Press "Enter" to skip to content

SOCAR AQŞ qabaqcıl texnologiyanı Azərbaycana gətirib

İstismarda olan yataqlar arasında öz zənginliyi ilə seçilən “Qərbi Abşeron” yatağında da son zamanlar qazma işləri xeyli intensivləşib. 20 saylı özüldən 22, 24, 28, 25, 20, 26 və 27 saylı quyular qazılaraq sifarişçiyə təhvil verilib. Bu özüldə çalışan peşəkar işçi heyətimizin xüsusi fədakarlığı sayəsində 48-51 gün müddətində qazılaraq təhvil verilməli olan quyular orta hesabla 20-25 günə qazılaraq sifarişçiyə təhvil verilir.

Yeni nəsil qazma qurğularının tətbiqi qazma işlərini əhəmiyyətli dərəcədə sürətləndirir

Müstəqil Azərbaycan Respublikasının müasir yüksəliş dövrünün əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının uğurları ilə qoyulmuşdur. Məhz həmin strateji kursun həyata keçirilməsi nəticəsində Azərbaycan nefti tarixdə ilk dəfə mənsub olduğu xalqa xidmət etməyə başlayıb. “Əsrin müqaviləsi”nin həyata vəsiqə alması ilə gənc, müstəqil Azərbaycan dövləti karbohidrogen ehtiyatlarından sərbəst surətdə istifadə etmək imkanı qazanıb. Ötən müddətdə neft strategiyası çərçivəsində əldə olunmuş uğurlar Azərbaycanın iqtisadi qüdrətini və beynəlxalq nüfuzunu xeyli artırıb, ölkəmiz qlobal enerji və nəqliyyat layihələrinin əsas təşəbbüskarı və fəal iştirakçısına çevrilib. Artıq Cənubi Qafqaz dövlətləri arasında lider mövqeyi qazanmış Azərbaycanda gedən sürətli inkişaf və tərəqqi beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə qəbul olunur.

“Əsrin müqaviləsi” ilə başlanan neft strategiyasının uğurla reallaşdırılması dünyanın transmilli neft şirkətlərinin Azərbaycana inamını xeyli gücləndirib və bunun da nəticəsində ölkəmizin karbohidrogen ehtiyatlarının birgə işlənməsinə maraq artıb. Elə bu marağın nəticəsi olaraq “Cənubi Qafqaz” Boru Kəməri, “Trans-Anadolu” Boru Kəməri və “Trans-Adriatik” Boru Kəməri kimi layihələrin işlənib hazırlanması “Cənub Qaz Dəhlizinın” əsasını qoydu. “Cənub Qaz Dəhlizi” dünya neft-qaz sənayesində ən mühüm və ən iddialı layihələrdən biridir. Bu möhtəşəm layihə çox sayda müxtəlif maraqlı tərəfləri – o cümlədən yeddi ölkəni və 11 şirkəti özündə birləşdirən kompleks bir hədəfdir.

“Cənub Qaz Dəhlizi” ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək. “Cənub Qaz Dəhlizi” boru kəməri sistemi elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilə bilməsi üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gücünün iki misli qədər artırıla bilər.

Ulu öndərin müəllifi olduğu neft strategiyasının icraçısı olan SOCAR hazırda regional və qlobal əhəmiyyətli layihələr həyata keçirir, ölkəmizin iqtisadi inkişafına mühüm töhfələr verir. Yeni yataqların kəşfi və istismarı sayəsində Azərbaycanın enerji ehtiyatları artır və bununla da ölkəmizin ixrac imkanları genişlənir.

Yeni yataqların istismarı, regional və qlobal əhəmiyyətli digər layihələrin gerçəkləşməsi üçün etibarlı əsas yaradır.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış neft strategiyasının uğurla reallaşdırılması nəticəsində Azərbaycan bazarına müasir dövrün tələblərinə uyğun yaradılmış və ən mütərəqqi texnologiyalar əsasında fəaliyyət göstərən çoxsaylı əməliyyat, tikinti, qazma, təchizat şirkətləri daxil olub.

