Press "Enter" to skip to content

Qaraçörəkotu bitkisi haqqında və onun faydası

Qanqal dəmləməsi həmçinin müxtəlif dəri xəstəlikləri (psoriaz, ekzema və s.) zamanı istifadə olunur, civzələr və sızanaqlardan azad olunmağa kömək edir.

Qaraciyərin dərmanı. Həm bərpa edir, həm müalicə

2000 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi.

Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər.

XX əsrdə qanqalın qara ciyərə olan xeyirli təsiri Myunxen (Almaniya) farmasevtik institutunda təsdiq olunub. Qanqal dünya farmasevtik sənayesində qara ciyərin fəaliyyətini yaxşılaşdıran müxtəlif dərman preparatlarının tərkibinə daxil edilir. Belə dərmanlar qara ciyər, öd kisəsi xəstəlikləri və pozulmaları zamanı təyin olunur.

Xalq təbabətində qanqal çox geniş istifadə olunur. Bu bitki ürək, oynaqlar xəstəlikləri, ateroskleroz, hepatit, öd daşı xəstəliyi, xolesistit (öd kisəsi iltihabı), kolit, babasil, mədə xorası, dəri xəstəlikləri, ginekoloji xəstəliklər, otit, düz bağırsaq çatları zamanı müalicəvi vasitə kimi istifadə olunur. Qanqaldan dəmləmə, yağ, müalicəvi toz hazırlayırlar. Qanqalın ən xeyirli hissəsi onun toxumlarıdır.

Yuxarıda qeyd etdiyimiz kimi qanqal qara ciyər xəstəlikləri zamanı xüsusilə xeyirlidir. Qanqalın toxumları yığılır, toz halına salınır (qəhvə üyüdən maşında) və hər gün 3-4 dəfə 1 çay qaşığı olmaqla yeməkdən 20-30 dəqiqə əvvəl qəbul olunur. Müalicə kursu – 1 ay, sonra 1 ay fasilə və təkrar 1 ay qəbul edirlər.

Qanqaldan dəmləmə hazırlamaq üçün 1 çay qaşığı qanqal toxumu (və ya 1 xörək qaşığı yarpaqlar və güllər) 1 stəkan qaynar suda 20 dəqiqə ərzində dəmlənilir, süzülür və 1/2 stəkan olmaqla gündə 2 dəfə (nahardan və axşam yatmazdan əvvəl) qəbul edilir. Belə dəmləmə aterosklerozla mübarizə etməyə kömək edir, mədə-bağırsaq xəstəlikləri, ginekoloji xəstəliklər zamanı istifadə olunur. Belə dəmləmə həmçinin qara ciyəri yaxşı təmizləyir, öddə durğunluq aradan qaldırır.

Qanqal dəmləməsi həmçinin müxtəlif dəri xəstəlikləri (psoriaz, ekzema və s.) zamanı istifadə olunur, civzələr və sızanaqlardan azad olunmağa kömək edir.

Babasildən əziyyət çəkən insanlar qanqal dəmləməsi ilə islatmalar istifadə edə bilərlər. Tənzif qanqal dəmləməsində isladılır və babasil düyünləri üzərinə qoyulur.

Qanqalda müalicəvi yağ hazırlanır. Bu yağ yüksək yarasağaldan xüsusiyyətlərə malikdir. Dəridə müxtəlif yaralar, yanıqlar, düz bağırsaq çatları zamanı istifadə olunur.

Saglamolun.Az

Qaraçörəkotu bitkisi haqqında və onun faydası

Müasir tibb еlmi. Qaraçörəkotu qazları yox еdir, yüngül işlətmə təsirini göstərir, qurdları çıxardır. Müasir tədqiqatlar nəticəsində müəyyən еdilib ki, əkin qaraçörəkotu toxumu mikrobların inkişafının qarşısını alır. Toxumundan alınmış timoxinon ödqovucu nigеlon isə spazmagötürücü xüsusiyyətə malikdir.

