Press "Enter" to skip to content

Proktosedil şamı

Babasil əlamətlərini yüngülləşdirən kombinəolunmuş vasitədir. Tərkibindəki aktiv maddələrin sayəsində iltihab, qaşınma və şişkinliyi aradan qaldırır. Bundan əlavə preparat ağrıkəsici və angioprotektor xüsusiyyətlərə malikdir.

Prosessorların yeni nəsilləri haqqında necə öyrənə bilərəm?

Salam.Yeni çixmiü prosessorlarin nəsillərini necə və hansi saytdan oyrənmək olar?Birdə ki,tutaq ki core i7-3770,3820,3930 bunlar nəyi bildirir?

Sualı verdi: Aydın Babayev ( 25/05/2013 )
Kateqoriya: Sual . Prosessorlar. Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Həmin rəqəmlər hər bir CPU-nun yəni prosessor modelinin nömrəsini bildirir və bu nömrələr vasitəsilə prosessorlar haqqında ətraflı məlumat almaq olur. Daha ətraflı..http://www.cpu-world.com/

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

4ox saol.Twk edirem.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin

Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Elan qutusu

Son cavablar və şərhlər

123589 cavab verdi – PC üçün tövsiyə (2 gün əvvəl)

Valeh Abishov cavab verdi – Aliexpress telefon (4 gün əvvəl)

Valeh Abishov cavab verdi – 1-dən ədəddən çox əşya sirariş etmə (4 gün əvvəl)

Valeh Abishov cavab verdi – Poçta əlavə pul (4 gün əvvəl)

gul56 cavab verdi – Vöen və bank hesabı (6 gün əvvəl)

E. Hacı cavab verdi – Vöen və bank hesabı (6 gün əvvəl)

Mammadli-Help cavab verdi – iban hesab nömrəmi tapa bilmirəm (9 gün əvvəl)

Mammadli-Help cavab verdi – İxtisasla bağlı (9 gün əvvəl)

Cənab cavab verdi – TOEFL vs IELTS (17 gün əvvəl)

yusifmemmedov2004 cavab verdi – Amerikadan Gomruk daxil Kargo (27 gün əvvəl)

Только Бог cavab verdi – PC üçün tövsiyə (31 gün əvvəl)

Proktosedil şamı

Babasil xəstəliyi əhali arasında geniş yayılmışdır. Onun yaranma səbəbləri müxtəlifdir. İlkin dövrlərdə xəstələrdə ciddi narahatlıqlar müşahidə edilmir. Vaxt ötdükcə anal nahiyədə düyünlər, qaşınma və babasil qanaxmaları meydana çıxır.

Başlanğıcda konservativ müalicə ( babasil dərmanı ), ağırlaşmalar olduqda isə cərrahi əməliyyat göstəriş sayılır. Proktoloqların pasiyentlərə ən çox təyin etdiyi dərman Proktosedil şamı hesab olunur.

Proktosedil şamı haqqında

Babasil əlamətlərini yüngülləşdirən kombinəolunmuş vasitədir. Tərkibindəki aktiv maddələrin sayəsində iltihab, qaşınma və şişkinliyi aradan qaldırır. Bundan əlavə preparat ağrıkəsici və angioprotektor xüsusiyyətlərə malikdir.

Proktosedil şamı hansı komponentlərdən ibarətdir?

Dərmanın tərkibinə hidrokortizon, framisetin, ekulozid, butamben və benzokain daxildir.

Hidrokortizon – böyrəküstü vəzinin sintez etdiyi qlükokortikosteroid hormondur. Güclü iltihabəleyhinə, damardaraldıcı, anestetik və hipoallergen təsirlidir. Effekti qısa zaman ərzində bilinir.

Framisetin – antibiotikdir. Onun antibakterial və bakterisid təsirləri vardır. Geniş spektrli qram-mənfi və qram-müsbət mikroblara qarşı aktivlik göstərir.

Eskulozid – at şabalıdının qabığından alınan qlikoziddir. Antioksidant, tromb və iltihabəleyhinə, venaları tonuslandırıcı xüsusiyyətləri qeydə alınır. Bu komponent damar divarlarını möhkəmləndirir, kapilyar keçiriciliyini aşağı salır.

Benzokain və betambin – anestetiklərdir. Onlar sinir-impuls aktivliyini blokada edərək, ağrı və qaşınmanı aradan qaldırır. Bu təsir şamın düz bağırsağa yeridilməsindən sonra 60 saniyə ərzində baş verir.

Proktosedil şamı nə zaman effektivdir?

Rektal istifadə üçün olan Proktosedil şamı aşağıdakı hallarda tətbiq edilir:

  • Daxili babasil ;
  • Anal çat ;
  • Cərrahi müdaxilələrdən və hamiləlikdən sonra yaranan babasil.

Proktosedil şamı istifadəsinə əks göstərişlər

  • Preparatın tərkib hissələrinə qarşı hiperhəssaslıq;
  • Perianal nahiyənin virus, göbələk və vərəm mənşəli infeksion-iltihabi zədələnmələri;
  • Hamiləlik və südvermə dövrü;
  • 3 yaşdan kiçik uşaqlar.

Proktosedil şamı necə istifadə edilir?

Şam düz bağırsağa adətən gündə 2 dəfə (səhər-axşam) yeridilir. Ehtiyac yarandıqda onu hər defekasiya aktından sonra da istifadə etmək mümkündür.

Şamı yeritməzdən əvvəl əllər və anal nahiyə yaxşıca yuyulur. Sonra dərman anal dəlikdən maksimal dərəcədə daxilə salınır.

Babasilin əlamətləri zəiflədikdə, ümumi vəziyyət yüngülləşdikdə şamın istifadəsini gündə 1 dəfəyə qədər azaltmaq olar. Ümumilikdə müalicə kursu 7 gün davam edir.

Xəstələrdə müalicə müddətində anal hissədə qaşınma, göynəmə, quruluq və qızartı yarana bilər. Həmçinin ikincili infeksiyalar da inkişaf edə bilər. Bu hallar Proktosedil şamın yan təsirlərdir.

Proktosedil şamı qiyməti

Preparatın qiyməti təxminən 4 AZN-dir. Qutuda 20 ədəd şam və içlik vərəqəsi yerləşir.

Xülasə

Babasil üçün şamlar arasında Proktosedil effektiv sayılsa da, onun istifadəsindən əvvəl proktoloqla məsləhətləşin. Çünki yerli təsirli vasitələr yalnız xəstəliyin əlamətlərini yüngülləşdirir. Babasil düyünləri qanadıqda, sallandıqda mütləq həkimə müraciət etmək lazımdır. Əks halda ciddi fəsadlar yarana bilər.

Comments are closed, but trackbacks and pingbacks are open.