Press "Enter" to skip to content

Qafqaz xalqlari tarixi

Çariça Tamaraəyanların müqavimətini qırdı, Alazan və Samqori kanalını çəkdirdi, İran, İraq, Suriya və digər ölkələrlə ticarəti genişləndirdi. Tamara Azərbaycanın daxili vəziyyətindən istifadə edib onun daxili işinə qarışdı. Erməni əsilli gürcü sərkərdəsi Zaxari Maxarqrdzeli türk-müsəlmanlara qarşı amansız idi. Tamaranın varisi Rusudanın (1222-1245) dövründə Gürcüstanın sərhədləri genişləndi.

cennetmekani

Qafqaz xalqları hər zaman ucaboyluluqları və şirin ləhcələri ilə digər xalqlardan fərqləniblər. Qafqaz xalqları Abxar-adıq xalqları, Ləzgi xalqları, Avar xalqları, Nax- dağıstan xalqları, Vaynaxlar, Türk dilli xalqlar, Kartvel, Hind-avropalılar, Slavyan xalqları, İrandilli xalqlar və Yəhudilərə bölünürlər. Dağıstan Respublikasında əsasən ləzgilər, avarlar, kabardinlər, darginlər, laklar, qaraçaylılar, balkarlar, inquşlar və osetinlər məskunlaşmışdır. Demək olar ki, bu xalqların rəqslərini və musiqilərini sevməyən yoxdur. Çox zəngin və möhtəşəm rəqs elementlərinə, musiqiyə sahibdir bu xalqlar. Elə Dağıstan və Qafqaz deyəndə də ağıla özəlliklə ləzginka rəqsi gəlir. Heç vaxt öz əhəmiyyətini və papulyarlığını itirəməyən bu rəqs hamı tərəfindən sevilir. Kartvel-gürcülər: əslində gürcü xalqı deyəndə ağlıma ilk öncə Şalaxo və Georgian Legend Gürcüstan xalq rəqsləri qrupu gəlir. Elə məni ən çox cəlb edəndə bu xalqın rəqsi və musiqisidir. Bir neçə il bundan öncə Gürcüstanın məşhur rəqs qrupu olan Georgian Legendin rəqslərini izləmişdim. Birdaha Qafqaz xalqları mədəniyyətinin zənginliyinə şahid oldum. Bütün gürcü rəqsləri demək olar ki, öz elementlərinə görə fərqlidi və ifası peşəkarlıq tələb edir. Slavyan xalqları – ruslar onlarında zəngin mədəniyyəti, milli musiqi alətləri və musiqiləri var. Ən zəngin mədəniyyətə malik olan Azərbaycanım – mədəniyyətimizə hamı bələddir. Çoxdandır rəqslərimizdən danışmaq istəyirdim. Naz eləmə, Mirzəyi, Xançobanı, Çütçü, Yallı, Tərəkəmə, Vağzalı, Turacı, Heyvagülü kimi möhtəşəm rəqs havalarımız mövcuddur. Milli rəqslərimiz çox zəngindir və ifa olunan hər bir rəqs elementinin öz mənası, öz ifadəsi var. Milli musiqi alətlərimizə gəlincə burada balabanımızın adını xüsusi vurğulamaq istəyirəm. İllərdir balabanı bütün dünyaya tanıdan məşhur sənətkar Əlixan Səmədovun qonaq olduğu bir proqramı izləmişdim. Türk kanallarının birində yayımlanan həmin bu proqramın aparıcısı balabanı əsil möcüzə adlandırmışdı. Bu alət dinləyəni elə sehirləyir ki, çətinki uzun müddət səsini unuda biləsən. Hazır mədəniyyətimizdən danışmışkən burada yaranması qədim tarixi əhatə edən aşıq sənətini də qeyd edim. Aşıq sənəti YUNESKONUN mədəni irs nümunələri siyahısına daxil olub. Ümumiyyətlə Hind-avropalılara daxil olan erməniləri çıxmaq şərtilə bütün Qafqaz xalqları zəngin mədəniyyəti ilə daim dünyanın diqqət mərkəzindədir.