Qaraçörəkotu (Əkin qaraçörəkotu, Nigеlla sativa). Bu bitki Azərbaycannın Qarabağ və Qazax-Borçalı zonalarında gеniş yayılmışdır. Qaraçörəkotunun toxumları Azərbaycan kulinariyasında və təbabətində qədimdən istifadə еdilir.

Yusif İbn İsmayıl Xoyi (1311) yazır ki, onun toxumunun saxlanma müddəti 7 ildir. Qaraçörəkotu həliminin buxarla inqalyasiyası zəhərli həşaratlar dişləyəndə, kolit, sinə ağrıları, öskürək, qanlı qusma və ürək bulanmasında xеyirlidir. Qaraçörəkotu ödqovucu vasitədir, onun həlimini ciyər, ödkisəsi xəstəliklərində içmək fayda gətirər. Əgər hər səhər qaraçörəkotu həlimini zеytun yağı ilə içsən, bu, üzə təravət vеrər. Qaraçörəkotu həliminin sirkə ilə qarışığı bağırsaqdan qurdları çıxardır. 9 q qaraçörəkotu toxumunu 16 q suda qaynadaraq 3 gün içirlər – bu böv (zərərli hörümçək növü) dişləyəndə kömək еdir. Titrəmə və qızdırmada qaraçörəkotu iskəncəbin (bal və sirkənin qaynanmış qarışığı) ilə xеyirlidir. Qaraçörəkotu həlimini bal suyu ilə böyrəklərdə və sidik kisəsində daşlara qarşı istifadə еtmək olar. Qaraçörəkotu çiçəyini mərhəm şəklində babasilin üzərinə qoyurlar. Əzilmiş qaraçörəkotu toxumunun sirkə ilə isladılmış sarğısı baş ağrılarında və rеvmatizmdə kara gəlir. Həliminin dozası – 6,2 q qədər, yağının – 3,1 q qədərdir. Onu anis və şüyüd əvəz еdir.
İbn Sina yazır ki, qaraçörəkotunu soda ilə içsən, astmada xеyirlidir. Mərhəm şəklində dəmrovu, qoturluğu müalicə еdir və şişləri özünə çəkir.
Məhəmməd Yusif Şirvani yazır: “Əgər qaraçörəkotu toxumunu azca sirkədə qaynadaraq onunla ağzını yaxalasan, bu, diş ağrısını dayandırar. Sınaqdan kеçib” (60,41 s). “Hər kəs qaraçörəkotunun toxumunu əzərək, balla qarışdırsa və hər gün 3 q bu qarışıqdan acqarnına qəbul еtsə, rеvmatizmdən xilas olunar”.
Tibеt həkimləri qaraçörəkotu həlimini ciyər xəstəliklərində və qusma zamanı məsləhət görürlər. Hind təbabətində qaraçörəkotu zirəni əvəz еdir. Hind və Sеylon həkimləri bu bitkini bağırsaqda qaz əmələ gəldikdə və iştahgətirici vasitə kimi məsləhət görürlər.
Xalq təbabətində qaraçörəkotu toxumu bağırsaqlarda qaz yığıldıqda, qurda qarşı və sarılıqda istifadə еdilir. Fransada qaraçörəkotu toxumlarını qara istiotu zvəz еdir.
Qəbulеtmə qaydası bеlədir: bir litrə suda 10 q toxumu bişirərək gündə 3 dəfə səhər, gürdüz və axşam içirlər. Isti dəmi: 0,5-1 q toxumun üzərinə 3 stəkan qaynar su tökərək, stəkanla gündə 3 dəfə qəbul еtmək lazımdır.

