Press "Enter" to skip to content

Qloballaşmanın üstünlükləri və mənfi cəhətləri

Bütövlükdə vətəndaşların və ayrı-ayrılıqda fərdlərin hüquqlarının qorunması qloballaşma prosesinin əsas prioritet istiqamətlərindən biri hesab olunur. Bu nöqteyi-nəzərdən yanaşdıqda ilkin olaraq sənaye, nəqliyyat və rabitə sahəsində texnoloji inqilab əsasında müasir qlobal maliyyə-iqtisadi və informasiya məkanının dinamik formalaşması prosesi başa düşülür.

Qloballaşmanın nzri problemlri

Bütövlükdə vətəndaşların və ayrı-ayrılıqda fərdlərin hüquqlarının qorunması qloballaşma prosesinin əsas prioritet istiqamətlərindən biri hesab olunur. Bu nöqteyi-nəzərdən yanaşdıqda ilkin olaraq sənaye, nəqliyyat və rabitə sahəsində texnoloji inqilab əsasında müasir qlobal maliyyə-iqtisadi və informasiya məkanının dinamik formalaşması prosesi başa düşülür.

Dövrümüzün qlobal problemləri bütövlükdə “bəşəri problemlər” hesab olunur ki, bəşəriyyətin inkişafı da məhz onların həll edilməsindən asılıdır:

· qlobal istilik-nüvə müharibəsinin qarşısının alınması;

· inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında sosial-iqtisadi inkişafında boşluğu aradan qaldırılması, aclıq, yoxsulluq və savadsızlığın aradan qaldırılması;

· inkişaf etməkdə olan ölkələrdə sürətli əhali artımı tənzimlənməsi;

· ətraf mühitin çirklənməsinin qarşısının alınması;

· yeyinti, sənaye, xammal və enerji mənbələri üçün lazımi resursların təmin edilməsi;

· elmi – texnoloji inqilabın mənfi təsirlərinin qarşısının alınması. [1]

Qlobal problemlər sosial inkişaf zəminində yaranan ziddiyyətlər, insan fəaliyyətinin ətraf mühitə təsirinin kəskin şəkildə artması, ölkə və regionların qeyri-bərabər sosial-iqtisadi və texnoloji inkişafı kimi amillərin təsiri fonunda formalaşır. Qlobal problemlərin həlli beynəlxalq əməkdaşlığın yaradılmasını və eyni zamanda, humanitar və insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində onların real tətbiqinin təmin olunmasını tələb edir.

Qloballaşma şəraitində insan hüquq və azadlıqlarının təmin olunması müasir beynəlxalq münasibətlərdə həlli vacib olan ən aktual problemlərdən biri hesab olunur. Belə ki, son illərdə dünyada baş verən hadisələr bu fikri bir daha sübüt etməkdədir. Beynəlxalq münasibətlərdə son bir neçə ildə baş verən hadisələrə nəzər yetirdikdə, terror aktları, vətədaş müharibələri, inqilablar, cinayətlər, illərlə davam edən ərazi və ya etnik münaqişələr, bütün bəşəriyyəti hədəf alan nüvə silahının istehsalı kimi xoşagəlməz və dünyanın hər bir sakini üçün hədə olan hadisələrin nə qədər sürətlə yayıldığının şahidi oluruq. Təbii ki, belə bir şəraitdə ilk və həll edilməsi ən vacib məsələ pozulmuş hüquqların bərpa edilməsi və əsas insan hüquq və azadlıqlarına qarşı yönəlmiş bütün aktların qarşısının alınmasıdır.

İnsan hüquqları nədir?

İnsan hüquqları anlayışı ilkin olaraq insanların siyasi, hüquqi və sosial hüquqlarının dövlət tərəfindən qorunması ideyasına əsaslanır. BMT-nin 1948-ci ildə qəbul olunmuş İnsan Hüquqları Bəyannaməsi bütün bəşəriyyəti yaşamaq, şəxsi azadlıq və təhlükəsizlik, işgəncələrə məruz qalmamaq və ya kölə olmamaq azadlığı, təsadüfi həbs və ya sürgündən müdafiə olmaq, qanun qarşısında bərabərlik və məruz qaldığı pozuntulardan müdafiə üçün hüquqi vasitələrindən istifadə, ədalətli məhkəmə araşdırması, düşüncə, fikir, ifadə, hərəkət və dinc toplaşmaq azadlığı, cəmiyyətin siyasi və mədəni həyatında iştirak etmək, ödənişli iş, azad iş seçimi və işsizlikdən müdafiə, təhsil almaq, sosial təminat, ailə sağlamlığı və rifahı üçün lazımi həyat səviyyəsinə malik olmaq hüququ ilə təmin edir. (UDHR 1948) [6]

1948-ci il 10 dekabrda BMT Baş Assambleyasının qəbul etdiyi “İnsan hüquqları və əsas azadlıqlarının qorunmasına dair Konvensiya” və 3 sentyabr 1953-cü ildə qüvvəyə minmiş Avropa Şurasının İnsan Hüquqlarına dair Avropa Konvensiyasına əsasən hər kəsin yaşamaq hüququ qanunla qorunur. Heç kəsin yaşamaq hüququ əlindən alına bilməz, heç kəs işgəncəyə və ya qeyri-insani rəftara məruz qala bilməz, heç kəs məcburi əməyə cəlb oluna bilməz. Hər kəsin azad şəkildə fəaliyyət göstərmək və toxunulmazlıq hüququ var. Bütün bu hüquqlar yalnız sülh şəraitində deyil, həm də müharibə dövründə və etnik münaqişələr zamanı da toxunulmazdır. Belə ki, insan hüquq və azadlıqları heç bir halda və heç bir şərtlə məhdudlaşdırıla bilməz. [2; 5; 6; 7]

Qloballaşma nədir?

