Qocanın göstəricisini necə qoyuram
Soyuqdəymə və ya vulvar nahiyənin sidik və nəcislə daimi çirkli qalması zamanı (sidikqaçırmada və urogenital fistullarda müşahidə olunur) qadını vaxtaşırı və ya daimi qaşınma narahat edir.
Qoca
Qoca is a GPL library for incrementally solving systems of linear equations with various goal functions. It contains a robust implementation of Cassowary, a popular linear programming algorithm for handling Manhattan goal functions. It is used in several free software projects and is maintained at Monash University . It is available in a C++ or a Java version, and provides language bindings for Python and Perl .
External links
* [http://www.csse.monash.edu.au/projects/qoca/ project page]
Wikimedia Foundation . 2010 .
Look at other dictionaries:
- qoca — 1. sif. Yaşlı, qocalmış (cavan ziddi). Qoca kişi. Qoca kəndli. Qoca alim. Qoca at. – Bahadır hələ üzünü yumamış, ev yiyəsi qoca arvad Bahadırı çay içməyə çağırdı. N. N.. Bu anda qoca usta başını dik qaldırıb, dəmir qüllənin zirvəsində durmuş… … Azərbaycan dilinin izahlı lüğəti
- qoca — (Biləsuvar) bax qoja. – Dünən qocamgilə getmişdim ◊ Qoca baba (Balakən) – nənə. – Qoca babam bizə gəlmişdi. Qoca dədə (Balakən) – baba. – Qoca dədəm bağda gəzir … Azərbaycan dilinin dialektoloji lüğəti
- əcuz(ə) — ə. 1) qoca, qarı; 2) pis xasiyyətli, pis görünüşlü qoca, qarı; küpəgirən qarı; 3) m. fani dünya, qoca dünya, gidi dünya … Klassik Azərbaycan ədəbiyyatında islənən ərəb və fars sözləri lüğəti
- bal — 1. is. 1. Arıların çiçək və meyvə şirəsindən hasil etdikləri qatı şirin maddə. Şan balı. – Bal tutan barmaq yalar. (Ata. sözü). <Piri kişi:> Ağca xanım, bu pətəyi sənin adına saxlayacağam, . . haçan könlün bal istədi, gələrsən, kəsib… … Azərbaycan dilinin izahlı lüğəti
- kaftar — is. 1. zool. Səhra və yarımsəhra yerlərdə yaşayan və başlıca olaraq leş yeməklə keçinən yırtıcı məməli heyvan; goreşən. <Pəri nənə:> . . Keçmişdə bizim qədim qışlağa bir kaftar dadanmışdı. S. R.. 2. məc. dan. Qoca, çirkin, idbar adam… … Azərbaycan dilinin izahlı lüğəti
- pir — 1. is. <fars.> 1. Qoca, çox yaşlı kişi, ixtiyar. Pirə ata dedim, cavana qardaş; Ana, bacı bildim qızı, gəlini. A. Ə.. <Buğac:> Burada bihuş yatarkən, ağsaçlı, ağsaqqallı nurani bir pir – mənə meydanda ad verən o qoca – ozan gözümə… … Azərbaycan dilinin izahlı lüğəti
- qarı — is. 1. Qoca qadın, qoca arvad. Budur! Dünya görmüş o qarıya bax; Mənalı gözləri intizardadır. S. V.. Ayna qarının qolundan tutaraq yanına çəkdi. Ə. M.. 2. Arvad, zövcə. Qoca öz qarısı ilə kənddə yaşayırdı. – Əmiraslan baba uşaq kimi qızaraqızara… … Azərbaycan dilinin izahlı lüğəti
- qarınənə — is. 1. Qoca nənə; ata, ya ananın anası. Birdən xoruzlar hinlərdə banladı, Qarınənə sübh olduğun anladı. A. S.. 2. Ümumiyyətlə, qoca arvad, qoca qarı. Deyirlər tapılıb Babək qılıncı; Muştuluq paylayın, qarı nənələr! M. Araz. ◊ Qarınənə qurşağı… … Azərbaycan dilinin izahlı lüğəti
- yer — is. 1. Üzərində sakin olduğumuz planet: Yer kürəsi (bu mənada böyük hərflə). Ay Yerin peykidir. Yerlə Günəş arasında 150 milyon kilometr məsafə var. Yer Günəş ətrafında fırlanır. 2. Quru (su səthi müqabili). Dənizdən yer görünmürdü. 3. Yer… … Azərbaycan dilinin izahlı lüğəti
- Ходжа-Сала — Село Ходжа Сала укр. Ходжа Сала крымскотат. Qoca Sala Страна Украина … Википедия
- Contact us: Technical Support, Advertising
Cinsiyyət orqanlarında qaşınma və göynəmə – səbəbləri və müalicəsi
Xarici cinsiyyət orqanları nahiyəsindəki qaşınma qadınları çox narahat edir. O, daimi qadını məcbur edir ki, təklik axtarsın və selikli qişanı mexaniki stimulyasiya etməklə – qaşımaqla əzabverici hissdən canını qurtarsın.
