Press "Enter" to skip to content

Azərbaycanın qiymətli kağızlar bazarı kiçildi

9 ay ərzində bu bazarda bağlanmış əqdlərin isə 1 356-sı və yaxud 20,6 %-i dövlət qiymətli kağızlarının, 3 325-ü və yaxud 50,4 %-i korporativ qiymətli kağızların, 1 915-i və yaxud 29 %-i isə repo əməliyyatlarının payına düşüb. Bu isə illik müqayisədə müvafiq olaraq 24 %, 15,8 % və 39,9 % azdır.

Xankəndi

AzVision.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,7 % azdır.

9 aylıq göstəricinin 5 030,3 milyon manatlıq hissəsi ilkin bazarda (19,7 % az), 4 404,1 milyon manatlıq hissəsi isə təkrar bazarda (31,7 % az) formalaşıb.

Hesabat dövründə qiymətli kağızlar bazarında 6 596 əqd bağlanılıb. Bu, illik müqayisədə 26,1 % azdır. Əqdlərin 1 172-si ilkin bazarın (16,9 % az), 5 424-ü isə təkrar bazarın (27,8 % az) payına düşüb.

Yanvar-sentyabr aylarında Azərbaycanın qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 4 908,1 milyon manatlıq hissəsi və yaxud 52 %-i dövlət qiymətli kağızlarının, 1 043,6 milyon manatlıq hissəsi və yaxud 11,1 %-i korporativ qiymətli kağızların, 3 482,7 milyon manatlıq hissəsi və yaxud 36,9 %-i isə repo əməliyyatlarının payına düşüb. Bu, 1 il əvvələ nisbətən müvafiq olaraq 20,9%, 3,5% və 35,6% azdır.

9 ay ərzində bu bazarda bağlanmış əqdlərin isə 1 356-sı və yaxud 20,6 %-i dövlət qiymətli kağızlarının, 3 325-ü və yaxud 50,4 %-i korporativ qiymətli kağızların, 1 915-i və yaxud 29 %-i isə repo əməliyyatlarının payına düşüb. Bu isə illik müqayisədə müvafiq olaraq 24 %, 15,8 % və 39,9 % azdır.

Qiymətli kaqizlar bazari

Kateqoriyalar

Özəl

Layihələr

  • Seçki 2020
  • Ramazan
  • Video Xəbərlər
  • Qurban Bayramı
  • Beynəlxalq Media Forumu
  • DÇ-2018
  • Türkiyə Prezident Seçkiləri 2018
  • Seçkilər 2018
  • #Cümhuriyyətüçünyaz
  • Formula 1 / Bakı 2017
  • Simpozium 2017
  • İslam Həmrəyliyi Oyunları
  • Referendum
  • 15 Temmuz Milletin İradesi

Struktur

  • Haqqında
  • Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
  • +99412 432 12 22
  • +99455 681 11 82
  • [email protected]

!Reklam – Sol

Koronavirus

!Reklam – Sag

Ana Səhifə İqtisadiyyat Maliyyə Azərbaycanın qiymətli kağızlar bazarı kiçildi

!Reklam – Arxiv

Yeni Çağ Media Qrupu – Yanvar 25, 2023 – 17:12

!Reklam – Yazi

2022-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında 15 milyard 563 milyon manatlıq əməliyyat aparılıb.

Yenicag.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 7,8 % azdır. İllik göstəricinin 8 311,9 milyon manatlıq hissəsi ilkin bazarda (0,5 % az), 7 milyard 251,2 milyon manatlıq hissəsi isə təkrar bazarda (15 % az) formalaşıb. Hesabat dövründə qiymətli kağızlar bazarında 11 018 əqd bağlanılıb. Bu, illik müqayisədə 12,3 % azdır. Əqdlərin 2 156-sı ilkin bazarın (20,2 % az), 8 862-si isə təkrar bazarın (10,2 % az) payına düşüb. Yanvar-dekabr aylarında Azərbaycanın qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 8 milyard 312,8 milyon manatlıq hissəsi və yaxud 53,4 %-i dövlət qiymətli kağızlarının, 2 189,7 milyon manatlıq hissəsi və yaxud 14,1 %-i korporativ qiymətli kağızların, 5 milyard 060,5 milyon manatlıq hissəsi və yaxud 32,5 %-i isə repo əməliyyatlarının payına düşüb. Bu, 1 il əvvələ nisbətən müvafiq olaraq 14,1% çox, 8,6 % və 29,7 % azdır. Ötən il ərzində bu bazarda bağlanmış əqdlərin isə 2 506-sı və yaxud 22,7 %-i dövlət qiymətli kağızlarının, 4 400-ü və yaxud 39,9 %-i korporativ qiymətli kağızların, 4 112-si və yaxud 37,3 %-i isə repo əməliyyatlarının payına düşüb. Bu isə illik müqayisədə müvafiq olaraq 13,6 %çox, 27,6 % və 4 % azdır.

