Qaçqin və məcbui köçkünlər
Nazir müavini qeyd edib ki, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi, o cümlədən onların mənzil və məişət şəraitinin yaxşılaşdırılması üçün dövlət və icmal büdcədən, bütövlükdə 487 milyon manat nəzərdə tutulub.
Azərbaycan qaçqın və məcburi köçkünlər məsələsində Ukraynaya kömək edəcək
Bakı. 21 oktyabr. REPORT.AZ/ Azərbaycan qaçqın və məcburi köçkünlər məsələsi ilə bağlı Ukraynaya yardım göstərəcək. Bununla bağlı iki ölkə arasında məsləhətləşmələrin keçirilməsi gözlənilir. Bunu “Report”a açıqlamasında Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko bildirib. “Ukrayna qaçqın və məcburi köçkünlərlə bağlı bir problemlə üzləşib. Biz buna hazır deyildik və Ukrayna Nazirlər Kabineti bu gün bu vəziyyətdə qalan insanların problemlərini həll etmək üçün inzibati orqan təsis etdi. Biz bu sahədə Azərbaycanın böyük təcrübəsini öyrənmək istəyirik. Bizim üçün indi bu çox mühüm məsələdir”, – səfir deyib. Azərbaycan baş nazirinin müavini Əli Həsənovla görüş keçirildiyini qeyd edən ukraynalı səfir əlavə edib ki, Krım, Sevastopol və Ukraynada məcburi köçkünlər məsələsilə bağlı yeni yaradılmış dövlət departamentinə Azərbaycan tərəfi ilə bu problemə aid olan məsələlərin hüquq çərçivəsində tənzimlənməsi sahəsində əldə etdiyi nailiyyətləri, hüquq xarakterli metodoloji yardım göstərilməsinə dair razılıq əldə edilib. A. Mişenkonun sözlərinə görə, Ukrayna tərəfi qaçqın və məcburi köçkünlər məsələsi ilə bağlı orqanın yaradılması prosesini yekunlaşdırıb, artıq bu qurumun sədri var: “İndi Azərbaycan tərəfindən bu məsləhətləşmələrin aparılması üçün bizim nümayəndə heyətinin səfərinin reallaşdırılması imkanlarını nəzərdən keçirmək üçün Azərbaycan tərəfinə müraciət edəcəyik. Hazırda bu məsləhətləşmələrin keçirilməsi tarixi ilə bağlı razılaşdırılmalar aparırıq. Ümid edirik ki, ilin sonuna qədər bu məsləhətləşmələr baş tutacaq”.
Qarabağ
Ermənistanın 1988-1992-ci illərdə planlı şəkildə həyata keçirdiyi son etnik təmizləmə siyasəti nəticəsində tarixən onun ərazisində yaşamış 250 min nəfər azərbaycanlı son nəfərədək öz doğma yurdlarından zorla qovulmuş və Azərbaycana pənah gətirmişlər. Eyni zamanda 1990-cı ildə Orta Asiyadan didərgin salınmış 50 min nəfərədək məshəti türkü də Azərbaycanda sığınacaq tapmışdır.
1988-ci ildən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın azərbaycanlılar yaşayan 126 yaşayış məntəqəsindən onların zorla çıxarılması planı həyata keçirildi. Məhz bu dövrdə XX əsrin ən faciəli hadisələrindən biri törədildi — Dağlıq Qarabağda 6 min nəfər azərbaycanlının yaşadığı Xocalı şəhəri erməni silahlı qüvvələri tərəfindən Sovet qoşunlarının köməyi ilə bir gecədə darmadağın edildi, 613 nəfər dinc əhali vəhşicəsinə, qəddarlıqla qətlə yetirildi, 150 nəfər itkin düşdü. Bu qanlı faciədə 1000 nəfər dinc sakin müxtəlif dərəcədə şikəst oldu, 1275 nəfər isə — qocalar, qadınlar, uşaqlar əsir aparılaraq dəhşətli təhqirlərə, zülmə və həqarətə məruz qaldı.
Ermənistan silahlı qüvvələrinin 1988-ci ildən başlayaraq ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 %-i Dağlıq Qarabağın, eləcə də ona bitişik olan 7 rayonun ərazisi işğal olunmuş, Dağlıq Qarabağın ətraf rayonlardan isə 600 min nəfərdən çox soydaşımız öz daimi yaşayış yerlərindən məhrum olaraq məcburən köçkün düşmüş və respublikanın 62 şəhər və rayonunda, 1600-dən çox sıx məskunlaşma obyektində müvəqqəti məskunlaşmışlar.
