Press "Enter" to skip to content

Qara namazov usaq edebiyyati

Açma o nazlı dimdiyin,
Tək gəzinib sıxılma çox,
Ağlayıb nalə qılma çox.

Nağıllar

Nağıl — şifahi xalq ədəbiyyatının epik növünün ən qədim və ən çox yayılmış janrı. Nağılların müəllifi olmur. Yazıldığı tarix məlum deyil.

«Noxud üstündə yatan şahzadə qız» nağılı

Biri var idi, biri yox idi, bir şahzadə oğlan var idi. O, əsl şahzadə qız ilə evlənmək istəyirdi. Şahzadə oğlan özünə adaxlı tapmaq üçün bütün dünyanı gəzib-dolaşdı, çox axtardı, amma istədiyini tapa bilmədi. Bir dəfə axşama yaxın hava dəyişdi: göy guruldadı, ildırım çaxdı, bərk yağış yağmağa başladı. Birdən kimsə sarayın …

«Qar Qız» rus xalq nağılı

Bir qoca və qarı var idi. Onların uşaqları yox idi. Bir dəfə qışda onlar qardan qız düzəltdilər. Qız çox qəşəng alınmışdı, sankı canlı idi. Qoca ilə qarı bu qızın onların övladı olmasını o qədər arzu etdilər ki… Onlar qıza hətta ad da fikirləşdilər: Qar qız. Adını çağıran kimi qız canlandı. …

«Yarış» nağılı

Biri var idi, biri yox idi, bir padşaһ var idi. Bu padşaһ һər il öz məmləkətində çoxlu yarış keçirərdi. Saray əyanları, vəzir-vəkillər yarışa baxıb əylənərdilər. Padşaһın Yelli adında bir kəһər atı var idi. Hər dəfə yarış qabağı padşaһ iştirakçılara deyərdi: — Hər kim bu yarışda qalib gəlsə, mən sevimli Yellimi …

Şir və Siçan

Günlərin bir günü düzənlikdə qoca bir şir yatmışdı. Bir siçan onun üstünə çıxıb o yan bu yana qaçmağa başladı. Şir oyanıb siçanı tutdu. Siçan yalvarmağa başladı. O şirə dedi: — Əgər məni buraxsan, sənə yaxşılığım deyər. Şir siçanın bu sözlərinə güldü, ancaq ona deymədi. Bir gün şir tələyə düşdü. O …

Sehirli torba

Səməd kənddə ən nadinc oğlan idi. Birinin toyuq‐cücəsinə daş atır, başqa birinin pəncərəsini topla vurub sındırırdı. Qohum‐qonşu onun əlindən təngə gəlmişdi. Bir adam yox idi ki, Səmədi tərifləsin, hamı danlayırdı. Bir gün Eldar baba onu yanına çağırıb dedi: ‐ Səməd, sən istəyirsən, elə edim ki, heç kim səni danlamasın? ‐ …

«Dövlətli ilə Kasıb» nağılı

Biri var idi, biri yox idi, bir kasıb, bir də bir dövlətli var idi. Kasıb ağıllı, dövlətli isə səfeһ idi. Günlərin bir günü ağılsız dövlətli ağıllı kasıbla mübaһisə etdi. Dövlətli dedi: — Varı olan bütün bəlalardan canını qurtarar. — Ağlın olmasa, dövlətlə һeç nə edə bilməzsən, —deyə kasıb cavab verdi. …

«Kəndli və Tülkü» nağılı

Biri varmış, biri yoxmuş, meşə kənarında bir kənd varmış. Bu kəndin camaatı qoyun-quzu, toyuq-cücə saxlarmış. Kənd ətrafındakı meşədə doqquz canavar və bir də bir tülkü yaşarmış. Tülkü çox һiyləgər, canavarlar isə çox maymağmış. Bu doqquz canavar kəndə göz verib işıq verməzmiş. Hər gün kəndə girib qoyun-quzu apararmış. Hiyləgər tülkü isə …

