Press "Enter" to skip to content

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı

Son söz yerinə:
Mirzə İbrahimov Azərbaycanın işıqlı gələcəyinə inanırdı. O təkcə böyük ədib deyil, həm də gözəl alim, ictimai-siyasi xadim, əsl şəxsiyyət idi. O hansı vəzifədə çalışmasından asılı olmayaraq öz intellektual səviyyəsi, yüksək mədəniyyəti, əsərlərinə hopmuş səmimiyyəti, təəssübkeşliyi, sadəliyi ilə insanların ürəyinə yol tapdı, xalq tərəfindən sevildi.

O taya ana dili aparan ikinci ədibimiz – Mirzə İbrahimov

Yazıçı, dramaturq və ictimai xadim olan Mirzə İbrahimov Azərbaycan ədəbiyyatının və elminin zənginləşməsində müstəsna xidmətlər göstərmişdir.
Mirzə Cəlildən sonra Arazı keçən, “o taya ana dili aparan” (Yaşar Qarayev), Təbrizdə qəzet nəşr eləyən ikinci ədibimiz Mirzə İbrahimov oldu!
Məhz Güney mövzusuna sədaqəti onu nasirlərimiz içində hamıdan ayırdı. Mirzə İbrahimov o taya ana dilini aparmaqla yanaşı, Təbrizdə ana dilində nəşr olunan “Vətən yolunda” adlı qəzetinin də bünövrəsini qoydu.

Mirzə İbrahimov görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin həyat və fəaliyyətindən bəhs edən namizədlik dissertasiyası müdafiə etmiş, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunduqda 34 yaşlı Mirzə İbrahimov akademiyanın ilk seçilən 15 həqiqi üzvündən biri olmuş və daim elmi fəaliyyətlə məşğul olmuşdur.
Müxtəlif illərdə «Sürət» və «Vətən yolunda» qəzetinin məsul redaktoru olmuş, V.Şekspirin «Kral Lir», «On ikinci gecə, yaxud hər nə istəsəniz», A. N. Ostrovskinin «Quduz pullar», «Müdrik olan hər kəsə kifayətdir sadəlik», A.P.Çexovun “Üç bacı”, A. Satramovun «Kişilərə inanmayın», Molyerin «Don Juan» pyeslərini Azərbaycan dilinə tərcümə etmişdir.
Cənubi Azərbaycan mövzusunda yazdığı hekayə («Qorxulu səs», «Sənət aşiqləri», «Zəhra», «Yol ayrıcında», «Mələk», «Qaçaq», «Cənub hekayələri» silsiləsi — «On iki dekabr», «Azad», «Tonqal başında», “İztirabın sonu”, “İki həyat”), povest («Xosrov Ruzbeh», «Güləbətin», «Pərvizin həyatı») və romanlarla («Gələcək gün, „Böyük dayaq“, „Pərvanə“) yanaşı, səhnə əsərləri qələmə almışdır: „Həyat“, „Madrid“, „Məhəbbət“, „Kəndçi qızı“, „Yaxşı adam“ komediyaları, „Közərən ocaqlar“ pyesləri ilə Azərbaycan dramaturgiyasını zənginləşdirmişdir.
Ədibin Azərbaycan ədəbiyyatşünaslığının, ədəbiyyatının, ədəbi tənqidinin inkişafında və elmi-pedaqoji kadrların hazırlanmasında əvəzsiz rolu olmuşdur.

Qısa arayış:
Mirzə Əjdər oğlu İbrahimov 1911-ci il oktyabr ayının 28-də Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Evə kəndində anadan olub. 1918-ci ildə anası və bacısı aclıqdan öləndən sonra atası və böyük qardaşı ilə Bakıya gələn Mirzə onları da itirib, dayısının himayəsində böyüyüb. Yaşamaq üçün özgə qapılarında çalışıb, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra fabrik-zavod şagirdliyi məktəbində, Neft sənaye texnikumunda oxuyub, ali təhsil alıb. O, bədii yaradıcılığa Zabrat fəhlə ədəbiyyat dərnəyinin üzvlüyündən başlayıb. Onun „Qazılan buruq“ adlı ilk şeiri 1930-cu ildə „Aprel alovları“ məcmuəsində dərc olunub. Leninqradda aspiranturanı bitirdikdən sonra Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

Yaradıcılığı:
İlk tənqidi, publisistik məqalələrini, hekayə və oçerklərini ötən əsrin 30-cu illərində yazıb. 1932-ci ildə sosialist sənayesinin inkişaf sürətini öyrənmək üçün Ukraynanın Donbas şaxtalarında, Dnepropetrovsk sənaye müəssisələrində olub, „Giqantlar ölkəsi“ oçerklər kitabını qələmə alıb. Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun ikiillik hazırlıq şöbəsində təhsil aldıqdan sonra Naxçıvan MTS siyasi şöbəsində „Sürət“ qəzetinin redaktoru (1933) vəzifəsinə göndərilib.
Mirzə İbrahimov söz sənəti tariximizdə özünəməxsus yeri olan yaradıcı şəxsiyyətlərdəndir.
O, Azərbaycan ədəbiyyatını „Həyat“, „Madrid“, „Məhəbbət“, „Kəndçi qızı“, „Yaxşı adam“, „Közərən ocaqlar“ pyesləri, „Gələcək gün“, „Böyük dayaq“, „Pərvanə“ romanları, „Güləbətin“, „Fırtına quşu“, „Xosrov Ruzbeh“ povestləri, „Cənub hekayələri“ silsiləsi və s. əsərləri ilə zənginləşdirib. „Böyük demokrat“, „Həyat və ədəbiyyat“, „Azərbaycan dili“, „Xəlqilik və realizm cəbhəsindən“, „Aşıq ədəbiyyatında realizm“ kimi tədqiqat əsərlərinin müəllifidir. Vilyam Şekspirin „Kral Lir“, „On ikinci gecə“, Molyerin „Don Juan“, Anton Çexovun „Üç bacı“ pyeslərini, Nikolay Qavriloviç Çernışevskinin „Nə etməli“ romanını və digər əsərləri Azərbaycan dilinə tərcumə edib.
Böyük Vətən müharibəsi illərində sovet ordusu sıralarında İranda olub, müşahidələr aparıb, „Vətən yolunda“ qəzetinin redaktoru kimi fəaliyyət göstərib. Topladığı fakt və apardığı müşahidələr əsasında bir sıra dəyərli əsərlərini qələmə alıb. Onun tarixi mövzuda yazdığı „Pərvanə“ romanı ədəbiyyatşünaslıqda xüsusilə yüksək dəyərləndirilir.
1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilib. O, dəyərli tədqiqat əsərləri ilə yanaşı, həm də Xaqani Şirvani, Səməd Vurğun, İsmayıl Şıxlı və başqa sənətkarlar barədə sanballı məqalələrin müəllifidir.

