Press "Enter" to skip to content

Azərbaycan Dövlət İqtİsad Unİversİtetİ Qİda məhsullarının texnologiyası kafedrası Fənn: İaşə müəssisələrinin avadanlıqları

Bu ixtisas üzrə təhsil almaq istəyən abituriyentlər Azərbaycan Respublikası üzrə 6 təhsil məkanında təhsil ala bilərlər:

Qida məhsullarının texnologiyasının nəzəri əsasları

“Qida məhsulları mühəndisliyi” ixtisası üzrə təhsil alan bakalavr tələbələr müasir qida texnologiyalarının yaradılmasında əsas nəzəri və praktiki istiqamətləri, qida məhsullarının istehsalında müasir tədqiqat üsullarını, texnoloji metodları, nanotexnoloji üsulları, qida qatqıları, bioloji aktiv əlavələrin sağlam, keyfiyyətli qida məhsullarının alınmasında tətbiqini, keyfiyyətin normallaşdırılması, məhsulların standartlaşdırılması, təhlükəsiz məhsul istehsalını, klassik və modern qida nəzəriyyələrini, texnologiyaların mikrobioloji, reoloji, biokimyəvi əsaslarını, xammal və qida məhsullarının xarab olma səbəbləri və onların aradan qaldırılması üçün tələbləri, qida istehsalı sahəsində mövcud olan beynəlxalq qanunvericilik, normativ–texniki sənədlər, qida məhsullarına və müəssisələrinə olan təhlükəsizlik tələblərini öyrənir. Həmçinin Avropa Direktikləri və yerli standartların tələbləri, “Tarladan süfrəyə” prinsipinə əsaslanan təhlükəsiz məhsul istehsalı, mövcud risklər, risklərin minimuma endirilməsi və idarə olunmasını öyrənir.

Bu ixtisas üzrə təhsil almaq istəyən abituriyentlər Azərbaycan Respublikası üzrə 6 təhsil məkanında təhsil ala bilərlər:

  • Azərbaycan Dövlət İqtisad Universiteti (Azərbaycan və rus bölməsi),
  • Azərbaycan Turizm və Menecment Universiteti,
  • Azərbaycan Kooperasiya Universiteti,
  • Azərbaycan Dövlət Aqrar Universiteti,
  • Lənkəran Dövlət Universiteti,
  • Azərbaycan Texnologiya Universiteti.

Dərslər laboratoriya şəraitində keçirilir. Bu sahədə uğur qazanmaq istəyən tələbələr labarotoriya dərslərdə fəal iştirak etməlidirlər. Bundan əlavə olaraq, hər bir təhsil ocağımızda Bu ixtisas üzrə təhsil alan tələbələr mütəmadi olaraq Azərbaycan Respublikasında yerləşən zavodlara gedib qida texnologiyasının prosesi haqqında yaxından tanış ola bilirlər. Lakin Azərbaycan universitetlerində bu ixtisas üzrə bir mənfi cəhəti var. Yüksək səviyyədə laoaratoriyaların olmamasıdır. Praktiki dəsrlərin nəzəri dərslərdən az olmasıdır. Amma əlavə etmək istərdim ki, son illərdə Azərbaycan Dövlət İqtisad Universiteti böyük bir uğur əldə etmiş olub. Yeni tikilən Nizami korpusu və oraya köçürülən həmin ixtisas yeni laboratoriya və cihazlar ilə təmin edilmişdir.

Qeyd etmək istərdim ki, Azərbaycan Dövlət İqtisad Universitetinin Qida məhsulları mühəndisliyi kafedrasında tədris edən müəllimlərin yetəri qədər elmi əsərləri var. Hansıları ki, tədris zamanı oxuyub öyrənməyə şiddətlə tövsiyə edirəm. Bu sahənin müəllimləri və professorları Rusiyada və Belarusiyada təhsil almış müəllimlərdir. Hansılar ki, qida məhsulları texnologiyalarına, proses və aparatlarına, onların etnoqrafiyasına həsr olunmuş müxtəlif aspektdə materiallarının əksəriyyəti respublikamızdan kənarda – ABŞ-da, Almaniyada, Rusiyada, Türkiyədə, Belarusiyada, Ukraynada və digər ölkələrdə çap olunmuşdur. Görülən elmi işlərin çoxu funksional əhəmiyyətli qida məhsulları istehsalının texnologiyalarına və bu sahənin avadanlıq və aparatlarının yaradılması və tədqiqinə həsr edilmişdir. Kafedra əməkdaşları elm sahəsində qrantlar almış, beynəlxalq elmi müsabiqələrdə iştirak etmişlər.