«Bilici Baba» nağılı

Biri var idi, biri yox idi, bir qoca var idi. Bu qocaya camaat Bilici Baba deyərdi. Bilici Baba sarayda padşaһın yanında qulluq edərdi. Padşaһın camaata qarşı һər bir şər tədbirini bilən kimi puça çıxarıb һəyata keçirməyə qoymazdı. Buna görə də padşaһın Bilici Babadan xoşu gəlməzdi. Bilici Babanı saraydan çıxarmağa çalışardı. …

«Cumbulu» nağılı

Biri var idi, biri yox idi, bir xarrat baba var idi. Xarrat babanın qəşəng bir oğlan nəvəsi var idi. Bu nəvə o qədər balaca idi ki, xarrat baba ona Cumbulu adı vermişdi. Cumbulu babasını çox istəyirdi. Baba һara gedirdisə, Cumbulunu da aparırdı. Bir dəfə baba meşəyə odun gətirməyə getdi. Cumbulunu …

«Ağıllı Tutu quşu» nağılı

Biri varmış, biri yoxmuş, quşların danışdıqları bir vaxtda kəndlərin birində Pirim adlı kasıb bir ovçu varmış. Bu ovçu meşədən quş ovlamaqla dolanarmış. Maһir ovçu Pirim quşların dilini gözəl bilərmiş. Bir gün Pirim meşəyə ova çıxır. Hündür bir ağacda çoxlu quş yuvası görür. Budaqların birində isə iki rəngli tutu quşunun bir-biri …

Abdulla Şaiq – uşaq şeirləri

Абдулла Шаиг (азерб. Abdulla Şaiq Mustafa oğlu Абдулла Мустафа оглы Шаиг) — азербайджанский поэт, прозаик, драматург, переводчик и педагог.
Годы жизни 24 февраля 1881— 24 июля 1959.
Настоящая фамилия Талыбзаде (Talıbzadə).

Aslan, qurd və tülkü

Bir zaman tülkü, qurd, həm aslan –
Hər üçü bağladı belə peyman:
Ki bu gündən ələ nə düşsə şikar
Üç yerə qismət eyləsin onlar.

Hamı “əhsən” dedi bu dadlı sözə.
Ov üçün çıxdılar bir otlu düzə.
Dərə ağzında tapdı üç ortaq:
Bir qoyun, bir keçi, quzu, oğlaq.

Dedi aslan: – Gəlin ovu bölüşək,
Bu qoyun ki, mənə çatar bişək.
Quzu olsun gərək mənim payım,
Çünki sizlərdə yox mənim tayım,

Bu keçi də gərək mənə yetişə,
Olmasın bir kəsin sözü bu işə.
Oğlağa kim uzatsa əl, bunu bil,
Eylərəm mən onun əlini şil

Bənövşə

Bənövşəyəm, bənövşə,
Düşmüşəm dilə-dişə;
Qızlar, oğlanlar məni
Dərib taxarlar döşə.

Bahar oldu açaram,
Qar, borandan qaçaram;
Başqa güllər açanda,
Mən quş olub uçaram.

Qurudar məni ayaz,
Yaşayıram bircə yaz.
Rəngim, ətrim gözəldir,
Əl vurmayın, ömrüm az.

Keçi

Ala-bula boz keçi,
Ay qoşa buynuz keçi!

Yalqız gəzmə, dolanma
Dağa-daşa dırmanma

Bir qurd çıxsa qarşına
Sən nə edərsən ona?

Çoban açınca gözün
Qalar iki buynuzun.

Quzu

Bir obada körpə quzu,
Mələr-mələr, qaçar düzü,
Anasın axtarar gözü.
Dedim: – Qaçma, gözəl quzum,
Səni mən bəslərəm özüm.

Gün əyildi, çökdü duman,
Sürü qayıtdı otlaqdan;
Səs-küy ilə doldu hər yan.
Dedim: – Qaçma, gözəl quzum,
Səni mən bəslərəm özüm.

Qoyunları çoban yığar,
Fatı xala gəlib sağar;
Quzum mələr, durub baxar.
Dedim: – Qaçma, gözəl quzum,
Səni mən bəslərəm özüm.