Təhsil naziri — Mirzə İbrahimov.
O, 1942-1946-cı illərdə xalq maarifi komissarı vəzifəsində çalışıb.

»Balalarımızı başdan-başa savadlı etmədən, əsl elm və mədəniyyət yoluna çıxarmadan xalqımızın və Vətənimizin gələcəyini təmin edə bilmərik, əsrlə ayaqlaşa bilmərik: həyat və mübarizə isə tərəqqi ilə, inkişafla ayaqlaşa bilməyənləri kənara atır”, — deyən xalq maarifi komissarı müşahidələrini belə ümumiləşdirib: “İşi elə qurmaq, elə bir ilham və ürəklə uşağa yaxınlaşmaq lazımdır ki, o, dərsə getmədikdə, məktəbdən ayrıldıqda darıxsın, ürəyi sıxılsın. Bunun üçün də xadimədən tutmuş mühasibə qədər bütün məktəb işçilərində və birinci növbədə, müəllimdə məhəbbətlə dolu bir ürək və heç zaman, hətta gündəlik işlərin adiliyi altında belə sönməyən bir ilham lazımdır” — Azərbaycan müəllimlərinin VI Qurultayında (26-28 avqust 1946-cı il) respublika məktəblərində təlim-tərbiyənin keyfiyyətini yaxşılaşdırmaq haqqında məruzə ilə çıxış edərkən o belə demişdi.
Akademik Mirzə İbrahimov məruzəsində respublika məktəblərində təlim-tərbiyənin keyfiyyətini yaxşılaşdırmaq haqqında fikirlərini söyləyərək, müharibənin od və alovları içərisində xalq müəlliminin fədakar əməyinin özünü göstərdiyini vurğulamış, ümumi icbari təhsil qanununun yerinə yetirilməsi sahəsində vəziyyəti faktlarla nəzərə çatdırmışdı.
Məruzədə imtahanların yekunları, təhsilin keyfiyyəti məsələləri də təhlil olunub, müəllimlərin ixtisası, pedaqoji elmlərin tədqiqi problemləri, məktəbə rəhbərlik və məktəb müfəttişlərinin vəzifə səlahiyyətləri kimi motivlər belə nəzərdən qaçırılmayıb.
Ümumiyyıtlə, Mirzə İbrahimovun təhsil naziri olduğu dövrdə humanitar və ictimai fənlərin məzmunu səfərbərlik ruhunda, vətənpərvərlik kontekstində dəyişdirilmişdi.
Pedaqoq alimlər etiraf edirlər ki, Mirzə İbrahimovun maarif işçiləri qarşısındakı məruzə və çıxışları, mətbuatda dərc olunmuş məqalələri öz elmi dəyərini, aydın ideya istiqamətini hər vaxt saxlayan qiymətli nümunələrdir. Maarif işindən ayrıldıqdan sonra da müntəzəm olaraq müəllim və onun əməyi, məktəb və onun müqəddəs vəzifəsi, ana dilinin tədrisi və öyrənilməsi, şəxsiyyətin mərifəti barəsində mülahizələr söyləyib, pedaqoji mətbuat səhifələrində vaxtaşırı çıxışlar edib.
Akademik Mirzə İbrahimov Azərbaycan tarixini, Azərbaycan pedaqoji dəyərlərini yaxşı bilən alim kimi klassik pedaqoji fikrin ənənələrini davam və inkişaf etdirərək, «təlim-tərbiyə insanı xeyirxah etməlidir» — hikmətli kəlamını vurğulayaraq hər kəs üçün bu işin hələ uşaqlıqdan başlanmasını zəruri sayıb. Onun qənaətinə görə, «insanın vətənpərvərlik duyğusu, ürəyində kamil vətəndaş olmaq üçün qüdrətli və ehtiraslı bir arzu və meylin oyanması» təlim və tərbiyə işi ilə, onun səviyyəsi ilə bağlıdır.
Mirzə İbrahimov Azərbaycan pedaqoji fikrinin görkəmli nümayəndəsi, ilk «Pedaqogika» dərsliyinin müəllifi Məhəmməd Tağı Sidqinin məktəbin vəzifələri haqqında dediyi fikirləri daha da inkişaf etdirərək yazır: “Şagirdin yalnız məktəb divarları arasında deyil, məktəbdən xaricdə, evdə, ailədə, küçədə, qonşuda və həyətdə də məktəbli olduğu, məktəb təlim və tərbiyəsi gördüyü bilinməlidir. Nəcib hərəkətləri, oturuşu, duruşu, sual və cavabları, aydın və təmiz danışığı, parlaq və düzgün anlayışından onun məktəbli olduğunu, yaxud məktəb təlim və tərbiyəsi gördüyünü hər kəs sezməlidir”
O, dünya pedaqoji fikrinin görkəmli nümayəndələrinin irsini diqqətlə öyrənib, mütərəqqi nə varsa, onu müasirlik ruhu ilə Azərbaycan pedaqogikasına gətirməyə çağırıb. Mətbu çıxışlarında tez-tez antik pedaqogikaya, Henrix Pestalotsi, Konstantin Dmitriyeviç Uşinski, Həsən bəy Zərdabi, Mahmud bəy Mahmudbəyov, Abdulla Şaiq və Məhəmməd Hadinin əsərlərinə müraciət etməsi onun ən yaxşı pedaqoji ənənələri, fikirləri yaşatmaq və inkişaf etdirmək meyli ilə bağlıdır.