Qloballaşma çoxşaxəli hadisə olmaqla, “öz dinamizmi olan çox mürəkkəb və qarşılıqlı surətdə asılı proseslərdən” təşkil olunub. Bura texnologiya, rabitə və kütləvi informasiya vasitələrinin inkişafı şəraitində sürətli sərhədlərarası mübadilənin dərinləşdirilməsi və genişləndirilməsi daxildir. Belə mübadilə və qarşılıqlı fəaliyyət daha çox qarşılıqlı asılı dünya yaratmaq üçün dövlət və qeyri-dövlət qurumları arasında bütün mərhələlərdə baş verir. [1]

Hazırda qloballaşma prosesi daha çox iqtisadi asılılıq, azad bazar iqtisadiyyatının sərbəst tənzimlənməsi və hakimiyyəti, məsuliyyətin dövlətdən qeyri-dövlət strukturlarına keçməsi kimi göstəricilərlə xarakterizə olunur.

Qloballaşmanın çoxtərəfli və bəzən də ziddiyyətli təsirləri qloballaşma modeli və istiqamətlərinə dair tam fikir ayrılığının yaranmasında öz əksini tapmışdır. Belə ki, qloballaşma prosesinin tərəfdarları bütövlükdə dünya üçün orta gəlirlərin artmasına işarə edirlər. Bu prosesin əleyhdarlarına görə isə, getdicə daha çox qloballaşan dünyada davamlı bərabərsizlik və yoxsulluq şərtlərinin olduğunu unutmamaq lazımdır.

Qloballaşma dedikdə, bütün dünyanın bir qlobal məkana çevrilməsi və həmin məkan daxilində xalqların qarşılıqlı asılılığının zaman keçdikcə daha da artması və bütün sərhədlərin və maneələrin aradan qaldırılması başa düşülür. Belə ki, ilkin mərhələdə qloballaşma insanlar, kapital, mal və ideyaların tez və sərbəst axın etdiyi yeni bir dünyanın yaranması deməkdir. Sonrakı mərhələdə isə, dünyada insan hüquqlarının tam tətbiq edildiyi və qorunduğu bir cəmiyyətin formalaşması nəzərdə tutulur. Çünki, qloballaşma demokratik dəyərlərin, insan hüquqlarının və ədalətin dünyanın hər bir guşəsinə yayılmasını təmin etməklə dünyanın hər bir sakini üçün firavan həyat qurmağa nail olmuş olacaq.

Digər tərəfdən qloballaşma nəticəsində dünya əmtəə və xidmətlər sahəsinin hakim və güclü transmilli korporasiyaların öhdəçiliyinə verildiyi və mənfəət aliliyi prinsipi əsasında idarə edildiyi qlobal bazara çevrilməkdədir. [3] Həmçinin belə bir şəraitdə bütün dünyada, xüsusilə də cənub ölkələrində əsas insan hüquq və azadlıqları təhdid altına alınmış olur.

Beləliklə, qloballaşma güclü qeyri-dövlət orqanları yaratmaqla müasir insan hüquqları hərəkatının inkişafı zamanı nəzərdə tutulmayan yollarla insan hüquqlarının pozulmasına gətirib çıxara bilər. Bu inkişaf prosesi özü də insan hüquqları üzrə beynəlxalq hüquqa problemlər yaradır. Belə ki, getdikcə qloballaşan vətəndaş cəmiyyəti iqtisadi qloballaşmaya şəffaflıq, ictimai iştirak və əsas hüquqlara hörmət ilə müşayiət olunmayan liberallaşdırılmış ticarət və investisiya rejimləri ilə cavab verə bilər. Və nəticə etibarilə “qloballaşmaların qarşıdurması” baş verər. Belə qarşıdurma da beynəlxalq institusional və normativ sistemdə böyük əhəmiyyət kəsb etməklə, insan hüquqları məsələlərini iqtisadi siyasətin formalaşdırılması və tənzimlənməsi, fərqli təşkilatlar, qanunlar və hər bir sahə üçün dəyərlər yaradılması prosesindən ayrı dəyərləndirmiş olar. Onların inteqrasiyası işi isə heç də asan deyil və bəzi şərhçilərə görə yeni bir münaqişə qaçınılmazdır.

