Molla Nəsrəddin jurnalının və Ədəbiyyat İnstitutunun ilk ensiklopediyası – Himalay QASIMOV
Ausschluss bzw. vorzeitiges Erlöschen des Widerrufsrechts
Das Widerrufsrecht besteht nicht bei Verträgen zur Lieferung von Zeitungen, Zeitschriften oder Illustrierten mit Ausnahme von Abonnement-Verträgen.
Das Widerrufsrecht gilt nicht für Verbraucher, die zum Zeitpunkt des Vertragsschlusses keinem Mitgliedstaat der Europäischen Union angehören und deren alleiniger Wohnsitz und Lieferadresse zum Zeitpunkt des Vertragsschlusses außerhalb der Europäischen Union liegen.
XX Əsr Azərbaycan ədəbiyyatşünasliği məsələləri
Wir sind zur Teilnahme an einem Streitbeilegungsverfahren vor einer Verbraucherschlichtungsstelle weder verpflichtet noch bereit.
Widerrufsbelehrung
Verbrauchern steht ein Widerrufsrecht nach folgender Maßgabe zu, wobei Verbraucher jede natürliche Person ist, die ein Rechtsgeschäft zu Zwecken abschließt, die überwiegend weder ihrer gewerblichen noch ihrer selbständigen beruflichen Tätigkeit zugerechnet werden können:
Widerrufsrecht
Sie haben das Recht, binnen vierzehn Tagen ohne Angabe von Gründen diesen Vertrag zu widerrufen.
Die Widerrufsfrist beträgt vierzehn Tage ab dem Tag, an dem Sie oder ein von Ihnen benannter Dritter, der nicht der Beförderer ist, die letzte Ware in Besitz genommen haben bzw. hat.
Um Ihr Widerrufsrecht auszuüben, müssen Sie uns (ISIA Media Verlag UG (haftungsbeschränkt), Prellerstrasse 17, 04315 Leipzig, Deutschland, Tel.: 03416870612, E-Mail: service@isia-m-verlag.de) mittels einer eindeutigen Erklärung (z. B. ein mit der Post versandter Brief oder E-Mail) über Ihren Entschluss, diesen Vertrag zu widerrufen, informieren. Sie können dafür das beigefügte Muster-Widerrufsformular verwenden, das jedoch nicht vorgeschrieben ist.
Zur Wahrung der Widerrufsfrist reicht es aus, dass Sie die Mitteilung über die Ausübung des Widerrufsrechts vor Ablauf der Widerrufsfrist absenden.
Folgen des Widerrufs
Wenn Sie diesen Vertrag widerrufen, haben wir Ihnen alle Zahlungen, die wir von Ihnen erhalten haben, einschließlich der Lieferkosten (mit Ausnahme der zusätzlichen Kosten, die sich daraus ergeben, dass Sie eine andere Art der Lieferung als die von uns angebotene, günstigste Standardlieferung gewählt haben), unverzüglich und spätestens binnen vierzehn Tagen ab dem Tag zurückzuzahlen, an dem die Mitteilung über Ihren Widerruf dieses Vertrags bei uns eingegangen ist. Für diese Rückzahlung verwenden wir dasselbe Zahlungsmittel, das Sie bei der ursprünglichen Transaktion eingesetzt haben, es sei denn, mit Ihnen wurde ausdrücklich etwas anderes vereinbart; in keinem Fall werden Ihnen wegen dieser Rückzahlung Entgelte berechnet. Wir können die Rückzahlung verweigern, bis wir die Waren wieder zurückerhalten haben oder bis Sie den Nachweis erbracht haben, dass Sie die Waren zurückgesandt haben, je nachdem, welches der frühere Zeitpunkt ist.
Sie haben die Waren unverzüglich und in jedem Fall spätestens binnen vierzehn Tagen ab dem Tag, an dem Sie uns über den Widerruf dieses Vertrags unterrichten, an uns zurückzusenden oder zu übergeben. Die Frist ist gewahrt, wenn Sie die Waren vor Ablauf der Frist von vierzehn Tagen absenden.
