Qohumlarımı onların adından Almaniyaya necə dəvət edə bilərəm?
Əsl miqrantlara və gerçək qaçqınlara gəldikdə isə, müxtəlif ölkələrdən Almaniyaya axışan insanlar həqiqətən də qeydiyyat prosedurundan keçirlər. Onların sənədləri araşdırılır, fotoları çəkilir, barmaq izləri götürülür. Məqsəd miqrantın sonradan başqa tarixçə, ad və sənədlə Almaniyaya daxil olmağının qarşısını almaqdır.
Bəhs etdiyimiz prosedurlardan sonra miqrantların 2/3 hissəsi Almaniyadan çıxarılır.
Qohumlarımı onların adından Almaniyaya necə dəvət edə bilərəm?
Məmur qardaşlar, məmur qohumlar. Kim kimdir?
Prezident İlham Əliyevin fevralın 12-də keçirilmiş müşavirədə xalqı hakimiyyətdən narazı salan məmurların ünvanına kəskin çıxışının ardınca bir neçə rayon İcra Hakimiyyəti (RİH) başçısı cəzalandırıldı. Dövlət başçısının çıxışından sonra “balaca padşahlar”ın “qara xəbərləri” yayılır. Prezident əvvəlcə kütləvi xalq etirazlarının baş verdiyi İsmayıllı RİH-in başçısını işdən azad etdi. Bunun ardınca isə Şamaxının başçısı vəzifəsini itirdi. İşdən çıxarılan hər iki başçı yüksək vəzifəli şəxslərin qardaşları idi.
Müşahidələr göstərir ki, məhz elə bu qohumluq əlaqələri bəzi rayonlarda İcra Hakimiyyəti başçılarının “əl-qol açmasına” şərait yaradan amillərdən biridir.
Bir sıra hallarda yuxarıda oturan qardaşı, qudası və ya başqa qohumuna arxalanan məmurlar çalıb-çapmaqla məşğuldurlar.
İsmayıllıda kütləvi xalq etirazlarının baş verdiyi vaxt rayonun icra başçısı vəzifəsini tutan Nizami Ələkbərovun əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun qardaşı olduğu hamıya məlumdur.
Modern.az saytı bu xəbərdən sonra oxucuların marağını nəzərə alıb, kiçik bir araşdırma apardı. Azərbaycanda hansı məmurlar qohum-qardaşdırlar?
Başlayaq yenicə vəzifələrini itirmiş icra başçısından. Şamaxının sabiq icra başçı Asif Məmmədov “Hacı İqbal” kimi tanınan lerikli deputat İqbal Məmmədovun qardaşıdır.
İmişlinin yeni təyin olunan icra başçısı Vilyam Hacıyev Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin əmisi oğludur.
İddialara görə, Neftçala rayonunun icra başçısı İsmayıl Vəliyev fövqəlnazir Kəmaləddin Heydərovun yaxın qohumudur.
Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə rəhbərlik edən Elmar Vəliyev isə ölkənin hərbi prokuroru Xanlar Vəliyevin qardaşıdır.
Vəzifə bölgüsünə nəzər salsaq görərik ki, bir çox deputatların və nazirlərin, komitə sədrlərinin, başqa yüksək vəzifəli şəxslərin, deputatların ən yaxın adamları icra başçısı postunu tuturlar. Belə post tutanlardan biri də Şirvan Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalovdur. O, müdafiə sənayesi naziri Yavər Camalovun qardaşıdır.
Tovuz rayonunun icra başçısı da qardaş hesabına vəzifəyə gələnlərdəndir. Rayonun icra başçısı Tofiq Zeynalov DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun qardaşıdır.
Tovuzla qonşu olan Qazax rayonunun icra başçısı Ayaz Əsgərov Dövlət Dəmiryolu İdarəsinin rəisi Arif Əsgərovun qardaşıdır.
Göyçayın icra başçısı Mənsur Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun bacısı oğludur. Ziya Məmmədovun qardaşı Elton Məmmədov isə Milli Məclis deputatıdır.
Zaqatalanın icra başçısı Mübariz Əhmədzadə “Meliorasiya və Su Təsərrüfatı” Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin qardaşıdır.
Paytaxtın Binəqədi rayonunun icra başçısı Xaləddin İsgəndərov vergilər naziri Fazil Məmmədovun yeznəsidir-bacısının əridir.
