Press "Enter" to skip to content

Az Accounting Services” LLC   Your Accounting Department

Belə xərclərə işçi ezamiyyəyə göndərilərkən mal-material qiymətlilərinin alınması ilə əlaqədar, müəyyən cari təsərrüfat xərclərini ödəmək üçün və s. üzrə ona nağd ödənilən pul vəsaiti aiddir.

Pul vəsaitləri

«Azərbaycan üçün şirkətin idarə edilməsi» konfiqurasiyası, kiçik müəssisədə idarəetmənin və uçotun əsas məsələlərini əhatə edən kompleks həlldir, onun fəaliyyətinin müxtəlif aspektlərinin idarə edilməsi üçün vahid məlumat sistemini təşkil etməyə imkan verir. Həmin aspektlər aşağıdakılardır:

  • satışlar, pərakəndə satışlar daxil olmaqla;
  • alışlar;
  • xidmət;
  • istehsal;
  • pul vəsaitləri;
  • əmək haqqı və personal;
  • maliyyə vəsaitləri, əmlak daxil olmaqla.

Birneçə fiziki şəxsdənvə yafərdisahibkarlardan (təşkilatlardan) ibarətmüəssisələr üçün idarəetmə uçotunun aparılmasının əyarlaması ya bütün təşkilatlar (şirkət) üzrə, yada hər bir təşkilat üçün ayrılıqda mümkündür.

İdarəetmə uçotu sənədlərdəki məlumatlar əsasında aparılır. Əməliyyatlarınbaş vermə faktı birdəfə daxil edilirvə bundan sonar idarəetmə balansı formalaşdırmaqla müxtəlif idarəetmə bölmələrində əks olunur.

Beləliklə, «Azərbaycan üçün şirkətinidarə edilməsi» konfiqurasiyasıaşağıdakı imkanlartəqdimedir:

  • müəssisə rəhbərinə və biznesin inkişafına cavabdeh olan idarəedicilərə – müəssisənin rəqabət qabiliyyətinin yüksəldilməsi məqsədilə onun resurslarının analizi, planlaşdırılması və elastik idarə edilməsi imkanları ;
  • bölmələrin rəhbərlərinə, menecerlərə və istehsal prosesinin təmin edilməsi üzrə istehsal, satış, təchizetmə və digər fəaliyyətlə bilavasitə məşğul olan işçilərə – öz sahələri üzrə gündəlik iş effektivliyini artırmağa imkan verən alətlər.
  • podrat (layihə) işləri,
  • xidmətlərin göstərilməsi,
  • məhsul istehsalı,
  • ticarət.
  • personalın sayının birdən bir neçə onluğa qədər olması;
  • xətti təşkilati quruluş;
  • çətin olmayan idarəetmə prosesləri;
  • bir işçinin bir neçə rolda çıxış etməsi;
  • avtomatlaşdırmaya tələbat – birdən on beşə qədər işçi yeri.

Funksional imkanlar

«Azərbaycan üçün şirkətin idarə edilməsi» konfiqurasiyasının kompleks həll olmasına baxməyaraq, o, adətən kiçik müəssisələrdə artıq olan çətin funksionalla yüklənməib.

Sistem, müəssisənin təsərrüfat fəaliyyətinin ilkin sənədlərinin: ticarət – alış, maliyyə, anbar, istehsal sənədlərinin qeydə alınması və formalaşdırması imkanına malikdir. Kağız sənədlərin elektron analoqları təsərrüfat əməliyyatlarını aydın şəkildə sistemdə qeydə almağa imkan verir.

Müəssisələr üçün şirkətə daxil olan bütün təşkilatlar və ya ayrılıqda hər bir təşkilat üçün ötəri idarəetmə uçotu aparıla bilər.

Tətbiqi həlldə olan analitik hesabatlar isifadəçilərə uçotun hər bir kəsiyində məlumat almağa imkan verir.

İstifadəçi sərbəst olaraq hesabatlarda detallaşma səviyyəsini, qruplaşma parametrlərini və verilənlərin seçim kriteriyalarını həll edilən məsələnin xüsusiyyətinə uyğun olaraq əyarlaya bilər, həmçinin hesabatların şəxsi variant və əyarlamalarını formalaşdıra bilər.

Aşağıda «1C:Azərbaycan üçün şirkətin idarə edilməsi» proqram məhsulunun hər bir bölməsi üzrə xüsusiyyətlərə baxılacaq.

Satışlar

«1C:Azərbaycan üçün şirkətin idarə edilməsi» müəssisənin məhsul çeşidinin, qiymətlərin və güzəştlərin, satışın planlaşdırılmasının tətbiqini, həmçinin alıcılar və sifarişçilərlə işi dəstəkləyir.

Proqramda məhsul çeşidi ilə əməliyyatlar avtomatlaşdırılıb:

  • müəssisənin nomenklaturasının (mal və xidmətlərin) qeydə alınması və saxlanılması;
  • nomenklaturanın müxtəlif növlərinin qeydə alınması və saxlanılması, qiymət cadvəlinin çapı;
  • güzəşt və əlavələrin növlərinin qeydə alınması;
  • qiymətin müəyyən olunması və dəyişdirilməsi, qiymətin baza qiymət növünə, nomenklatura qiymətlərinə və ya kontragent qiymətlərinə görə hesablanması, yuvarlaqlaşdırma.
  • qiymət hesablama üsulunun saxlanması (qiymətlərin baza növü və əlavənin faizi), dinamik və hesab qiymətlərinin dəstəklənməsi;
  • qiymətlərin qiymət cədvəlinə çıxarılması zamanı istifadə olunan nomenklatura qiymət növü üçün formatın saxlanması;
  • nomenklatura qiymətini dəyişən istifadəçi haqqında məlumatın saxlanması.

Satışların effektivliyinin analizi üçün ayrılıqda bölmələr, nomenklatura qrupları və mallar üzrə satışların plan – fakt analizi formalaşır.

  • müştərilərin əlaqə məlumatlarının qeydiyyatı və saxlanması;
  • kontragentlərin əlaqəli şəxslərinin siyahısının və onların əlaqə məlumatlarının qeydiyyatı və saxlanması;
  • alıcılar və sifarişçilərlə qarşılıqlı əlaqəyə girərkən hadisələrin qeydiyyatı – daxil olan və çıxan zənglər, məktublar, görüşlər və s.;
  • alıcılarla müqavilələrin qeydiyyatı;
  • alıcı sifarişlərinin qeydiyyatı (sifariş faktiki olaraq müqaviləyə spesifikasiya hesab olunur ki, burada malların, işlərin növü, çatdırılma/yerinə yetirilmə müddətləri, həmçinin dəyər əks olunur);
  • sifariş – naryadların qeydiyyatı (sifariş – naryad eyni zamanda işlərin görülməsi və xidmətlərin göstərilməsinin planlaşdırma sənədidir, həmçinin işlərin görülməsi, xidmətin göstərilməsi, malın satışı faktını, material və əmək sərfiyyatı uçotunu təsdiq edən faktiki sənəddir);
  • alıcı sifarişlərinin layihəyəbirləşdirilməsi;
  • malların göndərilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi qrafikinin formalaşması;
  • anbarlarda malların sərbəst qalıqlarının rezerv olunması, təchizatçıya sifarişlərin və/və ya istehsala sifarişlərin yerləşdirilməsi yolu ilə məhsula, işlərə, xidmətlərə yaranan tələbatın təmin edilməsi;
  • alıcı sifarişinin mallarla, məhsullarla, iş və xidmətlərlə təmin olunmasının izlənməsi.
  • anbardan və sifariş əsasında satışlar;
  • kredit və ya ilkin ödəniş əsasında göndərilmə;
  • komissiyaya qəbul edilmiş malların realizasiyası;
  • malların realizasiya üçün komissionerə verilməsi.

Pərakəndə ticarət

Topdan ticarət şirkətləri adətən avtomatlaşdırılmış və avtomatlaşdırılmamış pərakəndə ticarət nöqtələrinə malik olurlar. Pərakəndə nöqtələr uzaqda yerləşə bilər (bazarın, ticarət kompleksinin ərazisində və s.) və ya bilavasitə şirkət ofisinin ərazisində ola bilər.

Ticarət nöqtələrində miqdar – məbləğ və ya məbləğ uçotu aparıla bilər. Miqdar – məbləğ uçotu üçün aşağıdakılar istifadə olunur:

  • mərkəzi ofisin uçot sistemləri (mağazanın şirkət ərazisində yerləşdiyi və ya Online rejimdə uzaqdan daxil olma imkanına malik olduğu hallarda);
  • satıcıların mütəmadi olaraq satışlar haqqında qeydləri daxil etdiyi dəftər.

Altsistem, ticarət nöqtələrində aşağıdakı növlərin işini avtomatlaşdırmağa imkan verir:

  • fiskal qeydiyyatlı (Online NKA) topdan şirkətin ofisində pərakəndə satış nöqtələri;
  • avtonom NKA – lı ticarət nöqtələri («dəftərdə» uçot, mütəmadi inventarizasiya ilə uçot);
  • məbləğ uçotlu ticarət nöqtələri.
  • daxil olma/yerdəyişmə sənədləri üzrə – pərakəndə qiymətlərlə fakturalar;
  • pərakəndə qiymətlərlə malların hərəkəti və qalıqları üzrə hesabat;
  • pərakəndə qiymətlərlə satışlar üzrə hesabat;
  • etiket və qiymətliklərin çapı.

Alışlar

«1C:Azərbaycan üçün şirkətin idarə edilməsi» müəssisənin ehtiyatlarının idarə edilməsi prosesinin dəstəklənməsini təmin edir.

Təchizat xidmətinə mal və xidmətlərə olan daxili və xarici tələbin müəyyən edilməsi və təmin edilməsi üçün operativ məlumat təqdim olunur. Xidmət, əsasən mal – material ehtiyatlarına, iş və xidmətlərə; faktiki alışlara;təchizatçılara açıq sifarişlər və istehsala sifarişlərə olan təmin edilməmiş tələbatın mövcudluğu haqqında məlumatlandırılır.

Tələbin təmin edilməsi malların saxlandığı yerdə sərbəst qalıqda rezerv edilməsi, həmçinin təchizatçılara sifarişlər və istehsala sifarişlərdə yerləşdirmə ilə həyata keçirilir..

Malların alış prosesinin, təchizatçılarla iş və xidmətlərin təmin edilməsi üçün aşağıdakı əməliyyatlar avtomatlaşdırılib:

  • təchizatçıların və əlaqə məlumatlarının qeydiyyatı;
  • təchizatçıların və rəqibərin qiymətlərinin saxlanması, kontragentin qiymət cədvəlinin çapı;
  • qiymət növünün, müqavilə üzrə kontragentin qiymət növünün saxlanması;
  • kontragentin nomenklatura qiymətini dyişən istifadəçi haqqında məlumatın saxlanması;
  • kontragentlərin əlaqəli şəxslərinin siyahısının və onların əlaqə məlumatlarının qeydiyyatı və saxlanması;
  • təchizatçılar və podratçılarla qarşılıqlı əlaqə zamanı hadisələrin qeydiyyatı – daxil olan və çıxan zənglər, mıktublar, görüşlər və s.;
  • təchizatçıya sifarişin tərtib olunması və onların icrasına nəzarət;
  • tədarük qrafikin formalaşması;
  • ehtiyatlara tələbatın hesablanması, ehtiyat kəsirlərinin müəyyən olunması, istehsala sifarişlər və təchizatçılara sifarişlərin formalaşdırılması yolu ilə ehtiyatların doldurulması tövsiyələrinin formalaşdırılması.
  • kontragentdən ödənişin daxil olması,
  • təhtəlhesab şəxsdən əldə edilmə,
  • realizasiya üçün komissionerdən qəbul,
  • sifarişçi mal və materiallarının alınması.

Müəssisə ehtiyatlarınınbir çoxanbarlardauçotunuaparmaq üçünaşağıdakı imkanlarnızırdı tutulub:

  • ehtiyatların fərdi uçotu – şəxsi malların, materialların, məhsulların, həmçinin komissiyaya verilmiş və qəbul edilmiş malların və emala verilmiş və qəbul edilmiş materialların;
  • istənilən xüsusiyyətli nomenklaturanın (rəng, ölçü və s.), həmçinin ehtiyat partiyalarının uçotu;
  • saxlama yerlərinin (zonalar, stellajlar, rəflər və s.) oyular çərçivəsində uçotu;
  • ehtiyatların yerdəyişməsi (saxlama yerləri arasında, istismara verilmə və istismardan qaytarılma, daxili ehtiyaclar üçün silinmə);
  • ehtiyatların rezerv olunması (ehtiyatların və alıcı sifarişləri kəsiyində xərclərin uçotu);
  • YGB kəsiyində ehtiyatların uçotu;
  • ehtiyatların uçotunun order sxemindən istifadə (anbar mədaxil orderləri, anbar məxaric orderləri);
  • etiket və qiymətliklərin çapı.

Xidmət

«1C:Azərbaycan üçün şirkətin idarə edilməsi» materialların silinməsini nəzərdə tutan işlərin satışı imkanlarını və əməyin ödənilməsi xərclərinin uçotunu dəstəkləyir. Xidmət göstərilməsi faktı sifariş – naryad sənədinin köməyilə qeydə alınır ki, bu sənəd eyni zamanda işlərin görülməsi və xidmət göstərilməsinin planlaşdırma sənədi hesab olunur, həmçinin işlərin görülməsi, xidmətlərin göstərilməsi, malların satışı, material və əmək məsrəfləri faktını, material və əmək məsrəfləri uçotunu təsdiqləyən sənəddir.

Sifariş – naryad müəssisənin resurslarının planlaşdırılmasını mümkün edir, bunu da «Planlaşdırıcı» AİY – nin köməyilə həyata keçirmək mümkündür.

İstehsal

«1C:Azərbaycan üçün şirkətin idarə edilməsi» məhsul istehsalı, işlərin görülməsi, xidmətlərin göstərilməsi proseslərinin idarə edilməsini dəstəkləyir.