Mirzə İbrahimov həm də gözəl ailə başçısı, həyat yoldaşı, atadır.
Azərbaycan Xalq yazıçısl Mirzə İbrahimovun sevimli qızı, Əməkdar İncəsənət xadimi, professor Sevda İbrahimovaya məktubu:
“Əzuz qızım Sevda!
Səni təbrik edirik! Sən təbiətdə ən müqəddəs zümrə olan analar cərgəsinə daxil olsan da, bizim sevimli balamız Sevdasan.
İnsan üçün ən böyük səadət sevdiyi işlə məşğul olmaqdır. Sən isə Oqtayı sevirsən (onu sevməmək olmaz), yazmağı da sevirsən, çalmağı da, müəllimliyi də.
Müəllimlik! Yazıçılıqdan sonra mənim ən yüksək tutduğum bir sənətdir. Çalış qızım, uşaqlarla o qədər həssas ol ki, onların ürəyindəki qığılçımları alovlandıra biləsən, ondan sonra özləri irəliləyəcək. Gələcəkdə onların parladığını, xoşbəxt olduğunu gördükdə isə sən yüz qat artıq sevinəcəksən” 10.02.1966″.

Mirzə ibrahimovun həyat yoldaşı Sara xanlma məktubundan:
Mənim əzizim, mənim mələyim Sara!
Mənim Saram, pak və təmiz Saram!
“Ürək bir xəzinədir, o elə bir xəzinədir ki, nə satılar, nə də satın alınar. O, ancaq havayı verilir, bağışlanır”. (Flober)
Mənim məktublarım sənə ruhumun ehtiyacı olaraq yazılacaqdır. Ona görə də, ara-sıra sənə verdiyim sözü pozmuş olursam, incimə, vəfasızlıq zənn etmə.
Həmişə sənin Mirzən.

Mirzə İbrahimovun qızı — bəstəkar, professor, Xalq artisti Sevda İbrahimova:
— Ana və ata… Mənim üçün bu iki söz ayrılmazdır. Çünki onlar bir-birinə ağlasığmaz dərəcədə bağlı idilər, onların məhəbbəti göylər qədər uca, təmiz və əbədi idi. Mən dünyaya göz açandan bu məhəbbətin ab-havasıyla boy atmışam, bu sözlü-musiqili məhəbbətin gözəlliyi indi də mənim daxilimdə yaşayır. Allah tərəfindən gözəl nemət kimi bəxş edilən bu məhəbbət insanın son dəqiqəsinə qədər onunla olur — həm gözəl, işıqlı günlərində, həm də qüssəli, kədərli anlarında.
Mənim ilk xatirələrim söz və musiqi sədaları ilə bağlıdır. Babam Qurban Pirimovun ilhamlı, bənzərsiz çalğısı, onun özünəməxsus zarafatları unudulmazdır. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmiş ilk azərbaycanlı pianoçu qadınlarından biri, fədakar və qayğıkeş ana, vəfalı həyat yoldaşı, ziyalı xanım — bütün bu gözəl keyfiyyətlər əziz anam Sara xanım Pirimovaya məxsus idi. Azərbaycan xalq mahnıları, Üzeyir bəyin, Baxın, Bethovenin, Şopenin musiqisinin sədaları bizim evdə həmişə səslənərdi. Və əlbəttə, bizim evdə Azərbaycan, dünya ədəbiyyatının, poeziyasının inciləri ilə tanışlıq, gözəl incəsənət əsərləri, teatr tamaşaları və konsertlər haqda şirin söhbətlər olardı.
Bu xatirələr mənim üçün çox əziz bir insan — atam Mirzə İbrahimovla bağlıdır. Bəlkə də “xatırlayıram” sözü burada lazım deyil, çünki o, həmişə mənimlədir, onun sönməz və işıqlı məhəbbəti mənim ürəyimdədir, beynimdədir. O, gözəl insan, gözəl ata, gözəl baba idi, öz xalqını, torpağını ülvi məhəbbətlə sevərdi. Ürəyi açıq idi — bütün səmimi, təmiz qəlbli insanlara. Möhkəm iradə və incəlik, cəsarətli və mərd, çox geniş bilikli və intellektual, böyük mənəviyyat dünyası, həssaslıq — ümumiyyətlə, insana xas olan bütün yüksək keyfiyyətləri özündə cəmləşdirirdi.
Kiçik yaşlarından ana, ata, bacı, qardaş məhəbbətindən məhrum olmuş, həyatın ən qayğısız illərində olduqca ağır, əzab-əziyyətli, çətin yollar keçmiş atam insanları böyük məhəbbətlə sevmiş, məhrumiyyətli uşaqlıq illəri onu sərtləşdirməmiş, əksinə, ürəyi daha da yumşalmış, həssaslaşmış, incələşmişdi… Onun uşaqlarla danışmağı, onları əzizləməyi bir nağıl idi.
Ondakı ensiklopedik bilik ağlasığmaz idi. Mirzə müəllimlə söhbət edəndə həm ədəbi, həm tarixi bilgiləri və ümumiyyətlə böyük dünyagörüşü adamı heyran edirdi. O, ömrünün lap axır günlərində də Füzulinin qəzəllərini əzbər elə ifadəli deyərdi ki.
Atamın Ali Sovetdə işlədiyi vaxt qaldırdığı dil məsələsi — Azərbaycan dilini dövlət dili elan etməsi onun həyatının ən vacib, ən yüksək nöqtəsi idi. Bu məsələ ilə əlaqədar ona nə qədər ittihamlar edildi, onu sındırmaq, əzmək istəyənlər oldu… Lakin atamın möhkəm iradəsi, dəyanəti, mərdliyi, cəsarəti və xalqına olan böyük məhəbbəti onu öz əqidəsində, prinsiplərində daha da möhkəmlətdi. Həmin ağır zamanda ona sadə, tanımadığı insanlar zəng edib öz məhəbbətlərini, dərin hörmətlərini bildirirdilər. Deyirdilər ki, “Mirzə müəllim, biz sizinləyik, biz sizin pərəstişkarlarınızıq. Yazın, yaradın. Siz xalqın oğlusunuz”.
Burada mən onun “Böyük dayaq” romanındakı çox məşhur sitatı təkrar etmək istəyirəm: “Ey mənim xalqım, ey mənim ümidim və pənahım! Ürəyimin istiliyi səndəndir, fikrim işığını səndən alır, həyatımın nəşə və sevincinə bais sənsən! Həyat yolunun sürüşkən döngələrində qolumdan tutan, məni yıxılmağa qoymayan sən olmusan.
Amansız qorxu başımın üstünü alaraq məni ağır fikirlərə saldığı zaman, xoş günün dönük dostları, zəif və qorxaq yoldaşlar məndən üz döndərdiyi zaman yeganə dayağım sən olmusan. O zaman ki qaranlıq içərimə kölgə salmağa başlayıb, tənhalıq duyğusu ürəyimi qurd kimi yeməyə başlayıb, onda sənin munis, mehriban, müqəddəs səsini eşitmişəm. Bu səs məni həyata bağlamış, yaşamağa, mübarizə etməyə, çirkabları aradan qaldırmağa ruhlandırmışdır.
Qoluma qüvvət verən, iradəmi möhkəmlədən bu səs sənin səsindir, ey mənim hər şeydən əziz, hər şeydən gözəl, hər şeydən yüksək, hər şeydən nəcib və mərhəmətli xalqım!”.

