Press "Enter" to skip to content

Qafqaz Tarixi Mərkəzinin tədqiqatları əsasında hazırlanmış nadir tarixi kitab çapdan çıxıb

Monqolların birinci hücumundan (1220-1222) sonra Sultan Cəlaləddin 1226-cı ildə Gürcüstanı ələ keçirdi, Tiflisi tutdu. Monqolların ikinci hücumu (1231-1239) Cəlaləddinin Gürcüstandakı hakimiyyətinə son qoydu. 1236-cı ildə monqollar Gürcüstana soxuldu, 1242-ci ildə Gürcüstan işğal edildi. Gürcülər monqollara 50 min qızıl perper verdilər. 1239-1240-cı illərdə monqollar Şimali Qafqazı tutdular. Bütün Qafqaz torpaqları Ali Monqol canişini tərəfindən idarə edilirdi.

Qafqaz orta əsrlərdə

Qafqaz xalqları XI-XIII əsrlərdə. Bu dövrdə Cənubi Qafqazda feodal münasibətləri inkişaf edirdi. Cənubi Qafqazda kənd təsərrüfatının müxtəlif sahələri — taxılçılıq, çəltikçilik, pambıqçılıq geniş yayılmış, üzümçülük və şərabçılıq inkişaf etmişdi. Azərbaycanda ipəkçilik sahəsində müvəffəqiyyətlər əldə edilmişdi. Maldarlıq, xüsusilə atçılıq inkişaf etmişdi. Şimali Qafqaz əhalisinin məşğuliyyətində əsas yeri əkinçilik və maldarlıq tuturdu. Növbəli əkin sistemindən və süni suvarmadan istifadə edilirdi. Torpaqlar əsasən iri feodalların əlində toplanmışdı, iri feodal mülkləri genişlənirdi. Gürcüstanda meydana çıxan iri feodal mülkləri didebuli adlanırdı. İri ruhani feodallar da bu qrupa daxil idi. Sənətkarlıq və ticarət inkişaf edir, yeni şəhərlər meydana çıxır, sənət və ticarət mərkəzinə çevrilirdi. Cənubi Qafqazda Şamaxı, Təbriz, Beyləqan, Gəncə, Dərbənd, Dəbil, Tiflis, Ani kimi şəhərlər var idi. Bu şəhərlər həm də siyasi mərkəz idi. Ermənistan ərazisində Eldənizlərin pulları işlədilirdi.

Şimali Qafqazda da bir sıra kiçik şəhərlər yaranmışdı. Bunlar içərisində Kabarda-Balkarda Qızılburun şəhəri fərqlənirdi. Şimali Qafqazdan Cənubi Qafqaza Şərqi Avropanı birləşdirən beynəlxalq ticarət yolları keçirdi. Xəzər dənizində Dərbənd və Bakı böyük limanlar idi.

XI-XIII əsrlərdə Qafqazda Gürcüstan ərazisində Tao-Klarceti, Abxaziya və Kolxida, Azərbaycan ərazisində Şirvanşahlar dövləti, Eldənizlər dövləti, Dərbənd əmirliyi, Cəfərilərin Tiflis əmirliyi, Şimali Qafqazda Tabasaran maysumluğu (XIII əsr), Qaytaq usmiliyi (XIII əsr), Avar nulçarlığı (XIII əsr) var idi.

Gürcüstanda Tao-Klarseti çarlarının birləşdirmə siyasətini aznaurlar və şəhərlilər müdafiə edirdi. XI əsrdə Tao-Klarceti və Abxaziya birləşdi. IV Baqratın (1027-1072) dövründə mərkəzi hakimiyyət gücləndi və feodal əyanları mərkəzi hakimiyyətə tabe edildi. XI əsrin ortalarında bütün Cənubi Qafqaz Səlcuqların hakimiyyəti altına düşdü. Cənubi Qafqazda türk-islam amili daha da möhkəmləndi. Bizans, erməni və gürcülərin Cənubi Qafqazdan türk-islam amilini sıxışdırmaq cəhdləri baş tutmadı.

