Press "Enter" to skip to content

Qan Ləkəsi – Elxan Elatlı Kitap özeti, konusu ve incelemesi

Qanbay Qasımlı — “Qara xəfiyyə”, İstefada olan polis polkovniki, cinayət axtarış eksperti. 10 yaşında evlərində olan yanğın səbəbi ilə valideynlərini itirmişdir.(On beş il əvvəl Moskvada Baş Cinayət Axtarış İdarəsində çalışıb.Orada yaxşı ad-san qazanıbmış.Ona “Qara xəfiyyə” deyirlərmiş.Sonra həyat yoldaşı Olqanı və körpə qızı Tahirəni vəhşicəsinə öldürüblər.O da intiqamını Sergey adlı dəstə başçısından aldıqdan sonra istefa verərək Bakıya qayıdıb.İndi tək yaşayır.Tanınmış qəzetlərdən birində şöbə müdiri işləyən Nemət Sabirli (on ildən bəri tanıdığı,neçə tədqiqat işində birlikdə olduğu,hərdən mənzilinə gəlib onunla söhbət edən,şahmat oynayan jurnalist dostu) ilə qapı qonşudur.Bakıya təzə gələndə bir-iki il Polis Akademiyasında saathesabı mühazirə oxuyub.Amma indi maraqlı təhqiqat işi olanda müstəqil məşğul olur. Həyata onu yenidən bağlayan Nilufər adlı xanımla ikinci dəfə ailə həyatı qurub və hazırda Aqil adlı bir oğul övladları var.

Elxan Elatlı

Elxan Elatlı (tam adı: Elxan Əbdürrəhman oğlu Osmanov ) — azərbaycanlı yazıçı, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı.

Həyatı

Elxan Elatlı 1962-ci il 19 dekabrda Şamaxı rayonunun Sis kəndində anadan olub. Orta təhsilini doğma kəndlərində aldıqdan sonra Bakıdakı Fizika–riyaziyyat təmayüllü Respublika 1 saylı məktəbində davam elətdirib. Uşaq yaşlarından ədəbiyyata böyük marağı olub. Kiçik şeirlər və hekayələr yazıb. “Kirpi” jurnalında miniatürləri, rayon qəzetində çoxsaylı məqalələri çap olunub.

1980–1985–ci illərdə BDU–nun mexanika–riyaziyyat fakültəsində oxuyub. 1985–2001–ci illərdə doğulduğu kənddə fizika–riyaziyyat müəllimi, rayon icra hakimiyyətinin ərazi üzrə nümayəndəsi, məktəb direktoru vəzifələrində çalışıb. 2001-ci ildən Bakı şəhərində yaşayır. İndiyədək 28 kitabı işıq üzü görüb ki, onların dördü şeir, ikisi riyazi məntiq, biri qəhrəmanlıq romanı(“Qisas gecəsi”), digəri psixoloji roman (“Mərtəbələr”) və “Xəstə ruhlar” əsəri tarixi-detektiv roman, on doqquzu isə detektiv nəsr əsərləridir. “Xəyanət” romanından sonra detektiv yazıçı kimi tanınmağa başlayıb. İrihəcmli “Qan ləkəsi” romanı və oradakı hadisələrin müəyyən mənada davamı olan “Cəhənnəmdən gələn səs” romanı vətənpərvərlik tərbiyəsi baxımından qiymətli əsərlər hesab oluna bilər.Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Əsərləri

  • “Ağrıyır ürəyim, ağrıyır yaman” (şeirlər)
  • “Səhv edirik biz” (şeirlər və qəzəllər)
  • “Axtar məni” (şeirlər və qəzəllər)
  • “Seçilmiş şeirləri” (şeirlər, poemalar)
  • “Düşün bir az” (məntiqi riyaziyyat məsələləri)
  • “Maraqlı məntiq məsələləri”
  • “Yeddinci mərtəbədə qətl” (detektiv povest və hekayələr)
  • “İtmiş qızın axtarışı” (detektiv povest və hekayələr)
  • “Pəncərədə görünən kölgə”
  • “Xəyanət”
  • “Qan ləkəsi”
  • “Bakıdan gələn xəfiyyə”
  • “Dilənçi qadının sirri”
  • “Cəhənnəmdən gələn səs” (həmçinin rus dilində “Голос из ада”)
  • “Görünməyən izlər”
  • “Qisas gecəsi” (Mübariz İbrahimova həsr olunmuş qəhrəmanlıq romanı)
  • “Arxalı canavar” ( Qanbay Qasımlı & Ələmdar Məlikov )
  • “Ələkeçməz yaquar” ( Ayxan Asayev & Melissa )
  • “Ən yaxın planet”
  • “Seçilmiş cəza”
  • “Adsız tablo”
  • “Mərtəbələr” (psixoloji roman)
  • “Niyə susursan, polkovnik?”
  • “Qanunsuz əməliyyat” ( Ələmdar Məlikov & Gültən Dəmirli )
  • “Xəstə ruhlar” (tarixi-detektiv roman)
  • “Məhəbbətin gizli kodu”
  • “14 – cü Adam”
  • “Ölüm ağacının kölgəsində”
  • “Eksperiment”