Görülən işlərin və istehsal olunan məhsulun tərkibi və texnologiyası haqqında verilənlərin idarə edilməsi spesifikasiyaların köməyilə həyata keçirilir.

Məhsul istehsalı plan – qrafiki istehsala sifarişlər əsasında; işlərin görülməsi, xidmətlərin göstərilməsi plan – qrafiki istehsala sifarişlər və sifariş – naryadlar əsasında formalaşır.

Müəssisənin resusrlarının yüklənməsinin planlaşdırılması istehsala sifarişlər və sifariş – naryadlarla həyata keçirilir.

  • alıcı sifarişi əsasında tələbin təmin edilməsi mənbəyi ola bilər;
  • istehsala sifarişlər əsasında material və komplektləşdiricilərə tələb hesablanır;
  • istehsala açıq sifarişlərdə yeni alıcı sifarişləri ilə yaranan tələblər yerləşdirilə bilər.

Işin görülmə (xidmət göstərilmə) faktı və onun sifarişçiyə təhvili görülmüş işlərin aktında, həmçinin bilavasitə sifariş – naryadlarda əks olunur.

  • işəmuzd naryadlar – əməyin işəmuzd ödənişi ilə istehsal tsiklinin texnoloji əməliyyatların yerinə yetirilməsinə tapşırıqların verilməsi üçün istifadə olunur; naryadlar fərdi və briqada ola bilər;
  • iş tapşırıqları – daxili və xarici layihələr çərçivəsində işçilərin yüklənməsinin planlaşdırılması üçün istifadə olunur.

Müəssisənin xərclərinin uçotu və faktiki maya dəyərinin hesablanması üçün aşağıdakı funksiyalar mövcuddur:

  • faktiki xərclərin uçotu – lazımi kəsiklərdə dəyər və natural ölçüdə aparılır;
  • mal buraxılışı üçün sərf olunmuş maddi və qeyri – maddi xərclərin bölüşdürülməsi – həm qeyd edilən dövrə görə, həm də konkret mal buraxılış sənədi əsasında həyata keçirilə bilər;
  • dövrün bağlanması zamanı mal buraxılışının faktiki maya dəyərinin reqlamentli hesablanması;
  • buraxılmış məhsulun və görülmüş işlərin maya dəyəri haqqında hesabat.

Pul vəsaitləri

«1C:Azərbaycan üçün şirkətin idarə edilməsi» pul vəsaitlərinin uçotunu aparmağa, həmçinin operativ ödəniş təqvimini tərtib etməyə imkan verir.

Pul vəsaitlərinin idarə edilməsinə daxildir:

  • pul vəsaitlərinin kassada və bank hesablarında hərəkətinin uçotu;
  • bank və kassa üzrə ilkin sənədlərin tərtib olunması;
  • təhtəlhesab şəxslərlə hesablaşmalar;
  • ödəniş təqviminin tərtib olunması;
  • «Bank müştərisi» sistemi ilə inteqrasiya.

Əmək haqqı

Bu bölmənin imkanlarına personalın, həmçinin əvəzçiliklə işləyən işçilərin kadr uçotu, iş vaxtının uçotu (tabel) müəssisənin işçilərinin əmək haqqının avtomatik hesablama nəticələrinin qeydiyyatı daxildir.

Kadr uçotuna aşağıdakı funksiyalar daxildir:

  • işə qəbulun rəsmiləşdirilməsi,
  • kadr yerdəyişməsi,
  • personalın işdən azad edilməsi.
  • əmək haqqının hesablanması ilə əlaqədar imkanlar:
  • əmək haqqının hesablanması əlavələr və tutulmalar nəzərə alınmaqla həyata keçirilir;
  • işçilərə əmək haqqının və avansın ödənilməsini göstərən ödəmə cədvəllərinin tərtib olunması;
  • iş vaxtının uçotu – iş vaxtının uçotunu həm günlərlə, həm də ümumi, dövrlərə görə aparmağa imkan verən tabel istifadə edilir

Müəssisə

Bu bölmə bütövlükdə müəssisəyə aid olan əməliyyatların uçotu üçün nəzərdə tutulub: bu bölmədə idarəetmə uçotu hesablar planının redaktəsi, əmlakın uçotu həyata keçirilir. Bölmədə həmçinin vergilərin hesablanması, digər xərclərin daxil edilməsi və bölüşdürülməsi, maliyyə nəticəsinin avtomatik tərtib olunması üçün təqvim ayının bağlanma prosedurunun çağırılması vasitələri nəzərdə tutulub.

Əmlak

Konfiqurasiya əmlakının – şirkətin əsas vəsaitlərinin və qeyri – maddi aktivlərinin uçotunun aparılmasını dəstəkləyir.

Əmlakla işləmə mexanizmi aşağıdakılara imkan verir:

  • əmlakın uçotunu aparmaq və amortizasiyanın hesablanması,
  • əmlakı uçota almaq və onun parametrlərini dəyişdirmək,
  • əmlakı satmaq və silmək.

Təhlil

«1C:Azərbaycan üçün şirkətin idarə edilməsi» tətbiqi həlldə idarəetmə uçotunu aparmaq, idarəetmə balansını tərtib etmək, maliyyə nəticəsini tərtib və analiz etmək imkanları reallaşır.

Bu məqsədlər üçün sistemdə idarəetmə hesablar planı və sənədlərin idarəetmə müxabirləşmələrinin tərtib edilmə mexanizmi nəzərdə tutulub.

Dövriyyə – qalıq cədvəli kimi hesabatların mövcudluğu hesabına tətbiqi həll istənilən vaxt kəsiyi üçün maliyyə hesabatını əldə etməyə imkan verir.

Gəlir və xərclərin uçotu üçün köçürmə metodu və ya köçürmə və kassa metodu istifadə edilə bilər.

Köçürmə metodu ilə gəlir və xərclərin analitik uçotu fəaliyyət istiqaməti, bölmələr, alıcı sifarişləri, gəlir və xərc maddələri (hesablar) üzrə aparılır.

İdarəetmə uçotu məlumatlarına əsasən istifadəçi əsas maliyyə hesabatlarını tərtib etmək imkanına malikdir:

  • idarəetmə balansı,
  • mənfəət və zərər hesabatı,
  • pul vəsaitlərinin hərəkəti hesabatı.
  • proqnoz balans,
  • mənfəət və zərərlər büdcəsi,
  • pul vəsaitlərinin hərəkət büdcəsi.

Fəaliyyət göstəriciləri

  • müəssisənin hesablarında və kassalarda pul vəsaitləri qalıqları;
  • satış dinamikası;
  • debitor borcu – ümumi, gecikdirilmiş;
  • kreditor borcu – ümumi, gecikdirilmiş;
  • mənfəət və zərərlər;
  • malların göndərilməsi və xidmətlərin göstərilməsi üzrə alıcı və sifarişçilər qarşısında yerinə yetirilməmiş öhdəliklər;
  • malların göndərilməsi və xidmətlərin göstərilməsi üzrə təchizatçılar və podratçılara olan yerinə yetirilməmiş öhdəliklər.
  • ümumi göstəricilər: satışlar, gəlirlər və xərclər, dövriyyə vəsaitlərinin (pul vəsaitlərinin, ehtiyatların və debitor borclarının) vəziyyəti;
  • pul vəsaitləri: dövr üzrə, maddələr daxilində qalıqlar və pul vəsaitlərinin hərəkəti;
  • debitor borcu: dövr üzrə, borc müddətinə görə qalıqlar və dinamika;
  • kreditor borcu: dövr üzrə, borc müddətinə görə qalıqlar və dinamika.

Proqramın tövsiyyə olunmuş pərakəndə qiyməti, AZN, ƏDV-siz – 408 AZN

Tövsiyyə olunan iş yerlərin sayı – birdən iyirmiyə kimi.

« Azərbaycan üçün şirkətin idarə edilməsi »-ni bir neçə kompüterdə istifadə etmək istəyirsinizsə, əlavə lisenziyalar alınmalıdır.

Müştəri lisenziyasının qiyməti(AZN)

1 iş yeri – 138 AZN

5 iş yeri – 477 AZN

10 iş yeri – 917 AZN

20 iş yeri – 1 742 AZN

“Az Accounting Services” LLC Your Accounting Department

MÖVZU VI. PUL VƏSAİTLƏRİNİN VƏ HESABLAŞMALARIN UÇOTU Leave a comment

6.1. Pul vəsaitləri və hesablaşmalar haqqında anlayış, onların növləri və uçot qarşısında vəzifələri

6.2. Kassa əməliyyatlarının uçotu

6.3. Müəssisənin ühesablaşma və valyuta hesablarından və digər hesablarda olan pul vəsaitlərinin uçotu

6.4. Hesablaşma əməliyyatlarının uçotu

6.5. Təhtəlhesab şəxslərlə hesablaşmaların uçotu

6.6. Müxtəlif debitor və kreditorlarla hesablaşmaların uçotu

«Mühasibat uçuotu haqqında» AR Qanunu, Bakı-1995

AR Verogi Məcəlləsi, Bakı 2000 (2001 və 2002-ci illərdə olan əlavə və dəyişikliklərlə birlikdə)

Milli Bankın müvafiq normativ sənədləri

Q.Ə.Abbasov, S.M.Səbzəliyev, Ə.İ.Daşdəmirov, V.M.Quliyev, Ə.A.Sadıqov «Mühasiöat (maliyyə) uçotu», dərslik, Bakı-2003

V.C.Əliyev, Ə.Babayev – Mühasibat uçotu, Bakı-1999

6.1. Pul vəsaitləri və hesablaşmalar haqqında anlayış, onların növləri

və uçot qarşısında vəzifələri

İstehsal-kommersiya fəaliyyəti prosesində müəssisələr arasında daimi ola­raq təsərrüfat əlaqələri baş verir, müxtəlif məh­sul­ların alışı və satışı əməliy­yatları yerinə yetirilir. Məhsul (iş, xidmətin) satışından pul vəsaiti daxil olur. Malsatanlar daxil olmuş malların podratçılar tərəfindən yerinə-yetirilən iş və xidmətlərin dəyəri ödənilir.

Bunlardan başqa büdcə, bank, müxtəlif ictimai təş­ki­latlarla, müəssisənin işçi heyəti və digər hüquqi və fiziki şəxslərlə he­sab­laşma əməliyyatları aparılır. Müəssisələr arasında apa­rılan bütün əməliyyatlar pulun köməyi və iştirakı ilə yerinə yetirilir. Beləliklə pul vəsaiti müəssisənin fəaliy­yə­ti­nin davamı etməsi və idarə olunmasında mühüm vasitə rolunu oynayır.

Müəssisə və təşkilatlar arasında aparılan hesab­laş­ma­lar iki formada: nağd və nağdsız qaydalarda hə­yata keçirilir.

Pul vəsaitinin saxlanması və müəssisələr arasında nağd­siz hesablaş­ma­ların aparılması üçün hər bir müəs­si­sə­nin yerləşdiyi ərazidə olan bankda ona hesablaşma hesabı və digər hesabları açılır.

Bank vasitəsilə aparılmış əməliyyatlar müəssisələr ara­sındakı hesab­laş­ma­lar sistemində ən vacib forma he­sab olunur. Hesablaş­ma­nın bu forması ilə mü­əs­sisələr ara­sında bağlanmış müqavilələr əsasında aparılan alqı-satqı əmə­liyyatlarının və bütün təsərrüfat əməliyyatları ilə əlaqədar olan hesablaşmalar yerinə yetirilir.

Azərbaycan Respublikasında mövcud olan qay­da­la­ra görə mülkiyyət for­ma­sından asılı olmayaraq dövlət, kooperativ, səhmdar, kollektiv, birgə, icti­mai, xü­­susi mülkiyyətli formalı və digər müəssisələr, təşki­latlar və ida­rələr öz pul vəsaitlərini bank idarələrində sax­lama­lı­dırlar.

Müəssisələr cari hesablaşmaları aparmaq və işçi heyətinə əmək haqqının ödənilməsi üçün nəğd pul vəsaitini özlərinə məx­sus kassaya gətirirlər. Müəs­sisələr kassalarında nağd pulu təs­diq edilmiş limit həddində saxlaya bilərlər.

Müəssisələrdə hesablaşma əməliyyatlarının faydalı və məqsədəuyğun təşkili pul vəsaitləri üzrə əməliyyatların, hesablaşma və kre­dit əməliyyatlarının aparılması səviyyəsindən xeyli ası­lı­dır. Pul vəsaiti, hesablaşma və kredit əməliy­yatlarının mü­hasibat uçotu qarşısında əsasən aşağıdakı vəzifələr durur:

– qeyri-nağd və nağd hesablaşmaların vaxtında sə­nəd­ləşdirilməsi və düzgün aparılması;

– mühasibat uçotu yazılışlarında nağd pul vəsai­ti­nin və hesablaşmaların tam və operativ əks etdirilməsi;

– pul vəsaitinin hazırda qüvvədə olan qanun­çu­lu­ğa uy­ğun olaraq müəyyən olunmuş limit, smeta və fon­d­lar üzrə istifadə olunmasını təmin etmək;

– müəyyən olunmuş vaxtlarda pul vəsaitinin, he­sab­laşmaların vəziyyətinin inventarlaş­dırıl­ma­sı­nı apa­r­maq, vaxtı keçmiş debitor və kreditor borclarının əmələ gəl­məsinin qarşısını almaq;

– müəssisə kassasında, bankdakı hesablaşma he­sa­bı və başqa hesab­lar­dakı pul vəsaitinin qalığı və saxlan­ma­sına nəzarətin təmin olunması;

– hesablaşma–ödəmə intizamının gözlənilməsi, alın­­mış material qiymət­liləri və xidmətlər üzrə pul vəsa­iti­nin vaxtında ödənilməsinə nəzarət etmək.