Sie tragen die unmittelbaren Kosten der Rücksendung der Waren.
Sie müssen für einen etwaigen Wertverlust der Waren nur aufkommen, wenn dieser Wertverlust auf einen zur Prüfung der Beschaffenheit, Eigenschaften und Funktionsweise der Waren nicht notwendigen Umgang mit ihnen zurückzuführen ist.
Ausschluss bzw. vorzeitiges Erlöschen des Widerrufsrechts
Das Widerrufsrecht besteht nicht bei Verträgen zur Lieferung von Zeitungen, Zeitschriften oder Illustrierten mit Ausnahme von Abonnement-Verträgen.
Das Widerrufsrecht gilt nicht für Verbraucher, die zum Zeitpunkt des Vertragsschlusses keinem Mitgliedstaat der Europäischen Union angehören und deren alleiniger Wohnsitz und Lieferadresse zum Zeitpunkt des Vertragsschlusses außerhalb der Europäischen Union liegen.
Allgemeine Hinweise
1) Bitte vermeiden Sie Beschädigungen und Verunreinigungen der Ware. Senden Sie die Ware bitte in Originalverpackung mit sämtlichem Zubehör und mit allen Verpackungsbestandteilen an uns zurück. Verwenden Sie ggf. eine schützende Umverpackung. Wenn Sie die Originalverpackung nicht mehr besitzen, sorgen Sie bitte mit einer geeigneten Verpackung für einen ausreichenden Schutz vor Transportschäden.
2) Senden Sie die Ware bitte nicht unfrei an uns zurück.
3) Bitte beachten Sie, dass die vorgenannten Ziffern 1-2 nicht Voraussetzung für die wirksame Ausübung des Widerrufsrechts sind.
(Wenn Sie den Vertrag widerrufen wollen, dann fuellen Sie bitte dieses Formular aus und senden Sie es zurueck.)
– An ISIA Media Verlag UG, Atriumstrasse 4 , 04315 Leipzig, service@isia-m-verlag.de
– Hiermit widerrufe(n) ich/wir (*) den von mir/uns (*) abgeschlossenen Vertrag ueber den Kauf der folgenden Waren (*)/die Erbringung der folgenden Dienstleistung (*)
– Bestellt am (*)/erhalten am (*)
– Name des/der Verbraucher(s)
– Anschrift des/der Verbraucher(s)
– Unterschrift des/der Verbraucher(s) (nur bei Mitteilung auf Papier)
“Molla Nəsrəddin” jurnalının və Ədəbiyyat İnstitutunun ilk ensiklopediyası – Himalay QASIMOV
Cəlil Məmmədquluzadə irsi və onun redaktorluğu ilə nəşrə başlayan “Molla Nəsrəddin” jurnalı Azərbaycan milli mətbuatının və çoxəsrlik ədəbiyyatımızın mühüm bir istiqamətini təşkil edir. Əsrlərin sınağından qalibiyyətlə çıxan, çağdaş dövrümüzdə də öz əhəmiyyətini və unikallığını qoruyub saxlayan “Molla Nəsrəddin” jurnalı Mirzə Cəlil yaradıcılığının “şah əsəri” (akademik İsa Həbibbəyli) olmaqla bərabər, həm də Şərq dünyasında ilk rəngli, karikaturalı satirik jurnal kimi öz adını Azərbaycan milli mətbuatının salnaməsinə yazmışdır. Azərbaycan satirik mətbuatının zirvəsi olan “Molla Nəsrəddin” jurnalı Şərqdən Qərbə qədər böyük bir arealda yayılaraq şöhrət qazanmış və mollanəsrəddinçilər ədəbi nəslinin ölməz irsinin tanıdılması və təbliğində mühüm rol oynamışdır. Jurnalın bu böyük xidmətləri çoxmilyonlu oxucular tərəfindən maraqla qarşılanmaqla yanaşı, həm də dövlət qayğısı ilə əhatə olunmuş və öz layiqli qiymətini almışdır. Akademik İsa