Press "Enter" to skip to content

Qan Ləkəsi

. Hər şey ondan başlayır ki, Bakıda məşhur iş adamının erməni əsilli arvadından olan oğlu binamusluq üstə öldürülür. Əsl qatilin əvəzinə səhvən başqası həbs edilir. Lakin iş adamı oğlunun qatilinin adını öz əlaltıları vasitəsilə tezliklə öyrənir və onun bütün ailəsini məhv etmək üçün Moskvada yaşayan qaynını – Kobra ləqəbli qaniçən erməni killeri Azərbaycana çağırır. Türk qanına susamış Kobra saxta sənədlə Bakıya gəlir və burada ardıcıl qətllər törətməklə kifayətlənmir, eyni zamanda öz xəbis planı ilə iki böyük türk ailəsini üz-üzə qoyur, onları nahaqdan qan düşməninə çevirir. Lakin əgər bu qəddar Bakı ermənisi bilsəydi ki burada onun yaxası xüsusi xidmət orqanlarının cəsur əməkdaşı, mayor Ələmdar Məlikovun əlinə keçəcək, Azərbaycana gəlməyə cürət etməzdi.

Elxan Elatli Qan Ləkəsi

“Qan ləkəsi” romanı tanınmış detektiv ustası, vətən­pərvər yazıçı Elxan Elatlının yaradıcılığında ən iri­həcmli əsərdir. Buna baxmayaraq, birnəfəsə oxunur və indiyədək saysız-hesabsız oxucu kütləsinin qəlbini fəth etmişdir. Romanda Azərbaycan milli təhlükəsizlik orqanları əməkdaşlarının, Azərbaycan polisinin çətin və şərəfli fəaliyyətindən, düşmənlərimizin iyrənc siyasətindən, ağlasığmaz cinayətlərdən, iki güclü Azərbaycan türkü ailəsinin qanlı qarşıdurmasından bəhs olunur. Fikrimizcə, “Qan ləkəsi” romanı ədəbiyyatımızda milli birliyi təbliğ edən ən güclü əsərdir.

«Get, mənim əziz Leopardım! Get, amma sənə dediklərimi də unutma! Bilirəm, sən maskalanmaqdan, başqa ad altında gizlənib, düşmənə tələ qurmaqdan açıq döyüşü daha üstün tutursan. Hətta belə döyüşlərdə dəfələrlə öz qəhrəmanlığını sübut etmisən. Mən heç inanmıram ki, təkbətək açıq döyüşdə sənə qalib gələ bilən bir igid tapılsın.

Amma yadında saxla ki, sən bu cəsarətinlə, bu gücünlə aslanlarla, qurdlarla döyüşə bilərsən, ilanlarla yox! İlanla düşmən olana fiziki gücdən daha çox ayıqlıq, ehtiyatlılıq və hiyləgərlik lazımdır. Əgər

bu keyfiyyətləri də fiziki gücünlə birləşdirə bilsən, əmin ola bilərsən ki, qələbə həmişə sənin olacaq!» (Məxfi şöbənin rəisi polkovnik Baratovun Leopardı kəşfiyyata göndərərkən dediklərindən. Sentyabr 1993-cü il).

– Qalx ayağa, türk oğlu!

Taxta döşəməyə sərilib qalmış gənc qarnına dəyən təpiyin təsirindən ayılıb gözlərini açdı. Onun qolları arxasına çatılıb sıx bağlanmış, ayaqları dizlərindən topuqlarına qədər kəndirlə sarınmışdı. Ayağa qalxmağı imkansız idi. Üstəlik, sir-sifəti qana bulaşmış, dodağı bir neçə yerdən partlamışdı. Cırılmış köynəyi qan ləkələri ilə dolu idi. Qəzəbindən ağır-ağır nəfəs alır, başının üstündə dayanmış gödək boylu, yekəqarın kişiyə və onun yanında durmuş silahlı erməni əsgərinə nifrətlə baxırdı.

Yekəqarın kişi buranın, yəni gizli əsir düşərgəsinin komendantı Robert Xaçikyan idi. O,

qarşısında yerə sərilmiş bu ucaboylu, qıvraq, sağlam bədənli, tanınmamaq məqsədilə nazik saqqal saxlamış gənci bir daha təpiklə vurub rişxəndlə dedi:

– Ara, qalx da, qalx! Nə baxırsan? Qalxa bilmirsən, hə? Daha heç vaxt qalxa bilməyəcəksən! Göstərəcəyik sənə bizi dolamaq nə deməkdir, it oğlu it!

