Press "Enter" to skip to content

Pyotrun vəsiyyətnaməsi

Beləliklə, Avropa diplomatlarının hazırladığı bu geosiyasi yalanın heç bir əsası yoxdur. Həqiqətən Pyotrun heç bir vəsiyyətnaməsi olmayıb. Tarixçilərimizin olmayan sənəd haqqında irəli sürdükləri fərziyyələr isə heç biri çərçivəyə sığmır. Onillərdir ki, düşmənlərimiz yalançı və saxta vəsiyyətnaməni Türkiyədə yaymaqla faktiki olaraq, Türkiyə-Rusiya yaxınlaşmasının qarşısını alırlar. Bu, Qərbdəki erməni diasporunun aktiv oyunlarından biridir. Əgər son dövrdə Pyotrun Türkiyə və Azərbaycanda yayılan “vəsiyyətnamə”lərinin haradan ortaya çıxdığını araşdırsaq, bunun Ermənistandan qaynaqlandığını görərik. Burada məqsəd isə Türkiyəni Rusiyaya qarşı qoymaqdır. Çünki bu iki böyük dövlətin toqquşması, ermənilərin xeyrinədir. Bu ölkələrin yaxınlaşması isə Ermənistanın regionda əhəmiyyətini itirir. Pyotrun “vəsiyyətlər”inin mövcudluğundan danışan bəzi tarixçilərin bilərəkdən, ya bilməyərək erməni xüsusi xidmət orqanları tərəfindən idarə olunduğuna da inanıram. Onlar ermənilərin Türkiyəni Rusiyaya düşmən etmək məqsədini həyata keçirirlər. Onu da bilmək lazımdır ki, bu saat Avropa və ABŞ-da Rusiya-Türkiyə yaxınlaşmasından çox qorxur. Səbəb: iki qüdrətli ölkənin dostluğu, Avropanın böyük Rusiya xammal bazarını itirməsi və bunun nəticəsində Türkiyənin yeni güc mərkəzinə çevrilməsidir”.

I Pyotrun vəsiyyəti

Azərbaycanın əlverişli coğrafi mövqeyi, zəngin təbii sərvətləri, münbit torpaqları hələ çox qədimdən qonşu dövlətləri özünə cəlb edirdi. Bu, Rusiya imperatoru I Pyotrun ölümündən bir neçə ay əvvəl (1725-ci ildə) rus xalqına yazdığı “Vəsiyyətnamə”sində aydın görünür. O, yazırdı ki, qoy mənim xalqım mənim bu vəsiyyətlərimə əməl etsin. Doğrudan da rus siyasətçiləri, Rusiyanın başçıları bu gün də həmin vəsiyyətlərə çox gözəl əməl edirlər. Elə bil ki, bu sözlər elə bu gün üçün deyilmişdir. “Vəsiyyətnamə” ilk dəfə 1738-ci ildə çap olunmuşdur.

“…Bütün övladlarım bir-birindən sonra Avropa ölkələrində hökmran olacaqlar. Çünki Avropanın bütün dövlət quruluşu köhnəlmiş və qocalmışdır. Lakin rus səltənəti inkişaf edir. Bu inkişafı ağılla tapmışıq. Mən aşa ğıdakı “Vəsiyyətnamə”mi vəsiyyət şəklində yazıram ki, gələcək nəsillərimizin əlində təlimat olsun.

1.Rus dövləti həmişə müharibə müvazinəti hazırlamalı və çalışmalıdır ki, hazırlıq Rusiyanın tərəqqisinə səbəb olsun.

2.Mümkün qədər Avropa dövlətlərindən müharibə vaxtında hərbi sərkərdələri, sülh zamanı isə elm adamlarını Rusi yaya cəlb etməli.

3.Avropa ölkələri arasında fitnə-fəsad törətmək, ziddiyyət salmaq və bu işdə onların biri ilə əlbir olmaq lazımdır. Xüsusilə alman xalqı arasındakı iğtişaşlarda fəal mövqe tutmağa çalışmalı, çünki onlar bizimlə həmsərhəd və bitişikdir.