Həbibbəyli Azərbaycan realist nəsrinin görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadə və “Molla Nəsrəddin” jurnalına dövlət qayğısından bəhs edərək yazır: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə Cəlil Məmmədquluzadənin anadan olmasının 150, “Molla Nəsrəddin” jurnalının 100, 110 illik yubileylərinin qeyd olunması, xatirələrinin əbədiləşdirilməsi klassik irsimizə və milli mətbuatımıza verilən yüksək qiymətin real təzahürü və təntənəsidir”. Məhz Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, onun rəhbərliyi və əməkdaşları da respublika prezidentinin ideoloji və strateji xəttini uğurla davam etdirərək Cəlil Məmmədquluzadənin zəngin və ölməz ədəbi irsinə və XX əsr Azərbaycan ədəbiyyatının böyük ədəbi simalarının yaradıcılığını ehtiva edən “Molla Nəsrəddin” jurnalına bitib-tükənməyən xəzinə və möhtəşəm söz abidəsi kimi yanaşır, onun əbədiyaşarlığını təmin etmək üçün çoxsaylı layihələr həyata keçirirlər. Bu baxımdan institutun direktoru, akademik İsa Həbibbəylinin şəxsi təşəbbüsü və rəhbərliyi ilə işıq üzü görən “Molla Nəsrəddin” ensiklopediyası milli-mənəvi dəyərlərimizə verilən böyük qiymətin və dəyərin təzahürüdür. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsində hazırlanan ensiklopediya üç illik səmərəli axtarışların nəticəsi kimi ərsəyə gələn mükəmməl və monumental bir məcmuədir. Şöbə əməkdaşlarının tarixi materiallar, zəngin arxiv sənədləri, tədqiqat əsərləri, monoqrafiyalar, doktorluq və namizədlik işləri, salnamələr, memuarlar əsasında hazırladıqları ensiklopediya XX əsrin ictimai-siyasi, ədəbi-mədəni hadisələrini, mollanəsrəddinçilərin zəngin və çoxşaxəli yaradıcılığını, jurnalın çoxsaylı tədqiqatçılarının elmi fəaliyyətini özündə əks etdirən dəyərli sənət əsəridir.
“Molla Nəsrəddin” ensiklopediyasının ideya rəhbəri və baş redaktoru AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Tərtib edən və çapa hazırlayan Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayevadır.
Ensiklopediyanın hazırlanması prosesində akademik İsa Həbibbəylinin dəyərli məsləhət və tövsiyələri, professor Vüqar Əhmədin şöbə əməkdaşları ilə apardığı məqsədyönlü təşkilati işlər, məqalə müəllifləri ilə səmərəli söhbətlər işin effektliyini təmin etmiş, çəkilən zəhmətlər sonda öz müsbət nəticəsini vermişdir. Dərin elmi araşdırmalar, çoxsaylı mənbələr və arxiv materialları əsasında yazılan ensiklopediya milyonlarla oxucunun istinad edə biləcəyi dəyərli və monumental bir söz abidəsinə çevrilmişdir.
Ensiklopediyanın önəmli cəhətlərindən biri də onun həm Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun tarixində, həm də “Molla Nəsrəddin” jurnalı haqqında yazılmış ilk ensiklopediya olmasıdır. Jurnalın nəşrindən bir əsrdən artıq vaxt keçməsinə baxmayaraq indiyədək belə bir ensiklopediya işıq üzü görməmişdir. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, onun rəhbərliyi, Mətbuat tarixi və publisistika şöbəsi bu məsuliyyətli və şərəfli işin öhdəsindən layiqincə gəlmişdir.
