar Nuriyev, Fuad Poldov, Rəfael Dadaşov, Sevil Xəlilova, Əliabbas Qədirov, Hacı İsmayılov, Hamlet Qurbanov və başqa aktyorların oyunu, səhnə tərtibatı da yaxşı işlənmişdi. Həmin vaxtlar “Büllur sarayda” tamaşası xalq artisti, rejissor Cənnət Səlimova tərəfindən Səməd Vurğun adına Rus Dram Teatrında da tamaşaya qoyuldu. Bu tamaşa da özünün orijinal səhnə həllinə, rejissor yozumuna görə də maraqlı idi. Tamaşada aktyor ansambılı, rejissor Cənnət xanımın yüksək professionallığı və hər akytorla obrazları dəqiq işləməsi sayəsində maraqlı alınmışdı. “Büllur sarayda” tamaşası rusdilli tamaşaçılar tərəfindən də yaxşı qarşılanırdı.

Xalq artisti, professor Ağakişi Kazımov, rejissorun dramaturqla birgə iş üslubu haqqında danışanda, müsahibələrimizdən birində maraqlı olan belə bir fikir işlədib: “Mənim canlı dramaturqla ilk rejissor işim İlyas Əfəndiyevlə olub. Səhnəni, dramaturgiyanın bütün qanunlarını yaxşı bilməsi, az sözlə çox geniş fikirlər ifadə etməsi, yazdığı rolların heç birinin, bir-birinə oxşamaması, obraz səviyyəsinə qalxması, sözaltı mənaları dəqiq yerində işlətməsi, gözlənilməz hadisələr qurması, maraqlı konfliktlər yaratması və hətta hansı aktyorun hansı rolu daha uğurlu oynaya bilməsi ilə İlyas Əfəndiyev mənə çox köməklik edib. Bütün bunlarla yanaşı o, həm də sözübütöv, rejissoru lazım olan yerdə müdafiə edən, onu pis niyyətlərdən, lazımsız hücumlardan qoruyan insan idi. Məhz buna görə də onun hər iki pyesinə verdiyimiz quruluş maraqlı alınmışdı və teatr sənətimizin tarixinə layiqincə yazıldı”.

1980-ci ildə İlyas Əfəndiyev ikinci dəfə tarixi mövzuya müraciət edərək “Natəvan” pyesini yazıb, teatra təqdim etdi. Bu tamaşaya həmin vaxtlar Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının (indiki Musiqili-Dram Teatrı) baş recissoru olan xalq artisti Mərahim Fərzəlibəyov, Milli Akademik Dram Teatrında quruluş vermək üçün dəvət olundu. Tamaşada baş rolda, xalq artisti Amaliya Pənahova çıxış etdi. Tamaşa rejissor yozumuna və aktyor oyununa görə də maraqla qarşılandı və bu tamaşadan sonra Mərahim Fərzəlibəyovun da rejissor həyatı Milli Akademik Dram Teatrı ilə bağlandı. “Natəvan” tamaşasının uğurla qarşılanmasından sonra dramaturq İlyas Əfəndiyev və rejissor Mərahim Fərzəlibəyovun birlikdə müştərək işləri başlandı. Belə ki, bu tamaşadan sonra İlyas Əfəndiyevin yenə də tarixi mövzuda yazdığı “Şeyx Xiyabani” tamaşasına Mərahim Fərzəlibəyov quruluş verdi. Bu tamaşada baş rolda Həsənağa Turabov orijinal bir obraz yaratdı. Və onun bu rolu Azərbaycan teatr tarixində bir hadisə oldu. Tamaşanın uğurundan sonra Mərahim Fərzəlibəyov, dramaturqun “Bizim qəribə taleyimiz”, “Sevgililərin cəhənnəmdə vüsalı”, “Dəlilər və ağıllılar” və son əsəri olan “Hökmdar və qızı” əsərlərinə quruluş verdi. Bütün bu tamaşalar da orijinal mövzularına, aktuallığına, yüksək dramaturci tapıntılarına, obrazlarının dramaturq tərəfindən professional səviyyədə işlənməsinə, dialoqların yığcamlığına və rejissor yozumu ilə birlikdə, maraqlı aktyor oyun üslubuna görə, tamaşaçılarda böyük maraq yaratdı. Və ən əsası isə bu pyeslərin sayəsində çoxlu gənc aktyorlar, aktrisalar Azərbaycan səhnəsi üçün yetişdi. Onlar da bu gün Milli Akademik Dram Teatrının aparıcı sənətkarlarıdır.