Azərbaycanın qazma sənayesində xüsusi yeri olan SOCAR-AQŞ MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilib. SOCAR-AQŞ MMC-nin baş direktoru Ramin İsayev AZƏRTAC-a bildirib ki, MMC-nin əsas fəaliyyəti Xəzər dənizinin neft və qaz yataqlarında quyuların qazılmasından ibarətdir. “Müəssisəmiz fəaliyyətə başladığı ilk vaxtlarda SOCAR-ın “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Günəşli” yatağında yerləşən 11 və 13 saylı dərin dəniz özüllərində neft və qaz quyularının qazılması və quyu tikintisi işlərini həyata keçirib. Müəssisəmizin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının maili və horizontal qazılması, quyuların mənimsənilməsi, əsaslı təmiri, yan lülələrin qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir”, – deyə Ramin İsayev qeyd edib.

Bu il SOCAR-AQŞ APİ Q2 sertifikatlaşdırma auditinin 2-ci mərhələsini uğurla başa çatdırdığını və nəticədə APİ Auditorları tərəfindən sertifikatlaşdırmaya təqdim olunduğunu söyləyən baş direktor bildirib ki, “Günəşli” yatağında 2016-cı ildə yeni istismara verilmiş 7 və Bulla yatağında 6 saylı stasionar dəniz özüllərindən qazma işlərinin aparılması məhz SOCAR-AQŞ-yə həvalə olunmuşdur. Hazırda SOCAR-AQŞ “Günəşli” yatağında dayazsulu hissəsində yerləşən 7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 20 saylı, “Ümid” yatağında 1 saylı və “Bulla” yatağında 6 saylı dərin dəniz stasionar özüllərində qazma işləri aparır.

Müəssisənin uğurlarından danışan Ramin İsayev deyib: “Əsrin müqaviləsi”nin imzalanmasının 22-ci ildönümünü və 20 sentyabr — Neftçilər günü peşə bayramını uğurlu göstəricilərlə qarşılayan kollektivimiz qazma sahəsində ən yüksək texnologiyaları mənimsəməklə yanaşı, sifarişləri vaxtından əvvəl və keyfiyyətlə yerinə yetirməyə müvəffəq olub. 2016-cı ilin səkkiz ayı ərzində 16 min 628 metr qazma işi həyata keçirilib. Qazmaçılarımızın səyi nəticəsində ilin əvvəlindən ötən dövr ərzində 8 quyu sifarişçiyə təhvil verilib. Bütövlükdə isə SOCAR-AQŞ yarandığı gündən 2016-cı il sentyabrın 1-nə kimi 57 quyuda qazma işlərinə başlayıb. Ötən dövr ərzində 54 quyuda işlər yekunlaşdırılaraq sifarişçiyə təhvil verilib.

2016-cı ilin sentyabr ayının 1-nə isə müəssisəmizin əldə etdiyi qazma keçidi 169 min 97 metr təşkil edir. Yeri gəlmişkən, son zamanlar yeni texnika və texnologiyaların tətbiqi boşdayanma hallarını minimuma endirməklə yanaşı, qazma işlərinin sürətini də xeyli artırmağa imkan yaradır. Belə ki, “Günəşli” yatağında yenicə istismara verilmiş 7 saylı özüldə 318 saylı quyuda kommersiya sürəti 1775metr/dəzgah/ay təşkil edib.

Sevindirici haldır ki, neftçilərin peşə bayramı ərəfəsində müəssisəmiz 7 saylı stasionar dəniz özülündən faktiki dərinliyi 2900 metr olan 318 saylı quyunun tikintisi işlərini təhlükəsiz, ətraf mühitə heç bir ziyan vurmadan və vaxtından əvvəl uğurla yekunlaşdıraraq sifarişçiyə təhvil verib.

