Press "Enter" to skip to content

Xəbərlər və yeniliklər

Qrip daha ağır xəstəliyə çevrilə bilən və ya bəzi insanlar üçün təhlükəli ola biləcək fəsadlara səbəb olur. Buraya yaşlılar və xroniki tibbi problemləri olanlar daxildir. Qrip peyvəndi olub-olmamağınızı öyrənmək üçün həmişə həkiminizlə danışın.

İnsan ildə neçə dəfə MRT və KT oluna bilər? – Nazirlik ekspertindən AÇIQLAMA

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Ağakişi Yəhyayev nazirliyin sosial şəbəkələrdəki hesablarına radioloji müayinələrlə bağlı gələn sualları cavablandırıb.

Maqnit rezonans tomoqrafiya (MRT) ilə kompüter tomoqrafiyası (KT) arasındakı fərqdən danışan radioloq insanın ildə neçə dəfə bu müayinələrdən keçə biləcəyini də deyib.

“Maqnit rezonans tomoqrafiyası bir neçə üstünlüyə malikdir. Onlardan ən önəmlisi insan orqanlarını toxuma səviyyəsində dəyərləndirmə imkanıdır. Təbii ki, bütün orqanları bura aid etmək olmaz, ancaq ümumilikdə orqanizmin əksər orqanları maqnit rezonans tomoqrafiyası ilə dəqiqliklə müayinə oluna bilər. Bundan əlavə, MRT müayinəsi rentgen şüası kimi zərərli deyil. Bu səbəbdən rahatlıqla kiçik yaşlı uşaqlara və hamilə qadınlara bu müayinə təyin oluna bilər. MRT müayinəsində KT-dən fərqli olaraq zərərli şüalar yoxdur və ağciyər və mədə bağırsaq xaric daha dəqiq müayinə oluna bilər.

MRT-nin mənfi tərəfləri isə uzun vaxt tələb etməsi və qapalı sahədə icra olunmasıdır. Ona görə də klaustrafobik xəstələr (qapalı sahə qorxusu olan xəstələr) MRT-ni rahat keçə bilmir.

Həkimlər ağciyər və mədə-bağırsaq sistemini müayinə edən zaman MRT-dən istifadə etməməlidirlər.

KT-də isə müayinə müddəti qısadır və bu tip xəstələr rahat müayinədən keçə bilirlər. KT-nin digər bir üstünlüyü ağciyərləri MRT-dən fərqli olaraq millimetrik dəqiqliyi ilə göstərməsidir. Bundan əlavə, kompüter tomoqrafiyası incə sümük sınıqları haqqında daha dəqiq məlumat verir.

İldə say məhdudiyyətinə gəldikdə, xəstəliyi müəyyənləşdirmək lazımdır. Məsələn, əgər bir xəstə xərçəngdirsə və onun kimyəvi müalicə müddəti şiş toxumasının ölçülərindən aslıdırsa, bu təqdirdə hər üç aydan bir KT-dən keçə bilər. Eləcə də, əgər xəstə ağır beyin əməliyyatı keçirib və onun vəziyyəti daha da ağırlaşıbsa, bu zaman beynində baş verən prosesləri dəyərləndirmək üçün ard-arda KT müayinəsi təyin oluna bilər. Sadəcə profilaktik yoxlamaq məqsədilə KT müayinəsi aparılmamalıdır.

Ümumiyyətlə, müayinə metodunun hansı aralıqda istifadə olunması xəstəliyin növündən asılıdır. Burada insan orqanizminə olan zərərdən danışırıqsa, ultrasəs və MRT-nin zərəri olmadığı üçün məhdudiyyət yoxdur.

Tomoqrafiyada şüa olduğu üçün tez-tez müayinə metodu kimi istifadə olunmur. Bu yenə də xəstəliyin növündən asılıdır. Məsələn, yeni neyrocərahiyyə əməliyyatı olan şəxsdə hansısa fəsad yaranıbsa, cərrah bir həftə ərzində davamlı tomoqrafiya müayinəsini təyin edə bilər. Onkoloji xəstələrdə ilk üç ay, sonra altı aydan və bir ildən bir tomoqrafiya tələb oluna bilər.