Qloballaşan dünyada insan hüquqları

Qloballaşmanın mənfi və müsbət təsirlərinə dair kifayət qədər çox yanaşmalar var. Lakin qloballaşma prosesinin tənqidçiləri onun xüsusilə də, yoxsul və inkişaf etməkdə olan ölkələrdə, insan hüquqlarına təsirini daha çox vurğulayırlar. Onların insan hüquqlarının qloballaşmanın mənfi təsirlərinə məruz qalmasına dair təhlil və nəticələri beynəlxalq hesabatlar və statistikaya əsasən tərtib edilən faktlar və rəqəmlər tərəfindən də dəstəklənir. Onlar adətən qloballaşmanın bu və ya digər aspektlərini insan hüquqlarının aspektləri ilə əlaqələndirlər. Belə ki, onların yanaşmalarına əsasən, inkişaf etməkdə olan ölkələrdə yoxsulluq səviyyəsinin sürətlə artması ilə ölkənin borcları və ya işsizliklə özəlləşdirmə və ya ölkə əhalisinin sağlamlıq səviyyəsinin aşağı düşməsi tibb sahəsində inhisarlaşmanın artması ilə sıx bağlıdır. Həmçinin belə yanaşmanın tərəfdarlarına görə minimum həyat səviyyəsinin aşağı düşməsi, yoxsulluğun, bərabərsizliyin və ayrı-seçkiliyin artması, qida, təmiz su və mənzil təminatı ilə bağlı çatışmamazlıqların aradan qaldırılmaması və savadsızlıq səviyyəsinin daha da artması kimi mənfi göstəricilər də məhz qloballaşmanın əsas insan hüquq və azadlıqlarının təmin olunmasına neqativ təsirləri olaraq dəyərləndirilir. Bu faktların həqiqiliyini sübut etmək üçün 90-cı illərdən əvvəl və sonrakı hesabatlara və statistik məlumatlara baxmaq kifayətdir. Məsələn, 1990-98-ci illərdə uşaq ölümlərinin azaldılması istiqamətində aparılan iş əvvəlki onilliklərə yəni, qloballaşmadan öncəki dövrlə müqayisədə daha yavaş həyata keçirilmişdir.

Qloballaşma prosesinin müdafiəçiləri də bəzi regionlarda əsas insan hüquq və azadlıqlarına son onillikdə hörmət edilməməsi faktını inkar etmirlər. Lakin onlar bunu qloballaşma prosesinin yayılmasına bəzi dövlətlər və xalqlar tərəfindən müqavimət göstərilməsi və təbii olaraq qloballaşmanın qalibləri və məğlubları olacağı fikri ilə müdafiə edirlər.

Belə ki, qloballaşmanın həm müdafiəçiləri və həm də tənqidçiləri, insan hüquqlarının bütün dünyada xüsusilə də, cənub bölgəsində bu və ya digər yollarla qloballaşmanın mənfi təsirlərinə məruz qalması mövzusunda həmfikirdirlər.

Son zamanlarda qloballaşma və onun insan hüquqları ilə münasibətlərinə dair iki əks yanaşma formalaşmaqdadır: [1]

1. Birinci yanaşmanın tərəfdarlarının fikirlərinə əsasən, qloballaşma və insan hüquqlarının qarşılıqlı mövcudluğu bəşəriyyətin rifahının yaxşılaşdırılmasının inkişafına müsbət təsir göstərməklə onu daha da möhkəmləndirir.

2. İkinci yanaşmaya əsasən isə, qloballaşma mövcud beynəlxalq insan hüquqları qanunu ilə müvafiq qaydada tənzimlənməyən yeni təhdid xarakteri daşıyır.

Qloballaşmaya cavab olaraq insan hüquqları qanununun inkişaf etdirilməsi yeni bir proses deyil və daha qoruyucu tədbirlərin qarşısının alınmasına dair beynəlxalq sistemdə xüsusi bir norma nəzərdə tutulmayıb. [1;3] Əsasən şəxsi təşəbbüslə həyata keçirilən qul ticarət və silahların bütün və ya dağıdıcı formalarının yayılması ilə mübarizə aparmaq beynəlxalq ticarət və texnologiyanın mənfi tərəflərinə qarşı beynəlxalq hərəkatın ilkin nümunələri hesab oluna bilər. İnsan hüquqlarının beynəlxalq müdafiəsinin yaradılmasına dair geniş səyləri qloballaşma dalğası geniş vüsət almasında və XIX əsrin sonunda beynəlxalq bazarlara ortaya çıxmasında görmək olar. Bu dövrdə, telefon, teleqraf və radio ötürülməsi ilə ilk sürətli sərhədlərarası rabitə dünyaya açılmış oldu. Eyni zamanda, dəmiryolu və gəmiçiliyin inkişafı ticarət əlaqələrinin daha sürətlə bir bazardan digərinə hərəkət etməsinə icazə verdi. Sənayeləşmə ilə əlaqədar olaraq bir çox ölkələrdə iş şəraiti və yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün səylər artdı.

Nəticə

Nəticə etibarilə onu vurğulamaq lazımdır ki, qloballaşma prosesinin öz qalibləri və məğlubları var. Bu da öz növbəsində insan hüquqlarının təmin edilməsinə şərait yaratdığı kimi, bir sıra problemlər də yaradır. Belə ki, ticarət, bazar iqtisadiyyatı, xarici investisiyaların genişləndirilməsi ilə inkişaf etməkdə olan ölkələr arasındakı boşluqlar daha da artmış oldu. Eyni zamanda, bir çox sənayeləşmiş ölkələrdə işsizlik və bərabərsizlik ötən illərlə müqayisədə həddindən artıq dərəcədə artmışdır. Məsələn, Asiya nəhəngləri olaraq adlandırılan ölkələrin qarşılaşdıqları iqtisadi böhranları buna misa olaraq göstərə bilərik. İnsan İnkişafına dair illik Hesabatlar bir daha sübut edir ki, adətən qloballaşma nəticəsində yoxsul ölkələrdə yaşayan insanların mənafeləri nəzərə alınmır. Baxmayaraq ki, iqtisadi qloballaşma istehsal qabiliyyətinin artması, texniki inkişaf və dünya iqtisadi birliyinin yaranması üçün hərəkətverici amil hesab olunur, bu nəticə etibarilə yoxsulluq və sosial bərabərsizliyin artmasına və insan hüquqlarının təmin olunmasında ciddi hüquq pozuntularına gətirib çıxarır. Qloballaşma konsepsiya olaraq nə insan hüquqlarının müdafiəsinə, nə də onun əleyhinə istiqamətlənməyib. Ancaq obyektiv dəyərləndirdikdə qloballaşma milli və beynəlxalq müstəvidə insan hüquqlarının tanınmasına və təşviq edilməsinə kömək edə bilər. Məhz bu səbəblə də, dövlətlər və ümumilikdə dünya birliyi artıq qərar verməlidir- qloballaşma prosesinin mənfi nəticələrini əməkdaşlıq yolu ilə birlikdə minimuma endirəcək və onu əsas insan hüquq və azadlıqlarını müdafiə edən amilə çevirəcəklər və ya əksinə.

