Press "Enter" to skip to content

Qeyri-neft sektorunun inkişafı

İqtisadi İnkişaf Nazirliyinin rəsmi məlumatlarına əsasən son 8 il ərzində Azərbaycanda sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı məhsullarının istehsalı 1.3 dəfə, tikinti sektorunda iş həcmi 3,2 dəfə, nəqliyyat xidmətlərinin həcmi 2,3 dəfə, rabitə və informasiya sektorunda xidmətlər isə 6,4 dəfə artıb. 2005-2011-ci illərin nəticələrinin təhlili göstərir ki, bu dövrdə, ümumi iqtisadi inkişafla yanaşı, qeyri-neft sektorunda da davamlı inkişaf qeydə alınmış və qeyri-neft sektoru üzrə ÜDM nisbətən sabit artım tempinə malik olmuşdur. İqtisadi İnkişaf Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Vergilər Nazirliyinin, Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarına əsasən 2009-cu ildə qeyri-neft sektoru üzrə 6.2 faizlik, 2010-cu ildə isə 7.9 faizlik artım qeydə alınıb ki, bu da qlobal iqtisadi böhranın hökm sürdüyü bir vaxtda kifayət qədər sensasiyalı nəticə idi. 2010-cu ildə il təkcə sənaye məhsulu istehsalı neft sektorunda 1,7%, qeyri-neft sektorunda isə 6,6% artmışdı. Bütövlükdə, qeyri-neft sektorunun inkişafında “Azərbaycan Respublikasının regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ilə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə, o cümlədən istehsal və xidmət müəssisələrinin tikilməsinə böyük yer verilir. Rəsmi statistikaya görə 2003-cü ildən indiyədək ölkədə 1927 istehsal təyinatlı obyektlər istifadəyə verilmişdir. 2011-ci ildə isə 40-dan artıq sənaye müəssisəsi istismara verilib, təxminən 100 müəssisənin tikintisi davam edir. Hazırda regionlarda 200-dən çox müəssisə, o cümlədən 70-dən çox sənaye müəssisəsinin tikintisi davam etdirilir və 75 istehsal-emal müəssisəsinin istifadəyə verilməsi gözlənilir. Bu istehsal-emal müəssisələri hökumət yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) güzəştli kreditləri hesabına tikilir.

Qeyri-neft sektorunda rekord göstəricilər – Azərbaycanın iqtisadi strategiyasının uğurunun sirri nədir?

Azərbaycan neft gəlirlərinin qeyri-neft sektoruna yönləndirilməsində çox böyük uğurlara nail olub. Ötən il Azərbaycanın qeyri-neft artımı 20 faiz təşkil edib ki, bu da müstəqillik tarixinin ən yüksək göstəricisidir.

Ötən il Azərbaycanın qeyri-neft sektorunda ƏDV-dən daxilolmalar 17 faiz artıb. Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda vergi daxilolmalarının ən yüksək artım templəri ictimai iaşədə 84,1 faiz, pərakəndə ticarətdə 53,7 faiz, sənayedə 29,3 faiz və xidmət sektorunda 19,7 faiz müşahidə olunub.

2021-ci ildə Azərbaycanın qeyri-neft sənayesində əlavə dəyər 17,8 faiz, qeyri-neft sənayesinin qeyri-neft ÜDM-də xüsusi çəkisi 2021-ci ildə 9,6 faizə çatıb ki, bu da 2020-ci (8,5 faiz) və 2019-cu (7,6 faiz) illərlə müqayisədə daha yüksək göstəricidir.

Qeyri-neft iqtisadiyyatında artım tempi 7,2 faiz təşkil edib. Qeyri-neft sənayesi təxminən 20 faiz artıb.

2021-ci ildə dünya ticarətinin 10,8 faiz həcmində artımı proqnozlaşdırıldığı halda, Azərbaycanın qeyri-neft ixracı 47,2 faiz artıb. Qeyri-neft ixracının bu cür artımı record göstəricidir.

2021-ci ildə Azərbaycanın qeyri-neft ixracı 2020-ci illə müqayisədə 870 milyon dollar artıb və 2,7 milyard dollar təşkil edib. Ötən ilin yekunlarına əsasən, qeyri-nef ixracında meyvət-tərəvəz məhsullarının payı 630,4 milyon dollar təşkil edib. 2021-ci ildə Azərbaycanda qara metalların və bu məmulatların ixracı iki dəfə, pambıq mahlıcının ixracı 3,1 dəfə, şəkər ixracı 19,2 faiz, kimya sənayesi məhsulları ixracı 2,9 dəfə, pambıq lifi ixracı 58,3 faiz, aluminum və bu məmulatların ixracı 66,2 faiz artıb.

