Press "Enter" to skip to content

Qazan xanın islahatları

və sülalə üzvləri; 2) Türk-monqol mənşəli hərbi-köçəri varlılar; 3) Ali rütbəli müsəlman

Qazan xanın islahatları

Orta əsrlərdə Azərbaycanda dünyəvi qanunvericilik

� Qazan xanın islahatları islam dininin qəbulu və möhkəmləndirilməsi, hərbi iş və qoşun saxlanılması, təsərrüfatın idarə edilməsi, torpaq və rəiyyətin hüquqları, ticarət-maliyyə qaydaları, saraydaxili idarəçilik, daxili qayda-qanunlara əməl edilməsi, ədalət mühakiməsi və mülkiyyət tələblərini tənzimləyirdi

XIII əsrin ortalarında Azərbaycan ərazisində Elxanilər dövlətinin meydana gəlməsilə ictimai-siyasi həyatın bütün sferalarında, o cümlədən də cəmiyyətin hüquqi həyatında böyük dəyişikliklər baş verdi. Bu dövrdə digər məsələlərlə yanaşı, hüquqi islahatlar həyata keçirilib .

XIII-XIV əsrlərdə Azərbaycanda mövcud olan hüquq mənbələrinin içərisində Elxani hökmdarı Mahmud Qazan xanın verdiyi fərmanlar mühüm yer tutur . Doğrudur , Qazan xana qədərki hökmdarlar � Hülakü xan , Abaqa xan , Arqun xan və Keyxatu xanın hakimiyyəti illərində bu və ya digər məsələlərlə bağlı müxtəlif səpkidə fərmanlar vermişdilər. Tarixçi alim X. İsmayılov bildirir ki , Qazan xanın fərmanları istər ictimai-siyasi , sosial-iqtisadi , dini , istərsə də hüquqi baxımdan mükəmməlliyilə seçilir və daha mühüm əhəmiyyət daşıyırdı. 1295-ci ildən 1304-cü ilə qədər hakimiyyətdə olan Qazan xan yerli feodalları öz tər əfinə çəkmək və öz hakimiyyətini möhkəmləndirmək məqsədilə əsasən dövlətin sosial-iqtisadi və hüquqi həyatını əhatə edən bir sıra islahatlar həyata keçirdi . Bu islahatlar onun vermiş olduğu 40-a yaxın fərmanında öz təzahürünü tapıb.

Qazan xan islahatlarının tənzimlədiyi münasibətlər sistem baxımından aşağıdakı bölgüyə ayrıla bilər: İslam dininin qəbulu və möhkəmləndirilməsi barədə qanunvericilik ; hərbi iş və qoşun saxlanılmasına dair qanunvericilik ; təsərrüfat iqtisadiyyatının idarə edilməsi barədə qanunvericilik ; torpaq və rəiyyətin hüquqları barədə qanunvericilik ; ticarət-maliyyə qaydaları barədə qanunvericilik ; saraydaxili idarəçilik barədə qanunvericilik ; daxili qayda-qanunlara əməl edilməsi sahəsində qanunvericilik ; ədalət mühakiməsi və mülkiyyət tələbləri haqda qanunvericilik .

İlkin olaraq islam dininin qəbulu haqqında 16 iyul 1295-ci ildə fərman verilmiş , islam dövlət dini elan olunmuş , monqollar kütləvi şəkildə islama keçiblər. 1300-cü ildə �Məhkəmə haqqında�, �Qazı rütbəsinin verilməsi haqqında�, �Dələduzluğun və əsassız iddiaların qarşısının al ı nması, habelə girovsuz borc alanlar , digər borcluların əhdi pozma hallarının aradan qaldırılması haqqında� fərmanlarla məhkəmə-istintaq islahatı, � İslam hökmdarının qazılara, şeyxlərə, zahidlərə, alimlərə və mömin şəxslərə təlimatları haqqında� fərmanla müxtəlif məsələləri əhat ə edən islahat həyata keçirildi . Məhkəmə islahatı ilə əvvəllər mövcud olmuş qayda-məhkəmə hakimi vəzifələrinin otkupa ( iltizama ) verilməsi qaydası ləğv olunurdu . Həmin fərmanlara əsasən şəriətə aid bütün məsələləri hakimlər, əmirlər, feodallar qaziyə bildirməli, qazı isə həmin məsələləri öz hökmüylə həll etməli idi . Başqa heç bir kəsin bu işə qarışa bilməməsi, qazının həbs etdiyi şəxsi kimsənin azad etməsinin yolverilməz olduğu bildirilirdi .

Məhkəmə hakimləri mükəlləfiyyətlərdən azad edilir , vergi ödəmir, evlərində çapar qalmasından, kopçurdan azad edilirdilər. Qazıların ləyaqətini alçadacaq hər bir hərəkət ciddi cəzalandırılırdı. Yeni fərmana görə qazı çəkişən tərəflərin işinə onların tərəfini saxlayan adamlar olmadan baxmalı, monqol və müsəlmanlar arasında olan mübahisələrə məsciddə ayda iki dəfə bitikçi , məliklərin iştirakıyla baxmalı, hökm onların hamısı tərəfindən imzalanmalı idi . İddia obyekti olan əmlak özgəninkiləşdirilə bilməzdi. Vilayət qazısı yerli qazıları təyin edir , hər ay onların işini yoxlayırdı. Təyin olunmuş qazılardan ədalətli olacaqları barədə iltizam alınır, hər ay qərarların surəti vilayət qazisinə göndərilirdi.

Yerli qazılar yalnız borc öhdəçilikləri barədə işlərə baxa bilərdi, daşınmaz əmlak barədə və digər mürəkkəb işlərə isə onlar şəhər məhkəmələrilə birlikdə baxmalı idilər. Qazı məhkəmə qərarlarını yazmaq , qeydiyyat aparmaq üçün katib götürməli idi . Katibin öz işinə xəyanət etdiyi halda , o , edam olunurdu . Qazılardan alınmış iltizam xüsusi formada tərtib edilir , 30 ildən artıq müddəti olan iddialara baxılacağı təqdirdə cəza veriləcəyi qeyd olunurdu .

Hakimlər həll etdikləri iddialar üçün dövlətin müəyyənləşdirdiyi rüsum alırdılar. Katiblər 110 dinarlıq sənəd üçün bir dirhəm, 111 dinardan artıq sənəd üçün 1 dinar , müdəbbir- məhkəmə fərraşı icrası təsdiq olunmuş sənəd üçün yarım dinar almağa haqlı idi .

