Press "Enter" to skip to content

Psixoloq bunları bilməlidir

1
Немов Р.С.Психология.В З-х кн.-4 –е изд.Кн.I.М.,2001,с.24.
14

CəFƏR İbrahimov

Psixodiaqnostik metodların-test, anket, sosiometrik və in-
tervyu kimi variantlarından psixoloji tədqiqat zamanı istifadə
olunur.
“Test” ingilis sözü olub, hərfi mənası “sınaq” , “Yoxlamaq”
deməkdir. Test metodundan istifadə etməklə müəyyən sahə üzrə
bilik və bacarıqlar yoxlanır, hər hansı işi icra etmək və ya peşəyə
yararlılıq yoxlanır.
Anket metodu zamanı tədqiqatın məqsədinə uyğun olaraq
suallar qoyulur. Həmin suallara yazılı cavab verilir. Cavabları təhlil
etməklə insanların psixoloji xüsusiyyətləri haqqında fikir
yürüdülür.
Sosiometrik metoddan kollektivlərdə insanlar arasındakı
qarşılıqlı münasibətləri öyrənmək məqsədilə istifadə olunur.
Sosiometriya (latınca-Sosietas-cəmiyyət və yunanca-metros-
ölçmək deməkdir) hansı formada tətbiq edilirsə- edilsin onun
nəticələrini müşahidə və ya eksperiment yolu ilə dəqiqləşdirmək
zəruridir.
Şəxsiyyətlərarası münasibətləri öyrənmək üçün tətbiq edilən
metodlardan biri də intervyüdür. İntervyü zamanı hər hansı məsələ
haqqında müəyyən bir şəxsin fikri soruşulur. Bu əsasən şifahi
formada həyata keçirilir.
Son zamanlar psixologiya elmində modelləşdirmə meto-
dundan da geniş istifadə edilir. Psixikanın modelləşdirilməsi
zamanı insanın psixi (təfəkkürün, qavrayışın, hafizənin və s.)
fəaliyyətində onun modeli yaradılır və həmin modelin köməyi ilə
psixi proseslər öyrənilir.
Psixologiyada tətbiq olunan riyazi metodlar çoxdur. Riyazi
modelləşdirmənin psixologiyada istifadə olunan formulu -Buqer-
Veber, Veber-Fexner və Stivens qanunlarına əsasən müəyyən
olunur.
1
Statistik metodlar dedikdə, tətbiqi riyazi statistikanın psixo-
logiyada eksperimentlərin nəticəsini işləmək məqsədilə istifadə
olunan ayrı-ayrı metodları nəzərdə tutulur.
Ehtimal məntiqindən və ehtimal modellərindən istifadə
etməklə psixoloji tədqiqatın nəticələrinin əsaslı olmasını təmin

1
Немов Р.С.Психология.В З-х кн.-4 –е изд.Кн.I.М.,2001,с.24.
14

etmək-statistik metodların psixologiya sahəsində tətbiq edil-
məsinin başlıca məqsədidir.
2
Psixoloji tədqiqatlarda zəruri düzgün metod seçib adekvat
üsulların düzgün tətbiqi sahəsində müasir psixologiyanın ən
mürəkkəb nəzəri və praktik problemlərinin həlli təmin edilmiş
olur.

İnsanın fərd və şəxsiyyət kimi inkişaf mərhələləri

Psixologiya elmi insani fərd və şəxsiyyət kimi öyrənir. Çünki
insan dünyaya fərd kimi gəlir, ictimai münasibətlər sistemində,
ünsiyyətin sayəsində şəxsiyyətə çevrilir. Fərd termini insanın bir
bioloji varlıq kimi psixoloji xüsusiyyətlərini ifadə edir. Fərd
anlayışı ümumilikdə, götürdükdə insan cinsinə mənsub olma
faktını nəzərdə tutur. Bu baxımdan həm yeni doğulmuş uşaq, həm
də yaşlı adam fərddir.
Bir cəhəti də dəqiqləşdirək: insan fərd kimi doğularaq cə-
miyyətin üzvü kimi müəyyən etik, estetik və sosial keyfiyyətləri
mənimsədikdən sonra şəxsiyyətə çevrilir. Lakin şəxsiyyət
mürəkkəb anlayışdır. Onun psixoloji baxımdan müxtəlif xüsu-
siyyətləri vardır. Onlardan aşağıdakıları göstərmək olar:
1)

