Qeyri-üzvi kimya-1 mühazirə mətnləri (BDU Dosenti k. e. n. O. Ə. Əliyev)
birləşmələrin tərkibində s, p və digər elementlərdə rast gəlinir. Üzvi kimya-nın əsas
Qeyri-üzvi kimya üzrə repetitorlar
Индивидуальные занятии по предмету Химия. Опытный педагог, автор книги “Химия для индивидуальных занятий” проводит уроки к вступительным экзаменам по предмету химия по адресу 8 микрорайон, около метро Азадлыг. -Закрепление изученного и устранение пробелов. -Дополнительные занятия и тесты. -Индивидуальный подход к каждому. -Качество и результат г
Dərsin qiyməti
10 AZN-dən
Təcrübə: 6 il
Təcrübə: 6 il
Tədris dili:
Azərbaycan dili
Tədris formatı:
Müəllimin ünvanında
Şagirdin ünvanında
Tədris növü:
İndividual, Qrup şəklində
2011-2015ci illərdə BDU kimya fakültesini bitirmiş en.2017ci ildən ümumtehsil mektebleri de kimya müellimi kimi çalıştıram. MİQ 2022-ci il musabiqəsində 97.65 bal toplamişam.7 ildir abituriyent hazırlığı ilə məşğulam.
Dərsin qiyməti
6 AZN-dən
Təcrübə: 3 il
Təcrübə: 3 il
Tədris dili:
Azərbaycan dili
Tədris formatı:
Şagirdin ünvanında
Tədris növü:
İndividual, Qrup şəklində
2017-2021.illərdə Bakı Dövlət Universiteti-nin Kimya fakültəsinin kimya müəllimliyi ixtisasında təhsil almışam.Zərbəçi ortalamasıyla təhsilimi başa vurmuşam. 2illik pedoqoji təcrübəm var.Məktəbdə müəllim olaraq və fərdi şəkildə abituriyent hazırlığıyla məşğul olmuşam.Hazırda kursda fəaliyyət göstərirəm. Kimya üzrə 7-11-ci sinif şagirdləri müraciət
Dərsin qiyməti
4 AZN-dən
Təcrübə: 7 il
Təcrübə: 7 il
Tədris dili:
Azərbaycan dili
Tədris formatı:
Müəllimin ünvanında
Tədris növü:
İndividual, Qrup şəklində
Kimya fənninin tədrisi. Dərslər həftədə 2 dəfə 2 saat olmaqla keçirilir. Aylıq ödəniş 70 azndir. Dərslər 6illik pedaqoji stajı olan müəllim tərəfindən keçirilir. Hər ayın sonunda sınaqlar edilir. İlk dərs sınaq xarakterli olduğu üçün ödəniş tələb olunmur.
Dərsin qiyməti
10 AZN-dən
Təcrübə: 5 il
Təcrübə: 5 il
Tədris dili:
Azərbaycan dili
Tədris formatı:
Müəllimin ünvanında
Tədris növü:
İndividual, Qrup şəklində
Bakı Dövlət Universiteti 2020-ci il bakalavr dərəcəsini 2022-ci ildə magistr dərəcəsini fərqlənmə ilə bitirmişəm. SABAH qruplarında təhsil almışam. 1 ildir ki, məktəbdə müəllim kimi çalışıram. 3 il isə evdə fərdi və qrup şəklində hazırlıq keçirəm. Kimyadan 7-9cu sinif təkmilləşdirmə, abutriyent hazırlığı. Bundan əlavə ibtidai sinif şagirdlərinə ev
Dərsin qiyməti
7 AZN-dən
Təcrübə: 5 il
Təcrübə: 5 il
Tədris dili:
Azərbaycan dili
Tədris formatı:
Müəllimin ünvanında
Tədris növü:
İndividual, Qrup şəklində
Mən, Flora Bayramova BDU SABAH məzunuyam. AMEA-da magistratura təhsili alıram və həm də AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya institutunda işləyirəm. Kimya üzrə bütün istiqamətlərdə bütün yaş qrupları üzrə hazırlıq keçirəm. 6-7 aya proqramı tam bitiririk. Dərslərdə xüsusi hazırladığım materiallardan istifadə edəcəyik. Dərslərin keyfiyyətinə 100% zəm
Qeyri-üzvi kimya-1 mühazirə mətnləri (BDU Dosenti k.e.n. O.Ə.Əliyev)
Bu dərs vəsaiti Bakı Dövlət Universitetinin “Ümumi və Qeyri-üzvi kimya” kafedrasının Dosenti Oqtay Əliyevin “Qeyri-üzvi kimya-1” fənnindən oxuduğu mühazirələr toplusundan ibarətdir. Kitabda qeyri-metallar, onların təbiətdə yayılmaları, birləşmələri, xassələri və tətbiqi haqqında məlumatlar verilmişdir. Dərs vəsaitindən istifadə edənlərin mövzunu yaxşı başa düşmələri üçün mühazirələr anlaşıqlı və çox sadə dildə yazılmış həmçinin, diaqram, cədvəl və qrafiki formullardan istifadə olunmuşdur.