Qafqaz XII-XIII əsrlərdə.

1088-1089-cu illərdə Gürcüstanda güclü zəlzələ baş verdi. Ölkənin iqtisadiyyatı və mərkəzi hakimiyyət zəiflədi. IV David (1088-1120)hakimiyyətə gəldikdən sonra bir sıra islahatlar keçirdi. Mərkəzi hakimiyyəti möhkəmləndirdi, gürcü kilsəsini dövlətə tabe etdi. Tao-Klarceti dövlətini vassal asılılığından qurtarmaq üçün bir qızını Şirvanşah III Mənucöhrə, bir qızmı Bizans imperatorunun oğluna verdi, özü isə qıpçaq xanının qızı ilə evlənib 45 min qıpçaq türkünü Şərqi Gürcüstana köçürdü. XI-XIII əsrlərdə Şərqi Gürcüstan gürcü mənbələrində «Didi türk oba», yəni «Böyük türk obası» adlandırılmışdı.

Şirvanşahların Səlcuq imperatorluğu ilə ənənəvi əlaqələrdən üz döndərib gürcülərlə yaxınlaşması Cənubi Qafqazdakı türk-islam birliyinə sarsıdıcı zərbə vurdu. 1122-ci ildə gürcülər Tiflis əmirliyini ləğv etdilər. Ani şəhərini tutdular (1124), Şəki, Lori, Dəryal keçidini ələ keçirdilər.

Səlcuq imperiyasının dağılmasından istifadə edən gürcü çarı III Georgi müsəlman-türk qüvvələrini məğlub etdi, Ani səhərini (1173), 1123-cü ildə Dəbil şəhərini işğal etdi. XII əsrin sonu -XIII əsrin ortalarında gürcü çarlarının xəzinəsi Azərbaycanın qarət olunması hesabına dolduruldu. Samqori kanalı çəkildi, kənd təsərrüfatı inkişaf etdi. Feodallardan asılı kəndlilər qlexlər adlanırdı. Onlar töycü verir, biyara gedirdilər.

Çariça Tamaraəyanların müqavimətini qırdı, Alazan və Samqori kanalını çəkdirdi, İran, İraq, Suriya və digər ölkələrlə ticarəti genişləndirdi. Tamara Azərbaycanın daxili vəziyyətindən istifadə edib onun daxili işinə qarışdı. Erməni əsilli gürcü sərkərdəsi Zaxari Maxarqrdzeli türk-müsəlmanlara qarşı amansız idi. Tamaranın varisi Rusudanın (1222-1245) dövründə Gürcüstanın sərhədləri genişləndi.

Qafqazın monqollar tərəfindən işğalı.

Monqolların birinci hücumundan (1220-1222) sonra Sultan Cəlaləddin 1226-cı ildə Gürcüstanı ələ keçirdi, Tiflisi tutdu. Monqolların ikinci hücumu (1231-1239) Cəlaləddinin Gürcüstandakı hakimiyyətinə son qoydu. 1236-cı ildə monqollar Gürcüstana soxuldu, 1242-ci ildə Gürcüstan işğal edildi. Gürcülər monqollara 50 min qızıl perper verdilər. 1239-1240-cı illərdə monqollar Şimali Qafqazı tutdular. Bütün Qafqaz torpaqları Ali Monqol canişini tərəfindən idarə edilirdi.

Qafqaz xalqları XIV-XV əsrlərdə. XIII əsrin ikinci yarısında Qafqaz iki dövlət arasında bölüşdürülmüşdü. Şimali Qafqaz Qızıl Orda, Cənubi Qafqaz isə Hülakilər dövlətinin (1256-1357) tərkibinə qatılmışdı. Qafqaza tam yiyələnmək üçün bu iki dövlət arasında uzun müddət mübarizə getmişdi. 1335-ci ildə Özbək Dərbəndi tutub Qızıl Ordaya qatdı, lakin bu uzun çəkmədi. Qazan xan Hülakilərin şimal sərhədində müsəlman-türk qoşunu yerləşdirdi və onlara iqta payladı. 1356-1357-ci illərdə Canı bəy Cənubi Qafqaza hücum etdi, Təbrizə qədər irəlilədi, lakin burada möhkəmlənə bilmədi.

