Press "Enter" to skip to content

Psixoloji Testlər

Bu əyləncəli psixoloji testlər psixoloji araşdırmalar ilə dəfələrlə sınanmış və gündəlik həyatda da tez-tez istifadə olunan optik illüziyalardır.
Testin düzgün cavabı isə yazımızın sonunda qeyd olunub.

Psixoloji və IQ testlər

Xarakterinizin güclü tərəflərini müəyyən etməyə və bəlkə də hansı istiqamətdə inkişaf yolunu tutmağa məsləhət görəcəyik. Sizin qarşınızda insanın 8 fərqli fiqurdan çəkilmiş rəsmi var. Fiqurlardan birini seçin və xarakterinizin güclü tərəflərini təyin edin.
Davamı →

Sən hansısan?

  • Psixoloji və IQ testlər
  • 9 dekabr 2017, 20:44

Bu testin müəllifi tanınmış psixolog Pip Uilsondu. O bu testi məktəbli uşaqların psixoloji durumunu yoxlamaq üçün yaradıb. Bu ağacda olan bütün insanların fərqli baxışı və istəkləri var. Siz hansısınız? Öz nömrənizi seçin.
Davamı →

Temperamentin tədqiqi testi

  • Psixoloji və IQ testlər
  • 3 fevral 2015, 18:32

Hər təqdim olunan nömrədəki xarakterik xüsusiyyətdən sizə ən çox uyğun olanını seçib qeyd edin:

1.
a) narahat, bir yerdə qərar tutmayan
b) şən və həyatsevər
c) sakit və soyuqqanlı
d) utancaq, həyalı

2.
a) özünü ələ ala bilən
b) enerjili, işgüzar
c) işdə ardıcıl, dəqiq
d) yeni şəraitdə özünü itirən

3.
a) hövsələsiz, səbirsiz
b) başladığı işi axıra çatdırmayan
c) ehtiyatlı və tədbirli
d) yeni adamlarla ünsiyyətdə çətinlik çəkən

4.
a) adamlarla ünsiyyətdə kəskin və düzgün
b) özünü yüksək qiymətləndirən
c) gözləməyi bacaran
d) öz gücünə inanmayan

5.
a) təşəbbüskar, qətiyyətli
b) yeniliyi tez tutmağa qabil
c) boş-boşuna danışmağı sevməyən
d) tənhalığı asan keçirə bilən

Psixoloji test

  • Psixoloji və IQ testlər
  • 23 yanvar 2015, 18:47

Aşağıdakı psixoloji sualları oxuyun və mənzərəni gözünüzdə canlandırmağa çalışın. Suallarının cavablarını çox düşünmədən, ağılınıza ilk gəldiyi şəkildə bir kağıza yazın.

— Meşənin içində gedirsiniz. Yanınızda kim var?
— Meşənin içində gedirsiniz. Bir heyvan gördünüz… Nə cür bir heyvandır?
— Heyvan ilə aranızda necə bir qarşılaşma yaşanar? (aqresiv və ya əksi)
— Meşənin içində bir az daha gedirsiniz. Birdən bir açıqlığa çıxırsınız və qarşınızda xəyalinizdaki ev dayanır. Bu evi təsvir edin.
— Xəyalınızdakı evin ətrafında sarmaşıq varmı?
Ardı →

Xarakter analizi testi

  • Psixoloji və IQ testlər
  • 21 dekabr 2014, 18:41

1. Ənənəvi-sağlam fikirli-düşüncəlisiniz.
Özünüzdən əvvəl başqalarını düşünərsiniz həmişə. Müasir dünyagörüşü sizə olduqca uzaq. Ananızın sözünə qulaq asar, təcrübənin gücünə inanırsınız. Dinc bir quruluşunuz var. Bir qərar vermədən əvvəl dərininə düşünərsiniz. Bəzən tələsikçi davranarsınız, bir az yavaşlayın. Nəzakətli və həssas quruluşunuz ətrafınız tərəfindən təqdir edilir, sizə xal qazandırır. Sizə tövsiyəmiz, bu yanlarınızı qoruyun.

2. Təbii-simpatik-canayaxınsınız.
Kimsəyə bənzəmək kimi bir dərdiniz yoxdur. Siz yalnız ‘siz’ə bənzəyirsiniz. Hər kəs tərəfindən sevilən bir insansınız. Olduğunuz mühitə sevinc gətirərsiniz, buna görə yoldaş görüşmələr Sizsiz olmaz. Dərt ortağım, çətinliyi olan sizə qaçar. Ön mühakimələr qurbanı deyilsiniz, sizin üçün könüllər bir olsun, yetər. Bəzən sizdən heç gözlənilməyən dəliliklər edirsiniz, tarazlığı qoruyun deyərik.

Depressiya testi

  • Psixoloji və IQ testlər
  • 25 noyabr 2014, 23:46

Aşağıda dörd xanalı qruplar formasında bəzi ifadələr yazılıb.
Hər qrupdakı cümlələri diqqətlə oxuyun. Bu gün də daxil olmaqla son iki həftə ərzində özünüzü necə hiss etdiyinizi ən yaxşı ifadə edən cümləni seçin.

Hər qrupda seçmiş olduğunuz ifadələrin sağında olan xalları toplayaraq balınızı hesablayın.
Ən aşağıda qiymətləndirmə bölməsində ümumi balınızın izahı verilmişdir.

Öz bədheybətini seç

  • Psixoloji və IQ testlər
  • 24 okyabr 2014, 11:31

1. Sizin bədheybətiniz deyir ki, sizin daxilinzdəki şeytanın adı gücdür.
Sadə,qayğısız insansınız. Dünyaya günahsız uşaq baxışları ilə baxırsınız. Rahat ünsiyyət qurursunuz, harmoniyanı dəyərləndirirsiniz. Sevginiz sərhədsizdir və ətrafınızı da sevgiyə sövq edirsiniz. Həyatda dönüşlər sizi tez ruhdan salır. Optimistliyiniz adamların xoşuna gəlir. Həyata münasibətinizlə cəlb edirsiniz.

2. Sizin bədheybətiniz deyir ki, sizin daxilinzdəki şeytanın adı ağıldır.
Siz dərin, düşüncəli insansınız. Xarici şeylərə çox diqqət etmirsiniz. Dayazfikirliliklə heç vaxt mühakimə etmirsiniz. İnsanları başa düşmək, öyrənmək üçün sizə vaxt lazım olur. Hərdən reallıqdan uzaqlqşıb öz dünyanıza düşürsünüz və heç nəyin fərqinə varmırsınız. Ağıllılığınız insanların xoşuna gəlir. Müdrikliyiniz cəlb edir.

3. Sizin bədheybətiniz deyir ki, sizin daxilinzdəki şeytanın adı təbiilikdir.
Təbii və səmimi insansınız. Göründüyünüz kimisiniz. Artislik etmirsiniz. Komplekssizsiniz. Boş şeyəlrçün narahat olmursunuz. Yaradıcılıqla məşğul olsanız azad hiss edirsiniz. Var-dövlətə, varlı həyata can atırsınız. Canlı xarakteriniz insanlarin xoşuna gəlir. Təbii parlaqlığınız cəlb edir.
Ardı →

Əsəb testi

  • Psixoloji və IQ testlər
  • 30 sentyabr 2014, 17:47

Aşağıda olan potensial sıxıntı verən 25 vəziyyətin siyahısını oxuyun. Hər hadisədən sonra buraxılan boşluğa, bu bəsit qiymətləndirmə bölgüsündən istifadə edərək, hadisənin sizi nə qədər əsəbləşdirəcəyi ilə bağlı öz fikrinizi yazın.

