Press "Enter" to skip to content

Altı min qayaüstü təsvir, 20 mağara, 40 kurqan – QOBUSTANDAN REPORTAJ

Qobustan Tarixi-Bədii Qoruğunda tikilən muzey öz müasirliyi ilə nəyinki Qafqazda, hətta dünyada seçilib-fərqlənir. Buradakı muzey və inzibati bina kompleksinin ümumi sahəsi 2460 kvadratmetrdir. Muzeyin girişində petroqliflərin qonaqlara təqdim edilməsi üçün şərait yaradılmışdır. Burada rəsmlərin həlqəvari zolaqlar şəklində düzülməsi canlı rəqsin hərəkətlərini təcəssüm etdirir. Muzeydəki məlumat mərkəzində qonaqlar sensor ekrandan istifadə etməklə müxtəlif dillərdə ətraflı informasiya əldə edə bilərlər. Müasir innovativ texnologiya ilə təchiz olunmuş muzeydə xüsusi multimedia proqramları ilə hazırlanmış sensor ekranları, maarifləndirici və əyləncəli oyunlar, interaktiv stendlər, 3D video və s. turistlərin ixtiyarına verilir.

Tariximizin daş yaddaşı – Qobustan

Tariximizin daş yaddaşıdır Qobustan. Bizi tanıdan ən qədim kitabədir Qobustan. Hər daşı canlı tarix olan bu müqəddəs yerin hər qarışında millətimizin keçmişi əks olunmuşdur. Kim olmağımız, haradan gəlib, hara getməyimizin cavabı, sevgimizin, nifrətimizin, gücümüzün, səbrimizin yaddaşı, musiqimizin səsi var Qobustanda. Bəlkə də ibtidai insan dünya ilə ilk təmasını da burada qurmuşdur. Bu nəhəng daşların yaddaşında nələr yatır görəsən? Kim bilir, bəlkə də bu daşlar torpağın bağrına sancılmış qəzəbimiz, ölməmişdən qabaq özümüz üçün basdırdığımız baş daşlarıdır. Hər halda bu əzəmətli iri daşlar bu torpaqların əzəli və əbədi sakini olduğumuzu göstərən ilk tarixi mənbədir. Sükuta dalmış bu daş kitabələrin yanından sakit ötmək mümkünsüzdür.

Qobustandakı qədim qayaüstü təsvirlər Azərbaycan insanının keçmişini danışır, indiki azərbaycanlıların ulu əcdadlarının min illər ərzində yaratdıqları maddi-mədəniyyət nümunələrini yaddaşlardan silinməyə qoymur. Qobustan həm də dünya miqyaslı tarixi abidədir.
Tanınmış səyahətçi Tur Heyerdalın “Qobustan kökləri çox qədimlərə gedib çıxan və hətta Mesopotamiyadan daha qədim, doğru tarixi indiyədək öyrənilməyən mədəniyyət incisidir. Qobustan qədim insanın bacarıq və düşüncəsini rəsmlər vasitəsilə bizə çatdıran məkandır” fikri dediklərimizin təsdiqidir.

Bu daşların tarixi bəlli olmasa da Qobustanı Dövlət Tarix və Bədii Qoruğunun yaşı bəllidir. Qobustanda tapılan maddi mədəniyyət qalıqları kompleksinin tarix və mədəniyyət üçün müstəsna əhəmiyyəti nəzərə alınaraq 1966-cı ildə Qobustan Dövlət Tarix və Bədii Qoruğu elan edilmişdir. Qoruq əsasən üç dağın – Böyükdaş, Kiçikdaş və Cingirdağın yerləşdiyi böyük bir ərazini əhatə edir.

Dünyada ən qədim insan məskənlərindən birinə səyahət etmək istəyirsinizsə, yolunuzu dəqiq tarixi hələ də bilinməyən Mesopotomiyadan daha qədim olan Qobustan abidələrindən salın. Bu məkanda bəşər cəmiyyətinin ilkin dövründə yaşayan insanların həyat tərzi, məişəti, məşğuliyyəti, mədəniyyəti, incəsənəti ilə yaxından tanış olmaq imkanı tapacaqsınız. Açıq səma altındakı muzeydə qayaüstü rəsmlər, təsvirlər, dünyanın ən qədim təqvimi, “Günəş saatı”, “Qavaldaşı” və sirlər dolu bir dünya sizi heyrətləndirəcəkdir.