şəxsiyyət fəaliyyət dairəsini daimi genişləndirməklə öz həyat
yolunu müəyyən edir;
2)

şəxsiyyətin həyat istiqamətini-onun maraq, əqidə və davamlı
motivlər sistemi müəyyən edir.
3)

şəxsiyyətin fəallığının mənbəyi olan tələbatlar sisteminə
uyğun gələn obyektlər. Onun həyat mövqeyində, maraq və
meyllərində, emosiya və hisslərində özünün aydın ifadəsini tapır;
4)

şəxsiyyətin əməyə, onu əhatə edən insanlara, özünə
münasibətləri onun şəxsiyyətini xarakterizə edir.
Nəzərdən keçirdiyimiz bu xüsusiyyətlər heyvanlar arasında
böyümüş uşaqlarda müşahidə olunmur. Çünki onlar fər-

2
Ə.S.Bayramov. Ə.Ə.Əlizadə. Psixologiya. Bakı, Maarif, 1989, s.
94.
15

ddirlər, gələcəkdə insanlarla ünsiyyət və fəaliyyət prosesində
ictimai münasibətləri mənimsədikdə şəxsiyyətə çevriləcəkdir.
Şəxsiyyətə çevrilmək müəyyən həyat mövqeyi, hər şeydən
əvvəl, əxlaqi mövqe tutmaq, öz mövqeyini cəmiyyətin üzvü kimi
aydın dərk etmək və onun üçün məsuliyyət daşımaq, özünün
əməlləri, işləri, bütün həyatı ilə onu təsdiq etmək deməkdir.
Cəmiyyətin üzvü kimi şəxsiyyətin inkişafı çoxcəhətlidir.
Burada iki cəhəti xüsusilə ayırd etmək lazımdır. Birincisi-şəx-
siyyətin insanlarla, ictimai həyatın müxtəlif sahələri ilə əlaqələrini
genişləndirir, ictimai təcrübəni öz sərvətinə çevirir. Şəxsiyyətin
inkişafının bu cəhəti onun ictimailəşməsi (sosiallaşması) adlanır.
İkinci tərəfdən şəxsiyyət ictimai inkişaf prosesində şəxsiyyətə
çevrildikcə özünəməxsus (təkrar olunmaz) həyat tərzi formalaşır
ki, bu da fərdiləşmə prosesi adlanır.
Psixologiyada bu mühüm faktı ifadə etmək üçün fərdiyyət
anlayışından istifadə olunur. Fərdiyyət insanın maraqlarında,
qabiliyyətlərində, tələbatlarında, temperament və xarakter
əlamətlərində özünü göstərir. Fəaliyyət insanın anatomik- fizioloji
quruluşu ilə bağlı olsa da, əsas etibarilə onun həyat tarixini əks
etdirir.
1
Ona görə də insanlara fərdi yanaşma zamanı onların
fərdiyyətinin öyrəniləmsinin böyük praktik əhəmiyyəti vardır.
3. Qarşıya belə bir sual çıxır: fərd ictimai münasibətləri necə
( hansı yol və vasitələrlə) mənimsəyir?
Orqanizmlərdən biri olan heyvanların davranışını bütövlükdə
ətraf mühit müəyyən edir. İnsanların fəallığı isə cəmiyyətin
tələbləri ilə tənzim edilir. Davranışın insana məxsus olan tipini
ifadə etmək üçün-fəaliyyət termini işlənilir. Psixologiyada insana
məxsus olan fəaliyyətin digər orqanizmlərdən fərqləndirici
cəhətlərinə nəzər salaq.
Burada, hər şeydən əvvəl, onu doğuran tələbatlar müəyyən
edilməlidir. Tələbatların həyata keçirilməsində, ona stimul
yaradan, təkan verən motivlər xüsusi rol oynayır. Lakin fəaliyyətin
məzmununu tələbat deyil, məqsəd müəyyən edir.