Əsərlərinin əsas obrazları

Qanbay Qasımlı — “Qara xəfiyyə”, İstefada olan polis polkovniki, cinayət axtarış eksperti. 10 yaşında evlərində olan yanğın səbəbi ilə valideynlərini itirmişdir.(On beş il əvvəl Moskvada Baş Cinayət Axtarış İdarəsində çalışıb.Orada yaxşı ad-san qazanıbmış.Ona “Qara xəfiyyə” deyirlərmiş.Sonra həyat yoldaşı Olqanı və körpə qızı Tahirəni vəhşicəsinə öldürüblər.O da intiqamını Sergey adlı dəstə başçısından aldıqdan sonra istefa verərək Bakıya qayıdıb.İndi tək yaşayır.Tanınmış qəzetlərdən birində şöbə müdiri işləyən Nemət Sabirli (on ildən bəri tanıdığı,neçə tədqiqat işində birlikdə olduğu,hərdən mənzilinə gəlib onunla söhbət edən,şahmat oynayan jurnalist dostu) ilə qapı qonşudur.Bakıya təzə gələndə bir-iki il Polis Akademiyasında saathesabı mühazirə oxuyub.Amma indi maraqlı təhqiqat işi olanda müstəqil məşğul olur. Həyata onu yenidən bağlayan Nilufər adlı xanımla ikinci dəfə ailə həyatı qurub və hazırda Aqil adlı bir oğul övladları var.

Ələmdar Məlikov — “Leopard”, Məxfi Şöbənin rəisi, polkovnik ( Onun məxfi şöbədə qeyd olunmuş gizli adı Leoparddır.Milliyətcə Azərbaycan Türküdür.Ali kəşfiyyat məktəbini bitirib.Şöbənin ən etibarlı agenti hesab olunur.Hərbi rütbəsi polkovnikdir. Güclü qavrama,müşahidə qabiliyyətinə malik,son dərəcə cəsarətli bir kəşfiyyatçıdır.Gəldiyi düzgün məntiqi qərarlarla tərəddüd etmədən hökm verməsi əsas xüsusiyyətlərindən biridir.Rus,ingilis,erməni dillərini mükəmməl bilir.Vətənpərvərdir.Milli hissiyatı çox güclüdür.Qeyri-adi fiziki gücə və hazırlığa malikdir.Əlbəyaxa döyüşün bütün üsullarına bələd olmaqla,silahlardan da bacarıqla istifadə edə bilir.”Qara kəmər”sahibidir. Mənfi xüsusiyyətləri:kinlidir,çılğındır,şəxsi hissləri bəzən ümumi məqsədləri üstələyir.. )

Gültən Dəmirli — “Vaşaq”, Məxfi Şöbənin gizli agenti ( Dünyaya gəldikdən sonra anası tərəfindən körpənin həyatını xilas etmək məcburiyyətdən uşaq evinə atılan və General Baratov tərəfindən götürülüb Vətənin qızı kimi yetişdirilən,bir çox döyüş sənətinin mahir ustasıdır “Vaşaq” . Hazırda əsgər həyatına bənzər bir ömrü tək yaşayır.Ələmdar Məlikovun gizli və aşkar aşiqidir Gültən Dəmirli )