0 – heç bir narahatlıq hiss etmirəm
1 – biraz narahatlıq hiss edirəm
2 – orta dərəcədə əsəbi oluram
3 – olduqca əsəbi oluram
4 – çox əsəbi oluram

Həyatsevərsinizmi?

  • Psixoloji və IQ testlər
  • 12 avqust 2014, 21:14

Siz daima həyatdan narazısınız, yoxsa hətta xoşagəlməz vəziyyətlərdə də sevinməyə nə isə tapırsınız? Ən yaxşısı özünüzü test vasitəsilə tanıyın. Qeyd olunan cavablardan birini seçin.

Suallar:
1. Sizə görə insanlar harada daha çox xoşbəxtdir?
a) Həmişə günəş parlayan şimal bölgələrdə.
b) İnkişaf etmiş ölkələrin böyük şəhərlərində.
c) Kanada və ya Skandinaviyada, çünki orada az əhali məskunlaşıb.

2. Bu məsəllərdən hansı sizin həyat deviziniz ola bilər?
a) Dəmiri isti-isti döyərlər
b) Hər işdə bir xeyir var
c) Hər parlayan qızıl deyil

3. Tərəfdaşınız sizə hansı hədiyyəni bağışlaya bilər?
a) Bəzək əşyaları
b) Xaricə səyahət
Ardı →

Romantiksinizmi?

  • Psixoloji və IQ testlər
  • 31 iyul 2014, 20:02

1. Gözəl xəyallar quranda özünü həmin xəyallarda necə görürsən?
a) Model kimi – gözqamaşdırıcı paltarlarda — 5
b) Qədim zamanların şəhzadəsi kimi — 0
c) Sadəcə olaraq çox gözəl bir qız kimi — 10

2. Təsəvvür et ki, gözləmədiyin bir halda 2 həftəlik səyahət qazanırsan. Sən hara getmək
istərdin?
a) Bütün ili havanın isti olduğu ölkəyə — 0
b) Qədim tarixi olan ölkəyə — 10
c) Gəmidə səyahəti sevirəm — 5

3. Makiyaj edəndə ən çox nəyə fikir verirsən?
a) Ən çox göz makiyajına üstünlük verirəm — 0
b) Ən çox dodağa — 5
c) Ənlik-kirşandan istifadə etmirəm — 10
Ardı →

Psixoloji Testlər

Testə keçməzdən öncə gəlin başlıqda sadalanan anlayışlarla tanış olaq. “İntrovert” , “Ekstravert” və “Ambivert” anlayışlarına ilk olaraq isveçrəli psixiatr-alim Karl Qustav Yunqun “Psixoloji tiplər” kitabında rast gəlirik. Cənab Yunqun fikrincə Ekstravert psixoloji tipinə aid olan şəxslər başqa insanlarla ünsiyyətdən və yeni təəssüratlardan enerji alırlar. Onlar diqqət mərkəzində olmağı xoşlayır, ictimai çıxışlara can atır, çoxlu insanların iştirak etdiyi şənlik və mərasimlərdə özünü çox rahat hiss edirlər. Bu tip insanlar optimist olur, lətifə danışmağı,dinləməyi sevir, çox vaxt şən əhval-ruhiyyədə olurlar. İntrovertlər isə əksinə, əlaqələrini məhdudlaşdırır özlərinə qapanırlar, onların öz daxili dünyaları olur. İntrovertlərin enerjili olması üçün sakitliyə, təkliyə ehtiyacları var, onlar rahat yaşamağa, tənha qalmağa üstünlük verirlər. İntrovert daxili fikir və həyəcanlarına qapılır, yaradıcılıqla məşğul olur və ya hansısa prosesi müşahidə edir. İntrovertlər yaxşı alim, ixtiraçı, yazıçı və ya sahibkar ola bilərlər. Ekstravertə yaxşı işləmək üçün başqa insanların iştirakı vacibdirsə, introvert tək daha rahat işləyəcək. Onlar utancaq və qapalı olur, real ünsiyyətdənsə, kitab oxumağa üstünlük verirlər. İntrovertlər yad insanlarla ünsiyyətə meyilli deyillər,qərar qəbuluna həmişə ciddi yanaşır, öz hərəkətlərinə, davranışına nəzarət edirlər. Ambivertlər hadisələrdən, vəziyyətdən asılı olaraq dəyişə bilirlər. Tənhalığa qapılıb kitab oxumağı sevsələr də, ictimai çıxışlardan, insanlar arasında məntiqli söhbətdən qaçmırlar. Hesab olunur ki, ambivert tip ekstravert və introvert tipin bir növ arasında yerləşir və “qızıl orta” hesab oluna bilər. İntrovertlər həyat fəaliyyətlərini daxili aləminə istinad edərək, ekstravertlər xarici amillərin təsiri altında yaşayırlarsa, ambivertlərdə harmoniya qorunur,həm daxili, həm də xarici amillərin təsiri altında fəaliyyətlərini istiqamətləndirirlər. Qeyd edək ki, insanların əksər hissəsinin bu tipə aid olması qeyd edilir. İndi isə Testimizə Başlayaq :Aşağıda qeyd edilən 28 xüsusiyyətdən Sizə aid olduğunu düşündüklərinizi sıra nömrəsini qeyd etməklə kənarda qeyd edin 1.Eyni gündə 2 film, konsert, tamaşa və s. asanlıqla izləyə, bir neçə görüş təyin edə və onlarda asanlıqla iştirak edə bilərsiniz. 2.Dostlarınızın sayı hər ötən gün artır. 3.Əhəmiyyətli bir qərarı təxirə salmaq üçün sizə əhəmiyyətsiz bir hadisə belə kifayətdir. 4.Çox zaman ay ərzində bir dəfə qonaq getmək sizin üçün artıqlaması ilə kifayət edər. 5.Çox tez-tez xəyallara dalırsınız 6.Televizor çalışmayanda əhvalınız pisləşir. Telefonunuzdan uzaqda özünüzü tənha və dünyadan uzaq hiss edirsiniz. 7.Siz insanların simalarını,onların tərcümeyi-hallarını,hadisələri çox asanlıqla xatırlasanız da formulları,riyazi hesabları və başqalarının söylədiklərini xatırlamaqda çətinlik çəkirsiniz. 8.Dostlarınız çox deyil. İnsanlara yaxınlaşmaqdan çətinlik çəkirsiniz. 9.Yemək yeməyi sevir, öz əhatəniz ilə əylənir, tək qalmaqdan çəkinirsiniz. Şən insanlar kateqoriyasına aidsiniz, özünüzə uyğun insanlarla əlaqə axtarır,qapalı insanlardan isə çəkinirsiniz. 10.Başqalarını təqlid etməyi, zarafatlar, məzəli hekayələr danışmağı sevirsiniz. Asan xarakteriniz var. 11. Siz dəqiq və yoxlanılmış mənbələrdən olan informasiyalara üstünlük verir, digər infiromasiyaları ciddiyə almırsınız. 12. Danışmağı,tost deməyi sevir, hər zaman üzdə olmağa can atırsınız. 13. Səs-küylü məclisləri, uca səslə musiqi dinləməyi sevmirsiniz. 14.Əşyalarınızın sayı kifayət qədər azdır amma onlara böyük dəyər verirsiniz. 15. Fotoşəkil çəkdirməyi xoşlayırsınız. 16. Harda,nəyi və necə etməyi çox yaxşı bilirsiniz. 17.Siz tanımadığınız insanlarla tez əlaqə qurur və yeni bir mühitdə asanlıqla gəzirsiniz. Çətin vəziyyətlərdən isə asanlıqla çıxmağı bacarırsınız. 18. Təklikdə nahar etməyi sevir, tanımadığınız insanların olduğu mühitlərdən çəkinir,özünüzü evinizdə daha rahat hiss edirsiniz. 19. Siz prinsipial insansınız və öz prinsiplərinizə daima sadiqsiniz. 20.Tanımadığınız mühitə və insanlara çox gec uyğunlaşırsınız. 21. Tez qərar verirsiniz və risk almağı bacarırsınız, baxmayaraq ki, bu həmişə əsaslı risk olmur. İşgüzar səfərlər isə sizin üçün əyləncəlidir və siz onları sevinclə qəbul edirsiniz. 22. Yad insanlar çox tezliklə sizin üçün doğma bir insana çevrilə bilər. 23. Sağlamlığınızı diqqətlə izləyir, xəstəliyi sonradan müalicə etməkdənsə, bir dəfə də profilaktik dərman qəbul etməyin daha yaxşı olduğunu düşünürsünüz. 24. Hər bir konkret vəziyyətdə nəyi götürməyin ən yaxşı olduğunu qiymətləndirir və vəziyyətdən asılı olaraq hərəkət edirsiniz. 25. Həmişə çoxlu planlarınız, vəzifələriniz, problemləriniz və fikirləriniz var, ancaq bunların yalnız bir hissəsini həyata keçirə biləcək gücdə olduğunuzu düşünürsünüz. 26. Sizə tez-tez “bəzi şeylərə daha sadə yanaşmağa çalış” deyə məsləhət verirlər 27. Sağlamlığından daim şikayət edən insanları başa düşmür və onlara rəğbət bəsləmirsiniz. 28. Ətrafınızda olan insanlarda necə təəssürat yaratdığınızı bilmək sizin üçün çox önəmlidir. Testin Nəticəsi : Yuxarıda qeyd edilən xüsusiyyətlərdən Ekstravert psixoloji tipinə aid olan insanlara məxsus olanların sıra nömrəsi : 1 ; 2 ; 6 ; 7 ; 9 ; 10 ; 12 ; 16 ; 17 ; 21 ; 22 ; 24 ; 25 ; 27 və 28 Digər, yəni 3 ; 4 ; 5 ; 8 ; 11 ; 13 ; 14 ; 15 ; 18 ; 19 ; 20 ; 23 və 26 sıra saylı xüsusiyyətlər isə İntrovert psixoloji tipinə aid olan insanlara məxsusdur. Bununla da nəticədə sayca üstünlük təşkil edən psixoloji tip Sizin psixoloji tipinizdir. Əgər saylar bərabərdirsə ( 14-14 ) yaxud arada cüzi fərq varsa ( 13-15 ) ( 16-12 ) demək ki, Sizin psixoloji tipiniz Ambivertdir. Dəyərli zamanınızı ayırdığınız üçün Təşəkkürlər ! Hörmətlə, Sizin : Şahlar Şahlarzadə ( hüquqşünas/yazar)

