Press "Enter" to skip to content

Azərbaycan musiqisini Amerikada təbliğ edən sənətkar

Əli bəy son zamanlar Houstonda bir sıra konsertlərdə Azərbaycan qarmonunu səsləndirərək milli musiqimizi təbliğ etməkdədir. O, Houstonda maestro Stas Vesylevskinin bədii rəhbər və dirilorluğu altında akkodeonçalanlar orkestirinin müşyiətilə dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Üvertüra” nı ifa edib. Digər bir konsertdə Cahangir Cahangirovun “İncəlik rəqsi” ilə rəqqasəni müşayiət edib. Amerika kimi nəhəng bir ölkədə milli qarmonumuzla musiqimizin səslənməsi baş ucalığı gətirərək bizi ürəkdən sevindirir. Uğurlarınız bol olsun Əli bəy!

Qarmon

Qarmon Rast musiqi alətləri mağazası. Əhmədli, İnşaatçılar və Sumqayıtda yerləşir, bank kartları keçərlidir. Hər gün işləyirik Bir kartla və Tam kartla kredit mümkündür Malın növü: Akkordeon, qarmon və bayanlar

Qarmon ela vezietdedi mikrafonu,Şunuru, qabi her şeyi var tecili pula ehtiyac olduqundan maya deyerinden Cox Cox ucuz satiram Cox yaxsi qarmondu xais edrem ciddi sexsler narahat etsin Malın növü: Akkordeon, qarmon və

1969-cu ildə Rusiyanın Tula şəhərindən 1000 rubl sovet puluna alınıb. Sıfırdan bizdə olub. Toylarda istifadə olunmayıb, arabir həvəskar səviyyədə evdə ifa olunub. 2.5 oktavadır, köklənməsi lazımdır. Xalis sədəf

Kazan əla vəziyyətdədir Malın növü: Akkordeon, qarmon və bayanlar

Vyatkalar Kazanların satışı Musiqi aletlerinin asagi qiymete kefiyyetli satisi Aletlerin barteride mumkundu Butun musiqialetlerini temir edirik Malın növü: Akkordeon, qarmon və bayanlar

Zakaz yigilib qirifler zakaz mikrafon yigilib seslenme superdi futlyarida var tecili pul lazimdi deye ucuz satiram

Ideal veziyyetde zakaz yigilib mikrafonda var futlyarida var seslenmeside super tecili pula ehtiyac olduguna gore satiram

Qamon prafsanal vezyetde 32qrudnik mikrafonu ustunde hədiyyə verilir Cox yigcam qarmondur.unvan xirdalan AAAF park yaşayış kompleksi Malın növü: Akkordeon, qarmon və bayanlar

Salam qarmon satilir. 3 oktava aldiqima gore satıram. 10 ildir məndədir.

Malın növü: Akkordeon, qarmon və bayanlar

Qarmon Malın növü: Akkordeon, qarmon və bayanlar

Salam qarmonun bir balaca prablemi var qiymətindən düşəcəm Malın növü: Akkordeon, qarmon və bayanlar

Qarmon ve Akkordeon temiri.unvan razin bakixanov asan xidmetin yani. Xidmətin növü: Musiqi alətlərinin təmiri

Kazanların satışı Musiqi aletlerinin asagi qiymete kefiyyetli satisi Aletlerin barteride mumkundu Butun musiqialetlerini temir edirik Malın növü: Akkordeon, qarmon və bayanlar

Əla alətdir 300 AZN Tenor Malın növü: Akkordeon, qarmon və bayanlar

Kazanların satışı Musiqi aletlerinin asagi qiymete kefiyyetli satisi Aletlerin barteride mumkundu Butun musiqialetlerini temir edirik Malın növü: Akkordeon, qarmon və bayanlar

Baki musiqi aletleri dukani size her nov musiqi aletini teklif edir ucuz ve kefiyetli Malın növü: Akkordeon, qarmon və bayanlar Yeni?: Bəli

Besetkalar Olchusu:2*2m den bashlayir Biraz boyuk olchuleride var Rengleri var Ust hissesini istesez elave satishda var Besetka ozu qarmon formasind achilib yigilir Elave hech bir vasitedrn istifade olunmur Sifarish ve

