Press "Enter" to skip to content

Rayona avtobusla gedənlərin NƏZƏRİNƏ – Yeni qiymət CƏDVƏLİ – VİDEO

Endirimdən sonra hansı istiqamətdəki uçuşların bileti neçəyə olacaq?.

AZAL yeni qiymətləri açıqladı (QİYMƏT CƏDVƏLİ)

Endirimdən sonra hansı istiqamətdəki uçuşların bileti neçəyə olacaq?.

Azərbaycan Hava Yolları aviabiletlərin qiymətinin endirilməsi məsələsinə aydınlıq gətirib. AZAL-dan BAKU.WS-ə verilən məlumata görə, prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında aviabiletlərin qiymətlərinə yenidən baxılması və azaldılması ilə bağlı konkret tapşırıq verib.

Dövlət başçısının tapşırığına uyğun olaraq, “Azərbaycan Hava Yolları” QSC (AZAL) aidiyyəti dövlət qurumları ilə birlikdə aviabiletlərin qiymətlərinin təhlilini aparıb və qiymətlərin aşağı salınması üçün müvafiq tədbirlər həyata keçirib.

Artıq bu istiqamətdə ilkin addımlar atılıb və bu barədə ictimaiyyətə məlumat verilib.

Bununla belə, aviabiletlərin qiymətləri ilə bağlı AZAL-ın məlumat bürolarına çoxsaylı müraciətlər daxil olur. Bu məsələyə böyük marağın olmasını nəzərə alaraq, AZAL aviabiletlərin qiymətləri ilə bağlı yenilikləri bir daha əhalinin diqqətinə çatdırır.

Dövlət başçısının aviabiletlərin qiymətlərinin azaldılması ilə bağlı tapşırığına uyğun olaraq müvafiq araşdırmalar aparılıb və avqustun 1-dən etibarən bütün beynəlxalq istiqamətlər üzrə ekonom-klass tariflərinə 20-30% arasında endirim tətbiq olunmasına qərar verilib. Bu, AZAL-ın əhalinin daha çox istifadə etdiyi marşrutları üzrə aşağıdakı şəkildə öz əksini tapıb:

– Bakı-Moskva-Bakı reysi üzrə aviabiletlərin qiyməti 406 avrodan 321 avroya (85 avro və ya 21% ucuz),
– Bakı-İstanbul-Bakı marşrutu üzrə 277 avrodan 219 avroya (58 avro və ya 21% ucuz),
– Bakı-Dubay-Bakı reysi üzrə 272 avrodan 216 avroya (56 avro və ya 21% ucuz) endiriləcək.

Aviabiletlərin qiymətlərinin aşağı salınmasından sonra Bakı-Roma-Bakı reysi üzrə biletlərin qiymətində 112 avro (22%), Bakı-Lvov-Bakı üzrə 141 avro (30%), Bakı-Pekin-Bakı marşrutu üzrə 116 avro (23%), Bakı-Nyu-York-Bakı marşrutu üzrə 158 avro (21%) və s. endirim tətbiq olunacaq.

Ən aşağı qiymət sinfi üzrə yerlərin sayı artırılaraq, biznes-klassdan başqa digər bütün yerlərin 30%-dən az deyil və təyyarənin tipindən asılı olaraq, 32-61 arasında dəyişir. Məsələn, Bakıdan Tehrana, Aktauya, Kazana və s. uçan təyyarələrdə ən aşağı qiymət sinfi üzrə yerlərin sayı 32-dirsə, Pekin, London, Sankt-Peterburq, Moskva, Antaliya, Bodrum, İzmir və Dalamanda 48, İstanbul reysində 53, Nyu-York reysində isə 61-dir və s.
Bundan başqa, AZAL daha çox tələbatın olduğu 4 marşrut üzrə aşağı büdcəli sərnişindaşıma xəttləri (“lou-kost”) təcrübəsinin tətbiqinə başlamışdır. Belə ki, bu ilin avqust ayından etibarən Bakı-Antalya-Bakı reysi üzrə həftədə 3 dəfə, sentyabrdan başlayaraq Bakı-İstanbul-Bakı reysi üzrə hər gün 1 uçuş, oktyabrdan başlayaraq hər gün Bakı-Moskva-Bakı istiqaməti üzrə 2 uçuş, Bakı-Dubay-Bakı reysi üzrə bir uçuş həyata keçiriləcək.
Yeni reyslərin başlama tarixinin müxtəlif olması aviaxətlərə xidmət göstərilməsi üçün xarici hava limanları ilə müqavilələrin imzalanması və uçuş icazələrinin alınması ilə əlaqədardır.

