Press "Enter" to skip to content

Ağdaş türk dilləri

Bugünkü Azərbaycan dilinin fonetik sistemi, əsas lüğət fondu və qrammatik quruluşu ilk orta əsrlərdə (birinci minilikdə) təşəkkül tapmışdır.

Azərbaycan dilinin quruluşu

Azərbaycan dili azərbaycanlıların ana dilidir. Bu dil respublikamızda 12 noyabr 1995-ci ildə qəbul edilmiş konstitusiyada Azərbaycan dili kimi təsbit olunmuşdur. Konstitusiyanın 21-ci maddəsində yazılır: «Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir».

TÜRK DİLLƏRİ AİLƏSİ

Dünyada 3.500-dən çox dil var. Bir kökdən törəyən dillər qohum dillər sayılır. Qohum dillərin hamısına birlikdə dil ailəsi deyilir. Azərbaycan dili türk dilləri ailəsinə mənsubdur.

Qədim türk dilinin qrupları: oğuz, qıpçaq, qarluq və s.

  • Oğuz qrupu: türk, Azərbaycan, türkmən, qaqauz.
  • Qıpçaq qrupu: qazax, qırğız, başqırd, tatar, qumuq.
  • Qarluq qrupu: özbək, uyğur, salar.

Bugünkü Azərbaycan dilinin fonetik sistemi, əsas lüğət fondu və qrammatik quruluşu ilk orta əsrlərdə (birinci minilikdə) təşəkkül tapmışdır.

AZƏRBAYCAN DİLİNİN MORFOLOJİ QURULUŞU

Dillərin tipoloji bölgüsündə sözlərin morfoloji quruluşu əsasdır. Dillər tipoloji baxımdan aşağıdakı qruplara bölünür:

  • Kök (amorf) dillər sözün kökü dəyişmir və şəkilçi yoxdur: çin.
  • Flektiv dillər həm sözün kökü içəridən dəyişir, həm dəşəkilçi sözün müxtəlif yerlərində gəlir. Sözlərdə ön şəkilçi (prefiks), iç şəkilçi (infiks), son şəkilçi (sufıks) işlənir: ərəb.
  • İltisaqi (aqlütinativ) dillər- kök sabit qalır, şəkilçilər isə sözün kökünə artırılır: Azərbaycan.

Sözün əvvəlinə şəkilçi artırılması (la+qeyd, a+normal), sözdən şəkilçini ayırarkən kökün məna verməməsi (bio+loji, frazeo+logiya, lüğə+vi), l,-q,-k şəkilçilərinin olmasına baxmayaraq, həmin sözlərin kökdən ayrıla bilməməsi (alçal, alçaq, kiçik, kiçil) iltisaqi prinsipdən kənara çıxır.

İSTİSNA: na+dinc, na+kişi (dinc və kişi milli sözlərdir).

Dil və mədəniyyət. Dil və xalqın tarixi

Dildə yeni terminlərin yaranması mədəni inkişafla bağlıdır. Mədəni səviyyənin qalxması isə ədəbi dilin fəaliyyət dairəsini genişləndirir və ədəbi dil normalarım möhkəmləndirir. Bununla da dialektin sosial işlənməsi məhdudlaşır. Ümumi mədəni səviyyənin inkişafı elmin genişlənməsini şərtləndirir.

Dilin inkişafının xalqın tarixi ilə bağlılığını iki istiqamətdə görmək mümkündür. Birincisi, qohum tayfaların birləşməsi nəticəsində bu tayfaların dili də birləşərək həmin xalqın dilinə çevrilir. Digər tərəfdən dil faktları müəyyən mədəni-tarixi hadisələrin aydınlaşmasında mühüm rol oynayır. Məsələn, Midiyanın aparıcı tayfasının adı mak olmuşdur və bu söz qədim türkcədə ilan mənasını bildirir.

Fonem anlayışı

Sözün mənasını dəyişən səs fonem adlanır: tələ-dələ, zaman-saman, dağ-sağ-çağ-bağ-tağ.

Dil vahidləri iki yerə ayrılır: müstəqil və qeyri-müstəqil.

  • Müstəqil dil vahidləri: söz, cümlə. Onlar dilin formalaşması prosesində aparıcı rol oynayır.
  • Qeyri-müstəqil dil vahidi: fonem. Fonem müstəqil dil vahidlərinin formalaşması vasitəsi kimi çıxış edir.

Vurğu

Azərbaycan dilində vurğunun üç növü vardır: heca vurğusu, məntiqi vurğu, həyəcanlı vurğu.

  • Heca vurğusu — sözlərdəki hecalardan birinin digərlərinə nisbətən qüvvətli tələffüz olunmasıdır.
  • Məntiqi vurğu — cümlədəki sözlərdən birinin digərlərinə nisbətən qüvvətli tələffüz olunmasıdır. Məntiqi vurğulu söz, adətən, xəbərin yanında olur. Ancaq intonasiyadan istifadə etməklə məntiqi vurğulu sözün yeri dəyişə də bilər.
  • Həyəcanlı vurğu — hiss və həyəcanları ifadə etmək üçün sözün qeyri-adi şəkildə tələffüz olunmasıdır.