Mətbuat tarixi və publisistika şöbəsində hazırlanan “Sözlük”də əsasən, “Molla Nəsrəddin” jurnalının cildlərindən, Cəlil Məmmədquluzadə və “Molla Nəsrəddin” jurnalı ilə bağlı yazılmış çoxsaylı tədqiqat əsərlərindən, Qulam Məmmədlinin “Salnamə” və “İmzalar”, Elmira Qasımova və Afaq Əliyevanın “İmzalar”, “Gizli imza və atribusiyalar” və digər mötəbər mənbələrdən, eləcə də tarixi sənədlərdən, mollanəsrəddinçilərin həyat və fəaliyyətini əks etdirən arxiv materiallarından istifadə olunmuşdur. Ensiklopediya məhz fikir süzgəcindən keçirilmiş, seçilmiş “Sözlük” əsasında hazırlanmışdır. Bu sanballı və qiymətli məlumat kitabında 400-ə yaxın məqalə və oçerk əksini tapmışdır.
Ensiklopediyanın ilk səhifələrində akademik İsa Həbibbəylinin “Molla Nəsrəddin” ədəbi məktəbinin ensiklopediyası” adlı proqram xarakterli “Ön söz”ü yer almışdır. Akademik giriş səciyyəli bu müfəssəl yazıda Azərbaycan satirik mətbuatının zirvəsinə ucalan, ədəbi məktəb yaradan və 25 il milli mətbuatımızın və ədəbiyyatımızın qızıl səhifələrini yazan “Molla Nəsrəddin” jurnalının və mollanəsrəddinçilərin xalqa təmənnasız xidmətindən bəhs edərək yazır: “Cəlil Məmmədquluzadə və “Molla Nəsrəddin” jurnalı XX əsrin əvvəllərinin ədəbiyyat və mətbuat cəbhəsinin liderliyi missiyasını uğurla həyata keçirmişdir. Cəlil Məmmədquluzadə və “Molla Nəsrəddin” jurnalı bütün istiqamətlərdə ictimai-siyasi hadisələrə və ədəbi prosesə ciddi təsir göstərmiş və istiqamət vermişdir. “Molla Nəsrəddin” ədəbi məktəbi universal xarakterə malik olub, özündə tənqidi-realist ədəbiyyat məktəbini, satirik publisistika məktəbini və karikatura məktəbini birləşdirmişdir. Bu mənada “Molla Nəsrəddin” jurnalı məktəb hazırlayıb meydana çıxaran nadir mətbuat orqanıdır. Mənsub olduğu xalqın milli azadlıq hərəkatına təkan vermək, onu müstəmləkə zülmündən xilas etmək və müstəqil dövlətçilik yollarında dönmədən mübarizə aparmaq baxımından da C.Məmmədquluzadə və “Molla Nəsrəddin” jurnalı ardıcıl və qətiyyətli addımlar atmışdır. Sözün əsl mənasında C.Məmmədquluzadə Azərbaycan ədəbi-ictimai fikrində milli azadlıq düşüncəsinin sərkərdəsidir. “Molla Nəsrəddin” jurnalı Şərqdə satirik mətbuatın lokomotivi və əsas hərəkətverici qüvvəsidir”.