6.2. Kassa əməliyyatlarının uçotu

Bütün müəssisələrdə nəğd pulun saxlan­ma­sı və həmin pul vəsaiti ilə hesablaşmalar aparmaq üçün kassa yaradılır. Azərbaycan Respublikasında kassa əməliyyatlarının aparılması Milli Bankın 6 aprel 1993-cü il tarixli «Xalq təsərrüfatında kassa əmə­liy­­yatlarının aparılması qaydaları» na dair təlimatla tən­zim­lənir. Kassalarda nəğd pul qalığı limitləri və mədaxildən istifadə normaları həmin müəssisələrin rəhbərləri ilə ra­zı­laş­dırılmaqla bank idarələri tərəfindən müəyyən olu­nur. Lazım gəldikdə həmin limitlər nəzərdən keçirilib də­yiş­di­ri­lə bilər. Müəssisə və təşkilatlar üçün kassa limitinin məb­ləği onların aylıq əmək haqqı fondunun 5 faizindən çox olmamalıdır. Nəğd pul vəsaiti təyinatı üz­rə xərclənmədikdə və kassa limitinə riayət edilmədikdə mü­əssisəyə qarşı bank tərəfindən cərimə sanksiyaları tət­biq edilə bilər.

Pul vəsaitinin və sənədlərinin qəbul olunması, sax­lan­ması və təyinatı üzrə buraxılması üçün müəssisədə lazımi avadanlıqlarla təmin olunmuş bina olmalıdır.

«Xalq təsərrüfatında kassa əməliyyatları aparılması qay­daları»na əlavə olun­muş tövsiyyədə göstərilir ki, nəğd pul və­sa­i­ti­nin və digər qiymətlilərin eti­barlı şəkildə saxlanılmasını təmin et­mək üçün kassa digər xidmət binalarından və yardımçı binalardan təcrid olunmalı, pulları və digər qiymətliləri saxlamaq üçün mütləq seyf (metal şkaf) olmalı və o, döşəmənin və divarın tikiliş kon­struksiyalarına polad mıxlarla möh­kəm bağlanmalıdır. Kassa binasına kənar şəxslərin daxil olması qadağandır. Pul vəsaitləri və qiymətli kağızlar seyf­də saxlanmalıdır.

Kassa əməliyyatlarını icra etmək üçün pul və qiymətli ka­ğızların saxlanmasına maddi məsuliyyət daşıyan kas­sir təyin olunur. Müəssisə rəhbəri kassiri işə qəbul etmək ba­rədə əmr verdikdən sonra onu kassa əməliyyatları aparmaq qaydaları ilə tanış edib imza etdirməlidir. Bun­dan sonra onu tam fərdi maddi məsuliyyət daşıdı­ğı­na dair onunla müqavilə bağlanır.

Kassir işçilərin maddi məsuliyyəti haq­qında qüvvədə olan qanunvericiliyə uyğun olaraq qə­bul etdiyi bütün qiymətlilərin toxunulmaz saxlanması üçün, qəsdən etdiyi hərəkətlər nəticəsində, öz və­zifəsinə laqeyd yanaşmaq nəticəsində müəssisəyə vurduğu hər hansı zərər üçün tam maddi məsuliyyət daşıyır.

Kassaya pul vəsaiti pul çek vasitəsilə mü­əs­si­sə­nin bankda olan hesablaşma hesabından və digər mənbələrdən daxildir.

Bankdan pul almaq üçün çek kitabçası müəssisəyə ərizəsi əsa­sında bank­dan verilir. Alınmış çek kitabçası bir qay­da olaraq müəssisənin baş müha­si­bində saxlanılır. Bank­dan pul alınması üçün çek kitabçasının bir səhifəsi dol­du­­rulur, alınacaq pulun məbləği və onun təyinatı gös­tə­ril­məklə müəssisə rəh­bəri, baş mühasib tərəfindən im­za­la­nır və möhürlə təsdiqlənir. Bank çekində heç bir dü­zə­li­şə licazə verilmir.

Müəssisə kassasına bir sıra başqa mənbəələrdən də, yəni məhsul satı­şın­dan işçi heyətnin müəssisəyə olan bor­c­unun ödənilməsindən, təhtəlhesab şəxs­lərdən və sai­rə­dən də nəğd pul daxil ola bilər.

Kassaya pul vəsaitinin daxil olması kassa mədaxil or­derinin tərtib olun­ması və müəssisə rəhbəri, baş mühasib və kassirin imzası ilə rəsmiyyətə salınır. Müəssisənin kassasından pul vəsaitinin sərf olunması kassa məxaric orderi və ya müəyyən olunmuş tə­ləblərə uyğun formada tərtib olunmuş hesablaşma-ödəmə cədvəli əsasında həyata keçirilir. Kassa məxaric orderi müəssisə rəhbəri və baş mühasibi tərəfindən imza olunur. Kassa mə­xa­ric orderinə pul vəsaitini alan şəxs imza edir.

İşçi heyətinə əmək haqqının, mükafatın, müvəqqəti əmək qabiliyyə­ti­nin itirilməsinə görə ödənilən müa­vi­nət­lə­rin, pensiyanın və sairənin ödənilməsi üçün tərtib edi­lən ödəniş cədvəlləri əsasında pul bu vəsaitlərinin kas­sadan ödə­nil­mə­si üçün 3 gün vaxt verilir. Həmin müddətdə ödənil­mə­yən (alın­mayan) məbləğin qarışısında «deponentləş­d­i­ril­miş­dir» sözü yazılır və vaxtında alınma­yan məbləğ ye­ni­dən müəssisənin kassasından hesablaşma hesabına qaytarılır.

Kassa sənədləri hesabata əlavə edilməzdən əvvəl pul vəsaitinin mədaxil və məxaric üzrə məbləğ kassa kitabında qey­diyyatdan keçirilməlidir. Kitabda yazılışlar elə formada aparılmalıdır ki, pul vəsaitinin təyinatı üzrə sərf edilməsinə, ümumiyyətlə isə həmin sənədlərin icrasına nəzarət oluna bilsin.

Hər bir müəssisədə yalnız bir kassa kitabı ancaq bir ədəd ol­ma­lıdır. Kassa kitabından istifadə olunmağa başlanan ki­mi onun səhifələri nömrələnməli, şunurlanmalı və sur­ğuc­la, yaxud elastik möhürlə möhürlənməlidir. Kitab­da­kı səhifələrin sayı müəssisə rəhbəri və baş mühasib tə­rə­fin­dən təsdiq edilməlidir.

Kassa kitabında və kassa əməliyyatlarının uçotu­nun aparıl­ma­sı sənədlə­rin­də heç bir düzəlişə icazə ve­ril­mir. Təshihat (korrektura) qaydasında hər han­sı düzəliş apa­rı­l­arsa, onlar müəssisənin baş mühasibi və kassiri tərə­fin­dən təsdiq olunmalıdır.

Kassa kitabında yazılışlar qara kağız va­si­tə­silə iki surətdən ibarət kassir tərəfindən yerinə ye­ti­ril­mə­lidir. Onun ikinci surəti kəsilən surətdir.

Kassir günün axırında gün ərzində baş vermiş əmə­liy­yatlar üzrə məbləğ­lərin yekununu hesablamalı və son­ra­kı günə qalıq çıxarmalıdır.

Mühasibatlığa təqdim olunmuş kassa hesabatında əks olunmuş əməliy­yat­ların düzəldilməsi ilkin sənədlərə əsasən yoxlanılır və bundan sonra əmə­liyyatlara müvafiq mühasibat yazılışları tərtib edilir.

Kassada pul vəsaitinin qalığı və hərəkətini müha­si­bat uçotunu aparmaq üçün hesablar planında 50 saylı«Kassa» hesabı müəyyən olunmuşdur. Hesab ak­tiv­dir onun debitində müəssisənin kassasında olan ovə kassaya daxil olan pul vəsaitinin, kreditində isə pul vəsaitinin verilməsi əks etdirilir. 50 «Kassa» hesabının ilk qalığı ay­ın əvvəlinə, son qalığı isə ayın sonuna kassadakı nağd pu­l qalığını göstərir.

50 «Kassa» hesabının debeti 46 «Məhsul (iş, xid­mət) satışı» hesabı; 51 «He­­sablaşma hesabı»; 71 «Təhtəlhesab şəxslərlə hesablaşmalar» hesabı; 76 «Müx­təlif debitorlar və kre­di­tor­larla hesablaşmalar» hesabının və digər hesab­ların krediti ilə müxa­bir­ləşir.

50 «Kassa» hesabının krediti isə pul vəsaitinin bu­raxılması ilə əlaqədar olaraq 51 «Hesablaşma hesabı»; 70 «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesab­laş­ma­lar» hesabı; 71 «Təhtəlhesab şəxslərlə hesab­laş­ma­lar» hesabı və digər hesabların de­be­ti ilə müxabirləşir.

Mövcud qaydalara görə hər ayın sonunda müəs­si­sə­nin kassasında olan pul vəsaitinin qalığının reallığının yoxlanılması üçün müəssisə rəhbərliyinin göstərişi ilə kassada inventarlaşma aparıllır.

Kassada aparılan inventarlaşma nəticəsində əskik­gəl­mə aşkar edildikdə həmin məbləğ kassirdən tutulur və əməliyyat 84 «Sərvətlərin əskik gəl­mə­si və xa­rabolmasından itkilər» hesabının debeti, 50 «Kassa» hesabının krediti ya­zı­lışı ilə rəsmiyyətə salınır. Eyni za­manda 73 «Sair əməliyyatlar üzrə işçi heyyəti ilə he­sab­laşmalar» və ya 70 «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» hesablarının debitinə və 84 «Sərvətlərin əskikgəlməsi və xarab olmasından itgilər» he­­sabının kreditinə yazılış aparılır.

İnventarlaşma nəticəsində artıqgəlmə müəyyən olun­duqda 50 «Kassa» hesabının debeti və 80 «Mənfəət və zərər» hesabının kreditinə yazılış edilir.

6.3. Müəssisənin hesablaşma və valyuta hesablarında və digər hesablarda olan pul vəsaitlərinin uçotu

Müstəqil balansa malik olan bütün müəssisələr öz­lə­rinin sərbəst pul və­saitini saxlamaq və təsərrüfat maliy­yə əməliyyatlarını aparmaq üçün istədikləri bankda hesablaşma hesabı aça bilərlər.

Azərbaycan Respublikasında mövcud olan qay­da­la­­ra görə hesablar mülkiyyət formasından, fəaliyyət nö­vün­­dən, təşkilati-hüquqi formasından və mənsubiy­yə­tin­dən asılı olmayaraq bütün müəssisələr, iadərlər, təşki­lat­lar, birliklər, digər təsərrüfat subyektləri, o cümlədən hü­qu­qi şəxs olan, yaxud hüquqi şəxs olmayan fizik şəxs­lər, habelə vətəndaşlar üçün açıla bilər.

Hesablaşma, cari və digər hesablar üzrə əməliy­yat­lar Azərbaycan Res­pub­likasının qanunvericiliyi və Azər­bay­can Respublikası Milli Bankının nor­mativ aktları ilə nizama salınır və müəyyən olunur.

Hesabın açılması ilə əlaqədar bankla müəssisə ara­sın­da münasibətlər iki nüsxədə tərtib olunmuş müqavilə ilə rəsmiləşdirilir.

Hesablaşma, cari və digər hesabların açılmasının rəs­miləşdirilməsi üçün banka aşağıdakı sənədlər təqdim olunmalıdır:

– müəyyən olunmuş qayda da hesabın açıl­ma­sı­na dair ərizə;

– hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəha­dı­­tnamənin notarial qaydada təsdiq olunmuş surəti;

– hüquqi şəxsin müvafiq qaydada təsdiq edilmiş və qeydə alınmış nizamnaməsinin əsli və ya no­ta­rial qay­da­da təsdiq edilmiş surəti;

– hüquqi şəxs olmayan təsərrüfat subyektinin yu­xa­rı təşkilat tərəfindən təsdiq olunmuş əsas­na­məsi;

– təsis müqaviləsinin surəti (yalnız səhmdar və məh­­dud məsuliyyətli cəmiyyətlər üçün müvəq­qəti he­sab­laş­ma hesabı açıldıqda);

– statistika orqanlarında uçot vahidlərinin dövlət re­yestrinə daxil edilməsi haqqında şəhadətna­mə­nin no­ta­rial qaydada təsdiq edilmiş surəti;

– vergi ödəyicilərinin identifikasiya nömrəsinin alın­­ması haqqında bildiriş;

– müəssisə direktoru onun müavini və baş mü­ha­si­bin imzalarının nümunələrinin və müəssisə möhürünün əksini göstərən kartoçka.

Müəssisəyə hesab açılması üçün banka təqdim olunmuş ərizə hesab sahibi­nin rəhbəri və baş mühasibi tərəfindən imzalanır və mö­hürlə təsdiqlənir. Ştatda baş mühasib olmadıqda ərizə müəssisə rəhbəri tərəfindən imzalanır. Mülkiyyət forma­sın­dan və tabeçiliyindən asılı olmayaraq bütün hüquqi şəxslər respublika Ədliyyə orqanlarında dövlət qey­diy­ya­tın­dan keçməlidirlər.

Bank sənədlərinə imza etmək qaydalarına görə bi­rin­ci imza hüququ müəssisə rəhbərinə və onun müavininə, ikinci imza hüququ baş mühasibə məxsusdur. Baş mühasib vəzifəsi mü­əy­yən edilməmiş müəssisələrin hesabları üzrə ikinci imza hüququ baş mühasib hüququnda olan böyük mühasibə, yaxud hesabdara verilə bilər. Ştatda hesabdar vəzifəsi olma­dıq­da rəhbər ikinci imza hüququnu mühasibat uçotunu apar­maq və hesabat tərtib etmək həvalə olunmuş digər vəzifəli şəxsə verilir. Bu zaman imza və möhür nümu­nə­ləri olan kartoçkada qeyd edilir ki, ştatda hesabdar və­zi­fə­si yoxdur.

