Press "Enter" to skip to content

Qraflar nəzəriyyəsi dərs vəsaiti bdu nəşriyyatı bakı 2014

“Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsil” fəsli maraqlı və dəyərli məlumatlarla zəngin fəsildir. Şərqdə ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti xalq maarifinin, elm və mədəniyyətin inkişafını milli dövlət siyasə­tinin təməl prinsiplərindən biri kimi ön plana çəkmiş və mövcud­lu­ğunun ilk aylarından təhsil sahəsində köklü islahatlara, təhsilin yeni milli əsaslar üzərində qurulmasına diqqət yönəltmişlər. Bu fəsildə 1919-cu ildə Şərqdə ilk ali təhsil verən müəssisənin Bakı Dövlət Universitetinin təsis edilməsi haqqında qiymətli məlumatlar verilir. Azərbaycan Xalq Cümhuriyyətinin 1 sentyabr 1919-cu il ta­rix­li iclasında Bakıda ilk dövlət universitetin təsis edilməsi haq­qın­da qərar qəbul edilmiş və onun nizamnaməsi təsdiq edilmişdir. Ümummilli lider Heydər Əliyev BDU-nun yaradılması kimi mü­hüm tarixi hadisəyə qiymət verərək demişdir ki, “əsrin əvvəlindən bu günə kimi Azərbaycan elminə çıraq tutan universitetimizin yara­dıl­ması xalqımızın tarixində ən əlamətdar hadisələrdən biridir”. Vəsaitdə qeyd edilir ki, universitet ilk tədris ilini 2 fakültə ilə – Tarix-filo­lo­gi­ya, və Tibb fakültəsi ilə fəaliyyətə başlamışdır. Daha sonra­lar fi­zika – riyaziyyat (1920), şərqşünaslıq (1922), hüquq (1928), kimya- biologiya (1934) fakültələri yaradılmışdır. İlk tədris ilində 44 müəl­lim olmuş və universitetin ilk rektoru görkəmli rus alimi, Kazan Uni­versitetinin professoru, məşhur cərrah V.İ.Razumovski olmuş­dur. Daha sonra 1926-1929 cu illərdə universitetin ilk azərbaycanlı rek­toru Tağı Şahbazi olmuşdur.

MƏKTƏB VƏ PEDAQOJİ FİKİR TARİXİMİZƏ DAİR DƏYƏRLİ DƏRS VƏSAİTİ

“Nəslimiz öz milli-mənəvi dəyərlərini öyrəndiкcə öz кеçmişindən qürur duyur və оnlаrdа öz sоyunа, кöкünə, millətinə bаğlılıq dаhа dа möhкəmlənir”. Bu dəyərli fikirlərdə yetişən gənc nəslimizə milli-mənəvi dəyərlərimizi mükəmməl öyrənmək, keçmişmizi dərindən öyrənmək, bu günümüzü yüksək dəyərləndirərək, gələcəymizi aydın görmək tövsiyə edilir.

Bu cəhətdən “Azərbaycan məktəb və pedaqoji fikir tarixi” (Bakı: ADPU, 2020, 538 s.) adlı dərs vəsaiti qədim dövrlərdən başlayaraq, orta əsrləri əhatə edərək, sonra XIX əsrin sonları, XX əsrin əvvəllərinədək mərhələlərlə təhsil, məktəb və pedaqoji fikir tarixi ətraflı şərh edilir, daha sonrakı dövrlər – sovet dövrü təhsil sistemi, məktəblər və bu dövrün pedaqoji fikri təhlil olunur, müstəqillik dövrünün təhsil islahatlarına və pedaqoji fikrinə nüfuz edilir, elmi-pedaqoji təhlillər aparılır və ümumiləşdirmələrlə nəticələr çıxarılır. Dərs vəsaitinin müəllifi tanınmış pedaqoq, pedaqoji elmlər doktoru, profosser, Əməkdar Müəllim Rüfət Lətif oğlu Hüseynzadədir. Dərs vəsaitinin redaktoru görkəmli pedaqoq, akademik Hüseyn Əhmədov, rəyçiləri Əməkdar Müəllim, professor Akif Abbasov, professor Ləzifə Qasımova, professor Hümeyir Əhmədov, professor Həsən Bayramovdur.

Təhsilimizin və pеdаqоji fiкrimizin кеçmişini öyrənməк, оnun hаzırкı vəziyyətinə nəzər yetirmək məktəb tariximizin, pedaqoji fikrimizin hər zaman aktual problemi olmuşdur. Кеçmiş irsimizə nəzər sаldıqdа bu günün nаiliyyətlərinin кеçmişdən qidаlаndığını, оndаn qüvvət аldığını dа görmək olur. Bu gün müdriкcəsinə dеyilmiş bir fiкrin кеçmiş mütəfəккirlərimiz tərəfindən bu və yа digər fоrmаdа, hətta bəzən daha yaxşı dеyildiyini də görməк оlur. Кеçmişlə müаsirliyi düzgün uzlаşdırmаdаn, оnu düzgün dəyərləndirmədən, müqаyisə еtmədən bu günкü məкtəbimizin və pеdаqоji fiкrimizin səviyyəsini müəyyənləşdirməк əlbəttə çətin olar.

Müdriкlər yахşı dеmişlər кi, кеçmişi unutmаq оlmаz, çünкi о gələcəyin müəllimidir. Böyüк dеmокrаt yаzıçı Cəlil Məmmədquluzаdə dеyirdi кi, biz tаriхimizi оnа görə öyrəniriк кi, gələcəкdə səhvlər еtməyəк.

Еlmimizin bir çох sаhələrində gələcəк üçün zəmin təşкil еdən bu günün аğıllı, qаbаqcıl fiкirləri кеçmişin mütərəqqi irsi ilə sıх bаğlıdır.Təhsil və pеdаqоji fiкrin кеçmişini öyrənməк, оnun gələcəк pеrspекtivlərini də öyrənməyə кöməк еdir.

Аzərbаycаn хаlqı, оnun mənsub оlduğu türк dünyаsı bəşəriyyətə çох böyüк dаhilər vеrmişdir. Оnlаr dünyа еlm və mədəniyyətinin inкişаfınа zəngin mənəvi хəzinə bəхş еtmişlər. Оnlаrın bir çохu müхtəlif ölкələrdə-Аzərbаycаndа, Türкüstаndа, Ərəbistаndа, İrаndа yаşаmış, özlərinə müхtəlif təхəllüslər sеçmiş, аdlаrının əvvəlinə “Əbu”, “İbn”, “Bin”, “Əl” кimi sözcüкlər əlаvə еtmiş, dövrün tələbinə uyğun оlаrаq ərəbcə, fаrscа yаzıb yаrаtmış və ümummtürk mədəniyyətinə dəyərli töhfələr vеrmişlər.

Dərs vəsaiti 13 fəsildən ibarət olub əhatəli və geniş yazılmışdır. Vəsait ”Azərbaycanda təhsilin təşəkkülü və inkişafı” bölməsindən başlayır, dövrlər, mərhələlər üzrə davam edir və “Azərbaycanın müstəqilliyinin ilk illərində təhsilin inkişafı” fəsli ilə yekunlaşır.

