Press "Enter" to skip to content

Qılman İlkinin 100 illik yubileyi keçiriləcək

Azərbaycan ədəbi ictimaiyyətinə ağır itki üz vermişdir . Azərbaycanın xalq yazıçısı , Dövlət mükafatı laureatı , əməkdar incəsənət xadimi , Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Qılman İlkin ( Qılman İsabala oğlu Musayev ) 2009-cu il noyabrın 6-da ömrünün 96- cı ilində vəfat etmişdir .

Qılman ilkin seçilmiş srlri

1936-cı ildə indiki Pedaqoji Universitetin dil-ədəbiyyat fakültəsini bitirib. İndiki Bakı Dövlət Universitetində baş müəllim işləyib. İkinci Dünya Müharibəsi illərində Cənubi və Şimali Qafqaz cəbhələrində, habelə İranda hərbi müxbir olub, Təbrizdə nəşr edilən «Vətən yolunda» qəzetinin redaksiyasında çalışıb.

“Azərbaycan” jurnalının baş redaktoru, “Uşaqgəncnəşr” və “Azərnəşr” nəşriyyatlarının direktoru işləyib. “Qırmızı əmək bayrağı”, “İkinci dərəcəli Böyük Vətən müharibəsi” ordenləri, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanları və müxtəlif medallarla təltif edilib. Qafqaz xalqları Ali Dini Şurasının “Paklıq” mükafatına layiq görülüb.

“Qalada üsyan” (1959), “Şimal küləyi” (1962), “Hədiyyə” (1969), “Dağlı məhəlləsi” (1978), “Dəniz qapısı” (1984), “Madam Qədri” (1988), “Bakı və bakılılar” (2006) və başqa kitabların, “Kölgələr sürünür”, “Yenilməz batalyon” bədii filmlərinin və bir neçə televiziya filminin ssenari müəllifidir.

Qılman İlkinin 100 illik yubileyi keçiriləcək

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Qılman İlkinin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən, bu gün saat 19:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında təntənəli yubiley tədbiri keçiriləcək.

Tədbir çərçivəsində “Dan ulduzu” instrumental ansamblının və sevilən müğənnilərin ifasında musiqi parçaları, ədibin müxtəlif əsərləri əsasında hazırlanmış səhnəciklər və ssenari müəllifi olduğu filmlərdən fraqmentlər tamaşaçıların diqqətinə təqdim olunacaq.

Qeyd etmək lazımdır ki, “Qalada üsyan”, “Şimal küləyi”, “Hədiyyə”, “Dağlı məhəlləsi”, “Dəniz qapısı”, “Madam Qədri” kimi kitabların müəllifi olan Qılman İlkin ədəbiyyat tarixində özünəməxsus mövqeyə malik sənətkarlardan biri kimi uzun illər ərzində çoxcəhətli, səmərəli fəaliyyət göstərib. Zəngin Azərbaycan nəsrinin realist ənənələri zəminində yaratdığı qiymətli əsərləri ilə milli mədəniyyətin inkişafına töhfələr verib.

Qılman İlkin xidmətlərinə görə “Qırmızı əmək bayrağı”, “İkinci dərəcəli Böyük Vətən Müharibəsi” ordenləri, iki dəfə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı və medallarla təltif olunmuşdur. Qafqaz xalqları Ali Dini Şurasının “Paklıq” mükafatına və “Xalq yazıçısı” fəxri adına layiq görülüb.

Milli.Az

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Qılman ilkin seçilmiş srlri

Qılman İlkin

Azərbaycan ədəbi ictimaiyyətinə ağır itki üz vermişdir . Azərbaycanın xalq yazıçısı , Dövlət mükafatı laureatı , əməkdar incəsənət xadimi , Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Qılman İlkin ( Qılman İsabala oğlu Musayev ) 2009-cu il noyabrın 6-da ömrünün 96- cı ilində vəfat etmişdir .

Qılman İlkin 1914-cü il aprel ayının 28- də Bakının Mərdəkan kəndində anadan olmuşdur . O, burada ilkin təhsilini başa vurduqdan sonra 1926-1929-cu illərdə şəhər pedaqoji texnikumunda oxumuş , 1932-1936- cı illərdə Azərbaycan Pedaqoji İnstitutunun dil – ədəbiyyat fakültəsində ali təhsil almışdır .

Qılman İlkin əmək fəaliyyətinə Xaçmaz rayonunun Əhmədoba kəndində məktəb müəllimi kimi başlamış , 1931-1932-ci illərdə ” Gənc işçi ” qəzeti redaksiyasında ədəbi işçi olmuş , 1938-ci ildən isə ” Uşaqgəncnəşr ” də məsləhətçi , baş redaktor və direktor vəzifəl ərində işləmişdir .

İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar olaraq Qılman İlkin ordu sıralarına çağırılmışdır . O, müharibə illərində keçmiş Sovet Ordusu tərkibində Qafqaz cəbhəsində və İranda hərbi qəzetlərdə müxbir olmuş , Təbrizdə çıxan ” Vətən yolunda ” adlı əsgər qəzetinin redaksiyasında çalışmışdır .

Qılman İlkin müharibədən qayıtdıqdan sonra Nizami Gəncəvi yubileyi komitəsində elmi katib , Azərbaycan Dövlət Universitetində baş müəllim vəzifələrini tutmuşdur . O, bədii yaradıcılıqla yanaşı , uzun müddət mətbuat sahəsində fəaliyyət göstərərək , 1960-1963-cü illərdə Azərbaycan Dövlət Nəşriyyatının baş redaktoru , 1963-1967-ci illərdə ” Azərbaycan ” jurnalının baş redaktoru , 1967-1971-ci illərdə isə yenidən Azərbaycan Dövlət N əşriyyatında direktor vəzifələrində çalışmışdır .

Müasir Azərbaycan nəsrinin tanınmış nümayəndələrindən olan Qılman İlkin 1943-cü ildən etibarən ədəbi yaradıcılığa başlamışdır . O, altmış ildən artıq bir dövr ərzində nasir kimi zəngin fəaliyyət göstərmiş və ədəbiyyatımızın inkişafına öz töhfəsini vermişdir . Yazıçının qələminin məhsulu kimi meydana çıxan çox sayda hekayə , povest və romanlarda tarixilik , vətənpərvərlik və tərbiyəvi mövzular aparıcı yer tutmuşdur . Bu əsərlər yaxın keçmişimizdə baş verən hadisələrlə və müasirlərimizin həyatından alınan bədii lövhələrlə zəngin nəsr nümunələridir .

Qılman İlkinin qədim Bakının tarixi yerləri və görkəmli şəxsiyyətlərimiz haqqında silsilə xatirələri oxucular tərəfindən maraqla qarşılanmışdır . Yazıçının Qarabağ müharibəsindən bəhs edən publisistik məqalələri gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması işində mühüm rol oynamışdır .

Qılman İlkin Azərbaycanın kino salnaməsinə daxil olmuş bir neçə bədii filmin və televiziya tamaşalarının ssenari müəllifi kimi də tanınmışdır . Yazıçı bir sıra xalqların dillərinə tərcümə olunaraq ölkəmizin hüdudlarından kənarda yayılan əsərləri ilə nəsrimizi layiqincə təmsil etmişdir . Eyni zamanda onun tərcümələri sayəsində Azərbaycan oxucusu dünya ədəbi fikrinin bəzi nümunələri ilə tanış olmaq imkanı qazanmışdır .

Qılman İlkinin müasir Azərbaycan ədəbiyyatı və mətbuatının inkişafında səmərəli xidmətləri qiymətləndirilmişdir . O, bir çox mükafatlara və təltiflərə , o cümlədən Azərbaycan Respublikasının ” Xalq yazıçısı ” və ” Əməkdar incəsənət xadimi ” fəxri adlarına layiq görülmüşdür .

Tanınmış yazıçı , gözəl publisist və təvazökar insan Qılman İlkinin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır .

Allah rəhmət eləsin !

İlham Əliyev , Artur Rasizadə ,

Oqtay Əsədov , Ramiz Mehdiyev ,

Elçin Əfəndiyev , Hacıbala Abutalıbov ,

Fatma Abdullazadə , Əbülfəs Qarayev ,

Misir Mərdanov , Anar Rzayev ,

Fikrət Qoca , Çingiz Abdullayev ,

Balaş Azəroğlu , Gülhüseyn Hüseynoğlu ,

Söhrab Tahir , İsa Hüseynov ,

Nəriman Həsənzadə , Əkrəm Əylisli ,

Vaqif Səmədoğlu

M ə rhumun c ə naz ə si vidala ş maq üçü n 2009- cu il noyabr ı n 7- d ə saat 13.00- dan 15.00- d ə k Az ə rbaycan D ö vl ə t Pedaqoji Universitetinin binas ı nda (Ü zeyir Hac ı b ə yov , 34) qoyulacaqd ı r .

Azərbaycan.- 2009.- 7 noyabr.- S. 4.

Comments are closed, but trackbacks and pingbacks are open.