Elementlər kimyasına giriş. Hidrogen, VIIA qrup elementlərinin xarakteristikası. Flüor, Xlor, birləşmələri, xassələri, tətbiqi, Brom yarımqrup elementləri. Brom, yod, VIA qrup elementlərinin xarakteristikası. Oksigen, Kükürd, birləşmələri, xassələri, tətbiqi, Kükürdün oksigenli birləşmələri, xassələri, tətbiqi, Selen yarımqrup elementləri, birləşmələri, xassələri, tətbiqi, VA qrup elementlərinin xarakteristikası. Azot, Azotun oksigenli birləşmələri, xassələri, tətbiqi, Fosfor, birləşmələri, xassələri, tətbiqi, IVA qrup elementlərinin xarakteristikası. Karbon, Silisium, birləşmələri, xassələri, tətbiqi, IIIA qrup elementlərinin xarakteristikası, Bor, VIIIA qrup elementləri, birləşmələri, xassələri.
İnformasiyaMüəllif hüquqları ilə əlaqədar olaraq materialın yükləmə e-keçidi saytdan silinmişdir.
Mövzu 1: GİRİŞ, ÜZVİ Kİmyanin məQSƏDİ,VƏZİFƏLƏRİ, yaranma tariXİ, NƏZƏRİ Əsaslari
1. Üzvi kimyanın predmeti, məqsəd və vəzifələri. Başqa elmlərlə əlaqəsi.
2. Üzvi kimyanın inkişaf tarixi. Dünya və Azərbaycan alimlərinin rolu.
3. Üzvi kimyanın inkişafında nəzəriyyələr
a) Tiplər b)Radikallar c) Quruluş nəzəriyyələri
4. Üzvi reaksiyaların getmə şəraiti və mexanizmi.
5. Üzvi birləşmələrin təbii mənbələri.
6. Üzvi birləşmələrin təsnifatı.
Üzvi kimya tərkibində karbon atomu olan kimyəvi birləşmələri öyrənən bir
elmdir.Üzvi kimya canlı aləmdə (bitki, heyvan, insan) yayılmış karbon atomunun digər
elementlərlə əmələ gətirdiyi birləşmələri öyrənən bir elimdir. Üzvi birləşmələri əmələ
gətirən əsas dörd elementdir (O, H, N, C). Bu
Aristotel nəzəriyyəsi ilə üst-üstə düşür.
Bunlara orqanogen elementlər deyilir. Hazırda müəyyən edilmişdir ki, üzvi
birləşmələrin tərkibində s, p və digər elementlərdə rast gəlinir. Üzvi kimya-nın əsas
məqsədi canlı orqanizmi təşkil edən əsas üzvi birləşmələrin tərkibini öyrənmək və
yeni dərman preparatları və yeni əmələ gələn və müalicəsi mümkün olmayan
xəstəliklərin müalicəsini tapmaqdır.
