İstənilən nömrənin sahibini tapmaq mümkündür: Bu proqramı yükləmək kifayətdir – VİDEO
Texnoloji inkişaf şübhəsiz ki, biznesi də necə və hansı sürətlə aparmağımıza təsir göstərir. Dronlar, süni intellekt, biomühəndislik, kvant kompüterlər və digər yeni texnologiyalar sahibkarlara xərcləri azaltmaqda, müştəriləri cəlb etməkdə və məhsuldarlığı artırmaqda kömək edir.
Ziyankar proqramların (malware) növləri hansılardır?
Ziyankar proqram təminatı — icazəsiz və əksər hallarda ziyankar əməllərin həyata keçirilməsi üçün yaradılan təhlükəli proqramalardır. İnglis dilində bu cür proqramlar malware adlanır, bu da, öz növbəsində malicious software sözlərindən əmələ gəlib. Bu məqalədə ziyankar proqramların növlərinin qısa təsvirini verəcəyik. Reklam proqramları (Adware) Bu cür proqramlar reklamı istifadəçinin kompüterinə avtomatik yükləyir. Adatən Adware pulsuz proqram təminatına daxildir. Adware, sizdən xəbərsiz şəxsi məlumatlarınızı reklam verənlərə göndərir və digər proqramlarda, məsələn, brauzerlərdə reklam banerlərini yerləşdirir. Adware veb səhifələrin yüklənməsini gecləşdirir, sistem performansını azaldır, xüsusi skriptləri yerləşdirərək proqramları dəyişir. Botlar Botlar müəyyən əməliyatların avtomatik şəkildə yerinə yetirilməsi üçün istifadə olunur. Baxmayaraq ki, bəzi botlar nisbətən zərərsiz məqsədlər üçün yaradılır (video oyunlar, internet auksionlar, onlayn müsabiqələr və s.), son vaxtlar zərərli məqsədlər ilə istifadə olunan botlar tez tez rast gəlinir. Botlar bot şəbəkələrdə, DDoS hücumlarda, saytlarda reklam yerləşdirən spam bot kimi, serverdəki məlumatları təmizləyən veb hörümcək kimi və zərərli proqramların yayılması üçün istifadə oluna bilər. Baqlar Baq proqramın yanlış işinə gətirib çıxaran, onun sistemindəki bir xətadır. Baqlar çox vaxt insan səhvinin nəticəsidir və adətən bir proqramın mənbə kodunda və ya kompilyatorlarında mövcuddur. Təhlükəsizlik sistemindəki baqlar ən ciddi baqlardan biri sayılır və verilənlərin təcavüzkarlar tərəfindən oğurlanması üçün imkan yaradır. Ransomware (pul qoparan virus). Ransomware demək olar ki, kompüter sistemini əsirlikdə saxlayır və sistemi azad etmək üçün pul tələb edir. Bu ziyankar proqram sabit diskinizdə faylları şifrələyərək və ya sistemi bloka salaraq kompüterə istifadəçi girişini məhdudlaşdırır. Həmçinin proqram məhdudiyyətləri aradan qaldırmaq və kompüterə çıxışı bərpa etmək üçün zərərli proqramın yaradıcısına pul ödəməyi məcbur edən, mesajları əks etdirir. Ransomware adətən adi kompüter soxulcanı kimi yayılır və kompüterə, yüklənmiş fayl və ya şəbəkə xidmətindəki digər zəiflik vasitəsilə düşür. Rutkit (rootkit) Rutkit kompüteri uzaqdan idarəetmə bacarığına qabil olan proqram və ya proqramlar toplusudur. Bu cür ziyankar proqramı aşkar etmək çox çətindir. Rutkit quraşdırıldıqdan sonra, superistifadəçi hüququnu ələ keçirən şəxs məlumatlarınızı oğurlaya, sistemin kofiqurasiyasını, proqram təminatını dəyişdirə (xüsusən rootkiti aşkarlaya bilən hər hansı bir təhlükəsizlik proqramı), ziyankar proqram təminatını quraşdıra, və ya kompüteri botnetin bir hissəsi kimi idarə edə bilər. Rutkiti aşkarlamaq və qarşısını almaq onun gizli əməliyyatına görə çətin ola bilər. Məhz buna görə bir çox təhlükəsizlik məhsulları rutkitlərin aşkarlanması və aradan qaldırılması üçün effektiv deyil. Nəticədə, rutkiti sadəcə monitorinq vasitəsilə aşkar etmək olur. Spyware (Casus proqramlar) Bu növ ziyankar proqram şəxsin və ya təşkilatın xəbəri olmadan kompüterdəki məlumatları ələ keçirmək üçün istifadə olunur. Spyware istifadəçinin icazəsi olmadan məlumatları başqa yerə göndərə bilər və ya istifadəçinin kompüteri üzərində idarəni ələ keçirə bilər. Spyware aktivlik monitorinqi, klaviatura