Musiqi alətlərinin çantası qabı çamadani çexollari Gitara çantası Tar çantası Qarmon çantası Tar Cexolu Saz Cexolu Sintezator çantası RAST Musiq alətləri mağaza Ünvanlari, N1 Əhmədli neapol kruq telnov kucesi 18ada

qarmon elanlari

qarmon elanlari 2023 , Bakida qarmon qiymeti , islenmis ikinci el qarmon satilir. qarmon ucuz qiymete tap az vaxtin getsin. qarmon satisi sərfəli qiymətə qarmon almaq. islenmis qarmon aliram, qarmon satılır. Ucuz qiymetleri oyren. Tezbazar.az saytinda pulsuz qarmon elani yerlesdir. Azerbaycanda ucuz qiymete qarmon satilir . qarmon alqi satqisi 2023. Sizə lazım olan yeni əşyalar, işlənmiş əşyalar Tezbazar.az saytında tapa bilərsiz.

Tezbazar.az Pulsuz Elanlar saytıdır. Elanlar sayti kimi Bakıda və Azərbaycanda elanlar yerləşdirib asanlıqla məhsul və xidmətlərinizi sata və ala bilərsiniz. Ucuz telefonlar, ucuz komputerlər, elektronika məhsulları , mebel sifarişləri, xidmətlər və digər elanları ucuz qiymete asanlıqla tapmaq mümkündür. Daşınmaz əmlak elanları, ev elanlari, kiraye evler, ucuz torpaq axtarmaq istəyənlər saytdan faydalana bilərlər. Avtomobil masin alqı satisi, Arenda masinlar, Rent a car icare masinlar. Siz saytda öz məhsul və xidmətlərinizi pulsuz elan kimi yerləşdirə bilərsiniz.
Saytın rəhbərliyi elanların məzmununa görə məsuliyyət daşımır.
© 2016 TEZBAZAR.AZ | info [@] tezbazar.az | Bizimlə əlaqə

Azərbaycan musiqisini Amerikada təbliğ edən sənətkar

Azərbaycan qarmon ifaçılığı sənəti çox-çox əsrləri əhatə etməsə də, musiqimizin bədii özəlliklərini özündə cəmləşdirə, zənginləşdirə və dərindən təbliğ edə bilib. Xalqımız bu çalğı alətini doğmalaşdırıb, həyat və məişətində layiqincə istifadə edib, şənliklərində səsləndirib, nəhayət formalaşdıraraq səhnələrə, anamblların, orkestrlərin tərkibinə, radio və televiziya konsertlərinə gətirib, xarici ölkə səfərlərinə aparıb, nəhayət tədrisə səlb edərək yüksək səviyyəli ifaçılıq sənətinə nail olub.

Güney Azərbaycanda da qarmon sənəti xüsusi maraq oyatdığı üçün orada da qarmon ifaçıları yetişib. İranda yaşayan Azərbaycan türkləri çalğı alətləri içərisində qarmonu da çox sevir və milli alət kimi qəbul edirlər. Hətta hazırda dünyanın əksər ölkələrinə səpilən soydaşlarımız qarmon ifaçılığı sənətinə könül verərək musiqi nümunələrimizi, muğamlarımızı sevə-sevə çalır və rahatlıq taparaq özlərini vətəndə hiss edirlər. Çünki qarmon Azərbaycan çalğı alətlərinin tərkibinə daxil olduğu andan özünü təsdiq etmiş, xalqımız tərəfindən sevimli bir sənət forması alaraq vətənin, musiqi mədəniyyətimizin ayrılmaz zərrəsinə çevrilmişdir. Hazırda vətənimizdə ustalar tərəfindən hazırlanan Azərbaycan qarmonları əksər ölkələrdə xalqımızın nümayənlərinin əlində səslənir. Onlardan biri haqqında yazı başlayaq və oxucularla tanış edək.