Mündəricat
- Qaşınma necə baş verir
- Vulvar qaşınmanın səbəbləri
- Cinsiyyət orqanlarının infeksion xəstəlikləri
- Parazitar və digər xəstəliklər
- Qeyri-infeksion xarakterli xəstəliklər
- Mexaniki qıcıqlar
- Dəri xəstəlikləri
- Daxili orqanlar və qan patologiyaları
- Psixi faktorlar
- Allergik səbəblər
- Kimyəvi və fiziki qıcıqlandırıcılar
- Qadın cinsi hormonların disbalansı
- Hansı hallarda menstruasiyadan qabaq vulvar nahiyə qaşınır?
- Hamiləlik zamanı genital qaşınma
- Südvermə zamanı qaşınma
- Klimaksdan sonra qaşınma
Lakin bu cür qısamüddətli “canqurtarma” yeni sıyrıqların əmələ gəlməsinə və əvvəlki hissiyyatın daha da güclənməsinə səbəb olur. Belə “qüsurlu dövrandan” can qurtarmağın yegnə yolu – onun səbəbini tapıb aradan qaldırmaqdır.
Qaşınma necə baş verir
Vulva qadının xarici cinsiyyət orqanı olub, qasığın arxasında, aralığın önündə və böyük cinsiyyət dodaqlarının arasında yerləşir. Onlara çoxsaylı sinirlər gəlir: qalça, cinsiyyət, bud və düzbağırsaq. İri şaxələrdən mielinsiz C-liflər ayrılıb orqana gedir, hansı ki, əsas vəzifələri bəzi qıcıqları yuxarı aparmaqdır. Belə impulslar, onurğa beyni ilə baş beynə qaşınma hissi şəklində ötürülür. C-liflərin əsas hissəsi uşaqlıq yolu dəhlizində, klitorda və kiçik cinsiyyət dodaqlarında yerləşir. Yəni, əgər bu nahiyələrdə qıcıqlandırıcı ifrazat yığılarsa və ya əksinə, selikli qişa həddən artıq quruyarsa və ya ödemləşərsə, qaşınma hissi yaranacaq.
Vulvar qaşınmanın səbəbləri
Genital nahiyədə qaşınma hissinin bir çox səbəbləri var, hansı ki, bir neçə qrupa bölünür.
Cinsiyyət orqanlarının infeksion xəstəlikləri
- trixomoniaz;
- xlamidioz;
- genital herpes;
- ureaplazmoz;
- mikoplazmoz;
- kandidoz;
- papilloma virusunun törətdiyi iltihabi proses;
- qardnerellez;
- sifilis.
Cinsi yolla keçməyən infeksion xəstəlikləri isə stafilokokklar, bağırsaq çöpləri, streptokokklar, göy-yaşıl irin çöpləri törədir.
Onlar soyuqdəymə zamanı, abortdan, qaşınmadan, cərrahi əməliyyatlardan sonra, tatuaj və ya pirsinqi qeyri-steril şəraitdə etdikdə, bartolinit və ya uretritin fəsadı kimi, antibakterial terapiyadan sonra baş verir. Antibotiklərin qəbulundan sonrakı qaşınmanın ən çox səbəbi Kandida göbələkləridir.
Parazitar və digər xəstəliklər
Vulva nahiyəsində qaşınma verən parazitlərə bizquyruq, gənə, qasıq və paltar biti aiddir.
İnfeksion-iltihabi prosesin inkişafına şərait yaradan faktorlara şəkrli diabet, QİDS (SPİD) və həmçinin menopauza aiddir.
Qeyri-infeksion xarakterli xəstəliklər
Vulvar zonada aşağıdakı xəstəliklərdə qaşınma ola bilər:
- vulvovaginit:
- vulvanın yastıhüceyrəli intraepitelial neoplaziyası – 16-cı tip papilloma virusu tərəfindən törədilən, xərçəngönü xəstəlik;
- genital orqanların xərçəngi;
- poliplər, uşaqlığın fibroması və ya mioması;
- qartner kanalının kistası.