Ayxan AsayevƏləkeçməz Yaquar əsərindəki Axilles ləqəbli qəhrəman (Bu oğlan elə Axillesin özüdür.Yəni,Axilles ləqəbidir bunun.Rəsmi adı Ayxan Asayevdir.Bu adı atası verib ona.Sumqayıtda doğulub.Anası isə çeçen olub.Kazanda yaşayıblar..Ayxan da elə orada anadan olub.Əfqanıstanda,İraqda,Türkmənistanda müxtəlif ağır əməliyyatlarda iştirak edib.Neçə dəfə çox təhlükəli vəziyyətlərdən sağ-salamat çıxıb.Ayxan Asayevi tapmaq və ya öldürmək o qədər də asan məsələ deyil.Axilles ləqəbini almasına səbəb-dəfələrlə ölüm təhlükəsindən qurtulması və bir növ gülləbatmaz olduğu üçündür. Yunan mifologiyasında Axilles əfsanəvi qəhrəman olub.Guya anası oğlunu ölməz etmək üçün onu yeraltı müqəddəs Stiks çayının suyuna salıb.Suya salarkən dabanından tutduğu üçün ora müqəddəs su dəyməyib və Axillesin yeganə zəif yeri dabanı olub. Yaşının az olmağına baxmayaraq,kifayət qədər təcrübəlidir.Bir il ciddi xəfiyyə məktəbi keçib.Növbəti iki ildə isə müstəqil olaraq, doqquz cinayətin üstünü açıb..Axilles çox kinli və qətiyyətlidir.Qarşısına qoyduğu məqsədə çatmaq üçün heç nədən çəkinən deyil.

Mübariz İbrahimov — “Qisas gecəsi” əsərinin qəhrəmanı (Azərbaycanın Milli Qəhrəmanı) – Azərbaycan. Bir xain erməni millətinin ucbatından başı həmişə olmazın müsibətlər, bəlalar çəkmiş qədim türk yurdu. Azərbaycanın bir parçası Biləsuvar.

Biləsuvarın Əliabad kəndi. 1988 -ci ilin soyuq fevral ayında bu kənddə bir oğlan uşağı dünyaya göz açdı. Qonur gözlü, ay parçası kimi yaraşıqlı bu körpənin dünyaya gəlişindən Dünya xəbər tutmadı. Çünki o ən adi bir insan övladı kimi, sadə bir türk ailəsində doğulmuşdu.

(Elxan Elatlı “Qisas gecəsi” romanından) İbrahimov Mübariz Ağakərim oğlu.

Bir cəsur ürək. Bir Türk əsgəri. 19 iyun 2010-cu il tarixində, gecə saat 23:30 radələrində Mübariz kimsəyə xəbər vermədən sadəcə, “Şəhid olsam üzülməyin. Vətən sağ olsun!” deyə bir məktub yazdı və Ermənistan sərhədinə basqın etdi. Erməni dəstək qüvvələri ilə 5 saata yaxın vuruşan qəhrəman Mübariz səhərə doğru şəhid olur. Ermənilər hətta Mübarizin cəsədindən belə qorxaraq əllərini bağlamış, şəkillərini çəkərək Rus mediyasında yayınlamışdılar.

Detektiv janrı haqqında

Detektiv janrı və ya xəfiyyə ədəbiyyatı, detektiv ədəbiyyatı — bədii ədəbiyyat növü; faktların məntiqi təhlili ilə gizli cinayətlərin açılmasından, xəfiyyələrin (detektivlərin) macəralarından bəhs edən roman, povest, hekayə.

Detektiv ədəbiyyatda konflikt, əsasən, ədalətin qanunsuzluqla toqquşması üzərində qurulur

Detektiv janrının yaranmasını bəziləri Qaston Lerunun “Sarı otağın sirri”, bəziləri isə Amerika yazıçısı Edqar Allan Ponun “Morq küçəsində qətl” romanı ilə bağlayır. Ancaq dünya ədəbiyyatı tarixində ilk dedektiv roman Çarlz Feliks ləqəbli müəllifin “Nottinq Hillin sirri” romanı hesab olunur. Bu roman ilk dəfə 1862-1863-cü illərdə hissələrlə “Once a Week” jurnalında çap olunub. Daha sonra 1863-cü ildə ayrıca kitab şəklində “Bradbury & Evans” nəşriyyatı kitabı yayımlayıb.

Deyilənə görə, Uilyam Qodvinin 1794-cü ildə yazdığı bir romanın qəhrəmanı da xəfiyyə olub. Amma tarix və araşdırmalar həqiqəti üzə çıxardı.1975-ci ildə Britaniya detektiv romanlar yazıçısı və şair Culian Simmons isbat etdi ki, ancaq “Nottinq Hillin sirri” romanı detektiv roman kriteriyalarına cavab verir.