4.Polşada iğtişaş və qarışıqlıq salmalı, onların əyanlarına xəsislik etmədən rüşvət verib, dəyanətini pozmalı, dövlət işinə zərbə vurmalı, Moskvadan əsgər gətirib orada yerləşdirməli, əgər başqa dövlətlər bizim bu tədbirimizə etiraz edərlərsə, Polşadan bir parça kəsib onlara sükut payı verməli; iş tamam olandan sonra isə o parçanı geri almalı, rus səltənətini möhkəmləndirməli.

5.Mümkün qədər İsveç, Norveç ölkələrində bir istinad məntəqəsi əldə etməli. Onların valisi əlimizdə olarsa, çalışın ki, İsveç, Norveç, Danimarkaya düşmənçilik toxumu səpsin.

6.Rusiya şahza dələri həmişə Almaniya əsilzadələrindən, nüfuzlu adamlardan, valilərdən, rütbə sahiblərindən qız almağı unutmamalıdır. Belə qohumluq bizə həmişə fayda verər.

7.İngilis hökuməti ilə ittifaqda olub, əlaqəni möhkəmləndirin. Çünki bu ticarət işində və dövlətin idarə edilməsində fayda verər. Gəmi qayırmağa gərək olan bütün ləvazimat onlardan alınacaqdır. Bu əlaqə həm silah, həm də gəmiçilik üçün faydalıdır.

8.Rusiya dövlətinin hüdudu Avropadan şimala – Baltik dənizinə, cənubdan isə Qara dənizə qədər olmalıdır. Bunu mühafizə etmək və rus sərhəddini genişləndirmək övladlarımın vəzifəsidir.

9.Rusiya dövlə tini o zaman dünya dövləti adlandırmaq olar ki, onun paytaxtı Asiya və Avropa xəzinələrinin açarı olan İstanbul olsun. Tez və vaxtında çalışıb, İstanbula sahib olan şah, dünyada ilahi şah olacaq. Bu məqsədi həyata keçirmək üçün həmişə Osmanlı ilə İran arasında fitnə-fəsad törətmək, dava-dalaş yaratmaq lazımdır. Bu işdə sünni və şiə məzhəbləri arasındakı ixtilaflar böyük, kəskin silah və qarşısıalınmaz ordudur. Rusiyanın nüfuzunu Asiyada qaldırmaq üçün sünni-şiə ixtilafları yaxşı bir vasitədir. Osmanlı ilə İran dövlətləri arasındakı müvazinəti fitnə-fəsadla elə pozmaq lazımdır ki, onlar bir-biri ilə dil tapa bilməsinlər. Həm İran, həm də Osmanlıya Avropa xalqları ilə təmas tapmağa imkan verməmək lazımdır. Əgər bu ölkələrin müsəlmanları göz açıb hüquqlarını başa düşsələr, o bizə böyük zərbə olar. Həm Osmanlı, həm də İranın din xadimlərini ələ almaq və onların vasitəsilə sünni-şiə ixtilaflarını qızışdırmaq lazımdır. Osmanlını Avropadan ayırmaq lazımdır.

Bizim üləmalarımızın bu günə qədər dövlət işlərinə müdaxilə etməsi Rusiya dövlətinin tərəqqisinə mane olmuşdur. Mən öz səlahiyyətimdən istifadə edərək, onları dövlət işlərindən ayırdım, ruhanilərin dövlət işlərinə müda xiləsini rədd etdim. İndi onlar adi bir vəziyyətdə qalmışlar və əl-qol aça bilmirlər. Mən bunu çox böyük zəhmət bahasına etdim. Ruhanilərin dövlət və millət işlərindən əllərini qısaldıb, onları kilsələrdə məhdudlaşdırdım.

Bundan əlavə, cürbəcür tədbirlər lazımdır ki, İran ölkəsi günü-gündən pulsuz, ticarətsiz qalsın. Xülasə, İranı həmişə tənəzzülə sövq edib, tabe halda saxlamaq lazımdır ki, Rusiya dövləti istədiyi vaxt onu zəhmətsiz məhv etməyə qadir olsun. Amma Osmanlı dövləti məhv olmadan, İranın canını almağımız məsləhət deyildir.

Gürcüstan ölkəsi Qafqaz xəttinin, yəni İranın şah damarıdır. Rusiyanın təsəllüt neştəri həmin damara yetişərsə, fil-fövr ürəyindən zəif qanı açılacaq və onu elə bihal edəcəkdir ki, min Əflatun dirilib gəlsə də, onu islah eləyib sağalda bilməz. O vaxt İran ölkəsi Rusiya şahlarına dəvə kimi müti olacaqdır və Osmanlının axırıncı şöləsi sönəcəkdir.

