Press "Enter" to skip to content

Azərbaycanın Qeyri-Hökumət Təşkilatları haqqında qanununa dəyişikliklər onların fəaliyyətini məhdudlaşdırmayacaq – hakim partiyanın sədr müavini

Dəyişikliklərdə qeyri-hökumət təşkilatlarının əmlakının 50 faizdən artıq hissəsinin xarici mənbələr hesabına formalaşdırılmasına qadağanın qoyulması da nəzərdə tutulur.

QHT nədir?

QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARI. QHT nədir? “Avropada Qeyri-Hökümət Təşkilatlarının Statusu haqqında” Avropa Şurası Prinsiplərində göstərilir ki, QHT-lər mahiyyət etibarilə öz-özünü idarə edən könüllü təşkilatlardır və buna görə də, dövlət hakimiyyəti orqanları tərəfindən idarə oluna bilməzlər.

Uploaded on Aug 07, 2014

Download Presentation

QHT nədir?

No related presentations.

Presentation Transcript
  1. QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARI QHT nədir? “Avropada Qeyri-Hökümət Təşkilatlarının Statusu haqqında” Avropa Şurası Prinsiplərində göstərilir ki, QHT-lər mahiyyət etibarilə öz-özünü idarə edən könüllü təşkilatlardır və buna görə də, dövlət hakimiyyəti orqanları tərəfindən idarə oluna bilməzlər.
  2. Azərbaycanda “Qeyri-hökümət təşkilatları haqqında” qanun ilə QHT anlayışına yalnız ictimaibirliklər və fondlardaxildir. “Vətəndaş təşəbbüsləri”; Sahibkarlar\istehlakçılar birlikləri; Ekoloji və pasifist təşkilatlar; Mədəni birliklər, Qadın hərəkat və təşkilatları, Hüquq müdafiə təşkilatları, İqtisadi tədqiqat qurumları, Xeyriyyə fondları, Araşdırma fondları və s.
  3. Fond • Üzvləri olmayan, bir və ya bir neçə fiziki və (və ya) hüquqi şəxslər tərəfindən əmlak haqqı əsasında təsis edilən və sosial, xeyriyyə, mədəni, təhsil və ya digər ictimai-faydalıməqsədlər daşıyan qeyri-hökumət təşkilatdır.
  4. İctimai birlik • Təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatıdır.
  5. Ümumilikdə ictimai birlikləri iki qrupa bölmək olar: • Daha çox birlik, liqa, ittifaq adlanan ictimai təşkilatlar; • İctimai hərəkatlar İctimai təşkilatlar və ictimai hərəkatlararasında daha çoxmüşahidə olunan fərqlər bunlardır: • Struktur fərqliliyi • İctimai həyata təsir vasitəsi • Aktivlik səviyyəsi • Demokratiya forması
  6. QHT-nin yaradılması Qeyri-hökumət təşkilatı 2 formada yaradıla bilər: • Təsis edilməklə: • Mövcud olan qeyri-hökumət təşkilatının yenidən təşkili ilə:
  7. QHT-lər fəaliyyət ərazisinə görə aşağıdakı kimi təsis oluna vəfəaliyyət göstərə bilərlər: • Ümumazərbaycan- belə QHT-lərin fəaliyyəti Azərbaycan Respublikasının bütün ərazisinə şamil edilir; • Regional – bu cür QHT-lər Azərbaycan Respublikasının iki və ya artıq inzibati ərazi vahidində fəaliyyət göstərə bilərlər; • Yerli – belə QHT-lər bir inzibati vahid ərazisində fəaliyyət göstərirlər.
  8. QHT-nin nizamnaməsi Nizamnamədə aşağıdakı məsələlər öz əksini tapmalıdır: • qeyri-hökumət təşkilatının adı və yerləşdiyi yer, • fəaliyyətinin məqsədləri və idarə olunma qaydası, • üzvlərin hüquq və vəzifələri, • ictimai birliyin üzvlüyünə qəbulun və ondan çıxmanınşərtləri və qaydası, • qeyri-hökumət təşkilatının əmlakının formalaşmamənbələri, • nizamnamənin qəbulu, ona əlavə və dəyişikliklərinedilməsi qaydası, • qeyri-hökumət təşkilatının ləğv edilməsi və ləğv edildiyihalda əmlakından istifadə qaydası.