Əli Əhməd oğlu Haqşinas 1961-ci il aprelin 30-da Təbriz şəhərində, çoxuşaqlı ailədə dünyaya gəlib. Ata Əhməd Haqşinas (1910-2001) Həştərxanda (Hacı Tərxan) anadan olub, burada boy atıb və gənclik illərində Təbrizə gələrək bu şəhərdə məskunlaşıb. Ana Südabə Məhəmməd-Həsənzadə (1938-1992) Gəncədə dünyaya gəlib. O, tanınmış Məhəmməd-Həsənzadələr nəslindəndir. Gəncədə nüfuz sahibi olan bu nəslin əsli Güney Azərbaycandan olub. Südabə xanımın ikinci adı da olub, onu Fatma çağırıblar. Onların ailəsi 1945-ci ildə Təbrizə köçüb.

Əli Haqşinas Təbrizdə 1966-1976-cı ildə mədrəsə, 1976-1981-ci ildə Hünəristan (yəni peşə məktəbi) təhsili alıb. Təhsil aldığı illərdə fəhmi,ağlı və xüsusi bacarığı ilə seçilib. Uşaqlıqdan dilində nəğməsi, dərin həvəsi, çox böyük istedadı, musiqiyə, xüsusilə qarmona marağı olub. Ata isə onun musiqi ilə məşğul olmasının əleyhinə idi.

Əlinin söylədiklərindən: “Müntəzəm Bakı radiosunun dalğalarını tutur, konsertləri dinləyirdim. Bu konsertlər içində qarmon ifaçıları-Teyyub Dəmirov, Məmmədağa Ağayev, Abbas Abbasov, daha sonralar Zakir Mirzəyev, Avtandil İsrafilov, Teyyub Teyyuboğlu və başqalarının ifalarından zövq alır, bu sənətə daha çox vurulurdum. Bu işdə məni anam himayə edir, dəstək olur və həvəsləndirirdi. Çox istəyirdim ki, qarmonçalan olum”.

İran islam inqilabından sonra bir müddət musiqiyə qadağa qoyulur. Çoxları kimi Əlinin də musiqiyə qovuşmaq arzusu baş turmur və ləngiyir. Sonralar mövcud rejimin sərt qadağaları yumşalır və beləliklə Əli də musiqi ilə məşğul olmağa başlayır. O vaxtlar İranda qarmon aləti yox idi. Odur ki, Əli çalğını nəfəslə ifa olunan qarmonla (dodaq qarmonu) çalğı öyrənir. Qarmondakı kimi incəliklər, “şirinliklər” olmasa da, dodaq qarmonunda çalmağa məhkum olan Əli bir an da ondan ayrılmır, çalır, hey çalırdı.

Əlinin fikirlərindən: “Ağız qarmonu qardaşım oğlu Əhədə hədiyyə alınmışdı. “Melodika” adlı bu çalğı aləti Yaponiya istehsalı idi. Uşaq bu alətin bir dilini sındırmışdı. Alətin tam yararlı olmaması, üstəlik atamın çalğıyla məşğul olmağımı bəyənməməsi çətinlik törədirdi. Odur ki, hamamda, emizdəki yardımçı otaqda gizlinçə çalırdım. İlk dəfə Azərbaycan radiosundan eşitdiyim “Cücələrim” uşaq mahnısını öyrəndim. O qədər sevinirdim ki. Sonra tədricən başqa havaları da çalmağa başladım. Bizi öyrədən yox idi, müəllim, məktəb olmadığı üçün, təsəvvür edin ki, dodaq qarmonu ilə 22 yaşında çalğı öyrəndim. Bu yaşda başqaları artıq sənətkar ola bilir. Bakıda bu yaşda Milli Konservatoriyanı, Musiqi Akademiyasını, Mədəniyyət və İncəsənət Universitetini bitirirlər”.

Təbrizdə akkordeon ifaçısı, hazırda yaşı 70-dən çox olan Cavad Əlivəndi var. Dadsetampurun orkestrinin ifaçısı olan bu musiqiçi 1/4 tonlu səslər əlavə olunmuş “koron” akkordeonla çalırdı. O, Təbriz toylarında da çıxış edirdi. C.Əlivəndi akkordeonu qarmon üslubunda ifa edirdi. Elə əslində Təbriz, Ərdəbil və digər Azərbaycan şəhərlərindəki akakordeonçalanlar bu aləti qarmon kimi çalırdılar.