Maddi ehtiyaclar zonası olan Osmanlının işini qurtardıqdan sonra İranı çətinlik çəkmədən məhv etmək və başını kəsmək mümkündür. Ona görə də siz vaxtı fövt etmədən Gürcüstanı və Qafqazı zəbt və işğal edib, İranın daxili hakimlərini özümüzə xadim və müti etməlisiniz. Ondan sonra Hindistana qəsd etməli. O məm ləkət çox böyük və geniş bir ticarət yeridir. Oranı ələ keçirmiş olsanız, İngiltərə vasitəsilə hasil olunan pul və gəlir əvvəlkindən çox Hindistandan ixrac olunar. Hindistanın açarı Türkiyənin paytaxtıdır. Nə qədər bacarırısınız Qırğız, Xivə və Buxara səhraları tərəfindən irəliləyin ki, məqsədiniz sizə yaxınlaşsın. Vaxt itirməyin, eyni zamanda tələsmək və əcələ yetməkdən imtina edin.

Avstriya dövləti ilə zahirdə dost olmalı, elə bir tədbir görməli ki, Almaniya və Avstriya get-gedə əldən düşsün. Bu şərtlə ki, Avstriya bu yoldaşlıqdan (bizimlə olan yoldaşlıqdan) fayda hasil edə bilməsin. Bu işdə iki yol var: biri Avstriyanı başqa bir tərəfdə məşğul etmək, biri də Avstriyaya Osmanlı torpaqlarından bir parça vermək ki, onun geri alınması asan olsun.

10.Yunan larla sülh və dostluqla rəftar etməli. Müharibə zamanı onlar sizə imdad edərlər (çünki yunanlar Türkiyədən həmişə zərər görmüşlər).

11.İsveç, Norveç, Osmanlı və İranı, Polşanı istila etdikdən sonra, İtaliya və Fransa ilə müttəfiq olub əlaqəyə girin. Əgər onlardan hər hansı birisi dostluğunuzu qəbul etməsə, onda bir vasitə ilə o yeri və əyalətləri məhv ediniz. Bu yerləri ələ keçirdikdən sonra dünya hökmranı olarsınız.

12.Əgər yuxarıda qeyd olunan ölkələrdən biri müharibəni qəbul etməzsə, elə bir tədbir görmək ki, bu iki hökumətin (İtaliya və Fransa) arasında fitnə-fəsad vaqe olsun. Bu vəchlə get-gedə onlardan biri aradan götürülüb bərbad olar. Qalmış hökumətləri tərac edib, zəhmət çəkmədən bütün Avropa üzərində hökmranlıq edərsiniz. İşin axırında sair ölkələrin hamısını öz məmləkətinizə ilhaq edib dünyaya sahib olarsınız.

Pyotrun vəsiyyətnaməsi

Dünən Strateq.az-da “Rusların Xəzər bölgəsinə avqust yürüşü və I Pyotrun vəsiyyətnaməsi – Tarix” – başlığı ilə dərc olunan məqalə Feysbuk sosial şəbəkəsində yayıldıqdan sonra müzakirələrə səbəb olub. Müzakirələrə qoşulan siyasi analitik, BDU-nun müəllimi Tahir Cəfərli qeyd edib ki, “I Pyotrun vəsiyyətnaməsi” adlı sənədin olmadığı ilə bağlı iddiaları düzgün sayır. T.Cəfərli 2015-ci ildə “Həftə içi” qəzetində dərc olunan, onun da fikirlərinin yer aldığı “”I Pyotrun vəsiyyətnaməsi olmayıb” məqaləsini bizə xatırlatdı.