YAP-çı deputat Mübariz Qurbanlının qardaşı Tariyel Qurbanov Hacıqabul rayonun prokurorudur.
Prezident Administrasiyasının şöbə müdiri, general Məhərrəm Əliyevin qardaşı Adil Əliyev isə Milli Məclisin deputatıdır.
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı Malik Həsənov da Milli Məclisdə deputatdır.
Abşeronun icra başçısı Zakir Fərəcov deputat Nazim Fərəcovun qardaşıdır.
Salyan rayonunun sabiq icra Rasim Bəşirov Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirovun qardaşıdır.
Samux rayonunun icra başçısı Alı Qocayev Milli Məclisin sədri Oqtay Əsədovun qudasıdır.
İddialara görə, bir çox rayonların icra başçıları birbaşa fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, nəqliyyat naziri Ziya Məmmədovun, general Bəylər Əyyubovun və digər yüksək vəzifəli şəxslərin himayə etdiyi məmurlardır.
Baş nazirin müavini, “Dövlətqaçqınkom”un sədri Əli Həsənovun qardaşı Ramiz Həsənov vaxtilə Sumqayıt icra başçısının müavini vəzifəsində çalışırıb. Hazırda isə o, Zəngilan rayon İcra Hakimiyyətinin başçısıdır.
“Azəriqaz” Səhmdar Cəmiyyətinin keçmiş prezidenti Əlixan Məlikovun qardaşı Fəxrəddin Məlikov Kürdəmir rayonunun sabiq icra başçısı vəzifəsini tuturdu. Onların hər ikisi artıq sabiq məmurlar siyahısına daxildirlər.
Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin qardaşı Akif Quliyev Sumqayıt şəhər, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun qardaşı Qəzənfər Həsənov Sabunçu rayon icra hakimiyyətlərində müavin vəzifəsində çalışırlar.
Siyahını hələ uzatmaq olar. Elə sadaladığımız misallar da bəs edir ki, hakimiyyətdə təmsil olunanlar arasında bir-biri ilə qohumluq əlaqəsində olan məmurların həddindən artıq çox olduğunu deyəsən.
Salyan Polis İdarəsinin rəisi Fuad Məmmədov tutduğu vəzifədən azad olunaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə rəis müavini vəzifəsinə təyin edilib. Fuad Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğludur. DİN Pasport İdarəsinin rəisi Arzuman Əliyev də nazirin qohumudur.
Yeri gəlmişkən, nazir Ziya Məmmədovun bacısı Məhbubə Məmmədova “Tərəqqi Texniki Humanitar liseyi”nin (66 nömrəli orta məktəb) direktorudur.
Təhsil naziri Misir Mərdanovun qardaşı Əli Mərdanov polis sistemində vəzifə tutan yüksək rütbəli zabitdir.
Bu günlərdə isə keçmiş deputat, hazırda Daşkəsən rayonunun icra hakimiyyətinin başçısı olan Əhəd Abıyevin iki qohumuna da vəzifə verilib. Belə ki, Əhəd Abıyevin qardaşı Zəfər Abıyev Daxili İşlər Nazirliyinin Qazaxıstandakı nümayəndəsi təyin olunub. Digər qardaşının oğlu Heydər Abıyev isə Milli Təhlükəsizlik Nazirliyinin Quba rayon şöbəsinə rəis təyin edilib.
Simulyasiya Mərkəzinin rəis müavini Vüqar Əbiyev Səfər Əbiyevin qardaşı oğludur. Mərkəzi Hospital aptekinin rəis müavini Səfər Əbiyevin oğlunun qaynıdır. Nəsimi rayon hərbi komissarı, Binəqədi rayon hərbi komissar əvəzi Səfər Əbiyevin yaxın və ya uzaq qohumlarıdır.
Sabunçu rayon hərbi komissarı isə Müdafiə Nazirliyinin Hüquq idarəsinin rəisi Rauf Kişiyevin qaynıdır.
Prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubovun yaxın qohumu Əqid Bayroyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin kadrlar şöbəsinin rəis müavini vəzifəsini tutur.
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəis müavini Namiq Quliyevin Fazil Məmmədovun bacısının həyat yoldaşı olması da hamıya məlumdur.
Sumqayıt şəhərin icra strukturlarında qohumluq əlaqələri olan məmurlar da çoxdur. Mənzil Kommunal Təsərrüfatı İstehsal İstismar Birliyinin rəisi Təvəkkül Məmmədovla Küçə İşıqları İdarəsinin rəisi Əhməd Məmmədov arasındadır. Belə ki, Əhməd Məmmədov keçmiş icra başçısının qardaşı oğludur.