Azərbaycanın qeyri-neft məhsullarının ən iri idxalatçıları Rusiya, Türkiyə, İsveçrə, Gürcüstan və digər ölkələr olub.

Yaxın gələcəkdə Azərbaycan hökumətinin böyük diqqət verdiyi sənaye zonaları qeyri-neft sənayesinin başlıca aparıcı qüvvəsi qismində çıxış edəcək.

Qeyri-neft sektorunun iqtisadi artımın əsas mənbəyi qismində rolunun artması sayəsində dövlət büdcəsində qeyri-neft gəlirlərinin payının dayanıqlı artımı da gözlənilir.

Azərbaycan İqtisadiyyat Nazirliyinin proqnozlarına əsasən, artıq 2025-ci ilədək ÜDM-də qeyri-neft sektorunun payı 72,9 faiz, neft sektorunun payı 27,1 faiz təşkil edəcək.

Qeyri-neft sektorunun inkişafı

Azərbaycanda ötən 8 ildə qeydə alınan sürətli iqtisadi inkişafda neft sektorunun rolu aparıcı olsa da son illər qeyri-neft sektoru ümumi iqtisadi artımda önə çıxmaqdadır. Rəsmi statistika və makroiqtisadi göstəricilərə əsasən son 8 ildə ölkədə qeyri-neft sektorunda artım 2.2 dəfədən çox olub. Neft gəlirlərinin iqtisadiyyatın şaxələndirilməsinə hesablanmış xərclənmə strategiyası özünü doğruldub. Keçid dövrünü yaşamış hər bir ölkə kimi Azərbaycan da güclü iqtisadiyyat qurmaq üçün öz təbii resurslarından faydalanıb, ancaq bu resurslardan əldə etdiyi gəlirlər hesabına iqtisadiyyatını uğurla şaxələndirə və onun neftdən asılılığını minimuma endirə bilib. Bu strategiya nəticəsində ölkədə tikinti, turizm, kənd təsərrüfatı, nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları sektorlarında davamlı artım tendensiyası hökm sürməkdədir. Bu tendensiyanın göstəricilərindən biri kimi, son 8 ildə ölkədə 1 milyondan yuxarı iş yeri yaradılıb və bunun böyük hissəsi məhz qeyri-neft sektorunda baş verib.

Prioritet sahələr

Kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesi Azərbaycanda qeyri-neft sektorunun inkişafında əsas prioritet sahələr hesab edilir. Beynəlxalq maliyyə institutları bu sahələr arasında kənd təsərrüfatı və turizmin əhəmiyyətini xüsusi qeyd edirlər. Belə ki, ölkənin məşğul əhalisinin 44 faizə yaxını məhz kənd təsərrüfatında çalışır. Bu səbəbdən ölkədə kənd təsərrüfatının inkişafına yönələn ardıcıl dövlət proqramları, islahatlar və yeni texnologiyaların cəlb edilməsi həyata keçirilməkdədir. Nazirlər Kabinetinin hesabatında yer alan rəqəmlərə görə 2003-cü ilə nisbətən 2011-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalında 34 faiz artım qeydə alınıb. Son üç ildə isə kənd təssərüfatının ümumi məhsulunun artım tempi orta hesabla 2,5 faiz təşkil etmişdir. Azərbaycanla sıx tərəfdaşlıq edən Asiya İnkişaf Bankı da kənd təsərrüfatı və turizmi ölkədə qeyri-neft sektorunun inkişafının aparıcı istiqamətləri hesab edir. Bank hesab edir ki, regionlarda infrastrukturun yaxşılaşması, kənd təsərrüfatı məhsulları istehsalçılarının subsidiyalaşdırılması və onlar üçün vergi güzəştlərinin saxlanması Azərbaycanda böyük potensiala malik olan kənd təsərrüfatı sahəsinin inkişafına yardım edir. Bankın hesablamalarına görə ölkənin turizm imkanlarından tam istifadə qeyri-neft ÜDM-inin artımına gətirib çıxaracaq. Belə ki, Azərbaycanın zəngin turizm potensialına malik olması və ölkədə turizm infrastrukturunun son illər sürətli inkişafı qeyri-neft sektorunun bu istiqaməti üzrə ölkəyə böyük gəlirlər vəd edir.