vurmaları və hesabınız haqqında vacib məlumatları əldə edə bilər. Çox vaxt, сasus proqramlar rəsmi satılan məhsulların və ya troyan proqramlarının tərkibinə daxil olurlar. Troya atları Troya atları, funksional cəhətdən faydalı proqram kimi görünən ziyankar proqramlardır. İşə düşdükdə troya atları elan edilmiş faydalı funksiyalarla yanaşı zərərli funksiyaları da yerinə yetirirlər. Məsələn, hakerlərə yoxulmuş kompüteri uzağdan idarəetmə icazəsini verə bilərlər. Kompüterə çıxış əldə etdikdən sonra, təcavüzkar şəxs loqinlər, maliyyə məlumatları, hətta elektron pulları oğurlaya bilər, bunlardan əlavə ekranı izləyərək istifadəçi fəaliyyətinə nəzarət də edə bilər. Virus Virus öz surətlərini kompüter sistemlərində yaymağa qabil olan bir ziyanverici proqram təminatıdır. Çox vaxt viruslar digər yoluxmuş proqramları işə salarkən, onların tərkibində kompüterlərə yayılır. Viruslar məlumatları oğurlamaq, kompüterlər və şəbəkələrə zərər vurmaq, botnet yaratmaq, pul oğurlamaq və bir çox ziyankar əməllərin həyata keçirilməsi üçün istifadə edilə bilər. Soxulcanlar Soxulcanlar ən çox yayılmış ziyankar proqram növlərindəndir. Bu proqramlar əməliyyat sisteminin zəifliklərini istismar edərək kompüter sistemlərində yayılıb onları işə salırlar (virusun aktivləşməsi üçün yoluxmuş proqramın işə salınması tələb olunur). Sistemə daxil olaraq soxulcanlar qiymətli məlumatları toplamaq məqsədiylə sistemin əməliyyat yaddaşına girməyə çalışırlar. Soxulcanlar həmçinin artıq trafik istifadə edərək və veb serveri həddindən artıq yükləyərək zərər yetirirlər. Soxulcanların axın kimi yayılması rabitə kanallarının, yaddaşın həddən artıq yüklənməsinə və son nəticədə sistemin iflic olmasına gətirib çıxarır.
Saytınızda ziyankar və təhlükəli təminatlara qarşı tam diaqnostika aparırıq. Zərərli proqramın aşkar olduğu halda, onu ləğv edib, saytınızı potensial kiber hücumlardan qoruyuruq. Gündəlik virus yoxlama xidməti bütün paylaşılan hostinq paketlərimizə pulsuz daxildir.
Həmçinin saytlarınızı, serverlərinizi və IT infrastrukturunuzu DDoS hücumlardan qorumaq üçün ən son avadanlıqları və texnologiyaları istifadə edirik. Sistemimiz avtomatik olaraq bir çox hücumları əvvəlcədən aşkar edib onları dərhal ləğv edir.
Ziyankar proqramların əlamətləri Zərərli proqram bir çox yolla özünü göstərə bilər. Sisteminizdə zərərli proqramların varlığını göstərən ümumi əlamətlərdən bəziləri: • CPU-nun istifadəsinin artması • Kompüterin və ya veb brauzerin sürətinin azalması • Faylların müstəqil şəkildə dəyişdirilməsi və silinməsi • Desktop-da yeni faylların, işarələrin peyda olunması • Proqramların öz-özünə işə salınması, quraşdırılması • Kompüterin qəribə davranışı • E-poçt ünvanınızdan məktubların öz-özünə göndərilməsi Ziyankar proqramların aradan qaldırılması Yuxarıda göstərilən əlamətləri müşahidə etsəniz, nərahat olmayın. Bunlar digər proqram və ya avadanlıqda baş verən nasazlıqlar ilə də bağlı ola bilər. İlk öncə, kompüterinizi viruslar üçün tam yoxlayın. Əgər yoxlama nəticəsində ziyanverici proqram aşkar olunsa, antivirus proqram təminatının istehsalçısı tərəfindən təmin edilən təlimatlara riayət edin. Keyfiyyətli antiviruslar virusa yoluxan obyektləri müalicə edir, şübhəli obyektləri karantinə yerləşdirir və Troya atlarını, soxulcanları aradan qaldırır. Antiviruslar həmçinin kompüterdə aşkar olunmuş yoluxmuş faylların və ziyanverici proqramların siyahısını yaradır. Əgər yoxlama nəticəsində heç bir zərərli proqram aşkar edilmədisə, çox gümanki kompüteriniz yoluxmayıb. Kompüterdə quraşdırılmış proqram və avadanlıqları yoxlayın (lisenziyasız proqramları və lazımsız faylları ləğv edin), əməliyyat sistemi və tətbiqlərin ən son versiyalarını quraşdırın.
