Press "Enter" to skip to content

İDARƏETMƏDƏ QƏRARLARIN HAZIRLANMASI VƏ QƏBUL EDİLMƏSİ PROSESİ

Alternativlər – məqsədin əldə edilməsi üsullarıdır. Bu üsullar strategiyalar, spesifik hərəkətlər və vasitələr şəklində ola bilər. Hər bir alternativin həyata keçirilməsi xərclərin məbləği ilə xarakterizə olunur.

Qərar qəbul etmək

1. Menecmentdə qərarların təsnifatı.
2. Qərarların qəbul edilməsi zərurəti.
3. Qərarların səmərəli olması meyarları.
4. Qərar qəbul edilməsinə təsir göstərən amillər .
5. Qərar qəbul edilməsi üsulları.
6. Qərar qəbul edilməsi prosesi.

Hər bir müəssisədə son məqsədə çatmaq üçün çoxlu sayda texniki-texnoloji əməliyyatlar həyata keçirilir. Hər bir əməliyyatın təşkili və icrası üçünsə vaxtında və münasib qərar qəbul edilməlidir. Ona görə də menecerlərinin ən gərgin və ən məsul vəzifələrindən biri də qərar qəbul etməkdir. Qərar qəbul edilməsi, həm də menecerin uğuru və ya uğursuzluğu ilə bağlıdır. Çünki hər bir düzgün qərar uğura səbəb olursa, hər bir səhv qərar da uğursuzluğa aparıb çıxarır.

İdarəetmə qərarlarının qəbul edilməsini aşağıdakı kimi təsnif etmək olar:
-Məqsədə görə.
-İdarəetmənin səmərəliliyinə görə.
-Alınan son nəticəyə görə.
-İdarəetmə metodlarına görə.
-Giriş elementlərinə görə.
-Təsir vasitələrinə görə.
-İnformasiya tələblərinə görə.
İdarəetmə qərarlarına və onların keyfiyyətinə təsir göstərən meyarlar aşağıdakılardır:
-Elmi əsasa söykənməsi.
-Vaxtında (lazım olan zamanda) olması.
-Qərarların hazırlanmasına və icrasına təsir gücü.
-Qərarın hazırlanma müddəti.
-Rəhbərin savadı, səriştəsi və təcrübəsi.
-Qərarların qəbul olunma tezliyi.
-Kollektivin qərar qəbul edilməsində rolu.
-İşçilərin işgüzarlığı (sosial-iqtisadi münasibətlər).
-Mövcud olan idarəetmə quruluşu.
-Rəhbərin təşkilatçılıq qabiliyyəti, şəxsi keyfiyyəti və idarəetmə üslubu.
-Qərarların icrasına nəzarətin metodları.
-Kollektivin qərarların icrasında marağı.
-Qərarın icra müddəti.
-Təşkilatda istehsalat və əmək intizamı.
İdarəetmə mühitinə təsir göstərən meyarlar aşağıdakılardır:
-İstehsalın mürəkkəbliyi və fasiləsizliyi.
-İstifadə olunan informasiyanın həcmi və keyfiyyəti.
-Vəzifə təlimatları və standartların olması.
– İdarəetmənin fasiləsizliyi.
-Aydınlıq və yığcamlıq (lakoniklik).
-Reallıq və optimallıq.
-Dəqiqlik və ya dürüstlük (əsaslılıq).
-Məhsulun tamlığı (bütövlüyü) və ifadə forması.
-Səlahiyyət (rəhbərin hüquq və vəzifələri).
-Kollegiallıq.
-İdarəetmə səviyyələrinə uyğunluq.

Qərar qəbul edilməsində iştirak edən əsas üsullar üç qrupa bölünür:
1.İntuitiv qərar; 2. Müşahidə və ya səriştə əsasında qərar; 3. Rasional qərar.
İntuitiv qərar – hər bir rəhbər işçinin (menecerin) intuisiya əsasında qəbul etdiyi qərardır. Bu halda, daxili hissin hökmü əsas götürülür və heç bir təcrübəyə və ya elmi biliyə istinad edilmir.
Mülahizə və ya səriştə əsasında qərar – aparılmış müşahidələrin yekunlaşdırılması və yaxud da əvvəllər baş vermiş pozuntuların (xətaların) həlli zamanı müsbət nəticə vermiş təcrübənin (səriştənin) tətbiqi yolu ilə olur. Bu halda həm ayrı-ayrı fərdlərin, həm də ümumi kollektivin təcrübəsinə və səriştəsinə əsaslanmaq olar.
Rasional qərar – elmi və təcrübi biliklərin tətbiqi, rəhbər işçinin intellektual səviyyəsi və qabiliyyəti əsasında qəbul olunur. Bu halda əsas meyar, elmi – nəzəri biliklərə və həm də qabaqcıl təcrübəyə və müasir elmi metodlara əsaslanmaqdır.