Əli toylarda Cavadın ifasını həvəslə dinləyirdi. Əligilin sənət öyrəndiyi dövr çox çətin idi. Təsəvvür edək ki, ermənilər Təbrizdə musiqi məktəbi açsalar da da, kifayət qədər şagird toplaya, yetişdirə bilməsələr də, soydaşlarımız üçün məktəb açılmamışdı.

Əli Haqşinas 1983-cü ildə Təbriz radiosunun pianoçusu Rza Rəzəvinin yanına gedib 1 ay dərs alır və “Melodika”da çalğısını bir az da mükəmməlləşdirir. “Melodika”nın ifa imkanları geniş olmasa da, Əli “bərnamə”lərdə, toy-nişanda çalaraq öz istedadını cilalayır, bədii enerjisini işlədir. O, artıq özünü sənətdə hiss etdiyi, musiqisiz yaşamağın ona çətin olduğunu duyduğu üçün 1985-ci ildə ilk dəfə olaraq akkordeon alır və qarmon havaları çalmağı öyrənir. Hətta muğamlar üzərində işləyir və durmadan məşqlərini davam etdirir. Onun müəllimi, dərsliyi Azərbaycan radiosundan öz maqnitofonuna köçürdüyü qarmon ifaları olur. Beləliklə xalq havalarımızı, rəqs melodiyalarını, bəstəkarlarımızın populyar, toylarda tələb olunan, sevimli mahnılarını tamam-kamal öyrənir və dostların toylarına ayaq açır. Bu tədbirlər onu tanıdır, əhatəsini genişləndirir və nəhayətdə Təbriz musiqiçilərinin coxu tərəfindən bəyənilərək qəbul olunur. Qeyd etməliyik ki, Əli bütün dost-tanış toylarına qazanc məqsədi ilə ilə deyil, təmənnasız gedir, əvəzində qazandığı isə sənəti mükəmməlləşdirmək olur.

Əli musiqi işinə həm də vətənpərçısinə yanaşır, xalqın musiqi mədəniyyətinin inkişafına çalışır, xalq musiqisini cəmiyyətə daha çox sevdirmək istəyirdi. İranda mühəndis, həkim, ticarətçi, biznesmenin musiqi ilə məşğul olmasına heç də pis baxmırdılar. Yəni bu adamlar övladlarına, başqalarına sənət öyrətməyəcək, musiqiyə cəlb etməyəcəklər. Onlar peşəkar musiqi sənətinə xidmət etmir, bununla əlavə iş kimi məşğul olurlar, heç kimə də bu sənəti öyrətmirlər. Əli Haqşinas kimi vətənpərvərlər isə musiqiyə canı-dildən xidmət edir, bu sənətin yaşaması, sevilməsi və inkişafına xidmət edirlər. Onlar musiqinin tədrisinə, övladlarının bu sənətə gəlməsinə, bir sözlə Azərbaycan musiqisinin inkişafına, çalğı alətlərinin geniş şəkildə təşəkkül tapmasına çalışırlar. Belə millətsevər soydaşlarımızın ən ali məqsədi odur ki, Qüzey Azərbaycanda, külli İranda musiqimiz zəif düşməsin, sıradan çıxmasın, əksinə yaşasın və ucalsın. Həmin insanlar xarici ölkələrə gedəndə və ya köc edəndə də çalğı alətlərini özüylə aparır, çalır-çağırır və təbliğ edirlər.

Əlinin fikirlərindən: “Həsən Dəmirçi çox insaflı, imanlı, xeyirxah adamdır. O, öz vəsaiti ilə çalğı alətləri alıb sənət öyrənmək istəyənlərə bağışlayırdı ki, həvəslənib sənətə gəlsinlər. Ona Həsən Azərbaycan deyirlər. O, millətçi adamdır. Məşhur kamança ifaçısı Əli Fərşbaf da musiqiyə həvəs göstərənlərə, sənət öyrənmək istəyənlərə kömək edirdi. Üçüncü belə şəxş tar ifaçısı Mahmud Şatirian idi. Bu üç nəfər şəxs öz maddiyyəti imkanında xalqımızın musiqisevər övladlarına dəstək olur, onlara təmənnasız sənət qaydaları öyrədirdilər.

