Press "Enter" to skip to content

Qlobal Böhrandan Necə Xilas Olmaq Olar

4. Ölkələr səviyyəsində stimullaşdırıcı tədbirlər;

Qlobal böhran və onun səbəbləri.

Tanışlarımdan biri məndən qlobal böhranın səbəbləri barədə soruşdu və mənim cavabım uzun alındı. Amma fikirləşdim ki, ictimaiyyətə bu barədə yazım və bəlkə elə fikirlər oldu ki, hamı üçün, o cümlədən mənim üçün də maraqlı olsun. O üzdən buyurun oxuyun və fikrinizi bildirin.

Əslində iqtisadiyyat nə qədər mürəkkəb görünsə də, çox sadə və qeyri-səlis elmdir, hətta o qəder qeyri-selis ola bilir ki, bəzən hetta iqtisadiyyati bir elm sahəsi kimi qəbul etməyənlər də olur. Buna baxmayaraq hesab edirəm ki, iqtisadiyyat elmdir, çünki tarixin sınağından çıxmış və sübuta yetmiş fundamental qanunları var. Qanun varsa, demək ki, elmdir.

Indi isə qayıdaq əsas məsələyə. Əslində yaxşı iqtisadçı ən mürəkkəb prosesləri sadə dildə izah etməyi bacarmalıdır, çünki bu prosesləri başa düşmək üçün adi məntiqdən başqa bir şey tələb olunmur və riyazi təfəkkür, filan, beşməkan çox şişirdilmiş şeylərdir, iqtisadcçıların özləri haqqında yaratdıqları bir mifdir. Bu mənim subyektiv fikirlərimdir.

Qlobal maliyyə böhranına nə səbəb oldu? Bir neçə şey və eyni zamanda, həm de bir-birindən doğan tərzdə bu böhranı şərtləndirdi. Burada mən sadə məntiqli bir alqoritmi yazacam, amma sözsüz ki, digər amillər də olub, lakin Zənnimcə ən vacib olanlar aşağıdakılardır:

1. Ən əvvəldə son 10-15 ildə dünyada iqtisadi tarazlığın deyişməsi müşahidə olunmağa başladı. 80-cı illərə qədər ABŞ dünyada əsas ixracatçıdan en böyük idxalatçıya çevrildi. Səbəb: Çinin iqtisadiyyatının güclənməsi, Amerikalıların isə istehsal etməkdən və pul yığımlarına qənaət edərək gələcək uçun saxlamaqdan daha çox istehlak etməyə, pulların xərcləyib yeməyə meyl etməsi. Nəticə: Çin istehsal edir, Amerikaya göndərir, onlar alırlar əvəzində pulu ödəyirlər Çinə, onların rezervləri artır və bu rezervləri yenidən Amerikaya borc kimi verirlər ki, onlar da həmin pulun bir hissəsindən təzədən Çinin mallarını almaq üçün xərcləyirdilər. Göründüyü kimi bu proses özü bir maliyyə piramidasına bənzər bir prosesdir və vaxt getdikcə yavaş-yavaş daha da Amerikanı borclandırır, Çini ise varlandırırdı. Digər ölkələrin investorları da görəndə ki, Çin Amerikaya borc verir və Amerika özünün inkişaf etmiş maliyyə bazarlarında bu pulları “firladaraq” puldan pul yarada bilir, onlar da başladılar Amerikaya pul yatırmağa. Beləliklə, dünya Amerikanı borclandırır, əvəzində özü daha da varlanırdı. Əslində nə qədər ki, Amerikaya xaricdən yeni pullar gəlirdisə, bu prosesi davam etmək mümkün idi. Problem onda yarandı ki, bu pullar birdən-birə dayandı və Amerikaya daha gəlmədi. Nəticədə, dollar xeyli dəyərdən düşdü, yeni xarici investorları dollar almaq artıq maraqlandırmırdı və ona görə dollara tələb xeyli aşağı düşdü. Bu isə öz növbəsində öz valyutalarını dollara bağlamamış digər ölkələrin rəqabət qabiliyyətinə mənfi təsir etdi və bu həmin ölkələrdə resessiya meylərini gücləndirdi.