Əslində, qərar qəbul edilməsi özü bir prosesdir. Bu proses aşağıdakı ardıcıllıqla qurulmalı və həyata keçirilməlidir.
1.Problemin diaqnozunun qoyulması – hansı iş (məsələ) barədə qərar qəbul edilməlidir?
2.Meyarların müəyyənləşdirilməsi – problem nədir və hansı standartları pozulmuşdur?
3.Alternativlərin tapılması – aşkar edilmiş çatışmamazlıqları aradan götürmək üçün hansı variantlar vardır?
4.Alternativlərin qiymətləndirilməsi- problemin həllində hansı variant daha sərfəlidir və müəssisənin imkanlarına uyğundur?
5.Qərar qəbul edilməsi – ən səmərəli qərar variantının seçilməsi.
6.Qəbul edilmiş qərarın icrası – işin gedişinin qərara müvafiq dəyişdirilməsi.

Qərar qəbul edilməsi prosesi əks əlaqənin yaradılması ilə yekunlaşır. Bu isə o deməkdir ki, qəbul edilən qərar həll ediləcək problemlə bilavasitə bağlı olmalı və qərarın qəbul edildiyi məqamda real vəziyyətlə müqayisə olunmalıdır. Bu baxımdan, qəbul olunmuş hər bir qərar aşağıdakı tələblərə cavab verməlidir:
a) məqsədəuyğun olmalı;
b) kəmiyyət və keyfiyyət göstəricilərinə malik olmalı;
c) optimal olmalı;
d) kompleks xarakter daşımalı;
e) stimullaşdırıcı olmalı;
f) çevik olmalı;
g) səmərəli olmalı;
h) vaxtında olmalıdır.
Qərar qəbul edilməsinin son məqsədi, işin icrasını təşkil etməklə müəssisənin son məqsədə nail olmasını təmin etmək olduğundan, yuxarıda qeyd edilən bütün amillərin nəzərə alınması vacibdir. Yalnız bu tələblərin ödənildiyi qərar variantı müəssisəyə faydalı ola bilər. Bu səbəbdən də qərar qəbul edilməsi prosesinə böyük məsuliyyət və cavabdehlik hissi ilə yanaşılmalıdır.
Qərar qəbul edərkən risk amilinin nəzərə alınması vacib şərtdir. Burada, risk anlayışı təhlükə kimi başa düşülməməlidir. Çünki, risk – müəyyənliyin elə bir səviyyəsidir ki, onun köməyilə nəticəni proqnozlaşdırmaq mümkündür. Əslində, risk – alınacaq nəticənin ya həddindən çox müsbət, yaxud da həddindən çox mənfi olacağını qabaqcadan bilib fəaliyyət göstərməkdir. Burada müəyyənlik və qeyri – müəyyənlik amillərinə də diqqət yetirmək vacibdir.
Müəyyənlik şəraitində qərar qəbul edilməsi, həll ediləcək problem barəsində kifayət qədər informasiyanı olması və qərar variantlarının çox olması ilə bağlı olur. Bu halda risk, seçiləcək qərar variantının yüksək səmərəli və ya az səmərəli olması ilə səciyyələnə bilər. Qeyri-müəyyənlik şəraitində isə əksinə, informasiyanın olmaması səbəbindən qərar variantlarının hazırlanmanın mümkünsüzlüyü baş verir ki, bu da menecer tərəfindən nəticəsi bəlli olmayan vahid bir qərarın qəbul edilməsini zəruri edir. Bu isə öz növbəsində böyük risk yaradır və çox böyük itkilərə səbəb ola bilər. Belə halda qərar qəbul edilməsi yalnız ehtimala əsaslana bilər. Ehtimal isə elmi və təcrübi biliklərə, səriştə və vərdişlərə yox, yalnız intuisiyaya söykəndiyindən onun müsbət nəticə verməsi şübhəlidir.
Qərar qəbul edərkən risk amilini zəiflətmək və ya aradan qaldırmaq üçün, ilk növbədə qeyri-müəyyənliyi azaltmaq və bunun üçünsə, həll ediləcək problemlə bağlı informasiya məhdudluğunu aradan qaldırmaq vacibdir