Həsən Azərbaycan xanəndə və tarzəndir. Mən də onlara qoşulub təmənnasız akkordeon dərsi verdim və xeyli yetirmələrim oldu. Onlardan beş-altı nəfər, bu sırada Cəlil Əfəndak sənət aləminə gəldilər və hazırda Azərbaycan qarmonu çalırlar”.

Azərbaycan müstəqillik qazandıqdan, İranla diplomatik, iqtisadi, mədəni əlaqələr yarandıqdan sonra xanəndələrin, musiqiçilərimizin soydaşlarımızla görüşə getməsi orada da qarmon ifaçılığı sənətinin inkişafına şərait yaratdı. Azərbaycandan İrana qarmonlar da aparılırdı. Əli 1991-ci ildə ilk qarmonunu alır. Bu Rusiyanın Tula şəhərində hazırlanan Azərbaycan qarmonu idi. Bu Ə.Haqşinasın həyatında ən xoşbəxt yaşantıya çevrilmişdi. Qarmonu əlindən yerə qoymur, xalq havalarımızı sevə-sevə çalır və böyük ilham alırdı. Əsl arzusuna indi yetişmiş, peşəkar Azərbaycan qarmonu ilə dostluğa qovuşmuş, nəfəs almağa başlamışdı. Özü dediyi kimi – “Mən, qarmonun körüyü ilə nəfəs alıram”.

Təbrizə gedən qarmon ifaçılarının şərəfinə evlərdə təşkil olunan “bərnamə”lər (tədbirlər) oradakı qarmonçalanlar üçün əsl tədris əhəmiyyətli olurdu. Təbrizlilər Bakıdan gedən qarmonçalanların ifasını əyani şəkildə görür, onların barmaqlarına, ifa qaydalarına diqqətlə nəzər yetirir, belə tədbirlərdə çəkilən video-diskləri əldə edərək sənət öyrənirdilər. Əli də “bərnamələr”də Bakı qarmonçalanları ilə görüşüb yaxından tanış olur, ifalarına diqqət kəsilir, onları öz evinə dəvət edirdi.

Təbrizdən Bakıya gəlib ifaçılarımızdan qarmon dərsi alanlar, qayıdanda buradakı ustaların hazırladığı qarmonlardan alıb aparırdılar. Elə bu iş hazırda da davam edir. Ə.Haqşinas 1993-cü ildə Bakıya gəlmiş, şəhəri gəzib-dolanıb, paytaxt şəhərlə tanış olmuş və geri dönəndə özünə usta Rafiq Seyidovdan ən yaxşı qarmonlardan birini alaraq Təbrizə aparıb.

Artıq Təbrizdə də musiqi məktəbləri açılmağa icazə verilmişdi. Ə.Haqşinas 1989-1995-ci illərdə Fərşbafın məktəbində qarmon dərsi deyib. O, özü 200 səhifəlik “Qarmon məktəbi” kitabı da yazıb. Bunu almanların, ingilislərin, italyanların akkordeon kitablarından nümunə götürərək hazırlayıb. Əli tərtib etdiyi bu məcmuədən yalnız özü dərs dediyi məktəbdə istifadə edirdi.