Əcdadlarımızın həyat tərzini əks etdirən son paleolit dövrünə aid minlərlə qayaüstü təsvirlərə məhz Qobustan ərazisində rast gəlmək mümkündür.

Azərbaycanın qədim tarixinin yadigarlarından olan Qobustan Bakıdan 65 kilometr məsafədə yerləşir. Qoruq bu ərazinin üst paleolit və mezolit dövrlərinin ilk ovçu qəbilələrinin, neolit dövrünün ilk maldarlarının məskəni olmasını sübut edən abidədir. Ərazidə aparılmış tədqiqatlar nəticəsində mindən çox qayanın üzərində altı mindən artıq təsvir qeydə alınmışdır. Burada 40-dan artıq kurqan aşkar olunmuş və 105 mindən çox maddi-mədəniyyət nümunəsi tapılmışdır. Qobustan qayalarında insan, heyvan, kollektiv əmək, qayıq şəkilləri, döyüş və ov səhnələri təsvir edilmişdir. Oyma, sürtmə, çapma və cızma üsulları ilə çəkilmiş təsvirlərin ən qədimləri eramızdan əvvəl VIII minilliyə aiddir.

Buradakı qavaldaş daş dövründə yaşamış insanların istifadə etdikləri musiqi alətidir. Qobustan qayalarında qədim Azərbaycanın “Yallı” rəqs səhnələri təsvir olunmuşdur. Bu rəqsin uğurlu ov üçün ovsun mərasimi olduğu vurğulanmışdır. Qayalardakı Roma yazısı eramızın 81-96-cı illərinə aiddir və altı sətirdən ibarətdir. Bu, Roma imperatoru Domisianın dövründə 12-ci Roma legionunun burada olduğunu göstərir.

Dörd min hektardan artıq ərazidə yerləşən, dünya əhəmiyyətli tarixi abidə olan Qobustan qoruğu 2007-ci ildə UNESCO-nun maddi-mədəni irs siyahısına daxil edilmişdir. Qobustan Milli Tarix-Bədii Qoruğundakı nadir qayaüstü rəsmlərin geniş təbliğinin xüsusi əhəmiyyətini nəzərə alan dövlətimizin başçısı İlham Əliyev martın 4-də qoruq muzeyinin yeni binasının tikilməsi üçün Prezidentin ehtiyat fondundan vəsait ayrılması ilə bağlı Sərəncam imzalamışdır.

Qobustan abidəsi bir də onunla maraqlıdır ki, burada insan həyatı təxminən eramızdan əvvəl onuncu minilliklərdən başlayaraq ta XVIII əsrədək ardı-arası kəsilmədən davam etmişdir.
Qobustan, Naxçıvan, Kəlbəcər, Göyçə-Zəngəzur zonası və adları ermənicəyə dəyişdirilmiş İrəvan ərazilərindəki qayalara həkk olunmuş təsvirlərin kompozisiyaları bir-biri ilə tam uyğunluq yaradır. Bu isə yurda sahib olan əcdadlarımızın düşüncə və ruh doğmalığının vahidliyini sübut edir.
Buradakı qayalar o dövrdə yaşamış insanların adət-ənənələrindən bəhs edən daş salnaməni xatırladır. Təsvirlər vasitəsilə bir neçə tarixi mərhələnin gedişatını izləmək mümkündür. Dağ keçisini ovlanması və nizə ilə rəqs səhnələri ən qədim dövr olan mezolitdən xəbər verir. Atlı, eləcə də piyadaların ov səhnələri, döyüş süjetləri, kollektiv əmək, əkin-biçin və qadınların ocaq başında təsvir olunduqları rəsmlər isə növbəti tarixi mərhələni – eramızın birinci əsrini əks etdirir. Orta əsrlərə aid qayaüstü təsvirlər isə getdikcə kiçilir.