İstənilən nömrənin sahibini tapmaq mümkündür: Bu proqramı yükləmək kifayətdir – VİDEO
Proqrama daxil olub nömrəni yazırsan birbaşa sənə kimin nömrəsi olduğunu göstərir. Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu imkanı Android telefonları üçün pley-stor-da yer alan proqram verir.
Bəs sistem necə işləyir və dünyanın istənilən yerindən gələn zənglərin sahibini anında necə müəyyən edir?
Özü də sistem telefon sahibinin təsdiqi ilə telefona yüklənir. Bu təsdiq həm də telefonundakı nömrələrində sistemə daxil edilməsini qəbul olunmasıdır. Yəni həmin smartfonda email, yaxud da sosial şəbəkələr vasitəsi ilə düşmüş nömrələr digər istifadəçilərə də çatır. Bununla da heç kəs proqram sahibinə qarşı hüquqi iddia qaldıra bilməz. Beləliklə milyonlarla insanın qəbul edərək yükləməsi ilə hazırda həmin sistemdə 3 milyarda yaxın nömrə var.
Bənzər bir mobil tətbiq isə telefon istifadəçisinin yerini müəyyən edir. Bunun qarşısını telefonun tənzimləmələrindən bağlamaqla almaq mümkün olsa da bəzi proqramlar maneəni də keçir. İnformasiya-Kommunikasiya Texnologiyaları mütəxəsissisi Cahid İsmayıloğlu bildirir ki, bəzən pleystorə mobil tətbiq yüklənərkən şirkətlər bu məlumatlardan sui-istifadə ediləcəyini nəzərə almırlar.
Mobil telefon nömrələrinin asanlıqla əldə edilməsi, eləcə də telefon rəhbərində telefon kitabçasında olan şəxslərin yerlərinin asanlıqla müəyyən edilməsi bəzi şəxslərdə narahatlıq yaratsa da, qanunla bu məlumatların yayılmasına heç bir məhdudiyyət yoxdur. Hüquqşünas Xəyal Bəşirov mobil telefon məlumatlarının şəxsin ad, soyad və atasının adı ilə bağlı olan məlumatlar cərgəsinə aid olduğundan onların yayılmasında heç bir problemin olmadığını deyir.
Şəxsi məlumatların yayılmasını dəstəkləyən proqramlar artdığı üçün mütəxəssislər smartfon istifadəçilərinin təhlükəsizlik qaydalarına daha həssas yanaşmasının vacib olduğunu deyirlər.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:
4-cü sənaye inqilabı: Azərbaycan üçün perspektivlər
Hazırda “Sənaye 4.0” bağlantı xidmətləri (connectivity), avtomatlaşma və süni intellektin geniş tətbiqi ilə davam edir.
Trend-i buradan izləyin
Biz artıq heyrətamiz bir dövrdə yaşayırıq. Texnologiyalarda radikal dəyişikliklər böyük sürətlə baş verir. Dünən fantastik hesab etdiyimiz layihələr üzərində bu gün artıq innovasiya şirkətləri çalışır, nailiyyətlər əldə edirlər. Hər ötən gün biz elə bir texnoloji inkişaf mərhələsinə çatırıq ki, həyatımızı yeni-yeni nailiyyətlərsiz təsəvvür edə bilmirik.