SOCAR-AQŞ bu ilin mart ayında “Günəşli” yatağının dayazsulu hissəsində istismara verilmiş 7 saylı dərin dəniz stasionar ozülündə qazma işlərini yerinə yetirmək üçün müasir standartlara cavab verən iki ədəd yeni qazma qurğusundan istifadə edir. Bunlardan biri ZJ 70/4500 DZ tipli Çin istehsalı olan qazma kompleksidir. Digəri isə Almaniya istehsalı olan “Bentec 3000HP AC” modul tipli qurğudur. Yeni nəsil qazma avadanlığı olan bu qurğunun imkanları daha böyükdür. Belə ki, qurğu vasitəsilə 9 min metr dərinliyə quyuların qazılması mümkündür.

SOCAR-AQŞ Azərbaycanın milli müəssisəsi kimi ilk dəfə olaraq analoqu olmayan yeni nəsil qazma qurğularının Azərbaycana gətirilməsində mühüm rol oynayır. Belə ki, müəssisəmiz tərəfindən istifadə olunan bütün texnika müasir tələblərə cavab verir, qazma qurğuları yüksək texnologiyalara əsaslanır və beynəlxalq standartlara uyğundur. Bizim istifadə etdiyimiz texnika və texnologiyalar əsasən Rusiya, Qərbi Avropa və ABŞ istehsalıdır. Bu baxımdan platformada və baş inzibati ofisdə quraşdırılmış, qazma işlərinə onlayn nəzarət etmək imkanı verən sistemi, qazma işlərində istifadə olunan müasir qurğuları, aparıcı podratçı şirkətlərin gətirdiyi müxtəlif texnologiyaları xüsusi qeyd etmək istərdim. Bununla yanaşı müəssisə olaraq qazma vaxtı karotaj-ölçü işlərinin aparılması (LWD) və “Geopilot” avadanlığından istifadə etməyimiz bizim yeni uğurlar silsiləsindəndirlər. Daha bir maraqlı fakt ondan ibarətdir ki, bizimlə yanaşı sifarişçi şirkətin əməkdaşları da öz ofislərində qazma vaxtı quyuda gedən prosesləri anbaan izləyə bilirlər.

İstismarda olan yataqlar arasında öz zənginliyi ilə seçilən “Qərbi Abşeron” yatağında da son zamanlar qazma işləri xeyli intensivləşib. 20 saylı özüldən 22, 24, 28, 25, 20, 26 və 27 saylı quyular qazılaraq sifarişçiyə təhvil verilib. Bu özüldə çalışan peşəkar işçi heyətimizin xüsusi fədakarlığı sayəsində 48-51 gün müddətində qazılaraq təhvil verilməli olan quyular orta hesabla 20-25 günə qazılaraq sifarişçiyə təhvil verilir.

Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində “Ümid” yatağının işlənməyə daxil edilməsi ölkə neft sənayesinin misilsiz nailiyyətlərindən sayılır. İlkin hesablamalara görə, sözügedən yatağın çıxarıla bilən ehtiyatları 200 milyard kubmetr qaz və 30-40 milyon ton kondensat həcmində qiymətləndirilir. Hazırda həmin ehtiyatların işlənməyə cəlb edilməsi məqsədilə qazma işləri uğurla davam etdirilir. Yeri gəlmişkən, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra kəşf edilmiş ilk yataq olaraq “Ümid”də alınan nəticələr, həm də Xəzərin Azərbaycan sektorundakı strukturların məhsuldarlıq perspektivlərini yüksəltmiş, yeni lay və yataqların açılması ehtimalını artırmışdır. Ümid yatağında qazılmaqda olan 14 saylı quyuda faktiki dərinlik 6341 metrə çatdırılıb. Yaxın günlərdə quyu tikintisinin tam yekunlaşdırılaraq sifarişçiyə təhvil verilməsi gözlənilir.

Sadaladığım uğurlar sözsüz ki, peşəkar işçi heyətimizin gərgin əməyi sayəsində əldə olunur. SOCAR-AQŞ işçi heyətini özünün əsas sərvəti hesab edir. Məhz buna görə də işçilərin sağlamlığı və təhlükəsizliyi, gənc kadrların püxtələşdirilməsi bizim qarşımızda duran ən vacib məsələlərdəndir.