Müəllif: Ağasəf İmran
Mənbə: ”Menecment”(dərslik) BAKI-2007

İDARƏETMƏDƏ QƏRARLARIN HAZIRLANMASI VƏ QƏBUL EDİLMƏSİ PROSESİ

İdarəetmə qərarlarının hazırlanması prosesi aşağıdakı işlərin müəyyən ardıcıllıqla yerinə yetirilməsini nəzərdə tutur: idarəetmə obyekti haqqında informasiyanın yığılması, işlənməsi və təhlili; məqsədin müəyyən edilməsi və qərarın hazırlanması; idarəedici əmrin verilməsi və onun icraçılara çatdırılması; qərarın həyata keçirilməsi və obyektin dəyişilməsi.

Qərarın qəbul edilməsi və həyata keçirilməsi prosesi iki fazadan ibarətdir: 1) idarəetmə qərarının hazırlanması; 2) onun həyata keçirilməsi. Bu fazalardan hər biri bir neçə mərhələdən ibarətdir.

İdarəetmə qərarının hazırlanması fazası aşağıdakı mərhələləri əhatə edir: problemin aşkara çıxarılması, təsviri və əsaslandırılması; informasiyanın yığılması və təhlili; qərar variantlarının təsviri və onların seçilməsi; yekun variantın seçilməsi və qərarın qəbul edilməsi.

Problemin aşkara çıxarılması, təsviri və əsaslandırılması mərhələsində idarəolunan sistem maddi şərait kompleksi nöqteyi nəzərindən öyrənilir. Belə ki, istehsal texnikası və texnologiyasının əldə olunmuş səviyyəsi, materiallar, təcrübə bazası, ixtisaslı kadrlar, maliyyə resursları vaxt kimi maddi şərtlər kompleksi öyrənilir. Maddi şərtlərlə yanaşı subyektiv amilin yetkinliyi, yəni həmin problemin həlli üçün kollektivin psixoloji və peşə hazırlığı, bu problemin həllinin zəruriliyi haqqında işçilərin inamı böyük rol oynayır. Bu amillərin məcmusu problemin vacibliyi dərəcəsini müəyyən etməyə və onun yerinə yetirilməsinin zəruriliyinin əsaslandırılmasına imkan verir. Problemi aşkar etdikdən sonra onu dəqiq təsvir etmək lazımdır. Məqsəd və vəzifələrin müəyyən edilməsi problemin təsvirindən asılıdır. Məqsədin və məqsədlər kompleksinin aşkara çıxarılması idarəetmə və istehsal vəzifələrini konkretləşdirməyə imkan verir.

Qərarın qəbul edilməsi üçün informasiyanın yığılması və təhlili mərhələsində cari informasiyanın yığılması və təhlili ilə yanaşı xüsusi seçilmiş informasiyanı da təhlil etmək lazımdır. Konkret idarəetmə qərarı həm cari, həm də həmin problem üzrə xüsusi əlavə informasiyanın təhlili əsasında qəbul edilir. Qərarın qəbul edilməsi üçün lazım olan informasiyanın xarakteri problemin xüsusiyyətləri və qərarın qəbul olunduğu situasiyanın özünəməxsusluğu ilə müəyyən edilir. Informasoyanın yığılması və təhlili prosesi idarə edilən olmalıdır, çünki bu, həm informasiya artıqlığından, həm də onun çatışmamazlığından qaçmağa imkan verir.

İnformasiyanın təhlili zamanı onun xarakterindən asılı olaraq müxtəlif metodlardan istifadə olunur. Keyfiyyət informasiyası müqayisə, analogiya, təhlil, sintez və ümumiləşdirmə kimi məntiqi metodların köməyilə öyrənilir. Formalaşdırılan informasiyanın işlənməsi üçün kəmiyyət metodlarında istifadə olunur.