Dramaturqun Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında hazırlanan “Büllur sarayda”, quruluşçu rejissor Ağakişi Kazımov, “Məhv olmuş gündəliklər” quruluşçu recissor, xalq artisi Vaqif Əsədov və “Sarıköynəklə Valehin nağılı” əsərini səhnə üçün işləyən və quruluşçu recissor, əməkdar incəsənət xadimi Bəhram Osmanov tamaşalara maraqlı quruluşlar veriblər. Bu tamaşalarda da teatrın bir qrup aktyorları biri-birindən maraqlı rollar oynayıblar. Xalq yazıçısının 100 illik yubileyinə bir töhfə olan “Sarıköynək və Valehin nağılı” tamaşasında aktyorlardan, xalq artistləri Tariel Qasımov, Yasin Qarayev, əməkdar artistlər Lətifə Əliyeva, Qəmər Məmmədova, aktyorlar Günel Məmmədova, Elnur Kərimov, Ədalət Əbdülsəməd, Sabir Məlikov, Vüsal Mehrəliyev, İlham Əsədov, Mehriban Hüseynova, Hüseyn Nağıyev və başqaları maraqlı rollar oynadılar. Tamaşa öz aktuallığı və bu günlə səsləndiyinə görə, tamaşaçıların da marağına səbəb oldu.

Beləliklə, Milli Akademik Dram Teatrında və respublikanın başqa teatrlarında 20 pyesi səhnə həyatı görən İlyas Əfəndiyevin bu pyeslərinə təkcə Azərbaycanın ayrı-ayrı dövlət teatrlarında yox, həm də keçmiş Sovetlər Birliyində maraqlı quruluşlar verildi. Bununla da o, özünün dramaturq kimi məktəbini yaratdı. Bu məktəbdən bu gün də Azərbaycan teatrları bəhrələnir. Azərbaycanın teatrlarında çoxlu aktyorlar, aktrisalar və maraqlı rejissorlar yetişir. Əminəm ki, zaman-zaman Azərbaycan teatrı və eləcə də dünya teatrları İlyas Əfəndiyev dramaturgiyasına müraciət edəcək. Bu pyeslərin əsasında maraqlı tamaşalar hazırlanacaq və orijinal kinofilmlər çəkiləcək. Tamaşaçılar bundan sonra da professional aktyorların maraqlı oyun ifasında, dərin, orijinal rejissor yozumlarında bu əsərlərin yeni səhnə variantlarlarını görəcəklər. Böyük dramaturqun əsərlərinin yeni-yeni qatları açılacaq. Çünki İlyas Əfəndiyev dramaturgiyası özündə milliliyimizi qoruyub saxlamaqla, yüksək tərbiyəvi əhəmiyyətə malik olması ilə, dərin fəlsəfi fikirləri özündə əks etdirməklə yanaşı, həm də dünyəvi məsələlərlə, hadisələrlə, fikirlərlə, zamanın tələbləri ilə çox zəngindir. Dünya teatrları da onun yaradıcılığına müraciət etməklə, Azərbaycan həqiqətlərini, tariximizi bu əsərlər vasitəsilə öyrənəcəklər. Və İlyas Əfəndiyev təkcə klassik nasir kimi yox, həm də klassik dramaturq kimi ədəbiyyatımızda daim yaşayacaq. Zaman-zaman müstəqil respublikamızda gələcək nəsillərimiz üçün ədəbiyyat, teatr sahəsində, yeni insan tərbiyəsində İlyas Əfəndiyev yaradıcılığı məktəb olacaq. Və Jəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı məktəbləri ilə birlikdə teatr tariximizdə uğurla addımlayacaq. Mən buna əminəm.