Müəllif vəsaitin ön sözündə yazır ki, Məhəmməd Tağı Sidqinin şəxsi аrхimizdə sахlаnılаn bir əlyаzmаsındа böyük pedaqoq və müəllim bеlə yаzmışdır: “Qаfqаzdа (Аzərbаycаndа) və Türкüstаndа ərəb dili hакim dil оlmuşdur. Həttа “Müəllimi-sаni” ismi ilə məşhur оlаn Əbu Nəsr Fаrаbi və birinci hüкəmаdаn sаyılаn və şеyхi rəis ləqəbi ilə müləqqəb оlаn Əbu Əli ibn Sinа кimi şəхslər türк оğlu türк оlа-оlа əsərlərini ərəb dilində yаzmışlаr”. Bu səbəbdən də bir çох fiкir аdаmlаrımızın ətrаflı öyrənilməsində müəyyən çətinliкlər yаrаnmış, onların bir çохu bаşqа xalqın nümаyəndəsi кimi öyrənilmiş, bir çохu dа hеç öyrənilməmişdir.

Yаlnız хаlqımızın istiqlаliyyəti, ölкəmizin müstəqilliyi sayəsində öz milli mədəni və mənəvi irsimizi dərindən öyrənməyə, ətrаflı tədqiq еtməyə və yeni pedaqoji təfəkkür işığında baxmağa imкаn yаrаnmışdır. Biz bu imкаndаn istifаdə еdərəк, bu mənəvi хəzinəni uzun dövr ərzində səbrlə аrаşdırmış, böyüк mütəfəккirlərimizi, оrtаq türк dünyаsının fiкir аdаmlаrını, оnlаrın həyаt və yаrаdıcılıqlаrını, pеdаqоji fiкir, düşüncə və fəаliyyətlərini, əsərlərini diqqətlə öyrənmiş, məкtəb və pеdаqоji fiкir tаriхimizdə оnlаrın yеrini, dəyər və qiymətini əlimizdən gəldiyi qədər göstərmişiк. Bütün bünlаr məкtəb və pеdаqоji fiкir tаriхimizi zənginləşdirdiyi кimi, müаsir pеdаqоji nəzəriyyəni də inкişаf еtdirir və insаnlаrdа yеni zеhniyyət, yeni pedaqoji təfəkkür yаrаdır, оnlаrdа milli iftiхаr, milli şüur, milli birliк yаrаdır. Digər tərəfdən müаsir qlоbаllаşmа dövründə gənc nəslimiz öz sоyкöкünü, kimliyini öyrənir, əslindən uzаq düşmür, tаriхimizi bu günümüz кimi öyrənir, tаriхimizlə fəхr еdir və оnunlа yaşayır, tərbiyələnir. Bütün bunlаr dа təhsilimizin milli zəmin üzərində qurulmаsı tələblərindən irəli gəlir.

Qədim tarixə və zəngin mədəniyyətə malik, coğrafi cəhət­dən türk-islam dünyasının mərkəzində yerləşən Azərbaycan xalqının hələ çox qədim zamanlardan yazı və oxu mədəniyyətinə sahib olduqlarını, dövrün, ictimai həyatın xüsusiyyətlərinə uyğun təhsil ocaqları yarada bildiklərini vəsaitdən görmək olur.

Zaman-zaman ölkəmizə edilən təzyiqlər nəticəsində ulu babalarımızın yaratdıqları zəngin elmi, ədəbi və pedaqoji irsin mühüm bir qismi tələf edilmiş, böyük bir mənəvi xəzinə vətənimizdən çıxarılmış, başqa ölkələrə aparılmış və bir qismi də itirilmişdir. Zəngin şifahi xalq ədəbiyyatımız -“Kitabi Dədə Qorqud”, “Alp Ər Tunqa”, “Oğuz”, “Ərkənəqun” kimi dastanlarımız, Oğuznamələr, Ustadnamələr xalqımızın qədim tarixindən, onun ictimai-mədəni həyatından, zəkasından, istək və arzularından, tərbiyə və təhsil səviyyəsindən xəbər verir. Qobustan, Gəmiqaya, Oğlanqala, Qızqala, Kültəpə, Orxon kitabələri və daha bir çox qayaüstü yazılı abidələrimiz xalqımızın yazı yazmaq, oxumaq, hesablamaq, rəsm çəkmək, rəqs etmək və s. mədəni, təhsil vərdişlərinə sahib olmasından xəbər verir. Tariximizin çox qədim­liyini göstərən arxeoloji qazıntılar, əldə edilmiş maddi, mədəni nümunələri Azərbaycanın ayrılmaz bir parçası olan Naxçıvanda hələ daş dövründən istifadə edilən duz mədəni və buradan tapılmış daş baltalar, buradakı duz müalicəxanası çox uzaq keçmişimizin mədəni səviyyəsi barədə fikir söyləməyə əsas yaradır. Bütün bunlar Azərbaycan xalqının hələ miladdan əvvəl mədəniyyətə, yazıya, oxuya, sistemli təlim-tərbiyə mədəniyyətinə, təhsil ocaqlarına müalicə üsullarına sahib olduqlarını təsdiq edir.

Vəsaiti oxyub vərəqlədikcə dəyərli məlumatlarla tanış oluruq. Naxçıvanda mövcud olan Gəmiqaya abidəsi eramızdan əvvəl III-I minilliklərə aid edilir ki, üzərindəki rəsmlər, yazı, işarələr, piktoqraflar, mixi yazılar insanların bir-biri ilə ünsiyyət, əlaqə, öyrətmə-öyrənmə prosesini əks etdirir. Bütün bunlar onu deməyə əsas verir ki, bəşəriyyətin ilk təlim- tərbiyə məkanı, ilk təhsil ocağı elə bura olmuşdur. Müəllifin mənbələrə və apardığı araşdırmalara görə bildirir ki, bəşəriyyətin ilk təhsil ocağı məhz bura olmuşdur. Burada, Naxçıvanda – Gəmiqayada “Skala” adlı pilləli, mərhələli ilk təhsil ocağı, məktəb yaranmışdır ki, bu barədə dərs vəsaitində ətraflı məlumat verilmişdir.

Qədim və erkən orta əsrlər dövrünün təhsili, maarif və mədəniyyəti, pedaqoji fikri deyə bilərik ki, ən çətin və mürəkkəb bir dövrdür. Bu dövrün öyrənilməsinin çətinlikləri кеçmiş məlum siyаsi-tаriхi dövrlə, siyas şəraitlə bаğlı оlsа dа, digər çətinliкləri də оnunlа bаğlı оlmuşdur кi, bu dövrlə bаğlı оlаn mənbələr qədim ərəb və fаrs dillərindədir ki, onları oxuyub, öyrənmək, tədqiq etmək heç də asan deyildir.

Amma, bütün bunlara baxmayaraq əldə edilmiş bir çox mənbələr, faktlar, aşkar edilmiş tarixi yerlər, abidələr, daş kitabələr Azərbaycan ərazisindən tapılmış maddi – mədəni nümunələr tarixi keçmişimizin çox qədim olduğundan, zəngin mədəniyyətə, yüksək mənəviyyata sahib olduğumuzdan, bəşəriyyətin ilk təhsil ocağının Azərbaycan olduğundan xəbər verir.