İşçilərin karyera inkişafını sürətləndirmək üçün SOCAR-AQŞ yeni FASTRAK proqramını yaradıb və bu proqram uğurla tətbiq edilir. İlkin olaraq FASTRAK proqramı qazma heyəti üçün nəzərdə tutulub. Hər bir FASTRAK iştirakçısına onların effektiv hazırlanmasını təmin etmək üçün həm ofis, həm də özüllərdə xüsusi təlimləndirilmiş hamilər təyin olunub.

FASTRAK iştirakçıları özüllərdən qayıtdıqdan sonra ofisdə həftəlik tədrislə məşğul olurlar. Yardımçı vasitə olaraq Qazma və Tamamlamanın bütün aspektlərini əhatə edən 30 moduldan ibarət Tədris Proqramı hazırlanıb. Proqram çərçivəsində iştirakçıların yeni biliklər və praktiki bacarıqlar əldə etmələri müxtəlif üsullarla qiymətləndirilir. İştirakçıların tədris fəaliyyətini effektiv təmin etmək üçün FASTRAK Bilik Mərkəzində müvafiq şərait yaradılıb, kitabxana, elektron tədris materialları və s. ilə təmin olunub.

Yaxın gələcəkdə bizim məqsədimiz proqramın əhatə dairəsini genişləndirərək geoloqların və texniki xidmət üzrə mühəndislərin də proqramda iştirakını təmin etməkdir. FASTRAK proqramı SOCAR-AQŞ-nin işçilərin təlim və təkmilləşdirilməsinə və karyerada inkişafına verdiyi diqqətin bariz nümunəsidir.

Bununla yanaşı müəssisəmiz hər il ali təhsil müəssisələrinin tələbələri üçün “Yay İstehsalat Təcrübəsi” proqramını elan edir. Bu proqramın əsas məqsədi neft və qaz sahəsində karyera qurmaq istəyən tələbələri müəssisənin müxtəlif strukturlarının fəaliyyətinə fəal şəkildə cəlb etməklə onlara zəngin təcrübə toplamaq imkanı yaratmaqdır. Bununla yanaşı, proqramı uğurla tamamlayan tələbələr müəssisənin potensial əməkdaşına çevrilirlər. Qeyd etmək yerinə düşərdi ki, proqram çərçivəsində tələbələr bu ilin iyul-sentyabr aylarında “Qərbi-Abşeron” yatağındakı 20 saylı özülə səfər edərək yeni nəsil qazma qurğusu, eləcə də özüldə horizontal quyuların qazılması prosesi ilə tanış olublar.

2015-ci ildən etibarən müəssisəmiz neft və qaz mühəndisliyi ixtisası üzrə yüksək potensiallı kadrların yetişdirilməsi istiqamətində ali məktəblərdə təhsil alan və tədrisdə yüksək nailiyyətlər əldə etmiş tələbələr üçün müəssisənin Tələbə Təqaüdü Proqramını təsis edib. Bu proqram vasitəsilə biz tələbələri öz bilik və bacarıqlarını daha da inkişaf etdirməyə, seçdikləri ixtisası daha dərindən öyrənməyə ruhlandırırıq.

Neftçilər günü ərəfəsində Bakı Ali Neft Məktəbinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin sonuncu kursunda təhsil alan 2 tələbə müəssisə tərəfindən təşkil olunmuş müsabiqəni uğurla keçərək 2016-2017-ci tədris ili ərzində SOCAR-AQŞ Tələbə Təqaüdünün qalibi olmuşdu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən neft strategiyasının uğurları, bütün neft sənayesi işçiləri kimi, SOCAR-AQŞ-nin kollektivini də nailiyyətlərə ruhlandırır. 20 sentyabr Neftçilər gününü və “Əsrin müqaviləsi”nin imzalanmasının 22-ci ildönümünü yüksək nailiyyətlərlə qeyd edən qazmaçılarımız 2016-cı ili də uğurlu göstəricilərlə başa vurmaq əzmindədirlər”.

SOCAR AQŞ qabaqcıl texnologiyanı Azərbaycana gətirib

Kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi şirkəti olan SOCAR Abşeron Qazma Şirkətinin (AQŞ), tarixində ilk dəfə olaraq quruda qazma xidmətlərini icra etmək üçün beynəlxalq istehsalçıya məxsus müasir qazma qurğusunu Azərbaycana gətirib.