Psixoloji Testlər

Özünü tanı. Test – 4

Özünü tanı Test 4. Şəkildə o biri sahilə hədiyyə üçün keçməyə can atan insan təsvir olunmuşdur. Sizin fikrinizcə o sahildə qalacaq, ya digər tərəfə keçəcək? Bu təsvir üzərinizə düşən öhdəliyinizi təyin etməyə kömək edəcəkdir.İlk olaraq nə düşündünüz? Bir körpü və ya bir qayıq xəyal etdinizsə, o zaman bu hədəflərinizdən imtina etməyə və tərk edilməyə alışmadığınızı göstərir. Hər hansı bir çətinliyin aradan qaldırıla biləcəyinizə inanırsınız. Adamın keçməyə cəhd etdiyi körpü nə qədər etibarlı olsa, iradəniz və qətiyyətiniz də bir o qədər demək güclüdür. Əgər təsəvvür edirsinizsə, körpü dirəyi kifayət qədər etibarlı deyil, o zaman aydın olur ki, siz hadisələrə həssaslıqla, şübhəylə yanaşır, fikrinizi dəyişdirmək məcburiyyətində olursunuz. Sizdə şəkildəki insanın bu sahildə qalacağı fikri yaranırsa, əngəllərdən qorxursunuz, çox vaxt hədəf sizə əlçatmaz görünür, heç bunun üçün mübarizə aparmağa cəhd də etmirsiniz, əksinə həyatın surprizlərindən də imtina edirsiniz. Bu haqda düşünün. Bir insanın o sahilə gedən yolda çaya düşəcəyini düşünürsünüzsə, bu həyatdan çirkli bir hiylə gözlədiyinizə, uğurlu nəticəyə inanmadığınıza və buna görə vacib qərarların qəbul edilməsini sonadək təxirə salmağa çalışdığınıza işarədir. Yeganə İskəndərova

Psixoloji Testlər

Özünü tanı. Test -3

Özünü tanı – TEST 3 Depressiyaya meyllisənmi? Şəklə diqqətlə baxın. Onu necə bitirmək istərdiniz? Ağac, ot, gül, qayada çatlar və adam fiqurunu görmək istədiyiniz istiqamətdə təsəvvür edin. Bu şəkil depressiyaya meylinizi müəyyənləşdirir. Şəkilə heç bir əlavə etmək lazım olmadığını düşünürsünüzsə, bu o an pis əhval – ruhiyyədə olduğunuzu göstərir. Sevinməyə dəyər, bu depressiyanın astanasındasınız – demək deyil. Dərənin divarlarının çatlarla örtülməsini düşünsəniz, bu o deməkdir ki, özünüzə çox qapılır, problemlərinizi heç kimlə bölüşmür, dərdlərlə tək olursunuz. Buna görə də zaman-zaman depressiyaya məruz qalırsız. Əgər bitgi, günəşi də bu boz mənzərəyə əlavə etmək lazımdısa, deməli siz depressiya ilə bağlı bütün çətinlikləri və meylləri asanlıqla dəf etmisiniz. Dərəni su ilə doldurmaq qərarına gəlsəniz, bu, depressiyaya meyl etdiyinizi göstərir, lakin hələ tam təzahür etməyib. Şəkilə əlavə etdiyiniz şəxs bir qayanın üstündə dayanıb aşağı baxırsa, bu, hazırda çətin vəziyyətdə olduğunuzu göstərir. Vacib bir qərar verməlisiniz, ancaq tərəddüd, şübhə edirsiniz. Bir şəxs dərəyə enirsə, bu, hər hansı bir səbəbdən özünüzü tənqid etməyə meylli olduğunuzun və özünüzə qarşı çox tələbkarlığınızın ifadəsidir, bu sizi ruhdan salır. Şəkildə insanı dərənin dibində təsəvvür edirsinizsə, ümidsizsiniz və köməyə ehtiyacınız var. Əgər insanın digər tərəfə körpü ilə etibarlı bir şəkildə keçdiyinı və ya təsvirdə qayaya dırmaşdığını düşünsəniz, sizin ruh halınız qaydasındadı, problemlərin öhdəsindən asanlıqla gələ biləcək müsbət bir insansınız. Yeganə İskəndərova