Ensiklopediyada “Ön söz”dən sonra akademik İsa Həbibbəyli və filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayevanın birgə yazdıqları “Görkəmli dövlət xadimi Heydər Əliyev “Molla Nəsrəddin” jurnalı və mollanəsrəddinçilər haqqında” adlı məqalə yer almışdır. Məqalədə ümummilli lider Heydər Əliyevin Cəlil Məmmədquluzadə irsinə, “Molla Nəsrəddin” jurnalına və mollanəsrəddinçilərin yaradıcılığına verdiyi yüksək dəyər ön plana çəkilir. Azərbaycan Dövlətinin Memarı, ulu öndərimiz Heydər Əliyev Cəlil Məmmədquluzadənin çoxşaxəli yaradıcılığına və onun redaktorluğu ilə nəşr edilən, ilk satirik mətbuat orqanı olan “Molla Nəsrəddin” jurnalının tarixi əhəmiyyətinə xüsusi diqqət yetirir. Ümummilli lider Heydər Əliyev Cəlil Məmmədquluzadəni təkcə öz əsərləri ilə deyil, həm də onu dünya arealında məşhurlaşdıran, şöhrət qazandıran və adını əbədiləşdirən “Molla Nəsrəddin” jurnalı vasitəsilə Azərbaycan xalqının milli şüurunun formalaşmasındakı, mətbuatımızın inkişafındakı unudulmaz xidmətlərini yüksək dəyərləndirərək yazır: “Cəlil Məmmədquluzadə dühası “Molla Nəsrəddin” jurnalında öz əksini tapdı. “Molla Nəsrəddin”, onun vasitəsilə C.Məmmədquluzadə və jurnalın işinə cəlb olunmuş Azərbaycanın başqa mütəfəkkir adamları xalqımızın milli şüurunun formalaşmasında, milli ruhun yüksəldilməsində, milli oyanışında böyük rol oynadılar”.
Ensiklopediyada diqqətçəkən önəmli cəhətlərdən biri də Cəlil Məmmədquluzadə və “Molla Nəsrəddin” jurnalı ilə bağlı dövlət əhəmiyyətli mühüm sənədlərə, əmr, fərman və sərəncamlara mətnlərin daxilində istinad edilməsi və jurnalın ideoloji xəttinin, məqsəd və məramının aydınlaşdırılması prosesinə müstəqillik illərinin, yeni dövrün baxışları bucağından yanaşılmasıdır. Bu prinsip həm ayrı-ayrı şəxsiyyətlər haqqında verilmiş oçerklərdə, həm də nəzəri problemlərdə, müxtəlif mövzulu məsələlərə münasibətdə gözlənilmişdir. Bununla yanaşı, ensiklopediyada XX əsrin mürəkkəb ictimai-siyasi hadisələri fonunda yaranan, formalaşan Azərbaycan realist ədəbiyyatının, satirik mətbuatın və xüsusilə də “Molla Nəsrəddin” jurnalının mövzu və problematikasında əksini tapan bütün məsələlər diqqət mərkəzində saxlanılmışdır.
“Molla Nəsrəddin” jurnalı hələ nəşr olunduğu illərdən ədəbi ictimaiyyətin, ədəbiyyatşünasların və ədəbi tənqidin yaradıcılıq orbitinə daxil olmuş, çağdaş dövrdə də bu ənənə uğurla davam etdirilməkdədir. Ensiklopediyanın redaktoru, akademik İsa Həbibbəylinin Cəlil Məmmədquluzadə yaradıcılığı və “Molla Nəsrəddin” jurnalı ilə bağlı çoxsaylı fundamental araşdırmaları bu istiqamətdə aparılmış ən uğurlu və sanballı tədqiqatlar hesab olunur. “Molla Nəsrəddin” ensiklopediyası”nın nəşri də az qala yarım əsrə qədər davam edən səmərəli axtarışların məntiqi yekunu kimi olduqca dəyərlidir. Təbii olaraq, ensiklopediyanın əsasını təşkil edən “Molla Nəsrəddin” jurnalının Tiflis, Təbriz və Bakı mərhələləri, “Molla Nəsrəddin” ədəbi məktəbi”, “Molla Nəsrəddin”in Təbriz şəhəri üzrə abunə dəftəri”, “Cəlil Məmmədquluzadə”, “Mollanəsrəddinçilik təlimi”, “Tənqidi realizm”, “Səyahətnamələr”, “Poçt qutusu”, “Eynəli bəy Sultanov”, “Lüğət”, “Şürbi Mirzəyev”, “Poçt qutusu”, “Usta Zeynal”, “Oskar Şmerlinq”, “Firidun bəy Köçərli”, “Çay dəstgahı”, “Kamança”, “Mirzə İbrahimov”, “Rüstəm Behrudi” və başqa məqalələr, portret oçerklər, rubrika və əsərlər akademik İsa Həbibbəyli tərəfindən işlənmişdir.
Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, professor Vüqar Əhməd ensiklopediyanın nəşrə hazırlanması prosesinin birbaşa iştirakçısı olmaqla yanaşı, həm də kitabda əksini tapan bir sıra portret oçerklərin – “Məşədi Ələsgər Bağırov”, “İsa Həbibbəyli”, “Muxtar Qasımov”, “Aqil Abbas”, “Fərman Bayramov”, “Əbülfəz Əzimli”, “Qəzənfər Kazımov”, “Aygün Orucova”, “Gülbəniz Babayeva”, “Aytəkin Qəhrəmanova”, “Ramiz Qasımov”, “Səadət Vahabova” və başqa yazıların müəllifidir. Görkəmli tədqiqatçı Cəlil Məmmədquluzadə və “Molla Nəsrəddin” jurnalının araşdırıcıları haqqında müfəssəl məlumatları, tarixi faktları, onların bu istiqamətdə əldə etdikləri yenilikləri portret oçerklərdə geniş və hərtərəfli şəkildə qələmə almışdır. Alimin ensiklopediyada yer alan çoxsaylı məqalələri sırasında “Molla Nəsrəddin” jurnalının ilk nömrəsində dərc edilmiş “Sizi deyib gəlmişəm” adlı proqram səciyyəli məqaləsinə də yer verilmişdir. Eyni zamanda, Vüqar Əhmədin “Nəsimi-şimal”, “Xudafərin” jurnalı kimi mətbuat orqanları ilə bağlı yazılarında dərin elmi mülahizələr və məntiqi fikirlər diqqəti cəlb edir.
Filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva jurnalda önəmli yer tutan “Atalar sözləri”, “Bayatılar”, “Nağıllar”, “El ədəbiyyatı”, “Tapmacalar”, “Hikmətli sözlər”, “Teleqraf xəbərləri”, “Ticarət və ekonomi xəbərləri”, “Daxili xəbərlər”, “Xarici xəbərlər”, “Qafqaz xəbərləri”, “Mətbuat xəbərləri”, “Elanlar” və s. çoxsaylı rubrikalarla yanaşı, həm də “Molla Nəsrəddin” ədəbi məktəbinin əsas yaradıcıları, mollanəsrəddinçi şair və yazıçıları, rəssamları və bu irsin tədqiqatçıları haqqında yazdığı “Əbdürrəhim bəy Haqverdiyev”, “İsmayıl Həqqi Həsənzadə”, “Ömər Faiq Nemanzadə”, “Əli Nəzmi”, “Əli Razi Şamçızadə”, “Hüseyn Minasazov”, “Məhəmməd Tağı Sidqi”, “Mirzə Əli Möcüz”, “Mehdi Hüseyn”, “Təhsin Mütəllimov”, “Elmira Qasımova”, “Hüseyn Əsgərov”, “Allahverdi Məmmədli”, “Mehriban Sultanova”, “İman Cəfərli”; mollanəsrəddinçi rəssamlardan “Bəhruz Kəngərli”, “Hüseyn Əliyev”, “İsmayıl Axundov”, “Konstantin Dorş”, “Qəzənfər Xalıqov”, “Seyidəli Behzad” və başqa portret oçerklərdə bir çox tarixi mənbələrə, arxiv sənədlərinə istinad edərək dərin elmi ümumiləşdirmələr əsasında maraqlı araşdırmalar aparmışdır.