Simmons sübut etdi ki, süjetin dağınıqlığından tutmuş, xəfiyyələrin topladığı sübutların müxtəlifliyinəcən və günahın sübutunun metodlarına qədər əsl detektiv “Nottinq Hllin sirri”dir. Simmonsun sözlərinə görə, kitabın müəllifi Çarlz Feliksin təsvir etdiyi üsullar—şahidlərin dindirilməsi, maddi sübutların toplanması və başqa detektivə xas xüsusiyyətlər ancaq 1920-ci illərdən sonra yazılan detektiv romanlarda istifadə olunmağa başlayıb. Yeri gəlmişkən, Çarlz Feliks adıçəkilən romanında öz həyat yoldaşını öldürməkdə təqsirli bilinən bir baronu təsvir edib. Müstəntiq Ralf Xenderson istintaq prosesində nəinki bu işin, hətta daha iki cinayətin üstünü aça bilir. Araşdırmaçılar Çarlz Feliks gizli imzası altında o dövrün məşhur vəkili Çarlz Uorren Adamsın (ing. Charles Warren Adams) gizləndiyini güman edirlər. Onun başqa romanları da ədəbiyyat araşdırmaçılarına məlumdur. Ümumiyyətlə, dünya ədəbiyyatında detektiv, daha doğrusu, kriminal süjetlər gen-bol istifadə olunub.

Dostoyevskinin məşhur “Cinayət və cəza” romanını klassik detektiv hesab edən tənqidçilər də var. Ancaq həm Dostoyevski də, həm də dünya ədəbiyyatının digər tanınmış yazıçılarında detektiv macəraçılıqdan o tərəfə keçə bilmir. Edqar Allan Ponun əsərləri isə detektiv janrının bütün xüsusiyyətlərinə cavab verir.

Detektiv janrı öz inkişaf yolunda çox ciddi inkişaf mərhələlərindən keçib. İlkin dövrlərdə “hermetik detektiv” (kiçik bir məkanda — otaqda, ofisdə, vaqonda, evdə baş verən hadisələrin təsviri) populyar olsa da, 1980-ci illərindən başlayaraq dünya detektiv ədəbiyyatı öz inkişafının növbəti mərhələsinə başladı. Dünyaca məşhur yazıçılar artıq detektivi başqa janrlarla sintez etməyə və bunun nəticəsində yeni ədəbi janrlar meydana gətirməyi bacardılar. Bu cəhdlər nəticəsində tarixi detektiv, intellektual-kulturoloji detektiv, siyasi detektiv, mistik detektiv, fantastik detektiv janrları yarandı. Umberto Ekonu, Orxan Pamuku, Haruki Murakamini bu sahənin öncülləri hesab etmək olar. Ancaq bu yazıçılar detektiv ədəbiyyatı nümayəndəsi hesab olunmurlar. Onların romanlarında detektiv xətt sadəcə romanın strukturunun və süjetinin rəngarəngliyinə xidmət edir, postmodern roman xüsusiyyətlərinə isə tam cavab verir.

Çingiz Abdullayevin banisi olduğu siyasi detektiv janrı isə detektiv ədəbiyyatında yeni mərhələ hesab olunur. Baxmayaraq ki, Frederik Forsayt,Eduard Topol kimi yazıçılar da bu janrda öz qələmlərini sınayıb.

Qan Ləkəsi – Elxan Elatlı Kitap özeti, konusu ve incelemesi

Qan Ləkəsi kimin eseri? Qan Ləkəsi kitabının yazarı kimdir? Qan Ləkəsi konusu ve anafikri nedir? Qan Ləkəsi kitabı ne anlatıyor? Qan Ləkəsi PDF indirme linki var mı? Qan Ləkəsi kitabının yazarı Elxan Elatlı kimdir? İşte Qan Ləkəsi kitabı özeti, sözleri, yorumları ve incelemesi.