Əli 1987-ci ildə Təbrizdə çox sevdiyi, özünə dost-arxa, sirdaş saydığı Rübab xanımla ailə qurub. Övladlar dünyaya gəlib. Ailə 1998-ci ildə Türkiyəyə, 2000-ci ildə Amerikanın Texas Ştatının Huyston şəhərinə köçüb. Əli Haqşinas harada olmağından asılı olmayaraq qarmondan ayrılmır, çalır və dinləyənlərə məlumat verir ki, bu Azərbaycan qarmonudur. O, internet vasitəsilə Azərbaycan musiqisini, qarmon ifalarını izləyir və boş vaxtlarda məşq edərək öyrəndiklərini öz ifasına gətirir. Onun ifasında xalq havaları, muğamlar və müasir bəstəkarlarımızın əsərləri tam təsir gücü ilə ecaskar səslənir. Qeyd etməliyik ki, bu Azərbaycan qarmonu inkişaf etmiş əksər ölkələrdə diaspor təşkilatlarının tədbirlərində, xalqımızın nümayəndələrinin şənliklərində, toylarında istedadlı soydaşlarımız tərəfindən səsləndirilir.

Ə.Haqşinas öz xanımı ilə 2003-ci, 2008-ci, 2017-ci və 2021-ci ilin sonlarında də Bakıya gəlib, Azərbaycanı gəzib dolanıb, anasının vətəni Gəncədə olaraq qohumlarla görüşüb. Hər səfərində bu ailə incəsənətimizə, milli musiqi tariximizə dair yeni nəşr olunmuş kitabları alıb aparır. Bu kitabları həm özləri oxuyur, həm də Hyustonda yaşayan soydaşlarımıza da ötürürlər ki, onlar da mədəniyyətimizlə yaxından tanış olsunlar. Sonuncu səfərində onun bizimlə görüşə bilməməsinin səbəbi pandemiyanın yayılması oldu.

Əli Haqşinas Amerikaya səfər edən musiqiçilərimizin çıxışlarını seyr etmək üçün ailə üzvləri ilə gedir və konsertlərdən sonra sənətkarlarımzla tanış olur. Bu konsertlər bütün soydaşlarımız üçün əsl qürur mənbəyinə çevrilir. Əligil uzaq ölkədə yaşasalar da, bütün məşhur sənətkarlarımızı tanıyır və ifalarını izləyirlər.

Əli bəy son zamanlar Houstonda bir sıra konsertlərdə Azərbaycan qarmonunu səsləndirərək milli musiqimizi təbliğ etməkdədir. O, Houstonda maestro Stas Vesylevskinin bədii rəhbər və dirilorluğu altında akkodeonçalanlar orkestirinin müşyiətilə dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Üvertüra” nı ifa edib. Digər bir konsertdə Cahangir Cahangirovun “İncəlik rəqsi” ilə rəqqasəni müşayiət edib. Amerika kimi nəhəng bir ölkədə milli qarmonumuzla musiqimizin səslənməsi baş ucalığı gətirərək bizi ürəkdən sevindirir. Uğurlarınız bol olsun Əli bəy!

Əhsən RƏHMANLI
Tədqiqatçı, sənətşünaslıq üzrə fəlsəfə doktoru

Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya

Qarmon məktəbi kitabı

AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

«KONSERVATORİYA» 2020 № 1-2 (47)

Ünvan: Bakı şəhəri, Yasamal r. Ə.Ələkbərov küçəsi 7

UOT: 786/789

AZƏRBAYCAN MUSİQİ TƏHSİLİNDƏ QARMON ALƏTİNİN TƏDRİS TARİXİ VƏ METODİKASI

Xülasə: Məqalədə xalq çalğı alətləri sırasına daxil edilmiş qarmon alətinin Azərbay- canda tədris tarixi araşdırılır. İbtidai, orta və nəhayət ali təhsil səviyyələrinə uyğun proqramların hazırlanması, alətin imkanlarına uyğunlaşdırılmış əsərlərin işləmə və köçürmələrdən ibarət məcmuələrin yaranması, ―Qarmon məktəbi‖ dərsliklərinin əmələ gəlmə tarixi izlənilir. Qarmon üzrə mövcud araşdırma, metodoloji göstəriş, məcmuə və elmi işlərin biblioqrafiyası göstərilir.