2. Bu resessiya meylləri digər amillər vasitəsilə daha da gücləndi: 1) Amerikadakı maliyyə böhranının başlaması və digər ölkələrə yayılması 2) neftin qiymətinin düşməsi

Birinci amil ondan irəli gəldi ki, yuxarıda artıq yazdığım kimi Amerika iqtisadiyyatına yatırılan pullar birdən kəsildi. Bunun bir səbəbi yuxarıda yazdığım kimi bəzi investorların Amerikanın həddindən artıq borçlandığını və artıq böhranın qaçılmaz olduğunu hesab etməsi idi. Lakin, əsas səbəb haqqında çox söz-söhbət gedən kredit ödəmək qabiliyyəti aşağı olan insanlara verilmiş ipoteka kreditləri və onlarla bağlı buraxılmış CDS deyilən xüsusi qiymətli kağızların kəskin dəyərdən düşməsi oldu. Nə üçün? Ona görə ki, Amerika iqtisadiyyatı zəiflədikcə həmin borcalanlar öz borclarını verməkdə çətinlik çəkirdilər və elə bir an gəldi ki, bu borcalanlar artıq özlərini bankrot elan edib aldıqları evləri satmağa başladılar. Nəticədə bu evlərin qiymətləri düşdü, eyni zamanda bu evlərlə təmin olunmuş CDS-lər və digər qiymətli kağızlar da kəskin dəyərdən düşdü, onlarla bir yerdə isə bankların itkiləri kəskin artdı və banklar iflasa uğramağa başladılar. Banklar isə elə bir həssas təşkilatlardır ki, bir-birinə borc verib əlaqəli şəkildə fəaliyyət göstərdikləri üçün biri yıxılanda, digərlərini də yoluxdurmuş olur və onların da yıxılmasına səbəb olur. Beləliklə, Amerikanın maliyyə sistemində böhran başladı. Lakin Amerika hökuməti və Mərkəzi Bankə (Federal Ehtiyatlar Sistemi) çalışdı ki, böyük bankları iflasdan qurtarsın və etdi də, sadəcə bir böyük bankı (Lehman Brothers) xilas etmək fikrindən vaz keçdi və o bank batdı. Bu isə onunla bağlı həm Amerika, həm də digər ölkələrin bankları və maliyyə institutlarının da batmasına gətirib çıxartdı. Dünyada maliyyə böhranı məhz bu andan etibarən başladı, yeni 2008-ci ilin sentyabrından. Dünya ictimaiyyəti indiyə kimi tam əmin deyil ki, nə üçün Amerika hökuməti LB-i xilas etmədi. Istənilən halda maliyyə böhranı bütün dünyada bankların iqtisadiyyata kredit vermək imkanlarını məhdudlaşdırdı və iqtisadiyyat kredit almayanda iqtisadi aktivlik azalmağa və aşağı düşməyə başlayır, nəticədə iqtisadi resessiya dərinləşdi.

Ikinci amil isə bundan sonra başladı öz təsirini göstərməyə. 2008-ci ilin 4-cü rübü ərzində dünya iqtisadiyyatı zəifləməyə başladıqca neftə tələb də azalmağa başladı. Bunu görən spekulyantlar pullarını itirməmək üçün investisiya obyekti kimi aldıqları nefti satmağa başladılar və bu 2009-cu ilin ilk iki ayı ərzində neftin qiymətinin birdən-birə $150-dən $38-ə düşməsinə səbəb oldu. Nəticədə bu neft gəlirlərindən asılı olan bir çox ölkələrin, o cümlədən Azərbaycanın da neft ixracı gəlirlərinin də kəskin azalmasına gətirib çıxartdı.

Beləliklə, birinci amil bütün dünyada kredit sıxıntısına, ikinci amil isə bununla yanaşı neft ixracı gəlirlərinin kəskin azalmasına səbəb oldu. Azərbaycan kimi ölkələrdə isə bu iki amil ilə yanaşı həm də Rusiyada çalışan qasterbayterlər də evlərinə əvvəlkindən qat-qat az pul baratları göndərməyə və ya ümumiyyətlə heç pul göndərməməyə başladılar. Bütün bunlar bu ölkələrdə əhalinin və biznesin gəlirlərini xeyli azaltdı. Bizim regionun bir çox ölkələri bu gəlirləri süni şəkildə bərpa etmək üçün öz valyutalarını ucuzlaşdırmağa başladılar. Onlar bununla ümid edirdilər ki, iqtisadiyyatları yeni bir tarazlıq nöqtəsini tapacaq və resessiyanın qarşısını almaq mümkün olacaq. Təəssüf ki, bu böhran adi böhran deyil və hələ çox çəkəcək güman ki, və əvəzində onlar yüksək inflyasiya və davamlı resessiya qazandılar. Azərbaycanda valyutanın sabitliyi təmin olundu, lakin bu da itkisiz ötüşmədi-bunu etmək üçün valyuta rezervlerimizdən təxminən $1mlrd. satmalı olduq. Biz hesab etdik ki, valyutanı ucuzlaşdırsaydıq (digərləri kimi) bundan qat-qat çox pul itirərdik. Bu fikirlə razılaşmayanlar da olsa da, mən şəxsən razılaşıram, amma bununla belə yenə hesab edirəm ki, təkcə bu addımla böhranın bitdiyini hesab etmək yanlış olardı və 2010-cu il çətin il olacaq.