Sumqayıt şəhər Telekommunikasiya Qovşağının rəisi Akif Əsgərovla Sumqayıt Regional Təchizat İdarəsinin rəisi Xəndan Əhmədovun isə quda olduğu bildirilir.
Baş prokurorun əmri ilə ikinci səlahiyyət müddətinə Xəzər rayon prokuroru vəzifəsinə təyin edilən Fəxri Ələsgərov Prezident Administrasiyası hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun qardaşıdır. Onlar Milli Məclisin sabiq deputatı, mərhum Murtuz Ələsgərovun oğlanlarıdırlar.
Parlamentin deputatı Xanhüseyn Kazımlının oğlu Fəxri Kazımlı Azərbaycan İpoteka Fondunun icraçı direktorudur.
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev də Milli Məclisin deputatıdır.
Azərbaycanın ən nüfuzlu məmurlarından olan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun atası Fəttah Heydərov artıq 18 ildir Milli Məclisdə deputatdır.
Baş nazirin müavini Elçin Əfəndiyevin qardaşı Timuçin Əfəndiyev uzun illərdir Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsində çalışır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəis müavini Emin Şahbazovun qardaşı Oqtay Şahbazov hazırda Azərbaycan Respublikası Prezidenti Administrasiyasında rəhbər vəzifə tutur. O.Şahbazov Prezidentin işlər idarəsində işlər müdirinin birinci müavini postunda çalışır. Elə Prezidentin işlər müdirinə aid bəzi məsələləri, o cümlədən vətəndaşların qəbulunu da Oqtay Şahbazov həyata keçirir.
Ağsunun icra başçısı Ənvər Seyidəliyevin Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun dayısı olduğu bildirilir.
Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin rəsi Namiq Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı oğludur.
Abşeron rayon prokurorunun köməkçisi Bəhlul Yaqubov Azərbaycan Aşıqlar Birliyini Zəlimxan Yaqubun oğludur.
Oxucuların istəyini nəzərə alaraq mövzu ilə bağlı silsilə yazılarımızı davam etdirəcəyik.
Modern.az saytında növbəti yazımız məmur övladları barədə olacaq.
Gültəkin ƏLƏSGƏR
Qohumlarımı onların adından Almaniyaya necə dəvət edə bilərəm?
Yüz minlərlə miqrantın ölüm təhlükəli səfərlər edərək daha firavan Avropaya axışması qitənin müxtəlif ölkələrində ümumən qaçqınlara olan fərqli münasibətləri üzə çıxarıb.
“Azadlıq” radiosunun müxbiri Çarlz Reknagel yazır ki, Almaniya kansleri Angela Merkel bu həftə etdiyi çıxışda hazırkı miqrant böhranını Avropanın “universal insan haqlarına” sadiqliyinin sınağı adlandırıb.
Lakin hadisələrin inkişafından görünür ki, bu, bütün Avropa İttifaqında elə Almaniyanın özü üçün ən böyük sınaq olacaq.
Yunanıstan və İtaliyanın sahillərinə qayıqlarda çıxan miqrantların əksəriyyəti məhz bu ölkəyə yetişməyə can atır.
Təkcə bu il 800 min qaçqının Almaniyadan sığınacaq istəyəcəyi gözlənilir.
Bəs Almaniya sığınacağı kimlərə verir və Almaniyadan sığınacaq almaq istəyənlər nələri bilməlidir?
Sığınacağı kimə verirlər?
Almaniyaya axışan miqrantların mənbə ölkələrindən yalnız əsaslarını göstərsək, bunlar Suriya, Əfqanıstan, Eritreya, Qərbi Balkan ölkələridir. Lakin bunların arasında Almaniyadan sığınacaq almaq üçün bəzilərinin şansları başqalarından daha az və ya daha çoxdur.
Hələlik ən yaxşı şansa suriyalılar malikdir. 2014-cü ildə Almaniyadan sığınacaq istəmiş 26 min qaçqından yalnız 1 faizinə rədd cavabı verilib.
Əslində Almaniya Avropa İttifaqı ölkələri arasında suriyalılara ən geniş qucaq açmış ölkədir. Suriyada 4 illik müharibə artıq 240 min insanın həyatına son qoyub. Suriyalıların 4 milyonu qaçqına çevrilib.