Əzəmətli Georgi (1314-1346) Hülakilərin zəifləməsindən istifadə edib Gürcüstanda inkişafa nail oldu və inkişaf XIV əsrin 80-ci illərinə qədər davam etdi. Əmir Teymurun yürüşü bu yüksəlişi dayandırdı. Əmir Teymur Tiflisi ələ keçirdi. 1386-cı ildə V Baqratı (1360-1398) əsir aldı və islamı ona qəbul etdirdi. 1385­ci ildə Toxtamış Dərbənd keçidi ilə Cənubi Qafqaza soxuldu Təbrizə qədər irəlilədi. Cənubi Dağıstan və Şirvan Qızıl Ordanın hakimiyyəti altına düşdü.

Çar I Aleksandrın (1413-1442) dövründə Gürcüstanın dağılmış təsərrüfatının bərpasına cəhd edildi. Bunun üçün xüsusi vergilər müəyyən edildi, lakin əhalinin narazılığı ilə qarşılandı ləğv edildi. Mərkəzi hakimiyyətin zəifləməsi ilə vahid dövlət parçalandı. XVəsrdə Gürcüstan ərazisində Kartli, Kaxetiya, İmeretiya çarlıqları, Samtsxe knyazlığı meydana çıxdı.

XV əsrdə hərbi əməliyyatların dayandırılması Şimali Qafqaz xalqlarının təsərrüfatının canlanmasına səbəb oldu. Dağıstan Kubanda əkinçilik, mərkəzi və dağlıq ərazidə maldarlıq yayılmışdı. Monqolların hücumu zamanı Şimali Qafqazın mərkəzində əkinçilik ləğv edildi, adıgeylər maldarlıqla məşğul olurdular. Burada sənətkarlıq və ticarət də inkişaf etmişdi.

XIV-XV əsrlərdə feodal münasibətləri dərinləşmiş, müxtəlif sosial təbəqələr meydana çıxmışdı. Dağıstanda hakim təbəqəyə şamxal, nulçar, usmi, maysum və s. daxil idi. Torpağı olan kəndlilər uzdenlər, torpağı olmayanlar rəiyyət adlanırdı. Əsas vergi məhsul rentası şəklində alınırdı. Dağıstanda mövcud olan torpaq mülkiyyətinin dörd əsas forması — feodal, dövlət, kəndli və icma torpaqları idi. 1303-cü ildə Qazan xanın islahatı nəticəsində az istifadə olunan və olunmayan torpaqlar iqta şəklində paylandı.

XIV-XV əsrlərdə Şimali Qafqazda Tabasaran maysumluğu, Qaytaq usmiliyi, Avar nulçarlığı, Terek şamxallığı, Tümen knyazlığı var idi. Tabasaran maysumluğunun 60 min qoşunu var idi. Qaytak hakimi Əhməd xan ilk usmi idi. Mərkəzi Maçalıs şəhəri idi. Avar nulçarlığı Dağıstanın dağlıq hissəsində geniş əraziyə malik idi. Mərkəzi Xuznak idi. Terek şamxallığı Terek çayının cənubunda Qaytağa qədər ərazini əhatə edirdi. Mərkəzi Qazıqumux idi. Terek çayının aşağı axarında Tümen knyazlığı yerləşirdi. Qızıl ordu dağılandan sonra Şimali Qafqazda Noqay ordusu meydana gəldi. Noqay ordusu uluslara bölünürdü.

Qafqaz xalqları XVI əsrdə.