Artıq alan katib və ya müdəbbir saqqalı qırxdırılaraq vəzifəsindən çıxarılırdı. Qanunun tələbinə əsasən qazılar şahid ifadələrini dəqiq yoxlayır, hökmdə həmin ifadələrə əsaslanmaqla bütün halları şərh edirdilər. Əvvəllər mövcud olan iki şahidin ifadəsinə əsaslanaraq hökm çıxarmaq hallarına yol verilməsi aradan qaldırılırdı. Qazılara bir vəzifə olaraq tapşırılmışdı ki , şahidlərin kimliyini , işdə maraqlı olub-olmamasını, iddiaçı və cavabdeh ilə əlaqəsini aydınlaşdırsınlar və bu baxımdan da ifadəyə qiymət versinlər. İfadələrd ə zahiri təmtərağa yox , doğruluğa fikir verilməli, ədalətli və qanuna müvafiq hökm çıxarılmalı, kimsənin hüququ tapdalanmamalı idi . Şahid ifadələrində fikir fərqinə, kəmiyyət, keyfiyyət, məkan, zaman fərqlərinə rast gəlindikdə diqqətlə yoxlanılmalı, hər bir şahid ayrı-ayrıl ıqda dindirilməli idi .

Məhkəmə hakimlərindən işə baxarkən aidiyyat prinsipinə əməl etmələri tələb edilir , səlahiyyətləri dairəsində olmayan işlərə baxmaları, yurisdiksiyalarından kənar ərazilərə aid sənədləri yoxlamadan təsdiqləmələri qadağan edilirdi . Hökmlərin müvafiq nümunələr əsasında tərtib olunması üçün əyalətlərə məhkəmə hökmlərinin nümunələri göndərilirdi.

Əlahiddə fərmanla torpaq mülklərinin alqı-satqısı üçün xüsusi qayda müəyyənləşdirilmişdi. Həmin qaydaya əsasən torpağın alqı-satqısı zamanı satıcı və alıcının ləkələnməmiş şahidlərlə, zəruri sənədlərlə birlikdə qazının yanına gəlməsi tələb olunurdu . Satıcı satılan torpaq sahəsinə olan hüququnu müvafiq sənədlərin vasitəsilə sübuta yetirməli, sənəd olmadıqda isə yazılı şəkildə mülkə olan hüququnu izhar etməli, şahidlər də eyni qaydada , yəni yazılı formada öz ifadələrini verməli, qazı isə bütün bunları təsdiq etməli idi .

Bu qaydanı pozaraq girov qoyulan və ya vəsiyyət edilən, habelə artıq satılmış mülkləri yenidən satmaq istəyən şəxsləri təhqiramiz cəzalar gözləyirdi. Belə ki , həmin şəxslərin saqqalı qırxılır, eşşəyə tərsinə mindirilərək həmin ərazidə gəzdirilirdi. Qazılar belə qaydanın pozuntusuna yol verdikdə, onların tutduğu vəzifədən azad edilməsi, həm onun , həm də tərəflərin cəzalandırılması nəzərdə tutulurdu .

Tarixçi alim X.İsmayılov bildirir ki , 30 illik müddəti olan işlər üzrə iddiaların etibarsız sayılması haqqında fərmanla bu müddətdən sonra mülkiyyətin hər hansı növü üzrə mübahisələr yolverilməz elan olunurdu . Müxtəlif məsələlərlə bağlı məhkəmə qərarlarının konkret formalarının tərtibi haqqında fərmanda həmin sənədlərin yığılaraq ümumiləşdirilməsi və hakimlər tərəfindən rəhbər tutulması üçün yerlərə göndərilməsi müəyyən olunurdu . Torpaq mülkiyyətinin formaları və təmini ilə bağlı islahatlar əkinçilik məsələlərini, torpaqların bütün ölkə ərazisində yenidən bölüşdürülməsi prosesini əks etdirirdi . Bununla yanaşı, � Qoşuna iqta paylanması haqqında�, � Xam torpaqların becərilməsi və məskunlaşdırılması haqqında� fərmanlar verilmiş və burada işğalçıların, eləcə də yerli məmurların orta təbəqələrinin yaşayışının zəruri vasitələrlə təmin edilməsi məqsədi güdülürdü . Qoşuna iqta paylanılmasını nəzərdə tutan fərmanla hərbi xidmət nəticəsində iqta torpağı əldə etmiş şəxslərin övladları ordu hissələrində xidmətə daxil olduğu halda həmin torpaq sahəsi miras kimi hərbi xidməti daşıyan övlada ötürülə bilərdi.

Dövlət məmurlarının özbaşınalığının və vəzifələrindən sui-istifadə hallarının məhdudlaşdırılması hallarını, habelə maliyyə və vergi münasibətlərini tənzimləyən fərmanlar xüsusi əhəmiyyət daşıyırdı. Bunların içərisində

�Yarlıq və payzların verilməsi işində ciddi qaydanın gözlənilməsi haqqında�, �Ulağın ( yam vergisi � X.İ.) ləğv edilməsi, çaparların sayının ixtisara salınması və onlar tərəfindən əhalinin sıxışdırılmasının qadağan edilməsi�,

�Dövlətin bütün ərazilərində çaparlar üçün dayanacaq məntəqələrinin tikilməsi buyuruğunun verilməsi və hakimlərə, digər məmurlara şəxsi evlərdə qalmasının qadağan edilməsi haqqında�, � Ölçü , çəki və uzunluq vahidlərinin bütün ölkə ərazisində eyni standartlara gətirilməsi haqqında�, saray idarəçiliyi, vergi , ordu , rabitə islahatlarının əsasında duran digər fərmanlar dövlət idarəçiliyinin möhkəmləndirilməsi, ictimai-siyasi və hüquqi həyatın yaxşılaşdırılması baxımından əlverişli şərait yaratmışdı.

Qazan xan rəiyyəti döyüşçülər və feodalların sıxışdırmasının qarşısını almaq üçün vergiləri azaltmaqla yanaşı, onlara qarşı haqsızlıq edilməsi hallarının aradan qaldırılmasına göstəriş vermişdi . Rəiyyətlərin əmlakını əlindən alan , buna şərait yaradan mütəsərriflər haqqında ölüm cəzasının tətbiqi, karvan yollarının mühafizə edilməsi və karvan basqınçılarının, quldurların tutulub məsuliyyətə cəlb edilməsi ilə bağlı tədbirləri özünd ə ehtiva edən fərmanlar verilmişdi .

Qazan xanın hakimiyyətinin əvvəllərində kənd təsərrüfatı ölgün vəziyyətə düşmüş , sənətkarların istehsal etdiyi malların həcmi azalmışdı. Vergi sistemində ədalətsizliklər təsərrüfatı xaraba qoymaqda davam edirdi . Buna görə də, o , ilk növbədə vergilərin qaydaya salınması, vergilərin dəqiq müəyyən edilməsi üçün 1304-cü ilin fevralında fərman verərək məhsulun əvvəlcədən qiymətləndirilməsi qaydasını ləğv etdi .