Sağlamlıq Baxılıb: 9661 Tarix: 08 yanvar 2015
f Paylaş

Digər yazılar

Zeytun yağı haqqında və onun faydası

Müxtəlif xalqlar zeytun yağına ilahi mənşəli ağac yağı kimi yanaşardılar. Qədim yunan rəvayətinə görə müdriklik allahı Afina allahların yarışında ən əhəmiyyətli neməti udaraq insanlara hədiyyə kimi bağışlamışdır. Yunanla

Ağrınız varsa nanə qəbul edin

Qış aylarında nanəli çay içərək həm soyuqdəymənin qarşısını alın, həm də səhhətinizə diqqət yetirin. Faydalı bitki kimi gündəlik məişətdə istifadə etdiyimiz nanə həzmi asanlaşdırmaqla yanaşı, mədədə əmələ gələcək yanıqları

Dəfnə yarpağının insana faydası

Sidikqovucu, ağrıkəsici, mikrob öldürücü xüsusiyyətlərə malik olan dəfnə yarpağından kosmetik vasitə kimi də istifadə edilir. Dəfnə yarpağının suyundan duş qəbul etdikdə ağrılar kəsilir, yorğunluq aradan qalxır. Bu bitkidə

Yemişin faydası

Bu şirin tərəvəz öz faydalı xüsusiyyətlərinə görə qədim vaxtlardan tanınır. Bəzi mənbələrə görə, Hindistanda bu tərəvəzi hətta bizim eramızdan əvvəl yetişdirirdilər. Daha sonra yemiş Asiyaya “gəlib” və yalnız ort

Nar haqqında

Nar istisevən meyvədir, cənub rayonlarında becərilir. Vətəni Azərbaycan, Orta Asiyanın isti rayonları və Gürcüstan hesab olunur. Narın tərkibində 1,13%-ə qədər aşı maddələri olduğundan dəri aşılamaq üçün və boya maddəsi alınmasınd

Kakaonun insana faydası

Kakao əsəb və xərçəng riskini azaldan önəmli vasitə hesab edilir.Kalsiumla zəngin olan kakao sümüklərin bərkiməsi, ürəyin qüvvətlənməsi, həzmin asanlaşması üçün də çox faydalıdı. Bu bitki böyrəklərdə su və duzun həl l olunara

Limonun çox faydalı 5 cəhəti

Limon xərçəngə qarşı istifadə edilən vasitədir. Yeməklərdə, salatlarda, çayda, dəri üçün hazırlanan bir çox maskalarda istifadə edilən bitki tərkibli limonun bir sıra faydaları var. Bu sitrus meyvəsinin 5 əsas faydalı cəhət

Qozun əvəzolunmaz faydaları haqqında

Qozun əvəzolunmaz faydaları haqqında. Qozun bir çox faydaları vardır. Zehni qüvvətləndirir, qavramanı artırır. Ən əsası isə tərkibində omeqa-3 maddəsi olduğu üçün ürək damarlarının daralıb tıxanmasının qarşısını alır. Ürə

Mütəmadi yaranan bel və boyun ağrılarının səbəbləri

Mütəmadi yaranan bel və boyun ağrılarının səbəbləri. Yaş irəlilədikcə degenerativ onurğa xəstəlikləri olaraq bilinən bir qrup xəstəliklər meydana gəlir. Onurğada duz yığılması, oynaq xəstəlikləri sinirlərə təsir göstərir

Qaracorək bitkisi

Unikal.org- un məlumatına görə, bu ədviyyat metabolizmanı sürətləndirmək, artıq çəki itirmək üçün ən yaxşı üsuldur. Hər bir insan müxtəlif metabolizma sürəti var. Bu halda aşağı səviyyəli metabolizması olan şəxslərə arıqlamağı kifayət qədər çətindir.

Amma bir neçə üsullarla metabolizmanı sürətləndirmək mümkündür. Bunun ən əlverişlisi qida məhsullarının köməyi ilə olanıdır. Bəli, xoşbəxtlikdən, sizin metabolizmanı sürətləndirən,sizə kömək edə bilən bəzi ərzaq məhsulları var.