www.yenicag.az

  • ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Qiymətli kağızlarla əməliyyatlar

Bankın qiymətli kağızlarla investisiya əməliyyatları birbaşa və dolayı gəlir əldə edilməsi üçün ehtiyatların qiymətli kağızlara qoyuluşunu xarakterizə edir. Qiymətli kağızların qoyuluşundan əldə olunan birbaşa gəliri bank divident, faiz və likvidlik gəliri şəklində alır. Dolayı gəlirlər bankların qiymətli kağızlarının nəzarət paketi vasitəsilə müştərilərə təsiri nəticəsində əmələ gəlir.

Qiymətli kağızlara qoyuluşların uçotu «Qiymətli kağızllarla əməliyyatlar» mühasibat balansının aktiv hesab bölməsində aparılır.

1. borc öhdəliklərinə qoyuluşlar;

2. səhmlərə qoyuluşlar;

3. hesaba alınmış veksellər;

Bankların qiymətli kağızlara qoyuluşlarının tədqiqi zamanı birba­şa və portfel investisiyalarını ayırmaq lazımdır.

Birbaşa investisiyalar (kapital qoyuluşlara) – bu investisiya obyektlərinin idarə olunması məqsədilə yönəldilən qoyuluşlardır. Bank bu və ya digər kompaniyanın səhmlərinin nəzarət paketini əldə edərsə, o zaman investisiyaların qiymətli kağızlara qoyulduğu aşkarlana bilər. Bank daimi müştərilərinin ticarət və sənaye müəssisələrinin səhmlərinin nəzarət paketinin sahibi ola bilər. Bu zaman bank müəssisənin istehsal və maliyyə fəaliyyətinə tam nəzarət edir və nəticə etibarilə by müəssisələrdə aparılan kredit əməliyyatlarının təhlükəliliyini azaldır. Mədaxil bazasını və fəaliyyətini genişləndirmək üçün bank qeyri-bank maliyyə kompaniyaları kimi iştirak edir. (investisiya və sığorta kompaniyaları, qeyri-dövlət təqaüd fondları, lizinq kompaniyaları və s.) Bu kompaniyalar bankdan asılı olur və onların səhmlərinə kapital qoyuluşları birbaşa inventisiyaların forması kimi ifadə olunur.

Portfel investisiyaları. vahid şəkildə idarə olunan müxtəlif emitentli qiymət kağızların portfelinin yaranması ilə həyata keçirilir.

Portfel inventisiyalarının məqsədi portfeldə yerləşən qiymətli kağızların kurs məbləğinin artmasından əldə olunan mədaxilin alınma­sıdır.

Qiymətli kağızların portfeli bu tiplərə ayrılır:

  • Artım portfeli – inventisiya kapitalının artırılmasına yönəldilir. Onun əsasını məbləği artan qiymətli kağızlar təşkil edir. Bu portfeldəki cari mədaxilin səviyyəsi yüksək deyil.
  • Mədaxil portfeli – yüksək cari mədaxillərin alınmasını təmin edir. Faiz ödənişləri və dividentlərin məbləği bazar qiymətlərindən yüksək olur.
  • Riskli kapital portfeli -buraya sürətlə inkişaf edən kompaniyaların gələcəkdə yüksək gəlir gətirəcək qiymətli kağızları daxildir. Bu portfel təhlükəli olmağına görə fərqlənir, çünki aktivlərin məbləğinin sürətlə artımı həyata keçməyə də bilər.
  • Tarazlaşdırılmış portfel – buraya sürətlə artan yüksək gəlirli və təh-lükəli kağızlar daxil olur. Bu portfeldə kapitalın və cari mədaxilin artımı bir-birinə uyğunlaşır. Bu portfeldə ümumi təhlükə tarazlaşdırılır.
  • Xüsusiləşmiş portfel – müəyyən növlü qiymətli kağızlardan təşkil olunur (xarici qiymətli kağızların portfeli, qısamüddətli qiymətli kağızların portfeli).