Üzvi kimyanın inkişaf tarixini bir neçə dövrə bölünür:
I dövr-emperik dövr bu dövr on mil il bundan əvvələ gedib çıxır. Bu
dövrdə qədim insanlar bir çox üzvi maddələri almış və istifadə etmişlər(spirtli
içkilər, sirkə, bir çox boyaqlar-
indiqo alizarin
və s.). Sonralar orta əsrlərdə
əlkimyaçılar təmiz halda bəzi maddələri almaq üsullarını kəşf etdilər. Birinci dövr
XVI əsrə gədər davam etmişdir.
II dövr- atom molekulu anlayışları dövrü Lomonosov, Laplas dövrü
XVIII əsrdə bir çox üzvi maddə alınmışdır. 1773-ci ildə
Rull saf karbomid əldə etdi.
Şeele təmiz halda – üzüm, limon, alma və bir çox mad-dələri
Berselius canlı və cansız aləmin kimyəvi elementlərdən təşkil olun-
duğunu sübut etdi və bununlada o vaxta qədər mövcud olan vitalist nəzəriyyəyə son
Völer qeyri-üzvi maddə olan ammonium-sianatdan qızdırmaqla üzvi
maddə karbomid aldı:
1845-ci ildə alman alimi
A.Kolbe ağac kömüründən S, Cl və sudan üzvi maddə
olan sirkə turşusu aldı. 1851-ci ildə
P.Bertlo süni yolla benzol naftalin sintez etdi. O,
1860 ildə qliserin yağ turşusundan yağları sintez etdi.
III dövr-sintez və quruluş nəzəriyyəsi dövrü adlanır- Bu dövr XIX əsrin
ortalarından başlayaraq 1920-ci ilə qədər davam etmişdir. Artıq bu dövrdə bir çox
üzvi maddələrin alınma üsulları müəyyən edilmiş yeni tədqiqat üsulları tapıl-mışdır.
IV dövr 1920-ci ildən zamanəmizə qədər olan dövrü əhatə edir-Bu dövr
neftin krekinqi, daş kömürün quru destilləsi, təbii və süni qazların kimyada geniş
istifadəsi, onlardan alınan bir çox maddələrin süni və sintetik liflər, plastik maddələr,
Üzvi kimyanın inkişafında aşağıdakı nəzəriyyələr mövcud olmuşdur:
1. Radikallar nəzəriyyəsi-Üzvi kimyada ilk nəzəriyyədir. Bu nəzəriyyənin əsas
Y. Libix və F.Völerdi (1832). Onlar müəyyən etmişlər ki, bir çox atom
qrupları dəyişmədən kimyəvi reaksiyalar zamanı birləşmədən digərinə keçir,
Onlar belə güman edirdilər ki, üzvi birləşmələr radikallardan, q/üzvi
birləşmələr isə atomlardan təşkil olunmuşlar. Bu nəzəriyyənin köməyi ilə bir çox yeni
radikallar alınmış və yeni birləşmələr öyrənilmişdir.
Ancaq nəzəriyyənin nöqsan cəhətləri çoxdur. Belə ki, onlar radikalları
atomlara oxşadırlar. Radikalların sərbəst yaranmasını sübut etməyə çalışırdılar. Lakin
yeni faktlar sübut etdi ki, radikallar sərbəst yaşaya bilmir. CH
etanın alınması ilə nəticələnirdi. Bundan başqa fransız kimyaçısı
J.Dyuma aşağıdakı reaksiya ilə radikallar nəzəriyyəsini alt üst etdi:
Bu kimi faktlar əsasında radikallar nəzəriyyəsi öz əhəmiyyətini itirdi. Artıq
yeni nəzəriyyəyə ehtiyac yaranmışdı.
2. Tiplər nəzəriyyəsi-Baniləri
O.Loran və Ş.Jeran-idi. Bu nəzəriyyənin baniləri
radikallar nəzəriyyəsinin əksinə olaraq molekulun dəyişən əsas tutur. Üzvi
birləşmələrin reaksiyaları ilə q/üzvi birləşmələrin reaksiyalar arasında oxşarlıq
olduğunu irəli sürdülər. Tiplər nəzəriyyəsinə görə üzvi maddələr sadə q/üzvi
maddələrdən (tiplərdən) törəyir və tərkibindəki hidrogenlərin qalıqlarla əvəz
olunmasından əmələ gəlir.