Müəssisələrin hesablaşma hesabından bank qeyri-nağd hesablaşmalar üzrə öhdəlikləri, müəssisə xərclərini və tapşırıqlarını ödəyir və eyni zamanda işçi heyyətinə əmək haqqının ödənilməsi və cari təsərrüfat xərclərini tə­min etmək üçün nəğd pul buraxır. Müəssisənin hesablaşma hesabına pul vəsaitinin mədaxil olunması, oradan silinməsi əmə­liy­yatları hesabın məxsus olduğu müəssisənin yazılı sə­rən­camı və ya onun razılığı əsasında malsatan və pod­rat­çı təşkilatların ödəmə tələbnamələri əsasında icra olu­nur. Ayrı-ayrı hallarda Döv­lət İqtisadi Arbitraj Məh­kə­mə­sinin, məhkəmə, vergi və maliyyə orqan­larının qərar­ları əsasında tələb olunan ödəmə sənədləri müəssisənin razılığı olmadan icra olunur.

Müəssisənin razılığı olmadan onun hesablaşma he­sa­bından dövlət büdcəsinə nəzərdə tutulan ödəmələr, sosial təyinatlı fondlar üzrə ödəmələr, gömrük əmə­liy­yat­ları üzrə ödəmələr aparıla bilər.

Müəssisə hesablaşma hesabında pul vəsaitinin ça­tış­mamazlığı və ya olmaması vəziyyəti yaratdıqda ödənməsi üçün he­sa­b­laşma hesabına daxil olan və xüsusilə ver­gi və digər bu kimi tədiyyələr bankda xüsusi kar­ta­tey­kada uçota alınır və pul vəsaitinin daxil olunması ilə ödənilir.

Bankla müəssisə arasında qəbul olunmuş razılaş­maya görə bank hər gün müəssisənin hesablaşma hesabında aparılmaş əməliyyatların nəticə­lə­rinə dair müəssisəyə çıxarışı verməlidir. Həmin çıxarışda bütün gün­də­lik əməliyyatların nəticələri və hesabda olan pul və­sa­i­tinin günün əvvəlinə və sonuna olan qalığı göstərilir. Eyni zamanda bank çıxarışına aparılan əməliyyatlırı təsdiq edən sənədlər əlavə olunur. Müəssisənin mühasibatlığında əks etdirilmiş əməliyyat­ların düzgünlüyü ilkin sənədlərlə yoxlanılır və müəyyən səhvlər aşkar edil­dik­də banka məlumatlar verilir.

Bankdakı hesablaşma hesabında saxlanılan pul və­saitilərinin mövcudluğu və hərəkəti hesablar Pla­nın­da müəyyən olunmuş 51«Hesablaşma hesabı»nda uçota balınır. Hesab aktiv hesabdır.

51 «Hesablaşma hesabı»nın debitində müəs­si­sənin hesablaşma hesabına pul vəsaitlərinin daxil olması, kreditində isə onların həmin hesab­dan sislinməsi əks etdirilir. Hesablaşma hesabı üzrə əməliyyatlar mühasibat uçotunda həmin hesab üzrə bank çıxarışları və onlara əlavə edilən pul-hesablaşma sənədlərinə əsasən əks olunur.

Hesablar Planında 50 «Kassa», 51 «He­sab­laşma hesabı» hesablarından baş­qa 55 saylı «Bank­lar­da olan xüsusi hesablar» hesabı da nəzərdə olun­muş­dur. 55 «Banklarda olan xüsusi hesablar» hesabı mil­li və xarici valyuta ilə ölkə ərazisində və xaricdəki akkredi­tiv­lər­də, çek kitabçalarında və digər ödəmə sə­nəd­lərində (veksellərdən başqa) cari, ayrı və digər xüsusi hesablarda olan pul və­saitlərinin mövcudluğunu və hə­rəkəti, həmçi­nin məqsədli maliyyələşdrmə üzrə vəsaitlərin (daxil­olma­la­rın) ayrıca saxlanmasının nəzərdə tutulmuş hissə­sinin hərə­kə­ti haqqında məlumatların ümumiləş­di­ril­məsi üçün istifadə edilir.

55 «Banklarda olan xüsusi hesablar» hesabı üz­rə aşağıdakı subhesablar açıla bilər:

55-2 «Çek kitabçaları» və başqaları.

Akkreditiv hesablaşma formasında alıcı ilə satıcı mü­­əssisə arasındakı məh­­sul alqı-satqısı üzrə aparılan hesablaşmalarda is­tifadə olunur. Akkre­di­tivlər forma­sın­da hesablaşmaların həyata keçirilməsi Azərbaycan Respub­li­ka­sının müva­­fiq normativ sənədləri ilə nizamlanır.

Bu hesablaşma formasında mal alan müəssisə yazılı formada ona xidmət edən banka akkreditivin açılmasına dair göstəriş verir. Həmin sənəddə malsatanın adı, ün­va­nı, akkreditiv məbləği, etibarlılıq vaxtı, alınacaq malın adı və pul məbləğinin malsatana ödənməsi üçün təqdim olunacaq sənədlər və digər lazımi məlumatlar öz əksini tapmalıdır.

Akkreditivin ödənilməsindən sonra alıcının ban­kı­na qəbz göndərilir və onun əsasında malalanın hesab­ın­dan pul vəsaiti silinir.

Pul vəsaitlərinin akkreditivlərə köçürülməsi 55 «Banklarda olan xüsusi he­­sablar» hesabının debitində, 51 «Hesablaşma hesabı», 52 «Valyuta hesabı», 90 «Qısamüddətli bank kreditləri» və digər müvafiq hesabların kreditində əks etdirilir.

55 «Banklarda olan xüsusi hesablar» hesabın­da uçota alınmış Akkre­di­tiv­lər­də olan vəsaitlər istifadə olun­duqca (bankın çıxarışlarına əsasən) bir qayda ola­raq 60 «Malsatan və podratçılarla hesab­laş­malar» hesabının debitinə sili­nir. Akkreditivlərdəki istifadə olun­mayan vəsaitlər bank tərəfindən onların kö­çü­­rül­dü­yü hesaba bərpa olunduqda 51 «Hesab­laş­ma hesabı», yaxud 52 «Val­yuta hesabı»nın debi­tin­də və 55 «Banklarda olan xüsusi hesablar» hesab­ı­nın kreditində əks olunur.

Əmtəə – material qiymətlilərinin alınması, xidmətlər gös­tə­ril­məsi ilə əlaqədar olaraq hesablaşmalarda çek kitab­ça­la­rından istifadə oluna bilər. Bunların uçotu 55 «Bank­larda olan xüsusi hesablar» hesabının 55/2 «Çek kitabçaları» subhesabında aparılır.

Çeklərlə hesablaşmaların aparılması qaydaları bankların təminatları əsasənda nizamlanır.

Çek kitabçaları verilərkən vəsaitəlrin deponentləş­di­­ril­mə­si 55 «Banklarda olan xüsusi hesablar» he­sa­bı­nın debitində, 51 «Hesablaşma hesabı», 52 «Val­yu­ta hesabı», 90 «Qısamüddətli bank kre­di­t­ləri» və digər müvafiq hesabların kreditində əks etdirilir. Bankdan alınmış çek kitabçaları üzrə məbləğlər, müəs­sisənin verdiyi çeklər ödəndikcə, yəni bank ona təqdim edilən çeklərin məb­ləq­lərini ödədikcə (bank çıxarışlarını əsasən) 55 «Banklarda olan xüsusi hesablar» hesa­bı­nın kreditindən hesablaşmaların uçotunu aparamaq üçün nəzərdə tutu­lan hesabların (76 «Müxtəlif de­bi­tor və kreditorlar hesablaşmalar və s.») debi­ti­nə ya­zıl­maq­la silinir. Verilmiş, ancaq bank tərəfindən ödənil­mə­miş (ödən­mək üçün təqdim edilməmiş) çeklərdən məb­ləğ­lər 55«Banklarda olan xüsusi hesab­lar» hesabı­n­da qalır. 52-2 «Çek kitabçaları» subhesabı üzrə qalıq bank çıxarı­şında göstərilən qalıqla uyğun olmalıdır. Banka qaytarılmış məbləğlər (istifadə olun­ma­yan qalıq) 51«Hesablaşma hesabı», yaxud 52«Val­yu­ta hesabı» ilə mü­xa­bir­ləşməklə 55 «Bank­lar­da olan xüsusi hesablar» hesabının kreditində əks etdirilir.

55-2 «Çek kitabçaları» subhesabı üzrə analtik uçot alınmış hər bir çek kitabçası üzrə aparılır.

Bazar iqtisadiyyatı şəraitində bir sıra müəs­si­sələr təsərrüfat-maliyyə əmə­liyyatlarının həyata keçi­ril­mə­sində bankdakı valyuta hesablarından istifadə edirlər. Bununla əlaqədar olaraq müəssisələrdə bankda vəlyuta hesabı açılır.

Bankda valyuta hesabının açılması hesab­laş­ma hesabının açılmasna oxşar qaydada aparılır. Əgər müəssisə valyuta hesabını özünün he­sab­laşma hesabı olan bankda açmaq istəyirsə belə halda müəssisə ancaq müəyyən olunmuş qay­dada hesabın açıl­ma­sına dair ərizə, müəssisə rəhbəri, onun müavini və baş mü­hasibin imza nümunələrini və müəssisənin möhü­rü­nün əksini göstərən kartoçka və vergi ödəyicisinin iden­ti­fikasiya nömrəsinə dair bildiriş təqdim etməlidir.

Bank valyuta hesabı açılan müəssisədən xarici val­yu­ta ilə aparılan əməliyyatlara görə komision xərcləri tu­tur. Komision xərclərinin tutulma faizi hər bir bankın özü tərəfindən müəyyən olunur. Bundan başqa müəs­si­sə­lər bankın xidmət etdiyi bütün valyuta əməliyyat­ları­nın aparılması ilə əlaqədar müəyyən xərc də ödəməli­dirlər.

Valyuta hesabında pul vəsaitlərinin sintetik uçotu 52 saylı «Valyuta hesabı»nda aparılır, bu hesab ölkə ərazisində və xarici banklardakı valyuta hesablarında olan xarici valyuta ilə pul vəsaitlərinin möv­cudluğunu və hərəkəti haqqında məlumatları ümu­mi­ləşdirmək üçün nəzərdə tutulmuşdur.

52 «Valyuta hesabı»nın debitində müəssisənin valyuta hesabına daxil olan pul vəsaitləri, kreditində isə onların həmin hesablardan silinməsi əks etdirilir. Müəs­sisənin valyuta hesabının krediti və ya debitinə səhvən yazılmış və bank çıxarışlarının yoxlanılması zamanı aş­kar edilmiş məbləğlər 63 saylı «İddialar üzrə hesab­laş­ma­lar» hesabında əks etdirilir.

Valyuta hesabı üzrə əməliyyatlar mühasibat uço­tun­da ğank çıxarışlarına və onlara əlavə edilən pul hesab­laşma sənədlərinə əsasən əks etdirilir.

52 «Valyuta hesabı»nın aşağıdakı subhesabları açıla bilər:

52-1 «Ölkə daxilində valyuta hesabları»

52-2 «Xaricdəki valyuta hesabları»

52 «Valyuta hesabı» üzrə analtik uçot xarici val­yuta ilə pul vəsaitlərinin saxlanması üçün bank ida­rə­lə­rində açılmış hər bir hesab üzrə aparılır.

Xarici valyuta əməliyyatlarının uçotunun təşkilində müəssisələrdə xarici valyuta vəsaitlərinin məzənnə fərqi­nin mühasibat uçotunda əks etdirilməsi prin­siplərinin düz­gün yerinə yetirilməsi mühüm məsələdir. Bunu nəzərə alaraq Azərbaycan Respublikası Vergilər Nazirliyi 16 sentyabr 1994-cü il tarixli qə­rarı ilə xarici valyuta və­sa­itlərinin məzənnə fərqinin mühasibat uçotunda əks et­di­rilməsi qaydalarını müəyyən etmişdir.

Müəssisə xarici valyuta üzrə bütün əməliyytları Azər­baycan Respublikası Milli Bankının əməliyyatın baş verdiyi tarixə mövcud valyuta məzənnələrinə uyğun olaraq qiymətləndirir və valyuta hesab­larındakı valyu­ta­ları hər dəfə məzənnələr dəyişdikcə yenidən qiy­mət­lən­dirir.

Valyuta hesabındakı valyutaların (növlər üzrə) Milli Bankın məzən­nə­lə­ri­nə uyğun olaraq hər dəfə yenidən qiymətləndirildiyi zaman dövr üzrə artan mə­zənnə fərqi həmin valyutaların isti­fa­də məqsədləri nəzər alınmaqla müvafiq hesablarda uçota alınır.

Bank hesabları, öhdəlikləri və hesablaşmaları üzrə xarici valyuta əməliy­yatları, eləcə də xarici valyuta ilə daxil olmuş material qiymətliləri, qeyri-maddi aktivlər, qiymətli kağızlar və əmlakın digər növləri mühasibat uçotunda əmə­liyyatın aparılma tarixində Milli Bankın qüvvədə olan valyuta mə­zən­nələri üzrə xarici valyutanın yenidən haqq – hesab edil­məsi yolu ilə qiymətlən­diri­lərək müəyyən edilmiş məb­ləğdə valyuta hesablaşmalarının və tədiy­yələrinin ana­litik uçotunda da göstərilir.

Banklarda və digər kredit idarələrindəki valyuta he­sablarında olan vəsait qalıqları, pul sənədləri də daxil olmaqla digər pul vəsaitləri, qiymətli kağızlar, xarici val­yu­ta ilə debitor və kreditor borcları maliyyə (mühasibat) hesabat­larında hesabat dövrünün sonuncu gününə Milli Bankın valyuta məzənnələri üzrə xarici valyutaların yenidən haqq-hesab edilməsi yolu ilə qiymətlən­di­ri­lərək müəyyən edilmiş məbləğdə manatla əks etdirilir.