Anasını quzum görər,
Ayaqların yerə dirər,
Məməsini tapıb əmər.
Dedim: – Qaçma, gözəl quzum,
Səni mən bəslərəm özüm.

Quzum çıxdı göy otlağa
Yanaşdı bir boz oğlağa,
Çıxdı onunla oynağa.
Dedim: – Qaçma, gözəl quzum,
Səni mən bəslərəm özüm.

Qızıl gül

Qızıl güləm, qızıl gül,
Məni sevər hər könül.
Yaşıldır incə belim,
Qızıldandır hər telim.

Səhər erkən açaram,
Gözəl qoxu saçaram.
Ətrim tutar hər yanı,
Mənim kimi gül hanı?

Mən əllərdə gəzərəm,
Süfrələri bəzərəm.
Mənəm gözəl qızıl gül,
Sən ey qönçəm, açıl, gül

Qərənfil

Qərənfiləm mən,
Gözəl güləm mən;
Yaşıl saplaqlı
Bir sünbüləm mən.

Mən, bağban qızı
Bağın ulduzu;
Rəngim ağ, sarı,
Al və qırmızı.

Gəl, saxla ayaq,
Durma, gendən bax!
Gəlsəm xoşuna,
Dər, döşünə tax!

Гвоздика

(Перевод Аллы Ахундовой)

Погляди-ка, я – гвоздика!
Погляди-ка, я – звезда.
Я одета – разодета
хоть куда, хоть куда.

Я гуляю в платьях новых –
белых, жёлтых и пунцовых,
у садовника в саду
я всегда на виду.

Погляди-ка, я—гвоздика!
Ты со мной поговори, а понравлюсь, так сорви!

Xoruz

Ay pipiyi qan xoruz,
Gözləri mərcan xoruz!

Sən nə tezdən durursan,
Qışqırıb banlayırsan,

Qoymayırsan yatmağa
Ay canım məstan xoruz!

Yetim cücə

Ay kiçicik, soluq cücəm,
Boynu buruq, yoluq cücəm!

Açma o nazlı dimdiyin,
Tək gəzinib sıxılma çox,
Ağlayıb nalə qılma çox.

Qəm yemə, sus, bir az dayan,
Mən olaram sənin anan.

Səni o səslə səslərəm.
Dən, su verib də bəslərəm.

Ağlama, ağlama, gözəl,
Qaç yanıma, dayanma, gəl!

Balalara hədiyyə: ciddiyə alınmayan uşaq ədəbiyyatı – ARAŞDIRMA

Bakı. Cavid Zeynallı – APA. Uşaq ədəbiyyatının hazırkı vəziyyətinə ötəri, lap üzdən nəzər salmaq bəsdir ki, bu sahədəki problemlərin mövcudluğu gün kimi aydın olsun. Fərqi yoxdur, hansı tərəfinə işıq tutursan, tut, şikayətdən, narazılıqdan, problemdən başqa nikbin söz eşitməyəcəksən.

Bu, bəri başdan qərəz, araşdırmadan mühakimə etmək anlamına gəlməsin, görünən odur ki, uşaq ədəbiyyatı elə uşaq yerinə qoyulur, ciddiyə alınmır. Məsələn, müəllif deyir tənqidçilər bizi görmür, kitablarımız uşaqlara çatmır, tənqidçi deyir, dişədəyər nümunə yazılmır, kitab yayımına cavabdeh olan nazirlik rəsmisi isə cavab verir ki, bu sahəyə sahibkarların cəlb olunmasına ehtiyac var.

Yazıçılar Birliyinin sonuncu qurultayında çıxışı zamanı Prezident Administrasiyası Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə bu sahədəki problemlərə toxunub qeyd etmişdi ki, uşaq ədəbiyyatında istədiyimiz işləri görə bilməmişik. Administrasiya rəsmisi təəssüflə əlavə etmişdi ki, mağazalarda rusca uşaq kitabları üstünlük təşkil edir, televiziyada uşaq verilişlərinin səviyyəsi aşağıdır, teatr səhnələrində uşaq tamaşaları tamaşaçının yaşına, psixikasına uyğun deyil: “Axı bizim uşaqlar nəyə görə təkcə xarici ölkələrin nağıllarını oxumalıdırlar? Bizim öz obrazlarımız olmalıdır. Bunun uşağın böyüməsində, bir vətəndaş kimi yetişməsində çox böyük rolu ola bilər”.