Vergi sistemində islahata qədər vilayətlərdən vergi yığmaq vilayət hakimlərinə həvalə olunmuşdu , hakimlər istədikləri kimi əhalini soyur , müxtəlif bəhanələrlə əmlakını əllərindən alırdı. Çaparların hər dəfə vilayətə gəlmələri yerli əhalini müflis hala salırdı. Vergilər yığılması üçün əsassız baratlar meydana çıxır, alınmış vergilərin təkrarən alınması adi hal olurdu . Vəzir və əmirlərin rüşvətxorluğu buna imkan verən əsas vasitə idi . Buna görə bir çox rəiyyətlər öz torpağını atıb başqa yerlərə, hətta başqa dövlətlərə qaçırdı.

Qazan xan fərmanla yerli hakimlərin barat vergi toplamaq hüququ verən sənəd yazmasını qadağan edib , bütün vilayətlərə bitikçilər göndərərək əhalini sıyahıya aldırıb üzərlərinə kopçur vergisi qoydurdu . İlin əvvəlində bitikçi hər bir kəndliy ə adını göstərməklə barat yazırdı. Hər hansı başqa bir şəxsin barat yazması ağır cəzaya � həmin şəxsin edam olunmasına səbəb ola bilərdi. Həmin baratlar divanda möhürləndikdən sonra vilayətlərə göndərilir və onun əsasında vergi yığılırdı. Natural şəkildə verginin gətirilib xəzinəyə verilməsi qadağan edilmişdi . Xəzinəyə yalnız pul verilməli idi . Bütün vilayətlərdə rəiyyətlər, verəcəkləri vergi məbləğini əvvəlcədən bilirdilər. Fərmanın yerinə yetirilməməsinə görə ağır cəzalar verilir , əmirlər, hakimlər belə edam edilirdi .

Bayram Alı

Xalq Cəbhəsi .- 2012.- 25 yanvar .- S.15.

Qazan xanın islahatları

Kürdəmir şəhər 1 saylı tam orta məktəbin tarix dərnəyinin elektron qəzeti.

22.05.2013

Qazan xanın islahatları.

1295-ci ildə daxili çəkişmələr nəticəsində Qazan xan hakimiyyətə gəldi. Onun hakimiyyətə gəldiyi dövrdə Hülakülər dövləti sosial-iqtisadi və siyasi cəhətdən böhran keçirirdi. Qazan xan Hülakülər dövlətini mövcud böhrandan çıxarmaq məqsədilə islahat lahiyəsi hazırladı. Qazan xanın islahatlarının məqsədi:

Maliyyə – vergi sistemini nizamlamaq;
Dövlətin xəzinəsini sabit gəlir mənbələri ilə təmin etmək;
Monqol əyanlarının özbaşınalığına son qoymaq;
Sıravi monqolları torpaqla təmin etmək.
Qazan xan Fəzlullah Rəşidəddinin köməyi ilə torpaq, məhkəmə, rabitə və ticarət sahələrində islahatlar keçirdi.
Torpaq islahatı
Qazan xanın torpaq islahatının əsasını monqolların orta təbəqəsinin və dövlətə xidmət edən yerli əyanların mənafeyinin qorunması təşkil edirdi. Qazan xanın torpaq islahatına əsasən:
Bayrat torpaqları qeydə alındı və onların sahibkarlığı müəyyənləşdirildi;
Sahibsiz torpaqlar divan sərəncamına verildi;
Becərilməyən mülklər satın alınaraq dövlət torpaqlarına qatıldı;
İqta torpaqları alınıb-satıla bilməzdi;
Sahibi öldükdən sonra iqta hərbi xidməti davam etdirən varisə verilirdi;
Becərilməyən torpaqlar yeni sahibkarlara paylandı və onların bu ərazi üzərindəki hüquqları divan sənədləri ilə qanuniləşdirildi;
Orduda xidmət edən monqollara incu, bayrat və divan torpaqları hesabına iqta verilirdi;
Kəndlilər öz torpaqlarını tərk edə bilməzdi(1303-cü il fərmanına əsasən).
Vergi islahatı
Qazan xanın həyata keçirdiyi ən mühüm tədbirlərdən biri də vergi islahatıdır. İslahata əsasən:
Vergi verənlərin siyahısı tutuldu;
Qeyri-qanuni vergilər ləğv edildi;
Hər bir kəndin və ya şəhərin ödəyəcəyi verginin məbləği lövhələrə həkk olunurdu;
Vergilər pulla və ya natura ilə toplana bilərdi;
Əldə edilmiş vergilərin məsrəfi üzərinə ciddi nəzarət qoyuldu;
Vergilərin toplama vaxtı dəqiqləşdirildi;
Vergilərin toplanması Mərkəzi Divana həvalə olundu;
Vilayət hakimləri vergilərin toplanmasına müdaxilə edə bilməzdi;
Vergilərin toplanmasının icarəyə verilməsinə ciddi nəzarət qoyuldu.
Məhkəmə islahatı
Qazan xan ölkədəki rüşvətxorluq, özbaşınalıq və məhkəmə sistemindəki problemləri həll etmək məqsədi ilə islahat keçirdi. İslahata əsasən:
30 illik iddia sənədləri öz qüvvəsini itirdi;
Mühakimələr üçün alınan ödənclər dəqiqləşdirildi;
Şəhər, kənd və mahal qazılarının səlahiyyətləri müəyyənləşdirildi;
Qazı vəzifəsinə təyin olunanlardan qanuna ciddi əməl edəcəkləri barədə iltizam alınırdı.
Rabitə islahatı
Qazan xanın rabitə islahatına əsasən vahid rabitə sistemi yaradıldı. Əsas yollarda hər 20 km-dən bir yamlar qurulurdu. Yamlara aiddir:
Əmirlər tərəfindən idarə edilməsi;
Sərəncamlarında qulluqçuların olması;
Elçilərin qarşılanmasında mühüm rol oynaması.
Pul islahatı
Qazan xanın pul islahatına əsasən:
Vahid pul sistemi yaradıldı;
Çəki və ölçü vahidləri sabitləşdirildi;
Ayrı-ayrı vilayətlərdə işlədilən pullar ləğv edildi.

İslamın qəbul edilməsi

Qazan xan ölkə daxilində birliyi möhkəmləndirmək, müsəlman zadəganları və ruhanilərin dəstəyini qazanmaq üçün İslam dinini qəbul etdi. Qazan xan islam dinini qəbul etdikdən sonra Mahmud adını aldı və “Hicri altıncı əsr İslam dininin islahatçısı” kimi tanınmağa başladı. Qazan xanın islam dininini qəbul etməsilə Azərbaycanda xristianlığın, bütpərəstliyin və digər dinlərin mövqeyi sarsıldı.

Qazan xanın islam dinini qəbul etməsi köçəri monqol əyanlarının narazılığına səbəb oldu. Qazan xana qarşı sui-qəsd hazırlandı. Lakin sui-qəsdin üstü açıldı və onun təşkilatçıları edam edildi. 1297-1298-ci illərdə Qazan xana qarşı baş verən üsyan da yatırıldı.