İnkişafı təmin edən tədbirlər və proqramlar

Hazırda Azərbaycanda istehsal edilən qeyri-neft məhsulları, o cümlədən elektrik maşınları və avadanlıqları, onların hissələri, kimya sənayesi məhsulları, tikinti materialları, hazır toxuculuq məmulatları və s. müxtəlif bölgələrə ixrac edilir. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafına zəmin yaratmaq üçün ölkə prezidentinin sərəncamları və təsdiq etdiyi inkişaf proqramları əsasında kiçik və orta sahibkarlığın dəstəklənməsinə, bu fəaliyyətlə məşğul olanlara güzəştli dövlət kreditlərinin ayrılmasına, kənd təsərrüfatına subsidiyaların yönəldilməsinə, ölkə boyu nəqliyyat-kommunikasiya infrastrukturunun yenidən qurulmasına milyardlarla dollarlıq vəsait xərclənib. Bu xərcləmələr çox keçmədən öz bəhrəsini verməyə başlayıb və iqtisadiyyatın qeyri-neft sektorunda böyük canlanmaya səbəb olub. İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin reallaşdırılması üçün dövlət başçısının müvafiq fərman və sərəncamları ilə “Azərbaycan Respublikası iqtisadi rayonlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və digər proqramlar qəbul olunub. Bu proqramlar uğurla icra olunmaqdadır.

Qlobal iqtisadi böhran dövründə sensasiyalı artım

İqtisadi İnkişaf Nazirliyinin rəsmi məlumatlarına əsasən son 8 il ərzində Azərbaycanda sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı məhsullarının istehsalı 1.3 dəfə, tikinti sektorunda iş həcmi 3,2 dəfə, nəqliyyat xidmətlərinin həcmi 2,3 dəfə, rabitə və informasiya sektorunda xidmətlər isə 6,4 dəfə artıb. 2005-2011-ci illərin nəticələrinin təhlili göstərir ki, bu dövrdə, ümumi iqtisadi inkişafla yanaşı, qeyri-neft sektorunda da davamlı inkişaf qeydə alınmış və qeyri-neft sektoru üzrə ÜDM nisbətən sabit artım tempinə malik olmuşdur. İqtisadi İnkişaf Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Vergilər Nazirliyinin, Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarına əsasən 2009-cu ildə qeyri-neft sektoru üzrə 6.2 faizlik, 2010-cu ildə isə 7.9 faizlik artım qeydə alınıb ki, bu da qlobal iqtisadi böhranın hökm sürdüyü bir vaxtda kifayət qədər sensasiyalı nəticə idi. 2010-cu ildə il təkcə sənaye məhsulu istehsalı neft sektorunda 1,7%, qeyri-neft sektorunda isə 6,6% artmışdı. Bütövlükdə, qeyri-neft sektorunun inkişafında “Azərbaycan Respublikasının regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ilə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə, o cümlədən istehsal və xidmət müəssisələrinin tikilməsinə böyük yer verilir. Rəsmi statistikaya görə 2003-cü ildən indiyədək ölkədə 1927 istehsal təyinatlı obyektlər istifadəyə verilmişdir. 2011-ci ildə isə 40-dan artıq sənaye müəssisəsi istismara verilib, təxminən 100 müəssisənin tikintisi davam edir. Hazırda regionlarda 200-dən çox müəssisə, o cümlədən 70-dən çox sənaye müəssisəsinin tikintisi davam etdirilir və 75 istehsal-emal müəssisəsinin istifadəyə verilməsi gözlənilir. Bu istehsal-emal müəssisələri hökumət yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) güzəştli kreditləri hesabına tikilir.