09 Aralık 2022 17:00 Kitap

Kitap Künyesi

Yayın Evi: Qanun Nəşriyyatı

İSBN: 9789952360615

Sayfa Sayısı: 672

Qan Ləkəsi Ne Anlatıyor? Konusu, Ana Fikri, Özeti

“Qan ləkəsi” romanı tanınmış detektiv ustası, vətən­pərvər yazıçı Elxan Elatlının yaradıcılığında ən iri­həcmli əsərdir. Buna baxmayaraq, birnəfəsə oxunur və indiyədək saysız-hesabsız oxucu kütləsinin qəlbini fəth etmişdir. Romanda Azərbaycan milli təhlükəsizlik orqanları əməkdaşlarının, Azərbaycan polisinin çətin və şərəfli fəaliyyətindən, düşmənlərimizin iyrənc siyasətindən, ağlasığmaz cinayətlərdən, iki güclü Azərbaycan türkü ailəsinin qanlı qarşıdurmasından bəhs olunur. Fikrimizcə, “Qan ləkəsi” romanı ədəbiyyatımızda milli birliyi təbliğ edən ən güclü əsərdir.

«Get, mənim əziz Leopardım! Get, amma sənə dediklərimi də unutma! Bilirəm, sən maskalanmaqdan, başqa ad altında gizlənib, düşmənə tələ qurmaqdan açıq döyüşü daha üstün tutursan. Hətta belə döyüşlərdə dəfələrlə öz qəhrəmanlığını sübut etmisən. Mən heç inanmıram ki, təkbətək açıq döyüşdə sənə qalib gələ bilən bir igid tapılsın.

Amma yadında saxla ki, sən bu cəsarətinlə, bu gücünlə aslanlarla, qurdlarla döyüşə bilərsən, ilanlarla yox! İlanla düşmən olana fiziki gücdən daha çox ayıqlıq, ehtiyatlılıq və hiyləgərlik lazımdır. Əgər

bu keyfiyyətləri də fiziki gücünlə birləşdirə bilsən, əmin ola bilərsən ki, qələbə həmişə sənin olacaq!» (Məxfi şöbənin rəisi polkovnik Baratovun Leopardı kəşfiyyata göndərərkən dediklərindən. Sentyabr 1993-cü il).

– Qalx ayağa, türk oğlu!

Taxta döşəməyə sərilib qalmış gənc qarnına dəyən təpiyin təsirindən ayılıb gözlərini açdı. Onun qolları arxasına çatılıb sıx bağlanmış, ayaqları dizlərindən topuqlarına qədər kəndirlə sarınmışdı. Ayağa qalxmağı imkansız idi. Üstəlik, sir-sifəti qana bulaşmış, dodağı bir neçə yerdən partlamışdı. Cırılmış köynəyi qan ləkələri ilə dolu idi. Qəzəbindən ağır-ağır nəfəs alır, başının üstündə dayanmış gödək boylu, yekəqarın kişiyə və onun yanında durmuş silahlı erməni əsgərinə nifrətlə baxırdı.

Yekəqarın kişi buranın, yəni gizli əsir düşərgəsinin komendantı Robert Xaçikyan idi. O,

qarşısında yerə sərilmiş bu ucaboylu, qıvraq, sağlam bədənli, tanınmamaq məqsədilə nazik saqqal saxlamış gənci bir daha təpiklə vurub rişxəndlə dedi:

– Ara, qalx da, qalx! Nə baxırsan? Qalxa bilmirsən, hə? Daha heç vaxt qalxa bilməyəcəksən! Göstərəcəyik sənə bizi dolamaq nə deməkdir, it oğlu it!

Ağrıdan üz-gözünü turşudan gənc altdan yuxarı düşməninə baxıb:

– Darıxma, vaxtı çatanda qalxacam! – dedi.

Robert istehza ilə güldü:

– Qalx da, qalx görüm, necə qalxırsan? Qalxa bilsən, azad edəcəm səni

Qan Ləkəsi Alıntıları – Sözleri

  • Həyatda inamını, ümidini tamamilə itirmiş adam, əslində, elə ölü kimi bir şeydir.
  • Dünyadakı adamların heç biri xaraktercə bir-birinə bənzəmədikləri kimi,sevgiləri də bənzəyə bilməz.
  • Bəzən deyirlər ki,insanın ruhuna ən güclü təsir edən,onun ağlını düşüncəsini əlindən alan duyğu ehtirasdır.Amma,əslində,zəif adamın ağlını,düşüncəsini,hətta yeri gələndə mənliyini,kişiliyini,qeyrətini əlindən ala bilən daha güclü bir hissiyat var ki,bu da qorxudur!
  • – Qanun var, qayda var! + Sizin qanunlar xəyanəti cəzalandırmır.
  • Həyatda inamını, ümidini tamamilə itirmiş adam, əslində, elə ölü kimi bir şeydir.
  • -Amma gərək adamın öz şəxsi həyatında da bir məqsədi olsun. Heç nəyə baxmadan, heç nədən çəkinmədən mübarizə aparsın bu məqsədinə çatmaq üçün. Həyat həmişəlik verilməyib adama.
  • -Fatimə,insanlar bir-birini anlayanda,heç yaxın qohum olmasalar da doğmalaşa bilirlər.
  • Heç bir adam barəsində «o belə bir iş tutmaz!» sözünü demək düzgün deyil.
  • Xoşbəxt. Ələmdar özü öz fikrinə acı-acı gülümsədi.Baxır,kim necə başa düşür xoşbəxtliyi.Məltəmin həbsxananın qarşısında dediyi “Amma. ” sözünü xatırladı.Elə bu “amma’lar idi adamların,doğurdan da,xoşbəxt olmağına mane olan..
  • Dost . Mənim heç bir dostum yoxdur indiyədək. Yox , əgər varsa da, o elə mən özüməm.

Qan Ləkəsi İncelemesi – Şahsi Yorumlar

Gorxulu: Mükemmel idi. Oxuyarken tuklerim biz biz oldu. Bir insanın necə cildden cildə girməsi məni vahimelendirdi. O qədər gözəl səhnələri var idi ki. Kitab hagda yazsan bitməz.. (Alishova22)

Elxan Elatlinin en Sah eseri.bir nefese oxunacaq kitab.Qan lekesi edebiyatimizda milli birliyi teblig eden en guclu eserdir.Boyuk dovletler bir daha anlamisdilar ki ,turklerle uzbeuz vurusub onlari meglub etmek mumkun deyil. (Vusala121)

Elxan Elatlinin oxudugum artiq 6-ci kitabıdır.Dedektiv kitab olan Qan lekesi kitabı çox maraqli, axicidir.Mənfur ermənilerin etdikləri geniş şekilde eks olunmusdur.Qeyretli Azerbaycan qadinlarinin siması olaraq da yazıçı Mahire obrazini göstermiştir. Bir qetl ve bu qetlden sonra butov bir ailenin faciesi eks olunmusdur. Və ailenin 5 ovladinin qetl olunur. Bu qetlin arxasinda kim durur? Cox maraqli tez bir zamanda oxuyub qurtaracaginiz kitab olmisdur. Əgər dedektiv əsər sevirsinizsə Elxan Elatlinin bu və digər kitablarini oxumaginizi tovsiye edirem. (Zərif Musayeva)

Qan Ləkəsi PDF indirme linki var mı?

Elxan Elatlı – Qan Ləkəsi kitabı için internette en çok yapılan aramalardan birisi de Qan Ləkəsi PDF linkidir. İnternette ücretli olarak satılan çoğu kitabın PDFleri bulunmaktadır. Ancak bu PDF’leri yasal olmayan yollarla indirmek ve kullanmak hem yasalara hem de ahlaka aykırıdır. Yayın evlerinin sitesinden PDF satılıyorsa indirebilirsiniz.

Kitabın Yazarı Elxan Elatlı Kimdir?

Elhan Elatlı 1962 yılı, 19 aralık Azerbaycan`ın Şamahı bölgesinin Sis köyünde doğdu. Çocuk yaşlarından edebiyyata büyük ilgisi varmış. Küçük çaplı şiirler ve hikayeler yazarmış.

1980-1985 yıllarında BDU ( Bakü Devlet Üniversitesi ) mekanika-matematik bölümünü okudu. 1985-2001’li yıllarda fizik-matematik öğretmeni, yürütmenin bölge özel temsilcisi, okul müdürü görevlerinde çalıştı.

2001 yılından beri Bakü de yaşıyor.

Şimdiye kadar 14 kitabı çıktı. Bunlardan 3`ü şiir,2`si mantlksal matematik, 9`uysa polisiye kitaplardır. “İhanet” romanından sonra polisiye türünde tanınmağa başlamışdır.

Yazar, Azerbaycan Yazarlar Birliği üyesidir.