XIII əsrin 80-90-cı illərində Hülakular dövlətində baş verən siyasi və ictimai-iqtisadi böhran ən yüksək səviyyəyə çatdı. İşğal altındakı ölkələrin müdhiş dağıntılara məruz qalması, arası kəsilməyən feodal çəkişmələri, zəhmətkeş əhalinin amansız şəkildə talan olunması nəticəsində öz yerlərini tərk etməsi və digər amillər kənd təsərrüfatı istehsalının kəskin surətdə azalmasına, şəhərlərin iqtisadi həyatının ölgünləşməsinə gətirib çıxarmışdı. Dövlət xəzinəsinin, feodalların gəlirinin azalması Elxani hökmdarı Qazan xanı (1295-1304) daxili siyasət istiqamətini əsaslı surətdə dəyişməyə, bir sıra mühüm islahatlar keçirməyə məcbur etdi. Qazan xan dövlətin mərkəzləşdirilməsi prosesinə maneçilik törədən monqol mənşəli hərbi-köçəri əyanlara qarşı mübarizədə yerli əyanlara, müsəlman ruhanilərinə, hakim sülalə ilə əlaqədar olan, hakimiyyətin mərkəzləşdirilməsinə tərəfdar çıxan monqol-türk mənşəli köçəri əyanların bir qisminə arxalanırdı. Qazan xan, onun ardınca isə monqol hərbçilərinin əksəriyyəti fəth olunmuş ərazidə öz mövqelərini möhkəmləndirmək üçün islamı qəbul etdilər. İslam yenidən dövlət dini səviyyəsinə yüksəldi. Müsəlman müqəddəslərinə məxsus olan vəqflərə, dini təşkilatlara, ruhanilərə geniş torpaq sahələri bağışlandı. Qazan xanın həyata keçirdiyi islahatların əsas təşəbbüskarı və həyata keçirəni baş vəzir, təbib, dövrün məşhur tarixçisi Fəzlullah Rəşidəddin idi. İslahat vergi sisteminin sabitləşdirilməsi, vergi zülmünün yumşaldılması, vergilərin yığılması prosesində mövcud olan sui-istifadə hallarının aradan qaldırılması vasitəsilə əkinçiliyin və şəhər iqtisadiyyatının yüksəlişini təmin etmək məqsədi güdürdü. Tədbiri həyata keçirən şəxslərin qənaətinə görə, bu islahat dövlət xəzinəsinin sabit şəkildə gəlirlərlə təchiz olunmasını təmin etməli idi. İslahatların əsas hissəsi 1297-1304-cü illər ərzində həyata keçirildi və inzibati aparatın təqribən bütün sahələrini əhatə etdi. Baş verə biləcək müxtəlif qeyri-qanuni əməllərin aradan qaldırılması üçün Qazan xan Elxanilər dövlətinin bütün maliyyə vergi sisteminin yenidən qurulması siyasətini yeritməyə baĢladı. Vergi verməli olan əhalinin siyahısı tərtib olundu, vergilərin növləri, məbləği və vaxtı dəqiq müəyyən edildi. Vergilərin növləri, ödənilmə vaxtı taxta, metal, daş lövhələr üzərində həkk olundu və müxtəlif yaşayış məntəqələrinin nəzərəçarpan yerlərində qoyuldu. Tərtib olunmuş dövlət sənədlərinə düzəlişlərə imkan verməmək məqsədilə həmin sənədlərin əsli ġənbi-Qazanda yerləşmiş xüsusi yerə təhvil verilməli idi. Həyata keçirilən islahata əsasən xərac və qopçur vergilərinin məbləği, ödənilmə vaxtı, qaydası müəyyən edilmişdi. Dövlət torpaqlarından alınan xərac vergisi məhsulun 60 faizini təşkil edirdi, xüsusi torpaq sahələrində isə əldə olunan məhsulun 10 faizi xərac vergisi şəklində ödənilməli idi. Vergi alınarkən tərk edilmiş, uzun müddət ərzində becərilməmiş torpaq sahələrini becərənlərə güzəştlər edilirdi. Bu cür sahələrin sahibləri becərmənin ilk ilində bütün vergilərdən azad olunurdular. Üçüncü ildən etibarən, torpaq becərildikdən sonra, torpağın becərilməsi çətinliyindən asılı olaraq xəracın məcmusu tədricən 3/4, 2/3 və 1/2 qədər azaldılmışdı. Belə torpağı becərən şəxs mülk hüququnda həmin torpaq sahəsinin sahibinə çevrilirdi. Qazan xan şəhər iqtisadiyyatının inkişafı üçün mühüm əhəmiyyət kəsb edən bir sıra islahatlar da keçirmişdi. Pul tədavülü üzrə, ticarət yollarının qorunması, bac toplanması, tamğa vergisinin yığılması sahələrində təsirli tədbirlər görülmüşdü. Bütün Hülakular dövləti miqyasında sikkə zərb olunması işində vahid qayda bərqərar edildi. 1301-1302-ci illərin islahatı nəticəsində dövlət ərazisində vahid ölçü və çəki sistemi tətbiq olundu. Təbrizdə mövcud olmuş çəki və ölçü vahidlərindən nümunə kimi istifadə edilirdi. Yol keşikçilərinin (rahdarların) sayı artırılırdı. XIV əsrin əvvəllərində rahdarların sayı 10 min nəfərə çatmışdı. Qazan xanın islahatları Azərbaycanda şəhər həyatının müəyyən dirçəlişinə, ticarətin canlanmasına yardım etdi. Lakin bu islahatlar tam şəkildə həyata keçirilmədi. Bunun üçün o dövrdə obyektiv şərait də yox idi. Qazan xanın islahatları ticarət yollarının təhlükəsizliyini təmin edə bilmədi. Dövlət miqyasında tətbiq edilmiş vahid ölçü və çəki sistemi tənəzzülə uğradı. 1303-cü ildə Qazan xan hərbi feodal əyanlarının mənafeyi naminə xüsusi fərman vermişdi. Bu fərmana əsasən dövlət torpaq mülkiyyəti (divani) fondundan onlara iqta hüququnda sahələr verilməyə başlandı. Türk-monqol mənşəli feodallar Muğan, ġirvan və Arranda geniş iqta sahələrinə malik oldular. XI-XII əsrlərdə iqta ömürlük şərti torpaq sahəsi idi. XIV əsrdə isə bu sahələr feodalların irsi istifadəsinə keçdi. İqtadar vergi toxunulmazlığı hüququna malik olub, iqta ərazisindəki əhali üzərində geniş səlahiyyətlərdən istifadə edirdi. 1303-cü il fərmanına əsasən kəndlilərin bir yerdən digər yerə keçməsi qadağan olunmuşdu. Kəndli torpağa təhkim edilmişdi. Lakin qaçmış kəndlilərin əksəriyyəti keçmiş məskənlərinə qayıtmadı. Onları zorla qaytarmaq isə torpaq sahiblərinə müyəssər olmadı. Qazan xanın torpaq islahatı dövlətin mərkəzləşdirilməsi xəttinə zidd idi, obyektiv olan proseslərin qarşısını ala bilmədi və XIV əsrin 30-cu illərində feodal separatçılığının güclənməsi dövlətin tənəzzülü üçün əlverişli zəmin yaratdı.