Bu sözlər Mirzə İbrahimov şəxsiyyətini, onun mənəviyyatını çox parlaq şəkildə əks etdirir.
Həmişə deyərdi: “Qızım, otur işlə, əsl səadət — yaradıcılıqdır. Əsərin hansı səbəbdənsə indi ifa olunmasa da, nə vaxtsa çalınacaq. Ancaq o şərtlə ki, böyük həvəslə, böyük ürəklə, məsuliyyət və ciddiliklə işləyəsən”.

Mükafatları:
Mirzə İbrahimov Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1946-1950), Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1954-1958), Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri (1946-1954), birinci katibi (1965-1975), SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1965-1975), Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədri olub. Azərbaycanın xalq yazıçısı (1961), SSRİ (1950) və Azərbaycan SSR Dövlət mükafatı laureatı (1965), Əməkdar İncəsənət xadimi (1941), Beynəlxalq Nehru mükafatı laureatı (1979) Mirzə İbrahimov Lenin (iki dəfə), «Oktyabr inqilabı», «Qırmızı Əmək Bayrağı» və “Şərəf nişanı” ordenləri ilə təltif edilib. Dəfələrlə SSRİ və Azərbaycan SSR Ali Sovetinə deputat seçilib. 1981-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.
1993-cü ildə vəfat edən görkəmli yazıçı, dramaturq, alim, ictimai və dövlət xadimi Mirzə İbrahimov Fəxri xiyabanda dəfn olunmuşdur.

Allah rəhmət eləsin!

Son söz yerinə:
Mirzə İbrahimov Azərbaycanın işıqlı gələcəyinə inanırdı. O təkcə böyük ədib deyil, həm də gözəl alim, ictimai-siyasi xadim, əsl şəxsiyyət idi. O hansı vəzifədə çalışmasından asılı olmayaraq öz intellektual səviyyəsi, yüksək mədəniyyəti, əsərlərinə hopmuş səmimiyyəti, təəssübkeşliyi, sadəliyi ilə insanların ürəyinə yol tapdı, xalq tərəfindən sevildi.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı

Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilib. E-mail:edebiyyat-az.com@mail.ru Əlaqə telefonu: 051 785 44 33; 070 815 12 96 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Xalq yazıçısı Mirzə İBRAHİMOV

İbrahimov Mirzə Əjdər oğlu (28 oktyabr 1911 – 17 dekabr 1993) — Azərbaycan-sovet yazıçısı, dramaturq, ictimai xadim. Azərbaycan SSR xalq yazıçısı (1961), Azərbaycan SSR Elmlər Akademiyasının akademiki (1945), SSRİ dövlət mükafatı laureatı (1950), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1965), Beynəlxalq Nehru mükafatı laureatı (1979). Azərbaycan SSR əməkdar incəsənət xadimi (1941).[1] Sosialist Əməyi Qəhrəmanı (1981), Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1954-1958), 1937—1991-ci illərdə SSRİ Ali Sovetinin deputatı (fasilələrlə). Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri (1946-1954), birinci katibi (1965-1975), Azərbaycan SSR Maarif naziri (1942-1946). Azərbaycan SSR Ali Sovetinin (3-4-cü, 6-7-ci və 9-cu çağırış) deputatı.[1] SSRİ xalq deputatı (1989).