Bütün deyilənlərə yekun olaraq belə söyləmək olar ki, qlobal tarazsızlıq, Amerika maliyyə böhranı, və bu iki amildən irəli gələn kredit sıxıntısı və neftin qiymətlərinin kəskin aşağı düşməsi və digər amillər (məs., pul baratlarının azalması) dünyada və o cümlədən Azərbaycanda iqtisadi aktivliyin xeyli aşağı düşməsinə gətirib çıxartdı.

Müəllif: Emin Hüseynov

  • Teqlər:
  • qlobal maliyyə böhranı
  • , beynəlxalq krizis
  • , böhran

Qlobal Böhrandan Necə Xilas Olmaq Olar

Qlobal maliyyə böhranı sona çatmağı planlaşdırmır və mütəxəssislərin fikrincə, yaxın illərdə maliyyə problemlərinin yeni, qaçılmaz bir dövrü gözlənilir. Bu çətin dövrdə, lazımi səviyyədə hazırlaşmaq və yalnız iqtisadi çöküş şəraitində yaşamaq deyil, həm də özünüz üçün maksimum fayda əldə etmək xüsusilə vacibdir. Qlobal böhrandan necə xilas olmaq olar

Təlimat

Addım 1

Öz təhsilinizi alsanız və bacarıq və bacarıqlarınızı genişləndirsəniz böhran anı sizin xeyrinizə istifadə edilə bilər. Əmək bazarında rəqabət sürətlə böyüdüyü üçün peşə səviyyənizi daim yüksəltmək çox vacibdir. Kurslara və təlimlərə qeydiyyatdan keçin, xarici dil biliklərinizi artırın, ixtisaslarınızı genişləndirin. Nə qədər çox bilirsinizsə və bacara bilsəniz, bacarıqlarınızı tətbiq etmək imkanları bir o qədər müxtəlif olarsa, sizə daha çox tələbat olacaqdır, yəni gözlənilmədən işinizi itirmə şansınız az olacaqdır.

Addım 2

Riskli bir insansınızsa, qərar verin və profilinizi tamamilə dəyişdirin. Çox vaxt, bir böhranda insanlar darıxdırıcı yerləri tərk edir və özləri üçün tamamilə yeni boşluqlar kəşf edir, böyük uğurlar əldə edirlər. Əsas odur ki, yeni peşə mütləq “sənindir”, əks halda ciddi itkilər vermə ehtimalı var. Həyatınızı dəyişdirmədən əvvəl qərarınızı yaxşı çəkin.

Addım 3

Özünüzə alternativ gəlir mənbələri tapın. Əsas işinizdə qalarkən, xüsusən də profilinizlə üst-üstə düşərsə, sərbəst maliyyələşdirməyə başlaya bilərsiniz. Ayrıca, bir seçim olaraq istifadə edilməmiş yaşayış sahənizi icarəyə götürə bilərsiniz.

Addım 4

Demək olar ki, hər bir insanın kiçik bir hobbisi var ki, bu da gəlirli bir işə çevrilməsi asandır. Şəkillər çəkə, origami hazırlaya, yaxşı mətnlər bəstələyə bilərsən, plastilindən rəsm çəkməyi və ya heykəl qoymağı sevirsən, niyə ləzzətə əlavə qazanc gətirməyəsən. Həmişə bir alıcı var, əsas şey daha cəsarətli olmaq və bacarıqlarınızı reklam etməkdən çəkinməyin.