Çox sayda formalaşdırılan informasiyanı işləmək üçün kompyuter texnikasından istifadə olunur. Işlənmiş informasiya təqdimat, yazılı rəy və tövsiyələr formasından rəhbərə verilir.

Qərarın mümkün variantının təsviri və seçilməsi mərhələsində bu cür seçməni rəhbər özü aparır. Bunun üçün qərarın formalaşdırılmış məqsədlər əsasında çox sayda kriteriləri müəyyən etmək və həmin kriterilər üzrə qiymətləndirmə şkalasını hazırlamaq lazımdır. Alternativin seçilməsi prosesi Şəkil 3-də göstərilmişdir.

Qərarın müəyyən məqsədi əsasında kriteri-tələblər və nəzərə alınan şərtlər formalaşdırılır. Kriteri-tələbləri təmin etməyən bütün alternativlər avtomatik atılır. Yerdə qalanları nəzərə alınan şərtlərə görə müqayisə edilir.

Qərarın variantının seçilməsi zamanı həm kəmiyyət təhlili, həm də evrisik metodlar tətbiq olunur.

Yekun variantın seçilməsi və qərarın qəbul edilməsi mərhələsində mümkün qərarlar içərisindən ən yaxşısı seçilir. Bunun üçün hər bir variant ətraflı işlənilir. Yekun variantı seçmək məqsədilə qərar variantlarının qiymətləndirilməsi bütün daxili və xarici amillər nəzərə alınmaqla kriterilər məcmusu əsasında aparılır.

Qərar variantlarının hazırlanması zamanı modelləşdirmə, ekstropolyasiya və ekspert qiymətləri metodlarından istifadə olunur. Vaxt və imkan olduqda eksperimentlər tətbiq oluna bilər.

İdarəetmə qərarının həyata keçirilməsi fazası qərarın həyata keçirilməsi planının hazırlanması, onun icraçılara çatdırılması və qərarın icrasına nəzarət mərhələlərini özündə birləşdirir.

İdarəetmə qərarının həyata keçirilməsi üçün əlverişli şərait hələ qərarın hazırlanması və qəbul edilməsi mərhələlərində yaradılır. Qərarda əvvəlcədən nəzərdə tutulmalıdır: bu və ya başqa vəzifəni kim, harada, nə vaxt və necə yerinə yetirməlidir. Bu, qərarın yerinə yetirilməsi üçün lazımi təşkilati zəmin yaradır.

Qəbul olunmuş qərarın həyata keçməsi həmin qərarın məqsədinin əldə edilməsinə yönəldilmiş təşkilati planın hazırlanmasını tələb edir. Təşkilati planda bütün işlərin həcmi obyektlər, vəzifələr və vaxt intervalları üzrə bölünür. Işlərin hər bir qrupunu yerinə yetirməq üçün müvafiq ixtisasa malik və lazımi sayda icraçılar seçilir. Iş rəhbərlərinin seçilməsinə xüsusi diqqət verilməlidir.

Təşkilati plan hazırlandıqdan sonra qərar icraçılara çatdırılır. Bu zaman qəbul olunmuş qərarın məzmunu və əhəmiyyəti, onun mümkün nəticələri izah olmalıdır. Bəzən qərarın yerinə yetirilməsi üçün yeni iş metodlarını öyrətmək lazım gəlir. Bu halda təbliğat işləri ilə yanaşı böyük metodiki təlimat işi aparılır.

Qərarın həyata keçirilməsində qərarın yerinə yetirilməsi gedişinə nəzarət mühüm rol oynayır. Nızarətin məqsədi təkcə verilmiş proqramdan kənarlaşmaları vaxtında aşkar etmək deyil həm də onların qarşısını almaqdan ibarətdir. Qərarın həyata keçirilməsi işlərinin uçotunu aparmadan səmərəli nəzarət qeyri-mümkündür. Uçotun bütün növlərindən istifadə olunur. Düzgün qurulmuş nəzarət idarəetmə sisteminin elə əks rabitəsidir ki, onsuz normal tənzimləmə prosesi, baş vermiş çətinliklərin və zəif yerlərin vaxtında aradan qaldırılması ağlasığmazdır.