  9. QHT-nin idarə olunması • Ümumi yığıncaq: İctimai birliyin ali idarəetmə orqanıdır. İldə bir dəfədən az olmayaraq çağırılır. Ümumi yığıncaq ictimai birliyin icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır. Ümumi yığıncağın əsas funksiyası onun marağı naminə yarandığı məqsədlərə riayət etməkdir.
  10. Ümumi yığıncağın səlahiyyətinə aşağıdakı məsələlərin həlli aiddir: • ictimai birliyin nizamnaməsinin qəbulu və ona dəyişikliklərin edilməsi; • ictimai birliyin əmlakının formalaşma və istifadə prinsiplərinin müəyyən edilməsi; • ictimai birliyin icra orqanlarının yaradılması və onların səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması; • illik hesabatın təsdiq edilməsi; • başqa təşkilatlarda iştirak; • ictimai birliyin yenidən təşkili və ləğv edilməsi.
  11. İcra orqanı: İctimai birliyin digər idarə etmə orqanıdır. İctimai birliyin icra orqanı kollegial və (və ya) təkbaşına ola bilər. O, ictimai birliyin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir və ictimai birliyin ali idarəetmə orqanına hesabat verir.
  12. Fondun idarəsini fondun Prezidenti və ya idarə heyəti həyata keçirirlər. Fondun Himayəçilik Şurası fondun nəzarət orqanıdır və öz fəaliyyətini ictimai əsaslarla həyata keçirir. Fondun Himayəçilik Şurasının formalaşma və fəaliyyət qaydası fondun təsisçiləri tərəfindən təsdiq edilmiş fondun nizamnaməsində müəyyən edilir.
  13. QHT-lərin ictimai funksiyaları • QHT-lər cəmiyyətdə, siyasi sistemdə alternativ strukturlar yaradır. Beləliklə, QHT-lər cəmiyyətdə əhəmiyyətli məsələlər barədə müzakirələrin artmasına, insanların öz bacarıqlarından daha səmərəli istifadə etməsinə, təşəbbüskarlığın artmasına, bütövlükdə demokratiya və plüralizmin inkişafına səbəb olan platforma rolunu oynayırlar;
  14. 2.QHT-lər özündə sosial institutların optimal fəaliyyətini ifadə edir. İctimai-siyasi və iqtisadi plüralizmin olduğu ölkələrdə QHT-lər dövlətin sosial siyasətində çatışmazlıqların tamamlayıcısı kimi çıxış edirlər. Belə hallarda dövlət orqanları QHT-lərlə əməkdaşlığa can atır, bəzi dövlətlərdə isə bu məqsədlə xüsusi dövlət orqanları yaradılır. Məsələn, 1983-cü ildə Fransada yaradılmış Milli Şura QHT-lər və dövlət arasında məşvərətçi rolunu oynayır. Bu orqan VCT-lərin inkişafı ilə bağlı məsələlərlə hökümətə təklif vermək hüququna malikdir;
  15. QHT-lər öz fəaliyyəti ilə kifayət qədər inkişaf etməmiş dövlət orqanlarının fəaliyyətindəki çatışmazlıqları aradan qaldırır;
  16. QHT-lərdə şəffaflıq Qeyri-hökumət təşkilatlarının fəaliyyətində şəffaflığa dair məsələləri şərti olaraq aşağıdakı qaydada qruplaşdırmaq olar: • Qeyri-hökumət təşkilatlarının təşkilatdaxili məsələlərdə şəffaflığı • Qeyri-hökumət təşkilatlarının dövlət orqanları ilə münasibətdə şəffaflığı • Qeyri-hökumət təşkilatlarının ictimai açıqlığı

© 2023 SlideServe | Powered By DigitalOfficePro

Azərbaycanın “Qeyri-Hökumət Təşkilatları haqqında” qanununa dəyişikliklər onların fəaliyyətini məhdudlaşdırmayacaq – hakim partiyanın sədr müavini

Azərbaycanın hakim partiyası “Qeyri-Hökumət Təşkilatları haqqında” qanuna təklif olunan əlavə və dəyişikliklərin QHT-lərin fəaliyyətini məhdudlaşdırmayacağını düşünür.