Addım 5

Büdcənizlə diqqətli olun. Kortəbii lazımsız alış-veriş etməyin, bu şeyə ehtiyacınız varsa həmişə düşünün. Maaşınızın bir hissəsi toxunulmaz qalmalı və şəxsi kapital üçün ayrılmalıdır. Ayrıca, “yağışlı bir gün” üçün pulu da unutma: aylıq bir zərfdə yığın və ya bank hesabına qoyun. Bu maddi təminatınız üçün bir şərtdir.

Addım 6

Və ən əsası, çaxnaşma. İqtisadi böhrandan nə qədər çox narahat olursunuz və danışsanız, qərarlarınız bir o qədər düşünülməz olar və bir o qədər tutarsızsınız. Diqqətinizi özünüzə və ailənizə yönəltmək və hər hansı bir böhranın keçici bir iş olduğunu xatırlamaq daha yaxşıdır, həyat bununla bitmir. Yalnız yaxşı bir gələcək haqqında düşünün və hər gün məhsuldar yaşayın.

Qlobal maliyy böhranını nec önlmk olar

Qlobal maliyyə böhranının mahiyyəti və səbəbləri

(əvvəli qəzetimizin 12 sentyabr tarixli sayında)

Bu böhranın digər səbəbi dövlət borc öhdəliklərinin üst-üstə yığışıb qalmasıdır. Bu, 1997-1998-ci illərdə Asiya böhranının başlıca katalizatoru oldu. Beləliklə, 90-cı ildən başlayaraq transmilli banklar kredit verilməsində ehtiyatlı strategiya işləyib hazırladılar. Lakin buna baxmayaraq, 2008-ci ildə başlanan böhranda sadalanan bu amillərin böyük rolu oldu.

Hazırda qlobal miqyasda öz əhatə dairəsini genişləndirən maliyyə böhranı öz başlanğıcını ABŞ-dan götürüb. ABŞ-ın bu dərin maliyyə böhranı ilə üzləşməsi bir neçə səbəbin nəticəsində baş verdi. Öncə onu qeyd edək ki, ABŞ-da böhranın başlanmasına şərait yaradan simptomlar bir müddət əvvəl formalaşmağa başlamışdır. Bunlar aşağıdakılardır:

Birinci, ABŞ İraq müharibəsinə bu günə qədər 3 trilyon dollar xərcləyibdir ki, bu maliyyə itkisi də özünü iqtisadiyyatda göstərməyə bilməzdi. Əslində bu dövlət üçün böyük məbləğdə rəsmi ehtiyatlar itkisi deməkdir.

Digər mühüm faktor dövlətin ipoteka kreditləri sahəsində həyata keçirdiyi səmərəsiz siyasət olmasıdır. Qanunlar çərçivəsindən baxsaq, maliyyə böhranında �günahkar� iki qanun layihəsidir. Bunlar 1995-ci ildə ABŞ prezidentinin imzaladığı İctimai İnvestisiya Aktına dəyişikliklər və həmin prezident tərəfindən 1990-cı ildə imzalanan Maliyyə Xidmətləri Modernizasiyası Aktıdır. Birinci qanun orta və aşağı gəlirli əhalinin ev və digər istehlak kreditləri almasına şərait yaratdı. Nəticədə kredit verən qurumlar öz tələblərini yumşaltdılar. Eyni zamanda, akta edilən digər dəyişikliklər dövlət tərəfindən öhdəliklərinə zəmanət verilən və dövlətdən limitsiz kredit ala bilən açıq səhmdar cəmiyyətlərinin həmin aşağı və orta gəlirlilər qrupuna da investisiya yönəltməsinə imkan yaratdı. Bu, əslində kredit qabiliyyəti olmayan qrupa kredit verilmə prosesinin başlanması idi.