Təbiətin Qobustanda yaratdığı möcüzələrdən biri də buradakı pirdir. Həmin müqəddəs məkan güclü külək və yağışın qayada açdığı dəlik nəticəsində əmələ gəlmişdir. Övlad həsrəti çəkən anaları arzusuna çatdıran pirin sehrli gücünün əcdadlarımız tərəfindən nə vaxt dərk edilməsi isə bizə məlum deyil. Bildiyimiz təkcə odur ki, həmin pir bu gün ümidsiz insanların pənah gətirdikləri yerə çevrilmişdir.

Qobustanın indiyədək açılmamış sirlərindən biri də yerə səkkiz rəqəmi formasında döşənmiş daşlardır. Əcdadlarımızın onları yerə niyə düzmələri bizə məlum deyil. Çox güman ki, bu, onlara müəyyən ayinləri icra etmək üçün lazım olub.

Qobustan Tarixi-Bədii Qoruğunda tikilən muzey öz müasirliyi ilə nəyinki Qafqazda, hətta dünyada seçilib-fərqlənir. Buradakı muzey və inzibati bina kompleksinin ümumi sahəsi 2460 kvadratmetrdir. Muzeyin girişində petroqliflərin qonaqlara təqdim edilməsi üçün şərait yaradılmışdır. Burada rəsmlərin həlqəvari zolaqlar şəklində düzülməsi canlı rəqsin hərəkətlərini təcəssüm etdirir. Muzeydəki məlumat mərkəzində qonaqlar sensor ekrandan istifadə etməklə müxtəlif dillərdə ətraflı informasiya əldə edə bilərlər. Müasir innovativ texnologiya ilə təchiz olunmuş muzeydə xüsusi multimedia proqramları ilə hazırlanmış sensor ekranları, maarifləndirici və əyləncəli oyunlar, interaktiv stendlər, 3D video və s. turistlərin ixtiyarına verilir.

Muzeydə kitabxana ilə yanaşı, fotolaboratoriya, elmi-tədqiqat şöbəsi də fəaliyyət göstərir.
Muzeydə fəaliyyət göstərən zallarda dünyadakı 200-ə yaxın oxşar abidə haqqında məlumatlar əks olunmuşdur. Burada quraşdırılmış sensor ekranda minilliklər ərzində Xəzər dənizinin necə dəyişdiyini əks etdirən animatik təqdimatı müşahidə etmək, Qobustanın təbiəti, florası haqqında məlumatlar almaq mümkündür. Burada turistlər ilkin yaşayış dövründən başlayaraq Qobustanda gedən təbii dəyişikliklərin miqyasını, dünyada yaşanan insan köçünün coğrafiyasını seyr edə bilərlər.

Muzeydə 3D formatında 45 tamaşaçı üçün kinozal da yaradılmışdır. Zal 7 səsgücləndirici, monitor və proyektorla təchiz edilmişdir. İclas zalında müxtəlif konfransların, yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün hərtərəfli şərait yaradılmışdır.
Layihə üzrə Qobustandakı Böyükdaş zirvəsində açıq səma altında muzeyin yaradılması nəzərdə tutulmuşdur. Buraya səyahət tunel vasitəsilə kiçik vaqonlarda həyata keçiriləcəkdir. Böyükdaş zirvəsində Azərbaycan mədəniyyəti və təbiətini əks etdirən mənzərənin yaradılması da planlaşdırılır.

Muzeydə 360 dərəcə fırlanan xüsusi aparatla istənilən abidənin üzərində dayanmaq olur. Muzeyin fondunda 100 mindən çox arxeoloji materiallar toplanmışdır.

Bütün bunlar göstərir ki, Azərbaycan sivilizasiyanın ən qədim mərkəzlərindən biri olmaqla zəngin və qədim tarixə malikdir. Min illər boyu onun ərazisində dünyanın mədəniyyət xəzinəsinə daxil olmuş zəngin mədəni irs yaradılmışdır. Dünyada ən qədim insan məskənlərindən olan Azıx mağarasının, qədim daş dövrünə aid bir sıra insan məskənlərinin kəşfi sübut edir ki, Azərbaycan antropogenez zonasına daxildir. Qədim odlar diyarı bəşəriyyətin ilkin beşiklərindəndir. Azərbaycanda sivilizasiyanın inkişafının əsas mərhələləri müəyyən edilmişdir.