Bu arada Almaniyanın Federal Miqrasiya İdarəsi avqustun 31-də buraxıldığını elan edib. Hazırkı ittifaq qaydalarına görə və suriyalılara gəlincə isə Almaniya qaçqınları ilk dəfə ayaq basdıqları ittifaq ölkəsinə göndərə bilər. Lakin rəsmi Berlin bildirib ki, qaçqınlar üçün məsuliyyəti üzərinə götürür.
Bununla belə, söhbət Qərbi Balkandan olan qaçqınlardan getdikdə Almaniya bu əraziləri sabit hesab etdiyindən oradan gələnlərin sığınacaq almaq şansı çox azdır.
Suriyalılardan sonra Almaniyadan sığınacaq istəyən ikinci böyük millət serblərdir. Lakin onların 63 faizinin ərizəsinə “yox” cavabı verilib.
Makedoniyadan gələnlərin 65 faizi də eyni cavabla qarşılaşıb. Ötən il Kosovodan gələnlərin yarısı qəbul edilməyib. Bosniya qaçqınlarının 60, Albaniya qaçqınlarının isə 82 faizinin sığınacaq ərizələri rədd edilib.
Almaniyadan sığınacaq istəyənlərin 4-cü böyük qrupu əfqanlardır. İndiyədək onlardan 21 faizi rədd cavabı alıb. İraqlıların 9 faizinin ərizələri geri qaytarılıb.
Sığınacaq almaq nə qədər çəkir?
Miqrasiya rəsmiləri sığınacaq və qaçqın statusu istəyənlərin ərizələrinə 7 ay müddətində baxırlar. Lakin burada da bütün qaçqın qrupları ilə rəftar eyni deyil.
Almaniyada adətən sabit ölkələrdən sığınacaq istəyənlərin ərizələrinə sürətli baxış sistemindən istifadə edilir. Məsələn, fevral ayında Berlin bəyan edib ki, Kosovadan olanların ərizələrinə iki həftə müddətində baxılacaq.
Eyni sistem Bosniya, Serbiya və Makedoniyadan olan ərizəçilərə də tətbiq edilir.
Miqrasiya ekspertlərindən Rainer Ohliger deyir ki, adətən çevik baxılma sisteminə nəticəsi mənfi olması gözlənilən ərizələr buraxılır. Belə ərizəçiləri qısa müddətdə sığınacaq istəyənlər üçün düşərgələrdə saxlamaq mümkündür.
O da bildirilir ki, Almaniyadan sığınacaq istəmək üçün hər bir kəsin hüququ var. Lakin çevik baxılma sistemindən başlıca məqsəd miqrasiya xidmətlərinə böhranlı yerlərdən gələnlərin ərizələrinə tez baxılması üçün sərbəstliyin yaradılmasıdır.
Ərizəyə baxıldığı müddətdə nə baş verir?
Bütün ərizəçilər ilk üç ayı hasarlanmış və şəhərlərdən kənar olan barak tipli düşərgələrdə keçirirlər. Yaşamaq pulsuzdur və ərizəçilərə cib xərcliyi üçün ayda 140 avroyadək pul verilir. Onlara həmçinin təcili tibbi yardım da göstərilə bilər. Bu üç ay ərzində onların işləmək hüququ yoxdur.
Sığınacaq istəyənlərə verilən cib xərcinin məbləği Almaniyada daim müzakirə mövzusudur.
“Hazırda belə bir siyasi arqument var ki, ödənən pul Cənub-Şərqi Avropa miqyası ilə şirnikləndirici faktor kimi də qəbul edilə bilər. Məsələn, Albaniya kimi ölkələrdə ailələrin orta aylıq gəliri 300-500 avro arasındadır” – deyir Ohliger.
Bəziləri nağd pul əvəzinə vauçerlərin verilməsinə tərəfdardır.
Üç aydan sonra ərizəçilərin yerləri dəyişdirilir və onları şəhərlərə və mənzillərə köçürürlər. Onlar burada işləyə də bilərlər, lakin onları işə götürən biznes sübut edə bilməlidir ki, bu işdən ixtisaslı alman və ya Avropa İttifaqının başqa vətəndaşı məhrum edilməyib.
Sığınacaq verildikdən sonra nə olur?