Elxan Elatlı Kitapları – Eserleri

  • Adsız Tablo
  • Seçilmiş Cəza
  • Ən Yaxın Planet
  • Arxalı Canavar
  • Qisas Gecəsi
  • Cəhənnəmdən Gələn Səs
  • Yeddinci Mərtəbədə Qətl
  • İtmiş Qızın Axtarışı
  • Dilənçi Qadının Sirri
  • Ələkeçməz Yaquar
  • Pəncərədə Görünən Kölgə
  • Bakıdan Gələn Xəfiyyə
  • Xəyanət
  • Görünməyən İzlər
  • Qanunsuz Əməliyyat
  • Niyə Susursan, Polkovnik?
  • On Dördüncü Adam
  • Məhəbbətin Gizli Kodu
  • Qan Ləkəsi
  • Xəstə ruhlar
  • O Gecə Yağış Yağırdı
  • Mərtəbələr
  • Ölüm Ağacının Kölgəsində
  • Eksperiment
  • Qanbay Qasımlının Xəfiyyələri
  • Armed Mişel
  • Yeddinci Mərtəbədə Qətl
  • Uğursuz Gecə
  • Qan Ləkəsi

Elxan Elatlı Alıntıları – Sözleri

  • “Çalış insanları şərdən xilas et, bu, sənin özünə verdiyin sədəqədir.”.. (Adsız Tablo)
  • “Mənim ölümümdə heç kəs günahkar deyil. Bunu özüm düşünmüşəm. Çünki, həyatın heç bir mərtəbəsində yerim yoxdur artıq. ” (Mərtəbələr)
  • Anlaya bilmirdi ki, bəzi insanlar niyə cinsi əlaqəni heyvanlar kimi anlayırlar? Axı bu zövqü insanlara bəxş edən Tanrı onu məhəbbətlə bir yerdə verib! Qarşılıqlı məhəbbət olmadan necə ola bilər axı bu iş. (Arxalı Canavar)
  • Aydan sonra Yerə ən yaxın olan göy cismidir. Biz onu hər gün səhər, dan yeri yenicə sökülməyə başlayanda görürük. Bu zaman o Ay kimi parlaq və gözəl olur. Günümüzə günəşdən qabaq gəlməklə bizə səhərin açılacağını xəbər verir. Qəlbimizi sevinclə, inamla doldurur. Sonra isə itiririk onu. O daha görünmür. Həyat da Kainat kimi çox qəribədir. Bəzən bizə ən yaxın olan biri, eyni zamanda, başqalarından daha uzaq görünür. Onu həm yaxın hesab edirik, həm uzaq. Az qala özümüz qədər yaxın hesab edirik, ona görə ki, hərarəti ilə qəlbimizi isidir, sonsuzluq qədər uzaq hesab edirik, ona görə ki, əlimiz çatmır… (Ən Yaxın Planet)
  • -İnsanları tanımaq çox çətindir. (O Gecə Yağış Yağırdı)
  • Kim nə deyir-desin, körpələrlə ünsiyyətdə olmaq özü bir dünyadır. Onların hər bir qayğıdan uzaq şən qığıltısı, gülən və hamını güldürən büzüşmüş dodaqları, zərif, koppuş yanaqları, balaca, lap balaca əlləri. (Niyə Susursan, Polkovnik?)
  • “Bədənsiz ruhlar elə ruhsuz bədənlər kimi qorxusuzdurlar, buna əmin ola bilərsiniz. Onlar bəzən cinayət törətmək istəsələr də bunu bacarmayacaqlar. Çünki məqsədlərini həyata keçirən bədən tapılmayacaq” (Xəstə ruhlar)
  • Nə isə. Adam Allahını unudanda , doğrudan da, hər şey edə bilərmiş. (Niyə Susursan, Polkovnik?)
  • Heç bir adam barəsində «o belə bir iş tutmaz!» sözünü demək düzgün deyil. (Qan Ləkəsi)
  • Başını qaldırıb kitab şkafının üst rəfində ayrıca qoyulmuş qırmızı cildli kitaba baxdı.Bu, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsi”idi.Qəhvədən bir qurtum içib kinayə ilə gülümsədi.Maraqlıdır,görəsən,niyə bu məcəllələrdə bir cinayətin cəzası yeddi il azadlıqdan məhrum etməkdən başlayır,başqa cinayətinki,məsələn,səkkiz ildən?Yəni,bu rəqəmlər arasında,doğurdanmı ədalətə xidmət edən məntiqi bir fərq var idi? Bu kitaba hər dəfə baxanda düşünürdü ki,dünyada,insanlar arasında ədalət deyilən şey yoxdur.Nə ədalət var,nə də lazımi qədər ədalətli adamlar.Ədalət olsaydı,cinayətlər olmazdı.Ya kifayət qədər sözün həqiqi mənasında ədalətli adamlar olsaydı,onları hakim kürsülərində əyləşdirərdilər və onlar da hər hansı cinayəyin cəzasını öz ədalətli qəlblərinin sözünə baxmaqla müəyyən edərdilər.Kitabsız-filansız. (Seçilmiş Cəza)
  • -Yox , əzizim , məhəbbətə görə heç vaxt cinayət törətmirlər . Cinayətlər şəhvətə , məşum ehtiraslara görə törədilir . (Yeddinci Mərtəbədə Qətl)
  • Keçmişdə deyirlərmiş ki, Tanrı qadını yaradanda gözəlliyi gözlərinə, təravəti dərisinə, incəliyi burnuna, çənəsinə, şirinliyi dodaqlarına və dişlərinə verib. (Bakıdan Gələn Xəfiyyə)
  • Tanrı öz yaratdıqlarına heç vaxt ayrı-seçkilik etməzdi. Ayrı-seçkilik etmək xüsusiyyəti yalnız insanlara məxsus idi. (Qanunsuz Əməliyyat)
  • Səngərdə bir əsgəri danışdırırlar,deyir ki,mən bura ölməyə gəlmişəm.Öldürməyə gəlmişəm deməkdənsə, ölməyə gəlmişəm deyir.Belə əsgər olar?Buna qulaq asanlar da fikirləşəcək ki,düşmənin üstünə gedən ölməyə gedir. (Qisas Gecəsi)
  • Deyirdilər ki, atasına bənzəyən qız xoşbəxt olur. (Niyə Susursan, Polkovnik?)
  • Mənə baş sındırmaq üçün dolaşıq məsələlərdən, ədalətə xidmət etməkdən duyduğum məmnunluqdan və normal yaşamaq üçün lazım olan minimum məbləğdə puldan başqa bir şey lazım deyil. (İtmiş Qızın Axtarışı)
  • Doğru deyirsən, qızım, – Qasımlı başını kədərlə tərpətdi, – kəlbəcərlilərin bugünkü durumu dünyanın haqsız dünya olduğuna bir daha sübutdur. (Qanbay Qasımlının Xəfiyyələri)
  • Həyatda inamını, ümidini tamamilə itirmiş adam, əslində, elə ölü kimi bir şeydir. (Qan Ləkəsi)
  • Bu vəhşilər qeyrəti qarşısında məğlub olduqları türk qadınının cəsədindən intiqam almışdılar. Mahirənin Ələmdarın xatirəsinə əbədi həkk olunmuş o ala gözləri ovulub çıxarılmışdı. (Ölüm Ağacının Kölgəsində)
  • Axı insan şəxsən öz başına gəlməyincə heç bir kəsin faciəsini dərindən anlaya bilmir. (Qanunsuz Əməliyyat)