İstifadə olunmuş ədəbiyyat

1. Alex Y.Seita, Globalization and the Convergence of Values, 30 Cornell International Law,1997

2. Aurora Ciucă, The European Court of Human Rights and the Court of Justice of the European Communities. Some specific features and human rights approach, The Scientific Bulletin of „M.Kogălniceanu” University, no. 17/2008

3. Quan Li and Rafael Reuveny, Economic Globalization and Democracy: An Empirical Analysis. British Journal of Political Science, Vol. 33, No. 1 (Jan., 2003), pp. 29-54

4. Всеобщая декларация прав и свобод человека и гражданина. 1948. М., РИОР, 2004.

5. Карташкин В.А. Права человека в международном и внутригосударственном праве. М., 1995.

Qloballaşmanın üstünlükləri və mənfi cəhətləri

Qloballaşma olmuşdur iqtisadi, siyasi, mədəni, sosial və texnoloji proseslərin dəyişdirildiyi inteqrasiya və qarşılıqlı asılılıq vasitələri, daha çox əlaqəli bir dünyaya aparır.

Bir dinamik proses istehsalın, ticarətin və istehlakın artırılması axtarışında kapitalizmin nəticəsi olan və bu da internetin meydana çıxmasından bəri üstünlük verilmişdir.

Bununla birlikdə, qloballaşma zamanla meydana gələn və məhdudiyyətləri aşmağın və töhfələr verməyin bir yolu olaraq görülən bir sıra üstünlük və mənfi cəhətlər yaratdı. Bununla birlikdə, riskləri getdikcə daha çox hiss olunan bir həmkarı var.

Qloballaşmaya da baxın.

Qloballaşmanın üstünlükləri

Qloballaşma, insan inkişafının əhəmiyyətli bir faizinin hərəkətverici qüvvəsi olan fərqli fəaliyyətlər yolu ilə cəmiyyətlərin inteqrasiyasını təşviq edən və təşviq edən bir proses olmuşdur. Budur ən vacib faydalardan bəziləri.

İqtisadiyyat

  • Dünyada mal və xidmətlərin sərbəst ticarəti.
  • İstehsal xərclərinin azalması.
  • Daha böyük rəqabət qabiliyyəti və məhsul keyfiyyəti.
  • İstehsal səviyyələrinə və sürətinə üstünlük verən texnoloji inkişaf.
  • İnkişaf etməkdə olan ölkələrdə məşğulluğun daha çox təchizatı, çünki çoxmillətli şirkətlər xammal və işçi qüvvəsi ucuz olduğu üçün bu ölkələrdə strateji olaraq qurulur.

Siyasətdə

  • Ticarət, əməkdaşlıq planları, hüquqi təhlükəsizlik, ticarət təhlükəsizliyi, yeni dövlət siyasətləri və digərləri təşviq etmək üçün qanunvericilik milli və beynəlxalq səviyyədə dəyişdirilmişdir.

Mədəniyyətdə

  • Müxtəlif rabitə kanalları sayəsində daha böyük mədəni mübadilə.
  • Turizm fəaliyyəti üçün stimul.
  • Sərhədləri və mədəni fikir ayrılıqlarını aşan bir sıra universal dəyərlər paylaşılır.

Sosial

  • İnsanlar arasında münasibətlər möhkəmləndi və texnoloji inkişaf sayəsində məsafə kimi müxtəlif məhdudiyyətlərin öhdəsindən gəldi.
  • Milli və beynəlxalq maraq kəsb edən məlumat mübadiləsi və əldə etmək üçün daha çox əlçatanlıq.

Qloballaşmanın mənfi cəhətləri

Ümumiyyətlə, qloballaşmadan fərqlənən dezavantajlar, insan inkişafının müxtəlif sahələrində çətinlik yaradan və onun təcilini məhdudlaşdıran cəhətlərdir.

İqtisadiyyat

  • Böyük potensiala və iqtisadi əhatəyə malik inkişaf etmiş ölkələr özlərini bu inkişaf etməkdə olan ölkələrə və daha kiçik iqtisadiyyata sahib olan ölkələrə yüklədilər. Bu, böyük bir iqtisadi tarazlıq yaradır.
  • İnkişaf etmiş ölkələrdə işsizlik artır, çünki çoxmillətli şirkətlər işçi qüvvəsi və xammalın ucuz olduğu inkişaf etməkdə olan ölkələrdə qərargah açırlar.
  • Bir ölkənin vətəndaşları arasında iqtisadi bərabərsizlik, çünki böyük şirkətlər daha kiçik mənfəətə və gücə nisbətən daha böyük mənfəət və maliyyə imkanlarına sahibdirlər.
  • İstehsal proseslərində təbii ehtiyatların və xammalın tükənməsi.