Adətən qiymətli kağızlar bazarının əməliyyatlarında iştirak edən banklarda, aktiv payların və qiymətli kağızlarla bağlı əməliyyatların mədaxillərinin səviyyəsini müəyyən edən investisiya sənədi işlənib hazır­lanır.

Bir qayda olaraq, iri banklarda qiymətli kağızların sərbəst idarəsi və analitik şöbələr yaradılır.

Sərbəst bölmələr kimi qiymətli kağızlar üzrə dilinq şöbələri, uçot-əməliyyat, depozit saxlamaları və qiymətli kağızların qeydiyyat şöbələri yaradılır.

Bankların qiymətli kağızlarla broker və diler əməliyyatları

Müasir dövrdə qiymətli kağızlar bazarında banklar maliyyə brokerləri kimi müştərinin göstərişi ilə qiymətli kağızların alış-likvidlik funksiyasını vasitəçiliklə yerinə yetirirlər. Kommisioner kimi iştirak edən banklar qiymətli kağızların alış-satışı üzrə əməliyyatlarının müştərilərinin hesabına həyata keçirirlər. Belə hallarda bank komissiya müqaviləsi əsasında fəaliyyət göstərir. Burada bank öz adından, lakin müştərinin hesabına bir neçə müqavilənin bağlanmasını öhdəsinə götürür. Komissiyanın müqaviləsi müəyyən müddətə bağlanır. Qiymətli kağızların alış-satışı üzrə sazişləri banklar öz müştəriləri üçün, müqavilənin əsasında bağlaya bilərlər. Tapşırma sazişi ilə əsasən bank, müştərilərin (vəkalətçi) hesabına müəyyən hüquqi fəaliyyəti həyata keçirə bilər. Sazişin yerinə yetirilməsinə görə bank sazişdə müəyyən olunmuş şərtlərə əsasən müka­fat alır. Banklar qiymətli kağızların alış-satışı üzrə sazişləri birja və ya birjadan kənar bazarlarda tətbiq edə bilər. Əməliyyatların yerinə yetirilməsi zamanı banklar dilerlər kimi iştirak edirlər.

Kommersiya bankları dövlət istiqraz bazarında diler fəaliyyətini həyata keçirmək üçün Mərkəzi Bankla müqavilə bağlamalıdır.

Diler istiqrazlar üzrə sazişləri şəxsən və şəxsi hesabı vasitəsilə bağlamalıdır. Sonra isə o, istiqrazları investorlara satır, investorlar şəxsi mülkiyyət hüququna malik hüquqi və ya fıziki şəxslərdir. İnvestor diler ilə xidmət barəsində müqavilə imzalayır.

İstiqraz bazarının bütün dillerləri, Mərkəzi Bankla müqaviləyə əsasən subdepozitor funksiyasını yerinə yetirilər.

Bankın trast (ehtibar) əməliyyatları

Trast (trust-etibarlı idarəetmə) – müştərini vəsaitləri (əmlakı, pulu. qiymətdi kağızları) və müqavilə göstərişi üzrə əməliyyatlardır. Etibarli idarəetmənin müqavilə şərtlərinə əsasən, bir tərəf (idarəetmənin təşkilatına) digər tərəfə (etibarlı idarəetmənin rəhbərinə) müəyyən müddətə mülkiyyətinin idarə edilməsi səlahiyyətini verir. Etibarli idarəetmənin rəhbəri isə bu, mülkiyyətin təşkilatların maraqlarına uyğun idarə olun­masını öhdəçiliyinə götürür. İdarəetmənin rəhbəri bu mülkiyyət üzərində müxtəlif hüquqi və fiziki fəaliyyəti həyata keçirmə hüququna malikdir. Lakin, bu zaman o yalnız öz adından çıxış edə bilər.

Comments are closed, but trackbacks and pingbacks are open.