Bu, SOCAR AQŞ-nin həm ölkə daxilində, həm də xaricdə müştərilərinin mürəkkəb layihələrini və əməliyyatlarını həyata keçirmək üçün ən son texnologiyaların və yeni idarəetmə üsullarının tətbiqi üzrə çoxillik təcrübəsinə əsaslanır.

Quruda qazma əməliyyatlarının həyata keçirilməsi Azərbaycanın enerji sənayesi və iqtisadiyyatı üçün mühüm əhəmiyyətə malikdir. Belə ki, bu qurğu vasitəsilə yeni qazma layihələri ilə yanaşı, uzun müddət istismarda olan yataqlarda qalıq neft-qaz ehtiyatının əlavə quyuların qazılması hesabına çıxarılması mümkündür. Həmçinin hələ də öyrənilməyə ehtiyac olan sahələrdə kəşfiyyat və axtarış quyularının qazılması da geoloji baxımdan daha əlverişli olacaq.

SOCAR AQŞ-nin Baş direktoru Samir Mollayev qeyd edib ki, yeni texnologiyanın tətbiqi neft hasilatının artırılmasına imkan verəcək:

“Qazma sənayesində bu cür yeni texnika və texnologiyaların tətbiqi böyük inhiraflı quyuların qazılmasına, kern nümunələrinin götürülməsi və analizinə, geoloji-geofiziki tədqiqatların aparılmasına və yatağın işlənmə modelinə müsbət təsir göstərəcək. Bu da öz növbəsində neft hasilatının artırılmasına təkan verəcək”.

15 illik təcrübəyə sahib olan və bu günə qədər 140-dan çox quyunun qazılmasını həyata keçirən SOCAR AQŞ, ölkənin qazma sənayesində innovativ yanaşmalar tətbiq etməyə, eləcə də təhlükəsiz və etibarlı həllər təqdim etməklə uğurlu fəaliyyətinə davam edəcək.

Azərbaycanı tanıdan qazma şirkəti – SOCAR AQŞ

Azərbaycanı tanıdan qazma şirkəti – SOCAR AQŞ Müstəqil Azərbaycanda bir neçə qazma şirkəti fəaliyyət göstərir.