Sığınacaq verildikdən sonra ərizəçi məşğulluq və sosial xidmətlər sahələrində hər bir Almaniya vətəndaşının malik olduğu hüquqlara sahib olur. Onlar iş yerləri üçün müsabiqələrə qatıla və ya iş yerlərini dəyişə bilərlər. Onlara həmçinin başqa Almaniya vətəndaşları kimi işsizlik müavinəti də verilir.
Bundan başqa onlar Almaniyanın səhiyyə sistemindən tam istifadə edə bilirlər. Lakin onların yeni həyatı hələ tam təminat almır. 3 ildən sonra gəldikləri ölkədəki vəziyyətdən asılı olaraq onların qaçqın statusuna yenidən baxıla bilər. Əgər status artıq uyğun gəlmirsə, onda ləğv edilə bilər.
lkin sığınacaq ərizələri rədd edilmiş şəxslər məhkəmə qaydasında apelyasiya verə bilərlər. Belə hallarda hüquqi proses aylarla uzanır. Əgər onların apelyasiya ərizələri də rədd edilərsə, belə şəxslər deportasiya edilirlər.
Almaniya əvvəllər də bu qədər sığınacaq istəyən axını görübmü?
Əgər bu il gözlənildiyi kimi Almaniyadan 800 min insan sığınacaq istəyərsə, onda bu, əvvəlki rekorddan, yəni 438 min rəqəmindən demək olar, iki dəfə çox olacaq.
1992-ci ildə Sovet İttifaqı dağılarkən Almaniyadan bu qədər insan sığınacaq istəmişdi.
Qaynar.info
Almaniyaya axın: sığınacaq almaq arzusu və gerçəklik
Suriya, İraq, Somali, Eritreya, Əfqanıstan, Pakistan, Liviya, Tunis, Əlcəzair – bu ölkələrdən Avropa Birliyinə miqrant axını səngimir.
Avropa ölkələrinin miqrant dalğasında “boğulmağa” başladığı, habelə miqrantlara qarşı nümayişlərin başlandığı və ən pisi – miqrant axının yeni islamofobiya dalğası yaradaraq neonasistlərlə radikallara və şovinistlərə “ruh” verdiyi də bəlli.
Xəbərlər çox, özü də əksər hallarda ziddiyyətlidir.
Bəs gerçəkdə necədir?
Die Presse-in yazarı Marlis Kastanhoferin dediyinə görə, miqrantlar Aralıq dənizini keçməklə Yunanıstana, oradan da Macarıstan və Avstriyadan keçməklə Almaniyaya yollanırlarsa, bu, axının hamısı deyil.
Miqrant adı ilə Yaxın Şərq və Afrika ölkələrindən pulu olanlar da Avropaya axışırlar.
Belələri üçün 15 min avroluq “paket” təklif olunur.
Paketə Avropaya təyyarə bileti ilə yanaşı, sənədlər də daxildir.
Avropa Birliyinin Sərhədlər üzrə Agentliyinin nümayəndəsi İzabella Kuperin dediyinə görə, həmin sənədlər arasında bəzən saxta yox, gerçək pasportlar və şəxsiyyət vəsiqələri də olur.
“Miqrant “daşıyanlar” müştərilərinin oxşarlarını və ya onlara çox bənzəyən adamların sənədlərini seçirlər. Əksər hallarda Suriya pasportlarından istifadə olunur. İlin əvvəlindən bəri 170 belə pasport müsadirə olunub və ələ keçirilən hər 8 pasportdan biri Suriya vətəndaşına məxsusdu. Ötən il isə Frotex saxta sənədlər vasitəsilə Avropa Birliyinə keçmək istəyən 9400 nəfəri aşkarlayıb”, – Kuper deyib.
Səbəb odur ki, Avropa Birliyinin əksər ölkələrində Suriyadan olan miqrantların sığınacaq almaq şansları daha çoxdur.
Halbuki vətənlərindən dərbədər düşmüş 4 milyondan artıq suriyalının çoxunun üstlərində sənədlər yoxdur. Kimi bu sənədi qaçanda itirib, kiminin sənədləri Suriyada qalıb, kiminin də sənədlərinin vaxtı keçib.
Bəzən də ABŞ və ya Avropa Birliyində yaşayan suriyalı mühacirlər köhnə pasportlarını böyük məbləğlərə miqrantlara satırlar.