Təkrar müayinələrin tələbi xəstəlikdən və ilk ultrasəs müayinəsi zamanı tapılmış əlamətlərdən asılı olur. Ultrasəs müayinə başlanğıc müayinə metodudur. Başlanğıcda əgər yüngül dəyişikliklər tapılıbsa (məsələn, qaraciyərin yağlanması, öd kisəsində və böyrəkdə daş), bu zaman ultrasəs müayinəsinin nəticəsi bizi qane edir. Əgər xəstənin şikayətləri ilə təmiz çıxan ultrasəs müayinəsi üst-üstə düşmürsə, yaxud da ultrasəsdə şübhəli bir məqam varsa, o zaman həkim xəstənin digər radioloji müayinələrdən keçməsini zəruri hesab edə bilər. Xəstəliyin gedişatından asılı olaraq, müayinənin hansı ardıcıllıqla aparılacağına həkim qərar verir.

Saglamolun.Az

Xəbərlər və yeniliklər

Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!

Onlayn geyim sifarişi zamanı bizə uyğun ölçünü necə seçək?

Onlayn sifarişlər, ələxsus geyim, paltar sifarişləri son zamanlar xüsusən populyarlaşıb. Onlayn sifarişlərin musbət cəhətləri var. İlk növbədə onlayn sifarişlər maddi cəhətdən sərfəlidir. Onlayn mağazalarda qiymətlər ticarət mərkəzləri, mağazalardakı qiymətlərdən aşağıdır. Bundan əlavə etibarlı onlayn mağazadan sifariş verirsinizsə, aldadılmaq, saxta məhsul almaq ehtimalınız da aşağıdır. Onlayn alış-veriş saytının nə dərəcədə etibarlı olduğunu təyin etmək barədə bu bloqumuzda oxuya bilərsiniz. Onlayn sifarişlər vaxt cəhətdən də, sərfəlidir. Etiraf edək ki, alış-verişi sevməyimizə baxmayaraq, bəzən şopinqə vaxt ayırmaq çətin olur. Onlayn sifarişlər sayəsində isə, bu problem aradan qalxır. Evinizdən çıxmadan, istədiyiniz məhsulu, geyimi sifariş vasitəsi ilə birbaşa qapınıza gətizdirə bilərsiniz. Assortiment isə, onlayn sifarişlərin leyhinə daha bir “səs”dir. Ticarət mərkəzini başdan-ayağa bir neçə saata gəzib, istədiyinizi tapmaya bilərsiniz. Hər birimizə bu vəziyyət tanışdır. Gödəkçə almağa ticarət mərkəzinə yollanıb, sonda şalvar, sviter, ayaqqabılar alıb, lakin, zovqümüzə uyğun gödəkçə tapılmaması vəziyyəti. Onlayn sifarişlərdə isə bu problem yoxdur. Onlayn mağazaları siz günlərlə “gəzib” bitirə bilməzsiniz. Amma əsas odur ki, sonda istədiyiniz məhsulu tapacaqsınız. Ələxsus son aylar, ticarət mərkəzlərinin, mağazaların fəaliyyət göstərmədiyi vaxtlarda onlayn sifarişlər bizim qarderobumuzu xilas edir.Amma bu qədər müsbət cəhətlərdən danışıb, onlayn alış-verişin müəyyən çatışmazlıqlarını da unutmamalıyıq. Bu gün də onlayn geyim alış-verişi zamanı çoxumuzun qarşılaşdığı bir problemdən danışacayıq və adətimiz üzrə bu problemin həlli yollarını axtaracayıq.

Bu dəfə toxunacaqımız problem ölçü problemidir. Əminik, hər biriniz onlayn sifariş verilən geyimin əynimizə böyük, qısa, uzun, kiçik olduğu hallarla qarşılaşmışıq. Kefinizi pozmayın, çox güman ki, son sifariş verdiyiniz şalvarın belinin dar olmağının səbəbi artıq çəki almağımız deyil, şalvarın ölçüsünü “gözəyarı” seçməyimizdir. Eləcə də əksinə, trenajor zalında məşqlər üçün köynək sifariş etmisiniz və həvəslə gözlədiyiniz köynək nəticədə əyninizə çox böyükdür. Yenə də ürəyinizi buz kimi saxlayın, siz kiçilməmisiniz, sifariş xətasıdır.