İntonasiya

İntonasiya — nitqin ahəngi, ritmi, nitqin tempi və ya sürəti, intensivliyi, məntiqi vurğusu, tembri kimi hadisələrin məcmusundan ibarətdir. İntonasiya modallıq bildirir. Onun vasitəsilə məlumat vermə, sual və əmr intonasiyaları fərqləndirilir.
Xitabların, ara söz və ara cümlələrin intonasiyası da fərqlənir.

Müəllif: KAMRAN ƏLİYEV
Mənbə: AZƏRBAYCAN DİLİ, abituriyentlər üçün köməkçi vəsait, Bakı — «Elm» — 2011, ISBN 978-9952-453-30-0

  • Teqlər:
  • Azərbaycan dili
  • , dilçilik

Çağdaş türk dilləri

Türk dillərinin təsnifi içərisində məşhur türkoloq N.A.Baskakovun bölgüsü daha geniş yayılmışdır. N.A.Baskakov türk dillərinin tarixi inkişaf mərhələlərinin diqqətlə izləmiş və məhz bu mərhələlərdə baş verən dəyişmələri səciyyələndirərək, onları iki böyük qrupa bölmüşdür:

1) qərbi hun qrupu dilləri;
2) şərqi hun qrupu dilləri.
Qərbi hun qrupuna öz növbəsində dörd dil ailəsi daxil edilir:
1. Bulqar qrupu: qədim bulqar, qədim Xəzər və çuvaş dilləri.

2. Oğuz qrupu öz növbəsində oğuz-türkmən (qədim oğuz, türkmən və turuxmen dilləri), oğuz-bulqar (qədim peçeneq, uz və qaqauz dilləri) və oğuz-səlcuq (Səlcuq, qədim osmanlı, Azərbaycan və türk dilləri) yarımqruplarına bölünür.

3. Qıpçaq qrupu. Bu qrupa 3 yarımqrup daxildir: qıpçaq-polovets (qədim qıpçaq, kuman və ya polovets, karaim, Qaraçay-balkar, Krım tatarları və qumuq dilləri), qıpçaq-bulqar (Qızıl Orda ədədbi dili, başqırd və tatar dilləri) və qıpçaq-noqay (noqay, Qaraqalpaq, qazax və özbək dilinin qıpçaq dialektləri) yarımqrupları.

4. Karluq qrupu. Karluq-uyğur və karluq-Xarəzm yarımqruplarına bölünən bu dil ailəsinə bir neçə qədim (Qaraxanlılar dövlətinin dili, Qızıl Ordanın (şərqi) dili, Cağatay, qədim özbək) və iki müasir (özbək və yeni uyğur dilləri) daxil edilir.

Şərqi hun qrupuna iki böyük dil ailəsi – uyğur-oğuz və qırğız-qıpçaq dil ailələri daxil edilir. Uyğur-oğuz ailəsinə üç dil qrupu aiddir: uyğur-tukyuy (Orxon-Yenisey abidələrinini dili-qədim oğuz dili, qədim uyğur dili, Tuva və karaqas dilləri), yakut (yakut dili) və xakas (xakas, şor, kamasin, küyerik, çulım-tatar dilləri) qrupu.

Türk dillərinin frаzеоlоgiyаsı. II cild. Qıpçaq qrupu türk dillərinin frazeologiyası

Türk dillərinin frаzеоlоgiyаsı. II cild. Qıpçaq qrupu türk dillərinin frazeologiyası
Author:Qətibə Çingiz qızı Mаhmudоvа
Editor:Məhəbbət Mirzəliyeva
Publisher: Bаkı,«Nurlаn»
Publication date: 2009
Number of pages: 284
Format / Quality: PDF
Size: 4,28 Mb
Language: Azarbaycan

Цитата:
3 cildlik “Türk dillərinin frazeologiyası” monoqrafiyasının II cildinə filologiya elmləri namizədi Qətibə Mahmudovanın “Qıpçaq qrupu türk dillərinin frazeologiyası” adlı namizədlik dissertasiyası daxil edilmişdir. Zəngin dil faktlarına söykənən və tarixi-müqayisəli aspektdə aparılan iş mütəxəssislərin diqqətini cəlb etmiş və yüksək qiymətləndirilmişdir.
Əsərdən türkoloqlar, eləcə də dil tarixi, türk dilləri ixtisası üzrə təhsil alan doktorant, aspirantlar, bu sahəyə meyl göstərən magistr və bakalavrlar faydalana bilərlər.

Уважаемый пользователь, вам необходимо зарегистрироваться, чтобы посмотреть скрытый текст!

Уважаемый пользователь, вам необходимо зарегистрироваться, чтобы посмотреть скрытый текст!

Уважаемый пользователь, вам необходимо зарегистрироваться, чтобы посмотреть скрытый текст!

Comments are closed, but trackbacks and pingbacks are open.