Qafqaz Evi ideyası: tarixi və bu günü

GİRİŞ: Strateji əhəmiyyətinə görə “Qafqaz Evi” Azərbaycan, Gürcüstan və Şimali Qafqaz xalqlarının təhlükəsizlik və əməkdaşlıq təşkilatı, GUAM isə Avropaya çıxış yolu, “Qafqaz Evi” ilə “Avropa evi”ni birləşdirən vasitə və ya “körpü” kimi qiymətləndirilir. Maraqlı burasıdır ki, Qafqaz İttifaqı ilə bağlı nəzərdən keçirilən konsepsiyaların heç birində Ermənistan Respublikasının adı “Qafqaz Evi”nin yaradıcıları içərisində vurğulanmır, bu isə təsadüfi deyil, diplomatik dairələr, dünyanın görkəmli siyasətçiləri Ermənistanı Rusiyanın strateji müttəfiqi, onun “Qafqaz dəyənəyi və forpostu” hesab edirlər. Rusiya Federasiyası ilə Ermənistan arasında 1997-ci il avqustun 2-də imzalanmış 12 bənddən ibarət “Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım” paktı iki dövlət arasında strateji müttəfiqliyin hüquqi ifadəsidir.

Bu ideyanı ilk dəfə Qafqazda Mirzə Fətəli Axundov irəli sürüb. O illərdə Axundov Qafqazda bu ideyanın üzərində işləyəndə Gürcüstanda İlya Çavçavadze, Ermənistanda isə Xaçatur Abovyan etnik millətçilik ideyası üzərində işləyirdilər.

“Qafqaz Evi” ideyası Axundovun və Mirzə Bala Məmmədzadənin fikirlərində əsas yerlərdən birini tuturdu ki, məhz XIX əsrin sonlarında Qafqaz maarifciləri ilə onlar arasında yazışmalarda bu ideya barədə ilkin müzakirələr gedirdi və onlar ideyanın təbliğini mühüm hesab edirdilər. Bu işin icrasında mühüm rolu isə Paris Siyasi Elmlər Məktəbinin diplomatiya fakültəsində təhsil almış Səlim bəy Behbudov oynayırdı. O, Bakı və Qarabağ milli təşkilatları ilə əlaqə qurmaq üçün sualtı gəmi ilə gizlicə Qafqaz sahillərinə gedərək oradan da Azərbaycana keçir. Eyni zamanda, 1915-ci ildə Türkiyədə marşal Fuad paşanın rəhbərliyi altında “Qafqaz Evi” adlanan siyasi təşkilatın Prezidiumunda Azərbaycanı təmsil edirdi.

Qeyd edək ki, o illərdə yaradılan “Difai” partiyasının da əsas qayəsi bu idi. “Difai” partiyası (“Qafqaz Müsəlman İttifaqı”) 1906-cı ilin payızında Ə.Ağaoğlunun başçılığı ilə Bakıda yaradılmışdı. Təşkilatın ilkin özəkləri Qarabağda təşkil olunmuşdu. Partiya əsasən erməni terrorçularının imperiyanın dəstəyi ilə türk-müsəlman əhalisinə qarşı silahlı hücumlarına, qırğınlar törətməsinə qarşı türk-müsəlman əhalisinin mü-qavimətini təşkil etmək zərurətindən yaradılmışdı. Lakin təşkilatın fəaliyyəti bununla məhdudlaşmamışdır. Belə ki, partiyanın qəbul etdiyi 52 maddədən ibarət proqramı da var idi ki, orada Qafqaz müsəlmanlarının milli birliyi və milli azadlığı ideyaları açıq təbliğ olunurdu. Hətta bu dövrdə keçmiş “Difai”çilər tərəfindən müstəqil Qafqaz müsəlman dövlətinin yaradılması ideyası irəli sürülmüş, Aslan xan Xoyski tərəfindən 1915-ci ilin fevralında gizli surətdə Ənvər paşaya belə bir dövlətin yaradılmasının layihəsi təqdim olunmuşdu. Sarıqamış məğlubiyyətindən sonra Ənvər paşa bu layihəni təsdiqləmiş, lakin müharibənin sonrakı gedişi bu ideyanın həyata keçməsinə imkan verməmişdir.