“Molla Nəsrəddin” jurnalının Şərqdən Qərbə qədər yayılıb şöhrət qazanmasında onun yığcam, lakonik publisistik yazıları, satirik parodiyalar şəklində qələmə alınmış poeziya nümunələri ilə yanaşı dura biləcək karikaturaları da mühüm rol oynamışdır. Cəmiyyətin bütün təbəqələri tərəfindən anlaşılan, başa düşülən bu monumental əsərlərin yaradıcıları – O.Şmerlinq, İ.Rotter, Beno, Ə.Əzimzadə, X.Musayev, H.Əliyev, K.Dorş, İ.Axundov, Q.Xalıqov, S.Behzad və başqaları haqqında yazılmış oçerklərdə Azərbaycanda rəssamlıq sənətinin, karikaturanın yaranması, təşəkkülü və formalaşmasında unudulmaz xidmətləri olan bu istedadlı rəssamların yaradıcılıq yolu ardıcıl və sistemli şəkildə izlənilmişdir.
“Molla Nəsrəddin” jurnalı XX əsrin birinci rübündən başlayaraq Azərbaycan ədəbiyyatşünaslığının, nəzəriyyəçi alimlərin və ədəbi tənqidin sferasına daxil olub və müxtəlif istiqamətlərdə, fərqli yönümlərdə təhlilə cəlb olunmuş, çoxlu sayda tədqiqatların predmetinə çevrilmişdir. “Molla Nəsrəddin” ədəbi hərəkatının yaranması, ədəbi məktəb səviyyəsinə yüksəlməsi, beynəlxalq nəzəriyyələr sisteminin orbitinə daxil olması və dünyəvi xarakter almasında müstəsna xidmətləri olan istedadlı alimlər – Əli Nazim, Mirzə İbrahimov, Həbibulla Səmədzadə, Əziz Mirəhmədov, Qulam Məmmədli, Nazim Axundov, Məmməd Cəfər Cəfərov, Fərman Bayramov, Mir Cəlal, Firudin Hüseynov, İslam Ağayev, Xeyrulla Məmmədov, Xalid Əlimirzəyev, Yaşar Qarayev, İsa Həbibbəyli, Təhsin Mütəllimov, Qorxmaz Quliyev, Elmira Qasımova və başqaları haqqında oçerklər də ensiklopediyada əksini tapmışdır.
“Molla Nəsrəddin” ensiklopediyasının hazırlanmasında Mətbuat tarixi və publisistika şöbəsinin əməkdaşları ilə birlikdə Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin alimləri İslam Qəribli, Alxan Məmmədov, Lütfiyyə Əsgərzadə, Elmira Qasımova və Səadət Vahabovanın da xüsusi əməyi vardır. Professor Vüqar Əhmədin şöbələr arasında yaratdığı iş birliyi, həmrəylik və məsuliyyət hissi ensiklopediyanın dəyərini, əhəmiyyətini artırmış və nəticədə daha mükəmməl bir işin ərsəyə gəlməsinə təminat yaratmışdır.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin redaktorluğu, Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, professor Vüqar Əhmədin təşkilatçılığı və peşəkarlığı, şöbə əməkdaşlarının uzunmüddətli səmərəli axtarışları, kollektiv zəhməti nəticəsində hazırlanıb çoxsaylı oxucuların, ziyalıların, bütövlükdə Azərbaycan vətəndaşlarının ixtiyarına verilən ensiklopediya XX əsrin ən böyük və qiymətli salnaməsidir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
Qasımov himalay xx əsr az ədəbiyyatşünaslığı məsələləri
XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə də üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Həmin il xalqın təkidli tələbi ilə ölkədə siyasi hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev bu addımı atmaqla Azərbaycan dövlətini real yox olmaq təhlükəsindən xilas etdi.