Azərbaycan Tarixi Fənni Üzrə mtahan Suallarının Cavabları

kənd və şəhərlər əhalisinin əməyinə qayğı ilə yanaşmağı tələb edirdi.

Din islahatı. Xalq kütlələri ilə yaxınlaşmaq üçün Qazan xanın başlıca

islahatlarından biri dövlətin islam dininə münasibətinin dəyişməsi idi. Qazan

xan müsəlman ruhaniləri və yerli feodallarla yaxınlaşmaq üçün ilk növbədə

islam dinini qəbul etdi və din islahatı keçirdi. Qazan xanın əyanları və ordusu da

islamı qəbul etdi. O, özünün türk adına müsəlman adı əlavə edərək Qazan

Mahmud adını qəbul etdi. slam 5-ci ulusun dövlət dininə çevrildi. Qazan xanın

göstərişi ilə bütpərəst məbədlər dağıdıldı, yerinə məscidlər tikilirdi. 1297-ci ildə

Qazan xan Şirvana, Bakıya gəldi. Bu gəliş onun Şirvan dövləti ərazisində

tanınmış müsəlman ocaqlarından biri olan Bibi – Heybət türbəsinin ziyarəti ilə

Qazan xanın Rəşid-əd-dinlə birlikdə keçirdiyi başlıca islahatlardan biri

torpaq islahatı idi. 1303-cü ildə hərbi iqta torpaqları haqda qanun verildi. lk

elxanların dövründə iqta başlıca olaraq yüksək rütbəli qoşun başçılarına verilsə

də yeni qanuna görə, artıq bütün monqol döyüşçülərinə irsi iqta verilirdi. Torpaq

almaqla kiçik feodallara çevrilən döyüşçülər kütləsinə 1303-cü il qanunu ilə

böyük üstünlük və imtiyazlar verilirdi. Əkin yeri, suvarma qurğuları və s. ilə

birlikdə həmin torpaqla bağlı olub, onu əkib becərən rəiyyətlər də torpaq

sahibinin ixtiyarına keçirdi. Qanuna görə monqol döyüşçülərinə paylanılan iqta

torpaqlarının keçmiş rəiyyətləri başqa torpaqlara qaçıb dağılmışsa və bu

qaçqınlıqdan 30 ildən çox vaxt keçməyibsə, indi yeni sahiblərinə qaytarılmalı

idi. Lakin dövlətin verdiyi iqta torpağını satmaq, bağışlamaq qadağan olunurdu.

Vergi islahatı. Vergilər müəyyən olunmuş bir vaxtda yığıla bilərdi, natura

ilə, pul və biyarla ödəniləcək mükəlləfiyyətlərin müddəti dəqiq göstərilirdi.

Müqatiə sistemi (vergi yığımının icarəyə verilməsi) ləğv edilirdi. Vergilərin

qədəri və ödəniş vaxtı dəqiq bildirilirdi. Taxıl vergisi əkinçilərdən yalnız ildə iki

dəfə:-21 mart-11 aprel və 22 sentyabr-12 oktyabr arasında və ya ildə bir dəfə (20

gün içərisində) yığıla bilərdi. Göstərilən zaman xaricində və ya artıq vergi tələb

etmək ağır cəzalarla qadağan edilmişdi.

Yam və poçt mükəlləfiyyətləri kəndlinin üzərindən götürüldü. Vahid rabitə

sistemi yaradıldı. Başlıca yollarda üç fərsəxdən (21 km) bir yam (rabitə

dayanacaqları) açıldı. Yam əmirlərinin ixtiyarına istənilən sayda qulluqçu və

atlar verildi. Ezam olunan dövlət elçiləri yol xərcini rəiyyətdən deyil, divandan

almalı, karvansaralarda gecələməli, lazımi məntəqəyə getmək üçün yalnız yam

xidmətindən istifadə etməli idilər.

Pul islahatı.Elxanilər ilk zamanlar 3,072 qramlıq gümüş dirhəm tətbiq

edirdilər.Alış-veriş, bazar hesabları dirhəmlə gedirdi. Kəsilən pulların mədən

tərkibi qarışıq olduğundan çətinliklər yaranırdı. Qazan xanın məsləhətı ilə

dirhəmin gümüş dəyəri kiçildildi. Bir dirhəm 2,304 qram saf gümüşə bərabər

Dövlətin bütün bölgələri, əyalət və qəzaları daxil olmaqla ərazi və

mülklərin yerini, ölçüsünü, sərhədlərini qeydə alan kadastr cədvəlləri (dəfatiri-

qanun) tutulurdu. Xüsusi katiblər bütün mülk, xasse əmlakı və xeyrət vəqflərini

kadastr dəftərlərinə qeyd edirdilər. Əmlak sənədinin tərtibi üçün yarım dinardan

artıq rüsum alana ölüm cəzası qoyulmuşdu.

Qazan xanın varisi Məhəmməd Xudabəndə (Ölcaytu) xanın hakimiyyəti

illərində (1304-1316) islahatlar davam etdirilirdi və yerli feodalların, o

cümlədən, Şirvanşah hakimiyyətinin hüquqlarının tədricən bərpa edilməkdə idi.

Hətta baş vəzir Rəşid-əd-din Şirvanşah Keykavus ilə qohumluq münasibəti

24. Monqol əsarəti dövründə Azərbaycanda mülkiyyət formaları,

vergi və təsərrüfat həyatı

Hülakü dövlətində yuxarı silkin nümayəndələri dörd qrupa bölünürdü: Elxanlar

və sülalə üzvləri; 2) Türk-monqol mənşəli hərbi-köçəri varlılar; 3) Ali rütbəli müsəlman

təbəqəsi; 4) Yerli feodallar.

Son 600 ildə Yaxın və Orta Şərq üçün ənənəvi torpaq qurumlarının adları demək

olar ki dəyişməmişdi. Monqollar torpaq sahibkarlığında elə bir dəyişiklik

etməmişdilər.Hülakilər dövründə də hökmdar torpaqları divan torpaqları adlanırdı. Belə

torpaqlar ilk 60-70 il ərzində xeyli artsa da 90-cı illətrdə divan torpaqları monqolların

soyurqal adlandırdığı bəxşiş kimi paylanmaqda idi.Monqolların dövründə mülk, divan,

vəqf torpaqlarını ələ keçirməsi nəticəsində meydana gələn incu adlı irsi sülalə torpaqları

geniş yayılmışdı. ncu sahibi bu torpaqların vergi toplamaq hüququnu başqa birinə

bağışlaya bilərdi.Birbaşa elxana məxsus torpaqlar isə ncuyi-xas adlanırdı. Başqa cür:

incu təkcə Elxana yox, eyni zamanda onun ailə üzvlərinə də aid olurdu. Xas incu isə

yalnız Elxanlara (hökmdarlara) məxsus idi. Vəqf torpaqları Hülakü dövlətində bütpərəst

ilk Elxanilər dövründə zəbt olunmaqda idi. Lakin Elxan Qazan xan islamı qəbul

etdikdən sonra bu torpaqların yenidən vəqflərə verilməsi başlandı. Bundan başqa elat

torpaqları (örüşlər), icma torpaqları və s. var idi.