Axundovun birlik üçün maarifləndirici ideyaları təbliğinə baxmayaraq, Qafqaz evinin yaradılması ideyasını rəsmi səviyyədə Qafqaz regionunun müharibə dövründə inteqrasiya maraqlarını və fəaliyyətini ifadə etmək məqsədini daşıyaraq Məmməd Əmin Rəsulzadəyə aiddir. Rusiyada oktyabr inqilabından sonra Qafqazda Ermənistan, Gürcüstan və Azərbaycan daxil olmaqla, qısamüddətli (24 fevral-26 may 1918-ci il) Qafqaz Federasiyası yaradıldı. Bu, “Qafqaz evi”nin yaradılması istiqamətində ilk cəhd idi. Federasiya 26 may 1918-ci ildə Gürcüstanın, iki gündən sonra isə Azərbaycanın və Ermənistanın öz müstəqilliklərini elan etmələri ilə süquta uğradı. Bu barədə Türkiyə Cümhuriyyəti Baş Bakanlığının Osmanlı arxivində Azərbaycan Xalq Cümhuriyyətini yaradanların Osmanlı Türkiyəsinin hərb naziri Ənvər paşaya 1918-ci il mayın 22-si və 23-ü tarixlərində ünvanladıqları müraciət saxlanılır. Müraciətdə deyilir: “Paşa Həzrətləri! . Osmanlı hökumətinin tashihi-hüdud haqqındakı təklifi ilə müttəhid Qafqaz fikri məhv olur”. Buradan bu ideyanın reallaşmasında Osmanlının maraqlı olduğu görünür.

Üzeyir Hacıbəyovun “Biz hamımız Qafqazlı balasıyıq” adlı məqaləsində də ideyanın region üçün əhəmiyyətli olduğu qeyd edilirdi.

“Qafqaz birliyi”nin əsas müəllifilərindən biri olan Əlimərdan bəy Topçubaşovun təşəbbüsü ilə 1921-ci il mayın 8-də qafqazlı mühacirlər Azərbaycan Cümhuriyyətinin Paris nümayəndəliyinə yığışaraq “Qafqaz konfederasiyası”nı müzakirə etdilər və beləliklə, Azərbaycan, Şimali Qafqaz, Gürcüstan və Ermənistan nümayəndə heyətləri arasında müştərək saziş imzalandı. Bolşevizmin Avropada yayılmasının qarşısını almaq üçün Fransa, İngiltərə kimi nəhəng güclər “Qafqaz konfederasiyası”nı müdafiə etdi və bu yöndə aktiv fəaliyyət üçün mühacir liderlərə maliyyə yardımı ayırdı.

Yeni yaranmış dövlətlər cəmi iki ildən sonra bolşeviklər tərəfindən süquta uğradıldı, 1922-ci ilin martından 1936-cı ilədək Leninin təklifi ilə Zaqafqaziya Sovet Sosialist Respublikası yaradıldı. Lakin bu ittifaqın müvəqqəti ideya olması bəlli idi. Bunu mühacirətdə olan ziyalılar bilirdilər. Ona görə də 1927-ci ildə Polşada Müstəqil Qafqaz Komitəsi yaradıldı. Azərbaycan M.Ə.Rəsulzadə və M.Ə.Mehdiyev, Gürcüstan N.Jardaniya, A.Çxenkeli, A.Asantnani, S.Mdivani ilə təmsil olundu. Simali Qafqaz adından isə M.Sunşev və İ.Xumşov üzv idi.

Yeni bir addım 1935-ci ildə Qafqaz Federasiyası Şurası adı altında yaradılan qurum oldu. Şura Azərbaycan, Gürcüstan və Şimali Qafqazın milli təşkilatlarından formalaşmışdı ki, əsas məqsədi respublikaların konfederasiya formasında müstəqil Qafqaz Respublikasının elan edilməsi idi. 1940-cı ildə şuraya Ermənistan da qoşuldu. Lakin yenə də bu, iflasa uğradı. Rəsulzadənin və onun mühacirətdəki gürcü dostlarının fəallığı ilə 1952-ci il dekabrın 11-16-da Almaniyanın Münhen şəhərində Ümumqafqaz konfransı keçirildi və Rəsulzadə orada Qafqazın gələcəyi, eləcə də Rusiyasız Qafqaz ideyası ilə bağlı fikirlər irəli sürdü. 1951-ci il yanvarın 18-də ABŞ-ın dəstəyi ilə SSRİ xalqlarının Azadlığı Uğrunda Amerika Komitəsi yaradılanda, orada öz gürcü dostları ilə kommunist rejiminə qarşı ciddi mübarizə aparanlardan biri və birincisi Rəsulzadə idi.