Siyasətdə

  • Qloballaşma, milli və beynəlxalq siyasətin üzləşdiyi bir problem olmuşdur. Bəzi hallarda görülən tədbirlər ən uyğun olmadı və əksinə daha böyük sosial, mədəni və iqtisadi bərabərsizlik meydana gəldi.

Mədəniyyətdə

  • İnkişaf etmiş ölkələrin öz mədəniyyətlərini inkişaf etməkdə olan ölkələrin üstünə qoyması nəticəsində, milli kimlik mənfi təsir göstərə bilər.
  • Azlıqların dilləri itir.
  • Vaxt keçdikcə, yerli ənənələrin bir çoxu, ümumiyyətlə digər ölkələrdən gələn yeni adətlər daxil olmaqla dəyişdirilir.

Sosial

  • Sosial bərabərsizlik, yoxsulluq içində yaşayan bir çox sosial qrupda müxtəlif təhsil, texnoloji və iqtisadi mənbələrin istifadəsi və istifadəsi məhduddur.
  • Sosial, dini və mədəni dəyərlərini qloballaşma yolu ilə əkilənlərdən əvvəl doğrulamaq istəyən sosial qruplar arasındakı qarşıdurmaların sayında artım.
  • Qloballaşmanın 7 əsas xüsusiyyətləri.
  • Mədəni qloballaşma.

Dünyanın qlobal problemləri Qlobal məsələlər

Qloballaşma müddəti yeni fürsətləri özü ilə gətirdiyi kimi eyni zamanda yeni qlobal problemlərə də gətirib çıxarmaqdadır. Bu nöqtədə problemləri həll etmənin birinci yolu problemlərin həllindən keçməkdədir. Qlobal problemlərə qarşı duyarsızlaşma qlobal problemlərin rasional bir şəkildə nəzarət altına alınmasını çətinləşdirəcəkdir. Günümüzdə çox sayda qlobal problem olmaqla yanaşı qlobal problemlərin çoxu iç-içə keçmiş vəziyyətdədir. Məsələn, iqlim dəyişikliyi problemi əhəmiyyətli bir ekoloji və etik bir problem olduğu qədər köç problemləri ilə də əlaqədardır. Sağlıq və ictimai təhlükəsizlik problemlərini də bir-birindən ayırmaq olduqca çətindir. Ayrıca insan hüquqları və demokratikləşmə başda olmaqla bir çox qlobal problem etik bir problem olaraq da dəyərləndirilə bilər. Buna görə qlobal problemləri bir-birindən kəskin məhdudiyyətlərlə ayırmaq çox çətindir. Bu bölümdə 21-ci əsrdə dünyada yaşanan əhəmiyyətli qlobal problemlər olaraq; gəlir paylanmasında ədalətsizlik və yoxsulluq, iqtisadi böhranlar, sui-istifadələr, iqlimdə dəyişikliklər, ətraf mühit, köç, demoqrafiya, etik, terror və səhiyyə problemləri açıqlanır. Bu problemlər açıqlanarkən mövzuyla əlaqədar digər problemlər da bildirilir.

Şəkil.1. XXI Əsrdə Dünyada Yaşaanan Önəmli Qlobal Problemlər

Gəlir Bölgüsündэ Ədalətsizlik və yoxsulluq

Qloballaşma müddəti iqtisadiyyat baxımından ticarətin və investisiyanın önündəki maneələrin qaldırılması müddətini ifadə etməkdədir. Qloballaşma əvvəlcə xariciyönümlü ticarəti və iqtisadi böyüməyi artırdığına görə daxili və xarici bazarlara daxil olma imkanı artacağından məhsuldarlıq və orta gəlir artmaqdadır. Buna qarşı gəlir əldə etmə imkanlarının çatışmazlığı səbəbiylə yoxsul seqment bu artımdan digərləri qədər yararlana bilmir. Bu səbəblə qloballaşma həm ölkə daxilində həm də ölkələr arasındakı gəlir fərqliliklərini artırmaqdadır.Dünyadakı gəlir bölgüsünün getdikcə qeyri-bərabər hala gəliməsini tənqid edən Stiglitz, bu vəziyyətin davamlı olduğunu bu sözlərlə vurğulamışdır.“ Bugünkü qloballaşma prosesi həm ölkə daxilində, həm də ölkə xaricində qeyri-bərabər nəticələr yaradır. Sərvət yaranır, lakin bir çox ölkələr və bir çox xalq onun faydalarını bölüşə bilmir. Bu prosesi formalaşdırmaq üçün səslərini ya heç yada çox az eşitdirə bilirlər . Bu qlobal balanssızlıqlar mənəvi cəhətdən qəbuledilməzdir və onları siyasi cəhətdən davam etdirmək olmaz. Bu nöqtədə qlobal səviyyədə siyasi və iqtisadi sabitliyin formalaşması üçün ölkələr arası gəlir fərqliliklərinin azaldıması əhəmiyyətli bir parametrdir. Qloballaşma prosesinin ortaya çıxardığı dünyada olan gəlir bölgüsündəki bu fərqlilikləri göstərən müxtəlif göstəricilər var. Bunlardan biri Gini əmsalıdır. BVF məlumatlarına görə dünya daxilində Gini əmsalı 0,70 olub mütləq qeyri-bərabərliyi göstərən 1-ə olduqca yaxındır. Bu əmsal İsveç və Kanada kimi ölkələrdə 0,25-0,35; ABŞ, Rusiya və Çində 0,40; Afrika və Cənubi Amerika ölkələrinin çoxunda 0,50’den böyükdür. Aşağıdakı cədvəldə fərqli ölkələrə aid Gini əmsalları iştirak etməkdədir.

