Press "Enter" to skip to content

Qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər

Şikayətçilər sonda “Azəriqaz” İB-nin Baş direktoru R. Əliyevə müraciət edərək, hadisənin obyektiv araşdırılmasını, qanunsuzluğa yol verən Ağsu Regional Qaz İstismarı İdarəsinin rəhbərliyi ilə bağlı ciddi tədbirlərin görülməsini xahiş edirlər.

Qaz tsrrüfatının istismarı

Qaz-kondensat yataqlarının istismarında qarşılıqlı əlaqədar texnoloji əməliyyat — istismar quyularından yağlı qazın çıxarılması, onun emalı və adi qazın laya vurulması dəqiq yerinə yetirilməlidir. Yuxarıda qeyd edilən əməliyyatın hər biri ayrılıqda xüsusi avadanlıq tələb edir.

İstismar quyularının avadanlığı və rejimin tənzim edilməsi qaz yataqlarında olan quyulardakı kimidir. İstismar prosesində təzyiq, temperatur, sərf, xüsusi çəki, qaz və kondensatın tərkibi diqqətli nəzarət altında olur. Quyuda quru qazın təzahürünü aşkar etmək üçün quyunun məhsulu arası kəsilmədən analiz edilməlidir.

Quyu məhsulundan maksimum kondensat almaq üçün trapdakı təzyiq, maksimal kondensləşmə təzyiqinə bərabər olmalıdır. İstismar quyularının maksimum mümkün debiti kollektorun xüsusiyyətini və karbohidrogenlərin əks kondensləşmə şəraitini nəzərə almaqla müəyyən edilir. Bu isə bufer təzyiqi vasitəsilə quyunun iş rejimini tənzim etmək imkanını məhdudlaşdırır. Tənzimləmə həm də kondensatı emal etməkdən ötrü, avadanlığın tam istifadə edilməsini təmin etmək üçün lazımdır.

Quyuda karbohidrogenlərin kondensləşməsi quyudibində maye yığılmasına, məsamələrin tutulmasına, hidravlik təzyiqin çoxalmasına, təzyiq itkisinin artmasına və debitin azalmasına səbəb olur. Bu çətinliklərin qarşısını almaq üçün quyu qazla vaxtaşırı təmizlənməlidir. İnjeksiya quyularının dibinin vaxtaşırı təmizlənməsi çox vacibdir. Quyunun vaxtında təmizlənməsi quyuağzı təzyiqin artmasının qarşısını alır, vurulan qaz həcminin azalmasını təmin edir, qazın əlavə sıxılma xərclərini azaldır, qaz kəmərləri və kompressorlarda baş verə biləcək təhlükələrin qarşısını alır. Təmizləmə qaz və ya su ilə yuma üsulu ilə aparılır.

İnjeksiya quyularında ağız təzyiqinin həddindən artıq artmasının qarşısını qabaqcadan almaq üçün qoruyucu klapanlar və təzyiq tənzimləyicilərindən istifadə edilir. Əgər qazın analizinə əsasən bəzi istismar quyularında quru qaz təzahüru vaxtından əvvəl müəyyənləşdirilərsə, bu quyuların hasilatı məhdudlaşdırılır. Bəzi hallarda isə quru qazın müntəzəm irəliləməsini təmin etmək üçün ayrı-ayrı istismar quyularını saxlayırlar. Əksər istismar quyularında quru qaz təzahür etdikdən sonra dövri proses bitir, layın təbii tükənməsi başlanır, yəni yataq, adi qaz yatağı kimi istismar edilir.

Tükənmə dövründə çıxarılan qazın emalı prosesi ağır karbohidrogen almaq məqsədi ilə dayandırılmır. Lay təzyiqi xeyli aşağı düşdükdən sonra kompressor stansiyasından qazın nəql edilməsi üçün istifadə etmək olar. Tükənmə dövründə istehlakçılara kondensatla birlikdə quru qaz da göndərilir. Yüksək təzyiq altında olan bu qaz təbii enerji hesabına uzaq məsafəyə göndərilə bilər. Qaz çıxarılmasında injeksiya quyularından da istifadə etmək olar. Deməli, tükənmə prosesində qaz hasilatının aşağı düşməsinin qarşısını almaq üçün imkan vardır. Tamamilə tükənmiş qaz-kondensat yatağından təbii qaz rezervuarı kimi istifadə edilə bilər.

Mənbə: Neft və qaz yataqlarının istismarı və işlənməsi(prof. A.X.MİRZƏCANZADƏ)

Qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər

Qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər

Qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər – qaz qurğu və avadanlıqlarının vaxtından əvvəl xarab olub sıradan çıxmasının qarşını alan işçi.

Qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingərin vəzifə öhdəlikləri:

  • Zədə və texniki nasazlığı aradan qaldırmaq;
  • Müayinə siyahısı əsasında tərtib edilmiş cədvəl üzrə vaxtaşırı avadanlıqların profilaktik və cari təmiri həyata keçirmək;
  • Avadanlıqların konstruktiv xüsusiyyətlərini və iş rejimini, təklükəsizlik və yanğından mühafizə tədbir və qaydaları təmin edən təlimatları həyata keçirmək və s.

Qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər bilməlidir:

  • Qaz şəbəkəsini;
  • Qaz xətlərinin tikintisində istifadə edilən boru və materiallarını;
  • Daxili qaz kəmərlərinin montajını;
  • Qaz armaturasının qoşulma üsullarını;
  • Qaztənzimləyən avadanlıqlarını;
  • Qoruyucu-kilidləyici, Qoruyucu-buraxıcı klapanlarını;
  • Kəmərin istismara verildikdə və təmirdən sonra sınağını;
  • Qaz istehlakı qurğularına texniki xidmət və təmirini;
  • Müəssələrdə nəzarət-ölçü cihazlarını;
  • Monometrlər, civəli termometrlər, müqavimət termometrlərini;
  • Magistral qaz kəmərlərinin üzərində quraşdırılan qaz qurğularını;
  • Qaz kəmərlərinin qaynaq birləşmələrinin fiziki üsulla yoxlanılmasını;
  • Qaz qaynaqçılarının təhlükəsizlik texnikasını;
  • Təmirçi çilingər işləri üzrə təhlükəsizlik texnikasını;
  • Yeraltı qaz kəmərlərinin istismarı və təmiri üzrə çilingər təhlükəsizlik texnikasını;
  • Qaz təsərüfatında qəza-bərpa işləri üzrə çilingər təhlükəsizlik texnikasını və s.

“Qaz İstismarı İdarəsinin rəhbərliyi səlahiyyətlərindən sui-istifadə edir. ” – Ağsudan Ruslan Əliyevə müraciət

““Azəriqaz” İstehsalat Birliyinin (İB) Ağsu Regional Qaz İstismarı İdarəsinin rəhbərliyi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, heç bir qanuni əsas olmadan idarəmizin əməkdaşı İlkin Məmmədovun əmək müqaviləsinə xitam verib. Həmin idarənin rəisi Osman Behbudov heç bir araşdırma aparmadan, tərəf olaraq İlkin Məmmədovu dinləmədən onun əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq əmr imzalayıb”.

Bunu “Azəriqaz” İB-nin Ağsu Regional Qaz İstismarı İdarəsinin Ucar Xidmət Sahəsinin bir qrup əməkdaşı “Azəriqaz” İB-nin Baş direktoru Ruslan Əliyevə ünvanladıqları və bir nüsxəsinin də “AzPolitika.info”-ya daxil olduğu müraciətdə bildiriblər.

Şikayətçilər bildirirlər ki, hadisə baş verən gün (15 mart 2023-cü il) idarənin Zaur adlı baş mühəndisi qəsdən mübahisə yaradıb və İlkin Məmmədovun ünvanına nalayiq ifadələr səsləndirib.

Ancaq İ.Məmmədov onun qeyri-etik hərəkətlərinə heç bir reaksiya verməyib. Buna baxmayaraq, Ağsu Regional Qaz İstismarI İdarəsinin rəisi Osman Behbudov Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndini əsas gətirərək, İ. Məmmədovun əmək müqaviləsinə xitam verib.

Şikayətçilər sonda “Azəriqaz” İB-nin Baş direktoru R. Əliyevə müraciət edərək, hadisənin obyektiv araşdırılmasını, qanunsuzluğa yol verən Ağsu Regional Qaz İstismarı İdarəsinin rəhbərliyi ilə bağlı ciddi tədbirlərin görülməsini xahiş edirlər.

Müraciətdə yazılanlarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik.

“AzPolitika.info”

Şərhlər

Vətəndaş 2023-03-19 14:52:16

Niyə bu sistemə dövlət nəzarəti yoxur.Yoxsa Koxanı gör kəndi çap prinsipi buradada qüvvədədr?Qazın dünyada qiyməti artır,Azərbaycanın gəlirləri artır.Buna baxmayaraq Azərbaycanda da qiymət qaldrılır.bu paradoksun qarşısını alan isə görünmür.Axı biz qazı xaricdən almırıq və eyni zamanda əhaliyə xaricdəki maaş,təqaüdlər vermirlər.Bəs onda bu nə deməkdir?

Comments are closed, but trackbacks and pingbacks are open.