O çətin və təhlükəli dövrdə Azərbaycan xalqı öz müdrik oğlunun xilaskarlıq missiyasına güvənir, xalqı və dövləti bu çətin vəziyyətdən xilas edəcəyinə inanırdı. Ulu öndər çox böyük real təhlükələri qarşısına alaraq, xalqın və dövlətçiliyimizin qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə illərdən bəri davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Bundan sonra ulu öndərimizin rəhbərliyi ilə ölkəmizdə möhtəşəm uğurlara imza atıldı, islahatlar həyata keçirildi, iqtisadi dirçəliş baş verdi, ordu gücləndirildi. Bu fikirlərin təsdiqi kimi, “Əsrin müqaviləsi”nin əhəmiyyətini vurğulamaq kifayət edər. Həmin beynəlxalq neft sazişi Azərbaycanın sonrakı uğurlu inkişafında əsaslı rol oynadı. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın dövlət mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, məhz bu müqavilədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar əldə edildi. Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da əhəmiyyətli dəyişikliklərin əsası qoyuldu. Ümummilli liderin rəhbərliyi ilə qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər edilməsi üçün müvafiq addımlar atıldı. Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyanın əsasını iqtisadiyyatın inkişafına, mövcud resurslardan səmərəli istifadəyə, dünya iqtisadiyyatına inteqrasiyaya və nəticə etibarilə vətəndaşların rifah halının yüksəldilməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılması təşkil edirdi. Nəticədə iqtisadi sahədə islahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsi məqsədilə ulu öndər beynəlxalq tələblərə uyğun qanunvericilik bazasının yaradılmasını təmin etdi. Xarici investorlarla neft müqavilələri üzrə fəal danışıqlara başlandı və çətin danışıqlar prosesindən sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri əldə edildi. Ümummilli lider müasir Azərbaycan Respublikasında aparılan bütün islahatların təşəbbüskarı və müəllifidir. Həmin islahatlar bu gün də böyük uğurla davam etdirilir. Ulu öndərin əsasını qoyduğu Milli qurtuluş fəlsəfəsi, sözün geniş mənasında, Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini beləcə təmin etdi.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkədə siyasi hakimiyyətə gəldiyi ilk gündən böyük çətinliklərə baxmayaraq, respublikada ictimai-siyasi sabitliyi bərqərar etdi, cəmiyyətin demokratikləşməsi, dünyəvi dövlət quruculuğu istiqamətində ardıcıl işlər həyata keçirdi. XX əsr tariximizin ən dinamik inkişaf dövrü məhz görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın siyasi tarixində, dövlət müstəqilliyinin qorunub saxlanılmasında dünyanın nüfuzlu təşkilatları və dövlətləri ilə çoxşaxəli münasibətlərin qurulmasında ulu öndərin misilsiz xidmətləri olmuşdur.
Bu gün də Azərbaycan öz dinamik inkişafını Heydər Əliyevin ideyaları əsasında davam etdirir. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsi nəticəsində ölkəmiz hazırda öz şanlı tarixinin ən parlaq və şərəfli dönəmini yaşamaqdadır. 18 il bundan əvvəl Azərbaycan xalqının cənab İlham Əliyevə etimad göstərməsindən sonra həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən müddət ərzində qarşıya qoyduğu bütün strateji məqsədlərə nail olub. Müasir dövlət quruculuğu strateji prioritet kimi müəyyənləşdirilib, ölkənin ümumi inkişaf strategiyası müasir dövrün tələblərinə uyğunlaşdırılaraq uğurla həyata keçirilib. Rasional və praqmatik xarici siyasət Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın strateji tərəfdaşlıq əlaqələrinin güclənməsini, dostlarının və tərəfdaşlarının sayının mütəmadi olaraq artmasını təmin edib. Ötən müddət ərzində regional güc mərkəzinə çevrilən Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kursun ən mühüm məntiqi nəticəsi olaraq Azərbaycan Ordusu Vətən müharibəsində parlaq tarixi Qələbə əldə edərək ölkəmizin ərazi bütövlüyünü təmin edib.
Azərbaycan xalqı Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında gələcəyə inamla gedir və bizi bundan sonra daha böyük zəfərlər, daha parlaq qələbələr gözləyir.
Qasım Qasımov,
Mərkəzi Muğan Kollektorunun İstismarı İdarəsinin rəisi,
Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Comments are closed, but trackbacks and pingbacks are open.