Cədvəl 1: Gini əmsalı və ölkələr sıralaması (2012)

Sənaye İnqilabının başlanğıcında dünyanın ən zəngin və ən kasıb bölgələrindəki fərq 2: 1 nisbətində ikən bu gün eyni nisbət 20: 1-dir. Zamanla dünyanın bəzi bölgələri Şərqi Avropa, Amerika və sonrasında Şərqi Asiya sürətlənərkən geri qalanı çox yavaş böyümə göstərərkən, çox sürətli böyümə qət etdikdən sonra isə bu ölkələr bir çox zaman sürətlə geriləmişdir. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) hesabatlarına görə dünya əhalisinin ən zəngin 8% -lik qrupu dünya gəlirinin yarısını almaqda, qalan 92%-i isə qalan yarısını ala bilməkdədir. Məsələn ABŞ və Qərb dövlətləri dünya əhalisinin 25%-nə sahibkən yer ehtiyatlarının 75%-ni istifadə etdirlər. Bu gün dünyada 3 milyard insanın gündə 2 dollardan aşağı bir qazancı var. Eyni zamanda, 1,3 milyard insan gündə 1 dollardan az qazanır. Dünya əhalisinin ən zəngin 1% -lik hissəsinin gəliri ən kasıb 57%-inə uyğun gəlir.

Gəlir bölgüsündə artan bu bərabərsizliklər, maliyyə bazarlarında əmələ gələn dəyişikliklərlə birləşən zaman böhranların formalaşmasında əhəmiyyətli təsir yaradır. Başlıca olaraq orta əmək haqqı səviyyəsinin dayandığı bir dövrdə gəlirin böyük bir qisiminin üst gəlir qruplarına getməsi effektiv tələbin azalmasına səbəb olur. Bu vəziyyət qloballaşmanın kapital hərəkətliliyini artırması buna qarşılıq əmək hərəkətliliyinin heç və ya əhəmiyyətsiz dərəcədə artması ödənişlərin sabit qalmasına işçilərlə üst rəhbərlik personalı arasında böyük gəlir fərqlərinə səbəb olur. Digər tərəfdən gəlir vergisinin artan nisbətli olma xüsusiyyətini itirməsi bu gəlir uçurumunun artmasına səbəb olur. Gəlir ədalətsizliyindən ortaya çıxan effektiv tələb çatışmazlığı müvəqqəti bir müddət yumşaq pul siyasəti və aşağı faizli kredit bolluğu ilə əvəz oluna bilsə də bu iki siyasət maliyyə aktiv qiymətlərinin şişməsinə və böhran riskinin artmasına səbəb olacaq. Ayrıca hökumətlərin gəlir ədalətsizliyini qismən kompensasiya etmək üçün bəzi sosial siyasətlərin həyata keçirilməsinə yönəlmə , büdcə açıqlarına və dövlət borclarının artmasına səbəb olacaq.

Digər tərəfdən iqtisadi qloballaşma sonrasında vergi sığınacaqlarının artması ilə böyük şirkətlərinin daha az vergi ödəməsi kapital üzərindəki vergi yükünün əmək seqmentinə keçməsinə səbəb olmuşdur. Hökumətin 2007-ci il Hökumət Hesabatı Bürosuna görə vergi sahələrində, Citygroup 427, Morgan Stanley 273, Bank of America 115, Lehman Brothers 57, JP Morgan Chase 50, Goldman Sachs 29 və AIG’nin 18 ba ğ lı ortaqlığı var idi. Bir başqa nümunə olaraq Goldman Sachs 2008’dəki 2 milyard dollardan çox mənfəət üçün yalnız 14 milyon dollar federal vergi ödəmisşdir. Ən böyük 100 xalqa açıq Amerikan şirkətinin 83 dənəsi offshore vergi sığınacaqlarında pul yığır.

Hər nə qədər qloballaşma prosesinin gəlir bölgüsü üzərində bir çox mənfi təsiri olsa belə qloballaşmanın təsirini homogen və standart olaraq düşünmək doğru deyil. Məsələn, kimi ölkələrdə rifah halı qlobalaşmanın təsiriylə gərginləşərkən, kimilərində yeni rifah halları ortaya çıxır. Buna misal olaraq Çin, Hindistan və Meksikanı göstərmək olar. Ümumi əhaliləri 3 milyardın üzərində və artmaqda olan bu ölkələr, 1990-cı illərdə milli gəlir içindəki xariciyönümlü ticarət həcmlərini iki dəfə artırmış və adam başına gəlir baxımından illik ortalama 5% nisbətində böyümüşdür. İnkişaf etməmiş dünyanın geri qalan qismini yaradan 2 milyardlıq əhali baxımından isə vəziyyət fərqlidir. Ticarət həcminin nisbəti düşmüş , adam başına gəlir isə ya çox yavaş inkişaf etmiş ya da geridə qalmışdır. Bu ölkələrdə yoxsulluq da artmışdır. Bu səbəblə qloballaşmanın bu paradoksal nəticələrinin çox yaxşı analiz edilməsi lazımdır. Qloballaşma müddəti hər ölkənin özünə aid dinamiklərini daha çox nəzərə aldığında qloballaşmanın ortaya çıxardığı mənfi təsir azaldılmış olacaq. Çünki qloballaşma müddəti heterogen bir müddət olma xüsusiyyəti göstərir. Yuxarıda da ifadə edildiyi kimi hər ideologiyanın ya da hər siyasi və ictimai prosesin dünyaya müsbət ya da mənfi əks olunmaları var. Bu vəziyyət qloballaşma müddəti üçün də etibarlıdır. Buzdğının görünən və görünməyən üzləri var.