Vergilər. Azərbaycan Monqol Xaqanlığının tərkibinə qatıldıqdan sonra

Monqolların xeyrinə alınan əsas vergi – torpaq vergisi – xərac məhsulun 60-70 %-ni

təşkil edirdi. Bundan başqa çoxlu məhsul və pul yığımları movcud idi. Xüsusilə Hülaki

dövlətinin yaranması ilə vergilərin sayı 40-a çatmışdı. Hələ 1254-cü ildə monqollar 10-

60 yaş arası bütün kişiləri vergi siyahısına salmışdılar. Monqollarda ərazi və əmlakdan

alınan vergi kalan adlanırdı. Monqolların tətbiq etdiyi ağır vergilərdən biri qopçur

(adambaşına alınan vergi) adlanırdı. Bu vergini əvvəllər maldarlar ödəyirdi. Köçəri

maldarlar hər 100 qoyundan birini kopçur kimi verərdi. Tədricən qopçur can vergisinə

çevrilərək oturaq əhaliyə də aid edildi. Yerli əhalidən adambaşına 7 dinar alınırdı.

Ödəməyənin özü, ailəsi qul kimi satılrdı. Tacirlərdən və bazara gətirilən mallardan

rüsum-tamğa alınırdı. Bac isə tacir və sənətkarkarın ödədiyi gömrük haqqı idi. Bundan

başqa nal vergisi, sabun pulu, köç pulu, tabkur və s. vergilər var idi. Monqol ordusunu

saxlamaq üçün tağar, meyvə bağlarında bağşümari, ailə sahibi olanlar xanəşümari,

monqol sarayının saxlanması üçün ixracat və rüsum vergisi ödənirdi. Təqaüdçü

hərbçilər və əyanlar üçün isə rəiyətdən avarizat adlı vergi yığılırdı. Mükəlləfiyyətlər

içərisində isə ən ağırı tərx adlanırdı Əhalidən monqol ordusu üçün lazım olan ən

keyfiyyətli mallar dəyər-dəyməzinə, bazar dəyərindən çox aşağı qiymətə alınırdı. Və

ya əksinə xəzinə təsərrüfatında istehsal edilən məhsullar (xurma,düyü, yəhər və s)

məcburi qaydada bazar qiymətindən baha qiymətə əhaliyə satılırdı. Bundan başqa əhali

“gecələmə hüququ” adlı hərbi qulluqçuları evində gecələmək üçün yerləşdirmə

mükəlləfiyyəti daşıyırdı. Həmçinin əmək mükəlləfiyyətləri –saray, qala, kanal tikintisi

25. Əmir Teymur və Toxtamışın Azərbaycana yürüşləri.

XIV əsrin 80-90-cı illəri xalq kütlələrininTeymurun və Toxtamışın işğalçı

yürüşlərinə qarşı apardıqları mübarizə ilə səciyyələnir.

Orta Asiyada Teymur imperiyasının yaranması və eləcə də Qızıl Orda xanı

Toxtamışın Azərbaycanı ələ keçirmək məqsədilə etdiyi yürüşlər ölkənin daxili iqtisadi

və siyasi vəziyyətini çətinləşdirdi. Hər iki sərkərdənin yürüşləri nəticəsində

Azərbaycanın əsas strateji ərazisi Cəlairilərin hakimiyyətindən çıxaraq müxtəlif

vaxtlarda Teymurun caniş

inlərinin, bir sıra yerli feodalların və Qaraqoyunluların

1385-ci ildə Mərkəzi Asiyada baş vermiş hadisələrlə əlaqədar Əmir Teymur

Sultaniyyədən Səmərqəndə qayıdır. Bundan istifadə edən Qızıl Orda xanı Toxtamış

1385-ci ilin qışında 90 minlik ordu ilə Təbrizə qədər gəldi və hiylə yolu ilə şəhəri

tutaraq qarət etdi. Marağa, Mərənd, Naxçıvan və Əhər şəhərlərini qarət edərək Qarabağa

gəldi və burada çoxlu qənimət və 200 minlik əsirlə Qızıl Ordaya qayıtdı.

1386-cı ilin yazında Əmir Teymur yenidən Azərbaycana hücum etdi (“üçillik

yürüş”) və Təbrizi tutdu. Cəlairi əmirlərinin bir qismini Əlincə qalasına, bir qismini isə

Bağdada qaçmağa məcbur etdi. Teymur Əlincə qalası ətrafında vuruşmadan sonra

Qarabağa gəldi. Bir il sonra, yəni 1387-ci ildə Qızıl Orda xanı Toxtamışın Buxara və

Səmərqəndə yürüş xəbərini eşidərək oğlu Miranşahı Azərbaycan ərazilərinin hakimi

təyin edərək geri qayıtdı.Miranşah Təbrizin idarəsini Məhəmməd Dəvatiyə, Marağanı

ah Əliyə, Sültaniyyəni Əxi ranşaha hakim təyin etdi. Lakin Teymurun canişinləri

arasında hakmiyyət uğrunda mübarizə başlandı. Azərbaycan Sultan Əhmədin Əlincə

qalasındaki əmirlərinin Mahmud Xalxalinin idarə etdiyi feodal qrupu, Qara Yusifin,

Marağa hakimi Yadigar şahın, habelə, Teymurun əmirlərinin hakimiyyət uğrunda

apardığı mübarizələr meydanına çevrildi. Buna görə də 1387-1392-ci illərdə 17 dəfə

Təbrizə hücum edildi. Azərbaycanın yerli feodalları Teymurun hücumuna qarşı

mübarizə aparmaq əvəzinə, əksinə bir-biriləri ilə vuruşur və

1392-ci ildə yenidən Azərbaycana gələrək Təbrizə daxil oldu. Bu zaman

Cəlairi Əmirləri Əlincə qalasında idilər və Teymura tabe olmamışdılar. Əlincə qalası

Sultan Əhmədin oğlu Sultan Tahirin başçılığı ilə əmir Altun və Qalabəyi Cövhər

tərəfindən müdafiə olunurdu. Teymur mühasirədə saxladığı Əlincə qalasına güclü qoşun

hissələri göndərsə də qalanı tuta bilmədi. O, Gürcüstana yürüş edərək oranı fəth etdi.

Sonra Şəki vilayətinə hücum etdi və Şəki hakimi Seyid Əlini məğlub etdi.

1394-cü ildə Əmir Teymur tərəfindən məğlub edilən Cəlair Əhməd və Qaraqoyunlu

Yusif Misir sultanı Berqoqun yanına pənah apardılar.