Açar sözlər: qarmon, metodika, qarmon məktəbi, köçürmə və işləmələr

ƏDƏBİYYAT:

  1. Abdullayeva S.A. Azərbaycan çalğı alətləri dünyanı valeh edir. Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2016, 288 s. URL:http://anl.az/el/musiqi_kitabxanasi/kitablar/2016/Azf-293104.pdf
  2. Azərbaycan xalq çalğı alətləri ixtisasının qarmon sinfi üçün proqram /Az SSR Ali və Orta İxtisas Təhsili Nazirliyi, Orta İxtisas Təhsili üzrə tədris-metodika kabineti; Soltan Hacıbəyov ad. Sumqayıt Orta İxtisas Musiqi Məktəbi; tərt. ed. Ə.M.Rəhmətov; red. M.B.Quliyev Bakı: [V. İ. Lenin ad. APİ],
  3. Azərbaycan çalğı alətləri. URL:https://azerbaijan.az/related-information/40
  4. Bakalavr pilləsi qarmon ixtisası üçün ixtisas-not fənni üzrə Proqram. Tərtibçi: Əzizov R.M., Dadaşov X.İ. B.: Ecoprint, 2019, 32
  5. Bayramov Ə. Qarmon məktəbi. B.: R.N.Novruz-94, 2004
  6. Bayramov Ə. Qarmon üçün texniki məşğələlər. B.: 2006
  7. Bayramov Ə. Qarmon üçün ən gözəl melodiyalar. B.: 2006
  8. Dadaşov X.İ. Qarmon məktəbi. Uşaq musiqi və incəsənət məktəblərinin qarmon sinifləri üçün dərslik. B.: Şirvannəşr, 1999, 92 s. URL:http://web2.anl.az:81/read/page. php? bibid= vtls000236643
  9. Dadaşov X.İ. Qarmon məktəbi. Uşaq musiqi və incəsənət məktəblərinin qarmon sinifləri üçün dərslik /Xeyrulla Dadaşov; Xüsusi B.Hüseynli; Naşir. Q.İsabəyli. Bakı: Şirvannəşr, 2004. 92 s. URL:http://web2.anl.az:81/read/page.php?bibid=vtls000007893
  1. Dadaşov X.İ. Qarmon ilə fortepiano üçün işlənmiş əsərlər məcmuəsi. B.: MBM, 2015, 271 s.
  2. Qarmon ixtisası üçün ixtisas (not) fənni üzrə Proqram. (AMK-nın nəzdində Musiqi Kolleci tələbələri üçün) Tərtibçi: Dadaşov X.İ. B.: Mütərcim, 2013, 12
  3. Qəmərlinski C. Qarmon məktəbi, B.: Çaşıoğlu, 1999,
  4. Haşımov A. 10 zərbi muğam. Qarmon sinfi üçün muğam fənni üzrə vəsait. B.:
  5. İrzaquliyeva S. Musiqi məktəblərinin qarmon sinfi üçün proqram. B.:
  6. İrzaquliyeva S. Qarmon məktəbi. B.: Şirvannəşr,
  7. Mirzəyev Z. Qarmon məktəbi. Qarmon ilə fortepiano üçün dərs vəsaiti III hissə /Z. Q. Mirzəyev; red. M. Əhədzadə, A. Əliyev; rəyçilər. T. Bakıxanov, N. Kazımov, R. Quliyev; məsləhətçilər. S. Hacıyev [və b.] B.: Adiloğlu, 2008. 116 s. URL:http://web2.anl.az:81/read/page.php?bibid=vtls000072333
  8. Mirzəyev Z. Qarmon məktəbi. B.: Adiloğlu, 2008. 144 s. URL:http://web2.anl.az:81/read/page.php?bibid=vtls000072106
  9. Mirzəyev Z. Azərbaycan qarmonu. B.: Adiloğlu, 2007, 162
  10. Mustafayev Z. Azərbaycan xalq rəqsləri məcmuəsi. B.: 1999
  11. Nəcəfzadə A. Xalq çalğı alətlərinin tədrisi metodikası. Dərs vəsaiti. B.: MBM, 2007, 68 s. Azərbaycan qarmonu. 44-51
  12. Rəhmanlı Ə. M. Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi B.: Araz, 2008. 386 s. URL:http://web2.anl.az:81/read/page.php?bibid=vtls000043493
  13. Rəhmanlı Ə. Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi [dərs vəsaiti] /Ə. M. Rəhmanlı; elmi red. S.Abdullayeva; B.: MBM, 2014. 704 s. URL:http://web2.anl.az:81/read/page.php?bibid=vtls000508176
  1. Rəhmanlı Ə. M. Üzeyir Hacıbəylinin qarmon sənətinə münasibət // «Konservatoriya» jurnalı, 2017-1, s.45-49 URL:http://konservatoriya.az/wp-content/uploads/2017/03/Konservatoriya-2017-1-45-49.pdf
  2. Rəsulov N. Qarmon məktəbi. B.: Çaşıoğlu, 1999, 102 s. URL:http://web2.anl.az:81/read/page.php?bibid=vtls000120230
  3. Rəsulov N. Qarmon ilə fortepiano üçün pyeslər məcmuəsi. I kitab (ikinci nəşr). B.: Təhsil, 2014, 60 s. URL:http://music.mctgov.az/M0/69/2017/11/documents/pdf
  4. Rəsulov N. Qarmon ilə fortepiano üçün pyeslər məcmuəsi. II kitab (ikinci nəşr). B.: Təhsil, 2014, 108 URL:http://music.mctgov.az/M0/69/2017/11/documents/20171121_150326_1511294606_638aada3dd.pdf
  5. Sadıqov F., Rəcəbov O. Qarmon öyrənənlərə kömək. B.: AEA-nın mətbəəsi,
  6. Səmədov X. Orta ixtisas musiqi müəssisələrində ―Qarmon aləti üzrə muğam fənninin fərdi tədrisi‖ fənn proqramı. B.: 2005
  7. Uşaq musiqi məktəblərinin qarmon sinfi üçün Proqram. Tərtibçi: Dadaşov X.İ. B.: Krasnıy Vostok, 1984, 24
  8. Zakir Mirzəyevin qarmon üçün rəqslər məcmuəsi. Rəqslərin orijinal ifadan nota köçürən: Xeyrulla Dadaşov. B.: Mütərcim, 2018, 128 s. URL:http://web2.anl.az:81/read/page.php?bibid=vtls000637681