Nəzarətin gedişində qəbul edilmiş qərarlara müəyyən təshihlər aparmaq, bəzən isə yeni qərar qəbul etmək lazım gəlir. Bu, qərarın yerinə yetirilməsinin pis təşkili, xarici səbəblərə görə vəziyyətin kəskin şəkildə dəyişilməsi, qərarın özündə buraxılmış sıhvlər nəticəsində baş verə bilər. Qərar öz təsirini itirdiyi hallarda rəhbır qərarda müəyyən dəyişikliklər aparmalıdır. Qərardakı təshihlər heç də həmişə əlverişsiz situasiya ilə əlaqədar olmur. Qərarın həyata keçirilməsi gedişində nəticələrin yaxşılaşdırılması üçün yeni gözlənilməz imkanlar açıla bilər ki, bu da qərarda müəyyən təshihlərin aparılmasını tələb edir. Yekunların vurulması problemlərin həll edilməsi sahəsində həll edilmiş təcrübə böyük sosial-siyasi, tərbiyəvi və idarəetmə əhmiyyətinə malikdir. Kollektivlər bilməlidirlər ki, onlar necə işləyirlər və hansı nəticələr əldə olunub. Bütün hallarda yekun vurulmalıdır-iş tam və vaxtında yerinə yetirilib ya yox.

Yekunların vurulması idarəetmə qərarlarının qəbul edilməsi və həyata keçirilməsi üçün tətbiq olunan sistemin səmərəliliyini yoxlanması deməkdir. Yekunlaşdırma problemin həlledilməsi tsiklini tamamlaır və eyni zamanda yeni qərarlar üçün baza yaradır. Yekunlaşdırma həcminin rəhbərlərin və bütünlükdə idarəetmə sisteminin təcrübəsini zənginləşdirməyə imkan verir ki, bu təcrübədən yeni idarəetmə qərarlarının hazırlanması, qəbul edilməsi və yerinə yetirilməsi üçün istifadə oluna bilər.

İdarəetmə qərarlarının qəbul edilməsi sistemində idarəetmə əməliyyatı və idarəetmə prosedurası anlayışlarından istifadə olunur.

İdarəetmə əməliyyatı – müəyyən struktur bölməyə daxil olan idarəetmə informasiyasının işləməsinin parçalanmayan texnoloji prosesidir.

Əməliyyatın üç növünü fərqləndirirlər: formal, alternativ və həlledici. Formal əməliyyata elə əməliyyatlar daxildir ki, burada icraçılar heç bir qərar qəbul etmədən əvvəlcədən məlum olan alqoritm üzrə fəaliyyət göstərirlər. Alternativ əməliyyatlar elə əməliyyatlara deyilir ki, onların yerinə yetirilməsi prosesində məntiqi şərtlər yoxlanılır, qərar variantları təhlil edilir və təklif olunur, lakin qərarlar qəbul olunmur. Həlledici əməliyyatlar qərarın qəbuledilməsi ilə birlikdə alternativ əməliyyatlardır.

Əməliyyatların kateqoriyalara bölünməsi yerinə yetirilən işlərin idarəetmənin irarxiya səviyyəsinə uyğunluğu haqqında əsaslandırılmış nəticə çixarmağa, eləcə də əməliyyatların avtomatlaşdırılması məsələsini həll etməyə imkan verir. Bu da avtomatlaşdırılmış idarəetmə sisteminin layihələndirilməsi zamanı böyük əhəmiyyət kəsb edir. Formal metodlar inkişaf etdikcə və idarəetmə məsələlərinin həlli alqoritmləri və proqramları kitabxanası yarandıqca, habelə informasiyanın işlənməsi üçün texniki vasitələr inkişaf etdikcə idarəetmə əməliyyatlarının daha böyük hissəsi proqramlaşdırılan və avtomatlaşdırılan olur.

İdarəetmə prosedurası – qeyd olunmuş məqsədin əldə edilməsinə yönəldilmiş idarəetmə əməliyyatının və sənədlərin müəyyən qaydada qarşılıqlı əlaqədar kompleksidir.

İdarəetmə proseduralarının növləri, onların məzmunu və işçi kateqoriyaları üzrə nümunəvi əmək məsrəfləri Cədvəl 1-də verilmişdir.