1
Ə.S.Bayramov, Ə.Ə.Əlizadə. Psixologiya. Bakı, “Maarif’, 1989,
sə. 105-109.
16

Psixoloq bunları bilməlidir

Şəxsiyyət haqqında anlayış. Müasir psixologiyada şəxsiyyət problemi. “Şəxsiyyət” anlayışının mürəkkəb anlayış olması. “Şəxsiyyət” anlayışının adekvat şəkildə anlaşılmasına təsir edən amillər. İnsan şəxsiyyəti onun birbaşa və dolayı mənada sifəti, siması kimi. Şəxsiyyətin fərdin özünü cəmiyyətdə eyniləşdirməsinə imkan verən davamlı fiziki və psixi xarakteristikasının məcmusundan ibarət olması. Şəxsiyyət bioloji, sosial və psixoloji keyfiyyətləri inteqrasiya edərək fərdin özünəməxsus simasının yaradılıması prosesidir.
İnsan, fərd, şəxsiyyət və fərdiyyət. İnsan anlayışının xarakteristikası: fərd, fərdiyyət və şəxsiyyət anlayışlarını fərqləndirən xüsusiyyətlər. Bir fərd kimi doğulmuş insanın tədricən ictimai münasibətlər qovşağında, sosiallaşma nəticəsində şəxsiyyətə çevrilməsi.