Teymur 1395-ci ildə Dərbənddən

keçərək Qızıl Ordaya ağır zərbə vuraraq Səmərqəndə qayıtdı və Hindistan üzərinə

qalibiyyətli yürüş etdi.

1399-cu ildə Hindistan səfərindən qayıdan Teymur Azərbaycana yenidən yürüş

edərək Qarabağda məskən saldı. Bu zaman Şəki hakimi Seyid

hməd Şirvanşah brahimin köməyi ilə Teymurla ittifaq bağladılar. Uzun zaman

müdafiə olunan Əlincə qalasını nəhayət 14 ildən sonra ələ keçirdi. Teymur bundan

sonra 1402-ci ildə Ankara döyüşündə Osmanlı və onun müttəfiqləri üzərində qələbə

qazandı. Teymur az müddətdən sonra Səmərqəndə qayıtdı. 1405-ci ildə Çinə yürüş

vəfat etdi. Azərbaycan bu dövrdə Miranşahın oğlu Mirzə Ömər tərəfindən

idarə olunurdu. Şirvan isə Şeyx (şah) İbrahimin hakimiyyəti altında idi (1382-1417).

26. Şirvanşahlar-Dərbəndilər dövləti XIVəsrin ikinci yarısı – XV əsrin

vvəllərində. I Şah brahimin daxili və xarici siyasəti.

Hülakülər dövlətinin tənəzzülə uğraması və parçalanmasından istifadə edən

irvanşahlar 1338-ci ildə yenidən müstəqil oldular. Bu dövrdə Çobani əmiri Məlik

rəf Şirvana hücum etdi və bu yürüş nəticəsiz oldu. Buna səbəb Şirvanşahlar Key-

Qubad və oğlu Kavusun (1345-1372) bu dövrdə Hülakü şəhzadələrinə güclü təsiri olan

çobanilərə tabe olmadıqları idi.

Şirvanşah Kavus 1357-ci ildə Calair Üveyslə birlikdə

qəddar çobani əmiri olan Məlik

Əşrəfin edam edilməsində yaxından iştirak etmişdi.

irvanşah Kavus 1364-cü ildə Cəlair Üveysə qarşı mübarizəyə qalxdı. Bunun əvəzində

Sultan Şirvana hücüm etdi. Kavus təslim oldu.

Kavusun ölümündən sonra ölkəni oğlu

Kəsranilər sülaləsinin sonuncu nümayəndəsi Huşəng (1372-1382) idarə etdi. O, öz

dalətsiz siyasəti ilə ölkəni pis vəziyyətə salmışdı. Belə vəziyyət ölkədə ciddi narazılığa

səbəb oldu və bu 1382-ci ildə xalq hərəkatına çevrildi. Nəticədə Şirvanşah Huşəng

öldürüldü. Şirvanda Kəsranilər (1027-1382) sülaləsinə son qoyuldu.

1382-ci ildə Şeyx I brahim Dərbəndi (1382-1417) Şirvanşahlar dövlətinin

hökmdarı oldu. Bununla da 1538-ci ilədək Şirvanı idarə etmiş Dərbəndilər sülaləsi

hakimiyyətə gəldi. Bu sülalənin belə adlandırılmasının səbəbi I brahimin babalarının

uzun illər Dərbənd hakimi olmaları idi.

I brahim ilk növbədə ölkə daxilində qayda-qanunu bərpa etdi. O, ticarət və

sənətkarlığa qayğı göstərir, vergi və mükəlləfiyyətləri qaydaya salırdı.

rq ölkələrini zəbt edərək cənubdan Azərbaycanın içərilərinə doğru irəliləyən

mir Teymurun qoşunları, şimaldan isə Qızıl Orda hökmdarı Toxtamış xanın həmlələri

irvanşahlar dövlətini təhlükə qarşısında qoydu.

Mahir diplomat olan Şeyx I brahim hər iki təhlükənin Şirvan üçün nə kimi

nəticələr verə biləcəyini dərindən götür-qoy etdi. O, yaxşı başa düşürdü ki,

Azərbaycanda vahid mərkəzləşdirilmiş dövlətin olmadığı bir halda düşmən ordularının

hər ikisilə mübarizə aparmaq mənasızdır. I brahim qəti qərara gələrək 1386-cı ildə

qiymətli hədiyyələrlə Teymurun hüzuruna (Qarabağa) getdi. Teymur Şeyx brahimi

irvanın hakimi kimi tanıdı. Bununla da brahim Şirvanı Teymurun qarətçi

hücumlarından xilas edə bildi. Digər tərəfdən Qızıl Orda xanı Toxtamışa qarşı özünə

müttəfiq yaratmış oldu. 1387-ci ildə Toxtamış yenidən Şirvana basqın edərkən I

brahim Teymurun ordusunun köməyi ilə bu hücumun qarşısını aldı. 1395-ci ildə Əmir

Teymur Toxtamışınn üzərinə yürüş etdiyi zaman I İbrahimin başçılıq etdiyi Şirvan

qoşunları da bu yürüşdə iştirak etdi.

I İbrahim Əmir Teymurla Azərbaycanın kiçik feodal hakimləri arasındakı

münasibətlərin qaydaya salınmasında mühüm rol oynadı. Əmir Teymurun III yürüşü

zamanı (1399) I brahim Şəki hakimi Seyid Əlinin oğlu Seyid Əhmədlə onu barışdırdı

və I brahim Azərbaycanın bir hissəsini Teymur ordusundan xilas etdi.

Teymurun ölümündən sonra onun zəif iqtisadi əlaqəsi olan böyük imperiyası

tezliklə dağıldı, varisləri arasında hakimiyyət uğrunda mübarizə başlandı. Yaranmış

vəziyyətdən istifadə edən I İbrahim Kür çayını keçərək Gəncəni və Qarabağın xeyli

hissəsini tutdu. 1406-cı ilin yazında Miranşahın oğlu Əbubəkir Təbrizdə müvəqqəti

hakimiyyətdə olan Şeyx Əli Qəssabın qüvvələrini məğlub etdi. Buna cavab olaraq elə

həmin vaxt Təbrizlilər yenidən üsyan qaldırdılar. Şeyx Əli Qəssabın başçılığı ilə sənətkar

emalatxanalarının ustaları, tacirlər Əbubəkrin hakimiyyətindən imtina edərək kömək

n I İbrahimə müraciət etdilər. Bundan istifadə edən I İbrahim 1406 –cı ilin mayında

Arazı keçərək Təbrizə qədər irəlilədi. Təbriz əhalisi I İbrahimi mehribanlıqla qarşıladı.

O, vergiləri qaydaya qaldı. Beləliklə, qısa müddətə olsa da Şirvanşah I İbrahim

Azərbaycanın böyük bir hissəsini birləşdidi. Lakin, Misirdəki əsirlikdən qurtaran Calair

hməd və Qaraqoyunlu Qara Yusifin hərbi qüvvələrinin Təbrizə yaxınlaşması I

brahimin Şirvana qayırmasına səbəb oldu.