Bürclərin xarakteri

Evlilik təklifi edəcək kişi seçiminin nə qədər uğurlu olacağını bilmək istəyirsə, mütləq sevdiyi qadının bürcü ilə maraqlanmalıdır. Çünki bəzən bürclər insan haqqında sezə bilmədiyimiz ən doğru məlumatları verə bilər. Əgər hələ də seçim etməmisinizsə, bürclərə görə evləniləcək ən yaxşı qadınları siz də tanıyın. Bəlkə seçiminizi elə bu üç bürc altında doğulan qadında etdiniz.

Kraliça Xərçəng (22 iyun- 22 iyul)
Bu bürc altında doğulan qadınlar sevgilisinə qarşı güclü emosionallıq duyurlar. Onlar sevdiyi insana görə hər şeyə hazır olurlar. Əgər siz bu bürc altında doğulan qadınla evlilik düşünürsünüzsə, seçiminiz doğrudur. Çünki bu qadın sizin xoşbəxtliyiniz üçün hər şey edəcək. Digər tərəfdən bu qadınlar önəmi olmayan bir çox şeyi dramatikləşdirə və lazım olmayan hadisələrlə bağlı həddindən artıq həyəcan keçirə bilərlər. Ümumiyyətlə, xərçəng qadınlar evdə rahatlıq yaratmağı bacarırlar. Bundan başqa onlar çox yaxşı aşpaz, övladlarına isə yaxşı anadırlar. Bu qadınlar aşiq olduğu insandan düzgünlük və mehribanlıq gözləyir.
Davamı →

Yəhudilərin bürclər üzrə proqnozu

  • Bürclərin xarakteri
  • 2 iyul 2018, 20:46

Qoç
Qoç bürcündən olan insanlar güclü və qətiyyətli şəxsiyyətlərdir. Onların həyata öz baxışlar var, bir qədər döyüşkən və aqressivdir, eyni zamanda özünə əmindir. Bütün gücləri ilə qələbəyə doğru gedirlər və lazım olarsa, ilk zərbəni özləri vurar. Məqsədlərinə çatmaq üçün heç kimlə hesablaşmırlar, öz qırarları ilə hərəkət edirlər.

Buğa
Bu bürcün nümayəndələri xüsusi səy və canfəşanlığı ilə səciyyələnir. Onların doğulduğu bürc altında insanın illik dirçəlişi baş verir və onun artımı bir pillə yuxarı olur. Buğalar həqiqətin qatı tərəfdarlarıdır. Həqiqət isə məlum olduğu kimi, yetkinlik əlaməti sayılır.
Davamı →

Bürclərə görə kişilər hansı tip qadınları bəyənir?

  • Bürclərin xarakteri
  • 27 sentyabr 2017, 13:55

Qoç
Qoç ilk və ən yaxşı olmaq üçün yaşayır. O, həmişə yanında prestijini artıracaq və insanlar tərəfindən təqdir ediləcək birini istəyir. Həyat fəlsəfəsi “indi, bu dəqiqədir”. O, sizi kəşf etmək üçün çox gözləməyəcək. Qoç, özünü seçmək məcburiyyətində hiss etməz. Sadəcə hər şeyi istəyir, adətən alır da.

Buğa
Venera tərəfindən idarə olunan Buğa gözəlliyin əsiridir. Həyatında böyük əhəmiyyəti olan duyğularla bərabər görünüşü baxımından da razı qaldığı bir eşq cütlüyündən də imtina etməz. Sevəcəyi şəxs qüsursuz bir görünüşə sahib olmalıdır.
Davamı →

Hansı bürcü nə əsəbləşdirir?

  • Bürclərin xarakteri
  • 23 yanvar 2017, 13:30

Hər birimiz müxtəlif xarakterli olsaq da, hamı ilə dil tapmaq mümkündür. Bunun üçün hər bir zodiak işarəsini qəzəbləndirən səbəbləri öyrənmək kifayətdir.