İdarəetmə texnologiyasının layihələndirilməsi əməliyyatların və prosedurların ətraflı öyrənilməsinə və onların modelləşdirilməsi və təşkilati layihələndirilməsinə əsaslanır. Idarəetmə texnologiyası lazyihələndirilərkən mövcud sistemləri və prosedurları təhlil etmək, idarəetmə prosesinə real təsir göstərməyən əməliyyatları və prosedurları ləğv etmək, bəzilərini modelləşdirmək və bircinsli prosedurları birləşdirmək lazımdır.

İdarəetmənin müasir texniki vasitələrinin tətbiqi şəraitində proseduraların təşkilati layihələndirilməsi mühüm əhəmiyyət kəsb edir. Idarəetmə sistemində kompyuter texnikasının tətbiqi zamanı idarəetmə aparatında müvafiq prosedura və təşkilati dəyişikliklər aparmaq lazımdır.

İdarəetmə proseduralarının layihələndirilməsi müxtəlif bölmələrdə prosedurların yerinə yetirilməsinin vahidləşdirilməsi: yeni əməkdaşlar tərəfindən mövcud proseduraların daha tez mənimsənilməsi; işçilərin qarşılıqlı əvəz olunmasının təmin edilməsi; müqayisəli təhlilin aparılması; təcrübə mübadiləsi və proseduraların səmərələşdirilməsi üçün həyata keçirilir.

İdarəetmə qərarını qəbul edilməsi prosesində məqsəd, alternativ, kriteri, xərclər və modellər kimi anlayışlardan da istifadə olunur.

Məqsəd fəaliyyətin son və arzuolunan nəticəsidir. Məqsəd insanın fəaliyyətini yönəldir və tənzimləyir. Məqsədin məzmunu fəaliyyətin obyektiv qanunlarından, subyektin həqiqi imkanlarından və tətbiq edilən vasitələrdən asılıdır. Məqsədin qoyuluşu fəaliyyət proqramını müəyyən edir. Idarəetmənin müxtəlif səviyyələrində məqsədin konkretlilik dərəcəsi müxtəlif olmalıdır. Məqsədlərin üç əsas yarımqrupunu fərqləndirirlər: perspektiv, qlobal, strateji; planlaşdırılan, yerli, taktiki; cari, lokal, operativ.

Alternativlər – məqsədin əldə edilməsi üsullarıdır. Bu üsullar strategiyalar, spesifik hərəkətlər və vasitələr şəklində ola bilər. Hər bir alternativin həyata keçirilməsi xərclərin məbləği ilə xarakterizə olunur.

Müəyyən olunmuş məqsəd əsasında qərar variantının seçilməsi üçün çoxlu kriteriyaları müəyyən etmək və onlar üzrə qiymətləndirmə şkalasını hazırlamaq lazımdır.

Kriteri – müəyyən qaydadır və alternativlər vaciblik və ya üstünlük dərəcəsinə görə yerləşdirilir. Onların köməyilə məqsədin əldə edilməsi dərəcəsi müqayisə edilir. İstənilən məqsəddə qərarın kriterisi vardır.

Qəbul qərarını necə yükləyə bilərəm?

Valideynlər evdən çıxmadan, elektron qaydada övladlarını uşaq bağçalarına qeydiyyata saldıra biləcəklər.

AzEdu.az valideynlər tərəfindən edilən çoxsaylı müraciət, ünvanlanan sualları nəzərə alaraq, bağçalara elektron qəbulla bağlı prosedur qaydalarını təqdim edir:

Qeydiyyatdan keçmək

https://bakibagcayaqebul.edu.az/ saytında Qeydiyyatdan keçmək bölməsinə basıb aşağıdakı məlumatları daxil etmək lazımdır .

  • Telefon nömrəsi
  • Şifrə
  • Şifrəni təkrarla
  • “Mən robot deyiləm” bəndini təhlükəsizlik məqsədləri üçün işarələmək

Daha sonra qeyd olunan telefon nömrəsinə verifikasiya kodu göndərilir və həmin kod müvafiq xanaya daxil edilməlidir.