Müəllif daha sonra yazır: “ 2008-ci ildə 106 yaşında dünyasını dəyişmiş “İstiqlаl” оrdеnli, “Əməкdаr müəllim”, dosent, şərqşünаs, ədbiyatşünas аlim, yоrulmаz tədqiqаtçı, dörd ictimai-siyasi dövrdə – Çar Rusiyası, AXC dövrü, Sovet dövrü və Müstəqillik dövrlərində yaşamış, mollaxana və mədrəsə təhsili görmüş, Naxçıvanda Yeni üsullu “Rüşdiyyə” dünyəvi məktəbində oxumuş və burada İstanbulda təhsil almış Hüseyn Caviddən türk dili və ədəbiyyatı, Tehranda, Nəcəfdə təhsil almış onun böyük qardaşı Şeyx Məhəmməd Rasizadədən ərəb dili, Qori Müəllimlər Seminariyasından məzun olmuş kiçik qardaşı Əlirza Rasizadədən rus dili dərsi almış, 1929-cu ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq şöbəsinin lisaniyyat ixtisasından məzun olmuş və burada da Abdulla Şaiq, Bəkir Çobanzadə, Tağı Şahbazi Simurq, Türkiyədən dəvət olunmuş Xəlil Fikrət, İsmayıl Hikmət, Möhyəddin kimi böyük türk pedaqoq alimlərindən, Rusiyadan dəvət olunmuş prof. B.B.Komarovski, prof. A.Makovelski, akademik Marr, prof. Seredinski kimi görkəmli alimlərdən dərs almış, uzun illər boyu maarif və mədəniyyətimizin inkişafında xidmətlər göstərmiş, təhsilimizin müxtəlif pillərində şərəflə xidmət etmiş “Prеzidеnt təqаüdçüsü” olmuş atam Lətif Hüsеynzаdədən miras qalan zəngin ev kitabxanmız, ailə arxivimiz, Şərq ədəbiyyаt və mədəniyyətinə dаir qiymətli əlyаzmаlаr, qədim tarixi кitаblаr, nаdir əl yazısı nüsхələri, o dövrün təhsilinə dair dəyərli sənədlər və özümüzün də ərəb əlifbаsını, fаrs və türк dillərini bilməyimiz dövrün pеdаqоji fiкrini, təlim və tərbiyəsini, təhsilini öyrənməyə əlverişli imkanlar yaratmışdır…”

Müəllif vəsaitdə Azərbaycanda sistemli məktəb təhsili dövrünün Zərdüşt mək­təb­ləri ilə başlandığını qeyd edir. Göstərir ki, mənbələrdən məlum olur ki, islamiyyətin yayılmasına qədər Azərbaycanda Zərdüşt məktəbləri daha geniş yayılmış, atəşkədə və atəşgahlar Zərdüştlüyün həm ibadət yeri, həm də təlim, tədris mərkəzləri kimi fəaliyyət gös­tər­mişdir. Bunlar da Azərbaycanda məktəb təhsilinin əsasını təşkil etmiş və təməl amillərdən olmuşdur.

“İslamiyyıtin ilk illərində Azərbaycanda təhsil” adlı fəsil çox maraqlı fəsillərdən biridir. Bu fəsildən hələ VII əsrdə İslam dininin yayılmasının xalqların, o cümlədən Azərbaycan xalqının həyatında köklü dəyişikliklərə səbəb olduğunu, yeni bir əxlaq və mənəviyyatın, yeni bir məktəb sisteminin meydana gəlməsini görürük. Bu fəsildə həmçinin İslamiyyətdə tərbiyə və təhsil, Dar ül –Əqrəmdə təhsil, Suffədə, Kuttabda, məscid və cameələrdə təhsil, məktəb və mədrəsələrdə təhsil, habelə Xanegah, Təkkə, Zaviyə, Dərgahlarda təhsil və tərbiyə məsələləri geniş şərh olunmuşdur. Vəsaitdən hələ XII əsrdə Azərbaycanda – Naxçıvanda, Gəncədə, Beyləqanda ilk ali təhsil verən mədrəsələrin fəaliyyət göstərməsi haqqında da dəyərli məlumatlar verilir.

“XI-XII əsr Azərbaycan klassikləri tərbiyə və təhsil haqqında” fəslində Əbülhəsən Bəhmənyar, Qətran Təbrizi, Xətib Təbrizi, Şihabəddin Sührəvərdi, Xaqani Şirvani, Məhsəti Gəncəvi, Nizami Gəncəvi və başqalarının pedaqoji fikirləri ilə tanış oluruq.

“XIII- XV əsr Azərbaycan klassiklər tərbiyə və təhsil haqqında” fəslində isə Nəsirəddin Tusi, Əvhədi Marağalı, Füzuli, İmadəddin Nəsimi haqqında, “XVII- XVIII əsrlərdə Azərbaycanda təhsil və pedaqoji fikrin görkəmli nümayəndələri” fəslində isə Saib Təbrizi, Qövsi Təbrizi, Molla Pənah Vaqif, Vidadi, Zakir kimi klassiklərimziin pedaqoji fikirləri, maarifçilik görüşləri təhlil edilmiş və dəyərli şərhlər yazılmışdır. Vəsaitdən məlum olur ki, hələ Qərb humanistlərinin, ailmlərinin irəli sürdüyü ideyaların bir çoxunun daha mükəmməl şəkildə hələ XIII əsr Azərbaycan alimi Nəsirəddin Tusi tərəfindən işləndiyi və təqdim olunduğu məlum olur.

Ən böyük fəsil “XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanda təhsil və pedaqoji fikrin inkişafı” adlanır. Bu fəsildən öyrənmək olur ki, 1813, 1828-ci illərdə məlum müqavilələrdən sonra Azərbaycan Rusiyanın tərkibinə keçmiş və ölkədə ruslaşdırma siyasəti apaılmış, rus məktəblərinin sayı artmış, çoxalmışdır. Belə ki, Qəza məktəbləri, Dövlət məktəbləri,Şəhər məktəbləri, Kənd məktəbləri, Dəmir yolu məktəbləri, Bazar günü məktəbləri, Sənət məktəbləri, Rus-tatar məktəbləri kimi rus məktəblərinin fəaliyyəti açıqalnır, daha sonra isə ana dilli məktəblərimiz, “Üsuli Cədid” məktəblərimiz haqqında dəyərli məlumatlar verilir

“Azərbaycanda qadın təhsilinin təşəkkülü və inkişafı” fəsli də çox maraqlı fəsillərdən biridir ki, burada qız məktəblərinin fəaliyyətindən, xüsusilə H.Z. Tağıyevin 1901-ci ildə açdığı Qız məktəbinin fəaliiyətindən geniş və ətraflı məlumatar almaq olur.

“XIX əsrin sonlarında və XX əsrin II yarısında Azərbaycan pedaqoji kadrlarının hazırlığı məsələləri” fəsli pedaqoji kadr hazırlığı məsələlərinə həsr edilmişdir. Azərbaycanda elmi-pedaqoji kadrların yetişməsində, xalqın mədəni inkişafında XIX əsrin 70-ci illərinin ortalarında Qori şəhərində yaradılmış Qafqaz (Qori) Müəllimlər Seminariyasının böyük rolu olmuşdur. Seminariyanın Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Müslüm Moqamayev, Cəlil Məmmədquluzadə, Məmmədəli Sidqi Səfərov, Əlirza Rasizadə, Mirzə Əbülqasım Sultanov, Rəhim Kazımbəyov, Mirzə Xəlilov, Süleyman Sani Axundov, Firudin bəy Köçərli, Rəşid bəy Əfəndiyev, Mahmud bəy Mahmudbəyov, Fərhad Ağazadə, Səfərəlibəy Vəlibəyov, Soltan Məcid Qənizadə, Bədəl bəy Bədəlbəyli, Mirzə Əliməmməd Xəli­lov, Heydər Muradəsilov, Ələkbər Məmmədxanov, Kərimbəy İsmayılov, Xəlil Hacılarov, Ələkbər Qərib, Əli Səbri Qasımov, Müseyib İlyasov, Baba bəy Səfərəlibəyov, Teymur bəy Məmməd­bəyov, İsmayıl ağa Vəkilov, Əhməd Seyidov, Əsədulla Murad­xanov, Şıxlinskilər, Minasazov qardaşları kimi məzunları olmuşdur ki, onlar bütün həyatını xalqın maarif və mədəniyyətinin inkişafına həsr etmişlər. Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi, “Bu təhsil məbədi özündən sonra böyük mədəni irs qoymaqla adını Azərbaycan maarifi tarixinə əbədi həkk etmişdir”.