Psixoloji Testlər

Özünü tanı. Test -2

TEST 2 Şəkildə ağac təsvir olunub. Sizin fikrinizcə ağac belə sadə, adı gövdə və budaqlardan ibarət olmalıdı? Siz çəksəydiniz nələr əlavə etmək istərdiniz? Düşüncələrinizdə özünüzə qarşı səmimi olun və nəticəyə baxın. Ağac, həyat duyğularınızın əksidir. Ağacın kifayət qədər yarpağı olmadığını düşünürsünüzsə, bu, təbiətcə bir fərd olduğunuzu göstərir, kiminsə sizin həyatınıza müdaxilə etməsini sevmirsiniz. Hərəkətləriniz üçün məsuliyyəti öz üzərinizə götürməyə hazırsınız. ancaq başqalarının hərəkətlərinə cavabdehlik daşımağı istəməzsiniz. Düşünürsünüz ki, çox sayda yarpaq olmamalıdır və olanların hər biri aydın görünməlidi – bu, başqaları üçün məsuliyyət daşımağa hazır olduğunuzu göstərir, ancaq tamamilə zəruri hallarda. Bir ağacın üzərində çox sayda budağın olması fikri, bir komandada olmağı sevməməyinizdi, həyata baxışınız, arzularınız dəyişkəndi, yaxın adamlardan birinə üstünlük verirsiniz. Ağaca daha çox budaq və yarpaq əlavə etdinizsə, çox ünsiyyətcil bir insansınız və ilk növbədə digər insanların maraqlarını, sonra özünüz haqqında düşünürsünüz. Şəkildə kifayət qədər çəmənlik, ağac kökləri, torpaq olduğu görünürsə – bu sizi etibarlı, güclü və özünə güvənən bir insan kimi xarakterizə edir. Ağaca oyuq, quş otağı, quş bəsləyicisi, bir yelləncək və ya digər xarici elementlər əlavə etmək istəyirsinizsə – bu anda heç də yaxşı vəziyyətdə deyilsiniz, özünüzü artıq hiss edirsiniz, həyat sizə sevinc bəxş etmir. Bir ağacın yanına bir heyvan da əlavə etmək ağlınızdan keçirsə, “canlanmağa dəyər” olduğunu düşünürsünüz, özünəməxsus, bənzərsiz bütün dünyaya nə isə sübut etmək istəyi ilə özünü hiss edən güclü olmaq eşqilə olan birisiniz. Həyat sizi qorxutmur. İnadkarlığınız arzuları gerçəkləşdirir. Yeganə İskəndərova

Psixoloji Testlər

Psixikan qaydaslndamı?

Psixikan qaydasındadırmı? Sizə 10 test təqdim olunacaq. Test 1 Həyat həyəcan və streslə doludur və çox vaxt biz rahatlığımızı, dincliyimizin balansını saxlamağı arzulayırıq. Bərabərliyi qorumaq və duyğularımızı idarə etmək həmişə çətin olub. Sadə bir ekspress test Sizə özünüzü başa düşməyə və psixikanızın nə qədər sabit olduğunu yoxlamağa kömək edəcək. Bu test vasitəsilə psixikanızın qaydasında olub olmadığını öyrənə bilərsiniz. Şəkildəki fiquru diqqətlə nəzərdən keçirin. Hərəkət görürsüz? Fiqur hansı istiqamətə doğru hərəkət edir? Sağ, sol, yuxarı, aşağı istiqamətlənir və ya hərəkət etmir? Buyurun, şəklə nəzər yetirin. Sizə fiqur hərəkətsiz görünsə, deməli bu, həyatınızda yaranan durğunluq əlamətidir. İnkişaf etməyə səy göstərmirsiniz, bütün bacarığınız özünüzdə “qorunub saxlanılır” və həyata tamamilə laqeydsiniz. Sizə fiqurun sola tərəf hərəkət etdiyi, işığın qaranlığa yaxınlaşdığı görünsə, o zaman həyatınız planlar və ümidlərlə doludur, həyat enerjiniz sürətlidir və öz gücünüzə inanırsınız. Hərəkət sağa tərəf yönlənirsə, qaranlığın işığa yaxınlaşması kimi görünürsə, bu o deməkdir ki, indi həyatınızda ən yaxşı dövr deyil, şübhələrdən əziyyət çəkirsiniz, narahatlıq hissi keçirirsiniz və nədənsəqorxursunuz. Hərəkətin yuxarıya doğru istiqaməti, sizin həyatınızda nəyisə düzəltmək istəyinizi göstərir. Aşağı istiqamətdə hərəkət müşahidə edirsinizsə, onda döyüşmək üçün tam istəksiz və laqeydsiniz. Və bu xəbərdarlıq əlamətidir. Titrəyişli, yəni hər tərəfə yellənən hərəkət görünürsə, bu ahəngdar və inkişaf etmiş bir təbiətə işarədir. Cəsarət və nikbinliklə dolu olduğundan düşünməyi üstün tutursan. Yeganə İskəndərova

Psixoloji Testlər

Həyatda hansı yer sənə aiddi? Bilmək istəyirsən?

Şəxsiyyət testi. Stullardan birini seç. 1. Hər hansı bir atmosferi necə optimallaşdırmağı bilən bir insansan. Dəstək verməyə, xəbərdar etməyə, inandırmağa qadirsən. Sən insanın ruh aləmini anlayan bir şəfasan – psixoloqsan. Stul 2 Məsuliyyəti anlamağa, rəhbərlik etməyə qadir olan birisən. Bəzən sərt olur, bəzən də güzəştə gedirsən. Sonunda zəruri olan qərarı verirsən. Qətiyyət göstərə və ətrafdakılara qayğı ilə yanaşırsan. Sən rəhbərlik üçün yaranmısan. Stul 3 Necə edəcəyinizi bilirsiniz: hər bir insanın istedadını anlayan və dəyər verənsiniz. Əsas hadisələrə baxır, detallara diqqət yetirirsiniz, nəzərinizdən heç nə yayınmır. Hər bir işə böyük məhəbbətlə, əzmlə yanaşırsan. Sən tərəddüd etsən də əla təşkilatçısan. Stul 4 Gözəlliyi necə görməyi bilən bir yaradıcı insansan. Hər hansı bir iş və əlaqəni optimallaşdırmağın yollarını bilirsiniz. Sağlam düşüncəniz var. Səndən yaxşı ixtiraçı, dizayner ola bilər. Stul 5 Ənənələrə hörmət etməyi bilirsiniz. Keçmişlə maraqlanırsınız. Təcrübəyə hörmət edir və müdrikliyi dəyərləndirirsiniz. Zamanların bağlantısını anlamağı bacarırsan. Sən tarixçi, salnaməçisən. Stul 6 Asanlıqla uyğunlaşırsınız, tez öyrəşirsiniz. Çevik bir ağıl və mehriban təbiətə sahibsiniz. Sən şərtlərin tələb olunduğunu edə bilən israrlı bir insansan. Potensialınız yüksəkdir. Yeganə İskəndərova