İkinci qanun layihəsi isə banklara həm kommersiya, həm də investisiya fəaliyyəti ilə məşğul olmaq imkanı verirdi. Dövlətin kommersiya banklarının toplayacağı əmanətlərə verdiyi zəmanət, eyni zamanda, həmin bankların investisiya fəaliyyətindən yaranan zərərləri də örtəcəkdir. İnvestisiya bankları isə əvvəllər depozit yığa bilmirdilərsə, aktdakı dəyişiklikdən sonra depozit yığan kommersiya bankları ilə birləşmək hüququ qazandılar. Yığılan depozitlər riskili maliyyə alətlərinin dövriyyəsinə sərf olunurdu. Məsələn, İpoteka Qiymətli Kağızlarına (İQK) Qanun dəyişiklikləri çoxlu problemlər yaratdı. Orta və aşağı gəlirlilərə (onların gəlirləri ev almalarına imkan verməsə də) güzəştli kredit verilməyə başlandı. Səbəb isə ipoteka verən şirkətlərin qazanc əldə etmək istəyi idi. Həmin kredit verən şirkətlər komissiya gəlirləri əldə etmək üçün az gəlirli və kredit keçmişi olmayanlara ipoteka krediti verdilər. İQK-nın dəyəri evlərin ilkin alqı-satqı qiymətinə bağlı idi və əsas gəliri ev alanın ödədiyi məbləğdir. Nəticədə gəliri riskli olan əhaliyə verilən ipotekaların girov göstərildiyi İQK üçün maliyyə bazarları yaranır və müxtəlif maliyyə şirkətləri İQK-ya yardım edirdi.

Fannie Mac və Freddie Mac şirkətləri İQK bazarının likvidliyini artırmaq məqsədi ilə dövlət tərəfindən İQK-ya investisiya etməyə məcbur edildi. Artıq 2007-ci ildə bu iki şirkət 12 trilyon dollarlıq ipoteka bazarının yarısına sahib idi. Qeyd edək ki, əksər maliyyə alətlərinin iki əsas riski olur. Bu, faiz və kredit riskidir. 80-ci illər maliyyə böhranında səbəb faiz riski idisə, cari böhranın əsas səbəbi kredit riskidir. Bildiyimiz kimi, kredit riski alınan kreditin və onun faiz dərəcəsinin ödənilməsinin yerinə yetirilə bilməsidir. Həmçinin, bu zaman ipoteka qiymətli kağızlarına edilən spekulyativ hücumlar nəticəsində onun nominal dəyərinin real dəyərindən bir neçə dəfə artmasına gətirib çıxarmışdı.

Belə ki, ipoteka kreditləri ilə əlaqədar kontraktların ifrat dərəcədə mürəkkəbləşməsi qlobal maliyyə böhranına təkan verdi. Amerikada qəbul olunmuş qaydaya görə evlər sabit və dəyişkən kreditə verilirdi. İnsanlar da gələcəkdə iqtisadiyyatın yaxşı olacağını nəzərə alaraq dəyişən faizlə kredit götürürdülər. Yəni, onlar �dəyişən faiz krediti� prinsiplərini əsas götürərək, gələcəkdə kredit faizlərinin aşağı düşəcəyinə ümid edirdilər.

Lakin 2007-ci ilin sonu � 2008-ci ilin əvvəllərində neftin qiymətinin gözlənilmədən qalxması Federal Ehtiyatlar Sisteminin faizləri yüksəltməsinə səbəb oldu. Bu da vətəndaşların kredit və onun faizlərinin ödəmə qabiliyyətini aşağı saldı və nəticədə evlər istehsalçı şirkətlərə geri qaytarıldı. Həmin şirkətlər isə kreditləri banklardan götürdükləri üçün banklar kredit riski ilə üzləşdilər. Avtomatik olaraq geri gəlməyən pullar böhranın başlanmasına səbəb oldu. Əgər ev sahibi ödənişi yerinə yetirmirsə, ev satılır, satış dəyəri İQK-nın sahibinə gedir. Bildiyimiz kimi, bu İQK dəyərini ev sahibləri ödəyə bilmədilər, İQK riski artdı və onun qiyməti düşdü. Amerika birjalarında daşınmaz əmlakın qiyməti sürətlə düşməyə başladı. ABŞ birjalarında baş verən dəyişikliklər dünyanın digər birjalarına təsir edir. Bu gün Nyu-York birjası dünyanın ən aparıcı birjasıdır və dünya birjalarında qiymətlərin müəyyənləşməsində mühüm rol oynayır. ABŞ birjalarında yaşanan hallar digər dünya ölkələrinin birjalarında da yaşanır.

Beləliklə, yuxarıda sadalanan səbəblər ABŞ maliyyə böhranının başlanmasına səbəb oldu. Nəticədə maliyyə institutları böyük risklə üz-üzə qaldılar. Qarşısı alına bilinməyən böhran ABŞ iqtisadiyyatından bütün dünya iqtisadiyyatına yayıldı. Bu maliyyə böhranı müxtəlif analitiklərə görə, 1930-cu il durğunluğundan sonra ən dəhşətli böhrandır.