1881-ci ildə İrəvan şəhərində İrəvan Müəllimlər Seminariyası açılmışdır. 37 il fəaliyyət göstərən bu təhsil ocağı 1918-ci ilin
06 avqustunda Uluxanlı məktəbi ilə eyni vaxtda bağlanmışdır. Bu seminariyanın açılışı zamanı 69 şagirdi olmuşdur. 1881-ci ildə yaranan və 34 il fəaliyyəti davam edən İrəvan Müəllimlər Seminariyasının ilk müəllimlərindən biri Firudin bəy Köçərli olmuşdur. Seminariyanın 1885-ci ildə ilk buraxılışı olmuşdur. Məzunlar sırasında Həbib bəy Səlimov, Nəcəf bəy Vəzirov, Haşım bəy Vəzirov, Mirzə Abbas Məmmədzadə, Cabbar Məmmədzadə, İbadulla bəy Muğanlinski, Vahid Musabəyov, Həmid bəy Şahtaxtinski, Hüseynəli bəy Rüstəmbəyov, Tağı bəy Səfiyev, Mirzə Cəlil Şürbi, Eynəli bəy Sultanov, Sadiq Xəlilov, Vahid Musabəyov və başqaları olmuşdur.

Vəsaitdə anna dilli məktəblərin açılması, ana dilli dərsliklərin yazılmasına xüsusi yer verilmiş və qeyd edilir ki, XIX əsrin sonları, XX əsrin əvvəllərində ana dilli məkətblərin açılması ideyası irəli sürülmüş Mirzə İsmayıl Qasir, Sultan Məcid Qənizadə, Mir Möhsün Nəvvab, Mirzə Şəfi Vazeh, Həsən bəy Zərdabi, Məhəmməd ağa Şahtaxtlı, Həbib bəy Mahmudbəyov, Mahmud bəy Mahmudbəyov, Firudin bəy Köçərli, Səfərəli bəy Vəlibəyov, Rəşid bəy Əfəndiyev, Seyid Əzim Şirvani, Məhəmməd Tağı Sidqi və digər maarifpərvər şəxsiyyətlər ana dilli məktəblər açmış, ana dilli dərsliklər yazmış, milli təhsil və mədəniyyəti inkişaf etdirərək böyük xidmətlər göstərmişlər.

“Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsil” fəsli maraqlı və dəyərli məlumatlarla zəngin fəsildir. Şərqdə ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti xalq maarifinin, elm və mədəniyyətin inkişafını milli dövlət siyasə­tinin təməl prinsiplərindən biri kimi ön plana çəkmiş və mövcud­lu­ğunun ilk aylarından təhsil sahəsində köklü islahatlara, təhsilin yeni milli əsaslar üzərində qurulmasına diqqət yönəltmişlər. Bu fəsildə 1919-cu ildə Şərqdə ilk ali təhsil verən müəssisənin Bakı Dövlət Universitetinin təsis edilməsi haqqında qiymətli məlumatlar verilir. Azərbaycan Xalq Cümhuriyyətinin 1 sentyabr 1919-cu il ta­rix­li iclasında Bakıda ilk dövlət universitetin təsis edilməsi haq­qın­da qərar qəbul edilmiş və onun nizamnaməsi təsdiq edilmişdir. Ümummilli lider Heydər Əliyev BDU-nun yaradılması kimi mü­hüm tarixi hadisəyə qiymət verərək demişdir ki, “əsrin əvvəlindən bu günə kimi Azərbaycan elminə çıraq tutan universitetimizin yara­dıl­ması xalqımızın tarixində ən əlamətdar hadisələrdən biridir”. Vəsaitdə qeyd edilir ki, universitet ilk tədris ilini 2 fakültə ilə – Tarix-filo­lo­gi­ya, və Tibb fakültəsi ilə fəaliyyətə başlamışdır. Daha sonra­lar fi­zika – riyaziyyat (1920), şərqşünaslıq (1922), hüquq (1928), kimya- biologiya (1934) fakültələri yaradılmışdır. İlk tədris ilində 44 müəl­lim olmuş və universitetin ilk rektoru görkəmli rus alimi, Kazan Uni­versitetinin professoru, məşhur cərrah V.İ.Razumovski olmuş­dur. Daha sonra 1926-1929 cu illərdə universitetin ilk azərbaycanlı rek­toru Tağı Şahbazi olmuşdur.

Universiteti professor-müəllim heyəti ilə təmin etmək məqsədilə 1918-ci il iyulun 23-də AXC hökumətinin qərarı ilə Türkiyədən 50 nəfər, Rusiyadan da 50 nəfər müəllim dəvət edilmişdi. Onlar 1919-cu ilin oktyabr ayının əvvəllərində Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlamışlar. Onların arasında Rusiyadan – Komarovski, Mako­vels­ki, Seredinski, Marr, Meşşaninov və başqaları, Türkiyədən – İsmayıl Hikmət, Xəlil Fikrət, Mühittin Birgin, Mehmet Fuad Köp­rü­lüzadə, Bəkir Çobanzadə və başqaları universitetdə elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşlar.

Bu böyük alimlər çox dəyərli elmi- pedaqoji tədqiqat işləri, dərslik və dərs vəsaitləri də yazmışlar. Məsələn, İsmayıl Hikmət 4 cildlik “Türk ədəbiyyatı tarixi”, 2 cildlik “Azərbaycan ədəbiyyatı ta­rixi”, Möhyəddin “Psixoloji”, Fuad Köprülüzadə “Azəri ədə­biy­yatına dair tədqiqlər”, Xəlil Fikrət “Tədris və tərbiyə tarixi” əsər­lə­ri­ni nəşr etdilmişlər.