Verifikasiya kodu təsdiq edildikdə aşağıdaki məlumatlar daxil edilməlidir:

  • FİN kod (Şəxsiyyət vəsiqəsinin aşağı hissəsində axırıncı rəqəmi nəzərə almamaq şərti ilə son 7 simvol (rəqəm və hərf kombinasiyası)
  • Doğum tarixi

Göstərilən məlumatlar qeydiyyat keçən şəxs tərəfdən təsdiq olunduğu halda, qeydiyyat tamamlanır

“Sistemə Giriş” platformada qeydiyyatdan keçəndən sonra şəxsi kabinetə daxil olmaq imkanını yaradır.Sistemdə uşağı qeydiyyatdan keçirmək üçün ərizəçi “Şəxsi Kabinet”ə daxil olmalıdır.

Platformanın ana səhifəsinə daxil olub “Sistemə giriş” düyməsinə basarkən sistemə daxil olmaq üçün müvafiq səhifəyə keçirsiniz.

Qeyd edilən səhifədə aşağıdaki məlumatları daxil etməklə şəxsi kabinetinizə keçə bilərsiniz:

Daha sonra “Əlavə etmək” düyməsini basarkən ərizəçi uşağın sistemdə qeydiyyatı prosesinə başlaya bilər.

Şəxsi kabinetdə aşağıdaki bölmələr mövcuddur:

1.Şəxsi məlumat

Uşağın platformada qeydiyyatdan keçməsi üçün aşağıdaki məlumatları daxil edilməsi zəruridir:

2.İmtiyazlı qruplar

Uşağın imtiyazlı qrupa aid olduğunu, uşağı qeydiyyatdan keçirən zaman və ya qeydiyyatdan keçirəndən sonra qeyd edə bilərsiniz:

Aşağıda sadalanan ailələrin uşaqları, imtazları təsdiq olunduğu halda, bağçalara ilk növbədə qəbul olunur:

  1. Şəhid ailələrin uşaqları
  2. Qarabaq müharibəsi iştirakçılarının uşaqları
  3. Qarabaq müharibəsi iştirakı ilə bağlı əlaqədar əlilliyi olan şəxslərin uşaqları
  4. Tək işləyən valideynlərin uşaqları
  5. 1-ci və 2-ci qrup əlilliyi olan şəxslərin uşaqları
  6. Hərbi xidmətdə olan şəxslərin uşaqları
  7. Təhsil alan anaların uşaqları
  8. Çoxuşaqlı ailələrin uşaqları
  9. Qəyyumluqda olan uşaqlar

Uşağın imtiyazını sübut edən sənədləri şəxsi kabinetə müvafiq sənədlərin skan versiyalarını (.pdf format) və ya çəkilmiş şəkillərini (.jpg və ya .png formatlar) yükləyə bilərsiniz.

3.Mənim sorğularım

Şəxsi kabinetdə “Sorğu göndərmək” düyməsini basaraq bağçalara sorğunun göndərilməsi prosesinə başlamaq mümkündür.

Bir neçə bağçaya sorğunun göndərilməsi funksiyasını aktivləşdirmək üçün seçilmiş rayonlar üzrə bağçaların siyahısı səhifəsində “Bir neçəsini seçmək” düyməsini basaraq aktivləşdirə bilərsiniz. Valideynlərin Bakı şəhərinin və ətrafında olan bütün rayonlarının bağçalarına sorğu göndərmək imkanı var

Bildirək ki ,” sorğunuzu təsdiqləmək” səhifəsində birlikdə eyni bağçaya qəbul olunmalı uşaqları seçərək və “Sorğuda qeyd olunan uşaqlar mütləq şəkildə birlikdə bağçaya qəbul olunsun. Onlardan biri imtina olunarsa sorğu ləğv olunsun” xanasını işarələyərək bir neçə uşağı birlikdə bir bağçaya qəbul olunması imkanından yararlana bilərsiniz.

Bütün xanalar doldurulduqdan sonra qeydiyyatdan keçirilən uşağın müvafiq məlumatları göstərilir. Göstərilən məlumatları valideyn təsdiq etdiyi halda, uşağın qeydiyyatı başa çatmış hesab edilir.

Son olaraq qeyd edək ki, Bağçaya elektron qəbul sistemi 02 avqust 2021- ci il saat 9:00-dan etibarən aktivdir.

Məmmədova Gülcahan

Comments are closed, but trackbacks and pingbacks are open.