“Qafqaz Evi” ideyasının qızğın tərəfdarı kimi azərbaycanlılar xüsusi fəallıq göstəriblər o illərdə. Sovetlər Birliyi dağılana kimi mühacirlərin yaşadığı ölkələrdə dövlət səviyyəsində mühüm sənədlərin qəbulu zamanı azərbaycanlılar ümumqafqaz maraqlarına əsaslanaraq Gürcüstan və Dağlılar Respublikasının nümayəndələri ilə əlbir fəaliyyət göstərirdi. Təəssüf ki, bizim günlərdə olduğu kimi, həmin dövrdə də ermənilər “Qafqaz evi”nə münasibətdə destruktiv mövqe tutduqlarından, region xalqlarının siyasi-iqtisadi və mənəvi birliyi üçün son dərəcə vacib olan bu ideyanı həyata keçirmək mümkün olmamışdı.

Sovetlər Birliyi dağılandan sonra -1989-cu ildə Qafqaz xalqları birlik üçün yenidən cəhdlər etməyə başladılar. Bu istiqamətdə ilk addım olaraq 1989-cu ildə Qafqaz Dağlı Xalqları Assambleyası quruldu və 1991-ci ildə bu təşkilat çeçenləri, kabardinleri, adıgeyləri, abazinləri, abazaları və Qafqazın digər xalqlarını birləşdirən bir Konfederasiyaya çevrildi. 1992-ci ilin sentyabr ayında Çeçenistanın ilk prezidenti Cövhər Dudayev Qroznıda “Ümumi Qafqaz Evi” təşkilatının üzvləri üçün dəyirmi masanın təşəbbüskarı oldu. “Ümumi Qafqaz Evi” forum kimi qeydiyyata alındı və onun başçısı prezident Cövhər Dudayev təyin edildi. Qafqaz evinin ümumi forumunun yaradılması ideyası Çeçenistanda müharibənin başlanması ilə dayandı. Sonralar bu missiyanı Gürcüstan və Azərbaycan qəbul etmişdir və bu, Bakıda keçirilən konfransda öz əksini tapmışdır. Konfransda Qafqaz xalqlarına regionda etnik konfliktlərin baş verməməsi üçün Ümumi Qafqaz Evinin yaradılması ilə bağlı çağırış səslənmişdir. Artıq mətbuatda “Qafqaz Evi”, “Qafqaz Xalqları Federasiyası”, “Qafqaz Konfederasiyası” kimi ideyalar ortaya atılırdı ki, Tiflis, Bakı, Nalçik, Mahaçqala, Qroznı kimi iri şəhərlərdə bir sıra qurultaylar da keçirildi.

Qafqaz orta əsrlərdə

Qafqaz xalqları XI-XIII əsrlərdə. Bu dövrdə Cənubi Qafqazda feodal münasibətləri inkişaf edirdi. Cənubi Qafqazda kənd təsərrüfatının müxtəlif sahələri — taxılçılıq, çəltikçilik, pambıqçılıq geniş yayılmış, üzümçülük və şərabçılıq inkişaf etmişdi. Azərbaycanda ipəkçilik sahəsində müvəffəqiyyətlər əldə edilmişdi. Maldarlıq, xüsusilə atçılıq inkişaf etmişdi. Şimali Qafqaz əhalisinin məşğuliyyətində əsas yeri əkinçilik və maldarlıq tuturdu. Növbəli əkin sistemindən və süni suvarmadan istifadə edilirdi. Torpaqlar əsasən iri feodalların əlində toplanmışdı, iri feodal mülkləri genişlənirdi. Gürcüstanda meydana çıxan iri feodal mülkləri didebuli adlanırdı. İri ruhani feodallar da bu qrupa daxil idi. Sənətkarlıq və ticarət inkişaf edir, yeni şəhərlər meydana çıxır, sənət və ticarət mərkəzinə çevrilirdi. Cənubi Qafqazda Şamaxı, Təbriz, Beyləqan, Gəncə, Dərbənd, Dəbil, Tiflis, Ani kimi şəhərlər var idi. Bu şəhərlər həm də siyasi mərkəz idi. Ermənistan ərazisində Eldənizlərin pulları işlədilirdi.