BÖYÜK DƏYİŞİKLİKLƏR ERASI
Artıq hər birimiz həyatımızı, xüsusilə də övladlarımızın həyatını 100% dəyişəcək yaxın gələcək barədə düşünürük. Hazırda biz dördüncü sənaye inqilabına qədəm qoymuşuq. Əgər birinci sənaye inqilabı buxar maşınının kəşfi ilə istehsalın mexanikləşməsi, ikinci sənaye inqilabı elektrik enerjisinin kütləvi istehsalı ilə sənayeləşmə, üçüncü sənaye inqilabı istehsalın avtomatlaşdırılması üçün elektronika, kompüterləşmə və informasiya texnologiyalarından kütləvi istifadəni nəzərdə tuturdusa, dördüncü sənaye inqilabı (“Sənaye 4.0”) rəqəmsallaşmanı, texnologiyaların birləşməsi və fiziki, rəqəmsal və bioloji sferalar arasında sərhədlərin aradan qalxmasını səciyyələndirir. Artıq qədəm qoyduğumuz dördüncü sənaye inqilabında dəyişikliklərin xüsusiyyəti o qədər fundamentaldır ki, dünya tarixi həm böyük imkanlar, həm də potensial təhlükələrlə dolu olan buna bənzər bir dövrlə hələ qarşılaşmayıb. Bəs bu dördüncü sənaye inqilabında bizi nə gözləyir? İnsanın iştirakı olmadan idarə edilən avtomobillər, 3D çap, qabaqcıl robot texnikaları, yeni materiallar, genlərin redaktə edilməsi, əşyaların interneti (IoT – Internet of Things), insan bədəninə implantasiya edilmiş telefon, şirkətlərin rəhbərliyinin tərkibində süni intellekt, blokçeyn vasitəsilə verginin toplanması və daha nələr, nələr.
Dördüncü sənaye inqilabı miqyası, həcmi və mürəkkəbliyi baxımından, bəşəriyyətin bütün əvvəlki təcrübələrinin heç birinə bənzəmir. Qarşıda bizi süni intellekt, robot-avtomobillər, nanotexnologiya, biotexnologiya və s. daxil olmaqla ən geniş sahələrdə heyrətamiz texnoloji sıçrayış gözləyir.
Dördüncü sənaye inqilabı bəşəriyyətə həmçinin daha uzun, daha sağlam və daha fəal həyat yaşamaq imkanı verir. Biz inkişaf etmiş ölkələrdə doğulmuş uşaqların dörddə birinin nəzərdə tutulan ömür uzunluğunun yüz il olduğu bir dünyada yaşayırıq. Buna görə də, biz əmək qabiliyyətli yaşında olan əhali, təqaüd yaşı və həyatın fərdi planlaşdırılması kimi məsələləri yenidən nəzərdən keçirməliyik. Bu müzakirələr zamanı bir çox ölkələrin üzləşdikləri çətinliklər göstərir ki, biz bu dəyişikliklərə hələ hazır deyilik və bir çox hallarda onları dərk etmirik.
Texnoloji inkişaf şübhəsiz ki, biznesi də necə və hansı sürətlə aparmağımıza təsir göstərir. Dronlar, süni intellekt, biomühəndislik, kvant kompüterlər və digər yeni texnologiyalar sahibkarlara xərcləri azaltmaqda, müştəriləri cəlb etməkdə və məhsuldarlığı artırmaqda kömək edir.
“SƏNAYE 4.0” YENİ İNKİŞAF STRATEGİYASI TƏLƏB EDİR
Üzləşdiyimiz dövr bizdən artan rəqabətə tab gətirmək üçün yeni strategiyalar düşünməyi tələb edir. Çünki, dördüncü sənaye inqilabı iqtisadiyyatının rəqabət qaydaları əvvəlki dövrlərin qaydalarından fərqlənir. Burada rəqabətə tab gətirmək üçün bütün formalarda innovasiyaları tətbiq etmək lazımdır. Bu isə o deməkdir ki, hazırda bir çox ölkələrdə tətbiq edilən əsasən, xərclərin azaldılmasına yönəldilmiş strategiyalar innovasiyanın inkişafını nəzərdə tutan strategiyaya nisbətən daha az effektiv olacaq.
Yeni sənaye inqilabını çox vaxt kompüter və telefon əməliyyatı sistemləri nümunəsində rəqəmsal göstərici əlavə etməklə “Sənaye 4.0” kimi adlandırırlar. İlk dəfə bu termin 2011-ci ildə səslənib. Almaniya hökuməti “Sənaye 4.0”ü Almaniyanın “Yüksək Texnologiya Strategiyası 2020”nin ayrılmaz tərkib hissəsi adlandırıb. Sonradan yaradılan işçi qrupu bununla bağlı öz baxış nöqtəsini təyin edib və “Sənaye 4.0”-ü istehsalın təkcə ayrı-ayrı mərhələlərinə cavabdeh olan deyil, bütünlükdə onu müstəqil şəkildə optimallaşdıran və nəzarətdə saxlayan kiberfikizi sistemlərin sənaye istehsalı və tətbiqi kimi qiymətləndirib.