Beləliklə, Strateq.az 2015-ci ildə T.Cəfərlinin “Həftə içi” qəzetində dərc olunan “I Pyotrun vəsiyyətnaməsi olmayıb” sərlövhəli araşdırmasını bir daha oxucuların diqqətinə çatdırır:

“Həqiqətən, I Pyotrun Qafqazı, o cümlədən, Azərbaycanı işğal etməsinin ardından baş verən proseslər, Türkiyə-İran, Rusiya-İran və Rusiya-Türkiyə savaşları və bunların gedişi boyu ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, eləcə də son onilliklərdə Qarabağın işğalı və s. sözügedən sənəddə əks edilmiş siyasi strategiyaya uyğun aparılıb. Və son 20-30 ildə siyasətlə, tarixlə az-çox maraqlananların zehninə Rusiyanın müsəlman və türklərə qarşı təcavüzkar siyasətinin məhz I Pyotrun vəsiyyətinə uyğun qurulduğuna qəti inam yaranıb. Son dövrün tanınmış tarxiçiləri – Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, Əliyar Səfərli, Kərim Şükürov və b. öz çıxış, məqalə və əsərlərində həmin vəsiyyətlərə istinadlar ediblər.

Ancaq son illər Rusiyanın özündə belə, Böyük Pyotrun vəsiyyətinin həqiqiliyinə dair müzakirələr, tədqiqatlar aparılıb və bir sıra fərziyyələr meydana çıxıb.

Vikipediyada rus alimlərinə və elmi mənbələrinə istinadən, əslində I Pyotrun heç bir vəsiyyətnaməsinin olmadığı, bunun həm Rusiya, həm də Avropa diplomatiyası tərəfindən zaman-zaman uydurulmuş geosiyasi yalan olduğu qeyd edilir.

Araşdırmalarımız nəticəsində bəlli oldu ki, Azərbaycanda da bu iddianı irəli sürənlər var. Onlardan biri də artıq mətbuatda siyasi analitik kimi tanınmış BDU-nun müəllimi Tahir Cəfərlidir.

“I Pyotrun o “vəsiyyətnamə”dən xəbəri olmayıb”

– I Pyotrun heç vaxt vəsiyyətnaməsi olmayıb, ortaya çıxarılanlar isə sonradan yazılmış, orijinalı üzə çıxmayan saxta sənəddir. Bir az Rusiya və Avropa tarixindən xəbəri olanlar bu vəsiyyətnamənin hansı səbəbdən və nə məqsədlə yazıldığını yaxşı bilirlər.

– Bəs bunu deməklə nəyə əsaslanırsız? Axı əksər tarix kitablarında tarixçilər onun mövcudluğundan yazırlar?

– “Pyotrun vəsiyyətnaməsi” adlı bir neçə sənəd var, ancaq bunlar saxta sənədlərdir. Yəni Pyotrun bundan xəbəri olmayıb. Gəlin, bir az Pyotr dövrünü təhlil edək. Əvvəla, Pyotrun ölümü gözlənilməz olduğundan, belə bir sənədin mövcudluğuna inanmaq gülüncdür. Amma hakimiyyəti özündən sonra kimə həvalə edəcəyi məsələsi Pyotru düşündürməli idi. O dövrdə Pyotrun öz nəslindən yaratdığı böyük imperiyanı idarə edə biləcək bir şəxsiyyət də gözə dəymir. Avropada olduğu kimi, Rusiyada 1722-ci ildə taxt-taca varislik haqqında fərman qəbul edilsə də, Pyotr öz varisinin adını belə çəkmir. Çünki ətrafında olanların heç biri, o cümlədən, arvadı və uşaqları da onun işinin davamçıları ola bilməzdi. Çünki Pyotr böyük qızı Annanı Rusiya taxt-tacının varisliyindən kənar etmişdi, kiçik qızı kefçil Yelizaveta isə onun yaratdığı ölkəni idarə edə bilməzdi. Odur ki, Yekaterina kəmsavad olsa da, Pyotr 1724-cü ildə onu imperatriça elan etdi.

Əslində I Pyotrun vəfatından sonra vəsiyyətnaməsinin olmamasına görə ölüm anlarında ağzından çıxan yeganə “Hər şeyi ona verin…” sözlərinin məhz Yekaterinaya aid olduğunu iddia edən tərəfdarları onu taxta oturtdular. Ruslar bu haqda “Pyotrun vəsiyyəti” adlı gözəl bir film də çəkiblər. Həmin film bir daha isbat edir ki, Böyük Pyotrun heç bir vəsiyyətnaməsi olmayıb.