Mirzə İbrahimov 1911-ci il oktyabrın 28-də Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Eyvaq (ایوق) kəndində anadan olmuşdur. 1918-ci ildə atası və böyük qardaşı ilə Bakıya gəlmişdir. 1919-cu ildə atası vəfat edəndən sonra kiçik yaşlarından Balaxanı və Zabrat kəndlərində muzdurluq edib öz zəhməti ilə bir tikə çörək qazanmışdır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 1926-1930-cu illərdə Balaxanı fabrik-zavod məktəbində oxumuş və işləmişdir. Bədii yaradıcılığa da Zabrat fəhlə ədəbiyyat dərnəyinin üzvlüyündən başlamışdır.

Mirzə İbrahimovun yaşadığı evin fasadına vurulmuş barelyef
Mirzə İbrahimovun “Qazılan buruq” adlı ilk şeiri 1930-cu ildə “Aprel alovları” məcmuəsində dərc olunmuşdur. Bundan sonra dövrü mətbuatda şeirləri nəşr olunmuşdur. O, ilk tənqidi, publisist məqalələrini, hekayə və oçerklərini də 30-cu illərdə yazmışdır. 1932-ci ildə beşilliklərin nəhəng tikintilərini və sosialist sənayesinin inkişaf sürətini öyrənmək üçün Ukraynaya – Donbas şaxtalarına, Dnepropetrovsk sənaye müəssisələrinə səfərdə olmuş, “Giqantlar ölkəsində” adlı oçerklər kitabını qələmə almışdır. Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun ikiillik hazırlıq şöbəsində təhsil aldıqdan sonra partiya onu Naxçıvan MTS siyasi şöbəsinə — “Sürət” qəzetinin redaktoru vəzifəsinə göndərmişdir (1933). “Həyat” (1935) pyesi bu dövrün bəhrəsidir.[2]

1935-1937-ci illərdə SSRİ Elmlər Akademiyasının Leninqraddakı Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alan M.İbrahimov görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin həyatı və fəaliyyətindən bəhs edən namizədlik dissertasiyasını müdafiə etmişdir. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunduqda 34 yaşlı Mirzə İbrahimov akademiyanın ilk seçilən 15 həqiqi üzvündən biri olmuş və daim elmi fəaliyyətlə məşğul olmuşdur. 1942-ci ildə isə 31 yaşında ikən Azərbaycan Xalq Maarif Komissarı vəzifəsinə təyin olunmuş və 1942-1946-cı illər ərzində Azərbaycan SSR Maarif Naziri və M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, sonra isə XKS-nin incəsənət işləri idarəsinin rəisi kimi ölkədə təhsilin və mədəniyyətin inkişafına səy göstərmişdir.

İkinci dünya müharibəsinin ağır sınaq illərində əsərləri, istərsə də fabrik-zavodlarda, kəndlərdə əsgəri hissələrdə odlu-alovlu çıxışları ilə qələbəyə düşmənə nifrət və qəzəb aşılayırdı. 1941-ci ildə Cənubi Azərbaycanda olarkən “Vətən yolunda” qəzetinin məsul redaktoru vəzifəsində işləmişdir. 1942-ci ildə Uzaq Şərqdə Xabarovsk, Vladivostok və s. hərbi dairələrdə 416-cı diviziyanın döyüşçüləri ilə görüşlərdə iştirak edir. Bu dövrlərdə əsasən Cənubi Azərbaycan mövzusunda yazdığı hekayə (“Qorxulu səs”, “Sənət aşiqləri”, “Zəhra”, “Yol ayrıcında”, “Mələk”, “Qaçaq”, “Cənub hekayələri” silsiləsi – “On iki dekabr”, “Azad”, “Tonqal başında”, “İztirabın sonu”, “İki həyat”), povest (“Xosrov Ruzbeh”, “Güləbətin”, “Pərvizin həyatı”) və romanlarla (“Gələcək gün – (1948), “Böyük dayaq” (1957), “Pərvanə”) yanaşı, səhnə əsərlərini qələmə almışdır: “Həyat” (1935), “Madrid” (1937), “Məhəbbət” (1941) pyeslərindən iyirmi il fasilədən sonra “Kəndçi qızı” (1961) (əsər Mirzə Fətəli Axundov adına mükafata layiq görülmüşdür), “Yaxşı adam” (1963) komediyaları, böyük yazıçı və dövlət xadimi Nəriman Nərimanovun həyatı və mübarizəsindən bəhs edən “Közərən ocaqlar” (1967) pyesləri ilə Azərbaycan dramaturgiyasını zənginləşdirir. U.Şekspirin “Kral Lir”, “On ikinci gecə, yaxud hər nə istəsəniz”, A. N. Ostrovskinin “Quduz pullar”, “Müdrik olan hər kəsə kifayətdir sadəlik”, A.P.Çexovun “Üç bacı”, A. Satramovun “Kişilərə inanmayın”, Molyerin “Don Juan” pyeslərini Azərbaycan dilinə tərcümə etmişdir.