Psixoloji Testlər

Kokoloji test – Qapı

Qapı Kokoloji test 1. Təsəvvür edin ki, şəhəri gəzirsiniz. Hava gözəldir və sən buludların içindəsən. Bir anda əvvəllər heç vaxt olmadığınız bir küçəyə dönürsən. Birbaşa yolda deyil, bir az məsafədə yerləşən gözəl fərdi bir evin yanından heyranlıqla keçərkən, evin qapısının azca açıq olduğunu görürsən. Sual yaranır: “Niyə? ” 1.Evdə oğrular fəaliyyət göstərir. 2. Sahiblərdən biri qapını bağlamağı unudub. 3. Evin sahibəsi koridoru süpürür. Nəticə Əgər seçiminiz. 1.Evdə oğrular fəaliyyət göstərir. Qapılar iki məna daşıyır: keçid kimi keçilə bilən və maneə kimi xidmət göstərən. Xüsusilə ön qapı evin ilk müdafiə xəttidir. Sakinlərini hər cür sürprizlərlə dolu xarici dünyadan ayırır. Nə olursa olsun, bütün bunların yaxşı olduğunu yaxşı bilirsiniz. Xarakterinizin bu əlaməti, həqiqətən, pis bir dönüş aldıqda özünü daha aydın göstərir. Heç vaxt kritik bir vəziyyətdə əsəbləşmirsiniz, ancaq çaxnaşma sizi başdan ayağa iflic edəndə gərginliyinizi kəskin biruzə verirsiniz. Növbəti dəfə özünüzü kritik bir vəziyyətdə tapdığınız zaman başınızı itirməməyə çalışın. Bir neçə dəfə dərindən nəfəs alın və ona qədər sayın. Bundan sonra asanlıqla huşunuzu itirə də bilirsiniz. Seçiminiz. 2.Sahiblərdən biri qapını bağlamağı unudub. Şüursuz bir səviyyədə, açılmamış ön qapını özünüzə izah etdiyiniz səbəb sizin açıqlığınız və başqalarının zəif cəhətlərinizi görməyinizə imkan verdiyi anlamındadı. Bütün bunlara baxmayaraq fövqəladə vəziyyətlərdə ruhunu itirənlərdən deyilsiniz. Əksinə, o qədər rahatsınız ki, ətrafınızda dolaşan qasırğanı belə hiss edə bilməzsiniz. Səhvləriniz diqqətsizliyinizdən deyil, ətrafınızdakılara olan inam və etibarınızdan irəli gəlir. Şübhələriniz əsaslanırsa, nəticə əlverişli olur. Seçiminız 3. Evin sahiblərindən kimsə koridoru süpürür .. Adətən kilidlənmiş qapının birtəhər açıq olduğunu təsəvvür etmək həssaslıq və etibarsızlığa işarədir. Tamamilə təmiz görünüşünüzə baxmayaraq, daxilinizdə həmişə bir narahatlığınız toplanıb. Rahat bir sayıqlıq vəziyyətində qalmağınız, şübhəsiz ki, yetkin bir fərd olmağınıza imkan verərdi. Əlbəttə ki, hər hansı bir insan kimi, zəif tərəfləriniz var. Yalnız onlara xəyanət etmirsiniz. Yeganə İskəndərova

Psixoloji Testlər

Test – İlk olaraq nə gördün?

Test İlk olaraq nə gördün? Psixoloji testdə sizə təqdim olunan şəkil vasitəsilə həyatda nəyi dəyişdirməli olduğunuzu tapın. İlkin olaraq dodaqlar nəzərinizi cəlb etmişsə. Həyatınızda sabitlik və əmin-amanlıq yoxdur. Sabaha inamınız tükənmək üzrədir. Belə bir vəziyyətdə tam xoşbəxtlik və harmoniya əldə etmək mümkün deyil. Həyatınız dəyişiklik tələb edir, ancaq bu sizi qorxudur. Ola bilsin ki, gələcəkdən qorxmaqdan vaz keçərək qaçılmaz bir addım atasınız. Risk etməkdən çəkinən olmağınız monoton həyatınızı dəyişməyə qorxmağınıza işarədir. İndi olduğunuz yerdə qalmaqla zaman keçdikcə daha yaxşı nəticəyə dair bütün ümidinizi itirə bilərsiniz. Kiçik və sadə hərəkətlərdən başlayın: bir yenilik edin, özünüzə yeni geyimlər alın, tərzinizi yeniləyin, saç düzümünüzü dəyişdirin, kurslara yazılın, tədbirlərə qatılın, özünüzə xoş günlər bəxş edin. Tədricən, dəyişikliklərə uyğunlaşacaq və artıq həyat nəzərinizdə qorxunc, kədərli, ümidsiz olmayacaqdı. Çimərlikdə cütlük gördünüzsə. Həyatınızda canlı ünsiyyət, səmimi istilik çatışmazlığı var. Bəlkə də nəticəsiz həyat yoldaşı axtarmaqdan tənhalaşmısan. Və ya ailədə heç nə yaxşı getmir, sizinlə həyat yoldaşınız arasında qara bir pişik keçib. Şübhələriniz sizin sakit həyatınızı pozur, ağırlaşdırır. Bir sözlə, qəlbdəki soyuqluq, ən çox sirrinin müzakirə edilə biləcəyi bir insanın olmaması səni gərginləşdirir. Təcili olaraq bu vəziyyətdən çıxmağın vaxtı gəldi. Lazım olan dəyişiklikləri həyatınıza özünüz cəlb edin, sizi dinləyən müsbət və maraqlı insanlarla ünsiyyət qurun. Problemlərinizi özünüzə yük etməyin, diqqəti cəlb etməyə çalışın, daha çox çalışqan olun, özünüzə dəyər verin, gördüyünüz hər hansı bir işi sevərək, məsuliyyətlə yerinə yetirin . Həyatınızın yaxşılığa doğru dəyişəcəyini görəcəksiniz. Əgər nəzərinizi cəlb edən dənizdirsə . Test, daha yaxşı bir gələcəyə inamınızın olmadığını göstərir. Ümidlə, ehtiyatla gözləyir, tez-tez fikirlərinizi keçmişlə bağlayırsınız. Sonu olmayan taktikanızı dəyişin; keçmiş keçmişdi və heç bir məqamda sizə kömək etməyəcək. Gələcək isə həqiqətən də əlinizdədi və bu yalnız səlahiyyətli hərəkətlərinizdən asılıdır. Gələcəkdən qorxmamalı, bunun üçün səy göstərməlisiniz. Xəyallarınızın gerçəkləşməsi məqamı artıq gəldiyini anlayıb səy göstərməlısınız. Testin nəticəsi, hər şeyi sonraya saxlamağa meylliliyinizi və eyni süründürücü olduğunuzu göstərir. Vaxtınızı düzgün bölüşdürməyi, uzunmüddətli hədəflər qurmağın vaxtıdı. Beləliklə, özünüz müsbət dəyişikliklərin həyatınıza necə cəlb olunduğunu da hiss edəcəksiniz. Bunu taleyin sizə lütfü olduğunu düşünün. Yeganə İskəndərova