2 Sentyabr , 2020 21:31

https://static.report.az/photo/0977a020-bb06-39df-b4db-1d325261fa1b.jpg

Müstəqil Azərbaycanda bir neçə qazma şirkəti fəaliyyət göstərir. “Report” xəbər verir ki, hazırda onlardan həm ölkə daxilində, həm də ölkə xaricində ən çox tanınanı SOCAR AQŞ şirkətidir. SOCAR AQŞ 2007-ci il tarixində SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən inteqrə olunmuş qazma və quyu xidmətlərini göstərən birgə müəssisə olaraq təsis edilib. Müəssisə fəaliyyəti ərzində yüksək texniki, təşkilati və idarəetmə potensialı formalaşdırıb, işləri beynəlxalq standartların tələblərinə uyğun qurmaqla və müasir texnika və texnologiyaları tətbiq etməklə yüksək debitli neft və qaz quyularının qazılmasını, quyu tikintisini və quyularda əsaslı təmir işlərini təhlükəsiz, keyfiyyətlə, vaxtdan əvvəl yerinə yetirərək sifarişçiyə təhvil verir Hal-hazırda SOCAR AQŞ dayaz sulu ‘’Günəşli ‘’yatağında yerləşən 7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 20 saylı, ‘’Ümid’’ yatağının 1 saylı və ‘’Bulla’’ yatağında 6 saylı Dərin Dəniz Stasionar Özüllərində (DDSÖ) qazma işləri aparır. STTƏMM (sağlamlıq, texniki təhlükəsizlik, ətraf mühitin mühafizəsi) işlərinin qabaqcıl beynəlxalq standartlara uyğun təşkili nəticəsində, 12 il ərzində işçilərin sağlamlığına, avadanlığa, və ətraf mühitə ciddi təsir edən heç bir hadisə baş verməyib. Müəssisənin işçi heyəti ən yüksək standartlara uyğun texniki və idarəetmə təlimləri keçir. 2009-cu ildən etibarən müəssisədə İnteqrə Olunmuş İdarəetmə Sistemi tətbiqinə başlanılıb və uğurla sertifikatlaşdırılıb. Bununla yanaşı müəssisədə API Spec Q2 standartları uğurla tətbiq edilərək 2017-ci ildə sertifikatlaşdırılıb. Beləliklə, SOCAR AQŞ bütün Xəzər regionunda APİ Spec Q2 standartı-Keyfiyyət İdarəetmə Sistemi üzrə sertifikatlaşmış ilk və yeganə milli qazma müəssisəsidir. Müəssisə Azərbaycan neft sənayesində, xüsusilə qazma sahəsində bir sıra ilklərə imza atıb. Belə ki, yeni nəsil qazma qurğuları və avadanlıqlardan istifadə olunmaqla qazma işləri uğurla aparılıb¸ əmək məhsuldarlığı artırılıb və dərində yatan laylardan hasilatın əldə edilməsi imkanlarını yaranıb. SOCAR AQŞ 2008-ci ildən üzü bəri bu günə kimi 110–a yaxın çox yüksək məhsuldarlıq göstəriciləri olan quyuları vaxtında, keyfiyyətlə və təhlükəsiz qazaraq sifarişçiyə təhvil verib. SOCAR AQŞ-nin qazmadakı uğurları Müəssisənin Azərbaycan qazma sənayesinə gətirdiyi ilkləriə, unikal töhfələrə nəzər salsaq Xəzərdə ilk tam avtomatlaşdırılmış hidravliki qurğunun tətbiqi, ‘’Günəşli’’ yatağından 350 saylı ilk horizontal quyunun qazılması, dünyanın mürəkkəb geoloji struktur baxımından ilk beşliyində yer alan yüksək təzyiqli ‘’Ümid’’ və ‘’Bulla- dəniz’’ yataqlarında ən mürəkkəb quyularının qazılması SOCAR AQŞ-nin adı ilə bağlıdır. ‘’Ümid -1’’ saylı özüldən qazılan 16 nömrəli quyu SOCAR tarixində ən yüksək debtli və ən dərin quyu olmaqla 6 810 m qazılıb. İlk dəfə ‘’Bulla–dəniz’’ yatağında havada 546 ton olan ikinci 13 3/8″ aralıq kəmərin 5 093 m dərinliyə, çəkisi 393 ton olan texniki 9 5/8″ kəmərin isə 5 620 m dərinliyə 25 dərəcə əyrilik bucağı altında birdəfəyə endirilməsi və sementlənməsi uğurla həyata keçirilib. SOCAR AQŞ-nin bu rekordu digər milli müəssisələr üçün örnək və zəngin təcrübə olub. Bulla dəniz yatağındakı agır çəkili aralıq kəmərlərinin dərinliyə birdəfəyə endirmək uğurıarını hazırda digər şirkətlər də təkrarlayır. SOCAR AQŞ öncül şirkət olması və milli qazma sənayesinə verdiyi töhfələrlə qürur duyur. Geoloji