O, milli filoloji elmi kadrların hazırlanması sahəsində böyük işlər görmüşdür. 20 avqust 1956-cı ildə Azərbaycan SSR Ali Sovetinin “Azərbaycan SSR-in dövlət dili haqqında Azərbaycan SSR-in Konstitusiyasına maddə əlavə edilməsi haqqında qanun”u qəbul etməsi bu yüksək dövlət təşkilatının rəhbəri Mirzə İbrahimovun böyük səyləri nəticəsində mümkün olmuşdu. Həmçinin onun “Azərbaycan dili dövlət idarələrində” adlı məqaləsində (1956) milli məsələ ilə bağlı tale yüklü problemlər ön mövqeyə çəkilmişdir.

Sovet Həmkarlar İttifaqı Heyətinin tərkibində İranda səfərdə olmuşdur. Azərbaycan Yazıçılar İttifaqı Idarə Heyətinin Sədri (1946-1954), birinci katibi (1965-1975), SSRİ Yazıçılar İttifaqı idarə heyətinin katibi (1965-1975), Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini (1946-1950), Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri (1954-1958) vəzifələrində işləmiş,[3] Azərbaycan KP XIV-XXVIII qurultaylarında MK üzvü seçilmişdir. Ümumdünya parlamentlərarası ittifaqın konqresi (Helsinki, 1955; Banqkok, 1956), Ümumdünya sülh tərəfdarları konqresi (Stokholm, 1958) və s. beynəlxalq məclislərin iştirakçısı olmuşdur. O, Sov.İKP XX-XXI və XXIII-XXIV qurultaylarının nümayəndəsi, SSRİ Ali Sovetinin deputatı seçilmişdir. 1977-ci ildən Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədri kimi dəfələrlə Amerika (Nyu-York), İngiltərə (London), Fransa (Paris), Portuqaliya (Lissabon), Misir (Qahirə, İskəndəriyyə), Kipr (Nikoziya), Suriya (Dəməşq), Zambiya (Lusaka) ölkələrində səfərdə olmuş, Beynəlxalq konqres, sessiya və müşavirələrdə Sovet nümayəndə heyətinin başçısı olmuşdur. Onun başçılığı ilə komitə möhkəm sülh uğrunda mübarizə məqsədi ilə Əfqanıstanda, Vyetnamda, Mali adasında və digər ölkələrdə tədbirlər keçirmişdir.[4] BMT-nin apartheyd əleyhinə mübarizə komitəsinin iclasında (Nyu York, 1978) çıxış etmişdir.

Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda direktorluq etdiyi dövrdə dilçilik və ədəbiyyatşünaslıq elminin yeni, yüksək səviyyədə tədqiqini təşkil etmiş, üçcildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin yaranmasında ciddi əməyi olmuşdur (1946-1954).[5] Sonralar institutda XIX əsr Azərbaycan ədəbiyyatı tarixi şöbəsinə başçılıq etmiş (1960-1970), Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin sədri (1946-1954) və SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1965-1975) olmuşdur. Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir (1991). Ömrünün axırınadək Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, çoxcildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin redaksiya heyətinin üzvü olmuşdur. Onun əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir çox xarici dillərə tərcümə edilmişdir. 3 dəfə Lenin ordeni, Oktyabr inqilabı ordeni və digər orden və medallarla təltif olunmuşdur.[6] Ömrünün axırınadək Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan Ədəbiyyatı Şöbəsinin müdiri olmuşdur.[7]

1993-cü il dekabrın 17-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.

SSRİ dövlət mükafatı laureatı (1950)
Azərbaycan SSR dövlət mükafatı laureatı (1965)
Oktyabr İnqilabı ordeni — 21.10.1971[8]
Beynəlxalq Nehru mükafatı laureatı (1979)
Azərbaycanın əməkdar incəsənət xadimi (1941)
Sosialist Əməyi Qəhrəmanı — 14.10.1981[9]
Lenin ordeni — 14.10.1981[9]
Xatirəsi[redaktə | əsas redaktə]
5 fеvral 1996-cı ildə Azərbaycanın xalq yazıçısı, görkəmli ictimai-siyasi xadim Mirzə İbrahimоvun xatirəsini əbədiləşdirmək məqsədilə ilə əlaqədar qərar qəbul edilmişdir.[10].