Əslində, Qida məhsuları mühəndisliyi ixtisası ümumi qida üzrə olan bir ixtisasdır. Lakin təxminən 8-9 il öncə bu ixtisas səpələnib 5 istiqamət üzrə tədris olunurdu. Lakin artıq bakalavrda təhsil alan tələbələr hər 5 istiqamət üzrə biliklərə yiyələnə bilirlər. Bu ixtisasdan təhsil alan tələbələr ilk 1-ci kursdan artıq bir istiqaməti seçib həmin istiqamətə doğru yiyələnməlidirlər. Bakalavrda hər 5 istiqamət üzrə ümumi məlumat verilir. Bu həm yaxşı hal ola bilər, həm də pis. Bunun üçün də hər bir tələbəyə şiddətlə tövsiyə edirəm ki, ilk 1-2-ci kursdan gələcək peşəyə doğru gedib əlavə materiallar oxusunlar.

Hər bir tələbə tezdən-gecdən olsa da, ağlına gələn sual “magistraturanı xaricdə təhsil almalıyam?” Buna cavabım MÜTLƏQ! Hal-hazırda sadaladıqlarım təhsil müəssisələrimizdə Avropa səviyyəsində olan cihazlarımız yoxdur. Tələbələr, adətən, əziyyət çəkirlər. Çünki Qida məhsulları mühəndisliyi ixtisası praktiki ixtisas olaraq hər laboratoriya dərsini gözlə görüb praktika etməlidirlər.

Bu ixtisas üzrə təhsilini başa vuran məzunlar qida sənayesinin istənilən sahəsində süd və süd məhsulları, balıq və balıq məhsulları, ət və ət məhsulları, şərabçılıq, çörək və qənnadı məmulatları istehsal edən müəssisələrdə, elmi tədqiqat laboratoriyalarında, iaşə müəssisələrində mühəndis-texnoloq, qida təhlükəsizliyi üzrə menecer, laboratoriya mütəxəssisi və s. kimi vəzifələrdə çalışa bilər.

İkinci sual isə hər bir tələbənin “Necə karyera qura bilərəm?”, Karyeram üçün nə etməliyəm?” olur. Buna isə qısa cavabım olacaq. İSSO standartları kurslarına qatılmaq, zavodlarda praktika almaq və praktiki nəzəriyyəsini öyrənmək. Məsləhət görərdim ki, ilk addımlarını AQTA-da başlasınlar. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi – Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair “Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək, qida təhlükəsizliyinə nəzarət sistemini təkmilləşdirmək, bu sahədə şəffaflığı daha da artırmaq məqsədi ilə yaradılmış orqandır.

Hamıya məlum olduğu kimi universiteti bitirdikdən sonra hər bir bakalavr təhsili almış tələbələr ilk işləri ilə əziyyət çəkirlər və onlardan staj tələb olunur. Lakin hər biri bakalavr olaraq nəzəri biliklərini artırıb, bəzi ixtisas təlimi, seminarlar və kurslarda iştirak edərək universiteti bitirdikdən sonra zavodlara işlə bağlı müraciət edə bilərlər.

Eyyubov Elxan eyyubovelkhan@gmail.com

Bakalavr təhsili – Qida məhsulların mühəndisliyi “ADİU”

Master təhsili – Safety in the food chain “Universität für Bodenkultur, Wien (BOKU)”

Çalışdığım sahə – Qida Təhlükəsizliyi və Keyfiyyət Təminatı köməkçisi.

Qida mühəndisliyi ilə bağlı videomüsahibəyə burdan baxa bilərsiniz.

Qida mühəndisliyi ilə bağlı digər məqaləmizə burdan baxa bilərsiniz.

Azərbaycan Dövlət İqtİsad Unİversİtetİ Qİda məhsullarının texnologiyası kafedrası Fənn: İaşə müəssisələrinin avadanlıqları

1 Azərbaycan Dövlət İqtİsad Unİversİtetİ Qİda məhsullarının texnologiyası kafedrası Fənn: İaşə müəssisələrinin avadanlıqları Tərtib etdi: b/m, i.e.d. Nəsrullayeva G.M.