Tarixə səyahət.

Azərbaycanda professional uşaq ədəbiyyatının yaranması XX əsrin əvvəllərindən başlanır. Böyükdən-kiçiyə hamının dilinin əzbəri olan “Keçi”, “Xoruz” şeirləri, “Qarğa və tülkü” təmsili nə az, nə çox – düz 100 il əvvəl yazılıb. Azərbaycanda uşaq ədəbiyyatının inkişafında “Dəbistan”, “Rəhbər”, “Məktəb” jurnallarının böyük rolu olub. Həmin jurnallarda həm uşaqlar və gənclər, həm də valideynlər və müəllimlər üçün sadə hekayələr, povestlər, şeirlər çap olunub.

F.Köçərlinin 1912-ci ildə çap olunan “Balalara hədiyyə” kitabının uşaqların təhsil almasında müstəsna xidmətləri olub. Uşaq ədəbiyyatı nümunələrinin tərcüməsi isə Sovet dövrünə təsadüf edir. C.Sviftin, M.Tvenin, J.Vernin, Ç.Dikkensin əsərləri tərcümə olunub, 70-80-ci illərdən etibarən Azərbaycan radiosunda uşaqlar üçün xüsusi verilişlər, radio-tamaşalar, radio-oyunlar hazırlanıb.

1958-ci ildən isə uşaqlar üçün populyar dərgi – “Göyərçin” çap olunmağa başlayıb. Hazırda “Savalan”, “Günəş”, “Elli” jurnalları, “Cik-cik”, “Elin gücü”, “Tumurcuq” və digər uşaq mətbuat orqanları, “Beşik”, “Bərəkət” nəşriyyatları fəaliyyət göstərir.

1965-ci ildə Mədəniyyət Nazirliyinin qərarı ilə M.Qorki adına Kitabxananın fondu əsasında F.Köçərli adına Respublika Uşaq Kitabxanası yaradılıb. 2012-ci ilin hesabatına görə, kitabxananın 249 834 kitabı, 17 mindən artıq oxucusu var. Kitabxanada “Göy qurşağı” uşaq jurnalı nəşr olunur.

Qəşəm Nəcəfzadə: “Uşaq mətbuatını bağçalara, məktəblərə qoymurlar”

Azərbaycan Yazıçılar Birliyinin uşaq ədəbiyyatı seksiyasının rəhbəri, şair Qəşəm Nəcəfzadə deyir ki, uşaq yazıçı və şairləri yazdıqları əsərlərə zamanın möhürünü vura bilmirlər: “Məsələn, onlar tülküyə böhtan atırlar. Bəlkə tülkü heç hiyləgər yox, xeyirxahdır? Yəni deyək ki, XX əsrin əvvəlindəki tülkü XXI əsrin əvvəlindəki tülküdən fərqlənmir. Bu gün yazılan tülkü şeirinin altında tarixi olmasa, deyərsən, XX əsrin əvvəllərində yazılıb. Ortalığa çıxan nümunələrin hamısı eyni rəngdə və üslubdadır. Bu yaxınlarda bizim 500 səhifəlik antologiyamız çap olunub. Bura uşaq şeirləri, uşaq dram əsərləri, nağılları, hekayələri daxildir. Növbəti aylarda yeni bir antologiyanın çapını da planlaşdırırıq. Ümumən, uşaq ədəbiyyatının hazırda iki problemi var. Birincisi, uşaq yazıçısının yaradıcılıq problemi, digəri isə uşaq ədəbiyyatının çap poliqrafiya problemidir. Sovet realizm metodu uşaq ədəbiyyatımıza elə hopub ki, bizim şeirlərimizdə uşaqların hamısı qəhrəman və beş alandır. Uşaq iki ala bilmir, karıxmır, səhv eləmir, yalan danışa bilmir. Sovet uşağı obrazı bu gün də ədəbiyyatımızda özünü göstərir. Saxta uşaq obrazları yaratmaq yazıçıların yaradıcılıq problemidir. Uşaq şeiri ilə uşaqlar haqqında şeir başqa-başqa şeylərdir. Bizim yazıçılar uşaqlar haqqında yazdığı şeirləri uşaq şeiri kimi qələmə verirlər. Elə bilirlər, qarışqaya, dovşana, tülküyə, cücəyə yazılan şeirlərin hamısı uşaq şeiridir. Yəni uşaq şeirini əşyanın balacalığı ilə ölçürlər. İkinci problem, dediyim kimi, çap-poliqrafiya problemidir. Uşaq mətbuatını bağçalara, məktəblərə qoymurlar. Amma şou-biznesin biletləri məktəblərdə satılır. Məsələn, “Göyərçin” jurnalına uşaqlar həsrətdir. Yaxud ucqarlara kitablar gedib çatmır, televiziya verilişləri yoxdur. Mən dəfələrlə Təhsil Nazirliyində olan iclaslarda, mətbuatda demişəm ki, uşaq şairləri məktəblərdə öz şeirlərini oxusun, dərs keçsin. Onda uşağın yadında qalacaq ki, tutalım, tülkü şeirini yazan İlyas Tapdıq bizə dərs keçmişdi, şairi o vaxtdan tanıyıram”.