Qədim və zəngin mədəni irs xalqımızın iftixarıdır. Buraya əsrlərlə yaşı olan xalçaçılıq sənəti, ədəbiyyat, Şərq-Qərb musiqisinin füsunkar harmoniyasını təqdim edən musiqi, həmçinin “donmuş tarix” adlanan Azərbaycan memarlıq abidələri daxildir. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın səyi və təşəbbüsü ilə Azərbaycan muğamı, Novruz bayramı, aşıq, tar ifaçılıq sənətləri, xalçaçılıq, UNESCO-nun maddi-mədəni irs siyahısına daxil edilmişdir. Tarixi-mədəni irs müntəzəm qayğı tələb edir. İtmiş hər hansı maddi dəyər əvəzedilməzdir və inamla deyə bilərik ki, bu, gələcək nəsillərə qarşı cinayətdir. Ona görə də, həm ölkəmizdə, həm də sərhədlərimizdən kənarda mədəni irsin qorunması üçün əlimizdən gələni etməliyik.

Bütün bunların sırasında Qobustan Tarixi-Bədii Qoruğunun da mühüm yeri, çəkisi vardır. Bu qədim məkan hazırda Azərbaycana üz tutan hər bir əcnəbidə böyük maraq doğurur. Tarix təkcə qədim əlyazmalardan ibarət deyil, hər daşın da öz tarixi vardır. Odur ki, xalqımızın qədim tarixini özündə əks etdirən Qobustanı qorumaq, təbliğ etmək və öyrənmək hər birimizin borcudur.

AzərTAc

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Altı min qayaüstü təsvir, 20 mağara, 40 kurqan – QOBUSTANDAN REPORTAJ

Altı min qayaüstü təsvir, 20 mağara, 40 kurqan – QOBUSTANDAN REPORTAJ Ərəb ölkələrindən gələn turistlərin çoxluğunu nəzərə alıb, artıq bu ildən etibarən ərəb dilində xidmət göstərən bələdçilər də işə cəlb olunacaq