Müəssisənin sərəncamında dövriyyə vəsaiti, eyni zamanda təsisedici sə­nəd­lərə uy­ğun oalarq müəssisədə nizamnamə kapitalı kimi mövcud olan xarici valyuta vəsaitləri üzrə məzənnə fərqi il ərzində 52 «Valyuta hesabı»nın və 83 «Gə­lə­cək dövrün gəlirləri hesabı»nın müvafiq subhesablarında uçota alınır.

Qısa və uzun müddətli borclar kimi mövcud olan xarici valyuta üzrə məzənnə fərqi həmin borclar qaytarılana qədər pul vəsaitlərini uçota alan hesabların və 94 saylı «Qısamüddətli borclar» və 95 saylı «Uzun­müd­dətli borclar» hesablarının müvafiq subhesablarında uçota alınır. Uzunmüddətli və qısamüddətli kredit kimi dövriyyədə olan xarici valyuta üzrə məzənnə fərqi hə­min kreditlər qaytarılanadək 52 «Valyuta hesabı», 90 «Qısamüddətli bank kreditləri» və 92 «Uzunmüddətli bank kreditləri» hesablarında uçota alınır.

Xarici valyuta ilə aparılan əməliyyatlar üzrə məzən­nə fərqləri, o cümlədən mühasibat balansının tərtib edildiyi tarixə borcların yenidən qiymətləndi­ril­məsindən olan fərqlər il ərzində 83 «Gələcək dövrlərin gə­lir­lə­ri hesabı»nda uço­ta alınır və ilin sonunda müvafiq borc­lar qaytarılanadək edilən güzəştlər alınmaqla 80 «Mənfəət və zərər hesabı»na aid edilir.

6.4. Hesablaşma əməliyyatının uçotu

Müəssisələrdə təsərüfat vəsaitlərinin düzgün, və vax­tında dövriyyəsini təmin etmək üçün tətbiq edilən hesablaşma formasının əhəmiyyəti bö­yük­dür. Hesab­laşmaların səmərəli formala­rın­dan istifadə olun­ması mövcud olan məhsulun vaxtında satılması və tə­sərüfat fəaliyyətinin fasiləsizliyinin işini təmin edir. Müəssisələr arasında hesa­b­laş­ma əlaqələrinin forma və qaydaları Milli Bankın normaları ilə müəyyən olunur. Bir qayda olaraq mülkiyyət formasından asılı olmayaraq bütün müəssisələrin və fiziki şəxslərin əmtəə-material qiy­mət­lə­ri­nin alqı-satqısı üzrə əməliyyatlarının qeyri-nağdsız hesablaşma for­madasında apa­rılması müəyyən olunmuşdur. Lakin, müəyyən alqı-satqı əməliyyatlarının nağd pulla hesablaşması da nəzərdə tutulur.

Nağdsız hesablaşmaların həyata keçirilməsi əmə­liy­yatın iqtisadi məzmu­nu­ndan asılı olaraq iki qrupa – mal əməliyyatları üzrə hesablaşmalar və maliy­yə öhdəçilikləri üzrə hesablaşmalar ayrılır. Birinci qrup hesablaşmalara müəs­sisələr arasında əmtəə-material dəyərləri (iş, xidmətlər) üzrə hesablaşma əmə­liy­yatları, ikinci qrupa isə büdcəyə ödənişlər, və s. hesablaş­ma­ların yerinə yetirilməsi daxildir.

Nağdsız hesablaşmalar malsatan və alıcı müəs­si­sə­lə­rin harada yerləş­mə­sin­­dən asılı olaraq eyni şəhərli və digər şə­hər­li qrupa ayrılır. Müəssisələrin yer­ləşməsindən asılı ola­raq, onun hesablaşma forması müəyyən olunur. Mü­asir şəraitdə müəssisələr hesablaşmaları ödəmə tələb­na­mə­ləri, ödəmə tapşırıqları, akkreditivlər, barter əməliy­yat­ları, məcburi silinmə, hesab­laş­ma çekləri Vasi­tə­si­lə və digər formalarda aparılır. Müəs­sisələr arasındakı tətbiq edilən hesablaş­ma formaları on­ların qar­şı­lıqlı razılığı və bağlanılmış müqavilələr əks olun­maqla müəyyən­ləş­dirilir.

Hər bir müəssisə bir tərəfdən alıcı, digər tərəfdən satıcı qismində çıxış edir. Ona görə də onlar arasındakı hesablaşma münasibətlərinin uço­tu satıcı-alı­cı müəssisələr arasındakı hesablaşmanı ifa­də etməlidir. Malsatan və podrat­çı müəssisələrlə hesablaşmalar 60 saylı«Malsatan və podryatçılarla hesablaş­malar» he­sa­bında aparılır. Bu hesab malsatan və podryatçılarla hesablaşmalar haqqındakı məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur.

Bir qayda olaraq 60 saylıhesabın kredit qalığı olur və bu qalıq məbləği mal­satan müəssisələrin yüklədikləri əmtəə-material qiymətliləri üzrə borcu gös­tərir. Materal qiymətlilərinin əldə edilməsinə, yerinə yetirilmiş işlər və gös­tə­rilmiş xidmətlərin göstərilməsi üzrə hesablaşmalarla əlaqədar bütün əməliy­yatlar təqdim edilən hesab faktu­ra­ların ödəmə vaxtından asılı olmayaraq 60 «Mal­sa­tan və podryatçılarla hesablaş­malar» hesabında əks etdirilir.

60 «Malsatan və podryatçılala hesablaşmalar» he­sabının krediti faktiki daxil olmuş əmtəə-materal qiy­mə­tlilərini, qəbul edilmiş işlərin və xid­mətlərin dəyəri qədər bu qiymətliləri və müvafiq məs­rəf­ləri uçota olan hesabların debeti ilə müxabirləşir. Mate­ral qiymətlilərinin daşınmasına, həmçinin onların kənar­da emal olunmasına görə göstərilən xidmətlər 60 «Malsatan və podryatçılala hesablaş­ma­lar» hesabının kreditinə istehsal ehtiyyatlarını, mallar, tədavül xərclə­ri­ni və s. uçota alan hesabların isə debetinə yazılmaqla əks etdirilir.

Əgər malsatanın yüklədiyi məhsul qəbul olunar­kən əskikcəlmə müəyyən olunarsa müəssisə həmin təş­kilata iddia təqdim edir. Təqdim olunmuş əskik­gəlmə məb­ləği ilə əlaqədar olaraq 63 «İddialar üzrə hesab­laşmalar» hesabının debetinə və 60 «Malsatan və pod­rat­çılarla hesablaşmalar» hesabının kreditinə yazılış aparılır. Malsatanın təqdim etdiyi hesablaşma sənəd­lə­rində arifmetik səhvlər və qiymətlə əlaqədar göstəricilər müqavilə şərtlərinə uyğun olmadıqda da mühasibat uçotunda yuxarıda göstərilən qaydada yazılış aparılır:

Alıcılar və sifarişçilərlə hesablaşmalar haqqında mə­lumatları ümumi­ləş­dirmək üçünnun mühasibat uçotu He­sablar Planında 62 saylı «Alıcılar və si­fa­riş­çilərlə he­sa­blaşmalar» hesabı nəzərdə tutulmuşdur. Həmin hesabın aşağı­dakı subhesablarından istifadə edilir:

62-1 «İnkasso qaydasında hesablaşmalar»

62-2 «Planlı ödəmələr üzrə hesablaşmalar»

62-3 «Alınmış veksellər» və başqaları

62-1 «İnkassa qaydasında hesablaşmalar» hesa­bın­da yüklənmiş məhsul­lar, yerinə yetirilmiş işlər və xid­mət­lərə görə alıcılar və sifarişçilərə təqdim edil­miş və bank tərəfindən ödənilmək üçün qəbul olunmuş hesablaş­ma­ların uçotu aparılır.

62-2 «Planlı ödəmələrə üzrə hesablaşmalar» sub­­hesabında müəssisənin uzun­müddətli təsərrüfat əla­qə­ləri saxladığı alıcılar və sifarişçilərlə apardığı mü­­təmadi hesablaşmalar üzrə ödənişi ayrıca bir hesab­laşma ödəmə sənədi ilə tamamlanmayan və əsasən planlı ödəniş qaydasında aparılan hesablaşmalar uçota alınır.

62-3«Alınmış veksellər» subhesabında alıcılar və sifarişçilərlə hesablaş­ma­lar üzrə alınmış veksellərlə təmin edilmiş borclar uçota alınır.

62«Alıcılar və sifarişçilərlə hesablaşmalar» he­sa­bının debeti malalanlara təqdim edilmiş hesablanma sə­nədlərindəki məbləğ qədər 46 «Məhsul (iş, xid­mət) satışı», 47 «Əsas vəsaitlərin satışı və sair xaricolmaları», 48 «Sa­­ir aktiv­lə­rin satışı» hesablarının krediti ilə müxa­bir­ləşir.

62 «Alıcılar və sifarişçilərlə hesablaşmalar he­sa­bının krediti daxil olmuş ödənişlər, qəbul edilmiş avans məbləğləri və s. üzrə pul vəsaitlərin və hesab­laş­ma­ları uçota alan hesablarla müxabirləşir. Əgər alıcının borcunu təmin edən alınmış veksellər üzrə faiz nəzərdə tu­tu­lubsa, onda bu borc ödənildikcə 51 «Hesab­laş­ma hesabı»nın debitinə, 62 «Alıcılar və sifarişçilərlə hesablaşmalar» hesabının və 80 «Mənfəət və zərər» hesabının kreditinə yazılışlar edilir.

Hər ayın sonunda bütün alıcılar üzrə hesablaş­ma­lar üzrə qalıq müəyyən­ləşdirilir. Əgər hesabda debet qalığı olarsa onda bu alıcıların borcunu, kredit qalıbı olduqda isə müəssisənin alıcıya olan borcunu göstərir.

62 «Alıcılarla və sifarişçilərlə hesablaşmalar» hesabı üzrə analitik uçot alı­cı­lara təqdim edilən hər bir hesablaşma sənədi əsasında, planlı ödənişlər qay­da­sında, hesablaşmalır zamanı isə hər bir alıcı və sifarişçi üzrə ayrılıqda aparılır.

6.6. Təhtəlhesab şəxslərlə hesablaşmaların uçotu

Təsərrüfat – maliyyə fəaliyyəti prosesində müəssisə­lər­də öz ezamiyyə, habelə digər əmə­liy­yat və təsərrüfat xərcləri üçün nağd pul vermək zərurəti meydana çıxır.

Belə xərclərə işçi ezamiyyəyə göndərilərkən mal-material qiymətlilərinin alınması ilə əlaqədar, müəyyən cari təsərrüfat xərclərini ödəmək üçün və s. üzrə ona nağd ödənilən pul vəsaiti aiddir.

Müəssisənin işçilərinə təhtəlhesab məbləğlərin ve­ril­mə­si qaydası kassa əməliyyatalrının aparılması qaydaları ilə tənzimlənir.

Azərbaycan Respublikası Prezidentinin «Vətən­daş­la­rın xidməti ezamiyyə xərcləri normativlərinin tək­mil­ləş­­dirilməsi haqqında» 1996-cı il 20 dekabr tarixli sə­rən­ca­­mına uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti 27 yanvar 1997-ci il tarixli, 9 nömrəli qərarla «Vətəndaşların xidməti ezamiyyə xərclərinin norma­tiv­lə­ri haqqında» qərar qəbul etmişdir. Həmin qərarda Azər­bay­can Respublikası ərazisi daxilində ezamiyyə xərcləri məbləğləri və xarici ölkələrə xidməti ezamiyyə xərc­lə­ri­nin normativləri təsdiq olunmuşdur.

İşçiyə ezamiyyə vaxtı üçün verilən nağd pul məbləği müəssisə rəhbəri tərə­fin­dən müəyyən edilir. Hər bir işçi aldığı nağd pul vəsaitinin xərc­lən­məsi haq­qın­da, ezamiyyədən qayıtdıqdan sonra üç gün müddə­tində möv­cud olan eza­miy­yə sənədləri əsasında avans hesabatı tər­tib etməli və müəssisə mühasibat­lı­ğı­na təqdim et­mə­lidir. Mühasi­bat­lıqda təqdim olunmuş avans hesabatı ona əlavə olunan ezamiyyə vəsiqəsi və digər sənədlər əsasında (çek, qaimə, qəbz, nəqliyyatla əlaqədar biletlər və s.) ət­raf­lı yoxlanılır və hesabat müəssisə rəhbəri tərəfindən təs­diq edilir.

Təhtəlhesab şəxsə pul vəsaiti təkrarən ancaq keçmiş al­dı­ğı avans pul məbləği üzrə hesablaşma aparıldıqdan sonra verilə bi­lər. Təhtəlhesab şəxslərlə hesab­laşmalarda xidməti eza­miy­yə xərcləri xüsusi yer tutur. Xidməti ezamiyyə-işçini müəssi­sə rəhbərinin yazılı əmri əsasında xidməti vəzifəni yerinə yetirmək üçün, müəyyən vaxtda, onun daimi iş­i­nin yer­ləş­diyi yerdən başqa şəhər, rayon və s. yerlərə gön­dərilməsi deməkdir.

İşçinin ezamiyyəyə göndərilməsi ilə əlaqədar ona standart formada təsdiq olunmuş ezamiyyə vəsiqəsi ve­ri­lir. Həmin vəsiqədə ezam olunan şəxsin adı, soy­ada, ata­sı­­nın adı, vəzifəsi daimi iş yerindən çıxdığı gün gös­tə­rilir. Göstə­ri­lən rekvizitlər ezamiyyə vəsiqəsində əks olun­­duqdan sonra müəssisə rəhbərinin imzası və mö­hür­lə təs­diq olunmalıdır.

Ezam olunan işçiyə, bütün ezamiyyə vaxtı ilə əla­qə­dar olan nəqliy­yat, kommunal və gündəlik yeməklə əla­qə­dar xərclər müəssisə tərəfindən ödənilir.