2 MÖVZU 13. ISTILIK AVADANLILQARI PLAN 1.İstilik avadanlıqlarının ümumi quruluş prinsipi və təsnifatı 2.Aparatların istilik balansı 3. Çoxqatlı müstəvi və silindrik divarlardan istilikötürmə

3 İstilik avadanlıqlarının ümumi quruluş prinsipi və təsnifatı Qida istehsalı texnologiyasının müxtəlif sahələrində qida məhsullarının emalı prosesində müxtəlif təyinatlı istilik mübadiləsi aparatlarından geniş istifadə olunur. İstilik aparatlrının təyinatından və onların növündən asılı olmayaraq ümumi əsas aşağıdakı hissələrdən ibarətdir: Işçi kameradan, qızdırma qurğusundan, gövdədən, istilik izolyasiyasından, örtükdən və nəzrət-ölçü cihazından.

4 Müxtəlif forma və ölçülərə malik olan işçi kamerad qida məhsullarının isti emal prosesləri aparılır. Işçi kameralar tərpənən və tərpənməz ola bilər. Qızdırma qurğusunda müxtəlif növ enerjinin istiliyə çevrilməsi nəticəsində yaranmış istilik işçi kameranın divarına verilir. Qızdırma qurğusu istilik mənbəyindən asılı olaraq bərk və qaz yanacaqla işləyən aparatlarda ocaqlıq, buxar aparatlarında buxar köynəyi, elektriklə işləyən aparatlarda-buxar generatoru adlanır. Bir neçə aparatlarda (məsələn, elektrik qızartma şkaflarında) qızdırm qurğusu bilavasitə işlək kamerada yerləşir.

5 Gövdə-aparatın əsas hissəsi olub, bütün qovşaq və hissələri quraşdırmaq üçündür. Bəzən çatı gövdə ilə birlikdə bütöv hazırlanır. Istilik izolyasiyası istiliyin ətraf mühitə itgisinin azaldılması və aparatda qulluq edən heyətin yanmadan mühafizəsi üçün xidmət edir. Örtük hissəsi izolyasiya materialını zədələnmədən qoruyur və aparatın xarici görünüşünə gözəllik verir.

6 Ölçü-nəzarət cihazları aparatın işə qoşulması, dayandırılması və düzgün istismarı üçün təyin edilmişdir. Bunlara klapan-turbin, ikiqat qoruyucu klapan, manometr, səviyyə kranı, boşaltma qısaborusu olan kran daxildir.

7 Emal və kütləvi qidalanma müssisələrində tətbiq olunan istilik avadanlıqları texnoloji təyinatından asılı olaraq universal və xüsusi təyinatlı ixtisaslaşıdırlmış avadanlıqlara bölünürlər. Universal apartalarda misal olaraq pilətələri göstərmək olar və bu tip aparatlarda demək olar ki, qida məhsullarının mövcud olan isti emal üsullarını həyata keçirmək mümükündür.

8 İxtisaslaşdırılmış avadanlıqlar bişirmə, qızartma və köməkçi avadanlıqlara ayrılırlar. Bişirmə avadanlıqlarına qazanlar, avtoklavdalar, vakkum aparatlar və s. daxilidir. Qızartma avadanlıqlarına tavaları, frityur aparatlarını,şkafları misal göstərmək olar. Köməkçi avadanlıqlara isə marmitlər, istilik dayaqları və s. daxildir.

9 Istilik avadanlıqları qızdırlma üsulundan asılı olaraq kontakt və səthi istilik mübadiləsi aparatlarına bölünürlər. Səthi istilik mübadiləsi aparatları öz növbəsində bilvasitə və vasitəli üsulla qızdırılma aparatlarına ayrılırlar. Bu aparatlarda istilik isti axından, yəni temperaturu yüksək olan mühitdən soyuq axına, yəni temperaturu aşağı olan mühitə, onları ayıran metal divarın istilik-mübadilə səthi vasitəsilə verilir. Istilik mübadiləsi qurğularının quruluşu və təsnifatı xüsusi ədəbiyyatlarda verilir.

10 Enerji mənbəyini növündən asılı olaraq müəssisələrdə tətbiq olunan istilik avadanlqıları dörd qrupa bölünürlər: 1.elektrik; 2. qaz; 3buxar; 4.bərk və maye yanacaqlarla işləyən aparatlar.

11 Elektriklə qızdırlan aparatların əsas elementlərindən biri elektrik qızdırıcılarıdır. Bu qrup aparatlardan müəssisələrdə geniş istifadə edilməsi ilk növbədə istilik rejiminin tənzimlənməsi mümkünlüyü, sanitar-gigiyenik şəratitin yaxşı olması, həmçinin enerji sərfinin dəqiq hesablanması, aparatların konstruksiyasının sadə olması və s.ilə bağlıdır.