bQloballaşma müddətində bəzi bölgələrdə yoxsulluq rəqəmlərində azalma ortaya çıxmış olsa da, bu azalma dünyanın hamısına bərabər əks olunmamışdır. Dünya Bankının rəqəmlərinə görə 1990-cı illərdə inkişaf etmiş dünyada yoxsulluq 1990-cı ildə 30% ikən 2011-ci ildə 23%-ə düşmüş və mütləq dəyər olaraq yoxsulların sayı 141 milyon azalmışdır. Bu azalmaya bənzər şəkildə Çində yoxsulluq 33%-dən 17%-ə düşmüşdür, beləliklə yoxsulluq sayı isə 163 milyon azalmışdır. Səhra Altı Afrika ölkələrində həm yoxsulluq həm də yoxsulların sayı artmışdır. Üstəlik yoxsulluq sayı(yoxsulluq həddi və yoxsulluq həddinin altındakı insanların ortalama gəlirləri arasındakı fərq) bütövlükdə inkişaf etməkdə olan dünyada azaldı, lakin iki bölgədə artdı.. Bunlara Latın Amerikası, Karib dənizi və Səhra Altı Afrika ölkələri aiddir. Aşağıdakı cədvəldə dünya daxilində gündə 1.25 $ gəlirlə yaşayan insanların nisbəti göstərilməkdədir. Dünya Bankı mütləq yoxsulluq həddini, alıcılıq qabiliyyəti pariteti əsasında 2008-ci ildə 1,25 $ olaraq yenidən təyin etmişdir.

Cədvəl 2: Dünyada Gündə 1.25 $ gəlirlə yaşayan insanların miqdarı (%)

Cədvəldə də baxıldığı kimi 1990-cı illərdə inkişaf etməkdə olan bölgələrin əhalisinin təxminən yarısı mütləq yoxsulluq həddinin altında ikən 1990-cı ildən günümüzə bir milyarddan çox insan mütləq yoxsulluq həddinin üzərinə qalxmışdır. 2014-cı ildə dünyanın bu zonalarındakı yoxsulların ümumi əhalidəki nisbəti 17,5% səviyyəsinə qədər düşmüşdür. Qlobal olaraq baxıldığında hələ də 800 milyondan çox insan mütləq yoxsulluq həddinin altında yaşamağa davam edir və bu əhalinin böyük bir qisimi isə İslam ölkələrindədir. Yoxsulluqğu azaltmada son zamanlarda yazılan irəliləyişlərə qarşı 2,2 milyarddan çox insan ya yoxsulluq ya da yoxsulluq dərəcəsində bir gəlir içində həyatını davam etdirir. Nəticə olaraq dünyada qlobalaşma prosesi ilə birlikdə yoxsulluq mövzusunda da bir inkişaf olduğu açıqdır lakin, bu inkişafın nizamsız bir şəkildə olduğu görülür.

İqtisadi böhranlar

Əsasən iqtisadi böhranlarla əlaqədar ağla gələn böhran 1929-cu il Böyük İqtisadi Böhranıdır. Günümüzün qlobal dünyasında böhranlar həm keçmişdən gələn problemlərin nəticəsi olduğu kimi günümüzün qloballaşan dünyasının fərqli parametrləri nəticəsində də ortaya çıxa bilir. Bu nöqtədə indi yaşanan qlobal böhranların daha yaxşı anlaşılması baxımından keçmiş iqtisadi böhranlara baxmaq faydalı olacaq.

İqtisadi düşüncələrin tarixi inkişafına baxıldığında 1929 Böyük Böhrana qədər dövlətin iqtisadi idarə etməsi qəbul edilə bilən bir yanaşma olaraq görülür. Bu səbəblə Böyük Depressiya, təxminən 20 il ərzində təsirini qorumuş , II Dünya Müharibəsi sonrasında Bretton Woods siyasəti, BVF və Dünya Bankı kimi qlobal təşkilatların formalaşmalısyla nəticələnmişdir. Lakin maliyyə qloballaşması böhranların xarakterini, eləcə də dünyada güc balansını dəyişdi. Buna görə yeni dövrün böhranları ilə əlaqədar çox dəqiq bir mühakimə yürütmək düzgün olmaya bilər.

Artıq indiki vaxtda qlobal iqtisadiyyat içərisindəki güc tarazlıqları dəyişmişdir. Bəziləri qloballaşmanı ABŞ-ın artan iqtisadi hakimiyyətinə bağlarkən, digərləri, qlobal iqtisadiyyatın xüsusilə yeni ortaya çıxan iqtisadiyyatların inkişafıyla gedərək çoxölçülü hala gəldiyini ifadə edir. Çünki qloballaşma ilə bir məhsulun fərqli hissələri başqa ölkələrdə çıxarılmağa başlamışdır. Məsələn, Meksikada çıxarılan bir avtomobilin hissələri ABŞ daxil dörd fərqli ölkədən gələ bilir. Beləliklə, ABŞ-da avtomobil tələbi düşərşə yalnız Meksikanın ixracatı deyil ABŞ daxil bölgədəki ən az dörd ölkədə istehsal düşməyə başlayır. Şaquli mütəxəssisləşmə dünya iqtisadiyyatında artan nisbətdə bir asılılığı ortaya çıxarır. Qloballaşma nəticəsində ortaya çıxan bu qarşılıqlı kommersiya asılılıqları böhranların daha çox bölgəyə yayılma (domino təsiri) ehtimalını da artırır.