Dördüncü sənaye inqilabının artıq geniş vüsət almağa başlaması faktı təkcə internetə ümumi çıxışla kifayətlənmir. 2016-cı il Davos Dünya İqtisadi Forumunun yekun hesabatına görə, mobil cihazların, internet sensorların və s. hər yerdə yayılması, alış-verişdən tutmuş xəstəyə qulluğadək real vaxt rejimində ətraflı və dəqiq məlumatları əldə etməyə imkan vermişdir. Hazırda “Sənaye 4.0” bağlantı xidmətləri (connectivity), avtomatlaşma və süni intellektin geniş tətbiqi ilə davam edir.
“Sənaye 4.0” inkişafda yeni üfüqlər açmaqla yanaşı heç şübhəsiz insanlar üçün də yeniliklər və bir sıra gözlənilməzliklər gətirəcək. Davos Forumunun hesabatına görə, 2020-ci ilə dünyada təxminən 4.7 milyon ofis işçisi, istehsalatda 1.6 milyon, tikintidə isə təxminən 0.5 milyon insan öz iş yerini itirəcək. Lakin eyni zamanda biznes və maliyyə sahəsində demək olar ki, 500 min, menecment və İT sahəsində 400 min, memarlıq və mühəndislik sahəsində 300 min, satış sahəsində isə 300 min yeni iş yeri yaranacaq. Yəni “Sənaye 4.0” robotlaşma təkcə insanların öz iş yerlərini itirməsi ilə deyil, həmçinin biznesin ən fərqli sahələrində yeni imkanların yaranması ilə müşayiət olunacaq.
AZƏRBAYCAN ÜÇÜN PERSPEKTİVLƏR
Yeni sənaye inqilabı dövründə hansı ölkələr lider olacaq? İsveçrənin tanınmış maliyyə holdinqi “UBS”in tədqiqatına görə, bu dövrdə inkişaf etmiş ölkələr qalib olaraq qalacaqlar. Qeyd olunur ki, məhz onlar dördüncü sənaye inqilabından potensial mənfəət əldə edən ölkələrin sıralamasında ilk 15 yeri tuturlar. İnkişaf etməkdə olan ölkələr isə istehsalın universal avtomatlaşdırması şəraitində artıq ehtiyac duyulmayan orta və aşağı səviyyəli işçi qüvvəsinə görə ciddi şəkildə geriləmə riski ilə üzləşə bilərlər.
Bəs bu yeni perspektivdə Azərbaycanı nə gözləyir? Hazırda ölkəmiz nüfuzlu reytinqlərdə hər il pozitiv inkişaf dinamikası göstərir. Azərbaycan İKT sahəsinin inkişafına görə dünya üzrə 65-ci yerdə qərarlaşıb və Cənubi Qafqaz ölkələri arasında liderdir. Beynəlxalq Telekommunikasiya İttifaqının (İTU) “State of Broadband Report 2018” sənədinə əsasən, Azərbaycan MDB məkanında internetin əhatə olunması, yayımına görə ilk yerdədir (79 %). Dünya Bankının “Doing Business 2019” hesabatında isə ölkəmiz Avropa və Mərkəzi Asiyada ən çox islahat aparan 10 ölkə sırasına düşüb və dünya üzrə 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb. Hazırda aparılan rekord sayda islahatlar imkan verir ki, Azərbaycan texnoloji cəhətdən daha da inkişaf etsin. Lakin heç şübhəsiz inkişaf etmiş ölkələrin tətbiq etdiyi texnoloji inkişaf modelləri qarşısında ölkəmizin yeni texnologiyalar tətbiq etmək, innovasiyalara getmək tempi daha da güclənməlidir. Bunun üçün isə təhsil modelinin modernləşməsindən tutmuş ayrı-ayrı şirkətlərdə işçi biznes proseslərinin təşkilində müvafiq biznes mədəniyyətə keçidin aparılması, inkişafın aparıcı qüvvəsi olan telekommunikasiya sferasında yeni ekosistemin yaranması, sabit (fixed) texnoloji bazanın qurulması və yenilənməsi vacibdir.