Şimali Qafqazda da bir sıra kiçik şəhərlər yaranmışdı. Bunlar içərisində Kabarda-Balkarda Qızılburun şəhəri fərqlənirdi. Şimali Qafqazdan Cənubi Qafqaza Şərqi Avropanı birləşdirən beynəlxalq ticarət yolları keçirdi. Xəzər dənizində Dərbənd və Bakı böyük limanlar idi.

XI-XIII əsrlərdə Qafqazda Gürcüstan ərazisində Tao-Klarceti, Abxaziya və Kolxida, Azərbaycan ərazisində Şirvanşahlar dövləti, Eldənizlər dövləti, Dərbənd əmirliyi, Cəfərilərin Tiflis əmirliyi, Şimali Qafqazda Tabasaran maysumluğu (XIII əsr), Qaytaq usmiliyi (XIII əsr), Avar nulçarlığı (XIII əsr) var idi.

Gürcüstanda Tao-Klarseti çarlarının birləşdirmə siyasətini aznaurlar və şəhərlilər müdafiə edirdi. XI əsrdə Tao-Klarceti və Abxaziya birləşdi. IV Baqratın (1027-1072) dövründə mərkəzi hakimiyyət gücləndi və feodal əyanları mərkəzi hakimiyyətə tabe edildi. XI əsrin ortalarında bütün Cənubi Qafqaz Səlcuqların hakimiyyəti altına düşdü. Cənubi Qafqazda türk-islam amili daha da möhkəmləndi. Bizans, erməni və gürcülərin Cənubi Qafqazdan türk-islam amilini sıxışdırmaq cəhdləri baş tutmadı.

Qafqaz XII-XIII əsrlərdə.

1088-1089-cu illərdə Gürcüstanda güclü zəlzələ baş verdi. Ölkənin iqtisadiyyatı və mərkəzi hakimiyyət zəiflədi. IV David (1088-1120)hakimiyyətə gəldikdən sonra bir sıra islahatlar keçirdi. Mərkəzi hakimiyyəti möhkəmləndirdi, gürcü kilsəsini dövlətə tabe etdi. Tao-Klarceti dövlətini vassal asılılığından qurtarmaq üçün bir qızını Şirvanşah III Mənucöhrə, bir qızmı Bizans imperatorunun oğluna verdi, özü isə qıpçaq xanının qızı ilə evlənib 45 min qıpçaq türkünü Şərqi Gürcüstana köçürdü. XI-XIII əsrlərdə Şərqi Gürcüstan gürcü mənbələrində «Didi türk oba», yəni «Böyük türk obası» adlandırılmışdı.

Şirvanşahların Səlcuq imperatorluğu ilə ənənəvi əlaqələrdən üz döndərib gürcülərlə yaxınlaşması Cənubi Qafqazdakı türk-islam birliyinə sarsıdıcı zərbə vurdu. 1122-ci ildə gürcülər Tiflis əmirliyini ləğv etdilər. Ani şəhərini tutdular (1124), Şəki, Lori, Dəryal keçidini ələ keçirdilər.

Səlcuq imperiyasının dağılmasından istifadə edən gürcü çarı III Georgi müsəlman-türk qüvvələrini məğlub etdi, Ani səhərini (1173), 1123-cü ildə Dəbil şəhərini işğal etdi. XII əsrin sonu -XIII əsrin ortalarında gürcü çarlarının xəzinəsi Azərbaycanın qarət olunması hesabına dolduruldu. Samqori kanalı çəkildi, kənd təsərrüfatı inkişaf etdi. Feodallardan asılı kəndlilər qlexlər adlanırdı. Onlar töycü verir, biyara gedirdilər.