Büdcədən maliyyələşdirilən müəssisə,idarə və təş­ki­latlar istisna olunmaqla di­gər hüquqi şəxslər, işçilərinin Azərbaycan Respublikası əra­zisi daxilində eza­miyyə xərclərinin ödənilməsi üçün öz sərəncamlarında qalan vəsait hesabına normativ sənəddə müəyyən olunmuş normalardan əlavə vəsait ayıra bilərlər.

Xarici ölkələrə qısa müddətli ezamiyyənin sənəd­ləş­di­rilməsi, onun məq­sədi, vəzifəsi və ezamiyyə vaxtı gös­tə­rilməklə müəssisə rəhbərinin sərəncamı əsasında sənəd­ləşdirilir. Xarici ölkələrə ezamiyyə ilə əlaqədar olaraq xərc­lər yüksək normalar üzrə təqdim olunmuş sənədlər əsasında ödənilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 yanvar 1997-ci il tarixli 9 qərarı ilə «Vətəndaşların xarici ölkələrdə xidməti ezamiyyə xərclərinin nor­mativ­lə­ri» müəyyən olunmuşdur. Həmin qərarla müəyyən olun­muş­dur ki, dövlət idarəetmə orqanları mülkiyyət və təş­ki­lat formasından asılı olmayaraq bütün təsərrüfat sub­yek­tləri və təşkilatlar öz hesablarında olan valyuta və­sa­itlərindən ezamiyyə xərcləri üçün bu qərarla təsdiq olun­muş normativlərin həddini aşmamaq şərtilə istifadə edə bilərlər. Ezamiyyə xərclərindən başqa hər bir nəfərə ezamiyyə müddəti üçün təsdiqedici sənəd tələb olunmamaq şərtilə 20 ABŞ dolları məbləğində birdəfəlik ölkədaxili nəqliyyat xərcləri verilir.

Hesablarında valyuta vəsaiti olmayan büdcə təşki­lat­ları xarici ezamiyyə xərclərini bu məqsəd üçün öz büdcəsində nəzərdə tutulmuş vəsaiti «Valyuta tənzimi haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, lazımi valyutaya çevirməklə ödəyə bilərlər.

Müəssisə işçilərinə inzibati-təsərrüfat və əməliyyat, ha­belə ezamiyyə xərc­ləri üçün təhtəlhesab şəxslərə ve­ril­miş məbləğlər üzrə hesablaşmalar haqqında məlumatları ümumiləşdirmək üçün 71 saylı «Təhtəlhesab şəxslərlə he­sab­laş­ma­lar» hesabı müəyyən olunmuşdur. Həmin he­sa­bın debitində təhtəlhesab şəxs­lərə inzibati – təsərrüfat, əməliyyat xərcləri və xidməti ezamiyyətlə əlaqə­dar veri­lən nağd pul məbləğləri əks olunur. Bununla əlaqədar olaraq müha­si­bit uçotunda aşağıdakı yazılış aparılır:

Debet 71 «Təhtəlhesab şəxslərlə hesablaşmalar».

Kredit 50 «Kassa» hesabı.

Kredit 51 «Hesablaşma hesabı».

Kredit 52 «Valyuta hesabı».

Təhtəlhesab şəxslər tərəfindən xərclənmiş məbləğlər isə 71 «Təhtəlhesab şəxs­lərlə hesablaşmalar» hesa­bı­nın kreditinə, sərf olunmuş məsrəfləri və əldə olun­muş qiymətliləri uçota alan, habelə xərclərin xarakterindən asılı olaraq di­gər hesabların debitinə yazılır. Bu yazılış aşağıdakı qaydad uçotda əks olunur:

Debet 10 «Materiallar» hesabı

Debet 12 «Azqiymətli və tezköhnələn əşyalar» he­sabı

Debet 25 «Ümumistehsalat xərcləri» hesabı

Debet 26 «Ümumitəsərrüfat xərcləri» hesabı

Debet 44 «Tədavül xərcləri» hesabı

Debet 60 «Malsatan və podratçılarla hesab­laş­ma­lar» hesabı

Debet 50, 51, 52 «Kassa», «Hesablaşma hesabı», «Valyuta hesab»ları hesa­bı

Debet 84 «Sərvətlərin əskik gəlməsi və xarab olmasından itkilər» hesabı

Debet 71 «Təhtəlhesab şəxslərlə hesablaşmalar» hesabı

Təhtəlhesab şəxslər tərəfindən vaxtında qay­tarıl­ma­yan təhtəlhesab pul məb­ləğləri 71 «Təh­təl­he­sab şəxslərlə hesablaşmalar» hesabının kreditində və 84 «Sərvətlərin əskikgəlməsi və xarabol­masın­dan it­kilər» hesabının debetində əks olunur. Daha sonra bu məb­ləğlər 84 «Sərvətlərin əskik gəlməsi və xarab ol­masından itgilər» hesabından, 70 «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesab­laş­malar» hesabının və ya 73 «Sair əməliyyatlar üzrə işçi heyyəti ilə hesablaş­malar» he­sabının debetinə silinir.

71 «Təhtəlhesab şəxslərlə hesablaşmalar» he­sa­bının debetində əks olun­muş qalıq məbləği təhtəlhesab şəxslərin aldıqları pul məbləği üzrə onların müəssisəyə olan borclarını kredit qalığı isə müəssisənin təhtəlhesab şəxsə onun artıq sərf etmiş olduğu pula görə olan borcunu göstərir.

Təhtəlhesab şəxslər üzrə hesablaşmaların analitik uçotu hər bir şəxsə verilən avans üzrə aparılır.

6.7. Müxtəlif debitor və kreditorlarla hesablaşmaların uçotu

Müxtəlif debitor borcu dedikdə başqa müəssisələrin, işçi­lə­r­in və fiziki şəxs­lərin müəssisəyə olan borcları başa düşülür. Belə borclara mal əmə­liy­yat­ları ilə əlaqədar olmayan borclar daxildir. Müəssisəyə borcu olan digər müəssisə, idarə və şəxslər debitorlar sayılır.

Müxtəlif kreditor borcu isə müəssisənin başqa müəs­si­sə­yə, fiziki şəxsə, işçi­lərinə olan borcu hesab olunur və hə­min borcu olan müəssisə kreditor sayılır.

Mühasibat uçotu balansında debitor və kreditor borc­ları, onun formaları üzrə əks olunur.

Müxtəlif təsərrüfat əməliyyatları ilə əlaqədar ola­raq kommunal təsər­rüfat orqanları, nəqliyyat müəs­si­sə­lə­ri, işçi heyyəti ilə deponent­ləşmiş əmək haqqı, icra vərəqəlir və sairə üzrə müxtəlif debitor və kreditor borcları ya­ra­nır. Deyildiyi kimi, bu kimi debitor və kreditor borcları qeyri-mal əmə­liy­­yat­ları ilə əlaqədar olaraq yaranır.

Müxtəlif debitor və kreditorlarla hesablaşmaların uçotu 76 saylı «Müx­təlif debittor və kreditorlarla hesab­laş­malar» aktiv-passiv hesabın­da, kassa hesa­batı, bank çıxarışları, icra vərəqələri və digər sənədlər əsasında aparılır.

76 «Müxtəlif debitor və kreditorlarla hesab­laşmalar» hesabı 60 «Mal­satan və podratçılırlı he­sab­laşmalar» və 75 «Təhsisçilərlə hesablaşmalar» he­sab­larında əks olunmayan bütün növ əməliyyatlar üzrə müxtəlif təşkilatlarla, çeklə ödənilmiş xidmətlərə görə nəqliyyat (dəmiryolu və su yolu) təşkilatları ilə, müəssisənin işçi heyyətinin əmək haqqılarından məhkəmə orqan­ları­nın qə­rarları və sairə əsasən müxtəlif təşkilat və şəxslərin xeyrinə tutulmuş məbləğlər üzrə hesablaşmalar haqqında məlumatları ümumiləşdirməyi nəzərdə tutur.

76 «Müxtəlif debitorlar və kreditorlarla he­sab­laşmalar» hesabı­nın kredit qalığı (saldosu) müəs­si­sə­nin müxtəlif təşkilatlara olan borcunu göstərir. Kre­di­tor borcunun ödənməsi zamanı 50 «Kassa», 51 «He­sablaşma hesabı»nın kredi­ti və 76 «Müx­təlif de­bi­tor və kreditorlarla hesablaşmalar» he­sa­bı­nın debetinə yazılış edilir. Hesabın debet qalığı müəs­si­sə­lərin və ayrı-ayrı şəxslərin müəs­si­səyə olan bor­cunu göstərir. Debi­tor­lar­dan ödənilən borc­la­rın məbləği hesabın kreditində əks olunur.

76 «Müxtəlif debitor və kreditorlarla hesab­laş­malar» hesabı üzrə analitik uçot hər bir debitor və kre­di­tor üzrə aparılır.

«Mühasibat uçotu haqqında» Azərbaycan Res­pub­li­kasının 24 mart 1995-di il Qanununun 22-ci mad­də­si­nin 5-ci bölməsində əsasən iddi müddəti keçmiş debitor borcları, alınması mümkün olmayan digər ümidsiz borclar müəs­si­sənin rəhbərinin qərarı ilə təsərrüfat fəaliyyətinin nəti­cə­lərinə, idarələrdə isə maliyyələşmənin (fondların) azal­dıl­masına silinir.

Borclunun ödəmə qabiliyyətinin olmaması üzün­dən zərərə silinən borc məbləği onun ləğv olunması de­mək deyildir. Həmin borc məbləği borclunun əmlak və­ziy­yəti dəyişdiyi zaman, onun tutulması imkanlarına nə­zarət etmək üçün silindiyi gündən başlayaraq beş il müd­­dətinə balans­arxası hesabda əks olunur. Debitor bor­cunun silinməsi müəssisə rəhbər­inin əmri ilə sənəd­ləşdirilir və bununla əlaqədar aşağıdakı yazılış aparılır:

Debet 80 «Mənfəət və zərər».

Kredit 61 «Verilmiş avanslar üzrə hesablaşmalar».

Kredit 62 «Alıcılar və sifarişçilərlə hesablaşmalar».

Kredit 76 «Müxtəlif debitor və kreditorlarla hesab­laşmalar».

Müəssisə balansından silinmiş debitor borcu 007 «Zərərə silinmiş ümidsiz debitor borcları» ba­lans­­arxası hesabında əks olunur.

İddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri Azər­bay­can Respublikası qanunvericiliyində başqa hallar nəzərdə tutulmadıqda dövlət büdcəsinə köçürülür.

Pul vəsaitləri müəssisənin istehsal-kommersiya fəaliyyətində nə kimi rol oynayır?

Hesablaşmaların hansı növləri və formaları vardır?

Kassa əməliyyatlarının analitik uçotu necə aparılır?

Valyuta əməliyyatları üzrə pul vəsaitlərinin uçotunun aparılması qaydası necədir?

Hansı şəxslərə təhtəlhesab şəxslər deyilir?

Fənn: Maliyyə, pul tədavülü və kredit Mövzu Maliyyənin mahiyyəti. P L a n

2.Dövlətin maliyyə siyasəti
1990-cı ilədək Sovet İttifaqının maliyyə siyasəti K.Marksın və V.İ.Leninin nəzəri müddəalarının təsiri altında formalaşmışdı. Sosialist dövlətinin mahiyyəti haqqında marksist-leninçi nəzəriyyədə dövlətin maliyyə siyasətinin başlıca prinsipi – maliyyə resurslarının dövlətin əlində mərkəzləşdirilməsindən ibarət idi.

Maliyyə siyasətində 1995-ci ildən başlayaraq perspektiv istiqamətlər müəyyən edildi ki, burada da aşağıdakılar nəzərdə tutulmuşdur.

1.Müəssisələrin və vətəndaşların vergiyə cəlb edilməsini, gömrük tariflərini tənzimləmək, idarəetmə aparatının saxlanmasına dövlət xərclərini ixtisar etmək yolu ilə büdcə kəsirinin azaldılmasına nail olmaq.

2. Müəssisə və fiziki şəxslərə vergiqoyma sistemini təkmilləşdirmək və sadələşdirmək, vergilərin sayını xeyli azaltmaq.

3. İnflyasiyanın səviyyəsini azaltmaq, müəssisələrə sahibkarlıq fəaliyyəti seçməkdə sərbəstlik vermək.

4. Ölkədə sənaye və kənd təsərrüfatı istehsalını canlandırmaq, istehsal və maliyyə münasibətlərini sağlamlaşdırmaq qabiliyyətində olan mütəxəssislərin hazırlanmasının genişləndirilməsi.

5. İqtisadiyyatın sabitləşdirilməsi üzrə tədbirlərdə bankların və digər kredit idarələrinin rolunu artırmaq. Bu məqsədlə bank sistemində islahatları elə keçirmək lazımdır ki, bankların əsas məqsədi maksimum mənfəət götürmək deyil, minimum haqla müəssisə və əhaliyə xidmət etmək olsun.

6. Kredit münasibətləri sistemini təkmilləşdirmək, kredit münasibətlərinin inkişafı istehsalın və xidmət sahəsinin inkişafına yardım etməlidir.

7. İstehsal və qeyri – istehsal sferalarında dövlət tədbirlərini maliyyələşdirmək üçün ölkənin maliyyə resurslarının xeyli hissəsini dövlətin əlində (dövlət büdcəsində) təmərküzləşdirmək lazımdır.

8. Perspektivdə dövlət büdcəsinin sosial yönümlüyünü, sosial tələbatlara maliyyə resurslarının ayrılmasını təmin etmək.

Dövlətin maliyyə siyasəti investisiya siyasəti ilə qırılmaz surətdə əlaqədardır.

Dövlətin investisiya siyasəti – maliyyə siyasətinin tərkib hissəsi olub, dövlətin investisiya fəaliyyətini maliyyələşdirməyə münasibətini ifadə edir. O, birincisi, investisiyanın məqsəd və istiqamətini; ikincisi investisiya fəaliyyətinin dövlət tənzimlənməsinin formasını müəyyən edir.