Beynəlxalq Valyuta Fondu qeyri-neft sektorunda yüksək artım tempi müşahidə edir

Qeyri-neft sektorunda artım tendensiyası 2011-ci ildə də davam edib. Həmin il qeyri-neft ÜDM-in artımı 9.5 faiz təşkil edib, ilin 11 ayı ərzində ümumilikdə 45,5 milyard manatlıq ÜDM istehsal olunub ki, bunun da təqribən 21,5 milyard manatı və ya 47%-i qeyri-neft ÜDM-in payına düşüb. Nəticədə son illərdə ilk dəfə olaraq qeyri-neft sektorunda istehsal olunan ÜDM-in həcmi ilə neft sektorundakı ÜDM arasında tarazlıq yaranıb. 2011-ci ildə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 5 milyard 475,1 milyon manat təşkil edib. Bunun 2 .9 milyard manata yaxını qeyri-neft sektorunun payına düşüb ki, bu da 2010-cu ilə olan göstəricidən 22 faiz çox idi. Beynəlxalq Valyuta Fondunun hesabatında deyilirdi ki, 2011-ci ildə Azərbaycanda qeyri-neft iqtisadiyyatı yüksək artım tempini davam etdirmiş və yaxın müddət üçün iqtisadi perspektivlər bütövlükdə müsbətdir. Fondun bildirdiyinə görə, qeyri-neft sektorunda, əsasən, tikinti və xidmət sahələrinin hesabına qeydə alınan 9.5 faiz artım 2011-ci ildə neft hasilatının texniki səbəblərlə bağlı 10 faiz azalmasını, demək olar ki, tam kompensasiya etmişdir. Hesabata görə Azərbaycanda iqtisadi perspektivlərlə bağlı olan risklər, əsasən, balanslaşdırılmışdır və BVF-in Bakıdakı missiyası avro zonada yaşanan böhranın Azərbaycanın iqtisadiyyatına birbaşa təsirlərinin məhdud olacağını gözləyir.

Növbəti 3 ildə orta hesabla 8 faizlik artım proqnozları

2012-ci ildə isə BVF Azərbaycanda qeyri-neft sektorunun 6 faiz artacağını proqnozlaşdırılır. İqtisadi İnkişaf Nazirliyi isə 2012-ci ildə iqtisadi artımın əsasən qeyri-neft sektorunun hesabına təmin ediləcəyini və bu sektorun artımı 8,6 faiz səviyyəsində olacağını proqnozlaşdırır, növbəti üç ildə isə qeyri-neft ÜDM-inin artımı orta hesabla 8 faiz təşkil edəcək. Azərbaycanda diversifikasiya üzrə aparılan uğurlu iqtisadi siyasət 2015-ci ildə neft sektorunun ÜDM-də payının 29,3 faizə qədər azalmasına gətirib çıxaracaq. Nəticədə qeyri-neft sektorunun ÜDM-də payı 2015-ci ildə 44,4 faizdən 61,3 faizə çatacaq. (Qeyd edək ki, 2010-cu ilə aid olan rəqəmlərə görə neft sektorunun ÜDM-də payı 48,5 faiz təşkil edirdi.) Ölkə prezidentinin 2012-ci ilin əvvəllərində hökumət qarşısında qoyduğu yeni vəzifəyə əsasən 2004-cü ildən bu yana 300 faizdən çox artan Ümumi Daxili Məhsul (ÜDM) qarşıdakı 10 ildə daha iki dəfə artmalıdır. Lakin bu artım əsasən qeyri-neft sektorunun hesabına baş verməlidir. Dünya Bankının proqnozlarında da deyilir ki, Azərbaycan iqtisadiyyatının yaxın və orta perspektivlərdə inkişafı məhz qeyri-neft sektoru hesabına baş verməlidir.

Sektorun inkişafı ölkənin beynəlxalq reytinqini yüksəldir

Azərbaycanda qeyri-neft sektorunun son illər ərzində müşahidə edilən davamlı inkişaf tendensiyası beynəlxalq reytinq agentlikləri tərəfindən ölkənin reytinqinin yüksəltməsində də əsas kimi nəzərə alınır. 2012-ci ilin aprelində «Moody’s İnvestors Service» beynəlxalq reytinq agentliyi Azərbaycanın müstəqil reytinqini «Ba1»-dən «Baa3» həddinə qədər yüksəldib. Bu zaman Azərbaycanda qeyri-neft sektorunun sürətli inkişafı da reytinqin yüksəlməsinə səbəb olan amillərdən biri kimi göstərilib. Agentlik qeyd edir ki, hökumət Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə özəl sektoru fəal dəstəkləyir. Bu fond vasitəsilə təkcə 2010-cu ildə 100-dən çox şirkətə 125 milyon dollar məbləğində güzəştli kreditlər ayrılıb. Həmçinin 2011-ci ilin dekabr ayında digər nüfuzlu beynəlxalq reytinq agentliyi “Standart & Poor’s” Azərbaycanın xarici və daxili valyutada uzunmüddətli suveren kredit reytinqini bir pillə artıraraq “BBB-“ səviyyəsinədək qaldırıb və bununla da Azərbaycana investisiya reytinqi verib. Agentlik, həmçinin, Azərbaycanın xarici və daxili valyutada qısamüddətli suveren kredit reytinqini də bir pillə artaraq “B” səviyyəsindən “A-3” səviyyəsinə çatdırıb. Bu zaman əsas amillərdən biri kimi qeyri-neft sektorunda davamlı inkişaf nəzərə alınıb. Həmçinin iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına yönələn strategiyanın nəticələri olaraq Davos İqtisadi Forumunun reytinqində Azərbaycan iqtisadiyyatın rəqabətə davamlılığına görə 55-ci, MDB-də isə birinci yerdə göstərilib.