Qoç
Qoçlardan hər hansı bir məsələ barədə xahiş etdikdə dərhal özündən çıxırlar. Bu, onları lap dəli eləyir, çünki Qoçlar hər dəqiqəni və maraqlarını qiymətləndirirlər. Bu bürcün nümayəndələri sırtıq insanlara qarşı dözümlü deyil. Əgər siz Qoçlara israr etməkdə davam etsəniz, ən yaxşı halda söyüş qasırğasına hazırlıqlı olun.

Buğa
Əgər nə vaxtsa, haradasa “Bəsdir, ürəyimi üzdün” ifadəsini eşitsəniz, əmin olun ki, o sözlərin sahibi Buğalardır. Bu bürcün nümayəndələri ətrafında dayanmadan vurnuxan adam gördükdə, onları tələsdirdirdikdə, yaxud da yersiz göstəriş və məsləhətlərlə onları bezdirdikdə əsəbiləşməyə başlayır. Buğanın xətrinə dəymək istəmirsinizsə, onda ona nəyi, necə etməli olduğunu göstərmək lazım deyil.

Güclü və zəif bürclər

  • Bürclərin xarakteri
  • 6 avqust 2016, 20:33

Qəribədir, amma bəzi bürclər özünəinamı, cəsarəti ilə digər zodiak işarələrindən qətiyyətlə seçilir. Əlbəttə ki, söhbət fiziki deyil, mənəvi gücdən gedir.

Hava ünsürü

Dolça
Hava ünsürünün ən güclü bürcü Dolçadır. Xəyalpərəstliyə meylli olmasına və yüksək ideallara can atmasına baxmayaraq, bu zodiak işarəsi həyatda istənilən çətinliklərə tab gətirməyə qadirdir.

Tərəzi
Mənəvi gücünə görə ikinci yerdə Tərəzilər gəlir. Bu bürcün nümayəndələri əslində, göründüyü kimi zəif deyil, amma onların işlərini sona qədər çatdırmamaq kimi pis vərdişləri var. Onlar həvəs və arzularından, eyni zamanda məqsədlərindən çox tez vaz keçirlər.
Davamı →

Əqrəb burcu

  • Bürclərin xarakteri
  • 20 fevral 2011, 13:16

Əqrəb bürcündə doğulan şəxslərlə ünsiyyət yaratmaq, dil tapmaq üçün müəyyən bacarığa malik olmaq lazımdır. Əqrəblərin xarakterində bir neçə xüsusiyyət var. Onlar vəziyyətin ağası olmaqla yanaşı, həm də başqalarında qətiyyəti qiymətləndirirlər.
Əqrəb bütün münasibətlərdə dominant olmağı sevir. Bəyənmədiyi, onun fikriycə layiq olmayan, diqqətini çəkməyən insanla ünsiyyətə girmirlər. Əqrəbin diqqətini çəkmək üçün mütləq ona kompliment söyləyin. Bu onun xarici görünüşü, geyimi, özünü aparmaq qabiliyyəti ilə bağlı ola bilər.
Əqrəblər çox vaxt sakit oturmağı sevirlər. Onlar sizə diqqətlə qulaq asıb, yeni informasiya almaq istəyirlər.
Onunla söhbət zamanı siyasət, hava haqqında danışmayın. O, sizinlə söhbət xatirinə söhbət etməyəcək. Onları maraqlandıran mövzu haqqında ixtilat etməyə çalışın.
Davamı →

Oxatan bürcü

  • Bürclərin xarakteri
  • 20 fevral 2011, 13:16

Oxatanla tanış olan zaman ilk söhbəti heyvanlar haqqında başlasanız yaxşı olar. Oxatan evində it saxlamasa da, onlar haqqında çox maraqlanır. Cəngəllik qanununun cəmiyyətdə işləməsini, yırtıcılarla zəiflərin təması məsələsini açıqlayın. İlk görüşü açıq havada təyin etsəniz yaxşı olar.
Oxatanlar hədiyyə almağı çox sevir. Bunun üçün çox pul xərcləmək lazım deyil. Bu bürcün sahibləri elə insanlardır ki, hədiyyənin bahalı və ucuz olması yox, sizin ona diqqətiniz üçün vacibdir.
Oxatanlar çox ünsiyyətcildirlər. Onların dünya görüşü çox geniş olduğundan, hər barədə söhbət etmək olur. Lakin laqeyd və passiv həmsöhbətdən tez bezirlər.
Qadın Oxatanlar evlilik təklifinə o saat cavab verməyə tələsmirlər.
Kişi Oxatanlar isə o dəqiqə cavab gözləyirlər. Cavabın uzadılması onun aqressiyasına səbəb olur.
Davamı →