Bəli, bəzən geyim sifarişi zamanı təxmini seçdiyimiz ölçülər əynimizə ideal olur. Lakin, növbəti köynək, şalvar sifarişi zamanı yenə də bəxtimizi sınamamaq üçün bu problemi birdəfəlik həll etməliyik. Hər bir problemin həlli isə, ilk növbədə problemin məğzini anlamaqdan keçir. Bunun üçün gəlin əvvəlcə ölçü sistemlərinə diqqət yetirək. Ölçü sistemləri neçə növ olur? Nəyi təsvir edir? Onlayn sifariş zamanı saytlarda gördüyümüz, S, XL, 44, 48-lər nə deməkdir? Bəs ayaqqabı sifarişi zamanı? Bəzən 44 olur, bəzən 11. Niyə? Bloqumuzla tanış olduqdan sonra, onlayn geyim sifarişi, ayaqqabı sifarişi zamanı hansı ölçüdə geyimlərin sizə uyğun olduğunu, müxtəlif ölçü sistemlərini və ölçü meyarlarının əslində nə mənaya gəldiyini anlayacaqsınız. Ən əsası isə sifariş zamanı baş verən ölçü problemlərindən birdəfəlik qurtulacaqsınız.

İlk öncə ən geniş yayılmış ölçü sistemləri ilə tanış olaq. Onlayn sifariş zamanı siz məhsul haqda məlumatlarda adətən ya L, X, XL kimi hərflər və yaxud 42-dən 60-a kimi rəqəmlər görəcəksiniz. Başlayaq ondan ki, bu iki ölçü sistemi əsasən qurşaqdan yuxarı geyimlərdə tətbiq olunur. Daha çox köynək, gödəkcə, sviter sifariş verdikdə rastlaşacaqınız S(small), M(medium), L(large) hərfləri uyğun olaraq, kiçik, orta, böyük ölçüləri ifadə edir. Qarşılarında gördüyümüz X hərfi isə, extra, yəni qüvvətləndirici ədatı ifadə edir. Məsələn, XL – extra large, yəni “daha böyük” anlamına gəlir. 42-dən başlayan ikifaktorlu ölçülərlə isə, məsələ aydındır. Artıq növbət dəfə paltar sifariş etdiyimiz zaman, ölçülər sadəcə intuitiv anlamayacyıq, hər bir işarənin, hərfin nə ifadə etdiyini biləcəyik.

Qurşaqdan aşağı geyimlərdə isə vəziyyət bir az fərqlənir. Cins, şalvar sifarişi zamanı rastımıza adətən 32-34, 29-31 kimi ölçülər çıxır. Bu ölçü aralığıdır yoxsa nə? Xeyir, gördüyümüz ölçülərdə birinci gələn, W(width) – en deməkdir və şalvarın belinin ölçüsünü göstərir. İkinci H(height) isə bud nahiyəsinin dairəvi ölçüsüdür. Geyimin hər iki göstəricisi ayrı bir hissəsini əks etdirir..

Ayaqqabı sifarişində isə vəziyyət daha rahatdır. Məlum ölçü var, məhsul əyində ciddi forma dəyişikliyinə uğramır. Bu səbəbdən onlayn ayaqqabı sifarişi daha digər geyim sifarişlərinə nisbətən daha populyardır. Lakin, bəzən ayaqqabıların da ölçüləri çaşdırıcı ola bilir və biz öyrəşdiyimiz 36-37 ölçülərin əvəzinə 5.5-6 görürük. Bu qərb ölçü sistemidir və əsasən Amazon, E-Bay kimi qərb onlayn alış-veriş saytlarında və AliExpress kimi daha çox qərb alıcılarına xitab edən saytlarda istifadə edilir. Daha çox Türkiyədən onlayn alış veriş etməyi sevirsinizsə, bu ölçülərə nadir hallarda rastlaşacaqsınız. Amma hər ehtimala, qarşıda hər iki ayaqqabı ölçü sistemini ətraflı nəzərdən keçirəcəyik.

Ölçü sistemləri, onların nə məna kəsb etdikləri haqda ümumi məlumatlardan danışdıqdan sonra nəhayət ki, növbə çatdı mövzunun əsas məğzinə. Onlayn sifariş zamanı nələrə diqqət etməli olduğumuzu, ölçülərin nəyə əsasən formalaşdığını müzakirə edək.