Mexaniki qıcıqlar
Vulva nahiyəsində qaşınmanın tez-tez rast gəlinən səbəblərinə dərinin alt paltarı və ya dar şalvarlarla sürtülməsi, genital nahiyənin tualet kağızı ilə bərk silinməsi, yaxşı yuyulmamış, üzərində sabun və ya yuyucu vasitənin (poroşokun) qalıqları qalan alt paltarları, detergentlərlə (sabun, duş geli) tez-tez yuyunma aiddir.
Dəri xəstəlikləri
Aşağıdakı dəri xəstəliklərində qadınlarda genital nahiyədə qaşınma ola bilər:
- sklerozlaşdırıcı dəmrov;
- qırmızı-yastı dəmrov;
- genital psoriaz;
- qırmızı dəmrov;
- vulvanın sklerozlaşdırıcı lixenası;
- ekzemalar: kontakt, atopik.
Daxili orqanlar və qan patologiyaları
Daxili orqanların bəzi xəstəlikləri eyni vaxtda həm dəridə, həm də vulvada qaşınma verir. Bunlara aşağıdakılar aiddir:
- qalxanvari vəzin xəstəlikləri;
- qaraciyər xəstəlikləri (hepatit, sirroz);
- xroniki böyrək çatmamazlığının son mərhələləri;
- şəkərli diabet;
- qanda dəmirin səviyyəsinin aşağı olması;
- D hipervitaminozu;
- qanyaradıcı orqanların bədxassəli patologiyaları: limfoqranulematoz, leykoz;
- podaqra;
- bəzi autoimmun xəstəliklər, məsələn, Şeqren xəstəliyi.
Psixi faktorlar
Əgər qadın uzun müddət stres şəraitində olarsa və ya çox həyacanlanarsa, onda genital nahiyə qaşına bilər.
Allergik səbəblər
Əksər hallarda allergik reaksiyalar intim qulluq vasitələrinə və yuyucu tozlara, cinsi partnyorun spermasına, lubrikant-gellərə və lateks prezervativlərinə qarşı müşahidə olunur.
Kimyəvi və fiziki qıcıqlandırıcılar
Soyuqdəymə və ya vulvar nahiyənin sidik və nəcislə daimi çirkli qalması zamanı (sidikqaçırmada və urogenital fistullarda müşahidə olunur) qadını vaxtaşırı və ya daimi qaşınma narahat edir.
Qadın cinsi hormonların disbalansı
Qalxanvari vəz hormonlarından və insulindən başqa, cinsi orqanların vəziyyətinə qadın hormonları da təsir göstərir. Yaşa dolduqca onların nisbəti dəyişir ki, bu da qaşınma verə bilər.
Hansı hallarda menstruasiyadan qabaq vulvar nahiyə qaşınır?
Aybaşıdan bir həftə və ya 1-2 gün qabaq vulvada qaşınma başlaya bilər. Müxtəlif qadınlarda onun intensivliyi yüngüldən dözülməz dərəcəyə qədər ola bilər. Bunun səbəbi yerli immunitetin zəifləməsi, estrogen-progestron nisbətinin dəyişməsi fonunda vaginal pH-ın qələviləşməsidir, hansı ki, aşağıdakı hallarda rast gəlinir:
- ya göbələk, bakterial və ya cinsiyyət yollarının virus infeksiyaları fonunda immun sistem zəifləyir;
- ya vulvanın mexaniki qıcıqlara hiperhəssaslığı ikişaf edir;
- ya da gigiyena qaydaları pozulur – genital nahiyə həddən az və ya həddən artıq yuyulur.
Hamiləlik zamanı genital qaşınma
Bu zaman yaranmış əlamət fizioloji ola bilər – genital orqanların qan dövranının artması zəif ödemə və qaşınmaya səbəb ola bilər. Digər tərəfdən, immunmitetin zəifləməsi və vulvo-vaginal pH-ın qələviləşməsi infeksiyanın bura asan düşməsinə şərait yaradır. Hamiləlik zamanı daha çox kandidoz və genital herpes inkişaf edir.
Südvermə zamanı qaşınma
Doğuşdan sonra etrogenlər azalır və buna görə uşaqlıq yolu quruyur ki, bu da xoşagəlməz hisslər verir.
Klimaksdan sonra qaşınma
Yaşlı adamlarda vulvada qaşınma çox geniş yayılmış haldır. Bu, estrogenlərin səviyyəsinin azalması fonunda vulvanın selikli qişasının quruması ilə əlaqədardı. Krauroz zamanı qaşınma dözülməz və əzabverici olur. Onu müalicə etmək lazımdır və o müalicəyə tabe olur, əks təqdirdə, qaşınmadan yaranan sıyrıqlara infeksiya düşür, hansı ki, simptomları daha da ağırlaşdırır və daxili cinsiyyət üzvlərində fəsadlar verə bilər.