ИСТОРИЯ И МЕТОДИКА ОБУЧЕНИЯ ИГРЫ НА ГАРМОНИ В МУЗЫКАЛЬНОМ ОБРАЗОВАНИИ АЗЕРБАЙДЖАНА

Резюме: В статье рассматривается история преподавания игры на гармони в Азербайджане, который уже включен в список народных инструментов. Прослеживается история создания программ начального, среднего и высшего образования, учебников «Школа гармони», а также создание сборников переложений из произведений, адаптированных к возможностям инструмента. Приведена полная библиография существующих исследований, методических указаний, сборников переложений и научных работ по инструменту гармонь в Азербайджане.

Ключевые слова: гармонь, методология, школа гармони, переложения

Lecturer of ANC

HISTORY AND METHODS OF TEACHING PLAYING ON ACCORDION IN THE MUSICAL EDUCATION OF AZERBAIJAN

Summary: The article discusses the history of teaching the accordion in Azerbaijan, which is already included in the list of folk instruments. The author traces the history of creating programs of primary, secondary, and higher education, textbooks «School of accordion», as well as the creation of collections of arrangements of works adapted to the capabilities of the instrument. A complete bibliography of existing research, methodological guidelines, collections of transcriptions and scientific works on the accordion instrument in Azerbaijan is provided.

Keywords: accordion, methodology, accordion’s school, arrangements

Rəyçilər:

sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Zakir Mirzəyev

Mövzuya uyğun

  • 04.12.2020 — Azərbaycan qarmonunun təkmilləşdirilməsinə dair
  • 12.12.2018 — Azərbaycan qarmon ifaçılığı sənətində muğam
  • 26.06.2017 — Qarmon ifaçılığında Firuz Babaşovun xidməti
  • 29.06.2016 — Təranə Əliyevanın “Qanun məktəbi” dərsliyi barədə qeydlər
  • 27.08.2014 — Dadaşov Xeyrulla

Comments are closed, but trackbacks and pingbacks are open.