12 Qazla qızdırılan istilik avadanlığının bərk yanacaqla işləyən aparatlara nisbətən əhəmiyyətli üstünlükləri vardır. Həmin aparatlarda istilik emalı prosesi avtomatlaşdırılmışdır, bu isə qaz sərfini azaldır və xidmətçi heyətin işini yüngülləşdirir. Bu apartaların əsas hissəsi qaz odluqlarıdır.

13 Buxar ilə qızdırılan aparatlarda nəm doymuş buxar işlədilir, çünki yaxşı istilikvermə qabiliyyətinə malikdir və soyuyarkən ondan çoxlu istilik ayrılır. Nəm doymuş buxar, buxar köynəyinə və ya buxarla qızıdırılan aparatların spiral borusuna daxil olaraq soyuyur, suya çevrilir və aparatın içərisindəki məhsulu qızdırır.

14 Bərk və maye yanacaqla işləyən avadanlığın yanacaq yandırmaq üçün ocaqlığı vardır. Ucuz yerli bərk və maye yanacaqla zəngin olan yerlərdə belə avadanlığın tətbiqi iqtisadi cəhətdən əlverişlidir. Lakin bu avadanlıqlar müasir texnoloji və texniki tələblərə, habelə sanitariya tələblərinə cavab vermir

15 Istilik avadanlıqlarının istismarı təcrübəsi göstərmişdir ki, bu aparatların iqtisadi səmərələliyi ilk növbədə onların istehsalatda yerləşdirilmə prinsipindən asılıdır. Bununla bağlı hazırda sənayemiz texnoloji təyinatlı müxtəlif xətlərin komplektəlşdirilməsi üçün seksiyalı modullaşdırılmış avadanlıqların istehsalata tətbiqinə xüsusi fikir verir.

16 Qida istehsalının emal müəssisələrin də tətbiq olunan aparatların konstruksiyasının müxtəlif olmasına baxmayaraq onların istilik balanslarının tətbiqi məlum olan enerjinin saxlanması qanuna əsaslanmışdır

17 Bərk yanacaqla qızıdırlan apartalar üçün istilik balansı aşağıdakı tənliklə ifadə edilir. Q=Q 1 +Q 2 +Q 3 +Q 4 +Q 5 +Q 6 Qazla qızıdırlan aparatların istilik balansı tənliyi aşağıdakı ifadə ilə təyin edilir: Q=Q 1 +Q 2 +Q 3 +Q 5 +Q 6

18 Elektrik və buxarla qızıdırlan aparatlar üçün Q=Q 1 +Q 5 +Q 6 Məhsulun bişirilmə prosesinə sərf olunan nəzəri faydalı istilik aşağıdakı düsturla hesablanır: Q 1 =G 0 C M (t c -t b.o. )+Wc(t q -t b )+Wr