Bəzi hallarda əlamətlərin səbəbini tapmaq mümkün olmur.
Kliniki mənzərə
Xarakter simptomlar yuxarıda sadalanan iltihabi və allergik xəstəliklərdə olur. Daimi və intensiv qaşınma yaşlı pasientlərdə daha çox rast gəlinir.
Patologiyaların əksəriyyətində ifrazat olur: açıq-sarı – herpesdə, yaşılımtıl – trixomoniozda, ağımtıl-boz – qardnerellezdə, kəsmikvari – kandidozda, bol, duru və sarı – qonoreyada.
İfrazatsız qaşınma aşağıdakı hallarda ola bilər:
- dəmrovlarda: sklerozlaşdırıcı, yastı;
- genital psoriazda;
- stres mənşəli qaşınmalarda;
- atopik ekzemada;
- plazmohüceyrəli vulvitdə;
- vulvanın kraurozunda;
- atrofik və yapışqan vulvitlərdə.
İfrazatsız qaşınma, aşağıdakı hallarda göynəmə ilə müşayiət olur:
- intim gigiyenanın pozulmasında;
- vulvar nahiyənin zədələrində;
- spermaya allergiya olduqda;
- cimərkən istifadə olunan yuyucu vasitələrə allergiya olduqda;
- qaraciyər və ödçıxarıcı yolların xəstəliklərində;
- hipotireozda;
- şəkərli diabetdə.
Müalicə
Qaşınmanın müalicəsi səbəbi aydınlaşdırıldıqdan sonra aparılır, hansından ötrü ki, ginekoloqa müraciət etmək lazımdır. Həkim xəstəliyin nə vaxt başladığını, qadının onu nə ilə əlaqələndirdiyini araşdırır. O, mütləq genital baxış aparır və uşaqlıq yolundan ginekoloji yaxma götürür, hansı ki, iltihabın xarakterini və törədicini təyin etməyə imkan verir.
Lazım gəldikdə vaginal möhtəviyatın bakteriloloji əkilməsi və PCR analizi aparılır. Əgər iltihabi dəyişiklilər aşkarlanmazsa və ya kandidoz tapılarsa, şəkərli diabet və qalxanvari vəzin fəaliyyəti yoxlanılır.
Səbəbi tapılanadək və ya heç tapılmadıqda aşağıdakı müalicə tətbiq edilir:
- Genital nahiyənin adekvat gigiyenası: neytral pH tərkibli və ya süd turşusu saxalayan vasitələrlə, ot ekstraktları ilə, D-pantenol: “Eplir”, “Ginokomfort”, “Epigen intim”. Bu vasitələri gündə 2 dəfədən az olmayaraq istifadə etmək lazımdır.
- Çobanyastığı, kalendula damləmələri ilə isti vannada oturmalı.
- Alt paltarlarını uşaq sabunu ilə əllə yumalı.
- Qidanı korreksiya etməli: yağlı, konservləşdirilmiş və şirniyyat məhsullarının qəbulunu azaltmalı.
- Vulvar nahiyəni nəmləndirici vasitələrlə yağlamalı: “Vagilak-gel”, “Ginofort” və s.
- Silinmək üçün bu qarışıq yaxşı kömək edir: karbol turşusu 4,0+ sirkə turşusu 15,0 + spirt 15,0+ Burov məhlulu 20,0+ 2%-li bor turşusu məhlulundan 200 ml.
- Kalsium panqamat (vitamin B15) 0,1 mg-dan gündə 3 dəfə.
Ümumiyyətlə vulvar qaşınmanın müalicəsində aşağıdakı qrup dərman preparatları məlhəmlər, şamlar, kremlər şəklində istifadə olunur:
- bakterial infeksiyalarda – antibiotik tərkibli;
- genital herpesdə – atsiklovir tərkibli;
- genital psoriazda, ekzemada, dəmrovda – qlükokortikoid tərkibli;
- kraurozda – estrogen tərkibli.
Bu preparatların istifadəsini qaşınma qurtaranda yox, bir qədər sonra, həkim təyin etdiyi vaxt (əsas da infeksion patologiyalarda) dayandırmaq lazımdır.
Əgər məlum olsa ki, qaşınmanın səbəbi daxili orqanların və ya endokrin sistemin xəstəlikləridir – onda onları müalicə etmək lazımdır. Bundan ötrü terapevt və ya endokrinoloq lazımi müalicə təyin edir.
Əgər müalicə nəticə verməzsə və qaşınma dözülməz həddə çatarsa, onda cinsiyyət sinirinin novokain blokadası aparılır. Çox ağır hallarda cinsiyyət sinirləri cərrahi yolla kəsilir.
Comments are closed, but trackbacks and pingbacks are open.