Türkiyədə isə cəmi 500 avroya Avropa Birliyinin istənilən ölkəsinin saxta pasportunu almaq olar. Yeganə problem odur ki, həmin “təzə” pasportda sərhəd-nəzarət məntəqələrindən keçidi təsdiqləyən möhürlər yoxdur.
Əslində vəziyyət necədir?
Avropaya axışan miqrantların əksəriyyətinin Almaniyaya üz tutduğu bəlli. Mediada yer alan xəbərlərə görə, Almaniya on minlərlə miqrantı qəbul edib və onlara sığınacaq verməyə hazırlaşır. Bununla yanaşı, Almaniya Avstriya ilə sərhədini bir neçə həftəlik bağlayaraq Şengen sazişindən çıxmaq niyyətini açıqlayıb.
Yəni Almaniya miqrant dalğasının ölkə üçün fəlakətə çevrilməsini istəmir.
Bununla belə, Almaniyaya yollanmış miqrantların tam əksəriyyətinin orada sığınacaq alacaqları vurğulanır.
Miqrantların çoxu da belə düşünür.
Yanlışdır.
Almaniya qanunvericiliyində “qaçqın”, “müvəqqəti qaçqın” və “mühacir” anlayışları var. Müxtəlif anlamlardır, fərqli qanunlarla tənzimlənir.
Almaniyada “iqtisadi qaçqın” anlayışı ümumiyyətlə, yoxdur.
Almaniya yalnız yaşadığı ölkədə siyasi baxışları, dini və ya milli mənsubiyyətinə görə təqib olunan insanları qəbul edir. Təqiblər isə ölüm, işgəncələr və ya həbs perspektivli olmalıdır.
Belə insan təqiblərdən qorunmaq üçün dövlətə üz tuta bilmir, çünki onu təqib edən elə dövlətin özüdür.
Təfərrüatları bilmək istəyənlər qaçqınların statusu barədə Cenevrə konvensiyasını oxusalar, yaxşıdır.
Eyni zamanda Almaniyada yaşadığı ölkədə müharibə gedən insanlara xüsusi (müvəqqəti) qaçqın statusu da verilir. Belə status yetərincə spesifik, müvəqqətidir.
Müharibə başa çatan kimi, müvəqqəti qaçqınlar ölkədən çıxarılırlar. Onlar gözləmə mərhələsində sayılırlar, yerli cəmiyyətə inteqrasiya edilmirlər.
Belə qaçqınlara heç bir sosial yardım və ya müavinətlər verilmir, imtiyazlar almırlar. Onlar sadəcə, müvəqqəti yaşayış yeri və yemək üçün kuponlarla təmin olunurlar.
İşləmələrinə, özəl sahibkarlıqla məşğul olmalarına icazə verilmir.
Belə statuslu insanlar nə zamansa Almaniyada siyasi sığınacaq alacaqlarına bel bağlamamalıdırlar.
Qapalı dairə alınır: müharibə başa çatan kimi bu insanlar ölkələrinə göndəriləcəklər. Amma hərbi əməliyyatlar getdiyindən onlar qovulmurlar, di gəl sosial müavinətlər də almırlar və işləyə də bilmirlər.
Əsl miqrantlara və gerçək qaçqınlara gəldikdə isə, müxtəlif ölkələrdən Almaniyaya axışan insanlar həqiqətən də qeydiyyat prosedurundan keçirlər. Onların sənədləri araşdırılır, fotoları çəkilir, barmaq izləri götürülür. Məqsəd miqrantın sonradan başqa tarixçə, ad və sənədlə Almaniyaya daxil olmağının qarşısını almaqdır.
Bəhs etdiyimiz prosedurlardan sonra miqrantların 2/3 hissəsi Almaniyadan çıxarılır.
Hazırda Almaniyaya Serbiya, Makedoniya, Bosniya-Hersoqovina, Somali, Qana, Seneqal, Eritreya və s. kimi ölkələrdən gedənlərin istisnasız olaraq hamısı sığınacaqla bağlı rədd cavabı alır.
Rədd cavabının alınması prosesi qısa deyil. Bir nəfərin araşdırılması təxminən 8 saat davam edir. Bu araşdırmadan sonra həmin adamın qaçqın statusuna “layiq” olmadığı aydınlaşarsa, deportasiyaya qərar verilir. Yəni adam 24 saat ərzində Almaniyanı tərk etməlidir.