Elxan X – Бесплатно скачать Mp3

Здесь Вы можете прослушать и скачать песни по запросу Elxan X в высоком качестве. Для того чтобы прослушать песню нажмите на кнопку «Слушать», если Вы хотите скачать песню или посмотреть клип нажмите на кнопку «Скачать» и Вы попадете на страницу с возможностью скачать песню, прослушать ее и посмотреть клип. Рекомендуем прослушать первую композицию Əylis Kişi Yetirən Məkandır Elxan X Tofiq O Zaur A Vüqar B Yeni Meyxana 2023 длительностью 12.55 MB, размер файла 9 мин и 32 сек.

Все песни были найдены в свободном доступе сети интернет, а файлы с произведениями не хранятся и не загружаются на наш сервер. Если Вы являетесь правообладателем или лицом, представляющим правообладателя, и не хотите чтобы страница с произведением, нарушающие Ваши права, присутствовала на сайте, воспользуйтесь данной формой DMCA.

Сейчас слушают песни

Я К Чужому Мужу Убегала На Заре

Copyright ©Gtxmusic.com 2023
All Rights Reserved

Почта для жалоб и предложений: [email protected]

Слушайте и скачивайте бесплатно mp3 музыку. Популярная и свежая музыка всегда доступна для скачивания бесплатно!

Comments are closed, but trackbacks and pingbacks are open.