Çariça Tamaraəyanların müqavimətini qırdı, Alazan və Samqori kanalını çəkdirdi, İran, İraq, Suriya və digər ölkələrlə ticarəti genişləndirdi. Tamara Azərbaycanın daxili vəziyyətindən istifadə edib onun daxili işinə qarışdı. Erməni əsilli gürcü sərkərdəsi Zaxari Maxarqrdzeli türk-müsəlmanlara qarşı amansız idi. Tamaranın varisi Rusudanın (1222-1245) dövründə Gürcüstanın sərhədləri genişləndi.

Qafqazın monqollar tərəfindən işğalı.

Monqolların birinci hücumundan (1220-1222) sonra Sultan Cəlaləddin 1226-cı ildə Gürcüstanı ələ keçirdi, Tiflisi tutdu. Monqolların ikinci hücumu (1231-1239) Cəlaləddinin Gürcüstandakı hakimiyyətinə son qoydu. 1236-cı ildə monqollar Gürcüstana soxuldu, 1242-ci ildə Gürcüstan işğal edildi. Gürcülər monqollara 50 min qızıl perper verdilər. 1239-1240-cı illərdə monqollar Şimali Qafqazı tutdular. Bütün Qafqaz torpaqları Ali Monqol canişini tərəfindən idarə edilirdi.

Qafqaz xalqları XIV-XV əsrlərdə. XIII əsrin ikinci yarısında Qafqaz iki dövlət arasında bölüşdürülmüşdü. Şimali Qafqaz Qızıl Orda, Cənubi Qafqaz isə Hülakilər dövlətinin (1256-1357) tərkibinə qatılmışdı. Qafqaza tam yiyələnmək üçün bu iki dövlət arasında uzun müddət mübarizə getmişdi. 1335-ci ildə Özbək Dərbəndi tutub Qızıl Ordaya qatdı, lakin bu uzun çəkmədi. Qazan xan Hülakilərin şimal sərhədində müsəlman-türk qoşunu yerləşdirdi və onlara iqta payladı. 1356-1357-ci illərdə Canı bəy Cənubi Qafqaza hücum etdi, Təbrizə qədər irəlilədi, lakin burada möhkəmlənə bilmədi.

Əzəmətli Georgi (1314-1346) Hülakilərin zəifləməsindən istifadə edib Gürcüstanda inkişafa nail oldu və inkişaf XIV əsrin 80-ci illərinə qədər davam etdi. Əmir Teymurun yürüşü bu yüksəlişi dayandırdı. Əmir Teymur Tiflisi ələ keçirdi. 1386-cı ildə V Baqratı (1360-1398) əsir aldı və islamı ona qəbul etdirdi. 1385­ci ildə Toxtamış Dərbənd keçidi ilə Cənubi Qafqaza soxuldu Təbrizə qədər irəlilədi. Cənubi Dağıstan və Şirvan Qızıl Ordanın hakimiyyəti altına düşdü.

Çar I Aleksandrın (1413-1442) dövründə Gürcüstanın dağılmış təsərrüfatının bərpasına cəhd edildi. Bunun üçün xüsusi vergilər müəyyən edildi, lakin əhalinin narazılığı ilə qarşılandı ləğv edildi. Mərkəzi hakimiyyətin zəifləməsi ilə vahid dövlət parçalandı. XVəsrdə Gürcüstan ərazisində Kartli, Kaxetiya, İmeretiya çarlıqları, Samtsxe knyazlığı meydana çıxdı.

XV əsrdə hərbi əməliyyatların dayandırılması Şimali Qafqaz xalqlarının təsərrüfatının canlanmasına səbəb oldu. Dağıstan Kubanda əkinçilik, mərkəzi və dağlıq ərazidə maldarlıq yayılmışdı. Monqolların hücumu zamanı Şimali Qafqazın mərkəzində əkinçilik ləğv edildi, adıgeylər maldarlıqla məşğul olurdular. Burada sənətkarlıq və ticarət də inkişaf etmişdi.