Bu səbəblə içində olduğumuz illər Krugmanın deyimiylə 1990-cı və 2000-ci illər Böhran Çağı deyə adlandırılacaq. 1992-1993 Avropa Valyuta Sistemi Böhranı, Tequlia böhranı (1995), Asiya pul böhranı (1997-1998), Rusiya (2000), Latın Amerika (2000) və Türkiyə (2001) böhranları bir-birini təqib etmişdir. Bu böhranların sarsıntısı tam olaraq atlatılmadan dünya ABŞ-da ortaya çıxan İpoteka skandalı ilə sarsılmış (2008) və maliyyə qloballaşma səbəbiylə bu böhran qısa müddətdə xüsusilə inkişaf etmiş ölkələri təsiri altına almış və beləliklə hər ölkədə yaranmış işsizliyə və durğunluğa səbəb olmuşdur.

2007-ci ilin sonlarında başlayan və keyfiyyətsiz və ya riskli kreditlər və istiqrazlardan qaynaqlandığı iddia edilən maliyyə böhranı qısa müddət ərzində Avropaya və daha sonra dünyanın digər ölkələrinə yayıldı. Başlanğıcda yerli bir böhran olaraq başlayan bu proses 1929 Böyük Dünya Depresyonu’na bənzəyən yeni bir dünya krizisinə dönüşmüşdür. BVF-nin məlumatlarına görə başladığı zaman 250 milyard dollar məbləğində bir itkiyə səbəb olan böhranın 2008-2015 dövründə dünya istehsalında (qlobal ÜDM) təxminən 5 trilyon dollar səviyyəsində bir itkiyə səbəb olacağı təxmin etmişdir. Eyni zamanda böhran dünya maliyyə bazarlarında təxminən 27 trilyon dollarlıq bir zərər yaratmışdır.

Digər tərəfdən bu qlobal böhran nəticəsində ortaya çıxan yenilikləri tənzimləmə, nəzarət etmə, istiqamətləndirmə funksiyalarını da əhatə edən regülasyon anlayışını ön plana çəkmişdir. Bu mövzuda Cozef Stiglitz maliyyə bazarlarındakı səhvlikləri və qlobal böhranı tətikləyən faktorların, zəif struktur dizayn, rəqabət axsaqlıqlar və şəffaflıq əksikliyindən qaynaqlandığını ifadə edir. Bu səbəbdən iqtisadi qloballaşmanın sürəti özünü idarə edəcək kafi qlobal təşkilatların inkişaf sürətini keçmişdir. Milli iqtisadiyyatların yaranışı əsnasında onları idarə edəcək milli təşkilatlar da növbəli olaraq inkişaf etdirilmişdir . Bu təşkilatlar içində rəqabət yaradacaq, istehlakçıları və sərmayəçiləri qoruyacaq, iflaslar idarə edəcək, sözləşmələri gerçəkləşdirəcək və iqtisadiyyatın sabitliyinə tənzimləyəcək olanlar və tənzimləmə çərçivələri var. Həddi aşan iqtisadiyyat fəaliyətlərinin artmasıyla dünya iqtisadiyyatının daha təsirli işləməsi üçün bənzər vəzifələri dünya səviyyəsində yerinə gətirəcək təşkilat və təşkilati qaydaların yaradılması lazımdır.

Eyni zamanda böhranların qarşısının alınması üçün maliyyə baxımdan da realist yanaşmalara ehtiyac var. Xüsusilə aşağı gəlirli ölkələr adam başına milli gəlirlərinin, urbanizasiya əmsalları və texnoloji inkişaf səviyyələrinin aşagı olması səbəbiylə vergi siyasəti vasitələrini kifayət qədər istifadə etməmək və yüksək borclanma səviyyələri səbəbiylə iqtisadi şok və krizlerle qarşılaşırlar. Bu səbəblə sərbəstliəşdirmə fəaliyyətlərinin artdığı bir dünyada maliyyə baxımdan həqiqi inkişaf strategiyalarının formalaşdırılması lazımdır.

Nəticə olaraq 2007- 2009 qlobal maliyyə böhranı həm qlobal iqtisadiyyatın ağırlıq mərkəzinin Qərbdən Şərqə doğru getməsinə səbəb olmuşdur. Bu böhran, yalnız ABŞ-dakı bank böhranı və Amerika girişimci kapitalizm modelinin sorqulanmasına səbəb olmaqla qalmamış , eyni zamanda Çin və Hindistanın özlərini Amerikan iqtisadiyyatından ayrı bir mövqedə dəyərləndirməsinə yol açmışdı . Nəticədə qloballaşmaya qarşı ölkələrin 1970 və 2008 illəri arasında 124 bank böhranı , 208 valyuta böhranı və 63 xarici borc böhranı meydana gəldi. ABŞ-da yaranan ipotekaya verilən mənzil maliyyəsi böhranı güclü anbarlar və qəfil maliyyə çatışmazlığı və bir neçə iflas yaratdı (maliyyə, İslandiya, Litv anya) .

Comments are closed, but trackbacks and pingbacks are open.