Vəsaitdə müəllif atasının bir xatirəsini verməklə BDU nun tarixi ilə bağlı yeni bir məlumatla tanış oluruq. Müəllif yazır: “1929-1930 – cu tədris ilində Şərqşünaslıq fakültəsindən məzun olmuş “İstiqlal” ordenli, Əməkdar müəllim, ədəbiyyatşünas alim, dosent Lətif Hüseynzadə xatirələrində yazır ki, tələbələr təhsil illərində dərin və hərtərfəli bilik qazanmaqla bərabər, həm də ciddi elmi – tədqiqat işləri ilə də məşğul olmuş, ictimai işlərdə fəal iştirak etmiş, faydalı təşəbbüslər irəli sürmüşlər.Məsələn 1928-29-cu tədris ilində Lenin adına Azərbaycan Dövlət Darülfünunun (1922-ci ildə adı dəyişdirilmiş, 1924 cü ildə Leninin adı verilmişdir) 10 illik yubileyi ərəfəsində Şərqşünaslıq fakültəsi nəzdində jurnalistika şöbəsi yaradıldı. Mikayıl Müş­fiq, Əhməd Cavad, Məmmədsəlim Tahirli, Əhməd Seyidov, Lətif Hüseynzadə və başqa fəal tələbələr dərsdən sonra jurnalistika şöbə­sinin məşğələlərində iştirak edirdi. Bu şöbədə Qori Müəllimlər Seminariyasının məzunu, əsgəri xidmətdə olmuş, bizdən daha yaşlı və təcrübəli olan Əhməd Seyidovla daha yaxın münasibətlər qura­raq məşğələlərə davamlı həvəslə gedir və birlikdə fəaliyyət göstə­rirdik. Burada qəzetçilik, müxbirlik, mətbəə ləvazimatı, redaksiya işlərinə dair çox maraqlı dərslər keçir, məqalələr yazırdıq. Jurna­lis­tika fakültəsinin və jurnalistika şöbəsinin rəhbəri professor S.Sere­dinski idi. Bir gün rektorumuz Taği Şahbazi məşğələmizə gəldi və biz ona müraciət etdik ki, darülfünunda çoxtirajlı bir qəzet nəşr edək. Rektor da fikrimizi razılıqla qarşıladı və 1929 cu ilin iyun ayın­da Azərbaycan Dövlət Darülfünunda “Student jurnalist” adlı çox­tirajlı universitet qəzetinin ilk nömrəsini buraxmağa nail olduq. Bu ilk nömrədə Tağı Şahbazinin “Böyük yubiley qarşısında”, Hadi Mir­zəzadənin “Darülfununda jurnalizm kafedrası”, M.Səlim­xanlı­nın “Bizdə qəzetçilik sənəti”, Əbdüləziz Salamzadənin” Darülfünün bizə nə verdi”, S.Aşurbəylinin “Pedaqoji fakültənin yeni quru­lu­şu.Prof. Fridonlu ilə müsahibə”, Lətif Hüseynzadənin “Azərbaycan necə öyrənilir”, Tanabeylinin “Lisaniyyat kafedrası. Professor Bəkir Ço­banzadə ilə müsahibə”, Əhməd Seyidovun “Tibbi fakül­tə­də yeni tədbirlər”, adlı məqalələri getmişdir”. Rəngli buraxılmış bu ilk qə­ze­tin redaksiya heyətində Məmməd Arif, Adil Əfəndizadə, S.Aşur­bəy­li, Əhməd Seyidov və Lətif Hüseynzadənin adları gö­rün­mək­də­dir…”

2019-cu ildə BDU nun 100 illiyi tamam olmuş bu münasibətlə Azərbaycan Respubliksının Prezidenti cənab İlham Əliyev “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” 14 noyabr, 2017 – ci il tarixli xü­susi Sərəncam imzalamışdır. Həmin sərəncamda deyilir: “2019-cu ildə Azərbaycanın nüfuzlu elm və təhsil ocağı Bakı Dövlət Univer­si­tetinin təsis edilməsinin 100 illiyi tamam olur. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı Bakı Dövlət Uni­ver­siteti müsəlman Şərqində yeni tipli ali məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin şərəfli bir yol keçmişdir. Daim azərbaycançılıq məfkurəsinə sadiqlik nümayiş etdirən Uni­ver­sitetin ölkədə ali təhsil sisteminin qurulmasında, elmi tədqi­qatların dərin məzmun kəsb edərək son texnologiyaların da tətbiqi ilə müasir standartlara uyğun aparılmasında və ümumən milli özün­dərk prosesinin sürətləndirilməsində təqdirəlayiq xidmətləri vardır. Bakı Dövlət Universiteti tarixən vətənpərvər ziyalıların fədakar əməyi sayəsində yetirdiyi ictimai-siyasi, elm və mədəniyyət xa­dim­ləri ilə Azərbaycanın mövcud simasının təşəkkülünə böyük töhfələr vermişdir…” Bəli, qürur hissi ilə deyə bilərik ki, Ulu öndərimiz Heydər Əliyev Bakı Dövlət Universitetiniun məzunu olmuşdur.

Vəsaitdə “XIX əsrin sonu, XX əsrin I yarısında Azərbaycan klassiklərinin, görkəmli maarifpərvərlərinin tərbiyə və təhsil haqqında fikirləri” fəsli geniş yer tutmaqdadır.

Burada qeyd edilir ki, yetişən milli burjuaziya nümayəndələri və yerli sahibkarlar da millətin maariflənməsi, savadlanması, mədəni və intellektual səviyyəsinin yüksəlməsi yolunda əllərindən gələni əsirgəməmişlər. Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Murtuza Muxtarov, Musa Nağıyev, İsa bəy Hacınski kimi sahib­kar­lar milli ziyalı nəslinin yetişməsində, təhsil sisteminin inkişafında müstəsna rol oynamışdır. Görkəmli maarifçilərimizin qadınların dünyəvi təhsili ilə bağlı istək və arzularının reallaşmasında Hacı Zeynalabdin Tağıyevin əvəzsiz xidmətləri olmuş, qızların təhsil al­masına, onlar üçün xüsusi məktəblər açılmasına, qadın milli kadr­ların hazırlanmasına çalışmış, bu sahəyə böyük məbləğdə vəsait yönəltmişdir. Bu bölmədə həmçinin A.A. Bakıxanovun, M.F.Axundovun, S.Ə. Şirvaninin, H.B. Zərdabinin, R.B. Əfəndiyevin, F. Köçərlinin, M.T. Sidqinin, C. Məmmədquluzadənin, H. Cavidin, M.Ə. Sabirin, S.M.Qənizadənin və bir çox başqalarının pedaqoji fikirləri ətraflı təhlil edilmişdir.

Vəsaitdə “Sovet dövründə təhsil və pedaqoji fikir”, daha sonra “Sovet dövründə Aərbaycanın görkəmli pedaqoqları” fəsilləri Sovet təhsil sisteminə və pedaqoji fikrinə həsr edilmişdir. Burada 1920-ci ilin aprelindən sonrakı dövrdə, Sovet hakimiyyətinin mövcudluğu illərində Azərbaycanda təhsilin inkişaf istiqamətləri ilə bağlı uğurlara və çatışmazlıqlara ədalətli, obyektiv qiymət verməyi Ulu Öndər Heydər Əliyevin müdrik fikirlərini öyrənmək tövsiyə edilir. “Bu təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azər­baycanda dərin savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər onlar olma­saydı, Azərbaycanın iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi. Onlar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır və on illərlə əldə etdiyimiz nailiyyəti heç vaxt unutmamalıyıq”.

Vəsaitin son bölümü müstəqillik illərinin məktəb və pedaqoji fikrinə həsr edilmişdir. Burada qeyd edilir: “Müstəqillik illərində Azərbaycanda təhsilin səviyyəsini və inkişafı şərti olaraq üç mərhələyə bölmək olar: birinci mərhələni təhsil sisteminin tənəzzülü, sovet hakimiyyəti illərində qazanılmış nailiyyətlərdən, mütərəqqi ənənə­lərdən uzaqlaşmaq, ikinci mərhələni sabit­ləşmə meylləri, milli təhsil quruculuğu sahəsində ilk addımların atılması, dövlətin təhsilə diq­qətinin artması, mütərəqqi və inkişafyönümlü qərarların, qanunların qəbul edil­məsi, beynəlxalq əlaqə­lərin intensivləşməsi, təhsilə investisiya qoyuluşuna başlanması, üçüncü mərhələni isə təhsil sistemində köklü islahatlar, yeniliklər, innovasiyalar, yeni pedaqoji texnologiyalar, müsbət beynəlxalq təcrübənin pedaqoji prosesə tətbiqi, Avropa məkanına inteqrasiya dövrü kimi dəyərləndirmək olar”.