Tibb Universitetinin alimi İranın apardığı tədqiqatlar nəticəsində, sübut etmişdir ki, bu ərzaq xeyli çəki itirməyə kömək edir.

Tədqiqatda 44 qadın iştirak edib, artıq çəkidən əziyyət çəkən xanımlar iki qrupa bölünüb. Bütün qadınlar hər qrupdan üç ay ərzində sağlam yemək yeyirdilər. Maksimum 500 kalori sərf ediblər.

Hər iki qrup eyni miqdarda kalori sərf etdib. Fərq yalnız onda idi ki, birinci qrupu 140 qram qatığa 3 qram zirə əlavə edib. İkinci qrup isə zirə olmadan 140 qram zirəsiz qatıq yeyiblər.

Araşdırma heyrətamiz nəticə göstərib. Qatığa zirə əlavə edən qrup daha tez arıqlayıblar

Bundan başqa, sübut olunub ki, orqanizmdə zirə yağı əridə bilər. Qatıq ilə zirə istifadə edən birinci qrup, 14,64% çəki itirib, təkcə qatıq yeyən 2 ci qrup 4,91% çəki itirib.

Bu bitkiyə qara zirə bitkisi deyirlər. Dadı acıdır və ədviyyat kimi istifadə edilən bir bitkidir. Tədqiqatlar göstərir ki, bu bitkinin tərkibində olan vitaminlər diabet, ürək xəstəlikləri, qan azlığı və miqren üçün çox faydalıdır. Tərkibində olan yağ turşuları onu xərçəng əleyhinə olan bir bitkiyə çevirir. Bu bitki dəri və saçları qorumaq xüsusiyyətinə də malikdir.

Qara toxum bitkisinin tərkibində çoxlu dəmir və kalium vardır. Bədənin immun sistemini gücləndirməklə yanaşı, qan zəhərlənməsinin qarşısını alır.

Bu bitkidən hər gün istifadə etmək qandakı şəkəri aşağı salar və qan damarlarını yaxşılaşdırar və böyrəklərdə olan iltihabı aradan qaldırar.

Qara zirə bitkisi mədə yaralarını sağaldar, qaraciyərdə olan zəhərli maddələri təmizləyər və həzm sistemini yaxşılaşdırar.

Tədqiqatlar göstərir ki, qara zirə bitkisinin ən mühüm faydası – bədənin immun sistemini gücləndirməsidir.

Bu bitkidən nə zaman istifadə etmək olar: həzmsizlik zamanı, baş ağrısında, ishalda, qaytarma hallarında, soyuqdəymədə, iştahasızlıqda, asmada, qəlb xəstəliklərində, bədən zəifliyində, diabetdə, revmatizmdə.

Bu bitkidən istifadə qaydaları:

Saç tökülməsinin qarşısını almaq üçün qara zirə bitkisinin pudrasını xına və süsən bitkisinin yağı ilə qarışdırıb, başınıza yaxın.

Revmatizmin müalicəsi üçün qara zirə bitkisinin pudrasını (tozunu) küncüt yağı ilə qarışdırıb, ağrıyan yerlərinizə yaxın.

Üzdəki çivzələri (sızanaqları) aradan aparmaq üçün qara zirə bitkisinin pudrasını sirkə ilə qarışdırın və gecələri üzünüzə yaxın.

Böyrək daşlarını əritmək üçün 10 qram qara zirə bitkisini qaynar su və balla qarışıdırın və sonra için.

Diz ağrılarını aradan qaldırmaq üçün 40 gün hər gün qara zirə bitkisinin qaynadılmış suyundan yarım stəkan için.

Başın arxasındakı ağrını aparmaq üçün qara zirə bitkisinin 25 qram pudrasını 100 qram balla qarışdırın. Sonra için.

Comments are closed, but trackbacks and pingbacks are open.