“Əksinə, bu əlavə və dəyişikliklər QHT-lərin faəliyyətini ölkə ərazisində sistemli şəklə salmağa, şəffaflığı qorumağa şərait yaradır”, – cümə axşamı Trend -a Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətindən verilən məlumata görə, partiyanın sədr müavini Əli Əhmədov ABŞ-ın ölkəmizdəki səfirliyinin siyasi məsələlər üzrə müşaviri Coanna Qənseni qəbul edərkən bildirib.

Trend -un arayışı: Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bir müddət əvvəl “QHT-lər haqqında” qanun layihəsinə dəyişikliklər edilməsi üçün təkliflər hazırlayaraq Milli Məclisə təqdim edib.

Dəyişikliklərdən birinə görə, qeyri-hökumət təşkilatının tam fəaliyyətli hesab edilməsi üçün, o, Azərbaycan Respublikasının inzibati ərazi vahidlərinin azı 1/3-ni əhatə edən filial və nümayəndəliklərə malik olmalıdır.

Başqa bir dəyişiklikdə qanun pozuntularına yol verdiyinə görə ləğv edilən qeyri-hökumət təşkilatının təsisçilərinə məhkəmənin qərarı ilə beş ilədək müddətə digər qeyri-hökumət təşkilatı yaratmağın qadağan olunması nəzərdə tutulub.

Layihəyə əsasən, qeyri-hökumət təşkilatının hüquqi şəxs kimi dövlət qeydiyyatından keçmədən fəaliyyət göstərməsi qeyri-mümkündür.

Dəyişikliklərdə qeyri-hökumət təşkilatlarının əmlakının 50 faizdən artıq hissəsinin xarici mənbələr hesabına formalaşdırılmasına qadağanın qoyulması da nəzərdə tutulur.

Qənsen son günlər parlamentdə, eləcə də cəmiyyətdə müzakirə olunan qeyri-hökümət təşkilatlarının bundan sonrakı fəaliyyəti və maliyyələşmələri baxımından Milli Məclisdə təklif olunan əlavə və dəyişikliklərin hazırkı vəziyyəti haqqında məlumat almaq üçün Əhmədova müraciət edib. “YAP sədrinin müavini Əhmədov hər hansı bir narahatlığın yaranmaması üçün Milli Məclisin Hüquq siyasəti komitəsi tərəfindən irəli sürülən QHT-lərin maliyyələşmələrinə təklif olunan əlavə və dəyişikliklər haqqında geniş məlumat verib: “Əhmədov deyib ki, nəzərdə tutulan əlavə və dəyişiklər QHT-lərin büdcədən ayrılan vəsaitlərin lazımlı şəkildə və istiqamətdə istifadəsinə şərait yaradacaq”, – məlumatda vurğulanır.

YAP 1992-ci ildə о zaman Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 16 ildir hakim partiya olan YAP-ın indiki sədri Prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Qeyri hökümət təşkilatları haqqında qanun

Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2000, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 710)

QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX

Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

I fəsil

Ümumİ müddəalar

Maddə 1. Bu Qanunun məqsədi

1.1. bu Qanun ictimai birliklərin və fondların , habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin yaradılması və fəaliyyət göstərilməsi ilə bağlı münasibətləri tənzimləyir. [1]

1.2. Bu Qanunda “qeyri-hökumət təşkilatı” anlayışına ictimai birliklər və fondlar daxildir.

1.3. Bu Qanun hüquqi şəxslər kimi qeyri-hökumət təşkilatlarının yaradılmasını, fəaliyyətini, yenidən təşkil edilməsi və ləğv edilməsi qaydalarını, qeyri-hökumət təşkilatlarının fəaliyyətini, idarə olunmasını, dövlət hakimiyyəti orqanları ilə münasibətlərini müəyyən edir.