I İbrahim 1412-cı ilin 6 noyabrından- 4 dekabra qədər, Kür çayı sahilində davam

edən Qara Yusiflə döyüşlərdə məğlub oldu. O və oğlanları əsir kimi Təbrizə aparıldı.

Coxlu təzminat müqabilində azad olaraq Şirvana qayıda bildi. Ibrahim Qara Yusifdən

asılı vəziyyətə düşdü.

I İbrahim 1417-ci ildə vəfat etdi. Hakimiyyətə oğlu I Xəlilullah (1417-1462) gəldi.

I Xəlilullah Qaraqoyunlu hakimiyyətini qəbul etmək istəmirdi. O, Teymuri Şahruxla

(1406-1447) yaxınlaşma mövqeyi tutdu.

Ağqoyunlu tayfa ittifaqı və Ağqoyunlu dövləti.

Uzun Həsənin daxili və xarici siyasəti.

Ağqoyunlu tayfa birliyi Qafqaz dağları ilə Araz çayı arasındakı ərazidə, habelə

Göyçə gölü ətrafı, Alagöz yaylaqlarında, Şərqi Anadolu, Qərbi ran, Dəclə və Fərat

vadilərində yurd salmışdılar. Bu tayfa birliyi Bayandurlar tayfası tərəfindən idarə

olunurdular. Pəhləvan bəy tərəfindən (1370-1389) siyasi birlik şəklinə salınmış,

Əlaəddin Türəli (1388-1392) və Fəxrəddin bəyin (1392-1394) dövründə müəyyən qədər

Qara Yuluq Osman bəy tərəfindən (1394-1434) möhkəmləndirilmişdi, Qara

Yuluq Osman bəy Diyarbəkri mərkəz seçdi, öz adına pul kəsdirdi, feodal çıxışlarını

yatırtdı, Ağqoyunlu tayfa ittifaqını gücləndirdi. Onun ölümündən sonra feodal

kişmələri artdı. Tur Əli bəy (1434-1444), onun oğlu Cahangir bəy (1444-1453) xeyli

mübarizədən sonra ittifaqı möhkəmləndirə bildilər. Lakin əsil yüksəliş Uzun Həsənin

dövrünə təsadüf edir (1453-1478).

1467-ci ildə Muş döyüşündə Ağqoyunlu Uzun Həsən sonuncu Qaraqoyunlu

hökmdarı Cahanşahı məğlub etdi, beləliklə Qaraqoyunlu dövləti süquta uğradı.

Ağqoyunlu dövləti onu əvəz etdi. Təbriz yeni dövlətin paytaxtı oldu.

Özünun ən qüdrətli çağlarında Ağqoyunlu dövlətinin ərazisinə Kürdən cənubdakı

Azərbaycan torpaqları, Diyarbəkr, Şərqi Kürdüstan və bir çox başqa vilayətlər daxil idi.

Ağqoyunlu dövlətinin başlıca düşməni Fateh Sultan II Mehmet (1451-1481) idi.

Qara dənizin cənubundakı Trabzon yunan dövləti Osmanlı Türkiyəsinə qarşı Ağqoyunlu

dövlətinin müttəfiqi idi. Uzun Həsən Trabzona öz mülkləri kimi baxırdı. Məhz buna

görə də II Mehmet 1461-ci ildə Uzun Həsənə qarşı müharibəyə başlamazdan əvvəl

Trabzon yunan imperiyası üzərinə qoşun göndərdi. Uzun Həsən bu imperiyanı müdafiə

etdi. Beləliklə, Ağqoyunlu qüvvələri ilə Osmanlılar arasında ilk döyüş Köylühisar adlı

yerdə baş verdi. Döyüş Uzun Həsənin üstünlüyü ilə bitsə də o, Osmanlılarla sülh

bağlamağa məcbur oldu və bu işi Şərqdə ilk diplomat qadın olan anası Sara Xatuna

həvalə etdi. Sara Xatun II Mehmetin düşərgəsinə iki məsələ ilə: Osmanlı Sultanını

ağqoyunlular üzərinə hücum etmək fikrindən əl çəkməsini və mümkün qədər Trabzonu

fəth etmək fikrindən döndərməli idi. Lakin II Mehmet bu təkliflərin heç birini yerinə

yetirmədi. Trabzon 1461- cı il oktyabrın 26 – da Türklər tərəfindən zəbt olundu. 1461-ci

ildə Osmanlı Türkiyəsi ilə Aqqoyunlu arasında Yassıcəmən sülhü bağlandı.

Uzun Həsən Avropa ölkələri ilə, xüsusilə Venesiya respublikaları ilə əlaqələri

1464-cü ildə Venesiya hökuməti Ağqoyunlu sarayına bir neçə diplomat göndərdi (

Katerino Zeno, İosofat Barbaro, Ambroco Kontarini və s.)

XV əsrin 60-70-ci illərində Venesiya diplomatı Ambroco Kontarini Osmanlıya

qarşı əməliyyat planını Ağqoyunlu padşahı ilə razılaşdırdı. Nəticədə 1472- ci ilin

yazında Uzun Həsənin göndərdiyi Mirzə Yusif xanın başçılığı altında Ərzincandan

Qaraman istiqamətində hücum edərək bir neçə parlaq qələbə qazansa da, Aralıq

dənizində silah-sursat gətirən Venesiya gəmilərinə rast gəlmədi. Beləliklə, Avropa

dövlətləri ilə İttifaqı baş tutmadı.

1 avqust 1473-cü ildə Uzun Həsən Malatyada Osmanlı ordusunun ön dəstələrini

Lakin 10 gün sonra 11 avqust 1473-cü ildə Otluqbeli (Tərcan döyüşündə) Osmanlı

ordusu Ağqoyunlu ordusunu geri oturtdu. Buna səbəb Qərb ölkələrinin Uzun Həsənə

vəd etdikləri odlu silahları çatdırmaması idi.

Beləliklə, ilkin vaxtlar təşəbbüsü ələ alsalar da Ağqoyunlular nəticə etibarilə

Osmanlı Türkiyəsinə uduzdu.

Buna baxmayaraq Uzun Həsən dövləti möhkəmləndirmək üçün həm Avropa

dövlətləri, həm də qonşu ərazılərlə, məsələn, Ərdəbil şeyxləri ilə (Cüneyd, Heydər) və

irvanşahlarla (I Xəlilulla, Fərrux Yassar) münasibətlər qura bilmişdir.

Uzun Həsənin ölümündən sonra (1478) oğlu Yaqub sultanın vaxtında (1478-1490)

Ağqoyunlu dövləti müəyyən qədər inkişaf etsə də 1490-cı ildən başlanan sülalə

mübarizələrində bir-birini əvəz edən Baysunqur, Rüstəm, gödək Əhməd, Əlvənd,

Muradın dövründə dövlət zəiflədi. Səfəvilərin zərbəsi nəticəsində 1501-ci ildə süqut

Comments are closed, but trackbacks and pingbacks are open.