Qiqantlar ölkəsi. Bakı: Azərnəşr, 1932, 32 səh.
Həyat üçün. Bakı: Azərnəşr, 1934, 115 səh.
Həyat(pyes). Bakı: Azərnəşr, 1937, 107 səh.
Həyat (pyes). Bakı: Azərnəşr, 1938, 110 səh.
Böyük demokrat (Molla Nəsrəddin). Bakı: Azərnəşr, 1939, 160 səh.
Həyat və ədəbiyyat. Bakı: Azərnəşr, 1947, 213 səh.
Azad. Bakı: Uşaqgəncnəşr, 1949, 20 səh.
Gələcək üçün. Bakı: Azərnəşr, 1949, 157 səh.
Gələcək gün(roman). Bakı: Azərnəşr, 1949, 753 səh
.Salam sənə Rusiya! Bakı: Azərnəşr, 1950, 87 səh
Seçilmiş əsərləri (dörd cilddə). I c. Bakı: Azərnəşr, 1954, 406 səh.
Seçilmiş əsərləri (dörd cilddə). II c. Bakı: Azərnəşr, 1954, 323 səh.
Gələcək gün. Bakı: Azərnəşr, 1956, 622 səh.
Seçilmiş əsərləri (dörd cilddə). III c. Bakı: Azərnəşr, 1956, 622 səh.
Azərbaycan dili (məqalələr). Bakı: Azərb. SSR EA Nəşriyyatı, 1957, 74 səh.
Böyük dayaq (roman). Bakı: Uşaqgəncnəşr, 1957, 582 səh.
Sarı sim (xatirələr, məqalələr, oçerklər). Bakı: Azərnəşr, 1958, 301 səh.
Mədinənin ürəyi (hekayələr). Bakı: Uşaqgəncnəşr, 1961, 213 səh.
Xəlqilik və realizm cəbhəsindən (məqalələr). Bakı: Azərnəşr, 1961, 524 səh.
Böyük şairimiz Sabir. Bakı: Azərb. SSR EA Nəşriyyatı, 1962, 38 səh.
Murovdağın ətəyində (hekayələr). Bakı: Azərnəşr, 1964, 93 səh.
Ədəbi qeydlər. Bakı: Azərnəşr, 1970, 299 səh.
Pərvanə. Bakı: Azərnəşr, 1971, 703 səh.
Seçilmiş əsərləri (dörd cilddə). IV c. Bakı: Azərnəşr, 1972, 455 səh.
Əsərləri (10 cilddə). I c. Bakı: Yazıçı, 1978, 512 səh.
Əsərləri (10 cilddə). II c. Bakı: Yazıçı, 1978, 504 səh.
Əsərləri (10 cilddə). III c. Bakı: Yazıçı, 1979, 592 səh.
Əsərləri (10 cilddə). IV c. Bakı: Yazıçı, 1979, 506 səh.
Əsərləri (10 cilddə). V c. Bakı: Yazıçı, 1980, 339 səh.
Əsərləri (10 cilddə). VI c. Bakı: Yazıçı, 1981, 376 səh.
Əsərləri (10 cilddə). VII c. Bakı: Yazıçı, 1981, 332 səh.
Əsərləri (10 cilddə). VIII c. Bakı: Yazıçı, 1981, 303 səh.
Əsərləri (10 cilddə). IX c. Bakı: Yazıçı, 1982, 664 səh.
Əsərləri (10 cilddə). X c. Bakı: Yazıçı, 1983, 507 səh.
Pərvizin həyatı (hekayələr və povestlər). Bakı: Yazıçı, 1975, 248 səh.
Pərvizin həyatı (povestlər və hekayələr). Bakı: Gənclik, 1981, 251 səh.
Pərvanə (roman). Bakı: Yazıçı, 1984, 703 səh.
Gələcək gün (roman). Bakı: Gənclik, 1973, 586 səh.
Gələcək gün (roman). Bakı: Maarif, 1984, 472 səh.
Niyəsiz, necəsiz bir yazısan sən. Bakı: Yazıçı, 552 səh.
Anama deyərəm ha! (hekayələr və povestlər). Bakı: Gənclik, 1986, 336 səh.
Tufanlara kömək edən bir qələm. Bakı: Azərnəşr, 197 səh.

N.Q.Çernışevski. Nə etməli? (Yeni adamlar haqqında roman). Bakı: Uşaqgəncnəşr, 1956, 180 səh.
N.Q.Çernışevski. Nə etməli? (Yeni adamlar haqqında söhbətlər, roman). Bakı: Gənclik, 1974, 536 səh.
Ş.Rəşidov. Qaliblər. Bakı: Azərnəşr, 1976, 378 səh.
Haqqında olan ədəbiyyat[redaktə | əsas redaktə]
Quliyev E.M. İbrahimov: Ədəbi-estetik görüşlər və sənətkarlıq məsələləri. Bakı: ADPU, 1997, 96 s.
Anar. Tənha müəllimin son səfəri. Azərbaycan qəzeti, 1994, 2 fevral.
Mirzə İbrahimovun xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı. Azərbaycan qəzeti, 1996, 6 fevral.
Rəhimqızı S. Bir görüşün xoşbəxtliyi. Xalq qəzeti, 2002, 16 yanvar.

Böyük dayaq (film, 1962)[11]

Son Yazılar

  • Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik
  • 21 Mart-Novruz bayramıdı!
  • 22 Mart-Xalq yazıçısı İsmayıl Şıxlının doğum günüdü
  • 22 Mart-Xalq yazıçısı Mehdi Hüseynin doğum günüdü
  • 21 Mart-Xalq şairi Səməd Vurğunun doğum günüdü

CDbException

Таблица “>”, упомянутая в записи active record класса “Org”, не найдена в базе данных.

2350 2351 /** 2352 * Constructor. 2353 * @param CActiveRecord $model the model instance 2354 * @throws CDbException if specified table for active record class cannot be found in the database 2355 */ 2356 public function __construct($model) 2357 < 2358 $this->_modelClassName=get_class($model); 2359 2360 $tableName=$model->tableName(); 2361 if(($table=$model->getDbConnection()->getSchema()->getTable($tableName))===null) 2362 throw new CDbException(Yii::t('yii','The table "" for active record class "" cannot be found in the database.', 2363 array(''=>$this->_modelClassName,''=>$tableName))); 2364 if($table->primaryKey===null) 2365 < 2366 $table->primaryKey=$model->primaryKey(); 2367 if(is_string($table->primaryKey) && isset($table->columns[$table->primaryKey])) 2368 $table->columns[$table->primaryKey]->isPrimaryKey=true; 2369 elseif(is_array($table->primaryKey)) 2370 < 2371 foreach($table->primaryKey as $name) 2372 < 2373 if(isset($table->columns[$name])) 2374 $table->columns[$name]->isPrimaryKey=true;

Stack Trace

/var/www/html/newlib/framework/db/ar/CActiveRecord.php(411): CActiveRecordMetaData->__construct(Org)

406 < 407 $className=get_class($this); 408 if(!array_key_exists($className,self::$_md)) 409 < 410 self::$_md[$className]=null; // preventing recursive invokes of via 411 self::$_md[$className]=new CActiveRecordMetaData($this); 412 > 413 return self::$_md[$className]; 414 > 415 416 /**