Həmin şəxsə təyyarəyə bilet alınır, yatmaq üçün yer və yemək verilir. Sonra göndərilir. Adam ölkəsinə yollanmaq əvəzinə qaçırsa, o, axtarılır, tutulur, qısa müddətə həbsxanaya salınır, amma sonucda təyyarəyə oturdulub göndərilir.
Bütün bunlar xərcdir və Almaniya da pulları bağışlamır, deportasiya olunana 2-5 min avro arasında cərimə yazılır. Daha çox qaçanların xərci də çox olur.
Almaniya dövləti bu borcu ən azı 25 il unutmur. Ölkədən çıxarılan adam yalnız borcu ödəyəndən sonra Şengen vizası ala bilər.
Yox əgər o, ölkəyə yenidən qeyri-leqal şəkildə girərsə, yenə deportasiya ediləcək və borcu ən azı 5 min avro artacaq.
Beləliklə, qaçqın statusu almayacaqlarını bilməyən adamlar çox kobud səhv edirlər. Onlar sərhədi keçmək üçün qaçalmaqçılara pul verir, sonra polisə “təslim” olurlar. Qısa zamandan sonra isə pulsuz, böyük borcla, Şengen anlaşmasını imzalamış bütün ölkələrə girişi yasaqlanmış şəkildə geri qaytarılırlar.
Tranzit tələ
Almaniyada “Tranzit ölkələr haqqında” qanun var. Bu qanuna görə, qaçqın və ya miqrant ayaq basdığı ilk “etibarlı” ölkədə qalmalıdır. Miqrantlar isə Avstriya, Yunanıstan, Macarıstan, Slovakiya və ya İtaliyadan keçərək Almaniyaya gediblərsə, Almaniyada qala bilməzlər.
Miqrantlar onların sənədlərinin araşdırıldığını, qeydiyyat aparıldığını görəndə sevinirlər, qaçqın statusunun alınması prosedurunun başlandığını düşünürlər.
Belə deyil.
Əslində onların sənədləri yoxlanılır, sayları dəqiqləşdirilir – gəldikləri ölkəyə göndərilmək üçün.
Miqrantların çoxu düşünür ki, əgər onlar araşdırma proseduru zamanı sussalar, hansı ölkədən keçib Almaniyaya girdiklərini deməsələr (“bağlı maşında gətirdilər, yolları tanımırıq, heç nə görmədik” və s.), hər şey alınacaq.
Qətiyyən belə deyil.
Reallıq budur ki, bir çox ölkələrdən Almaniyaya birbaşa yollanmaq mümkün deyil: aviareyslər istisnadır. Miqrantların axın ssenarisi isə eynidir: Türkiyədən Aralıq dənizi vasitəsilə Yunanıstana, oradan Macarıstana, Serbiyaya, Slovakiyaya, Avstriyaya, sonda Almaniyaya.
Avstriya, Macarıstan, Çexiya, Slovakiya kimi ölkələrin polisləri, təbii ki, qanunları əla bilirlər. Məhz buna görə onlar sərhəddə qapıları açır, miqrantlara “Qaçın!” deyirlər. Bilirlər ki, Almaniya onları geri qaytaracaq.
Hamısını olmasa da, çoxunu. Üstəlik, araşdırma, qeydiyyat da almanların boynuna.
Almaniya siyasi sığınacaq alanlara ilkin mərhələdə işləmək imkanı vermir. İlk üç ayda kiimsəyə işləmək olmaz. Sonra əmək fəaliyyəti üçün məhdud icazə verilir. Normal iş icazəsini isə yalnız 15 ay sonra almaq olar.
Və son olaraq onu da yazaq ki, Almaniyada mühacirlər 3 tipə ayrılır:
1. Əmək mühacirəti. Almaniyada iş tapılır, iş yerinin sahibi “mavi viza” tələbini yollayır, sənədlər hazırlanır və 3 il sonra vətəndaşlıq almaq olar.
2. Nikah. Almaniya vətəndaşı ilə ailə qurulur, 3 ildən sonra daimi yaşayış izni alınır, 5 il sonra vətəndaşlıq üçün müraciət etmək olar.
3. Repatriasiya. Alman əsilli insanlar Almaniya vətəndaşlığı ala bilərlər.
Bütün bu şərtlərdən savayı kateqoriyalara daxil olanlarınsa Almaniyada sığınacaq və ya vətəndaşlıq alması çox çətindir.
Miqrant seli səngiməsə belə.
Orxan Hun
Milli.Az
Comments are closed, but trackbacks and pingbacks are open.