nailiyyətlər SOCAR AQŞ geoloqları da milli qazma sənayesinə özünəməxsus töhfələr verməkdədir. “Günəşli’’ yatağı 7 saylı dərin dəniz stasionar özülündən faktiki dərinliyi 3 979 m olan 38 nömrəli kəşfiyyat quyusunun qazılması zamanı Qala Lay Dəstəsi ilk dəfə olaraq Qala V horizontuna kimi açılıb. Quyu lüləsi boyu aparılmış unikal tədqiqatlar növbəti quyularda geoloji dəyişikliklərin aparılmasına, həmçinin gələcəkdə yeni quyuların qazılması zamanı konstruksiya və xüsusi çəki dəyişikliyinə geniş imkan yaradacaq. SOCAR AQŞ geoloqları həmçinin ‘’Qərbi Abşeron’’ yatağı 10 saylı özüldən 10 nömrəli quyu tikintisi zamanı bir sıra yeni geoloji və geofiziki işləri uğurla başa çatdırıb. Faktiki dərinliyi 735 m olan 10 nömrəli quyu Qırmaki altı lay dəstəsinə qazılıb. Müəssisənin geoloqlarının həyata keçirdiyi yeni tədqiqatlar sayəsində yatağın tam potensialının öyrənilməsinə dair zəngin məlumat bazası toplanıb. Beynəlxalq layihələr Beynəlxalq layihələr çərçivəsində SOCAR AQŞ hal-hazırda Türkiyə Respublikasının enerji təhlükəsizliyində mühüm rol oynayan “Tuz Gölü” yeraltı qaz anbarlarının genişləndirilməsi layihəsi çərçivəsində 40 ədəd quyunun qazılması işini uğurla davam etdirir. Bundan əvvəl isə SOCAR AQŞ 2017-ci ildə ilk dəfə Azərbaycandan kənarda ilk beynəlxalq tenderdə iştirak edərək qalib gəlib. Şirkət burada quruda kəşfiyyat qaz quyuları qazılması layihəsini həyata keçirib. Daha sonra SOCAR AQŞ Ukraynada mühəndislik konsaldinq xidmətinin göstərilməsi layihəsini icra edib. Birgə layihələr Bu günlərdə “Turan Qazma və Mühəndislik” şirkəti (“SOCAR AQŞ” və Böyük Britaniyanın “KCA Deutag” şirkətinin birgə müəssisəsi) “BP Exploration (Caspian Sea) Limited” şirkəti ilə satınalma, texniki xidmət və anbar fəaliyyətlərini idarəetmə üçün müqaviləyə düzəlişi nəzərdə tutan saziş imzalayıb. 15 iyun 2020-ci il tarixindən etibarən qüvvədə olan sazişə əsasən “Turan Qazma və Mühdənislik” birgə müəssisəsi SAP xidmət sistemini, quyuların satınalma fəaliyyətini, BP Qlobl Quyular Təşkilatının Azərbaycanda anbar və anbar fəaliyyətini idarəetməsini həyata keçirəcək. 2019-cu ilin aprelində isə “Turan Qazma və Mühəndislik” şirkəti “BP-Azerbaijan” şirkəti ilə BP-nin operatorluğu ilə idarə olunan yeddi platformanın qazma qurğusu, o cümlədən Mərkəzi Azəri, Şərqi Azəri və Qərbi Azəri, Dərinsulu Günəşli, Qərbi Çıraq, Çıraq və Şahdəniz qurğuları üzrə dənizdə istismar əməliyyatları və texniki xidmət işləri üzrə ümumi dəyəri 500 milyon ABŞ dolları olan beş illik müqavilə imzalayıb. Öncə sağlamlıq SOCAR AQŞ Ümumdünya Səhiyyə Təşkilatı, eləcə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq Koronavirus (COVID-19) xəstəliyi ilə mübarizə və bu xəstəliyin yayılmasının qarşısının alınması məqsədi ilə cari ilin fevral ayından başlayaraq müəssisədə lazımi tədbirlər həyata keçirir. Belə ki, müəssisə rəhbərliyinin əmri ilə koronavirus pandemiyasına qarşı görülən tədbirlərin gücləndirilməsi və icrasının nəzarətdə saxlanılması məqsədilə müəssisədə İşçi qrup yaradılıb. Pandemiya dövrünün yaratdığı bütün çətinliklərə baxmayaraq müəssisə fəaliyyətini uğurla davam etdirir, illik qazma planlarının yerinə yetirilməsi üçün lazımi tətbirlər həyata keçirir, hazırki dövrə qədər bütün planlaşdırılmış işlər 100% yerinə yetirilib. SOCAR AQŞ Azərbaycan qazma sənayesinin 174 illik təcrübəsinin zəngin ənənələrinin yaşadan milli müəssisə kimi üzərinə düşən missiyanı pandemiya dövründə də ləyaqətlə davam etdirir.

Comments are closed, but trackbacks and pingbacks are open.