Press "Enter" to skip to content

Dövlət qoruqları haqqında

III. Talış dağlarında

Azərbaycanda qoruq və yasaqlıqlar

Azərbaycanda 13 qoruq, 4 milli park və 16 yasaqlıq vardır. Onlar Azərbaycanın 5,3%-ni tutur. Qoruqlarda antropogen fəaliyyətə icazə verilmir, ərazidə olan bütün təbii landşaftlar qorunur və elmi təcrübə mərkəzi kimi istifadə edilir. Milli parklarda insanların istirahət etməsinə icazə verilir. Yasaqlıqda isə təbiətin bir və ya bir neçə komponenti mühafizə edilir və çoxaldılır. Yasaqlıqlarda bir sıra təsərrüfat işləri aparmaq olar.

Sahəsinə görə Qızılağac (88 min ha), Zaqatala (25 min ha), Şirvan (17 min ha), Türyançay (12 min ha),

Yaranma tarixinə görə Göygöl (1925), Zaqatala və Qızılağac (1929), Hirkan (1936).

Məqsəd və yerləşməsinə görə:

I. Böyük Qafqazda

5. Qəbələ dağ-meşə landşaftları qorunur.

8. Qobustan – qədim tarixi qayaüstü abidələr;

II. Kiçik Qafqazda

1. Göygöl – qarmaqvari şam, xallı maral, cüyür və s. qorunur.

2. Bəsitçay – yaşı 2-3 min il olan təbii şərq çinarı qorunur.

3. Qaragöl – dağ çəmən landşaftı qorunur.

III. Talış dağlarında

1. Hirkan – relikt bitkilər – dəmirağac, şabalıdyarpaq palıd, azad, Hirkan şümşadı, güləbrişin və s.;

IV. Kür-Araz ovalığında

1. Qarayazı – Qazax rayonunda Kürboyu Tuqay meşələri qorunur.

2. Ağgöl – köçəri su quşları (Mil düzündə) qorunur.

3. Şirvan – Cənub-Şərqi Şirvan düzündə yaşayan nadir çöl heyvanı olan ceyran, həmçinin dovşan və bir sıra quşlar qorunur.

4. Qızılağac – Xəzərin sahilində yerləşib. Su quşları – qu, durna, ördək, qaz, və s. qorunur;

5. Türyançay – saqqız və ardıc ağaclarından ibarət arid meşələr (Acınohur arid ön dağlığında) qorunur.

6. Eldar oyuğu – Ceyrançöldə Göygöl qoruğunun filialı olub, Eldar şamı qorunur.

Azərbaycanda Zuvand, Şəki, Qubadlı, Laçın, Ordubad, Bərdə, Bəndovan, Qusar, Şəmkir, Korçay, Abşeron, Gil ada, Qarayazı, Qızılağac, Şirvan və Ağgöl yasaqlıqları mövcuddur.

Naxçıvanda Şahbuz dövlət qoruğu və Ordubad Milli parkı yaradılıb. Son illərdə Hirkan, Ağgöl, Şirvan və Ordubad dövlət qoruqları Milli parklara çevrilmişdir.

Sənaye müəssisələrinin təsiri ilə Azərbaycanın iri şəhərləri xüsusən Bakı, Sumqayıt, Gəncə və Şirvan (Əli-Bayramlı) atmosferi zəhərli qazlarla çirkləndirir, istehsal texnologiyasının (təmizləyici qurğuları) təkmilləşdirmək, yaşıllıqlar salmaqla bu problemi həll etmək olar.

Dövlət qoruqları haqqında

Qoruq mövcüd təbiət komplekslərini qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini öyrənmək üçün xüsusi qorunan təbiət əraziləridir. Qoruqlar elm, mədəniyyət və təsərrüfat üçün müstəsna əhəmiyyəti olan, dövlət tərəfindən mühafizə edilən ərazilərdir -akvatoriyalardır.
Qoruqlar təbiətin ən yaxşı mühafizə formalarından biridir. Burada müxtəlif təbii zonaların xarakterik landşaftları, kökü kəsilməkdə olan, yaxud nadir hallarda rast gələn bitki və heyvan növləri, eləcə də aradan çıxmaq təhlükəsinə məruz qalan təbii komplekslər və onların komponentləri, mağaralar, şəlalələr, buzlaqlar və s. qorunur. Qoruqlarda geoloji kəşfiyyat işləri, şumlama, mal-qara otarması, turizm, ov etmək, balıq tutmaq, ağac kəsmək, bitkiləri məhv etmək, ümumiyyətlə təbii sərvətlərdən istifadə etmək və onların təbii halını pozmaq qadağan edilir.
Hal-hazırda Azərbaycanda 15 dövlət təbiət qoruğu fəaliyyət göstərir.
Azərbaycanın ilk qoruğu olan Göy-göl Dövlət Təbiət Qoruğu 1925-ci ildən fəaliyyət göstərir. Bunun ardınca 1929-cu ildə Qızılağac və Zaqatala qoruqları və 1936-cı ildə Hirkan qoruğu təsis edilmişdir. Ümumilikdə 1958-ci ilə qədər 4 qoruq fəaliyyət göstərmişdir. 1958-ci ildən başlayaraq, 1990-cı ilə kimi yeni qoruqlar təşkil edilmişdir. Belə ki, 1990-cı ildə Altıağac Dövlət Təbiət Qoruğu(ADTQ) yaradılmışdır. 2003-cü ildə Naxçıvan Muxtar Respublikasında Şahbuz, 2004-cü ildə isə Eldar şamı, 2007-ci ildə Bakı və Abşeron yarımadasının Palçıq Vulkanları Qrupu, 2008-ci ildə icə Korçay Dövlət Təbiət Qoruğunun əsası qoyulmuşdur. Eyni zamanda 2003-cü ildə Türyançay, Pirqulu, İlisu, Qarayazı, İsmayıllı, 2008-ci ildə isə Zaqatala Dövlət Təbiət Qoruqlarının (ZDTQ) əraziləri genişləndirilmişdir.

Коруклар – Qoruqlar

Qoruqlar (также, Goruglar , Korukhlar и Koruklyar ) это деревня и муниципалитет в Ордубадском районе в Нахчыване , Азербайджана . Он расположен на правой стороне трассы Ордубад-Юнус, в 27 км к северо-западу от районного центра, на берегу реки Венендчай. Население занято садоводством, овощеводством и животноводством. В селе есть средняя школа, библиотека и медицинский пункт. Население – 184 человека.

Этимология

Согласно исследованиям, название села происходит от названия корукской ветви зюлгадур (зюлгадар) племени кызылбашлар ( гызылбаш ). И эта ветвь происходит от племени карыков, которые были одним из 24 племен сельджуков – огузов .

Рекомендации

Внешние ссылки

  • Qoruqlar (как Qoruglar) на сервере имен GEOnet

Эта статья о местонахождении Нахчыванской Автономной Республики незавершена . Вы можете помочь Википедии, расширив ее .

Comments are closed, but trackbacks and pingbacks are open.