XVI əsrdə Qafqazı ələ keçirmək uğrunda Səfəvilərlə Osmanlılar arasında bir əsr davam edən müharibələr başlamışdı. Səfəvilər osmanlıların Qafqaza hücumu­nun qarşısını almaq üçün Avropa dövlətləri ilə ittifaqa girməyə çalışırdı. Polşa, Macarıstan, Venesiya ilə danışığa başladılar. Lakin bu danışıqlar baş tutmadı. Bu dövrdə Gürcüstanda feodal dağınıqlığı mövcud idi. Bundan istifadə edən Səfəvilər onların daxili işlərinə qarışmağa başladı. 1516-cı ildə Mesxetiya çarı Kvarkvare Səfəvilərdən kömək alaraq öz düşmənlərinə qalib gəldi. Bunun üçün o, Səfəvilərə 300 yük ipək vəd etdi. Gürcülərin səfəvilərlə yaxınlaşması Osmanlı sultanını narahat edirdi. XVI əsrin 30-50-ci illərində osmanlıların Cənubi Qafqaza aramsız yürüşləri başladı. Nəticədə təsərrüfat dağıldı, sənətkarlıq və ticarət zəiflədi.

Vergilərin və mükəlləfiyyətlərin ağırlığı xalqın ciddi narazılığına səbəb oldu. 1623-cü ildə Kartli və Kaxetiyada başlanan üsyana aznaur Georgi Saakadze başçılıq edirdi. Şah I Abbas oraya böyük cəza dəstəsi göndərdi və üsyan 1625-ci ildə yatırıldı. Səfəvilər I Temurazı Kartli-Kaxetiya çarı elan etdi. O, Səfəvilərdən asdı vəziyyətə düşdü. Saakadze ona qarşı çıxdı, lakin məğlub olub Osmanlı ərazisinə qaçdı və orada öldürüldü.

XVI əsrdə Şimali Qafqazda müxtəlif xalqlar yaşayırdı. Onların bəziləri XVI əsrdə feodalizmə keçirdi. Buranın əhalisi əkinçilik, maldarlıq, sənətkarlıqla məşğul olurdu. Burada feodal dövlətlərinin inkişaf prosesi güclənirdi. Onların ən böyüyü Qumuq xanlığı idi. Xanlığı idarə edənlər şamxal adlanırdı. Şimali Qafqazda feodal dağınıqlığı yadellilərin buraya soxulmasına imkan verirdi. 1557-ci ildə Kabarda Rusiyanın vassallığını qəbul etdi. Çərkəzlər də rusların vassalına çevrildi.

Qafqaz xalqlarının mədəniyyəti

Sasanilər və Ərəb xilafəti dövründə Qafqazda, o cümlədən Azərbaycanda elm və mədəniyyət inkişaf etmişdi. Məktəb və mədrəsələrdə «Quran» və şəriətlə yanaşı, təbabət, astronomiya, riyaziyyat və s. öyrədilirdi. Azərbaycan ərazisində Torpaqqala, Ləkid məbədi, Girdiman qalası, Dərbənd səddi erkən orta əsr Albaniyasının dəyərli memarlıq abidələri idi.

Cənubi Qafqaz Ərəb xilafətinin tərkibinə daxil olandan sonra tədris dili, dövlət dili, din dili ərəb dili idi. İslam dini rəssamlığı və heykəltəraşlığı qadağan etdiyinə görə, əsasən, xəttatlıq və memarlıq inkişaf etmişdi.

Gürcüstanda yazı V əsrdə yaranmışdı. Gürcüstanda xristianlıq qəbul ediləndən sonra memarlıq inkişaf etmişdi. Erkən orta əsrlərdə yaradılmış «Amirani haqqında əfsanə» geniş yayılmışdı. Eposun qəhrəmanı allahlara qarşı çıxır, odu, metalı xalqa verir, allahlar onu dağa zəncirləyir. Bu epos «Zəncirlənmiş Prometey» əfsanəsi ilə əlaqələndirilir. Bu dövrdə «Kitabi-Dədə Qorqud» boylarının vahid dastan halında formalaşması başa çatdı.

Türk-müsəlman mədəniyyətinin və alimlərinin təsiri altında Gürcüstanda tibb və təbabət elmlərinə dair əsərlər meydana gəldi. Tarixə, fəlsəfəyə dair əsərlər yazıldı. IV David dövründə Kutaisi yaxınlığında Helati monastırında və İkaltoda akademiya yaradılmış, «KartIis-sxovreba» («Gürcüstan tarixi») külliyyatı tərtib edilmişdi.