Psixoloji Testlər

Sizə yaxın olan 3 xarakteri seçin-Blob ağacı psixoloji test

Gördüyünüz şəkili diqqətlə incələyin. Şəkili incələdikdən sonra sizə ən yaxın olan üç xarakeri seçin. Bu xarakterlə həyatınızın bu dönəmində sizi təsvir edir. 1,3,6 və 7 rəqəmi Bu rəqəmlərdəki xarakterlərin hamısının motivasiyası yüksəkdir və mübarizədən qaçmırlar. Aralarındaki fərq çətinliklər qarşısında həyata və özlərinə hiss etdikləri güvənin dərəcəsidir. 1 rəqəmi yerinin güvəndə olduğunu hiss etmir. Hər işi özü etdiyi üçün sıx-sıx çətinlik çəkə bilər. Onun imtahanı başqalarına güvənmək və kömək almağı qəbul etməkdir. 3 rəqəmi başqalarından aldığı dəstək nəticəsində sağlam bir başlanğıc etdiyini hiss edir. Getməli olduğu yolun çox uzun olduğunu bilir. Ehtiyacı olan tək şey təcrübədir. 6 rəqəmi özünə güvənli və təcrübəlidir. Onun öyrənməsi gərəkən şey yeni perspektvlərə açıq olmaq və hər şeyi bildiyi xəyalına qapılmamasıdır. 7 rəqəmi özünə güvənən və motivasiya baxımından tarazlığını qoruyan şəxsdir. Onun sınağı etibarlı mövqeyini tutmamağı seçmək və bu mövzuda təcrübəsiz olmağın həyəcanı ilə özünü itirməkdir. 2,11,12,18 və 19 rəqəmi Bu rəqəmləri seçmisinizsə güclü ünsiyyət bacarıqlarınız var deməkdir. Ayrıca dostlarınıza, ailənizə, yaxın çevrənizə yardım əli uzatmaqdan çəkinmirsiniz. 2 rəqəmi sadəcə yaxşılıq etməyin həzzini almaq üçün insanlara yardım edə bilər. 11 və 12 rəqəminin dost şevrəsi genişdir. İş münasibətlərində belə dostluq qurduğu insanlarla daha yaxşı çalışır. 18 rəqəmi tipik bir dəstəkləyici ailə başçısı xususiyyətini daşıyır. Ailənin xoşbəxtliyi hər şeydən üstündür. 19 rəqəmi tam bir dar gün dostudur. Çətin günləri aşma mövzusunda təcrübəlidir. 4 və 5 rəqəmi Bu rəqəmləri seşən insanlar həyatları çox hərəkətli olmayan və az riskli insanlardır. 4 rəqəmi həyatın tarazlığını diqqətlə müşahidə edir. Uğurlu biri olmaq istəsə də, bunun gətirəcəyi risk və çətinliklərin öhtəsindən gələ biləcəyini düşünmür. Onun öyənməsi lazım olan həyatın çətinlikləri qarşısında keyfini pozmamaq və hər enişin bir yüksəlişi olduğunu xatırlamaqdır. 5 rəqəmi özünü yorğun və motivasiyası aşağı hiss edir. Həyat enerjisini bərpa etmək üçün istirahətə və özünü dinləməyə ehtiyacı var. O, bu vəziyyətin keçici olduğunu və həyatının bu dönəmində yenidən ayağa qalxacaq gücü toplamaq üçün gözlədiyini bilməlidir. 9,13 və 21 rəqəmi 13 və 21 rəqəmi mənfi düşüncələrə daha çox yer verən bir quruluşa sahibdir. Bu xüsusiyyətləri olan insanlar özünü xarici dünyaya qapalı tutmağa meyilli insanlardır. Bir yerdən sonra tamaşaçı olmağı bir kənara qoyub xoşbəxt olmağı öyrənməlidirlər. 9 rəqəmi də 13 və 21 kimi öz dünyası var. Amma o xoşbəxtdir və özünə yetəcək bir məkana sahibdir. O böyük gözləntilər insanı deyil. Onun sınağı içindəki xoşbəxtliyi başqalarıyla paylaşaraq artırmağı öyrənməkdir. 16 və 17 rəqəmi Bu rəqəmləri seçən insanlar istər ailə, istər həyat yoldaşı olsun yaxın münasibətlərdə ortaya çıxan çətinlikləri incələməli və özlərini dəyişdirməlidirlər. 16 rəqəmini seçən insanlar şantajlardan qorunma mövzusunda özünü inkişaf etdirməlidir. Xeyirxah xüsusiyyətindən sui-istifadə edilməməsi üçün diqqətli olmalıdır. 17 rəqəmi öz ayaqları üzərində durma gücünə sahibdir. Yanın münasibətlərdən gözləntisi çiçirdilməməli və insanlara azadlıq və özünü ifadə üçün fürsət yaratmalıdır. Onun sınağı özünə yetəcək bir fərq olmalı və yetərli durumda münasibət qurmağı öyrənməlidir. 14 və 20 rəqəmi 14 və 20 rəqəmini seçən insanlar çox emosional insanlardır. Hər ikisinin özünəməxsus bir yalnızlığı var. 14 rəqəmi emosional cəhətdən həssas olduqda tək qalmaq istəyər. Həyatının bu dönəmində özünü incinə bilə kimi hiss edir. O özünə uzadılan kömək əlini qəbul etməli və bu vəziyyətin keçici olduğunu bilməlidir. 20 rəqəmi zirvədə olmanın verdiyi yalnızlığı yaşayır. Amma özünü halından məmnun və uğurlu hesab edir. Özünü yaxşı hissetse belə vəziyyəti gözdən keçirməlidir. İnadkarlıq göstərməməli və başqalarının fikirlərinə də önəm verməlidir. 10 və 15 rəqəmi 10 və 15 rəqəmini seçən insanlar dünya ilə barışmış və xoşbəxt həyatları olan insanlardır. 10 rəqəmi öz dünyasının sərhədlərini tam olaraq müəyyən edib. O insanlarda uzaq durmasına baxmayaraq yaxşı bir müəllim və tərəfsiz bir müşahidəçidir. 15 rəqəmi Həyatın tam ortasında xoşbəxt olamağı öyrənmişdir. Əlindəkilərin qiymətini bilir. Yaxın çevrəsi ilə ünsiyyət halındadır. 8 rəqəmi özünə qapanmağı üstünlük verir. Heç kəsin baxmadığı uzaqlara baxdığı üçün bənzərsiz bir perspektivə sahibdir. Özünə ayırdığı yalnızlıq zamanı bitdiyi zaman çox gözəl işlər görə bilər.