Şəxsiyyət haqqında əsas nəzəriyyələr. Azərbaycan psixoloqlarının şəxsiyyət nəzəriyyələri. (Porofessor B.H.Əliyev, Professor S.İ.Seyidov). Şəxsiyyət haqqında klassik nəzəriyyələr: Z.Freydin psixoanalitik, K.Yunqun analitik nəzəriyyəsi. K.Xorninin, E.Frommun konsepsiyaları.
Temperament haqqında anlayış. Temperament şəxsiyyətin fərdi-psixi xassəsi kimi. Temperament insanın psixi fəaliyyətinin intensivliyini, dinamikasını, emosionallıq və müvazinətlik dərəcəsini şərtləndirən fərdi özünəməxsus xassələr kimi.
Temperament haqqında təlimlər tarixindən. İnsanların psixi fəaliyyətlərinin dinamikliyinin hələ qədim zamanlardan diqqəti cəlb etməsi. Temperament haqqında humoral nəzəriyyənin banisi kimi Hippokratın xidmətləri. Temperament haqqında somatik və sinir sistemi nəzəriyyələrinin mahiyyəti.
Temperament tipləri. Temperament tipləri və onların xassələri -sanqvinik, xolerik, fleqmatik, melanxolik temperament tipləri və onları fərqləndirən xüsusiyyətlər. Təmiz temperament tipinin olmaması, insanların əksəriyyətində qarışıq temperament tipinin mövcudluğu.
Xarakter haqqında anlayış. Xarakterin tərifi. Xarakter həyatda qazanılmış davranış forması kimi. Xarakter şəxsiyyətin mühüm və davamlı fərdi psixi xüsusiyyətlərinin məcmusu kimi.
Xarakterin quruluşu. Xarakter əlamətləri və onların qarşılıqlı əlaqəsi. Xarakter əlamətləri və şəxsiyyətin münasibətləri. İnsanın başqa adamlara, özünə, əməyə, əşyalara münasibətini ifadə edən xarakter əlamətləri.
Xarakterin aksentuasiyası. K.Leonqard və A.E.Liçkonun xarakterin aksentuasiyası barədə konsepsiyaları. Psixopatiya.
Qabiliyyətlər haqqında anlayış. Qabiliyyətlər və onların insan həyatında rolu. Qabiliyyət insanın hər hansı bir fəaliyyət sahəsi üçün daha çox yararlı olduğunu göstərən fərdi psixi xassə kimi. Qabiliyyətlərin bilik, bacarıq və vərdişlərlə vəhdəti. Qabiliyyət və istedad.
Qabiliyyətlərin keyfiyyət və kəmiyyət xarakteristikası. Qabiliyyətlərin keyfiyyət xarakteristikası, onun əsas göstəriciləri. Qabiliyyətlərin kəmiyyət baxımından xarakteristikası və ölçülməsi. Xronoloji yaş və ağıl yaşı.
Qabiliyyətlərin quruluşu. Qabiliyyətlər və fəaliyyət. Ümumi və xüsusi qabiliyyətlər. Talant qabiliyyətin yüksək inkişaf mərhələsi kimi. Talant və dahilik.
Qabiliyyət və talantın təbii şərtləri. Təbii imkanlar və qabiliyyət. Qabiliyyət və irsilik.
Qabiliyyətlərin formalaşması və inkişafı. Qabiliyyətlər və təlim. Qabiliyyətlər və maraqlar. Qabiliyyətlərin inkişafı.
Psixoloji xidmət anlayışı. Məktəbə psixoloji xidmətin məqsəd və vəzifələri. Məktəbə psixoloji xidmətin zəruriliyi. Məktəbə psixoloji xidmətin aktual və perspektiv istiqamətləri.
Məktəbə psixoloji xidmətin funksiyaları və əsas istiqamətləri. Məktəbə psixoloji xidmət prosesində yerinə yetirilən psixoprofilaktik işlər. Məktəbə psixoloji xidmət prosesində yerinə yetirilən məsləhət işləri. Məktəbə psixoloji xidmət prosesində yerinə yetirilən diaqnostik işlər. Məktəbə psixoloji xidmət prosesində yerinə yetiriləcək yardımçı işlər. Məktəbə psixoloji hazırlığın diaqnostikası. Ailədə psixoloji xidmət və məktəb psixoloqu tərəfindən ailələrlə aparılan iş.
Şəxsiyyət haqqında anlayış. Müasir psixologiyada şəxsiyyət problemi. “Şəxsiyyət” anlayışının mürəkkəb anlayış olması. “Şəxsiyyət” anlayışının adekvat şəkildə anlaşılmasına təsir edən amillər. İnsan şəxsiyyəti onun birbaşa və dolayı mənada sifəti, siması kimi. Şəxsiyyətin fərdin özünü cəmiyyətdə eyniləşdirməsinə imkan verən davamlı fiziki və psixi xarakteristikasının məcmusundan ibarət olması. Şəxsiyyət bioloji, sosial və psixoloji keyfiyyətləri inteqrasiya edərək fərdin özünəməxsus simasının yaradılıması prosesidir.
İnsan, fərd, şəxsiyyət və fərdiyyət. İnsan anlayışının xarakteristikası: fərd, fərdiyyət və şəxsiyyət anlayışlarını fərqləndirən xüsusiyyətlər. Bir fərd kimi doğulmuş insanın tədricən ictimai münasibətlər qovşağında, sosiallaşma nəticəsində şəxsiyyətə çevrilməsi.
Şəxsiyyət haqqında əsas nəzəriyyələr. Azərbaycan psixoloqlarının şəxsiyyət nəzəriyyələri. (Porofessor B.H.Əliyev, Professor S.İ.Seyidov). Şəxsiyyət haqqında klassik nəzəriyyələr: Z.Freydin psixoanalitik, K.Yunqun analitik nəzəriyyəsi. K.Xorninin, E.Frommun konsepsiyaları.

Davranış psixologiyası

XX əsrin əvvəllərində Fransız psixoloq Pierre Janet ümumi psixoloji şəxsiyyət konsepsiyasını – davranış psixologiyasını inkişaf etdirmişdir.

Konsepsiya, bir şəxsin sosial inkişaf məhsulu olduğu ortaya çıxdığında Fransız sosioloji məktəbi üçün təbii oldu. Bu zamana qədər psixoloji psixi ilə fərd arasındakı bir fərqi gördü, daha çox məşhur birləşmənin psixologiyası idi. Ancaq bir cəmiyyətdə yaşadığımız üçün, maraqları bəzən özümüzdən fərqli olanlarla qarşılıqlı əlaqə qurmağa məcburuq. Fərqli yollarla ortaya çıxan bütün münaqişələri həll edirik: birisi pasif hərəkət edir, birisi uzlaşmağa davam edir və kimsə təcavüz edir .