Beləliklə, Azərbaycan özünün zəngin neft-qaz ehtiyatlarından uzunmüddətli və davamlı iqtisadi inkişafa nail olmaq üçün uğurla faydalanmaqdadır. “Qara qızıl”ın qeyri-neft sektorunun inkişafı üçün aparıcı qüvvə olan insan kapitalına çevrilməsi, neft-qaz gəlirlərindən istifadə etməklə gələcəkdə bu gəlirlərdən asılı olmayan güclü, rəqabətədavamlı iqtisadiyyat qurulması strategiyası öz nəticələrini verməkdədir.

Qeyri-neft-qaz sektorunun inkişafının doğurduğu ümidlər: Neftin qiymətindən asılılığa səbəb qalmayacaq

İlin birinci yarısı geridə qalıb. Dövlət Statistika Komitəsi ölkə iqtisadiyyatının inkişafına dair məlumatları hələ ki açıqlamayıb. Ancaq hər şey bəllidir. Belə ki, inflyasiya əvəlkitək öz işində olsa da, ümumi daxili məhsul (ÜDM) istehsalı artmaqda, qeyri-neft-qaz sektoru isə bunun daxilində dominant rol oynamaqda davam edir və sair.

Yəni qısa yazmalı olsam, bahalaşmaya rəğmən, vəziyyət qənaətbəxş sayılır.

Sözüm bunda deyil. Ən çox sevindirici və ümidverici hal odur ki, qeyri-neft-qaz sektoru üzrə əlverişli dinamik situasiya davam edir. Bunun ümdə göstəricisi isə ixrac sayılır. Belə ki, 2022-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycandan ümumən 18 milyard 500 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilibsə, qeyri-neft sektoru üzrə bu rəqəm 1 milyard 500 milyon dollara bərabər olub.

Beləliklə də, qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 25,4%-dən çox artıb.

Bu, çox mühüm amildir. İxrac artırsa, demək, istehsal genişlənir, gəlir yüksəlir. Əvvəlki şərhlərimdə də yazdığım kimi, iqtisadiyyatda şəffaflığın genişləndirilməsi və kölgə iqtisadiyyatına qarşı mübarizənin gücləndirilməsi ilə açıq rəqabət mühitinin yaradılması sayəsində dövlət büdcəsinə proqnozlaşdırılan gəlirlərin, o cümlədən, qeyri-neft sektorundan vergilərin artıqlamasıyla təmini iqtisadi yüksəlişin dayanıqlı xüsusiyyət kəsb etməsi üçün əsas şərt sayılır.

Ümumiyyətlə, ölkəmizdə qeyri-neft sektorunun inkişafı artıq neçə illərdir hökumətin qarşısında prioritet hesab olunur ki, bu istiqamətdə bütün zəruri vasitələr və siyasət həyata keçirilir.

Xüsusən də 2014-2015-ci illərdə dünyada neftin qiymətinin kəskin şəkildə enməsi səbəbindən 2015-ci ildə manatın məzənnəsinin iki dəfə devalvasiyaya uğraması faktı 2016-cı ildən etibarən qeyri-neft sektorunun inkişafını əvvəlki illərdəkindən fərqli olaraq, daha fövqəladə bir məqsədə çevirib.

Bunu həmin ildən sonra qeyri-neft sektorunun inkişafı ilə bağlı hökumətin qəbul etdiyi qərar və sərəncamların, o cümlədən qanun və dövlət proqramları kimi müxtəlif sənədlərin sayı da sübut edir.

Hansı ki, bunlar əvvəlki illərlə müqayisədə xeyli artdı. Və bütün bunların icrası nəticəsində də son altı il ərzində çox böyük irəliləyişlər əldə edildi və bu irəliləyiş davam edir.