1.4. Bu Qanun siyasi partiyalara, həmkarlar ittifaqlarına, dini birliklərə, yerli özünüidarə orqanlarına, habelə bu təsisatlara məxsus olan funksiyaların həyata keçirilməsi məqsədi ilə yaradılan qurumlara və başqa qanunlarla tənzimlənən digər qeyri-kommersiya təşkilatlarına şamil edilmir. [2]

Maddə 2. Qeyri-hökumət təşkilatı

2.1. İctimai birlik – təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatdır.

2.2. Fond – üzvləri olmayan, bir və ya bir neçə fiziki və (və ya) hüquqi şəxslər tərəfindən əmlak haqqı əsasında təsis edilən və sosial, xeyriyyə, mədəni, təhsil və ya digər ictimai-faydalı məqsədlər daşıyan qeyri-hökumət təşkilatdır. [3]

2.2-1. Xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri – Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış qeyri-kommersiya hüquqi şəxsin Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumlarıdır. [4]

2.3. Qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə qadağan olunmamış məqsədlər üçün yaradıla və fəaliyyət göstərə bilər. Məqsədi və ya fəaliyyəti Azərbaycan Respublikasının konstitusiya quruluşunu və dünyəvi xarakterini zorakılıqla dəyişdirməyə, ərazi bütövlüyünü pozmağa, müharibəni, zorakılığı və qəddarlığı təbliğ etməyə, irqi, milli və dini ədavəti qızışdırmağa yönəlmiş qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasında filial və ya nümayəndəliklərinin yaradılmasına və fəaliyyətinə yol verilmir. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qeyri-hökumət təşkilatlarının yaradılması və fəaliyyəti qadağandır. [5]

2.4. Qeyri-hökumət təşkilatı Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin və bələdiyyələrin seçkilərində iştirak edə bilməz, siyasi partiyalara maliyyə və başqa maddi yardım göstərə bilməz. Azərbaycan Respublikasının seçki qanunvericiliyinə uyğun olaraq qeyri-hökumət təşkilatları Azərbaycan Respublikasında keçirilən prezident seçkiləri, Milli Məclisə seçkiləri və bələdiyyələrə seçkiləri müşahidə edə və exit-poll həyata keçirə bilərlər. Xarici hüquqi şəxslər Azərbaycan Respublikası Prezidentinin seçkiləri, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər və bələdiyyə seçkiləri zamanı exit-polla əlaqədar tədbirlərdə yalnız Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatları ilə birlikdə iştirak edə bilərlər. Qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının qanunlarında və öz nizamnaməsində nəzərdə tutulmuş qaydada hüquqi normativ aktların təkmilləşdirilməsi təklifləri ilə çıxış edə bilər. [6]

Maddə 3. Qeyri-hökumət təşkilatının adı və olduğu yer

3.1. Qeyri-hökumət təşkilatının onun təşkilati-hüquqi formasını və fəaliyyətinin xarakterini göstərən adı olmalıdır. Qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edilə bilməz. [7]

3.2. Qeyri-hökumət təşkilatının olduğu yer onun nizamnaməsində göstərilmiş hüquqi ünvanı ilə müəyyən edilir.

3.3. Qeyri-hökumət təşkilatının hüquqi ünvanı dəyişdikdə müvafiq icra hakimiyyəti orqanına bu barədə 7 gün müddətindən az olmamaq şərti ilə yazılı məlumat verilməlidir.

Maddə 3-1. Qeyri-hökumət təşkilatının rəmzləri [8]

Qeyri-hökumət təşkilatı bayraq, emblem və sair rəmzlərə malik ola bilər. Təşkilatın rəmzləri Azərbaycan Respublikasının və xarici dövlətlərin dövlət rəmzləri, habelə dövlət orqanlarının, beynəlxalq təşkilatların və digər qurumların rəmzləri ilə eyni olmamalı, qanunla qorunan əmtəə nişanlarını təqlid etməməlidir.

Comments are closed, but trackbacks and pingbacks are open.