“II Yekaterina Pyotrun “vəsiyyəti” ilə Osmanlını xilas etdi”

T.Cəfərli “Bəs “Pyotrun vəsiyyətnaməsi” adıyla ortaya çıxan sənədlər nəyə əsaslanır?” – sualına belə cavab verir: “İlk dəfə “Pyotrun vəsiyyəti” adlı sənədi ortaya çıxaran II Yekaterina (1762-1796) olmuşdur. Avstriya-Macarıstan kralı II İosif II Yekaterinanın yanına gəlir və rus dövlət başçısından Konstantinopolu tutmasına razılıq verməsini istəyir. Əvəzində isə Balkanları, Valaxiyanı və s. regionları Osmanlılardan alıb Rusiyaya verməyi vəd edir. II İosif bunu XVIII əsrdə bir çox Avropa dövlətlərinin qoşulduğu “Şərq məsələsi” adlı sazişə arxalanıb həyata keçirmək istəyirdi. Həmin sazişin mahiyyəti isə əl-ələ verib Osmanlı imperiyasını parçalayıb, bölüşdürməkdən ibarət idi. Yeri gəlmişkən, təəssüf ki, bizim tarix kitablarında bu haqda çox az yazılıb. II Yekaterina Avstriya-Macarıstan rəhbərinin təklifindəki böyük ərazilərin Rusiya üçün boşaldılmasının səbəblərini öz məsləhətçiləri ilə müzakirə edir. Onu başa salırlar ki, bu əraziləri II İosif tutsa da, iqtisadi baxımdan əldə saxlaya bilməyəcək, çünki ac bir regiondur. Rusiya bu təklifə razılaşdığı halda həmin ölkələri öz hesabına saxlamalı olacaq. Konstantinopolu II İosifə verməklə isə Osmanlıyla razılaşmaya əsasən hazırda gömrük rüsumu verməyən Rusiya Aralıq və Qara dənizləri arasındakı boğazlardan keçid üçün rüsum verməli olacaq. Bu da Rusiyaya baha başa gələcək və onu gücdən salacaqdır. II Yekaterina müdrik qadın idi. Anlayır ki, Osmanlı imperiyası dağıdılsa, Rusiyaya həm iqtisadi, həm də güclü siyasi zərər dəyəcək. Daha doğrusu, Osmanlı imperiyasının dağıdılması, elə Rusiya imperiyasının da çökməsinə gətirəcəkdir. II Yekaterina Avstriya-Macarıstan başçısına elə rədd cavabı verməli idi ki, Avropa dövlət başcılarına rusların “Şərq məsələsinə” dair sazişdən çıxmadığını isbat etsin.

Bu minvalla II Yekaterinanın köməkçiləri İosifi sakitləşdirmək üçün “Pyotrun Vəsiyyəti ” adlı guya Pyotrun xətti ilə yazılmış saxta sənədi ortaya çıxarırlar. Və faktiki olaraq İosifin “Şərq məsələsi” planını həyata keçirtməsinin qarşısını alırlar. Rusiya buna icazə versəydi, Osmanlı imperiyasının Avropa ölkələri arasında bölüşdürülməsi hələ XVIII əsrin ortalarında baş tuta bilərdi. Məsələ ondan ibarət idi ki, “Pyotrun vəsiyyətnaməsi”ndə Konstantinopolun ruslar tərəfindən alınmasını vəsiyyət etməsi və II Yekaterinanın imperiya ənənələrinə uyğun olaraq bu “vəsiyyət”i poza bilməməsi İstanbulun işğalının qarşısını aldı. Bundan əlavə, Rusiya imperatriçası belə zənn edirdi ki, iki imperiyanın toqquşması, onun da ölkəsinin dağılmasına gətirib çıxarar. Faktiki olaraq II Yekaterina olmayan yalançı “vəsiyyətnamə”dən istifadə etməklə Osmanlı imperiyasını dağılmaqdan qorudu.

Sonrakı dövrlərdə də Rusiya siyasi elitası Osmanlı imperiyasının dağılmasına qarşı olub, çünki II Yekaterinanın nəvələri və onların övladları da bu siyasi xətti saxlayırdılar. Ruslar heç vaxt Osmanlıya qarşı koalisiyada vuruşmadılar, bu ölkənin bölünməsinə razılıq vermədilər. Tarix bunu sonralar da isbat etdi. Bununla belə, Rusiya imperiyası özü Osmanlı torpaqlarını zəbt etmək planlarından əl çəkmirdi…”.