Azərbaycanda təhsil sa­həsində islahatların aparılması Ulu Öndər Heydər Əliyevin 1999- cu ildə “Təhsil sahəsində islahatlar Proqramı” ilə başlamışdır. Daha sonra 2009-cu ildə “Təhsil haqqında” Azərbay­can Respublikasının Qanunu öz üstün məziyyətləri ilə rəhbər dövlət sənədi kimi qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il, 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020-Gələcəyə Baxış İnkişaf Konsepsiyası” qəbul edilmiş, “Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” (24 oktyabr, 2013-cü il) ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı təhsilimizin inkişafının uzun müddətli metodoloji əsası hesab edilir.

“Azərbaycan məktəb və pedaqoji fikir tarixi” dərs vəsaiti müəllifin Azərbaycan Respubliksası Təhsil Nazirliyinin təsdiq etdiyi “Azərbaycan məktəb və pedaqoji fikir tarixi”, “Azərbaycan təhsil tarixi”, “Pedaqogi­ka”, “Pedaqogika tarixi” kursu üzrə fənn proqramlarına uyğun hazırlan­mış­dır ki, bu vəsaitdən “Azərbaycan məktəb və pedaqoji fikir tarixi” kursu üzrə mühazirə və məşğələ aparan pedaqoqlar, ümumtəhsil məktəblərində çalışan müəllimlər, pedaqoji təmayül üzrə təhsil alan tələbələr, təhsil və pedaqoji fikir tarixi ilə məşğul olan tədqiqatçılar, magistrlər, doktorantlar, habelə təhsilimizin tarixi ilə maraqlananlar istifadə edib faydalana bilərlər.

More from my site

  • SPİRAL!
  • ATALAR SÖZLƏRİMİZ!
  • Naxçıvan Arxeologiyası yeni tapıntılar İşığında
  • TÜRKƏ AĞI DEMƏK OLMAZ
  • MİSİRLİ MAKAMUSUNN! LİŞƏR ADLI ATASI QIZI!
  • İşıq işıqdan ayrılmaz! İşıq kölgəyə çevrilməz!✨✨✨.

Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 65 saylı 23. 01. 2001-ci il tarixli əmri

ilə ali məktəblərin coğrafiya ixtisasları üçün dərs vəsaiti kimi təsdiq edilmişdir.

Bakı Universitetinin Nəşriyyatı, 2001

Elmi redaktor: Akademik A.A. Nadirov

Rəyçilər: c.e.d., Professor N.A. Babaxanov,

p.e.n., Dosent B.A. Paşayev

Dərs vəsaiti maraqlı coğrafi axtarışlar və kəşflər nəticəsində Yerin hərtərəfli öyrənilməsi,

xəritələşdirilməsi, coğrafi ideyaların yaranması və inkişafı tarixindən bəhs edir. Azər-

baycanda coğrafiya elmi, onun sahələrinin inkişaf tarixi və görkəmli coğrafiyaçı alimləri

və s. haqqında kitabda geniş məlumat verilir.

Dərs vəsaiti tələbələr, magistrlər,

aspirantlar və orta məktəbin coğrafiya müəllimləri üçün nəzərdə tutulur.

İçindəkilər

Kursun mahiyyəti, obyekti və vəzifələri

I. FƏSİL. Qədim dünya coğrafiyası (V əsrə qədərki dövr)

İlkin coğrafi bilik və təsəvvürlərin yaranması

Qədim misirlilərin coğrafi təsəvvür

Qərbi, Cənubi və Şərqi Asiyanın qədim

xalqlarının coğrafi təsəvvürləri

Avropa antik dövrünün coğrafiyası

II. FƏSİL. Orta əsr coğrafiyası (V-XV əsrlər)

Türk xalqlarının coğrafi kəşfləri və nailiyyətləri

Normanların coğrafi kəşfləri

Orta əsr Rusiyasında coğrafi biliklər

Marko Polo və onun Kitabı haqqında

Böyük İpək yolu

III. FƏSİL. Yeni dövrün coğrafiyası (XV-XIX əsərlər)

Böyük Coğrafi kəşflər dövrü (XV-XVII əsərlər)

Böyük Coğrafi kəşflərə hazırlıq dövrü

Böyük Coğrafi kəşflərin birinci dövrü (1492-1550-ci illər)

Böyük Coğrafi kəşflərin ikinci dövrü (1550-1650-ci illər)

Yeni dövrün başlanğıcı (XVII əsrin ortası – XVIII əsrin ortası)

Yeni dövrün coğrafiyası (XVIII əsrin ortası XIX əsrin ortası)

IV. FƏSİL. Müasir dövrün coğrafiyasının yaranması (XIX əsrin ikinci yarısı – XX əsrin başlanğıcı)

XIX əsrin yeni coğrafiyasının yaranması

XIX əsrin ortalarında coğrafi ideyaların inkişafı

XIX əsrin ikinci yarısında coğrafi ideyaların inkişafı

Coğrafiya XX əsrin əvvəllərində (1900-1918-ci illər)

V. FƏSİL. Müasir dövrün coğrafiyası

Xarici ölkələrin müasir dövrünün coğrafiyası

MDB məkanında müasir coğrafiyanın inkişafının birinci mərhələsi

MDB məkanında müasir coğrafiyanın inkişafının

ikinci mərhələsi (1945-1980-ci illər)

Müasir coğrafiya XX əsrin 90-cı illərində

VI. FƏSİL. Azərbaycanın coğrafiyasının inkişaf tarixi

.Azərbaycan coğrafiya tarixinin ümumi icmalı

Ümumi fiziki coğrafiyanın inkişafı

Geomorfologiya elminin inkişafı

İqlimşünaslıq və hidrologiya elmi ideyalarının inkişafı

Xəzər dənizinin öyrənilməsi

İqtisadi və sosial coğrafiya

Kartoqrafiya və aerokosmik tədqiqatlar

Ətraf mühitin mühafizəsi

Coğrafiya tarixi

Taptıq Həsənov, Əbdürrəhim Hacızadə

Coğrafiya Yer səthini və təbiətlə cəmiyyətin qarşılıqlı təsiri gedişində onda yaranan təbii-təsərrüfat ərazi

sistemlərinin inkişafı və idarə olunmasının qanunauyğunluqlarını öyrənən yeganə elmdir. Bu elmin

üfüqləri getdikcə genişlənir, nəzəri və təcrübi əhəmiyyəti artır. Ona görə də coğrafiya elminin müxtəlif

sahələrinə, o cümlədən tarixinə maraq xeyli artmışdır. Bunu nəzərə alaraq Bakı Dövlət Universitetinin

coğrafiya fakültəsində bakalavr-coğraf ixtisas pilləsində yeni tədris kursu – «Coğrafiya tarixi»

Bu böyük təhsil ocağında bütün elmlərin, o cümlədən coğrafiyanın tarixinə həmişə böyük əhəmiyyət

verilir. Lakin Azərbaycan dilində coğrafiya tarixi kursu üzrə ümumiləşdirilmiş dərs vəsaiti və yaxud digər

yazılı ədəbiyyatlar hələlik yox dərəcəsində idi. Tələbələr bu sahədə olan bilikləri coğrafiyanın ayrı-ayrı

kurslarında səpələnmiş halda verilən tarixi məlumatlardan toplamalı olurdular. Bu da onların sistem

şəklində biliklər almasına çətinliklər törədirdi və hazırlıq səviyyələrinə mənfi təsir göstərirdi. Ona görə də

«Coğrafiya tarixi» kursunun proqramının və dərs vəsaitinin hazırlanmasına və Azərbaycan dilində çapına

böyük ehtiyac var idi.