Dünya iqtisadi sisteminin üzləşdiyi qlobal böhranın ən mühüm amilindən biri də ayrı-ayrı dünya ölkələrində toplanan və risk artıran qlobal kapital yığımıdır. Dünyadakı investorlar ABŞ-dakı əsas böhranın ardınca ağır itkilərə məruz qaldıqca, dünya üzrə kapital çatışmazlığı müşahidə etməyə başladılar. Eyni zamanda, kapital sahibləri, böyük vəsaitləri idarə edənlər tədricən əvvəlki dövrlərdən fərqli olaraq, risklərə diqqətlə yanaşmağa, alternativlər seçməyə və mümkün qədər kapital yığımına üstünlük verməyə başladılar.

İndiki zamanda bu o deməkdir ki, riskili borc alanların və ya dünya üzrə kapital meylli layihələrin ssudalara, qiymətli kağızlara ehtiyacı olduğu halda, artıq qiymətli kağızlar bazarında bunlarla bağlı böyük çatışmazlıq yaranıb. Bu da nəticədə böyük layihələrin təxirə salınmasına, infrastruktur və ayrı-ayrı sənaye sahələrinin inkişafı üçün kapitaldan asılı olan Latın Amerikası, Avropanın İEOÖ-nü və Balkan ölkələri regionlarında artım tempinin zəifləməsinə gətirib çıxarıb.

Maliyyə böhranının doğurduğu kapital yığımı digər tərəfdən dünya bank sisteminə dağıdıcı təsir göstərib. Dünyanın heç bir regionunda bank sektoru sənaye sahələri ilə Avropada olduğu kimi inteqrasiya olunmayıb. Ona görə də burada təsir daha da ciddidir. ABŞ-da isə bununla müqayisədə daxili maliyyə ehtiyacları üçün qiymətli kağızlar daha etibarlı sayılır və ona görə də onlara üstünlük verilir. Dünya iqtisadiyyatının qlobal böhran nəticəsində üzləşdiyi mühüm problem iqtisadi artım tempinin qlobal azalmasıdır ki, bu da əmtəəyə olan tələbin və bunun nəticəsi olaraq istehsalın azalması və istehsalın, xammal təchizatçısı ölkələri bazalarının zəifləməsi nəticəsində ixrac həcminin azalmasıdır.

Dünya iqtisadiyyatının üzləşdiyi digər problem beynəlxalq bazarda neftə tələbin azalması və onun qiymətinin sürətlə aşağı düşməsi nəticəsində iqtisadiyyatı xammaldan asılı olan ölkələrdə, xüsusilə də Rusiyada maliyyə sektoru ilə yanaşı, iqtisadiyyatın real sektorunda və sosial sferada baş verən tənəzzüldür. Ümumiyyətlə, maliyyə böhranı nəticəsində bütün dünyada işsizlik artır, əmtəə qiymətləri azalmaqda davam edir, neftin qiyməti cəmi 1 il bundan əvvəlki yüksək səviyyədən 3 dəfədən çox aşağı düşüb.

Böhranın nəticələrinə gəlincə, bunları qeyd etmək lazımdır. Neqativ təsirlər:

– istehsala olan tələb azaldığından istehsal və bölgü zəifləyəcək;

– işsizlik avtomobil və hava nəqliyyatından istifadəni azaldacaq;

– əlaqələndirilməmiş maliyyə tədbirləri, xüsusilə də böyük ölkələr tərəfindən əsas sənaye sahələrinə subsidiyalar istənilən yerdə əks-təsir törədə bilər (1930-cu illərdə �qonşunu zəiflət� siyasəti tənəzzülü daha da dərinləşdirmişdi);

– maliyyə sektorunda zəruri islahatların aparılmaması maliyyə əməliyyatları iştirakçılarının fəaliyyətinin və əməliyyatlarının qeyri-şəffaf qalmasına, bu da öz növbəsində bərpaya mane olan likvidliyin azalmasına səbəb olur.

Dünya Bankının tədqiqatlarına görə dünyada neft məhsullarına tələbat sürətlə aşağı enəcək və xammalın qiyməti də aşağı düşəcək. Lakin 1990-cı il səviyyəsinə enməyəcək.