Dövlətin investisiya siyasətinin əsas məqsədi investisiya fəaliyyəti üçün zəruri olan maliyyə resurslarının səfərbər edilməsi, investisiya fəallığının aşağı düşməsinin qarşısının alınması, əsaslı vəsait qoyuluşunun səmərəliliyinin yüksəldilməsindən ibarətdir.

İnvestisiya siyasəti həm dövlət investisiyasının maliyyələşdirilməsini və həm də öz vəsaiti hesabına əsaslı tikintini həyata keçirən xüsusi investisiyalara və müəssisələrə münbit investisiya şəraiti yaratmaqdan ibarətdir.

3. Müəssisənin (Təşkilatın) maliyyə siyasəti və onun hazırlanması
Müəssisənin maliyyə siyasəti – müəssisənin maliyyə resurslarının formalaşması və səmərəli istifadə edilməsinə yönəldilmiş maliyyə resurslarının idarə edilməsi metodlarının məcmusudur.

Müəssisənin maliyyə siyasətinin hazırlanmasının məqsədi müəssisənin strateji və taktiki məqsədlərinə nail olmasına yönəldilən maliyyənin idarə edilməsinin səmərəli sistemini təşkil etməkdən ibarətdir.

Müəssisədə maliyyə siyasətinin işlənib – hazırlanmasının strateji vəzifələri aşağıdakılardan ibarətdir:

kapitalın strukturunun optimallaşdırılması və müəssisənin maliyyə sabitliyinin təmin edilməsi;

maksimum mənfəətin əldə olunması;

müəssisənin maliyyə – iqtisadi fəaliyyətinin şəffaflığına nail olunması;

müəssisənin investisiya cəlbediciliyinin təmin edilməsi;

müəssisə tərəfindən maliyyə resurslarının cəlb edilməsinin bazar mexanizmlərindən (kommersiya krediti, büdcə krediti, qiymətli kağızlar buraxılması və s.) istifadə edilməsi.

Taktiki maliyyə vəzifələri hər bir müəssisə üçün fərdi olur. Onlar strateji vəzifələrdən, vergi siyasətindən, müəssisənin mənfəətindən istehsalın inkişafına istifadə edilməsi imkanlarından irəli gəlir.

Əsasən müəssisənin maliyyə siyasətinin hazırlanmasının əsas istiqamətlərinə aiddir:

1)maliyyə – iqtisadi vəziyyətin təhlili;

2)uçot siyasətinin hazırlanması;

3) kredit siyasətinin hazırlanması;

4) dövriyyə vəsaitinin, kreditor və debitor borclarının idarə edilməsi;

5) xərclərin (məsrəflərin) idarə edilməsi və amortizasiya siyasətinin seçilməsi;

6) divident siyasəti;

7) maliyyənin idarə edilməsi.

Maliyyə – iqtisadi vəziyyətin təhlili maliyyə siyasətinin işlənib – hazırlanmasının əsasını təşkil edir. Burada nəinki maliyyə təhlilinin metoduna, habelə əldə edilmiş nəticənin təhlilinə və idarəetmə qərarlarının işlənib hazırlanmasına diqqət yetirilir.

Müəssisənin fəaliyyətinin maliyyə – iqtisadi təhlilinin əsas komponentləri mühasibat balansının üfüqi, şaquli və trend təhlilidir.

Mühasibat hesablarının təhlili müəssisənin əmlakının tərkibini, maliyyə vəziyyətini, xüsusi vəsaitlərin formalaşması mənbələrini, borc vəsaitinin miqdarını, məhsul (əmtəə, iş və xidmət) satışından əldə edilən satış pulunun həcminin qiymətləndirilməsini müəyyən etmək məqsədilə onda göstərilən mütləq göstəricilərin öyrənilməsi deməkdir. Hesabatların faktiki göstəriciləri müəssisələrin planlaşdırdığı göstəricilərlə müqayisə edilir.

Üfüqi təhlil ilin axırına mühasibat hesabının göstəricilərini ilin əvvəlinə və keçmiş dövrə olan göstəricilərlə müqayisəsindən ibarətdir. Şaquli təhlil balansın ayrı – ayrı ümumi yekun göstəricilərində xüsusi çəkisini müəyyən etmək və nəticəni keçmiş dövrün göstəriciləri ilə müqayisə etmək məqsədi ilə aparılır. Trend təhlili bir neçə il üzrə hesabat göstəricilərinin bazis ilindən nisbi kənarlaşmasının hesablanmasına əsaslanır.

Müəssisənin maliyyə – iqtisadi vəziyyətinin təhlilinin nəticələrinə söykənərək uçot siyasətinin bu və ya digər vəziyyətinin variantı hesablanır. Çünki bu sahədə qəbul edilmiş qərardan birbaşa büdcəyə və büdcədənkənar fondlara keçirilən vergilərin məbləği, balansın strukturu, bir sıra başlıca maliyyə – iqtisadi göstəricilərin əhəmiyyəti asılı olur. Müəssisədə uçot siyasəti müəyyən edilərkən istehsalda xammalın və materialların, azqiymətli və tez xarab olan əşyaların silinməsi qaydaları, bitməmiş istehsalın qiymətləndirlməsi metodları, sürətləndirilmiş amortizasiya tətbiq etmək imkanları mövcud olur.

Müəssisənin kredit siyasətinin hazırlanması. Bu məqsəd üçün balansın passivinin strukturu təhlil edilir, xüsusi və dövriyyə vəsaitlərinin payı, onların nisbəti təhlil edilir, xüsusi dövriyyə vəsaitinin çatışmamazlığı müəyyən olunur. Hesablama əsasında borc alınmış vəsaitə tələbat müəyyən edilir. Bəzi hallarda xüsusi dövriyyə vəsaiti kifayət etdikdə belə, müəssisələrə kredit almaq məqsədəuyğun hesab edilir. Bu o vaxt mümkündür ki, kredit vəsaitinin cəlb edilməsi və istifadəsindən əldə edilmiş səmərə faiz dərəcəsindən yüksək olsun. Müəssisənin kredit siyasəti kredit təşkilatını, faiz dərəcəsinin miqdarını, kreditin ödənilməsi müddətini seçməyi nəzərdə tutur.

Dövriyyə vəsaitinin, debitor və kreditor borclarının idarə edilməsi . Maliyyə siyasəti hazırlanarkən, belə hesab edirlər ki, bu maliyyyənin idarə edilməsinin əsas problemidir. Bu problemin düzgün həll edilməsindən istər xüsusi vəsaitlərin və istərsə də borc alınmış vəsaitlərin istifadəsinin səmərəliliyi çox asılıdır. Müəssisənin maliyyə siyasəti hazırlanarkən nəzərdə tutulmuş dövriyyə vəsaitindən səmərəli istifadə edilməsinin yüksəldilməsinin mühüm amili dövriyyə vəsaitinin dövriyyəsidir.

Xərclərin (məsrəflərin) idarə edilməsi və amortizasiya siyasətinin seçilməsi. İstehsal xərclərinin (məsrəflərinin) və tədavül xərclərinin idarə edilməsinə həsr edilmiş maliyyə siyasəti bölməsinin hazırlanması üçün maliyyə təhlilinin xərc və rentabellik səviyyəsi haqqında məlumatlarından istifadə edilir. Təhlil əsasında xərclərin (dəyişən, sabit və qarışıq) optimallaşdırılması və müəssisənin zərərsiz işləməsinə nail olunması üzrə tədbirlər hazırlanır.

Amortizasiya siyasətinin seçilməsi müəssisənin maliyyə siyasətində böyük əhəmiyyət kəsb edir. Qüvvədə olan qanunvericiliyə əsasən müəssisə tezləşdirilmiş, yəni avadanlıqları dəyişdirmək üçün xərcləri artırmaqla sürətli vəsait yığmaq hüququna malikdir. Müəssisə həmçinin əsas fondların yenidən qiymətləndirilməsini keçirmək, amortizasiya ayırmalarının hesablanması üsulunu müəyyən etmək hüququna malikdir.

Müəssisənin divident siyasəti səhimdar cəmiyyətlərində, istehsal kooperativlərində və istehlak cəmiyyətlərində hazırlanır. Onun seçilməsində aşağıdakıları nəzərə almaq lazımdır:

dividentin ödənilməsi səhmdar cəmiyyəti üzvlərinin və kooperativlərinin marağını təmin edir;

yüksək məbləğdə divident ödənilməsi təşkilatın inkişafına yönəldilən mənfəətin payını azaldır.

Maliyyə siyasəti hazırlanarkən dividentlərin üstünlüklərini və çatışmamazlıqlarını qiymətləndirmək, dividentin ödənilməsinin optimal variantını tapmaq, müəssisənin perspektiv inkişafına məsrəfləri nəzərə almaq lazımdır.

Müəssisənin maliyyəsinin idarə edilməsi . Müəssisənin idarə edilməsinin müasir sistemi planlaşdırılma, normalaşdırma və nizamlaşdırma nəzəriyyələrinə əsaslanır.

4. Azərbaycan Respublikasının maliyyə sistemi
Maliyyə sistemi – qarşılıqlı əlaqə və qarşılıqlı fəaliyyət göstərən maliyyə münasibətlərinin ayrı – ayrı həlqələrinin məcmusudur. Maliyyə sistemi vasitəsilə pul vəsaitlərinin fondlarının bölgüsü, formalaşması və istifadəsi həyata keçirilir. Maliyyə sisteminə ölkənin maliyyə fəaliyyətinin və pul tədavülünün tənzimlənməsinə xidmət edən maliyyə idarələri daxil edilir.

Maliyyə bölgü münasibətlərinin daşıyıcısı olduğuna görə, məhz bu bölgü müxtəlif təsərrüfat subyektləri arasında baş verir. Pul vəsaiti fondlarının yaradılması və istifadəsi qaydasından asılı olaraq maliyyə sistemi iki yerə ayrılır:

1) Ümumdövlət maliyyəsi (mərkəzləşdirilmiş maliyyə);

2) Müəssisə və təşkilatların (təsərrüfat subyektlərinin)

maliyyəsi (qeyri – mərkəzləşdirilmiş maliyyə).

Maliyyə sistemi geniş mənada özünə habelə 3) kredit bank sistemini də (ölkənin banklarını və digər kredit idarələrinin məcmunu) daxil edir. Bu bölmənin hər biri təşkilati struktura malik olmaqla bir neçə həlqədən ibarətdir.

Birinci bölmənin – dövlət maliyyəsinin həlqələri mərkəzləşdirilmiş maliyyəyə aiddir və makro səviyyədə iqtisadiyyatı və maliyyə – bölgü münasibətlərini tənzimləmək üçün istifadə edilir.

İkinci bölmə müəssisə və təşkilatların maliyyəsini qeyri – mərkəzləşdirilmiş maliyyəni əhatə edir və mikro səviyyədə iqtisadiyyatı və sosial münasibətləri tənzimləmək və stimullaşdırmaq üçün istifadə edilir.

Kredit – bank sferası ölkənin banklarından və digər kredit idarələrindən ibarətdir. Ölkənin maliyyə sisteminə maliyyə fəaliyyətini həyata keçirən və tənzimləyən dövlət maliyyə istitutları da (təşkilatlar və idarələr) aiddir.

Azərbaycan Respublikasının maliyyə sistemi

Müəssisə və təşkilatların maliyyəsi

Dövlət maliyyə orqanları sistemi

›Dövlət sığorta fondları

›Kommersiya müəssisələrinin (təşkilatlarının) maliyyəsi

›Dövlət və bələdiyyə müəssisələrinin maliyyəsi

›Qeyri kommersiya müəssisə və təşkilatlarının maliyyəsi

›İctimai təşkilatların və birliklərin maliyyəsi

›AR-nın Milli Bankı

›Bank olmayan kredit təşkilatları

›AR-nın Maliyyə Nazirliyi

›AR-nın subyektlərinin maliyyə orqanları

›AR-nın Vergilər Nazirliyi

Maliyyə sisteminin ayrı-ayrı sferaları (bölmələrə) və həlqələri bir-birindən hər bir həlqənin fəaliyyət xüsusiyyətləri, pul vəsaitləri fondlarının bölüşdürülməsi və istifadəsi metodları ilə və deməli, onların maliyyə sistemindəki rolu ilə fərqlənir.

5. Azərbaycan Respublikasının maliyyə siteminin

ayrı – ayrı əlaqələrinin xarakteristikası
Azərbaycan Respublikasının dövlət büdcəsi dövlətin mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının yaradılması və istifadəsinin əsas maliyyə planıdır. Dövlət büdcəsi dövlətin funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar olan xərclərin maliyyələşdirilməsini təmin edir.

Hazırda Azərbaycan Respublikasının büdcə sistemi iki səviyyədən ibarətdir:

Azərbaycan Respublikasının dövlət büdcəsi;

Dövlət maliyyəsinin növbəti həlqəsi büdcədənkənar məqsədli dövlət fondlarıdır. Büdcədənkənar dövlət fondları Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarına əsasən dövlətə məxsus olan, lakin büdcə sisteminə daxil olmayan maliyyə fondlarıdır.

Büdcədənkənar fondlar həm sosial və həm də iqtisadi xarakterli olurlar.

Büdcədənkənar fondlar ciddi təyinata malikdir. Onların yaradılmasında başlıca məqsəd əhaliyə sosial xidmətin genişləndirilməsi, geridə qalmış infrastruktur sahələrin inkişafının stimullaşdırılması, iqtisadiyyatın aparıcı sahələrinin əlavə vəsaitlə təmin edilməsi və s. ibarətdir. Təsərrüfatçılığın bazar şəraitinə keçildiyi dövrdə aşağıdakı büdcədənkənar dövlət sosial fondları yaradılmışdır: pensiya fondu, sosial sığorta fondu, məcburi tibb sığorta fondu. Bu fondlar dövlət mülkiyyətində olub, maliyyə sisteminin müstəqil maliyyə – kredit idarələri kimi fəaliyyət göstərirdilər. Büdcədənkənar fondlar məqsədli təyinata (əhaliyə göstərilən sosial xidmətin maliyyələşdirilməsi) malikdir.