benzoy t-un Na duzu
O─Cl etil xlorid
Etil spirti Dimetil efiri
Sirkə turşusu Sirkə anhidridi
Etil xlorid Asetil xlorid
Bu nəzəriyyəyə görə əsas tiplərdən üzvi maddələr, bu tiplərin reaksiyala-
rını verməli idi. Su tipinə aid spirtlərin su kimi Na və PCl
ilə reaksiyaya germəsi buna
dəlil idi. Tiplər nəzəriyyəsinin əsas nöqsanı molekulun birtərəfli öyrənilməsi və
maddənin ikinci hissəsi olan radikalların nəzərdən qaçırılması idi. Bundan başqa tapılan
yeni üzvi maddələrin sayı ardıqca tiplərə mənsubiyyəti məsələsində mübahisələrə səbəb
olurdu. Çox vaxt bir çox alimlər eyni maddəni müxtəlif tiplərə aid edirdilər. Bu
səbəbdən bu nəzəriyyədə öz əhəmiyyətini itirdi.
XIX əsrin ortalarında bu nəzəriyyələrdən başqa eterin, nüvələr nəzəriyyələri də
meydana çıxmışdır, ancaq onlar da az əhəmiyyətli oldular.
A.M. Butlerov 1861-ci ildə özünün quruluş nəzəriyyəsini yaratdı:
1. Üzvi birləşmələrdə karbon 4 valentlidir.
2. C-atomu başqa atomlarla və bir-biri ilə birləşərək uzun zəncir əmələ gətirir.
3. Maddənin molekulunda atomlar arasında kimyəvi əlaqə vardır.Hər kimyəvi
maddənin bir quruluşu var.
4. Maddənin kimyəvi xassələri onun molekulunun tərkibindən və kimyəvi
5. Eyni molekul çəkili eyni tərkibli maddənin müxtəlif quruluşda olması-
izomerlik hadisəsi adlanır.
6. Ayrı-ayrı reaksiyalar zamanı molekulların ancaq müəyyən hissəsi dəyişir.
7. Molekulun tərkibinə daxil olan atomların kimyəvi xassəsi onların molekulda
Karbon atomunun üzvi birləşmələrinin çox olması bir çox səbəblərdən asılıdır.
Hazırda 13 mln-dan çox üzvi maddə mövcuddur.
Üzvi kimya bir çox elmlərlə əlaqəlidir.İlk növbədə q/üzvi kimya, biokimya, fiziki
kimya, biologiya, fizika, anatomiya, fiziologiya, biotexnologiya, ekologiya və s.
elmlərlə sıx əlaqəli inkişaf edir.
Üzvi kimyanın inkişafında bir çox alimlərin rolu, xidmətləri olmuşdur
.Jerar, E.Franklit, Kekule, A.Kuper, M.Lomonosov, A.M.Butlerov, M.Markovnikov, A.Zinin,
N.Zelinski, Kuçerov. Azərbaycan alimlərindən Y.Məmmədəliyev, Ə.Quliyev, A.Məhərrəmov,
M.Qulubəyov, Ş.Ömərov və başqalarının xidmətləri olmuşdur.
Müasir üzvi kimyanın qarşısında geniş imkanlar durur. Belə ki, indiki neft
ehtiyyatları dünya əhalisinin təlabatını 50-100 il ödəyə bilər. Bu yanacaq növünü
əvəzedən alternativ yanacaq növü tapmaq, kömürü maya yanacağa çevirmək, metanol,
etanoldan istifadə etmək, su qazından, sintez qazından yanacaq kimi istifadə etmək,
təbii qazdan alınan polimerlərin sayını, çeşitini çoxaltmaq, xalq təsərrüfatında metalları
polimerlərlə əvəzetmək, süni və sintetik liflərin keyfiyyətini yaxşılaşdır-maq yeni
növlərini almaq, k/t zərərvericilərinə qarşı yeni dərman preparatları sintez etmək,
heyvan və insanlarda əmələ gələn yeni xəstəliklərin qarşısını almaq üçün yeni dərman
preparatları sintez etmək və s.
Comments are closed, but trackbacks and pingbacks are open.