1982-ci ildən indiyə qədər birinci dəfə beynəlxalq ticarət azalacaq və bu tendensiya bir çox sənaye sahələrini əhatə edəcəkdir. Maraqlıdır ki, böhranın pozitiv təsirləri də vardır. Onlar bunlardır:

– İran və Əfqanıstandakı münaqişə tədricən aradan qalxacaq;

– dünyanın nəhəng ölkələri olan Çin və Hindistan inkişafın lokomotivi olaraq beynəlxalq münasibətlərin hərəkətverici qüvvəsinə çevriləcək;

-neft ehtiyatları tükənmək üzrədir və onun bərpası daha çox vəsait tələb edəcək;

Rusiya kimi OPEK-ə qeyri-üzv ölkələr bu təşkilata qoşularaq vahid enerji siyasəti aparmağa məcbur olacaqlar;

– enerji sərfində də qənaətli evlər və avtomobillər yaradılacaq;

– ictimai nəqliyyat sektorunun inkişaf etdirilməsinə böyük investisiya cəlb ediləcək;

– OPEK üzvləri müəyyən edilmiş kvotalara əməl etməmək məcburiyyətində qalacaq;

– alternativ enerji mənbələri ticarət baxımından daha əlverişli və rəqabət qabiliyyətli olacaq;

– əlavə ehtiyatlar kəşf ediləcək.

Uoll-Strit mütəxəssisləri Dünya Bankının bədbin proqnozları ilə razılaşmır və iddia edirlər ki, üç il müddətinə bir barrel neftin qiyməti 75 dollara qalxacaq, yeyinti məhsulları isə indikinə nisbətən 50 faiz ucuzlaşacaqdır.

Məlum olduğu kimi, Londonda keçirilmiş 20-liyin görüşü nəticəsində ölkə liderləri böhrana qarşı mübarizənin 6 əsas istiqamətini müəyyən etmiş və 1,5 il ərzində 5 trilyon dollar həcmində vəsaitin ayrılması barədə razılığa gəlmişdilər. Antiböhran istiqamətləri kimi aşağıdakılar nəzərdə tutulmuşdur.

1. BVF ehtiyatlarının artırılması və böhrandan ən çox əziyyət çəkmiş ölkələrə yardım edilməsi;

2. �Vergi oazislərə� qarşı mübarizə;

3. Müflis olmuş şirkətlərin və bankların rəhbərliyinə bonus ödəmələrinin tənzimlənməsi;

4. Ölkələr səviyyəsində stimullaşdırıcı tədbirlər;

5. Maliyyə bazarları nəzarətinin gücləndirilməsi;

6. Milli iqtisadiyyatların sabitliyinin təmin edilməsi.

Ayrılmış 5 trilyon dollardan 1,1 trilyon dollarının (təqribən beşdə biri) BVF və digər maliyyə institutlarına verilməsi nəzərdə tutulur. BVF-ə ayrılmış 1,1 trilyon dollardan 750 milyard dollarının kreditləşmə prosesinin bərpasına, iqtisadi artımın təmin edilməsinə və yeni iş yerlərin açılmasına, o cümlədən 250 milyard dolların ölkələrin tədiyyə balanslarının tənzimlənməsinə yönəldilməsi nəzərdə tutulur. Böhrana qarşı tədbirlərin görülməsi və vəsaitlərin ayrılması belə deməyə əsas verir ki, tezliklə dünya iqtisadiyyatıında artım 4 faiz səviyyəsində olacaq.

2008-ci ildə başlanmış qlobal maliyyə böhranı bir çox dövlətlərin maliyyə həyatına sarsıdıcı zərbə vurmuş və dünya maliyyə sisteminin qeyri-sabitliyini artırmışdır. Müasir dövrdə gənc Azərbaycan dövləti də qlobal iqtisadiyyata aktiv inteqrasiya olunur və dünya iqtisadiyyatında özünəməxsus yer tutur. Ona görə də dünya iqtisadiyyatında baş verən önəmli proses və təmayüllər Azərbaycan iqtisadiyyatına bu və ya digər formada təsir edir. Lakin bu da sevindiricidir ki, Azərbaycan iqtisadiyyatı və yaradılmış bazar institutları artıq elə bir səviyyəyə çatmışdır ki, dünyada gedən bir sıra qlobal neqativ proseslərin bizə təsiri ya az olur, ya da tamam təsirsiz ötüşür.

kafedra müdiri, iqtisad elmləri namizədi

Xalq qəzeti.- 2009.- 18 sentyabr.- S. 3.

Comments are closed, but trackbacks and pingbacks are open.