Q.Nəcəfzadə hesab edir ki, bu sahədəki problemlərdən biri də orta məktəb uşaq dərsliklərinin həvəskarcasına yazılmasıdır: “Çap etdiyimiz uşaq ədəbiyyatı antologiyasını təhsil naziri Mikayıl Cabbarova verdim ki, dərslikləri çap edən nəşriyyatlar kitablara bu şeirlərdən salsınlar. Dərslik yazan müəlliflərin pedaqoji ustalığı olmur, həvəskarcasına işləyirlər. İndi müəllif kitabı çap etdirir, götürüb gəlir evinə. Əvvəllər Mədəniyyət Nazirliyinin kitab kollektoru var idi. Həmin kollektor kitabları alıb kitabxanalara paylayırdı. Yaxud müəlliflərdən kitabı alıb, kitabxanalara paylaya bilərlər. Bəs Təhsil Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin kitabxanaları nə ilə zənginləşməlidir? Başqa tərəfdən, Azərbaycanda uşaq ədəbi tənqidi yoxdur. Gərək uşaq ədəbiyyatının tənqidçiləri olsun ki, uşaq şeiri yazan insanların adları çəkilsin. Müəyyən qüvvələr var, uşaq ədəbiyyatını uşaq yerinə qoyurlar, hər yerdə qovurlar. Elə bilirlər, uşaq ədəbiyyatı deyəndə, balaca bir şey haqqında danışırlar. Azərbaycanda bir nəfər uşaq tənqidçisi göstərmək olmaz. Düzdür, tədqiqatçılar var, amma onlar alim adı almaq üçün bu işlə məşğul olurlar. Tənqidçilər, tədqiqatçılar asan yol tapıblar ki, ölülərdən yazsınlar, heç kimin xətrinə dəyməsinlər”.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimai əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov çap olunan nəşrlərin kitabxanalara çatmaması fikri ilə razılaşmır. Nazirlik rəsmisi APA-ya açıqlamasında bildirib ki, uşaq ədəbiyyatına aid kitablar istər Bakıda, istərsə də regionlarda olan kitabxanalara paylanılır: “Hər bir kitabxanada bu kitablar var. Xüsusən nağıllar, dünya ədəbiyyatından tərcümə edilən nümunələr kitabxanalarda var. Qeyd edim ki, bu sahədə daha çox sahibkarların cəlb olunmasına ehtiyac yaranır. Uşaq ədəbiyyatını hazırlayan nəşrlər qanunvericiliklə vergidən azaddırlar. Yəni gələcəkdə həm nəşriyyatlar, həm də şirkətlər tərəfindən buna maraq olarsa, daha yaxşı olar”.