XIV-XV əsrlərdə feodal münasibətləri dərinləşmiş, müxtəlif sosial təbəqələr meydana çıxmışdı. Dağıstanda hakim təbəqəyə şamxal, nulçar, usmi, maysum və s. daxil idi. Torpağı olan kəndlilər uzdenlər, torpağı olmayanlar rəiyyət adlanırdı. Əsas vergi məhsul rentası şəklində alınırdı. Dağıstanda mövcud olan torpaq mülkiyyətinin dörd əsas forması — feodal, dövlət, kəndli və icma torpaqları idi. 1303-cü ildə Qazan xanın islahatı nəticəsində az istifadə olunan və olunmayan torpaqlar iqta şəklində paylandı.

XIV-XV əsrlərdə Şimali Qafqazda Tabasaran maysumluğu, Qaytaq usmiliyi, Avar nulçarlığı, Terek şamxallığı, Tümen knyazlığı var idi. Tabasaran maysumluğunun 60 min qoşunu var idi. Qaytak hakimi Əhməd xan ilk usmi idi. Mərkəzi Maçalıs şəhəri idi. Avar nulçarlığı Dağıstanın dağlıq hissəsində geniş əraziyə malik idi. Mərkəzi Xuznak idi. Terek şamxallığı Terek çayının cənubunda Qaytağa qədər ərazini əhatə edirdi. Mərkəzi Qazıqumux idi. Terek çayının aşağı axarında Tümen knyazlığı yerləşirdi. Qızıl ordu dağılandan sonra Şimali Qafqazda Noqay ordusu meydana gəldi. Noqay ordusu uluslara bölünürdü.

Qafqaz xalqları XVI əsrdə.

XVI əsrdə Qafqazı ələ keçirmək uğrunda Səfəvilərlə Osmanlılar arasında bir əsr davam edən müharibələr başlamışdı. Səfəvilər osmanlıların Qafqaza hücumu­nun qarşısını almaq üçün Avropa dövlətləri ilə ittifaqa girməyə çalışırdı. Polşa, Macarıstan, Venesiya ilə danışığa başladılar. Lakin bu danışıqlar baş tutmadı. Bu dövrdə Gürcüstanda feodal dağınıqlığı mövcud idi. Bundan istifadə edən Səfəvilər onların daxili işlərinə qarışmağa başladı. 1516-cı ildə Mesxetiya çarı Kvarkvare Səfəvilərdən kömək alaraq öz düşmənlərinə qalib gəldi. Bunun üçün o, Səfəvilərə 300 yük ipək vəd etdi. Gürcülərin səfəvilərlə yaxınlaşması Osmanlı sultanını narahat edirdi. XVI əsrin 30-50-ci illərində osmanlıların Cənubi Qafqaza aramsız yürüşləri başladı. Nəticədə təsərrüfat dağıldı, sənətkarlıq və ticarət zəiflədi.

Vergilərin və mükəlləfiyyətlərin ağırlığı xalqın ciddi narazılığına səbəb oldu. 1623-cü ildə Kartli və Kaxetiyada başlanan üsyana aznaur Georgi Saakadze başçılıq edirdi. Şah I Abbas oraya böyük cəza dəstəsi göndərdi və üsyan 1625-ci ildə yatırıldı. Səfəvilər I Temurazı Kartli-Kaxetiya çarı elan etdi. O, Səfəvilərdən asdı vəziyyətə düşdü. Saakadze ona qarşı çıxdı, lakin məğlub olub Osmanlı ərazisinə qaçdı və orada öldürüldü.

XVI əsrdə Şimali Qafqazda müxtəlif xalqlar yaşayırdı. Onların bəziləri XVI əsrdə feodalizmə keçirdi. Buranın əhalisi əkinçilik, maldarlıq, sənətkarlıqla məşğul olurdu. Burada feodal dövlətlərinin inkişaf prosesi güclənirdi. Onların ən böyüyü Qumuq xanlığı idi. Xanlığı idarə edənlər şamxal adlanırdı. Şimali Qafqazda feodal dağınıqlığı yadellilərin buraya soxulmasına imkan verirdi. 1557-ci ildə Kabarda Rusiyanın vassallığını qəbul etdi. Çərkəzlər də rusların vassalına çevrildi.