Standart “lou-kost” modelindən fərqli olaraq AZAL-ın “lou-kost” xətlərinin özəl üstünlükləri var. Qeydiyyat zamanı biletlərdə konkret yerlər göstəriləcək və təyyarənin salonunda yer seçimi üçün əlavə ödənişin alınmayacaq. Uçuşlar “Embraer” təyyarələri ilə həyata keçiriləcək. Qeyd etmək lazımdır ki, bu təyyarənin salonundakı bütün yerlər eyni rahatlığa malikdir.

Bu istiqamətlər üzrə aviabiletlərin qiyməti (bütün rüsumlar daxil olmaqla) sabit olacaq və bir tərəfə 99 avro təşkil edəcək. Bu isə o deməkdir ki, 99 avro ödəyən sərnişin əl yükü ilə birgə nəzərdə tutulan istiqamətlərə uça biləcəkdir. Sərnişinlər hər bir baqaj üçün əvvəllər bəyan edildiyi kimi 50 manat deyil, 25 avro ödəyəcəklər.
AZAL-ın bütün reyslərinə biletləri on-line rejimində (www.azal.az) bronlaşdırmaq və əldə etmək mümkün olacaq. Bu isə, sərnişinlərə hansı istiqamətə hansı növ biletin mövcudluğu və qiymətləri barədə müfəssəl məlumat əldə etmək və aviabilet satışı agentlərinə komissiya haqqı ödəmədən birbaşa və ucuz bilet almaq imkanı yaradır.

Qeyd edək ki, Bakı-Antalya aşağı büdcəli reyslərə biletlərin satışına 24 iyulda başlanılmışdır və iki gün ərzində 7 avqust reysinə bütün biletlər satılıb.
Yuxarıda qeyd olunanlardan göründüyü kimi, aviaxidmətlərdən istifadə etmək istəyənlər üçün geniş seçim imkanları yaradılıb.

Bundan başqa, AZAL-ın əksər marşrutları üzrə Turkish Airlines, Aeroflot, Sibir, Flydubai, Ukrayna Beynəlxalq Hava Yolları, Qatar Airways, Air Astana, British Airways, Lufthansa, Belavia və digər rəqib xarici aviaşirkətlər uçuşlar həyata keçirir. Heydər Əliyev Hava Limanında bütün aviaşirkətlər üçün, eləcə də lou-kosterlər üçün bərabər imkanlar yaradılmışdır. Macarıstanın “WizzAir” şirkətinə gəldikdə, onlara cari ildən mütəmadi reyslərin bərpası üçün 3 il müddətinə xüsusi, güzəştli şərtlər təklif edilmişdir. Hazırda Macarıstan tərəfinin cavabı gözlənilir.

Bundan başqa, Azərbaycanın bütün hava limanlarında xarici şirkətlər tərəfindən 3-cü ölkələrə (tranzit) uçuşların həyata keçirilməsi üçün imkan yaradılıb.

Daha aydın müqayisə üçün AZAL-ın beynəlxalq uçuşları üzrə aviabiletlərinin yeni qiymətləri barədə ətraflı məlumat aşağıda verilmiş cədvəldə göstərilib.

“Azərbaycan Hava Yolları”-nın reyslərinə biletlərin ən aşağı qiymətləri.

Rayona avtobusla gedənlərin NƏZƏRİNƏ – Yeni qiymət CƏDVƏLİ – VİDEO

Şəhərlərarası (rayonlararası) avtobus marşrutlarında məsafəyə uyğun sərnişin biletlərinin yeni tarifləri elan olunub.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Beynəlxalq Avtovağzalından bildirilib.