Bundan başqa, respublikamızın Ermənistanla və ya Dağlıq Qarabağla həmsərhəd olan Naxçıvan Muxtar Respublikasının, Ağcabədi, Ağdam, Ağstafa, Füzuli, Tərtər, Goranboy, Gədəbəy, Qazax və Tovuz rayonlarının sərhədyanı yaşayış məntəqələrindən 100 min nəfərdən çox soydaşımız təhlükəsizlik baxımından öz daimi yaşayış yerini tərk etmək məcburiyyətində qalmışdır.
Hal-hazırda münaqişə nəticəsində ölkədə 1 138 450 nəfər qaçqın və məcburi köçkün vardır. Onlardan 350 min nəfər Ermənistandan qovulmuş azərbaycanlı qaçqınlardır. Ermənistan silahlı qüvvələrinin 1988-1993-cü illərdə ölkəmizə hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağdan, eləcə də ona bitişik olan 7 rayondan olan yaşayış məntəqələrindən zorla qovulmuş məcburi köçkünlərin sayı isə 788 950 nəfər təşkil edir.
1988-1992-ci illər ərzində Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min nəfər azərbaycanlı həlak olmuş, 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur.
Münaqişə dövründə 4852 nəfər (o cümlədən 54 uşaq, 323 qadın, 410 qoca) azərbaycanlı itkin düşmüş, onlardan 1368 nəfəri (o cümlədən 169 uşaq, 338 qadın, 286 qoca) əsirlikdən azad edilmiş, 783 nəfəri (o cümlədən 18 uşaq, 46 qadın, 69 qoca) isə bu günədək Ermənistanda əsirlikdədir. Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatına görə 439 nəfər əsirlikdə ölmüşdür.
Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın milli mədəniyyət ocaqlarına erməni təcavüzkarlarının vurduqları ziyanı dəqiq hesablamaq mümkün deyildir. Çünki talan və məhv edilmiş maddi-mənəvi sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir. İlkin və tam müəyyənləşdirilməmiş məlumata görə, mənəvi-psixoloji zərbə ilə bərabər Azərbaycan iqtisadiyyatına 60 milyard ABŞ dollarından çox həcmdə ziyan dəymişdir.
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsi
Qaçqın və məcburi köçkünlərə ŞAD XƏBƏR
5 İLƏDƏK DƏYİŞMƏZ 14%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ 40.000 MANATADƏK KREDİT
Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi xərcləri artırılır.
Bu barədə maliyyə nazirinin müavini Azər Bayramov deyib.
Nazir müavini qeyd edib ki, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi, o cümlədən onların mənzil və məişət şəraitinin yaxşılaşdırılması üçün dövlət və icmal büdcədən, bütövlükdə 487 milyon manat nəzərdə tutulub.
Bu, cari illə müqayisədə 49,5 faiz və ya 161 milyon manat çoxdur.
- Dollarla bağlı çox VACİB AÇIQLAMA
- Hansı bürc hansı bürclə EVLƏNƏ BİLƏR?
- DİQQƏT: Sumqayıtda məşhur brendin adı ilə saxta şampun istehsal olunur
- Polisdən XƏBƏRDARLIQ – Bu axşam saat 22:00-dan. – VİDEO
- Sərnişinlərin nəzərinə – Martın 23-dən martın 26-dək.
- Martın 25-i ilə bağlı CİDDİ XƏBƏRDARLIQ EDİLDİ
- Bayramqabağı əhaliyə ŞAD XƏBƏR
- Bakıda bahalı nömrəli maşında evli xanımlara sataşan “manyak” saxlanıldı – VİDEO
- Sakinləri sevindirəcək TƏKLİF – Masazır, Xırdalan, Sumqayıta metro xətləri.
- Qızların nəzərinə! Bu 6 bürc kişilərdən ideal ər olur
- Martın 25-i ilə bağlı CİDDİ XƏBƏRDARLIQ EDİLDİ
- Azərbaycanın əməkdar artisti dünyasını dəyişdi – FOTO
- Bayramqabağı əhaliyə ŞAD XƏBƏR
- Azərbaycanda işsizlər üçün ŞAD XƏBƏR – Ayda 345 AZN ala bilərsiniz.
- Bakıda tıxaclara son qoyacaq MÖHTƏŞƏM HƏLL – Əhmədli, Biləcəri və Badamdarda. – FOTO
Comments are closed, but trackbacks and pingbacks are open.