Qafqaz xalqlarının mədəniyyəti

Sasanilər və Ərəb xilafəti dövründə Qafqazda, o cümlədən Azərbaycanda elm və mədəniyyət inkişaf etmişdi. Məktəb və mədrəsələrdə «Quran» və şəriətlə yanaşı, təbabət, astronomiya, riyaziyyat və s. öyrədilirdi. Azərbaycan ərazisində Torpaqqala, Ləkid məbədi, Girdiman qalası, Dərbənd səddi erkən orta əsr Albaniyasının dəyərli memarlıq abidələri idi.

Cənubi Qafqaz Ərəb xilafətinin tərkibinə daxil olandan sonra tədris dili, dövlət dili, din dili ərəb dili idi. İslam dini rəssamlığı və heykəltəraşlığı qadağan etdiyinə görə, əsasən, xəttatlıq və memarlıq inkişaf etmişdi.

Gürcüstanda yazı V əsrdə yaranmışdı. Gürcüstanda xristianlıq qəbul ediləndən sonra memarlıq inkişaf etmişdi. Erkən orta əsrlərdə yaradılmış «Amirani haqqında əfsanə» geniş yayılmışdı. Eposun qəhrəmanı allahlara qarşı çıxır, odu, metalı xalqa verir, allahlar onu dağa zəncirləyir. Bu epos «Zəncirlənmiş Prometey» əfsanəsi ilə əlaqələndirilir. Bu dövrdə «Kitabi-Dədə Qorqud» boylarının vahid dastan halında formalaşması başa çatdı.

Türk-müsəlman mədəniyyətinin və alimlərinin təsiri altında Gürcüstanda tibb və təbabət elmlərinə dair əsərlər meydana gəldi. Tarixə, fəlsəfəyə dair əsərlər yazıldı. IV David dövründə Kutaisi yaxınlığında Helati monastırında və İkaltoda akademiya yaradılmış, «KartIis-sxovreba» («Gürcüstan tarixi») külliyyatı tərtib edilmişdi.

Qafqazda islam memarlığı ilə yanaşı, xristian memarlığı da inkişaf etmişdi. Bunun ən gözəl nümunələrindən biri Azərbaycanın Dağlıq Qarabağ ərazisində (Ağdərə rayonunun Vəngli kəndində) tikilmiş Qansazar (Ağoğlan) monastırıdır. Bu alban monastırı 1216-1238-ci illərdə Arsax knyazı Həsən Cəlalinın göstərişi ilə tikilmişdi.

Gürcü memarlığının ən gözəl nümunəsi Oskidəki kilsə, Kutaisidəki Baqrat məbədi, Helatidəki monastır və digər memarlıq abidələridir. Bu abidələr mozaika, freska, daş üzərində naxış və s. ilə bəzədilmişdir. XII əsrin sonu XIII əsrin əvvəllərində yaşamış görkəmli gürcü şairi Şota Rustaveli «Pələng dərisi geymiş pəhləvan» poemasını yazmışdır. Poema dünya poeziyasının gözəl nümunələrindən sayılır.

Azərbaycanın görkəmli şairi N.Gəncəvi dünya ədəbiyyatının ən gözəl incilərindən saydan «Xəmsə»sini bu dövrdə yaratmışdır.

XIII əsrdə Qafqazın monqollar tərəfindən işğalı mədəniyyətin inkişafına ağır zərbə vurdu. XV əsrdə Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin meydana gəlməsi maddi və mənəvi mədəniyyətin inkişafına əlverişli şərait yaratdı.

XI-XV əsrlərdə Dağıstan xalqlarının ədəbiyyatı müxtəlif janrlarda inkişaf etdi. Bu dövrdə monqol əsarətinə qarşı «Partu Patimə», yerli feodallara qarşı «Xaçvar haqqında nəğmə» qəhrəmanlıq dastanları yaradılmışdı. XI əsrə aid «Dərbəndnamə» «Dərbəndin və Şirvanın tarixi» əsərləri yazılmışdı. XIII-XIV əsrlərdə Dağıstanda ərəb qrafikası əsasında «Əcəm əlifbası» formalaşdı. Dağıstan xalqlarının şairləri ana dili və ərəb dilində, bəzən Azərbaycan dilində yazırdılar.

  • Teqlər:
  • Qafqaz orta əsrlərdə
  • , Qafqaz
  • , Qafqaz tarixi

Comments are closed, but trackbacks and pingbacks are open.