Müşahidələr göstərir ki, “Sənaye 4.0” dövründə ölkələr infrastruktur inkişafına vəsait ayırır, geri qalmamaq üçün yatırımlar edirlər. Məsələn, Almaniya sənaye infrastrukturunun dəstəklənməsi və inkişafına hər il 40 milyard avro ayırır. 2014-cü ildən etibarən Böyük Britaniya “HyperCat” adlanan “Əşyaların İnterneti”nin inkişafına 70 milyon funtdan artıq vəsait ayırır. Bu, “maşınlar üçün dünya şəbəkəsi” robot və kompüterlərin qarşılıqlı əlaqədə olduqları və insanın iştirakı olmadan tapşırıqları yerinə yetirən məlumat bankıdır. Fransa isə 2015-ci ildən etibarən fransız İT şirkətlərinin və startapların inkişafını dəstəkləyən “La French Tech” proqramına ildə 200 milyon avro ayırır. Bu mənada Azərbaycanda da iqtisadiyyatın müxtəlif sahələrinə, xüsusilə telekommunikasiya sferasına yeni investisiyaların yatırılması lazımdır. Burada isə dövlətin münbit şərait yaratması fonunda özəl sektorun müxtəlif layihələri həyata keçirməsi, daha fəal investisiya proqramları icra etməsi, infrastrukturu genişləndirməsi vacibdir. Qeyd edək ki, dünya təcrübəsində da inkişaf etmiş ölkələrdə dövlətin nizamlayıcı funksiyanı yerinə yetirməsi fonunda iri infrastruktur layihələri məhz özəl sektorun müxtəlif sahələrə, xüsusilə telekommunikasiyaya investisiya yatırması, texnoloji təməli yeniləməsi, innovativ proqramlar icra etməsi ilə reallaşdırılır.
Həmçinin “Sənaye 4.0” şəraitində Azərbaycanda innovasiyaları tətbiq etmək imkanına sahib olan, ekosistemi dərindən bilən intellektualların yetişməsi və sayının çox olması vacibdir. Çünki, innnovasiyaları insan yaradır və ölkənin İT ekosisteminin yenilənməsi və inkişafı üçün yüksək peşəkarlığa sahib İT mütəxəssisləri lazımdır. Başlıca məqamlardan biri də onların xaricə axınının qarşısının alınmasıdır.
Rəqəmsal dövrdə əhəmiyyətli inkişafa nail olmağın, dördüncü sənaye inqilabı dövründə geri qalmamağın yollarından digəri isə ölkəmizdə biznes və tətbiqi elm arasında əməkdaşlığın gücləndirilməsi, innovasiya məkanlarının yaradılması, Universitetlərin gələcəyin texnoloji inkişafını irəli aparmağa qadir olan mütəxəssislər yetişdirməsi, eləcə də dövlət və özəl sektorlar arasında əməkdaşlığın gücləndirilməsidir.
Hazırda “Sənaye 4.0” Azərbaycana qlobal iqtisadi rəqabətdə öz rolunu dəyişmək imkanı verir. Bu isə ölkə iqtisadiyyatının mövcud potensialından tam şəkildə istifadə etmək, innovasiyaları tətbiq etməklə mümkündür. Azərbaycanın mövcud zaman kəsiyində malik olduğu imkanlardan tam yararlanaraq texnoloji sıçrayışla və innovativ həllərlə Regionun Rəqəmsal Mərkəzinə çevrilməsi imkanı olduqca böyükdür.
Müəllif haqqında: Fuad Allahverdiyev Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan və əsas səhmdarı ölkənin ilk mobil operatoru “Bakcell” şirkəti olan “AzerTelecom” MMC-nin rəhbəridir. F.Allahverdiyev informasiya texnologiyaları və telekommunikasiya sahəsində 20 ildən çox iş təcrübəsinə sahibdir. O müxtəlif startapların və İKT sahəsində bir sıra uğurlu şirkətlərin təsisçisi olub. Müxtəlif illərdə “Smart Systems Technology”, “SKY”, “SKY MAX”, “Caspian Telecom” (Ailə TV, Ailə NET), “CONNECT” kimi şirkətlərdə rəhbər vəzifələrdə çalışıb. Həmçinin F.Allahverdiyev “BBTV” MMC-nin rəhbəri, “Uninet” MMC-nin Müşahidə Şurasının sədri, “GoldenPay” MMC-nin isə Müşahidə Şurasının üzvüdür. F.Allahverdiyev iki nüfuzlu ali təhsil müəssisəsinin məzunudur. O Bakı Dövlət Universitetini və M.V.Lomonosov adına Moskva Dövlət Universitetini (Executive MBA proqramı) bitirib.
Comments are closed, but trackbacks and pingbacks are open.