Coğrafiya tarixi kursunda qədim, orta əsr, yeni və müasir dövrdə Yerin bütövlükdə təbiəti, onun

təsərrüfatda mənimsənilməsi yolları, materik və okeanların kəşf olunması və s. haqqında biliklərin

toplanması və xəritələşdirilməsi tarixi işıqlandırılır. Özü də ilk dəfə olaraq müstəqil Azərbaycanın yaxın

çevrəsi olan Şərqi Avropa, Cənubi, Qərbi və Mərkəzi Asiya və Qafqazın coğrafiya tarixinə daha geniş yer

verilir. Kitabda ilk dəfədir ki, türk xalqları və onların içərisindən çıxmış alimlərin coğrafi təsəvvürləri və

kəşfləri ayrıca bölmə şəklində verilir.

Böyük coğrafi əhəmiyyəti olan məşhur «Tarixi İpək yolunun» yaranması, onun keçdiyi ölkələr, ticarət

əlaqələrində rolu və Azərbaycanla bağlılığı, müasir bazar iqtisadiyyatı şəraitində əhəmiyyəti və s.

haqqında yığcam biliklər vermək üçün kitabda xüsusi bölmə ayrılmışdır.

Coğrafiya tarixi elmi Yerin coğrafi mənzərəsinin tarixini tələbələr qarşısında aydınlaşdırır, onun

öyrənilməsi mərhələlərini açıb göstərir. Bir sözlə, «Coğrafiya tarixi» kursunun başlıca vəzifəsi Yer

haqqındakı ilkin coğrafi təsəvvürlərin, elmi biliklərin keçmişi, indisi və həm də gələcək istiqamətləri

haqqında yetkin biliklər verməkdir.

Tələbələr əmin olacaqlar ki, Yerin ümumi mənzərəsinin işıqlandırılması və xəritələrin düzəldilməsi çoxlu

xalqların, səyyahların, dənizçilərin və coğrafiyaçı alimlərin böyük fədakar əməklərinin nəticəsidir.

Kitabın yazılmasında Azərbaycanın görkəmli coğrafiyaşünas alim prof. Ə.M.Hacızadənin (1920-1991)

hazırladığı, lakin vəfatı ilə bağlı çap etdirə bilmədiyi «Coğrafiyanın tarixi və metodologiyası»na aid

əlyazmaları ilkin mənbə rolunu oynamışdır. Ancaq Azərbaycan 1991-ci ildə müstəqillik qazanandan və

informasiya səddləri çökəndən sonra cəmiyyət sovet vaxtı marksizm-leninizm «prinsiplərinə» uyğun

olmadığına görə qadağan olunan biliklərlə azad şəkildə tanış olmaq imkanı əldə etdi. Bundan başqa,

kursun yeni proqramına uyğun olaraq coğrafiyanın tarixinə aid bölmələr genişləndirilib və çoxlu əlavələr

edilmişdir. Deyilənləri nəzərə alaraq c.e.d., prof. Ə.M.Hacızadənin mövzu ilə bağlı topladığı materialların

lazımlı hissələri yeni əlavələr və məlumatlarla tamamlanaraq dərs vəsaiti kimi iki müəllifin adından çapa

Ümid edirik ki, təqdim olunan dərs vəsaiti coğrafiyanın yarandığı dövrdən bu günədək keçdiyi inkişaf

yolu və təcrübələri ilə tələbələri tanış edəcək və onların coğrafi bilik və mədəniyyətlərini xeyli

Dərs vəsaitinin çapa hazırlanmasında böyük zəhmətlərinə görə iqtisadi və sosial coğrafiya kafedrasının

baş laborantları F.E.Qasımovaya, S.Ə.Allahverdiyevaya öz minnətdarlığımızı bildiririk.

Dərs vəsaitində olan bölmələr müəlliflər tərəfindən aşağıdakı kimi yerinə yetirilmişdir:

Ə.M.Hacızadə – I fəsil -1.4, II-2.1, III-3.5, 3.6, IV-4.2, 4.3, 4.4, V-5.2, 5.3, 5.4, VI-6.1

T.G.Həsənov – Giriş, I fəsil-1.1, 1.2, 1.3, II-2.2, 2.3, 2.4, 2.5, 2.6, III-3.1, 3.2, 3.3, 3.4, IV-4.1, V-5.1,

VI-6.2, 6.3, 6.4, 6.5, 6.6, 6.7.

Coğrafiya tarixi kursunun obyekti, məqsəd və vəzifələri

Hər bir elmin tarixinin öyrənilməsi, onun gələcək inkişafı üçün böyük əhəmiyyət kəsb edir.

Keçmişimizin elmi axtarışlarını, səhvlərini və əldə etdikləri nailiyyətləri bilmədən elmin perspektivlərini

müəyyən etmək qeyri-mümkündür. Tarix gələcəyin proqnozlarının əsaslarından biridir. Nə qədər ki

insanlar yaşayır təbiətin tarixi və insanların tarixi biri-birilə bağlıdır və biri digərinə əsas yaradır. Vahid

bir elm kimi formalaşan coğrafiya mürəkkəb inteqrasiya və differensassiya mərhələlərindən keçmişdir.

İlkin olaraq təbiət və cəmiyyət elmləri tərkibində yaranan coğrafiyanın qolları sonrakı inkişaf

mərhələlərində inteqrasiyaya uğrayaraq vahid elmə çevrilmişdir.

Elmin tarixi inkişafı rəvan olmamışdır. Uzun müddət irəliyə doğru yavaş-yavaş hərəkətlə yanaşı birdən

elə kəskin dönüş mərhələləri olur ki, bu mərhələlərin də daha dəqiq öyrənilməsi xüsusi maraq doğurur.

Belə kəskin dönüş mərhələlərinə XV-XVII əsrlərdə baş verən Böyük Coğrafi kəşfləri, Şimal-Cənub

qütblərinin öyrənilməsi və Almaniya da Humbolt-Rixter, Rusiyada Pyotr Semyonov-Tyanşanski,

Azərbaycanda Baharlı-Qafur Rəşad kimi iri coğrafi məktəblərin və kosmik coğrafiyanın yaranmasını

misal göstərmək olar. Belə əhəmiyyətli keçid mərhələlərinin və elmi məktəblərin təhlili coğrafiya tarixinə

daha qabarıq nəzər salmağa imkan verir.

Hazırda adlarının oxşarlığına görə coğrafiya tarixinə daha yaxın olan iki elm – tarixi coğrafiya və

kəşflərin tarixi elmləri yaranmışdır.

Coğrafiya tarixi elminə hələlik tam tərif verilməyibdir. Ümumiləşdirilmiş şəkildə demək olar ki,

coğrafiya tarixi Yer səthi və onun ayrı-ayrı hissələrinin kəşf olunması, xəritələşdirilməsi və coğrafi elmi

fikirlərin yaranması və inkişafının tarixini öyrənir.

Tarixi coğrafiya müəyyən ölkələrin, yaxud ərazinin fiziki, iqtisadi və siyasi coğrafiyanın keçmiş

vəziyyətini öyrənən tarixi-coğrafi biliklər sahəsidir. Coğrafiya tarixindən fərqli olaraq tarixi-coğrafiya

keçmiş dövrlərin konkret iqtisadi coğrafiyasını tədqiq edir.