19 G 0 bişirmə kamerasına tökülmüş qida məhsullarının ümumi miqdarı, kq; G 0 =d 1 +d 2 +d d N

Qida məhsullarının texnologiyasının nəzəri əsasları

2018-09-28 15:40:00

Texnika elmləri sahəsində doktorantura ixtisasları – SİYAHI

Doktorantura ali təhsil bazasında elmi və elmi-pedaqoji kadr hazırlığını, ixtisas və elmi dərəcələrinin yüksəldilməsini təmin edir. Doktorantura təhsili ali təhsilin ən yüksək pilləsi olaraq ali təhsil müəssisələrində və elmi təşkilatlarda yaradılan doktoranturalar (hərbi təhsil müəssisələrində adyunkturalar) vasitəsilə həyata keçirilir. AzEdu.az “Texnika elmləri” bölməsi üzrə ixtisasları təqdim edir: Aviasiya texnologiyası və mühəndisliyi; Biokimyəvi texnologiya; Kimya texnologiyası və mühəndisliyi; Kompüter qurğuları və texnologiyası; Tikintinin texnologiyası və təşkili; İnşaat mexanikası; İnşaat konstruksiyaları, bina və qurğular; Özüllər və bünövrələr, yeraltı qurğular; Mühəndis-kommunikasiya sistemləri; İnşaat və yol maşınları; İnşaat materialları və məmulatları; Hidrotexniki tikinti; Nəqliyyat qurğuları; Hidravlika və mühəndis hidrologiyası; Elektrotexnika, elektrotexnika mühəndisliyi; Elektron texnologiyası; Ətraf mühitin texnologiyası və mühəndisliyi; Qida məhsullarının texnologiyası; Sənaye texnologiyası; Cihazqayırma texnologiyası; Təbii mühitə, maddələrə, materiallara və məmulatlara nəzarət cihazları və üsulları; Materiallar texnologiyası; Maşınqayırma texnologiyası; Maşınlar, avadanlıqlar və proseslər; Tibbi texnologiya; Metallurgiya texnologiyası; Metal məhsulları texnologiyası; Avtomobil texnikası; Gəmiçilik texnikası; Gəmiçilik və su nəqliyyatının istismarı; Gəmiqayırma və gəmi təmiri texnologiyası; Nüvə texnologiyası; Neft-qaz-daş kömür emalı və texnologiyası; Enerji texnologiyası; Dəmiryol texnikası; Kosmik texnika; Yer kürəsinin aerokosmik tədqiqatları, fotoqrammetriya; Uçan aparatların layihələndirilməsi, konstruksiyası və istehsalı; Yerüstü komplekslər, buraxılış avadanlıqları, uçan aparatların və onların sistemlərinin istismarı; Uçan aparatların və onların sistemlərinin sınağı, onlara nəzarət; Uçan aparatların hərəkətinin dinamikası, ballistikası və idarə olunması; Məsafədən aerokosmik tədqiqatlar; Telekommunikasiya texnologiyası; Radiotexnika, radionaviqasiya, radiolokasiya, televiziya sistemləri və qurğuları; Toxuculuq və yüngül sənaye materiallarının və məhsullarının texnologiyası; Nəqliyyat sistemləri texnologiyası; Xüsusi əməliyyatlar texnologiyası; Mühəndis həndəsəsi və kompüter qrafikası; Robotlar, mexatronika və robot texnikası sistemləri; Maşın və mexanizmlər nəzəriyyəsi; İstehsalın təşkili (sahələr üzrə); Dəniz neft-qaz-mədən qurğuları; Nəzəri elektrotexnika; Metrologiya və metroloji təminat; İnformasiya-ölçmə və idarəetmə sistemləri (sahələr üzrə); Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə); İnformasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi; Elektrotexniki sistemlər və komplekslər; Elektrik stansiyaları (elektrik hissəsi) və elektroenergetik sistemlər; Sənaye istilik energetikası; İstilik elektrik stansiyaları (istilik hissəsi); İstilik texnikasının nəzəri əsasları; Yüksək gərginliklər texnikası; Geoloji kəşfiyyat işlərinin texnologiyası; Dağ texniki sistemlərinin layihələndirilməsinin nəzəri əsasları; Nanotexnologiya və nanomateriallar (sahələr üzrə); Membranlar və membran texnologiyası; Qaz emalı proseslərinin kimyası və texnologiyası; Daşınma proseslərinin idarə edilməsi; Naviqasiya və havada hərəkətin idarə edilməsi; Hava nəqliyyatının istismarı; Su yolları və hidroqrafiya; Neft-qaz kəmərlərinin, bazalarının və anbarlarının tikilməsi və istismarı; Dokumentalistika, sənədşünaslıq və arxivşünaslıq; Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq; İnformasiya sistemləri və prosesləri, informatikanın hüquqi aspektləri; Fövqəladə hallarda təhlükəsizlik(sahələr üzrə); Yanğın və sənaye təhlükəsizliyi(sahələr üzrə); Nüvə və radiasiya təhlükəsizliyi; Bərk cism elektronikası, radioelektron komponentləri, mikro və nanoelektronika.

Nəzrin Cavid

Bu bölməyə aid digər xəbərlər

Doktoranturaya qəbul qaydasında dəyişiklik edildi

2023-03-10 12:10:00

BMU Həmkarlar İttifaqı Komitəsinin hesabat iclası keçirilib

2023-02-18 12:41:00

Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü vəfat edib

2022-05-14 11:10:00

Ötən ay müdafiə edilən dissertasiyaların sayı açıqlandı

2022-03-03 10:48:00

“2019-2023 Dövlət Proqramı” öz bəhrələrini verir

2021-07-30 13:17:00

Famil Mustafayev: 2021-ci ilin mart–iyun ayları ərzində 248 dissertasiya müdafiəsi keçirilib

2021-07-07 12:53:00

Doktoranturada təhsil alanlar əsasən iqtisad və aqrar elm sahələrini seçiblər

2021-06-11 17:39:00

Doktorantura proqramı həyata keçirən müəssisələrdə təhsil alanların sayı artdı

2020-10-06 13:07:00

AzTU-da doktoranturaya sənəd qəbulu davam edir

2020-09-20 14:06:00

AzTU-da doktoranturaya sənəd qəbulu davam edir

Comments are closed, but trackbacks and pingbacks are open.