Çap olunan kitabların keyfiyyətinə gəldikdə isə, V. Şixəmmədov əlavə edib ki, bununla bağlı nazirlik səlahiyyət sahibi deyil: “Onlar sahibkardır, özəl sektordur, ona görə nəşriyyatın işinə müdaxilə etmək qanunvericiliklə bizim səlahiyyətlərimiz daxilində deyil. Ümumiyyətlə, bütün kitabxanalar kitabxana kollektoruna müraciət edib öz kitabxanalarına kitab götürürlər. Bu istər paytaxt, istərsə də region kitabxanalarına aiddir. Nazirlik ötən il ümumilikdə 70-dən çox adda kitab nəşr edib və bunların içində uşaq kitabları da var”.

İkinci dərəcəli ədəbiyyat.

Uşaq şeirlərinin müəllifi, əsərləri 30 ildən çoxdur ədəbiyyat dərsliklərində tədris olunan şair İlyas Tapdıq isə nikbindir. O, uşaq ədəbiyyatının son illərdə inkişaf etdiyini, yeni istedadlı imzaların yarandığını bildirir. İ.Tapdıq həmkarı Qəşəm Nəcəfzadədən fərqli olaraq, hesab edir ki, tülkünün xislətini şairlər yox, təbiət özü verib: “Uşaq ədəbiyyatını yaradan müəlliflər hər gün meydana çıxmır, bunun üçün illər lazımdır. Çox istedadlı müəlliflərimiz var. Məsələn, Qəşəm Nəcəfzadə, Qəşəm İsabəyli, Sevinc Nuruqızı, Gülzar Nənə və başqaları. Uşaqlar üçün yazmaq böyüklər üçün yazmaqdan çətindir. Uşaqlarda yaşdan-yaşa psixologiya, dünyagörüşü, hadisələrə münasibət dəyişir. Ona görə uşaq ədəbiyyatının yetişmə dövrü var. Abdulla Şaiq deyirdi ki, mən ömrüm boyu uşaq ədəbiyyatına təzə ədəbiyyat kimi yanaşmışam, hər gün yazdığım mənə təzə gəlirdi. Qaldı ki, şairləri ittiham etməyə, bilmirəm, Qəşəm Nəcəfzadə bunu hansı mənada deyib. Tülkünün hiyləgərliyini, canavarın yırtıcılığını şair necə onlara öyrədə bilər?”

Şair əlavə edib ki, kitabların kitabxanalara çatdırılması problemi həll olunub: “Təhsil Nazirinin çıxışına şəxsən qulaq asdım. Dedi ki, məktəblilərlə görüş keçirib uşaq kitablarının sayını artırmaq, kitabları onlara çatdırmaq vacibdir. Hətta tapşırıq verdi ki, lazım olsa, deyin, kitabları biz alıb verək”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Uşaq Ədəbiyyatı” kafedrasının müdiri, şair Zahid Xəlil hesab edir ki, bu gün ən yaxşı uşaq ədəbi nümunələrini yazanlar elə qocalardır. Uşaq ədəbiyyatına cavanların meyl etməməsinin səbəbini Z.Xəlil bu ədəbiyyata diqqətsizlik və laqeydlikdə görür: “Ümumiyyətlə, Azərbaycanda uşaq ədəbiyyatını həmişə ikinci dərəcəli hesab ediblər. Biz bu münasibəti hər zaman görmüşük. Mətbuatda konkret bir ilin ədəbi təhlilini verirlər, amma uşaq ədəbiyyatının adını çəkən yoxdur. Elə bil, bu, ədəbiyyat sayılmır. Məsələn, Sovet dövründə mənim kitabım Moskvada 2 milyon tirajla çıxıb. SSRİ üzrə ən yaxşı uşaq kitabının müəllifi olmuşam, ancaq bir dəfə ədəbi prosesdə bu haqda söz demədilər. Başqa bir tərəfdən, kitabların ünvana çatmasında ciddi problemlər var. Yazıçılar çap etdirdikləri kitabın əlində qalırlar, bilmirlər, necə etsinlər. Yazıçı düşüb kitab sata bilməz, bunu biz özümüzə, arımıza sığışdırmırıq. Əvvəldən biznesmen olsaydıq, bəlkə bunu edə bilərdik. Amma indi vəziyyət başqadır, utanırıq. Çap edirik, qalır əlimizdə. Bu saat mənim evimdə bəlkə min nüsxə kitabım var. İndi mən necə edim? Düşüb mağazaları gəzə bilmirəm”.