Bu, özünü ÜDM istehsalında qeyri-neft sektorunun payının yüksəlməsində, yuxarıda qeyd etdiyim kimi, qeyri-neft sahəsi üzrə ixracın və bu sektordan büdcəyə gəlirlərin artmasında göstərməkdədir.

Cari ilin yanvar-may ayları ərzində qeyri-neft-qaz sektoru üzrə ÜDM ötən ilin eyni dövrüylə müqayisədə 11 faiz artıb ki, ümumən sənaye məhsulu 3,3 faiz artdığı halda qeyri-neft-qaz sənayesi üzrə bu rəqəm 14,3 faiz təşkil edib.

Qeyd edim ki, dövlət büdcəsinə məhz qeyri-neft-qaz sektorundan gəlirlərin genişlənməsi sayəsində 2019-cu ildən bəri minimum əməkhaqqının və pensiyanın məbləğini, ümumiyyətlə sosial ödənişləri xeyli artırmaq mümkün oldu. Təkrar edirəm, bu, məhz qeyri-neft sektorundan əldə edilən gəlirlərin hesabına mümkün olub və olur.

Belə ki, dövlət başçısı İlham Əliyevin tapşırığı ilə bu ilin əvvəlindən icra olunmağa başlanan illik maliyyə tutumu 2,1 milyard manata bərabər, 3,4 milyon insanı əhatə edən sosial paket də qeyd etdiyim dayağa söykənir.

Yeri gəlmişkən, Prezident İlham Əliyev bir neçə gün öncə bu il üçün büdcəyə yenidən baxılması haqqında dəyişikliklər haqda yeni qanun layihəsini də imzaladı. Büdcəmizin gəlirləri və xərcləri artırıldı.

Bu özü də məhz qeyri-neft sektorundan gələn gəlirlərin hesabınadır. Odur ki, bütün bunlar qeyri-neft sektorunda inkişaf olduğunu və bunun davam etdiyini göstərir.

Bəli, qeyd oluna bilər ki, neftin qlobal bazar qiymətləri də son illər ərzində bizim üçün əlverişli həddədir və bunun da rolu var. Ancaq sosial istiqamətdə həyata keçirilən artımlar təkcə neft gəlirlərimizin hesabına deyil. Cari ilin dövlət büdcəsinə dəyişikliklər də sırf neftin qiyməti ilə bağlı olmadı və buna əsasən qeyri-neft-qaz sektorundan əldə olunan gəlirlər rəvac verdi.

Qeyd olunana misal olaraq büdcəyə yenidən baxılması nəticəsində Neft Fondundan tranfert məbləğinin nəinki artırılmaması, azaldılmasını göstərmək olar.

Ümumiyyətlə, cari il ərzində dövlət büdcəmizin ümumi gəlirlərinin 54,8 faizini və yaxud 14 milyard 690 milyon manatını neft, 45,2 faizini və ya 12 milyard 126 milyon manatını isə qeyri-neft-qaz sektorundan daxilolmalar təşkil etməlidir.

Bəs qeyri-neft-qaz sektorunun bu tempdə inkişafı yaxın gələcəkdə nə vəd edir?

Ölkədə sözügedən sektorun daha sürətli inkişafı istiqamətində işlər davam etdirilir. Hökumət qeyri-neft-qaz sektorunun bütün istiqamətlərdə inkişaf etməsinə nail olmaq istəyir.

Belə ki, sektor üzrə ixracın genişləndirilməsi ilə yanaşı, çeşidin artırılmasına da cəhd göstərilir.

Odur ki, hesab edirəm, yaxın perspektivdə bu sektorda gəlirlərimiz bir az da arta bilər və artacaq da. Ümumiyyətlə, ÜDM istehsalında qeyri-neft sektorunun payı neft sektorunun payını ötəcək.

Dövlət büdcəmizin mədaxilində qeyri-neft sektorundan əldə etdiyimiz gəlirlər neft-qaz sektorundan əldə etdiyimizlə bərabərləşəcək.

Buna nail olsaq, dünya bazarında neftin qiymətindən asılı olmağımıza səbəb qalmayacaq. Və mövcud makroiqtisadi sabitlik daha möhkəm xarakter daşıyacaq.

Başqa sözlə, dünya bazarlarında neftin qiymətinə bağlı olmağımız fövqəl xarakter daşımayacaq.

Comments are closed, but trackbacks and pingbacks are open.