Bəzi mağazalarda, brendlərdə eyni ölçülər realda fərqlənir. Məsələn, bir brendin 44 ölçüsü digər brendin 48 ölçüsünə uyğun gəlir. Lakin, ümumi qəbul edilmiş ölçülər var ki, onlara əsasən siz, onlayn paltar sifarişi zamanı, sifariş verdiyiniz gödəkçənin, köynəyin əyninizə necə olacağını demək olar ki, dəqiqliklə təyin edə bilərsiniz. Daha çox qurşaqdan yuxarı geyimlər üçün istifadə edilən ölçü sistemlərini aşağıdakı cədvəldə görə bilərik:

Cədvələ diqqət yetirsək, iki ölçü sistemlərinin arasındakı əlaqəni, eləcə də hər ölçünün ətraflı izahını görə bilərsiniz. Məsələn, sifariş verdiyiniz L ölçülü kişi köynəyinin təqribi 182 sm boyunda, sinəsinin ətraf uzunluğu 106 sm, belinin ətraf uzunluğu 96 sm, qollarının uzunluğu isə, 63 sm olan birinin əyninə nəzərdə tutulur.

Onlayn geyim sifarişi zamanı bizim işimizi xeyli rahatladacaq növbəti cədvəl isə, şalvarların ölçü cədvəlidir:

Məsələn, 24 ölçülü cins şalvar beli 58-60 sm, bud nahiyəsinin dairəvi ölçüsü isə 89-91 sm təşkil edəcək. Ümumiyyətlə cins şalvarların bir çox fərqli növləri mövcuddur və hər növün özünəməxsus özəllikləri var. Cins sifarişi zamanı nəzərə almalı olduğunuz məqamlardan və ümumilikdə cins şalvarların növlərindən növbəti bloqlarımızda daha ətraflı danışacayıq.

İndi isə növbə çatdı ən çox tələbat olan sifarişlərər – ayaqqabı sifarişlərinə. Daha öncə də qeyd etdiyimiz kimi, ayaqqabı sifarişləri zamanı vəziyyət nisbətən sadədir. Lakin, bəzən onlayn mağazada ölçünün qərb ölçüsü ilə göstərilməsi bizi çaşdıra bilər. Bunun üçün növbəti cədvələ baxaraq, asanlıqla qərb ölçü sistemini, daha yaxşı tanıdığımız standart ölçü sisteminə çevirə bilərik.

Ölçü sistemlərinin, hansı ölçünün nəyi ifadə etdiyini anladıq. Bəs öz ölçümüzü necə təyin edək? Karantində əlavə çəki almışıqsa, və ya idmana, qidalanmağımıza daha həssas yanaşıb, şəki atmışıqsa nə edək? Əslində yaxşı olardı ki, ölçülərimizi dəqiq təyin etmək üçün dərziyə müraciət edək və bədənimizin hər hissəsini ölçdürüb, onlayn sifariş zamanı əlimizin altında saxlayaq. Amma əgər dərziyə getməyə vaxtınız və yaxud həvəsiniz yoxdursa, daha rahat üsulu var. Fikrinizcə əyninizə ideal olan bir geyimi götürürsünüz, uzunluğunu, enini, belini, boynunu, qısası hər yerini ölçürsünüz, vəssalam! Bu qədər sadə. Bəs yaxşı, ölçümüz cədvəllə tam üst-üstə düşmürsə, neyləyək? Məsələn beliniz beliniz 60 sm-dir, sifariş vermək istədiyiniz cins şalvarın belinin isə yalnız 5862 sm olan ölçüləri qalıb. Bu zaman modelyerlər hər zaman ölçünüzü yuxarı həddə yuvarlaqlaşdımağı məsləhət görürlər. Çünki, əyninizə bir balaca boş olan paltar daha səliqəli görünəcək, nəyinki dar paltar. Yəni, məsəl çəkdiyimiz halda, beli 62 sm olan cinsi sifariş verməyiniz daha məntiqlidir.

Ümumiyyətlə onlayn sifarişlərin çoxsaylı üstünlükləri olmağına rəğmən, paltar sifarişi zamanı diqqət yetirməli olduğumuz bir çox məqamlar var. Bloqlarımızda mütamadi olaraq bu mövzulara toxunacayıq və birlikdə onlayn sifarişlər, onlayn alış-verişlər mövzusunda maariflənəcəyik. Xoş alış-verişlər!

qrip

Qripə virus səbəb olur. Viruslar ümumiyyətlə yoluxmuş şəxs asqırdıqda və ya öskürəndə hava-damcı ilə ötürülür.