15 Fevral , 2017 13:55

https://static.report.az/photo/638512f3-3b07-4bed-9249-9d3a58c6e828.jpg

Bakı. 15 fevral. REPORT.AZ/ Azərbaycanın ən qədim yaşayış məskənlərindən olduğunun əyani sübutlarından biri Qobustan Dövlət Tarixi-Bədii Qoruğudur. Bu ərazi 2007-ci ildə YUNESKO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilib. 2011-ci ildə isə qoruğun tərkibində yeni muzeyin açılışı baş tutub. “Report”un əməkdaşları bu dəfə Qobustan Dövlət Tarixi-Bədii Qoruğuni ziyarət edib, burada yeniliklərlə tanış olublar. Yeni bina Uzaqdan qayalıqları gördüyümüzdə artıq çatdığımızı anladıq və ilk olaraq muzeyin binasına üz tutduq. Burada bizi muzeyin ekskursiya şöbəsinin rəisi Fikrət Abdullayev qarşıladı. O, bizə Aysel Məmmədbəylinin bələdçilik edəcəyini bildirdi. İki mərtəbədən ibarət olan muzeyin girişində milli ornamentlərlə bəzədilmiş və Qobustanı əks etdirən suvenirlər satılır. Bələdçimizin dediyinə görə, suvenirlərin əksəriyyəti qoruğun əməkdaşları tərəfindən hazırlanıb. Qiymətləri isə 20-30 AZN aralığındadır. Muzeyi gəzərək Qobustanın tarixi, kəşf edilməsi və burada saxlanılan eksponatlar haqqında geniş məlumat aldıq. Eksponatlar arasında diqqətimizi çəkən qadın skeleti oldu. A.Məmmədbəyli bildirdi ki, bu skelet imitasiyadır, əsli isə zərər görməməsi üçün dondurulmuş halda saxlanılır. Ümumilikdə qoruq ərazisində alimlər tərəfindən indiyədək 6 mindən çox qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilib və öyrənilib. Çıxışa tərəf irəliləyərkən mühazirə zalında uşaqlardan ibarət qrupun olduğunu gördük. Bələdçimiz söylədi ki, arxeoloq Abdullayev Rəhman Qobustan qəsəbəsindən olan şagirdlərə buranın tarixi haqqında məlumat verir. Tarixdən bir gün Beləliklə, muzeydə öyrəndiklərimizin əyani şahidi olmaq üçün qayalıqlara yollanırıq. Hava soyuq olduğundan ziyarətçi azdır. Bələdçimizin sözlərinə görə, ziyarətçilər əsasən yaz-payız aylarında çox olur. Şəhərin səs-küyündən uzaq, Xəzər dənizinin mənzərəsi ilə əhatə olunmuş Qobustan sanki keçmişə açılan bir pəncərədir. Əcdadlarımızın çəkdikləri qayaüstü rəsmlərə baxdıqda təəccübümüzü gizlədə bilmirik. Qoruğu gəzdikcə yerdə “ilan var”, “keçmək olmaz” kimi işarələrə rast gəldik. A.Məmmədbəyli bildirdi ki, yay aylarında burada ilan görmək mümkündür: “Havalar isinəndə düzənlik ərazi olduğundan ilanlar üzə çıxmağa başlayır. Bu vaxta qədər ilanlarla bağlı heç bir problem yaşamamışıq. Ancaq hərdən bəzi xanımların bu işarələri gördükdən sonra qoruğu gəzməkdən imtina etdikləri olur”. Burada imitasiyası hazırlanmış qaval daşına da rast gəldik. Təəssüf ki, çox uzaqda olduğundan əslini görə bilmədik. Qobustanın mətbəxi Yerdə gördüyümüz kiçik quyular marağımıza səbəb oldu. Bələdçimiz bildirdi ki, qədimdə insanlar bunlar su quyuları kimi istifadə ediblər: “Buranı Qobustanın mətbəxi də adlandırırlar. İçməli su ehtiyatı az olduğundan onlar buraya yığılan yağış suyundan içiblər”. Yavaş-yavaş qoruğun ilk binasına tərəf irəliləyirik. Binanın damına tərəf çıxdıqda nəzarətçilərdən Sabir Eyvazov bizi görüb otağından bayıra çıxdı. O, üşüdüyümüzü görüb isinmək üçün bizə çay evinə getməyimizi məsləhət gördü. Dediyinə görə, çay evində istifadə olunan kəklikotunu bu dağlardan özü toplayır. Məsləhətini dinləyib üz tutduq çay evinə. Yeni hazırlanmış bu yerdə bir az çatışmazlıqlar var idi. Ancaq buranı idarə edən Adil Ələkbərovun dəmlədiyi çay bütün qüsurları unutdurdu. Onun sözlərinə görə, bu çayı xüsusilə ərəb ölkələrindən gələn turistlər çox bəyənirlər. Ruhanə Mirzəyeva və Aysel Məmmədbəyli A.Ələkbərov söhbət əsnasında yay vaxtı buraya gələn məktəblilərdən şikayətləndi: “Baxın, bu gördüyünüz ağ ləkələr əvvəl saqqız idilər, sonradan təmizlətdirmişəm”. Burada söhbətə bələdçimiz də qoşularaq bildirdi ki, yay vaxtı ziyarətçi çox olduğundan bəzən çətinlik çəkirlər: “Məktəblilərin hər birinə tək-tək nəzarət etmək mümkün deyil. Bəzən yediklərini zibil qabıya yox, yerə atırlar. Belə hallar yolverilməzdir. Axı bura bizim tariximizdir. Gərək insanlar özləri bunu dərk edib qoruğa hörmətlə yanaşsınlar”. İki gündür can verən at Yeri gəlmişkən, qoruq ərazisində atlara rast gəlirik. Adil Ələkbərov deyir ki, bu atlar yerli sakinlərə məxsusdur: “Hətta onlardan birinə canavar hücüm edib və iki gündür can verir”. Ondan niyə bununla bağlı bir tədbir görülmədiyini soruşduqda isə atın yiyəsinin artıq onun vəziyyəti ilə maraqlandığını bildirdi: “Biz nəsə etsək, şikayət edəcəklərindən çəkinirik. Ona görə də yerli sakinlərin özlərinin bir tədbir görməsini gözləyirik”. Çayımızı içib yenidən muzeyə yollandıq. A.Məmmədbəyli muzeyin ekskursiya şöbəsinin rəisi Fikrət Abdullayevin otağınadək bizə bələdçilik etdi. F.Abdullayev bildirdi ki, 2016-ci ildə 2015-ci ilə nisbətən ziyarətçi sayında xeyli artım olub: “2015-ci ildə 47 min ziyarətçimiz olduğu halda 2016-cı ildə bu rəqəm 70 minə yüksəlib. Təbii ki, gələnlərin əksəriyyəti xarici ölkə vətandaşlarıdır. Turistlərin cəlb edilməsi üçün əlimizdən gələni edirik. Qobustan şəhərdən uzaq olduğundan qoruğa gələnlərin əksəriyyəti əvvəlcədən buranın tarixi haqqında öyrənib sonra gəlmək qərarına gəlirlər”. “İbtidai insanın bir günü” Fikrət Abdullayevin sözlərinə görə artıq yeni istiqamətdə ekskursiyalar həyata keçirməyə başlayıblar. Bunlardan biri də “İbtidai insanın bir günü” adlanır: “Bu tur zamanı ziyarətçiləri qamışlardan hazırlanmış sığınacaqlara aparırıq. Onlar burada ibtidai insanın yaşam tərzi ilə yaxından tanış olurlar. Bunlara gildən qablar hazırlanması, ox və kamandan istifadə, daş üstündə rəsmlər cızmaq və digər məşğuliyyətlər aiddir. Tur əsasən məktəblilər və turistlər tərəfindən böyük maraqla qarşılanır. Biz ziyarətçilərə burada hazırladıqlarını özləri ilə aparmaq imkanı veririk”. Qiymətlər Fikrət Abdullayev
Qoruğa giriş qiyməti isə belədir: turistlər üçün 4 AZN, Azərbaycan vətəndaşları üçün 2 AZN, uşaqlar üçün isə 20 qəpik. Əgər bələdçi ilə gəzmək istəsəniz, bunun üçün də əlavə pul ödəməli olacaqsınız. Belə ki, turistlər üçün bələdçi haqqı 5 AZN, yerli vətəndaşlar üçün isə 3 AZN-dir. Qoruğun bələdçiləri rus, ingilis dillərində xidmət göstərirlər. Ərəb ölkələrindən gələn turistlərin çoxluğunu nəzərə alıb, artıq bu ildən etibarən ərəb dilində xidmət göstərən bələdçilər də işə cəlb olunacaq. Foto: Elşən Baba