Planlı uşaq ədəbiyyatı yaratmaq şakəri.

“Azərbaycan” jurnalının baş redaktorunun müavini, tənqidçi Əsəd Cahangir APA-ya açıqlamasında qeyd edib ki, texnikaya maraq göstərən müasir uşaqların diqqətini cəlb etmək üçün parlaq istedada sahib imzalar yetişməlidir: “Təəssüf ki, bizdə uşaq ədəbiyyatı deyəndə, yalnız balaca şeir parçasını nəzərdə tuturlar. Uşaqlar üçün romanlar yoxdur. Uşaq ədəbiyyatı XX əsrin əvvəllərində – Sabirin, Abbas Səhhətin, Firudin bəy Köçərlinin vaxtında adamları daha çox düşündürürdü, nəinki indi. Onlar uşaqlar üçün kitablar tərtib edir, tərcümələr edir, şeirlər yazırdılar. Həmin dövrdə qələmə alınan nümunələr bizim ümumi ədəbi prosesimizə daxil ola bildi. Məsələn, Abdulla Şaiqin “Keçi”, “Xoruz”, Mirzə Ələkbər Sabirin “Gəl-gəl, a yaz günləri” şeirləri, “Qarğa və tülkü” təmsili və s. Nə Sovet hakimiyyəti qurulandan sonra, nə də bu gün yazılan uşaq ədəbiyyatı nümunələri uşaq ədəbiyyatının faktına çevrilə bilmədi. 1920-ci ildən sonra yazılan nümunələrdə elə bir parlaq, yadda qalan fakt yoxdur. Bizim yazıçı və şairlərimizə elə gəlir ki, onlar ancaq böyüklər üçün yazsalar, daha çox yadda qalacaqlar”.

Çağdaş Azərbaycan ədəbi tənqidinin uşaq ədəbiyyatına laqeyd yanaşması fikrinə gəlincə, Ə.Cahangir hesab edir ki, bir məqalə yazmaqla bu sahədə heç nəyi dəyişmək mümkün deyil: “Uşaq ədəbiyyatşünaslığı, tənqidi çox ciddi sahədir və buna ömür sərf etmək lazımdır. Əlbəttə, mən bir məqalə yaza bilərəm, amma bu, heç nəyi dəyişməyəcək. Sovet vaxtı “Göyərçin” və “Pioner” jurnalları çıxırdı. İndi spesifik uşaq ədəbiyyatı jurnalı yoxdur, olsa da, o marağı doğurmur. Rafiq Yusifoğlu “Göyərçin” jurnalını buraxır, çox zəhmətkeş insandır, zəhmətinin üstündən xətt çəkmək istəmirəm, amma artıq zamanın xarakteri dəyişib. Uşaq ədəbiyyatı başqa cür olmalıdır, onun haqqında başqa cür yazmaq lazımdır. Biz bu günün uşaqlarına ötən əsrin uşaqları kimi baxmamalıyıq. İndinin uşaqları əlifbanı bilməyə-bilməyə kompüteri idarə edən, 200-300 televiziya kanalının içindən özlərinə lazım olan kanalı tapan, telefon siyahısından özlərinə lazım olan adamın adını tapan uşaqlardır. Texnogenləşmiş uşaqların maraqlarını cəlb etmək üçün yeni dövrün uşaq yazarları yetişməlidir. Parlaq istedad olmasa, planlı şəkildə “mən uşaq ədəbiyyatı yaradacağam” deməklə ədəbiyyat yaratmaq olmaz”.

Comments are closed, but trackbacks and pingbacks are open.