Psixoloji Testlər

Qayğı ve Stressdən qurtulmaq üçün maraqlı oyun

5-4-3-2-1 Metodu Bu metodun ilk addımı gördüyünüz 5 şeyi tamamlamaqla başlayır. Daha sonra eşitdiyiniz 4 şeyin fərqində olmağa çalışırsınız. Ardından toxunduğunuz və hiss etdiyiniz 3 şeyə dəqqətinizi vermək lazımdır. Bu ayaqqabılarınızın içindəki ayaqlarınız və ya üzüyünüzün içindəki barmağınızı hiss etməyə qədər bir çox fərqli şeylər ola bilər. Daha sonra qoxusunu aldığınız 2 şeyi və dadını aldığınız 1 şeyin fərqində olmaqla çalışmanı tamamlayırıq. Bunun üçün dərin bir nəfəs aldıqdan sonra sırayla, 5 əşya təsvir et. Ətrafında gördüyün 5 əşyanı təsvir edərək adlarını demək kifayətdir. 4 səs eşit. Əgər musiqi dinləyirsənsə musiqini dayandır və eşitdiyin 4 səsi təsvir et. Musiqi səsindən uzqlaşa bilmirsənsə bu instrument də ola bilər. 4 instrument təsvir et. 3 şey hiss et. Burada toxunma hissini təsvir edirsən. Məsələn ayaqqabılarının içindəki ayaqlarını, stula oturan vücüd bölgəni, üzünə dəyən küləyi vs. hiss et. 2 şey qoxla. Ətrafdan aldığın fərqli qoxuları təsvir et. Burnuna o anda tək bir qoxu gəlirsə, fərqli bir şeyi qoxlayaraq da təsvir edə bilərsən. Əgər burnun tutulubsa sevdiyin bir çiçəyi və ya yeməyi xəyalında canlandıra bilərsən. 1 şeyin dadına bax. Ağzının içində o ankı dadı təsvir edə bilər və ya bir yudum su içə bilərsən. Diqqətimizi duyğulara vermək indiki ana qayıtmağımızı təmin edir, əşyaları saymaq mənfi düşüncələrimizin arasına girərək, sıxıntılarımızdan uzaqlaşmağa kömək edir.