Qobustan qayaüstü təsvirləri Bakıda

“Reinkarnasiya 5” layihəsi çərçivəsində təşkil olunacaq sərgidə Azərbaycan Rəssamlar İttifaqının üzvlərinin hazırladığı, Qobustan mövzusunda 40-dan artıq orijinal iş nümayiş olunacaq.

Bu barədə Qobustan Milli Tarix – Bədii Qoruğunun direktoru Vüqar İsayev məlumat verib.

Bildirib ki, sərgilənəcək rəsm əsərləri, heykəltəraşlıq və keramika, videoinstallasiya formatında olacaq.

“18-20 min il yaşı olan Qobustan qayaüstü təsvirlərini yeni interpretasiyada izləyiciyə çatdıracaq layihənin məqsədi Qobustanın mədəni irsinin təbliği ilə yanaşı, incəsənət xadimlərində bu mövzuya marağı artırmaqdır. Azərbaycan ərazisində ən qədim incəsənət nümunələri hesab olunan Qobustan qayaüstü rəsmlərinə incəsənət xadimlərinin baxışını müasir yozumda əks etdirən sərgi qoruğun təşkilatçılığı, Azərbaycan Rəssamlar İttifaqı və Muzey Mərkəzinin tərəfdaşlığı ilə təşkil olunacaq.

Sərgi üç gün müddətində ( martın 12-i, saat 19:00 – da, martın 13-14-i, saat 10:00-dan 18:00-dək) ziyarətçilər üçün açıq olacaq”, – deyə Vüqar İsayev söyləyib.

Comments are closed, but trackbacks and pingbacks are open.