Ağrıdan üz-gözünü turşudan gənc altdan yuxarı düşməninə baxıb:

– Darıxma, vaxtı çatanda qalxacam! – dedi.

Robert istehza ilə güldü:

– Qalx da, qalx görüm, necə qalxırsan? Qalxa bilsən, azad edəcəm səni!

Qan Ləkəsi

Namus üstündə törədilmiş qətl. Bu qətlin qan donduran amansız qisası. Peşəkar erməni agentin hiyləgər planları və şəxsən öz əlləri ilə Bakıda törədilmiş silsilə qanlı cinayətlər. Uğursuz əməliyyat-axtarış tədbirləri, sonu görünməyən istintaq və təhqiqatlar. Azərbaycan polisinin və xüsusi xidmət orqanları əməkdaşlarının gərgin axtarışları. Məcnunanə sevgi, çirkin xəyanət, qısqanclıq, zorlama, şər-böhtan, ailə faciələri.

. Hər şey ondan başlayır ki, Bakıda məşhur iş adamının erməni əsilli arvadından olan oğlu binamusluq üstə öldürülür. Əsl qatilin əvəzinə səhvən başqası həbs edilir. Lakin iş adamı oğlunun qatilinin adını öz əlaltıları vasitəsilə tezliklə öyrənir və onun bütün ailəsini məhv etmək üçün Moskvada yaşayan qaynını – Kobra ləqəbli qaniçən erməni killeri Azərbaycana çağırır. Türk qanına susamış Kobra saxta sənədlə Bakıya gəlir və burada ardıcıl qətllər törətməklə kifayətlənmir, eyni zamanda öz xəbis planı ilə iki böyük türk ailəsini üz-üzə qoyur, onları nahaqdan qan düşməninə çevirir. Lakin əgər bu qəddar Bakı ermənisi bilsəydi ki burada onun yaxası xüsusi xidmət orqanlarının cəsur əməkdaşı, mayor Ələmdar Məlikovun əlinə keçəcək, Azərbaycana gəlməyə cürət etməzdi.

700 pages, Paperback

First published January 1, 2011

Qan ləkəsi

Sifarişləri Bakıya, Azərbaycanın bölgələrinə və bütün dünya ölkələrinə çatdırırıq!

Bakı üzrə 30 manatdan yuxarı sifarişlərdə çatdırılma pulsuzdur .

Operativ çatdırırıq: 24 saat ərzində * sürətli çatdırılma * poçtla * “Özün götür” xidməti ilə

Ödəniş etmək asandır: onlayn kartla * pos-terminalla * hissə-hissə * kuryerə nəğd * MilliÖn və E-Manat terminalları ilə

Namus üstündə törədilmiş qətl. Bu qətlin qan donduran amansız qisası. Peşəkar erməni agentin hiyləgər planları və şəxsən öz əlləri ilə Bakıda törədilmiş silsilə qanlı cinayətlər. Uğursuz əməliyyat-axtarış tədbirləri, sonu görünməyən istintaq və təhqiqatlar. Azərbaycan polisinin və xüsusi xidmət orqanları əməkdaşlarının gərgin axtarışları. Məcnunanə sevgi, çirkin xəyanət, qısqanclıq, zorlama, şər-böhtan, ailə faciələri.

. Hər şey ondan başlayır ki, Bakıda məşhur iş adamının erməni əsilli arvadından olan oğlu binamusluq üstə öldürülür. Əsl qatilin əvəzinə səhvən başqası həbs edilir. Lakin iş adamı oğlunun qatilinin adını öz əlaltıları vasitəsilə tezliklə öyrənir və onun bütün ailəsini məhv etmək üçün Moskvada yaşayan qaynını – Kobra ləqəbli qaniçən erməni killeri Azərbaycana çağırır. Türk qanına susamış Kobra saxta sənədlə Bakıya gəlir və burada ardıcıl qətllər törətməklə kifayətlənmir, eyni zamanda öz xəbis planı ilə iki böyük türk ailəsini üz-üzə qoyur, onları nahaqdan qan düşməninə çevirir. Lakin əgər bu qəddar Bakı ermənisi bilsəydi ki burada onun yaxası xüsusi xidmət orqanlarının cəsur əməkdaşı, mayor Ələmdar Məlikovun əlinə keçəcək, Azərbaycana gəlməyə cürət etməzdi.

Comments are closed, but trackbacks and pingbacks are open.