Qafqazda islam memarlığı ilə yanaşı, xristian memarlığı da inkişaf etmişdi. Bunun ən gözəl nümunələrindən biri Azərbaycanın Dağlıq Qarabağ ərazisində (Ağdərə rayonunun Vəngli kəndində) tikilmiş Qansazar (Ağoğlan) monastırıdır. Bu alban monastırı 1216-1238-ci illərdə Arsax knyazı Həsən Cəlalinın göstərişi ilə tikilmişdi.

Gürcü memarlığının ən gözəl nümunəsi Oskidəki kilsə, Kutaisidəki Baqrat məbədi, Helatidəki monastır və digər memarlıq abidələridir. Bu abidələr mozaika, freska, daş üzərində naxış və s. ilə bəzədilmişdir. XII əsrin sonu XIII əsrin əvvəllərində yaşamış görkəmli gürcü şairi Şota Rustaveli «Pələng dərisi geymiş pəhləvan» poemasını yazmışdır. Poema dünya poeziyasının gözəl nümunələrindən sayılır.

Azərbaycanın görkəmli şairi N.Gəncəvi dünya ədəbiyyatının ən gözəl incilərindən saydan «Xəmsə»sini bu dövrdə yaratmışdır.

XIII əsrdə Qafqazın monqollar tərəfindən işğalı mədəniyyətin inkişafına ağır zərbə vurdu. XV əsrdə Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin meydana gəlməsi maddi və mənəvi mədəniyyətin inkişafına əlverişli şərait yaratdı.

XI-XV əsrlərdə Dağıstan xalqlarının ədəbiyyatı müxtəlif janrlarda inkişaf etdi. Bu dövrdə monqol əsarətinə qarşı «Partu Patimə», yerli feodallara qarşı «Xaçvar haqqında nəğmə» qəhrəmanlıq dastanları yaradılmışdı. XI əsrə aid «Dərbəndnamə» «Dərbəndin və Şirvanın tarixi» əsərləri yazılmışdı. XIII-XIV əsrlərdə Dağıstanda ərəb qrafikası əsasında «Əcəm əlifbası» formalaşdı. Dağıstan xalqlarının şairləri ana dili və ərəb dilində, bəzən Azərbaycan dilində yazırdılar.

  • Teqlər:
  • Qafqaz orta əsrlərdə
  • , Qafqaz
  • , Qafqaz tarixi

Qafqaz Tarixi Mərkəzinin tədqiqatları əsasında hazırlanmış nadir tarixi kitab çapdan çıxıb

“AZER-GLOBE” İnstitutu yanında Qafqaz Tarixi Mərkəzi Gürcüstanda rus məxfi agenti və nümayəndəsi, polkovnik Stepan Daniloviç Burnaşevin (1743-1824) XVIII əsrə aid nadir əsərini tədqiq edib və çapa hazırlayıb. S.Burnaşevin üç əsərinin reprint nəşrini “XVIII əsr Qafqazı rus məxfi agentinin gözü ilə” adı altında “Teas Press” nəşriyyat evi hazırlayıb. Kitab Türkiyədə nəşr edilib və artıq Azərbaycanda satışa çıxarılıb.

“AZER-GLOBE” İnstitutu yanında Qafqaz Tarixi Mərkəzindən AZƏRTAC-a bildirilib ki, nəşrə giriş sözünü Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri, politoloq Fuad Axundov və Qafqaz Tarixi Mərkəzinin direktoru, tarixçi Rizvan Hüseynov yazıblar.