/var/www/html/newlib/common/behaviors/MultilingualBehavior.php(259): CActiveRecord->getMetaData()

254 255 private $_notDefaultLanguage = false; 256 257 private function createLocalizedRelation($owner, $lang) < 258 $class = CActiveRecord::HAS_MANY; 259 $owner->getMetaData()->relations[$this->localizedRelation] = new $class($this->localizedRelation, $this->langClassName, $this->langForeignKey, array('on' => $this->localizedRelation . "." . $this->langField . "='" . $lang . "'", 'index' => $this->langField)); 260 > 261 262 /** 263 * Attach the behavior to the model. 264 * @param model $owner

/var/www/html/newlib/common/behaviors/MultilingualBehavior.php(294): MultilingualBehavior->createLocalizedRelation(Org, “az”)

289 > 290 if (array_values($this->languages) !== $this->languages) < //associative array 291 $this->languages = array_keys($this->languages); 292 > 293 $class = CActiveRecord::HAS_MANY; 294 $this->createLocalizedRelation($owner, Yii::app()->language); 295 $owner->getMetaData()->relations[$this->multilangRelation] = new $class($this->multilangRelation, $this->langClassName, $this->langForeignKey, array('index' => $this->langField)); 296 297 $rules = $owner->rules(); 298 $validators = $owner->getValidatorList(); 299 foreach ($this->languages as $l) 
/var/www/html/newlib/framework/base/CComponent.php(331): MultilingualBehavior->attach(Org)
326 public function attachBehavior($name,$behavior) 327 < 328 if(!($behavior instanceof IBehavior)) 329 $behavior=Yii::createComponent($behavior); 330 $behavior->setEnabled(true); 331 $behavior->attach($this); 332 return $this->_m[$name]=$behavior; 333 > 334 335 /** 336 * Detaches a behavior from the component.

/var/www/html/newlib/framework/base/CComponent.php(298): CComponent->attachBehavior("ml", array("class" => "common.behaviors.MultilingualBehavior", "langClassName" => "Orglang", "langTableName" => "orglang", "langForeignKey" => "org_id", . ))

293 * @param array $behaviors list of behaviors to be attached to the component 294 */ 295 public function attachBehaviors($behaviors) 296 < 297 foreach($behaviors as $name=>$behavior) 298 $this->attachBehavior($name,$behavior); 299 > 300 301 /** 302 * Detaches all behaviors from the component. 303 */

/var/www/html/newlib/framework/db/ar/CActiveRecord.php(396): CComponent->attachBehaviors(array("ml" => array("class" => "common.behaviors.MultilingualBehavior", "langClassName" => "Orglang", "langTableName" => "orglang", "langForeignKey" => "org_id", . )))

391 if(isset(self::$_models[$className])) 392 return self::$_models[$className]; 393 else 394 < 395 $model=self::$_models[$className]=new $className(null); 396 $model->attachBehaviors($model->behaviors()); 397 return $model; 398 > 399 > 400 401 /**

/var/www/html/newlib/common/models/Org.php(252): CActiveRecord::model("Org")

247 * @param string $className active record class name. 248 * @return Org the static model class 249 */ 250 public static function model($className=__CLASS__) 251 < 252 return parent::model($className); 253 > 254 255 public static function All() 256 < 257 $models = Org::model()->findAll(array('order' => 'fullname', 'condition'=>'active = 1'));

/var/www/html/newlib/common/components/ApplicationConfigBehavior.php(53): Org::model()

48 49 if( ctype_digit($url[$this->langIndex - 1]) ) 50 < 51 $uid = (int)$url[$this->langIndex - 1]; 52 53 $uidModel = Org::model()->findByPk($uid); 54 if( count($uidModel) > 0 ) 55 < 56 $this->owner->user->setState('org', $uidModel); 57 $this->owner->user->setState('id', $uidModel->id); 58 

/var/www/html/newlib/framework/base/CComponent.php(561): ApplicationConfigBehavior->beginRequest(CEvent)

556 // an array: 0 - object, 1 - method name 557 list($object,$method)=$handler; 558 if(is_string($object)) // static method call 559 call_user_func($handler,$event); 560 elseif(method_exists($object,$method)) 561 $object->$method($event); 562 else 563 throw new CException(Yii::t('yii','Event "." is attached with an invalid handler "".', 564 array(''=>get_class($this), ''=>$name, ''=>$handler[1]))); 565 > 566 else // PHP 5.3: anonymous function

/var/www/html/newlib/framework/base/CApplication.php(207): CComponent->raiseEvent("onBeginRequest", CEvent)

202 * Raised right BEFORE the application processes the request. 203 * @param CEvent $event the event parameter 204 */ 205 public function onBeginRequest($event) 206 < 207 $this->raiseEvent('onBeginRequest',$event); 208 > 209 210 /** 211 * Raised right AFTER the application processes the request. 212 * @param CEvent $event the event parameter

/var/www/html/newlib/framework/base/CApplication.php(178): CApplication->onBeginRequest(CEvent)

173 * Remember to call the parent implementation so that static application components are loaded. 174 */ 175 public function run() 176 < 177 if($this->hasEventHandler('onBeginRequest')) 178 $this->onBeginRequest(new CEvent($this)); 179 register_shutdown_function(array($this,'end'),0,false); 180 $this->processRequest(); 181 if($this->hasEventHandler('onEndRequest')) 182 $this->onEndRequest(new CEvent($this)); 183 >

/var/www/html/www/front/index.php(35): CApplication->run()

30 /** url defines */ 31 32 define('DEFAULTURL', '/menus/index', true); 33 34 require_once($yii); 35 Yii::createWebApplication($config)->run(); 

Comments are closed, but trackbacks and pingbacks are open.