Press "Enter" to skip to content

Qabusnamə – Yuxu və istirahət haqqında

В 2009 году Фонд Гейдара Алиева издал на русском языке популярную во многих странах Востока книгу «Габуснамэ». В 2014 году по случаю 10-летия со дня основания Фонда Гейдара Алиева книга была переиздана на азербайджанском и русском языках.

Qabusnamə

Fars ədəbiyyatının qiymətli nümunələrindən olan “Qabusnamə” özünün məzmun rəngarəngliyinə görə geniş şöhrət qazanmışdır. Dünyanın bir çox xalqlarının dillərinə tərcümə edilmiş bu hikmət kitabı dövranın acısını-şirinini dadmış qoca atanın öz oğluna nəsihəti və vəsiyyətindən bəhs edir. Qabusnamə həyatın müxtəlif sahələrinə həsr edilmiş 44 fəsildən ibarətdir. Allahın vəsfinə həsr olunmuş birinci fəsil və peyğəmbərlərin yaranmasına həsr edilmiş ikinci fəsil nəzərə alınmazsa, “Qabusnamə” başdan-ayağa həyati məsələləri öyrətmək, yaşamaq qayda-qanunlarını, X-XI əsr feodal İran cəmiyyətinin yaşayış normalarına uyğun olaraq, təbliğ etmək arzusundan ibarətdir-. “Qabusnamə” dünyanın acı-şirinin dadmış, isti-soyuğunu, ara vermədən bir hökmdarın taxta çıxaraq başqa birisinin şahlığını itirdiyini görmüş, müxtəlif təriqətlər, dini çarpışmalar, saray çəkişmələri, ticarət hiyləgərlikləri, insan dəllallığı, qul alveri şahidi və iştirakçısı qoca bir atanın öz oğluna vəsiyyəti-nəsihət kitabıdır.

“Qabusnamə”ni müsəlman Şərqində pedaqogikanın əsasları kimi yüksək qiymətləndirir, onu gənc nəslin yetişməsində praktiki əhəmiyyətə malik vəsait hesab edirlər. Əsərdə o dövrün musiqi həyatı, musiqiçilərin adət-ənənələri, musiqi təcrübəsində geniş yayılmış musiqi janr və formaları haqqında da qiymətli məlumatlar öz əksini tapmışdır. [1]

Qabusnamə – Yuxu və istirahət haqqında

Ey oğul, bil və agah ol ki, Rum alimlərində belə bir adət vardır: onlar hamamdan çıxdıqdan sonra hamamın geyinmə otağında bir az yatmayınca dışarı çıxmazlar. Belə bir adət başqa heç bir xalqda yoxdur. Müdrik adamlar yuxunu kiçik ölüm adlandırmışlar, çünki istər yatmış olsun, istər ölmüş, heç birinin bu dünyadan xəbəri olmur, fərq ondadırki, biri nəfəsli ölüdür, biri nəfəssiz.
Çox yatmaq təriflənəsi adət deyil: bədəni süstləşdirər, xasiyyəti yerindən oynadar, insanın sifətini təbii halından çıxıb, qeyri-təbii hala salar. Beş şey insana üz verdikdə dərhal onun simasını dəyişdirər: gözlənilməz şadlıq, qəflətən baş vermiş bədbəxtlik, qəzəb, yuxu, sərxoşluq. Altıncısı qocalıqdır, insan qocaldıqda onun siması dəyişər, amma bu, başqa növ dəyişmədir.

İnsan yuxuda olarkən nə diri hesab edilə bilər, nə ölü. Ölüyə ira dtutmaq mümkün olmadığı kimi, yatmışa da irad tutmaq olmaz. Mən demişəm:

Hərçənd cəfa edib bükdün belimi,
Lakin mən üzmərəm səndən əlimi.
Yatmısan, yatanı danlamaq olmaz,
İnciyib atmaram mən gözəlimi.

Çox yatmaq ziyan olduğu kimi, az yatmağın da zərəri vardır. Əgər bir adam yetmiş saat qəsdən yatmasa və ya zorla onu oyaq saxlasalar, ölüm təhlükəsi qarşısında qalmış olar. Lakin hər işin öz əndazəsi vardır. Alimlər deyiblər ki, gecə gündüz iyirmi dörd saatdır. Bunun iki hissəsini oyaq olub, bir hissəsini yatmaq lazımdır, səkkiz saatını kef, əyləncə və ruhi ləzzətə, səkkiz saatını isə yuxuya sərf etmək lazımdır ki, on altı saat içərisində yorulmuş bədənin üzvləri rahatlanıb dincələ bilsin. Cahil adamlar bu iyirmi dörd saatın yarısını yatıb, yarısını oyaq qalarlar, tələbələr iki hissəsini yatıb bir hissəsini məşğul olarlar, ağıllılar isə bir hissəsini istirahət edər, iki hissəsini ayıq olarlar.

Dediyimiz kimi, hər səkkiz saatı bir cür keçirmək lazımdır. Bilməlisən ki, Haqq-Taala gecəni yatmaq üçün, bədənin dincəlməsi üçün yaratmışdır. Necə ki demişdir: “Biz gecəni örtük yaratdıq”.