Qafqaz Tarixi Mərkəzi S.Burnaşevin Azərbaycana həsr edilən və itmiş hesab olunan nadir əsərini aşkar edə bilib. Avrasiya xəritəsində mühüm strateji və geosiyasi rol oynayan Qafqaz bütün tarixi dövrlərdə müxtəlif imperiya və dövlətləri özünə cəlb edib. XVIII əsrdə Rusiya imperiyasının Qafqazda fəallaşması ilə əlaqədar olaraq bu regionu təsvir edən bir sıra əsərlər yaranıb. Bu baxımdan gürcü çarı II İraklinin sarayında Rusiyanın nümayəndəsi, habelə məxfi agenti S.Burnaşevin əsərləri maraqlıdır. Onun vəzifələrinə Gürcüstan və Azərbaycan, onların siyasi əhəmiyyəti, hökmdarları və onların nüfuzları haqqında raportlar yazmaq daxil idi. Polkovnik S.Burnaşev geniş agentura şəbəkəsi qurub və nəticədə Qafqaz haqqında mühüm materiallar toplayıb.

Qeyd edək ki, S.Burnaşevin əsərləri və raportlarından aydın olur ki, o zaman Qafqazda heç bir Ermənistan yox idi, azsaylı və seyrək yaşayan erməni əhalisi ala-bəzək etnik palitraya malik idi. Rus məxfi agenti Azərbaycanın bəzi xanlıqlarının nüfuzunu və onların müstəqilliyini xüsusi vurğulamaqla Azərbaycan və Gürcüstanı təsvir edir.

Bu reprint nəşrə S.Burnaşevin Qafqaza aid üç əsəri daxil edilib: “İranda Azərbaycan əyalətlərinin və onların siyasi vəziyyətinin təsviri” (“Opisaniye oblastey Aderbijanskiz v Persii i ix politiçeskoqo sostoyaniya”, 1793), “Gürcüstanın mənzərəsi və ya Kartalin və Kaxetiya çarlıqlarının siyasi vəziyyətinin təsviri” (“Kartina Qruzii ili opisaniye politiçeskoqo sostoyaniya tsarstv Kartalinskoqo i Kaxetinskoqo”, 1793) və “Dağ xalqlarının təsviri” (“Opisaniye qorskix narodov”, 1794).

Qafqaz Tarixi Mərkəzi bir neçə ildir ki, Azərbaycan tarixi üzrə mənbə və arxiv materialların tədqiq edir. Bu müddətdə Azərbaycanın tarixi torpaqlarında, eləcə də Cənubi Qafqazda dövlətçilik tarixi haqqında daha aydın və həcmli təsəvvür yaratmağa imkan verən, indiyədək az məlum olan və hətta geniş ictimaiyyətə, ümumiyyətlə, məlum olmayan xeyli sayda arxiv materialları tapılıb. Azərbaycanın tarixi torpaqları haqqında Qafqaz Tarixi Mərkəzi tərəfindən 300 vahiddən çox müxtəlif arxiv materialı və mənbə toplanıb. Bu, antik dövrdən XIX əsrədək qədim Suriya, İran, gürcü, erməni, ərəb-müsəlman, Osmanlı, rus, Avropa, Amerika mənbələri, arxiv materialları və xəritələrdir.

Bu materiallar əsasında Cənubi Qafqazda guya Azərbaycan ərazilərinin olmamasına və Azərbaycan anlayışının burada yalnız 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaranandan sonra meydana gəlməsinə dair erməni təbliğatının və bəzi xarici dairələrin uydurmalarına tutarlı cavab vermək olar. Bu yolla bəzi xarici dairələr Azərbaycan xalqını Cənubi Qafqazda öz tarixi torpağına mədəni, mənəvi və memarlıq irsinə olan hüquqlarından “məhrum” etmək istəyir. Şübhəsiz, saxtalaşdırmağa və yalana ən yaxşı cavab orta əsrlər mənbələri, arxiv sənədləri və müxtəlif dövlətlərin yazışmalarıdır. Əsərdə bu tarixi mənbələr əsasında əsrlər boyu hansı ərazilərin Azərbaycan adlandırılmasına dair məlumat verilib.