Balıqlar bürcü

  • Bürclərin xarakteri
  • 20 fevral 2011, 13:16

Balıqlar olan məclislərdə, yığıncaqlarda onları həmişə diqqət mərkəzində görmək mümkündür. Əgər onlar bunu bacarmasalar, onda bir qıraqda durub darıxacaqlar.
İlkin söhbət üçün musiqi, teatr haqqında söz salın, bu onların maraq dairəsindədir. Balıqlar monoloq söyləməyi xoşlayır. Onlara diqqətlə qulaq asın və sözünü kəsməyin. Əgər söhbətində heç nəyi başa düşmədinizsə, onda səmimi olaraq bunu onlara deyin. Balıqların ən sevimli işi nəyisə insanlara başa salmaqdır. Onlar düzgün düşünür, ancaq gözəl danışa bilmir. Odur ki, sözündən inciməyin.

Dolça bürcü (sutökən)

  • Bürclərin xarakteri
  • 20 fevral 2011, 01:12

Digər bürc sahiblərindən fərqli olaraq. Dolçayla tanış olmaq çox asandır. Bu münasibətlərdə ən çətini onun diqqətini cəlb etməkdir. Dolçalar çox ünsiyyətçidiıiər. İlk tanışlıqda bu adamla tez bir zamanda mehribanlaşıb, istənilən mövzuda danışa bilərsiz.
Bu bürcdən olanlar yüksək zəka, intellekt sahibləridiıiər. Ona görə də, özlərinə oxşar adamlarla ünsiyyət qurmağı bəyənirlər. Dolça yüksək zövqə malikdir. zərif, incə hədiyyələri sevirlər. Dolça üçün ən gözəl hədiyyə kitabdır. Bunu da unutmayın ki, aldığınız hədiyyə məhz Dolçanın istifadəsinə yararlı olmalıdır.
Dolçayla ünsiyyət qurduqda çoxlu suallar verin. Bu sual onun işinə, sevdiyi musiqiyə, kitaba, yığdığı, topladığı kolleksiyaya aid ola bilər.
Əgər Dolça ilə ailə münasibətlərində hər şeyin yaxşı olmasını istəyirsinizsə, onda sizdən yüksək yumor qabiliyyəti, səmimi ünsiyyət, etibar tələb olunur.
Davamı →

Oğlaq bürcü

  • Bürclərin xarakteri
  • 23 yanvar 2011, 16:55

İşgüzar Oğlaqlarla birlikdə işləmək bir fərəhdir. Vəzifəsindən bir pillə aşağı işləsəniz, sizin onunla ünsiyyət yaratmağınıza özü kömək edəcək. Həm də sizin maraq dairəniz eyni olacaq. Bu isə ünsiyyət yaratmaq üçün daha bir şansdır.
Birlikdə problemləri həll etmək Oğlaq bürcünün ürəyincədir. Oğlağın ən çox sevdiyi və bildiyi sahəni öyrənin, bu hər hansı bir xarici dil, kompüter, klassik musiqi, rəngkarlıq sənəti ola bilər.Başa düşmədiyinizi ondan soruşun, sizə bunu öyrətməyini xahiş edin. Şərt deyil ki, dərslər parta, masa arxasında keçsin. Gözəl havada, parkda gəzişə-gəzişə öyrənmək də mümkündür. Elmə olan marağınızı Oğlaqlara suallarla göstərin. O, sizin öyrənmək istəyinizi çox gözəl qiymətləndirər.
Onunla ciddi mövzularda söhbət edin. Bu fəlsəfə və ya maliyyə xəbərləri ola bilər. Onun gözəl yaddaşına, iti ağlına baxıb zövq alın.

Comments are closed, but trackbacks and pingbacks are open.