Bu həqiqəti də bil ki, bütün canlılar bədən və candan ibarətdir. Bədən məskəndir, can isə onun sakini. Canın üç xüsusiyyəti vardır: yaşamaq, yüngüllük və hərəkət, bədənin də üç xüsusiyyətivardır: ölmək, ətalət və ağırlıq. Canla bədən bir yerdə olduqca can bədəni idarə edər, həm işlədər, həm yaşadar, bəzən isə bədənin xüsusiyyətləri onu işdən qoyar, qəflətə sövq edər.

Bədən öz xüsusiyyətini büruzə verdikdə ətalətə, yatmağa meyl göstərərlər, yatmaq evin dağılmasına oxşar, ev dağılanda nə varsa, həmişə aşağı töküldüyü kimi, bədən də yatanda insanın bütün ruhunu əhatə edər: nə qulaq eşidər, nə göz görər, nə burun qoxu bilər, nə damaq ləzzət anlar, nə lamisə işləyər, nə də dil nitqə gəlib bir şey deyə bilər.

Hafizə və fikir öz məkanlarından xaricdə olduqlarından onlara təsir edə bilməz. Görmürsənmi, bədən yatdıqdan sonra fikir müxtəlif yuxular görür, hafizə isə onu yadında saxlayır və insan ayıldıqdan sonra gördüyünü nağıl edir. Əgər bunlar da öz yerlərində olsaydı,onları da əhatə edərdi, onda nə fikrə bir şey gələrdi, nə hafizə onu yadda saxlayardı. Əgər nitq də öz yerində olsaydı, o zaman bədən yata bilməzdi, yata bilib danışa bilsəydi, o halda yuxu və istirahət də olmazdı, çünki bütün canlıların istirahəti yuxudadır. Deməli, Haqq-Taala heç bir şeyi hikmətsiz yaratmamışdır.

Gündüz zorla da olsa özünü yatmaqdan xilas et, bacarmasan, az yatmağa çalış, gecə ilə gündüzü qarışdırmaq ağıllı iş deyil. Böyük və dövlətli adamların adətidir ki, yayda günorta vaxtı bir qədər dincələrlər, ola bilər yatsınlar, ola bilər, yox. Lakin dincəlməyin əsl yolu budur ki, adət olduğu üzrə bir saat istirahət edəsən. Bu mümkün deyilsə, vaxtın xoş keçən bir adamla xəlvətə çəkilmək lazımdır ki, günəş keçsin, hərarətin kəsəri azalsın. Sonra dışarı çıxmaq olar.

Ümumiyyətlə çalışmaq lazımdır ki, ömrün çoxu ayıqlıqda keçsin, onsuz da çox yatmaq lazım gələcəkdir. Lakin istər gecə, istərsə də gündüz yatmaq istərkən tək yatma, elə adamla yat ki, o sənin ruhunu oxşasın, çünki ölmüş və yatmış müəyyən mənada eynidir: nə bunun, nə də onun dünyadan xəbəri olmur, biri diri yatır, biri ölü. Bu iki yatmış arasındakı fərq ondan ibarətdir ki, biri çarəsizlik və məcburiyyət üzündən tək yatır, o birisi isə məcburiyyət olmadığından. Nə üçün bu məcburiyyət olmadığı halda o birisi kimi tək yatasan?!

Odur ki, bu dünyada səninlə yatan adam ruhunu oxşamalıdır, o biri dünyada isə kimin səninlə yatacağının əhəmiyyəti yoxdur. Belə olduqda diri və ölü yatmağın fərqi aşkar olar. Səhər tezdən durmağı adət etmək lazımdır. Elə etmək lazımdır ki, gün çıxmamışdan qabaq durasan və Allahın borcunu vermiş olasan. Gün çıxandan sonra duran adamın ruzisi az olar. Çünki bir tərəfdən namazı buraxmış olar, ikinci tərəfdən namazın babalı onun boynunda qalar. Deməli, səhər tezdən dur və Allahın borcunu ver, ondan sonra öz işlərinə başla. Səhər bir işin olmasa, ova və ya gəzməyə gedə bilərsən, həm şikar ovlarsan, həm kef çəkərsən. Allah qoysa, belə də edərsən.

Qabusnamə

25 февраля 2022 г

Книга «Габуснамэ»

В 2009 году Фонд Гейдара Алиева издал на русском языке популярную во многих странах Востока книгу «Габуснамэ». В 2014 году по случаю 10-летия со дня основания Фонда Гейдара Алиева книга была переиздана на азербайджанском и русском языках.

Книга «Кабуснаме» является этико-дидактическим произведением, охватывающим важные вопросы воспитания и этики. Это произведение было написано падишахом расположенного на юге Азербайджана, а ныне севере Ирана, Гиланского государства Унсурульмаали Кейкавусом в 1082-1083 годах. Оно представляет собой обращение падишаха к сыну Гиланшаху.

Произведение, написанное в жанре наставления, содержит рассказы и изречения мудрецов, простые по стилю, изложенные живо и занимательно.

«Кабуснаме» в средние века была настольной книгой правителей, религиозных деятелей, ученых и учителей. Сочинение, будучи источником нравственности, играло важную роль в воспитании молодого поколения на протяжении многих веков.

Comments are closed, but trackbacks and pingbacks are open.