Bununla belə, virus qapı tutacaqları, qələmlər, karandaşlar, klaviaturalar, telefonlar və fincanlar və ya bıçaqlar kimi əşyalarda da qısa müddət yaşaya bilər. Beləliklə, siz virusa yoluxmuş birisi tərəfindən yaxınlarda müalicə olunan bir şeyə toxunmaqla və sonra öz ağzınıza, burnunuza və ya gözlərinizə toxunmaqla da qripə yoluxa bilərsiniz.

Qripin əlamətləri hansılardır?

Hər bir insan simptomları fərqli şəkildə hiss edə bilər. Qrip tənəffüs yoluxucu xəstəlik adlanır, lakin bütün bədəni təsir edə bilər. İnsanlar adətən aşağıdakı simptomlardan hər hansı və ya hamısı ilə çox xəstələnirlər:

  • Tez-tez şiddətlənən öskürək
  • Həddindən artıq tükənmə
  • Bir neçə həftə yorğunluq
  • Baş ağrısı
  • Yüksək hərarət
  • Axan və ya tıkanmış burun
  • Güclü ağrı
  • Bəzən asqırmaq
  • Bəzən boğaz ağrısı
  • Qusma və ishal

Qızdırma və bədən ağrısı adətən 3-5 gün davam edir, lakin öskürək və yorğunluq 2 həftə və ya daha çox davam edə bilər.

Qripin simptomları digər tibbi problemlər kimi görünə bilər. Diaqnoz üçün həmişə həkiminizlə danışın.

Qrip diaqnozu necə qoyulur?

Qrip diaqnozu simptomlarınız əsasında qoyulur. Lazım gələrsə, diaqnozu təsdiqləmək üçün laboratoriya testlərindən istifadə edilə bilər.

Qrip necə müalicə olunur?

Qrip üçün xüsusi müalicə həkiminiz tərəfindən aşağıdakılara əsaslanaraq təyin olunacaq:

  • Yaşınız, ümumi sağlamlığınız və tibbi tarixçəniz
  • Qripin dərəcəsi və növü, simptomların şiddəti
  • Nə vaxtdan simptomlarınız var?
  • Müəyyən bir dərman, prosedur və ya terapiya üçün tolerantlığınız
  • Xəstəliyin gedişatının gözləntiləri
  • Fikriniz və ya seçiminiz

Qripin müalicəsinin məqsədi simptomların şiddətinin qarşısını almaq və ya azaltmaqdır. Müalicə aşağıdakıları əhatə edə bilər:

    Antiviral dərmanlar. Onlar qripin müddətini azalda bilər, amma müalicə edə bilməzlər. Onlar xəstəlikdən sonra ilk 2 gün ərzində başlamalıdır. Bu dərmanların əsəbilik, yuxululuq və ya ürəkbulanma kimi bəzi yan təsirləri var. Bu dərmanlar həkim tərəfindən təyin edilir.

Əlavə məlumat üçün həkiminizlə danışın.

Qripin fəsadları hansılardır?

Qripin ən çox görülən ağırlaşması pnevmoniyadır. O, həmçinin ciddi əzələ və mərkəzi sinir sistemində ağırlaşmalara səbəb ola bilər. Qripə yoluxanların 3000-dən 49000-ə qədəri ondan və ya ağırlaşmalardan ölür. Bu ölümlərin əksəriyyəti 65 və yuxarı yaşda olan insanlarda baş verir.

Qripin qarşısını almaq olarmı?

Hər payızda qripə qarşı yeni peyvənd hazırlanır. 6 aydan yuxarı hər kəs hər il qripə qarşı peyvənd olunmalıdır. Adətən müəyyən insan qruplarına, eləcə də qripə yoluxmamaq istəyən hər kəsə tövsiyə olunur.

Qrip peyvəndi təhlükəsizdir. CDC və FDA vaksinlərin təhlükəsizliyini yaxından izləyir. Onilliklər ərzində ölkə daxilində yüz milyonlarla qripə qarşı vaksin təhlükəsiz şəkildə tətbiq edilir.