Sosial təyinatlı büdcədənkənar fondlarla yanaşı iqtisadi təyinatlı fondlar da yaradılır ki, onların hesabına dövlətin iqtisadi vəzifələrinin həll edilməsi tələbatı təmin edilmiş olur. İqtisadi fondlara misal olaraq Dövlət Yol Fondunu, Sahibkarlığa Kömək Milli Fondu, Təbiəti Mühafizə Ehtiyat Fondunu, Məşələrin Qorunub Saxlanması və Təkrar İstehsalı Fondunu, Dövlət Neft Fondunu və s. göstərmək olar.

Qeyd etmək lazımdır ki, istər sosial təyinatlı və istərsə də iqtisadi təyinatlı fondlar müəyyən dövrlərdə yaradıla və ləğv edilə bilər. Belə ki, Azərbaycan Respublikasında yuxarıda sadalanan büdcədənkənar fondların əksəriyyəti ləğv edilmiş və xüsusi təyinatlı büdcə fondlarına çevrilmişlər.

Bütün büdcədənkənar dövlət fondlarının gəlirləri müəssisə, idarə və təşkilatların məcburi tədiyyələri hesabına əmələ gəlir. Büdcədənkənar dövlət fondlarının vəsaitlərinin xərclənməsinə nəzarəti gücləndirmək məqsədilə onlar AR – nın Maliyyə Nazirliyi nəzdində Baş Dövlət Xəzinədarlığında cəmləşdirilmişdir.

Dövlət krediti maliyyə sistemində xüsusi yer tutur . Dövlət krediti – öz xərclərini maliyyələşdirmək üçün dövlət tərəfindən əhalinin, müəssisə və təşkilatların müvəqqəti sərbəst pul vəsaitlərinin cəlb edilməsi üzrə kredit münasibətlərini ifadə edir. Dövlət krediti tədiyyələrin könüllü olaraq dövlət xəzinəsinə ödənilməsinə əsaslanır.

Dövlət krediti dövlət istiqrazlarını, pul – şey lotoreyalarını və digər qiymətli kağızları yerləşdirmək yolu ilə cəlb edilir. Dövlət krediti eyni zamanda dölətin xarici borcudur ki, bu halda dövlət xarici dövlətlərdən büdcə kəsirini ödəmək üçün kredit alır.

Dövlət maliyyəsinin tərkib hissələrindən biri də sığorta fondudur. Sığorta fondu təbii fəlakətlər və bədbəxt hadisələrdən dəyən zərələrin ödənilməsini təmin edir və onların qarşısının alınması üzrə tədbirlərin həyata keçirilməsinə yardım edir.

Maliyyə sisteminin növbəti sferası təsərrüfat subyektlərinin – müxtəlif mülkiyyət formalı müəssisə və təşkilatların maliyyəsidir. Müəssisə və təşkilatlar ictimai tələbatı ödəmək məqsədilə məhsul istehsal etmək, iş görmək və xidmət göstərmək üçün qanunla müəyyən edilmiş qaydada yaradılmış müstəqil təsərrüfat subyektidir, hüquqi şəxsdir.

Müəssisə və təşkilatlarda gəlirlərin əsas hissəsi formalaşır ki, onlar da sonralar müxtəlif kanallar vasitəsilə yenidən bölüşdürülür.

Azərbaycan Respublikasının Mülki Məcəlləsində hüquqi şəxslər kommersiya və qeyri – kommersiya təşkilatlarına (müəssisələrinə) ayrılır.

Beləliklə, müəssisələrin maliyyəsinə maliyyə sisteminin aşağıdakı həlqələri daxildir:

kommersiya əsasında fəaliyyət göstərən müəssisələrin maliyyəsi;

qeyri – kommersiya fəaliyyəti həyata keçirən müəssisələrin maliyyəsi;

dövlət və ya bələdiyyə müəssisələrinin maliyyəsi;

ictimai təşkilatların (birliklərin) maliyyəsi.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43.5 maddəsinə əsasən kommersiya təşkilatları elə hüquqi şəxslərdir ki, onun fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdir.

Kommersiya təşkilatları olan hüquqi şəxslər istehsal kooperativləri, təsərrüfat orqanları və cəmiyyətləri, dövlət müəssisələri, bələdiyyə unitar müəssisələri formasında yaradıla bilərlər.

İstehsal – təsərrüfat fəaliyyəti prosesində müəssisələr öz xüsusi vəsaitlərini mənfəət, amortizasiya ayırmaları və məqsədli pul vəsaitləri fondlarının yaradılması hesabına formalaşdırır. Müəssisələr zəruri hallarda cəlb edilmiş vəsaitlərdən də istifadə edirlər. Cəlb edilmiş vəsaitlər isə: borc alınmış vəsaitlərdən (kredit formasında); səhm buraxılışı və onların satışı hesabına daxil olan səhm kapitalı; konkret investisiya layihələri iştirakçılarının pay vəsaitlərindən ibarətdir.

Müəssisələrin maliyyəsi mikroiqtisadiyyatın əsasını təşkil edir. Maliyyə resurslarının əksəriyyət hissəsi burada formalaşır. Maliyyə sisteminin ümumi durumu müəssisənin maliyyə vəsaitindən bilavasitə asılıdır. Onlar maddi, əmək və maliyyə resurslarının dəyərcə qiymətləndirilməsinin idarə edilməsinə, onların balanslaşdırılmasının təmin edilməsinə imkan verir. Müəssisələrin mənfəəti bütün səviyyəli büdcələrin gəlirlərinin formalaşdırılmasında həlledici rol oynayır. Büdcədən sosial sferanın, iqtisadiyyatın, investisiya proqramının, müdafiənin, ekologiyanın və s. maliyyələşdirilməsi təmin edilir.

Mövzu 3 : Maliyyənin idarə edilməsi və planlaşdırılması
P L A N
1. Maliyyənin idarə edilməsinin mahiyyəti və metodları

2. Maliyyəni dövlət idarəetmə orqanları sistemi və onların vəzifələri

3. Bazar iqtisadiyyatı şəraitində maliyyə planlaşdırılması və proqnozlaşdırılması

4. Maliyyənin idarə edilməsinin avtomatlaşdırılmış sistemi

1. Maliyyənin idarə edilməsinin mahiyyəti və

metodları
İdarəetmə dedikdə, müəyyən nəticələrə nail olmaq üçün məcmu üsul və metodların köməyi ilə obyektə şüurlu, məqsədyönlü təsir başa düşülür.

İdarəetmə fəaliyyətinin mühüm sahəsi maliyyənin idarəedilməsindən ibarətdir. O xüsusi aparat, xüsusi metod, o cümlədən müxtəlif stimul və sanksiyaların köməyi ilə həyata keçirilir.

Digər idarəetmə sistemlərdə olduğu kimi maliyyənin idarə edilməsində də idarəetmənin obyektləri və subyektləri vardır. İdarəetmənin obyekti kimi pul gəlirlərinin və yığımlarının formalaşması və onların təsərrüfat subyektləri və dövlət tərəfindən istifadəsi ilə əlaqədar olan maliyyə münasibətləri ilə çıxış edir. İdarəetmə subyekti isə idarəetməni həyata keçirən təşkilatı struktur hesab edilir.

Maliyyə münasibətlərinin təsnifatına uyğun olaraq, idarəetmə obyekti onların sahəsinə görə təşkilatların (müəssisələrin, idarələrin) maliyyəsi, sığorta münasibətləri, dövlət maliyyəsi, ev təsərrüfatının maliyyəsi kimi müxtəlif qruplara ayrılır. Onlara müəssisələrin maliyyə xidməti (şöbələri), sığorta orqanları, maliyyə orqanları və vergi idarələri kimi idarəetmə subyektləri uyğun gəlir. Maliyyənin idarəedilməsini həyata keçirən təşkilat strukturlarının məcmusu maliyyə aparatı hesab edilir.

İdarəetmə subyektləri maliyyə münasibətlərinin hər bir sahəsində və hər bir həlqəsində maliyyəyə məqsədyönlü təsirin spesifik metodlarından istifadə edirlər. Eyni zamanda onlara idarəetmənin vahid metod və üsulları da məxsusdur. Maliyyənin idarəedilməsində planlaşdırma, operativ idarəetmə, nəzarət kimi mühüm funksional elementləri ayırmaq olar.

Planlaşdırma maliyyənin idarəetmə sistemində əhəmiyyətli yer tutur. Planlaşdırma zamanı təsərrüfatçılığın istənilən subyekti maliyyənin vəziyyətini hərtərəfli qiymətləndirir, maliyyə resurslarının artırılması imkanlarını aşkar edir, onların daha səmərəli istifadə edilməsi istiqamətlərini müəyyən edir. Plan qərarları mühasibat, statistik və operativ hesabatlara əsaslanan maliyyə informasiyasının təhlili əsasında qəbul edilir.

Operativ idarəetmə cari maliyyə vəziyyətinin operativ təhlili əsasında işlənib hazırlanan kompleks tədbirləri ifadə edir və maliyyə resurslarının yenidən bölüşdürülməsinin köməyi ilə az xərclə daha yüksək səmərə əldə etmək məqsədini güdür. Operativ idarəetmənin əsas məzmununu təsərrüfat fəaliyyətini yaxşılaşdırmaq üçün maliyyə resurslarının səmərəli istifadə edilməsindən ibarətdir.

Nəzarət planlaşdırma və operativ idarəetmə prosesində həyata keçirilir. O, maliyyə resurslarının istifadəsi üzrə faktiki nəticələri plan göstəriciləri ilə müqayisə etməyə, maliyyə resurslarının artırılması və onların daha səmərəli istifadə edilməsi ehtiyatlarını aşkar etməyə imkan verir.

Maliyyənin idarə edilməsinin strateji (ümumi) və operativ formaları fərqləndirilir. Strateji idarəetmə proqnozlaşdırma vasitəsilə perspektiv maliyyə resurslarının müəyyən edilməsində, məqsədli proqramın reallaşdırılması üçün maliyyə resurslarının həcmini təyin etməkdə və s. istifadə olunur. O, dövlət və təsərrüfat idarəetmə orqanları tərəfindən: AR-nın Milli Məclisi, Prezident Aparatı, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və b.tərəfindən həyata keçirilir. Operativ idarəetmə maliyyə sistemi aparatının: Maliyyə Nazirliyi, AR subyektlərinin maliyyə orqanlarının, yerli hakimiyyət orqanlarının, büdcədənkənar fondların rəhbərlərinin, sığorta təşkilatlarının, müəssisələrin maliyyə xidmətlərinin (şöbələrin) funksiyalarına daxildir.

2. Maliyyənin dövlət idarəetmə orqanları sistemi və onların vəzifələri

Azərbaycan Respublikasında maliyyənin ümumi (strateji) idarəedilməsi ölkə Konstitusiyasına əsasən dövlət hakimiyyəti orqanlarına AR Milli Məclisinə, Prezident Aparıtına, və AR Hökumətinə həvalə edilmişdir.

Maliyyənin operativ idarə edilməsini maliyyə aparatı həyata keçirir. Onun köməkliyi ilə dövlət iqtisadiyyatın bütün struktur bölmələrinin maliyyə fəaliyyətinə rəhbərlik edir. Maliyyə aparatı operativ maliyyə planlaşdırılması, uçot, təhlil, nəzarət və maliyyə planlarının yerinə yetirilməsi üzrə işləri həyata keçirir.

Xalq təsərrüfatının müəssisə və sahələrində maliyyə fəaliyyətini müəssisənin maliyyə şöbələri və xidmətləri, habelə nazirlik və idarələrin maliyyə bölmələri həyata keçirirlər. Sığorta münasibətlərini xüsusi sığorta strukturları idarə edir . Dövlət maliyyəsinin idarə edilməsi üzrə işləri Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və onların yerlərdəki orqanları həyata keçirirlər.

Milli Məclis AR–nın dövlət büdcəsinə və onun icrasına dair hesabata baxır və təsdiq edir. Milli Məclis habelə vergilər, rüsumlar və məcburi tədiyələr haqqında qanunlara baxır. Bundan başqa o, dövlətin daxili və xarici borclarının həddini müəyyən edir.

Maliyyənin idarə edilməsini həyata keçirən ən mühüm orqan Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və onların yerlərdəki orqanlarıdır. Maliyyənin idarə edilməsi sahəsində onun əsas vəzifələri aşağıdakılardan ibarətdir:

-Azərbaycan Respublikasında dövlətin vahid maliyyə, büdcə və vergi siyasətinin istiqamətlərinə dair təkliflərin hazırlanması və bu siyasətin həyata keçirilməsi;

-Dövlət büdcəsi layihəsinin hazırlanması və icrasının təşkili;

-Dövlət maliyyəsinin sabitliyinin təmin edilməsi və maliyyə bazarının inkişafı üçün zəruri tədbirlərin həyata keçirilməsi;

-Maliyyə resurslarının sosial–iqtisadi inkişafın üstün istiqamətlərində təmərküzləşməsi;

-Azərbaycan Respublikasının iqtisadiyyatına xarici kreditlərin cəlb edilməsi, onların xərclənməsi və hərəkəti üzrə uçotun aparılması və ödənilməsi mənbələrinə dair təkliflərin hazırlanması;

-Büdcə sisteminin planlaşdırılması metodlarının, büdcə-vergi proqnozlaşdırılmasının, maliyyələşdirmə mexanizminin, uçot və hesabat qaydalarının təkmilləşdirilməsi;

-Büdcə vəsaitinin, o cümlədən məqsədli büdcə fondlarının, büdcə təşkilatlarının büdcədənkənar vəsaitlərinin, habelə dövlət zəmanəti ilə alınan daxili və xarici kreditlərin xərclənməsi üzərində maliyyə nəzarətinin həyata keçirilməsi;

-Dövlət büdcəsi vəsaitlərinin idarə edilməsinin, o cümlədən bölgüsünün səmərəliliyinin təmin edilməsi;

-Azərbaycan Respublikası ərazisində əyar nəzarətinin həyata keçirilməsi.

Comments are closed, but trackbacks and pingbacks are open.