II Yekaterina dönəmindən 2 əsrdən çox zaman ötsə də, Pyotrun vəsiyyətnaməsi bu gün də gündəmdədir və bir sıra geosiyasi proseslərdə önəmli rol oynayır.

“Avropa həmişə Osmanlı ilə Rusiyanı toqquşdurmağa çalışıb”

T.Cəfərli bunu belə izah edir: “Avropa həmişə Osmanlılarla – Türkiyə ilə rusları toqquşdurmağa çalışıb. Çünki həmin ölkələrin toqquşması Şərqin qapılarını Avropanın üzünə taybatay açırdı. Odur ki, Napoleonun ətrafı bu planı həyata keçirmək üçün Pyotrun “vəsiyyətnaməsi”nin ikinci variantını ortaya çıxartdı. Napoleon Rusiyaya təcavüzünə Osmanlı imperatorunun yanında haqq qazandırmaq və onu özünə müttəfiq etmək üçün belə bir “vəsiyyətnamə”nin olmasını iddia etdi və bunu Osmanlı imperatoruna göstərməklə onu özünə müttəfiq etdi. Ancaq Osmanlı imperatoru sonradan müdrik tərpəndi və Rusiyaya qarşı getmədi…

Pyotrun olduğu iddia edilən həmin “vəsiyyətnamə” isə yalnız fransız dilində mövcuddur, rus dilində orijinalını görən bir nəfər belə olmayıb. Türkiyənin tarix kitablarında da bu “vəsiyyətnamə”dən bəhs edilir. Təəssüf ki, onun saxta olmasından heç kəs yazmır. Maraqlıdır ki, Türkiyə alimləri də bu sənədin saxta olduğunu bilmirlər…

Əslində bu “vəsiyyətnamə” ilə Qərb ölkələri həmişə Türkiyəni Rusiyaya qarşı qoymaq üçün ikincinin Türkiyə üçün daimi düşmən obrazını yaratmaq istəyirdilər.

Pyotrun “vəsiyyətnaməsi”ndən hətta faşist təbliğatının bosu Gebbels də yararlanaraq Türkiyəni Rusiyaya qarşı qoymaq istəyirdi. Amma türklər buna getmədilər.

“Türkiyədə Pyotrun “vəsiyyətnaməsi”ni ermənilər yaydırır”

Beləliklə, Avropa diplomatlarının hazırladığı bu geosiyasi yalanın heç bir əsası yoxdur. Həqiqətən Pyotrun heç bir vəsiyyətnaməsi olmayıb. Tarixçilərimizin olmayan sənəd haqqında irəli sürdükləri fərziyyələr isə heç biri çərçivəyə sığmır. Onillərdir ki, düşmənlərimiz yalançı və saxta vəsiyyətnaməni Türkiyədə yaymaqla faktiki olaraq, Türkiyə-Rusiya yaxınlaşmasının qarşısını alırlar. Bu, Qərbdəki erməni diasporunun aktiv oyunlarından biridir. Əgər son dövrdə Pyotrun Türkiyə və Azərbaycanda yayılan “vəsiyyətnamə”lərinin haradan ortaya çıxdığını araşdırsaq, bunun Ermənistandan qaynaqlandığını görərik. Burada məqsəd isə Türkiyəni Rusiyaya qarşı qoymaqdır. Çünki bu iki böyük dövlətin toqquşması, ermənilərin xeyrinədir. Bu ölkələrin yaxınlaşması isə Ermənistanın regionda əhəmiyyətini itirir. Pyotrun “vəsiyyətlər”inin mövcudluğundan danışan bəzi tarixçilərin bilərəkdən, ya bilməyərək erməni xüsusi xidmət orqanları tərəfindən idarə olunduğuna da inanıram. Onlar ermənilərin Türkiyəni Rusiyaya düşmən etmək məqsədini həyata keçirirlər. Onu da bilmək lazımdır ki, bu saat Avropa və ABŞ-da Rusiya-Türkiyə yaxınlaşmasından çox qorxur. Səbəb: iki qüdrətli ölkənin dostluğu, Avropanın böyük Rusiya xammal bazarını itirməsi və bunun nəticəsində Türkiyənin yeni güc mərkəzinə çevrilməsidir”.