Psixoloji Testlər

Xəyalən meşəyə gəzintiyə çıxın -Psixoloji Test

Xəyalınızda canlandırdığınız meşə gəzintisində özünüz haqqında hansı maraqlı şeylər öyrənə bilərsiniz? Sizi məşəni gəzməyə dəvət edirəm, yalnız təxəyyülünüzdəki meşənı. 1.Təsəvvürünüzdə ağacları, heyvanları və insanları meşədə canlandırın. (üzr istəyirəm, yaxınlıqda yaşayış var) İndi isə bütün bu pulsuz fantaziyaların nə demək olduğunu sizə izah edəcəyəm. 2.Təsəvvür edin ki, meşədə gedirsiniz. Meşənin necə olduğunu nəzərinizdə canlandırın. Günəşli və ya buludludu, orada hansı ağaclar böyüyür, aralarındakı məsafə nə qədərdı? 3.Meşədə özünü necə hiss edirsən? İlin hansı fəslində, günün hansı saatında buradasınız? Təksiniz? Yeri gəlmişkən siz meşədə nə edirsiniz? Hansı məqsədlə gəlmisiniz? Qəflətən yerdə parlayan əşya nəzərinizi cəlb edir. Əyilirib baxanda açar olduğunu görürsünüz. O nəyin açarıdı? Siz onunla nə edəcəksiniz? Açar yerdən qaldıracaqsınız , ya əhəmiyyət verməyib ötüb geçəcəksiniz? .Qəflətən nəzərinizi ayı cəlb edəcək. Ayını təsvir edin. O nə edir. Gördüyünüz an nə hisslər keçirdiniz. O sizə necə təsir bağışladl? Siz ona əhəmiyyət verdiniz? 4.Qarşıda bulaq görünür. Ondan su içib üzünüzü yuyacaqsınız? 5.Daha irəli gedib bir hasarın qarşısında dincəlırsiniz. Şənin fikrincə divar hündürdü, nazikdi ya hansı materialdandı? 6.Hasarın o biri tərəfində olmalısan. Bunu öhdəsindən necə gələ bilərsən? Keçməyiniz asandır? 7.Yolunuza davam edirsiniz və çuxur nəzərinizi cəlb edir. O böyükdür ya kiçik? Çuxura baxacaqsınız? Hansı heyvanın onu qazdığı sizə maraqlandırır? Orada oturan heyvana baxmaq istərdiniz? 8.Qəflətən haradansa cırtdan adam peyda olur. Diqqətizi özünə cəlb etməyə çalışır, ayaqlarınız altında bükülür. Sizin reaksiya necə olar? Əsəbləşərsiniz? Ona yazığınız gələr? Sizi incitməyə davam edərsə, nə edərsiniz? 9.Yolun səmti çay sahilinə çıxır. Çayın təsvirini dəqiq söyləyin. Su orada necədi, suyun axarı, günün vaxtı, dibində daş var, ya yoxdu? Sahildə gəzmək sizin xoşunuza gəlir?10.Siz çaya tərəf gəldiniz. O biri sahildə isə ev görürsünüz? O necə evdi? 11. Sizi məmnun etmək istəyirəm, bu sizin evinizdir, qapılarda bunu bildirən bir işarə var.Qapıdakı lövhənin üzərində bu barədə məlumat var. Lövhə necə görünür və konkret olaraq orada nə yazılıb? 12. Qapıdakı lövhənin üzərində nə yazılıb? Qapını açıb içəri daxil oldunuz. Hər tərəfə nəzər yetirirsiniz. Ev sizi qane edir? Hər tərəfdə səliqəlilik hökm sürür, ya əksinə təsir bağışladı, qarmaqarışırlıqdı? Bu evdə necə otaq var? Sayını deyin və bir- bir təsvir edin. 13. Zirzəmiyə nəzər salın. Nə görürsünüz? Siz ora girəcəksiniz? Orada qalardınız, ya o dəqiqə çıxarardınız? 14. Siz çardağa qalxmısınız. Orada nə saxlanılır? Çardaq səliqəli təsir bağışlayır yoxsa hər tərəf parakəndədi. Siz orada nə qədər zaman keçirdiniz? 15. Siz evi tərk edirsiniz.Təəssüflə, yoxsa sevinclə? Tezliklə ora qayıtmaq istərdinizmi? 16. Daha irəli gedirsən və təpənin üstündən dənizə baxırsan. 17. Dənizi təsvir edin. Hava sakitdi, ya fırtınalı, günəş, külək var? Qağayılar dənizin üstündən uçur. Yüksək, aşağı, sizə yaxın və ya uzaq? Onların səsini eşidirsən?Sizdə hansı hissləri oyadır? 18. Siz gəmi görürsünüz. O necə gəmidi? Sahildən nə qədər uzaqlıqdadı? Siz ona çata bilərsiniz? Siz bunu edəcəksiniz? Oyunun formasına baxmayaraq bu həqiqətən psixoloqların tez-tez istifadə etdikləri çox ciddi testdirAssosiativ təfəkkürə əsaslanır, yəni testlərdə “düzgün” cavabları “uyğunlaşdırmaq” istəyənləri burada aldatmırlar. Burada yalnız şüuraltı təfəkkür işləyir, bildiyimiz kimi o da müstəsna hallarda belə hiyləgərlik bacarmır.Bəzi nəticələr sizin üçün əsassız görünsə də, hər şeyi bir anda inkar etməməyə, şüuraltının səsinə qulaq asmağa çalışın. Çox sayda faydalı məlumat şüuraltında gizlənir, unytmayın Beləlikllə indi nəticələrə baxaq Meşə sizin uşaqlığınızı və uşaqlıq haqqındakı fikirlərinizi simvolik olaraq əks etdirir. Meşədə nə qədər xoşbəxt olsanız, uşaqlığınız haqqındakı təəssüratlarıniz bir o qədər müsbət olar. Xəyalınızın canlandırdığı şəkil nə qədər qorxunc olarsa .məsələn tutqun sıx ağaclar, qalın vahiməli meşə təsəvvürünüzə gətirmisinizsə, deməli uşaqlığınızın çətin keçməsi aydın olur və bəlkə də əvvəlki fikirlərinizdə yetkinlərin həyatını təsvir edirsiniz. Əgər sizə meşənin həddən artıq izdiham olduğu görünsə, çox güman ki, yaxınlarınızın əhatəsindən, metronun izdihamından, ofisdən, evdən bezmisiniz. Açar isə həyatın sizə gətirdiyi nə yenilik varsa ona münasibətinizi əks etdirir. Sizin açarı qaldırdığınız və ya atdığınız, tapdığınızda sevindiyiniz və ya əksinə təsir bağışlamağınız dəyişiklikləri qəbul etməyə hazır olub olmamağınızı göstərir. Ayı, potensial təhlükəyə reaksiyanizi simvollaşdırır. Əgər siz gizlənərək qorxudan donmuş vəziyyətdəsinizsə həyatda çox passivsiniz, ayıya tərəf atılırsınızsa çox aktiv mövqedəsiniz. Tanış olmayan bulaqdan su içirkən zövq almağınız sevgiyə doğru getmək istəyinizi göstərir. Həqiqi, əsl və saf sevginin həyatınızda olmasına hazırsınız? Yoxsa çirkli bir kanalizasiya lyukuna rast gəlmisinizYeri gəlmişkən, dəniz sevginin həssas, emosional tərəfini təmsil edir. O nə qədər təlatümlü görünsə, dəbdə olan hansı əlaqələri mühakimə etməklə sizi necəcəlb etdiyini göstərir.Hasar hər hansı bir həyat yolunda mövcud olan maneələrin simvoludur. Hasarınıza diqqət edin. Simvolik bir hasar və ya Böyük Çin Divarı olduğuna diqqət yetirin.Bir hasarın üstündən dırmaşıb çayı keçməyiniz, maneələrin öhdəsindən gəlməyin nə qədər asan olduğunu göstərir. Dürüst cavab vermiş olsanız və heç bir xüsusi qorxu (su və ya yüksəklik) yoxdursa, hər iki maneəni aşmaq təbiətinizə uyğundur. Təsəvvürünüzdə heç bir şey görünməyibsə və ya bunun öhdəsindən gəlməyinizdə sizə kömək edən nə isə, kim isə ola bilərsə, özünüzə çox güvənmədiyiniz deməkdir, Səbəbi əslində həmişə kimdənsə kömək və dəstək almağa öyrəşməyinizdi. Yeri gəlmişkən, kimsəsiz meşədə qohumlarınız və dostlarınız hər dəfə sizi o sahildən bu sahilə keçirmək üçün gözləməyəcək. Diqqət yetirin ki, özünüz keçə biləsiniz. Əgər mümkün deyilsə ola bilsin o zaman təsəvvürünüzdə həll etməyin müşkül ola biləcəyi problemlə üzləşmisiniz. Çuxur – gizli təhlükə barədə qavrayışınızdı. Cəsarətlə çuxura dürtülmüşsinizsə – cəsarətli, ehtiyatsız və ya çox maraqlı bir insansan. Cırtdana münasibətiniz mərhəmətli olduğunuzun göstəricisidi. Onu təpikləyənlər də, çiyinlərində gəzdirənlər də var. Çay həyatınızın gedişatının simvoludur. Axın sizə nə qədər sürətli göründüyünü, suyun nə qədər təmiz olduğunu xatırlayın. Dibi və üzərindəki daşlar da həyat çətinliklərini göstərir. Ev sənsən. Orada özünü necə hiss edirsənsə özünə qarşı münasibətin də elədir. Zirzəmi – öz şüursuz hisslərinizin qəbulu. Zirzəmidə özünüzü pis hiss edirsinizsə, bəlkə də buna qarşısınız. Xəyallarınızdan qorxursunuz, keçmişin bir çox məqamlarını xatırlamaq istəmirsiniz, gələcəyə baxmaqdan da qorxursunuz. Və bu çox da yaxşı hal deyil, çünki şüursuz qorxular narahatlıq, gərginlik yaradır. Çardaq bütün təhsil, mədəniyyət, zəka – sizə aşılanmış bütün sosial bacarıqlar üçün bir məcazdır. Təsəvvürünüzdə canlandırdığınız çardağın tör- töküntülü, qarmaqarışıq olmasının mənası-bir zamanlar diplom almaq üçün nə səbəbə bu qədər səy göstərmisiniz? Qağayılar sizin qohumlarınızdı. Səsləri, münasibətləri, asılılıqları , yaxınlıqları ilə şərhinizi siz verin.Gəmi sənin xəyalındır. Xəyalında olan hansı məsafədədi, nə qədər gözəldi və onu hansı məsafədə gördüyünə görə asanlıqla qiymətləndirmək olar. Ümumiyyətlə ona çatmaq mümkündürmü? Özünüz qərar verin. İskəndərova Yeganə.

Psixologiya testlər

Bu yazımızda sizin üçün olduqca asan və əyləncəli psixoloji testlər hazırladıq.

Bu əyləncəli psixoloji testlər psixoloji araşdırmalar ilə dəfələrlə sınanmış və gündəlik həyatda da tez-tez istifadə olunan optik illüziyalardır.
Testin düzgün cavabı isə yazımızın sonunda qeyd olunub.

Sizcə hansı şəkildəki çəhrayı dairə daha böyükdür?

Cavabınızı seçdinizsə, düzgün cavabı oxuyun.

Bu şəkildəki çəhrayı dairələr bəzən olduqca yanıldıcı ola bilər. Əslində soldakı böyük mavi dairələrlə çevrilmiş çəhrayı dairə ilə, sağdakı kiçik dairələrlə çevrilmiş çəhrayı dairə bərabər ölçüdədir. Ebbinghaus illüziyası da deyilən bu illüziya kontur və fərqli şəkil qruplandırmaları ilə necə anlayışda fərqlilik yaradıla biləcəyinizi sübut edir.

İkinci testimizdə isə sizə digər bir maraqlı optik illüziya testi təqdim edirik. Aşağıdakı çevrələr sizcə bir-birinin içinə keçibmi?
Cavabınızı dəqiqləşdirin və aşağıda qeyd etdiyimiz düzgün cavabı oxuyun.

Əslində yuxarıda gördüyünüz çevrələr bir-birinin içinə keçmiş halda deyil. Ancaq 2 fərqli rəngdə olan kvadratlardan təşkil olunması və kvadratların istiqaməti çevrələri bir-birinin içindən keçirmiş kimi göstərir.

Comments are closed, but trackbacks and pingbacks are open.