Qrip peyvəndi sizə qrip verə bilməz. Qrip peyvəndinin ən çox görülən yan təsirləri bunlardır:

  • ağrı
  • Yüngül qızdırma
  • Güllənin atıldığı yerdə ağrı

Əgər sizdə bunlar varsa, bu yan təsirlər adətən yüngül olur və qısa müddət davam edir.

Peyvəndin effektivliyi insandan insana dəyişir. Bu, yaş və ümumi sağlamlıq kimi amillərdən asılı ola bilər.

Aşağıdakılar da qripin qarşısını almağa kömək edə bilər:

  • Mümkünsə, xəstə insanlarla təmasdan çəkinin və ya məhdudlaşdırın.
  • İnfeksiya riskini azaltmaq üçün əllərinizi tez-tez yuyun.
  • Virusun yayılmasını məhdudlaşdırmaq üçün öskürən və ya asqırarkən burnunuzu və ağzınızı örtün.

Qrip daha ağır xəstəliyə çevrilə bilən və ya bəzi insanlar üçün təhlükəli ola biləcək fəsadlara səbəb olur. Buraya yaşlılar və xroniki tibbi problemləri olanlar daxildir. Qrip peyvəndi olub-olmamağınızı öyrənmək üçün həmişə həkiminizlə danışın.

Qrip peyvəndi təhlükəsiz olsa da, bəzi insanlar peyvənd edilməməlidir. Bunlara daxildir:

  • Yumurtaya qarşı allergiyası olan insanlar
  • Keçmişdə qrip peyvəndindən sonra şiddətli reaksiya verən insanlar
  • Qızdırması olan insanlar (bu insanlar sağaldıqdan sonra peyvənd edilməlidir)
  • 6 aylıq və ya daha kiçik olan körpələr
  • Qrip peyvəndi aldıqdan sonra ciddi zəiflədən xəstəlik olan Guillain-Barré sindromu olan insanlar

CDC tövsiyə edir ki, hər il qrip peyvəndi cəmiyyətinizdə mövcud olan kimi. Qrip mövsümü oktyabrda başlaya bilər və ən çox ABŞ-da yanvar və ya fevral aylarında zirvəyə çatır. Bununla belə, qrip mövsümü gözlənilməzdir. Qrip peyvəndinin təsirli olması üçün 1-2 həftə çəkir.

CDC, səyahət edənlərə toxunulmazlığın inkişafı üçün vaxt vermək üçün planlaşdırılan səfərdən ən azı 2 həftə əvvəl qrip peyvəndi almağı tövsiyə edir. Əlavə məlumat üçün həkiminizlə danışın.

Həkimimi nə vaxt çağırmalıyam?

Əksər insanlar üçün qripi həkiminiz tərəfindən müalicə olunmadan evdə müalicə etmək olar. Ancaq vəziyyətiniz və ya vəziyyətiniz sizi qripin ağırlaşmalarına daha çox meylli edirsə, qripdən şübhələnirsinizsə, həkiminizə məlumat verin. Semptomlarınız pisləşirsə və ya yeni simptomlarınız varsa, həkiminizə məlumat verin.

Qriplə bağlı vacib məqamlar

  • Qrip tənəffüs yollarının çox yayılmış viral infeksiyasıdır.
  • Qripə ümumiyyətlə insandan insana hava ilə keçən viruslar səbəb olur.
  • Qrip, yataq istirahəti, artan maye qəbulu və simptomları və qızdırmanı müalicə etmək üçün dərmanlarla müalicə olunur
  • Xəstəliyin ilk 2 günü ərzində qəbul edilən antiviral dərmanlar xəstəliyin müddətini və şiddətini azalda bilər, lakin müalicə etmir.
  • Hər il qripə qarşı peyvənd olunmaq ən yaxşı profilaktikadır.

Əsaslar

  • 11 qrip mifi təkzib edildi: infoqrafika
  • Qripə qarşı valideynlər üçün təlimat
  • Qrip: Doktor Maykl Albertdən cavablar
  • Uşaqlarda qrip (qrip).
  • Qrip: 50-dən yuxarı olanda mübarizə aparmağın 3 yolu
  • Özünüzü qripdən qoruyun

Comments are closed, but trackbacks and pingbacks are open.