Məlumatda qeyd edilib ki, qiymətlər Tarif (qiymət) Şurasının 31.01.2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş tarifə uyğun hesablanaraq hazırlanıb.

Yeni qiymətlər sabahdan, yəni fevralın 3-dən qüvvəyə minir.

Qeyd edək ki, Tarif (qiymət) Şurasının 31 yanvar 2023-cü il tarixində keçirilən növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılmış və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.

Müraciətlərdə sonuncu tənzimləmədən ötən müddətdə ehtiyat hissələrinin idxal qiymətinin və təmir xərclərinin artmasının sərnişindaşımada maya dəyərinə ciddi təsiri, daşıyıcı şirkətlərin maliyyə vəziyyəti, avtobus parklarının yenilənməsi və xidmətin davamlılığının təmin edilməsi ilə bağlı məsələlərin tarif tənzimlənməsinə zərurət yaratdığı bildirilir. Məlumat üçün qeyd edək ki, şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası, həmçinin şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tariflərin yuxarı həddi və metroda sərnişindaşıma xidmətinin tarifi ilə bağlı sonuncu qərar 2018-ci ilin avqust ayında qüvvəyə minib.

Tarif (qiymət) Şurasının iclasında təklif olunan müxtəlif tarif artımı variantları nəzərdən keçirilmiş, dövlətin sosial siyasətinə uyğun olaraq, sosialyönümlülük nəzərə alınmaqla ən optimal variant seçilmişdir. Təkliflərin dəyərləndirilməsi zamanı xidmətin dayanıqlılığının təmin olunması, istehlakçı ilə xidmət göstərənin maraqlarının uzlaşdırılması, iqtisadi əlverişlilik, müştəri məmnuniyyəti, xidmət səviyyəsinin yaxşılaşdırılması kimi amillər əsas götürülüb.

Aparılan müzakirələrdən sonra 10 qəpik artırılmaqla metroda sərnişindaşıma tarifi 1 gediş üçün 40 qəpik, ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilmişdir. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunub (əvvəlki tarif 2,4 qəpik).

Yeni tariflər:

Bakıdan- şəhər və rayonlara “Məsafə
(km)”
“Tariflər
(manatla)”
1 Ağcabədi 306.0 9.2
2 Ağdam 351.0 10.5
3 Ağdaş 265.0 8.0
4 Ağstafa 442.0 13.3
5 Ağsu 153.0 4.6
6 Arabaçı 483.0 14.5
7 Aşağı Ağcakənd 349.0 10.5
8 Astara 317.0 9.5
9 Balakən 441.0 13.2
10 Bərdə 305.0 9.2
11 Beyləqan 291.0 8.7
12 Böyük Qışlaq 463.0 13.9
13 Çayrəsullu 488.0 14.6
14 Cəlilabad 211.0 6.3
15 Daşburun 265.0 8.0
16 Daşkəsən 386.0 11.6
17 Daş Salahlı 470.0 14.1
18 Əhmədbəyli 295.0 8.9
19 Əliabad (Lerik) 327.0 9.8
20 Fərzalı 483.0 14.5
21 Fizuli 323.0 9.7
22 Gədəbəy 432.0 13.0
23 Gəncə 348.0 10.4
24 Goran 307.0 9.2
25 Goranboy 313.0 9.4
26 Göyçay 253.0 7.6
27 Göygöl 358.0 10.7
28 Hacıhətəmli 234.0 7.0
29 Həzrə 235.0 7.1
30 Hindarx 330.0 9.9
31 Horadiz 299.0 9.0
32 Imişli 258.0 7.7
33 İsalı 479.0 14.4
34 İsmayıllı (Kürdəmirdən) 260.0 7.8
35 İvanovka (Gədəbəy) 477.0 14.3
36 Kəmərli 515.0 15.5
37 Kürdəmir 189.0 5.7
38 Lahıc 242.0 7.3
39 Lənkəran 272.0 8.2
40 Lerik 329.0 9.9
41 Mahrızlı 370.0 11.1
42 Masallı 236.0 7.1
43 Mingəçevir 308.0 9.2
44 Nabran 219.0 6.6
45 Naftalan 326.0 9.8
46 Novosaratovka 463.0 13.9
47 Oğuz 348.0 10.4
48 Qabaqçöl (Balakən) 459.0 13.8
49 Qaradağlı 391.0 11.7
50 Qax 402.0 12.1
51 Qazax 454.0 13.6
52 Qəbələ (Kürdəmirdən) 315.0 9.5
53 Qəribli (Tovuz) 476.0 14.3
54 Qırmızı Körpü 494.0 14.8
55 Qoşabulaq 462.0 13.9
56 Quba 167.0 5.0
57 Qusar 177.0 5.3
58 Quzanlı 356.0 10.7
59 Saatlı 191.0 5.7
60 Sabirabad 176.0 5.3
61 Şabran 122.0 3.7
62 Şamaxı 116.0 3.5
63 Saratovka 472.0 14.2
64 SDK 210.0 6.3
65 Şəki 352.0 10.6
66 Şəmkir 385.0 11.6
67 Siyəzən 100.0 3.0
68 TərTər 324.0 9.7
69 Tovuz 424.0 12.7
70 Ucar 235.0 7.1
71 Xaçmaz 157.0 4.7
72 Xaçmaz (Oğuz) 333.0 10.0
73 Xudat 182.0 5.5
74 Yalama 200.0 6.0
75 Yardımlı 292.0 8.8
76 Yevlax 280.0 8.4
77 Zaqatala 418.0 12.5
78 Zəngilan 379.0 11.4
79 Zərdab 266.0 8.0

Köhnə tariflər:

Könül Cəfərli

Qiymet Cedveli 2018 2019 Vesiqe

2018-2019 DƏRİS İLİ ÜÇÜN BİLİK QİYMƏT CƏDVƏLİ Samux rayon Sərkar (kənd ,qəsəbə) Nizami Gəncəvi adına tam orta məktəbin 3² sinif şagirdi ______________________________ (adı soy adı atasının adı) Buraxılmış dərslərin miqdarı I yarım il II yarım il İllik. Показать больше

2018-2019 DƏRİS İLİ ÜÇÜN BİLİK QİYMƏT CƏDVƏLİ Samux rayon Sərkar (kənd ,qəsəbə) Nizami Gəncəvi adına tam orta məktəbin 3² sinif şagirdi ______________________________ (adı soy adı atasının adı) Buraxılmış dərslərin miqdarı I yarım il II yarım il İllik qiymət üzürlü üzürsüz Bal Qiymət Bal Qiymət Bal Qiymət Azərbaycan dili Azərbaycan dili Xarici dili Riyaziyyat İnformatika İKT Həyat bilgisi texnalogiya Fiziki tərbiyə Musiqi Təsviri incəsənət Şahmat Sinif rəh imzası Valideyin imzası 1. Şagirdlərin bilik və bacarıqlarının qiymətləndirməsi “qiymət cədvəlində” öz əksini tapmışdır . 2. Qiymətləndirmə ilin sonuna qədər aparılır. 3. Hər yarımilin sonunda valideyin tərəfindən imzalanlır və sinif rəhbərinə geri qaytarılır. . 4. Cədvəl sinif rəhbəri tərəfindən doldururlur. 5. Bilik qiymətləndirmə cədvəli şagirdin şəxsi işində saxlanılır. 6. Bilik qiymətləri 5,4 ,3 və 2 kimi rəqəmlərlə göstərilməlidir. 7. “Məktəb Pedaqoji Şuranın qərarı” qrafikasında məlumat məktəb direktorunun , sinif rəhbərinin i Спрятать

  • Похожие публикации
  • Поделиться
  • Код вставки
  • Добавить в избранное
  • Комментарии

Comments are closed, but trackbacks and pingbacks are open.