Press "Enter" to skip to content

Qafqaz universieti beynlxalq konfrans 2016

Konfransın dili: Azərbaycan, ingilis və rus dilləri

Qafqaz universieti beynlxalq konfrans 2016

Ana Səhifə Cəmiyyət “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” beynəlxalq konfransı: Prezident iştirak etdi – YENİLƏNDİ

!Reklam – Arxiv
Yeni Çağ Media Qrupu – Aprel 29, 2022 – 14:01
!Reklam – Yazi

Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib.

Yenicag.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib. Qeyd edək ki, aprelin 28-də Şuşada işinə başlayan və bu gün Bakıda davam edən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın ideyası ötən il aprelin 13-də Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda (https://president.az/az/articles/view/51088) yaranmışdı. Həmin konfransda iştirakçılar Qarabağda beynəlxalq konfransın keçirilməsini təklif etmiş və Prezident İlham Əliyev bu təklifi müsbət qiymətləndirmişdi. Şuşanın BMT və digər nüfuzlu təşkilatların tədbirlərinin əsas ünvanına, bölgənin diplomatik paytaxtına çevrilməsi bu qədim Azərbaycan şəhərinin saxta məlumatlar əsasında uzun illər erməni şəhəri kimi tanıtdırılması məqsədilə aparılan çirkin kampaniyaların da iflası deməkdir. Təsadüfi deyil ki, beynəlxalq konfransın iştirakçıları aprelin 28-də Şuşada quruculuq və bərpa mövzusunda “Şuşa – dirçəlişə gedən yol”, postmünaqişə dövrünə dair “Əməkdaşlıq, imkanlar və çağırışlar” adlı panel müzakirələri keçiriblər. Bu mühüm platforma xarici ekspertlərə postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanlarının nəzərdən keçirilməsi, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın formalaşdırdığı Ermənistanla münasibətlərin normallaşdırılması üçün sülh gündəliyinin müzakirəsi baxımından əlverişli imkan yaradır.

*** 10:05 Bu gün Prezident İlham Əliyevin “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransın iştirakçıları ilə görüşü olacaq. Yenicag.az xəbər verir ki, görüş bir qədər sonra Azərbaycan Prezidentinin sosial media hesabları vasitəsilə canlı yayımlanacaq: https://www.youtube.com/user/presidentaz https://www.facebook.com/PresidentIlhamAliyev

www.yenicag.az

  • ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Qafqaz universieti beynlxalq konfrans 2016

14-15 aprel 2023-cü il tarixlərində AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Alban-Udi Xristian Dini İcmasının birgə təşkilatçılığı ilə “Qafqaz Albaniyası: dini və sosial həyatı” adlı X beynəlxalq konfrans keçiriləcək.

Bu barədə “Tehsil.biz”ə AMEA-dan bildirilib.

Azərbaycan Qafqaz Albaniyasının tarixi və etnik-mədəni irsinin sistemli tədqiqi üzrə dünyada əsas tədqiqat mərkəzi rolunu oynayır. Qafqaz Albaniyası min ilə yaxın müddətdə regionun həyatında mühüm yer tutmuş, özündən sonra mühüm tarixi irs qoymuşdur. Bu irsin hərtərəfli tədqiqi nəticəsində Albanşünaslıq elm sahəsi yaranmış və bu gün də inkişaf etməkdədir. Bu sahədə qazanılmış təcrübəni daha da inkişaf etdirmək, dünya Albanşünaslığının görkəmli xadimlərini bir araya gətirmək və səmərəli elmi müzakirələr təşkil etmək məqsədilə “Qafqaz Albaniyası: dini və sosial həyatı” adlı X beynəlxalq konfransın keçirilməsi qərara alınıb.

Konfransın əsas elmi istiqamətləri:

– Qafqaz Albaniyasında xristianlığa qədərki dinlər;

– Qafqaz Albaniyasında xristianlıq;

– Qafqaz Albaniyası və İslam sivilizasiyası;

– Qafqaz Albaniyasında sosial həyatın xüsusiyyətləri.

Konfransın dili: Azərbaycan, ingilis və rus dilləri

Konfransın hybrid formatda keçirilməsi nəzərdə tutulur.

Məqalələr üçün tələblər:

– Konfransda iştirak üçün məruzələrin tezisləri (500 söz həcmində) təqdim olunmalıdır;

– Məqalələr 8-10 səhifə həcmində, şrift – Times New Roman, ölçü – 12, interval – 1, annotasiya – 5-6 cümlə, açar sözlər – 5, ədəbiyyat siyahısı – məqalənin sonunda əlifba sırası ilə (Azərbaycan, ingilis, rus), mətndə istinad – [Сеидова, 2023, с. 5-7].

Məqalələr çap olunacaq. Təqdim olunan mövzular əvvəllər heç bir yerdə dərc edilməmiş olmalıdır. Təşkilat Komitəsi uyğun materialların seçilməsi hüququnu özündə saxlayır.

İştirakçılar üçün tələblər:

Məruzəçinin adı, soyadı, atasının adı, işlədiyi müəssisənin adı və vəzifəsi, elmi dərəcə və elmi adı, elektron poçt ünvanı, əlaqə nömrəsi tezisin yuxarı hissəsində qeyd olunmalı, həmçinin ORCİD kodu göstərilməlidir.

Tezislərin təqdim edilməsi üçün son tarix: 1 mart 2023

Məqalələrin təqdim edilməsi üçün son tarix: 1 may 2023

Tel.: (+99412) 539 36 72, (+994 50) 473 21 32

Qafqaz universieti beynlxalq konfrans 2016

24 Oktyabr 2013, 14:50

Qafqaz universitetinin təşəbbüsü ilə keçirilən AİCT-2013 7-ci Beynəlxalq Konfransı 2-ci günündə bölmələr üzrə Moskva Dövlət universitetinin Bakı filialında və Qafqaz universitetində öz işini davam etdirir. Bu barədə Modern.az-a Qafqaz universitetinin mətbuat xidmətindən məlumat verilib. Moskva Dövlət universitetinin Bakı filialında İspaniyalı alim Ms. Iwona Maciejewska “European Collaborating R&D&i Program – EUREKA – FP7 and Horizon 2020” mövzusunda çıxış edib. Həmin universitetdə Beynəlxalq informasiya təhlükəsizliyi konsorsioumunun görüşü olub. Amerika, İsrail, Rusiya, Kazaxstan, Belarusiya, Fransa və ümumilikdə 12 ölkənin alimləri iştirak ediblər. Görüşdə İnformasiya texnologiyalarının qanunvericiliyi və texniki təhlükəsizlik məsələləri müzakirə olunub. Rusiya Çin Özbəkistan və Tacikistan dövlətləri tərəfindən verilmiş Təhlükəsizlik konvesiyası müzakirə olunaraq, BMT-yə təklif olunacaq. Eyni zamanda, İT üzrə lüğət hazırlanmasıda nəzərdə tutulur. ABŞ və Rusiya tərəfindən 30 termin hazırlanıb.

Modern.az

Comments are closed, but trackbacks and pingbacks are open.