Rusiya mənbələrində çar Rusiyasının Qafqaza gəlişi dövrünə xüsusi diqqət ayrılıb. Rusiya arxivlərinin çoxsaylı materiallarına əsasən demək olar ki, imperiya Qafqazda Azərbaycanın geniş ərazilərini dəqiq göstərib. İmperatorlar I Pyotr, II Pyotr və I Pavelin fərmanlarında, Osmanlı, İran və Rusiya dövlətləri arasında imzalanmış müqavilələrdə Azərbaycan torpaqlarının, o cümlədən İrəvan, Qarabağ və başqalarının adları çəkilir. Həmin müqavilələrdə Qarabağ, Şirvan, Gəncə, İrəvan, Naxçıvan “Azərbaycan əyalətləri” sırasında göstərilir. Bu o deməkdir ki, Rusiya imperatorlarının, Osmanlı sultanlarının və İran şahlarının imzaladıqları beynəlxalq hüquqi sənədlər Azərbaycanı öz əraziləri ilə Qafqazda, Ön və Kiçik Asiyada siyasi-inzibati subyekt kimi tanıyıb və göstərib. Qafqazda Azərbaycan torpaqlarını Rusiya imperatorlarından başqa yüksək vəzifəli rus məmurları, hərbçilər, məxfi agentlər və alimlər də təsvir ediblər. Bu mənbələrə görə, 1813-cü ildə Gülüstan müqaviləsi və 1828-ci ildə Türkmənçay müqaviləsi əsasında Rusiyaya birləşdirilmiş torpaqlar Azərbaycan əraziləridir. Habelə əgər Rusiya imperiyası XIX əsrin əvvəlinədək – birləşməyə qədər bu torpaqları Azərbaycan adlandırırdısa, yuxarıda qeyd olunan müqavilələrdən sonra zəbt edilmiş Cənubi Qafqaz torpaqları barədə danışanda “Azərbaycan” sözünü işlətməyi birmənalı olaraq yığışdırıb.

Qafqaz tarixinə işıq tutan kitab

Vasili Veliçkonun “Qafqaz“ əsərinin yeni nəşri təqdim olundu

Fevralın 3-də Milli Azərbaycan Tarixi Muzeyində görkəmli rus tarixçi-yazarı Vasili Lvoviç Veliçkonun “Qafqaz“ (Rus işi və tayfalararası məsələlər) kitabının yeni nəşrinin (rus dilində) təqdimatı oldu. Qeyd edək ki, çar Rusiyasının Qafqaz siyasətinə, XIX əsrdə və XX əsrin əvvəlində bu regionda cərəyan edən proseslərə işıq tutan kitab ilk dəfə 1904-cü ildə Sankt-Peterburqda nəşr olunub. Sovet dövründə kitab qadağan olunub. 1990-cı ildə Azərbaycanda işıq üzü görüb. Yeni nəşr Qafqaz Strateji Tədqiqatlar İnstitutu tərəfindən çapa hazırlanıb.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik Nailə Vəlixanlı kitabın tarixi əhəmiyyətindən söz açdı. Qafqaz Strateji Tədqiqatlar İnstitutunun təmsilçisi, professor Eldar İsmayılov kitabın yaranma tarixindən danışdı.
AMEA-nın Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov kitabın tarixi əhəmiyyətindən danışaraq bildirdi ki, XIX-XX əsrlərdə Qafqazda gərginlik yaradan həmişə ermənilər olub: “Bu tarixi fakt kitabda da öz əksini tapıb. V.L.Veliçko yaxşı bilib ki, Qafqaz qan bahasına işğal olunub. O, ölkəsini, dövlətini sevən bir şəxs olub. Qafqazı kənd-kənd gəzib, onun tarixini, toponimiyasını və etnoqrafiyasını hərtərəfli öyrənib. Müəllif bu kitabı yazmaqla demək istəyib ki, Rusiya Qafqaz siyasətini dəyişməlidir”.
Tarixçi alim, professor Musa Qasımlı, Gürcüstan Milli Elmlər Akademiyasının akademiki, Gürcüstan Tarixçiləri Milli Komitəsinin sədri Roin Metroveli, Türkiyə Beynəlxalq münasibətlər Şurasının sədr müavini Kamer Kasım çıxış edərək kitabın tarixi əhəmiyyətindən danışdılar.

Comments are closed, but trackbacks and pingbacks are open.