Psixologiyada davranış anlayışı daim dərinləşdirilmişdir, yalnız müəyyən stimullara cavab deyil, həm də canlı orqanizmin ətraf mühitlə sabit bir qarşılıqlı əlaqəsini nəzərdə tutur.

Psixologiya insan davranışının bir elmi olaraq, daxili münaqişənin aradan qaldırılmasında iradəsiz şiddətlə əlaqəli psixikamızda bir çox pozuntuları açıqlaya bilər: nevrozlar, isteriya, psevdasteniya və s. Davranış, psixologiya mövzusu olaraq psixoloqlara xəstələrin rolunu düzəltməyə imkan verir.

O zamandan bəri insan davranışı və fəaliyyətinin psixologiyası haqqında heç bir kitab yazılmamışdır. Universitetlər proqramına daxil edilmiş əsas dərsliklərdən biri, eləcə də sosial işçilər, müəllimlər və psixiatrlar tərəfindən müstəqil araşdırma üçün tövsiyə olunan V.Mendeleviçin ” Deviant Davranışının Psixologiyası” adlı kitabıdır. Bununla yanaşı, normal davranışların və davranış növlərinin insanların davranışını tapa bilərsiniz, bundan əlavə, hər bölmə sonunda təklif olunan ədəbiyyatların siyahısı təqdim olunur. Bir şəxsin davranış psixologiyasına maraq göstərməklə, onu bir qrup insan üzərində layihələndirməməlidir. İzdiham tamamilə fərqli bir güc tərəfindən idarə olunur və kütləvi davranışın psixologiyası fərdin davranış psixologiyasından fərqlidir.

Bu yazıda, digər insanlarla qarşılıqlı əlaqələrin üç əsas davranış növünə baxacağıq.

Pasif davranış

Pasif davranış xarakterimizin nəticəsidir. Pasif insanlar öz ehtiyaclarını aydın şəkildə necə ifadə edə bilməyəcəklər və bir qayda olaraq başqaları haqqında danışırlar. Tədbirlər tez-tez müəyyənlikdən məhrumdur, iradənin çatışmazlığı bir azlıq hissi ilə müşayiət edilə bilər. Pasiflik mütləq bir həyat tərzi deyil, bəzən də biz buna bənzər bir davranış tərzini seçərək, nəzərdə tutulan nəticənin səy və səyinə dəyər olmadığını düşünürük. Pasif davranışları olanlar tez-tez sual soruşduqda: onlar müəyyən bir vəziyyətdə düzgün hərəkət edirdilər.

Təcavüzkar davranış

Təcavüz başqalarının hüquqlarını azaltmaqla başqa bir şəxsin hüquqlarının basdırılmasını və özünü təsdiqləməyi nəzərdə tutur. Bu davranış fəal vəziyyətə aiddir, lakin təcavüz yalnız məhv edilməyə yönəldilir. Tez-tez təcavüzkar davranış kişilərin psixologiyasına aiddir, apatiya və passivlik isə qadınlara daha çox xarakterikdir. Alçaldıcılığa görə özünü həyata keçirmək – özünə inamın olmaması barədə sübutdur.

Kompromis davranışı

Kompromis axtarışı, passivliyi nəzərdə tutmur, bu halda bir adam baş verənləri nəzarət etmək üçün bir yol tapmağa çalışır. Kompromis kifayət qədər özünü göstərməyi, eləcə də müsbət düşünməyi göstərir. Bu cür davranış üçün özünü tənqid edən güclü bir pay və qərarlar üçün məsuliyyət alma qabiliyyəti ilə xarakterizə olunur. Pasif və təcavüzkar davranışla biz digər insanlar vasitəsilə çətinliklər yaradırıq, kompromis davranış isə sağalma üçün mübarizə aparır, lakin rasional qarşılıqlı təsir göstərir.

Davranış psixologiyasında nəzərə alınan davranışın özünü tənzimləmə qabiliyyəti şəxsiyyətimizin inkişafı üçün ən yüksək meyar olacaqdır.

Comments are closed, but trackbacks and pingbacks are open.