Qərbin Orta əsrlərdən başlayaraq siyasətinin mahiyyəti məşhur italyan filosofu siyasətçisi Makiavellinin “Parçala, hökm sür!” prinsipidir. Qərb bu prinsipə söykənərək Osmanlı imperiyasını dağıtdı. Şah İsmayıl Xətai və Sultan Səlim toqquşmasının arxasında da Qərb dururdu. Qafqazın Rusiyanın tərkibinə keçməsi də Osmanlı-İran qarşıdurmasının nəticəsidir. Səbəbkarları, əlbəttə ki, Qərb və onların “parçala, hökm sür!” siyasətidir. Əgər İran- Osmanlı müharibəsi olmasaydı, bu saat müsəlmanlar dünyanın ağası idilər. İndiki dövrdə də bu siyasət davam edir. Güclənən Türkiyənin regionda nüfuzunu heç etmək üçün İranla Qərbin birləşdiyinin şahidi oluruq. İran-Türkiyə birliyi çox vacib məsələdir. Əfsuslar olsun ki, Türkiyə bu birlik üçün ciddi addım atmır. Bu saat ABŞ Bzejinskinin “Böyük şahmat taxtası” kitabındakı göstərişlərə əməl edərək İrana yaxınlaşır. Çünki İran-ABŞ birliyindən fövqəldövlətin gələcək taleyi asılıdır. Bütün proseslər onu göstərir ki, ABŞ Səudiyyə Ərəbistanının geosiyasi funksiyasını İrana vermək istəyir. Daha düzünü desək, İranı regionda öz müttəfiqinə çevirərək gücləndirmək istəyir. Bu saat Yəmən, Suriya və İraqda gedən proseslər də buna dəlalət edir…”.

Strateq.az

Pyotrun vəsiyyəti

”Pyotrın vəsiyyəti” adı ilə tanınan sənəd 1725-ci ildə Pyotr tərəfindən yazılmışdir. Sonralar bu sənəd Rusiyadaki Fransa səfiri d”Obrenin əlinə keçmişdir. Səfir vəsiyyəti Fransa kralı XV Lyudovikə təqdim etmişdir. Bu sənəd gələcək imperatorlara imperiyani idarə etmək üçün vəsait idi.

“. Rusiya yalnız o zaman dünyəvi dövlət adlana bilər ki, Asiya və Avropanın xəzinələrinin açarı olan İstanbul onun paytaxtı olsun. Boş yerə vaxt itirmək olmaz. İstanbulu ələ keçirmək lazımdır. İstanbula sahib olan çar, dünyanın da sahibi olacaq. . Bu məqsədə çatmaq üçün hər zaman Osmanlı imperiyası ilə İran arasında nifaq salmaq lazımdır. Bu işdə sünni və şiələr arasındakı mübahisə əla vasitə ola bilər. Türkiyə və İran arasındakı tarazlığı elə pozmaq lazımdır ki, onlar ortaq dil tapa bilməsinlər. . Erməniləri və əgər varsa başqa xristianları Gilana və Mazandarana köçürmək, müsəlmanları isə onlar bilmədən tədricən azaltmaq lazimdır. . Nə İrana, nə də Osmanlılara Avropa xalqları ilə əlaqəyə girməyə imkan verilməməlidir. Əgər bu ölkələrin müsəlmanları qayğıdan azad olub öz hüquqlarını bilsələr, bu bizim üçün böyük zərbə olacaq. . Hər yolla çalışmaq lazımdır ki, İran pulsuz və ticarətsiz qalsın. Ən əsası İranı süquta gətirmək , onu asılı vəziyyətdə saxlamaq lazımdır ki, Rusiya istənilən vaxt onu məhv edə bilsin.Lakin İranı Osmanlı dövləti məhv edilməmişdən öncə sıradan çıxarmaq olmaz.Osmanlı dövlətini süqut etdirdikdən sonra, İranı da əziyyətsiz məhv etmək “onun başını kəsmək” olar.Ona görə də vaxt itirmədən siz Qafqazı işğal edərək İranın daxili hakimlərini özünüzün itaətkar qulluqçularınıza çevirməlisiniz. . Yunanlarla dostluq ve sülh içində yaşamaq lazımdır. Müharibə zamanı onlar sizə kömək edəcəklər. Çünki yunanlar həmişə Osmanlılardan ziyan çəkmişlər. ”

  • Teqlər:
  • pyotrun vəsiyyəti

Comments are closed, but trackbacks and pingbacks are open.