Coğrafi kəşflər tarixi özünün yazısı olan (rəsmlərdən əlavə) xalqların nümayəndəsinin ilk dəfə bu və ya

digər obyektdə (materiklər, okeanlar, dənizlər, adalar, boğazlar, zirvələr, vulkanlar və i.a.) ilk dəfə olması,

bu obyektlərin təsvirini verməsi və yaxud onu xəritəyə köçürməsidir. İndi buraya həmçinin coğrafiya

sahəsində kəşf olunan yeni nəzəriyyələr və qanunauyğunluqların tarixi də əlavə edilir.

Coğrafi kəşflər dünya tarixinə güclü təsir göstərmişdir: yeni qitələrin, torpaqların tapılmasına, bir ölkənin

varlanmasına, digərlərinin məhvinə, müstəmləkələrin əmələ gəlməsinə və s. səbəb olmuşdur.

Bu üç elm biri-birilə sıx bağlıdır və hətta bəzi məsələlərdə üst-üstə düşürlər. Bunu, xüsusilə coğrafi

kəşflər edən, bu elmi qabağa aparan görkəmli səyyahların əsərlərinin təhlilindən aydın görmək olur. Həm

coğrafiyanın tarixinə və həm də coğrafi kəşflərin tarixinə eyni dərəcədə mənsub olan belə alimlərdən

Aleksandr Humboltu, Pyotr Semyonov-Tyanşanskini və b. göstərmək olar.

Aparılan ekspedisiyalar və ayrı-ayrı səyyahlar tərəfindən həyata keçirilən coğrafi kəşflər bizim elmə

gələcəkdə nəzəri və praktiki ümumiləşdirmələr aparmaq üçün lazım olan iri həcmdə material toplamağa

Böyük Coğrafi kəşflərin başlıca məqsədi yüzlərlə səyahətlər nəticəsində dünyanın fiziki xəritəsinin

müasir görünüşünün alınması olmuşdur. Bizim zəmanəmizdə dünya xəritəsində artıq «ağ ləkələr»

qalmamışdır. İndi coğrafi kəşflərin məqsədi yeni coğrafi qanunlar və qanunauyğunluqların aşkar

edilməsidir. Belə coğrafi kəşflər elmi tədqiqatın fundamental sahəsinə aid edilir. Onlar yerin quru səthi və

Dünya okeanının mənimsənilməsi üçün həyatı əhəmiyyət daşıyır. Yerin mənimsənilməsi prosesində

birinci növbədə təbiətin müxtəlif tiplərinin qarşılıqlı təsir mexanizmini, insanların müəyyən tarixi

biliklərini, təsərrüfatın əlaqələnməsi formalarını və s. bilmək tələb olunur. Nəzəri kəşflər və onun tətbiqi

olmadan coğrafiya göstərilən mürəkkəb mexanizmini və onun idarəedilməsini əsaslandıra bilməz.

Beləliklə, coğrafi kəşflərin müasir tarixi, coğrafiya tarixinə açıq-aşkar yaxınlaşır, lakin onunla tam

birləşmir, Belə ki, coğrafiya tarixi fəlsəfə, nəzəri coğrafiya və digər nəzəri elmlərlə yaxınlaşaraq daha çox

metodoloji elmə çevrilir. Zamanın tələbi onun digər elmlərlə inteqrasiyasını gücləndirir. Lakin bununla

yanaşı coğrafiya tarixi özünün daxili inkişaf məntiqinə və qanunauyğunluqlarına malikdir.

Coğrafi kəşflər tarixi daha çox həyatın praktiki tələbatını əks etdirir. Böyük Coğrafi kəşflər – XV-XVII

əsrlər dövründə coğrafiya elmlərin «şahı» idi və cəmiyyət üçün böyük praktiki əhəmiyyət kəsb edirdi.

Sonralar o arxa plana keçmişdir, lakin indi yenidən elmlərin önünə çıxmışdır. Hazırda elə bir zaman gəlib

ki, həyatın praktiki tələbatı coğrafiyanın güclü inkişafına şərait yaradıb. Dünya okeanının, atmosferin,

biosferin, qlobal ekoloji problemlərin, məskunlaşma, istehsal və xidmətlərin ərazi sistemlərinin dərindən

öyrənilməsi və s. belə tələbatlardandır.

Coğrafi kəşflərin tarixindən fərqli olaraq coğrafiya tarixi həyatın tələbatını geniş mənada təmin edir. Bir

elm kimi coğrafiya tarixi daha mürəkkəbdir, o elmlərin bütöv inkişafından, kadrların hazırlıq

səviyyəsindən, nəzəri ideyaların yaranması və yayılmasından və s. bəhs edir.

Tarixi faktları və hadisələri özündə əks etdirən coğrafiyanın tarixi kursunun başlıca vəzifələri

– coğrafi ideyaların, prinsiplərin, qanunauyğunluqların və anlayışların yaranması və inkişafının tarixi

– coğrafi biliklərlə cəmiyyətin həyat fəaliyyəti arasındakı qarşılıqlı əlaqələrin inkişafının tarixi

– müasir dövrdə coğrafi biliklərin cəmiyyətin praktiki həyatında istifadə olunmasının istiqamətlərini

göstərmək və bu sahədə mövcud olan böyük problemləri qeyd etmək.

Coğrafiya tarixindən toplanan biliklər bəşəriyyətin bu günü və gələcəyi üçün böyük fayda verə bilər.

Məsələn, tarixdən məlumdur ki, Xəzər dənizinin səviyyəsi müəyyən onilliklərdə gah qalxır və gah da

enir. Bu tarixi bilgiləri nəzərə almayaraq dəniz sahillərinin təsərrüfatda mənimsənilməsi sonralar böyük

ziyana başa gəlir. Bu gün Lənkəran-Astara zonasında, Xəzərin digər yerlərində su altında qalmış on min

hektarlarla əkinlər, üzümlüklər, yollar və kəndlər coğrafiyanın bizə verdiyi tarixi biliklərin əhali arasında

zəif yayılması və biganəliyin nəticəsidir. Təbiidir ki, belə biganəliklər ölkəmizə və onun əhalisinə milyard

manatlarla ziyan vurur.

Hələ lap qədimlərdən Çində məhsuldar qüvvələrin və bütövlükdə elmin inkişafı kompasın ixtirasına

səbəb oldu, bu ixtira isə öz növbəsində coğrafi biliklərin və kəşflərin genişlənməsinə güclü təkan verdi.

Coğrafiya tarixi bu elmin keçdiyi yolu dövrlərə bölməyi tələb edir. Coğrafiya tarixi kursun aşağıdakı

1. Qədim dünya coğrafiyası V əsrə qədərki dövrü əhatə edir. Bu dövrdə inkişaf edən Aralıq dənizi

mədəniyyəti antik coğrafi kəşflərə güclü təkan verir, geniş ərazilərin coğrafi xəritələri tərtib olunur.

Qədim xalqların ilkin coğrafi təsəvvürləri və səyahətləri haqqında məlumat verilir. Antik

coğrafiyaşünaslardan Eratosfen, Aristotel, Ptolemey, Strabon və b. klassik əsərlərinin coğrafiya tarixində

2. Orta əsr coğrafiya tarixinin (V-XV) ümumi icmalı, xristian dünyasında təbiətə dair mütərəqqi və

mürtəce baxışların mübarizəsi, Ərəb coğrafiyası və kartoqrafiyası, İbn-Bətuti, Marko Polo və b.

səyahətləri əks olunur. İndiyə qədər Ərəb coğrafiyası tərkibində verilən türk xalqları və onun Əl-Xarəzmi,

Əl-Biruni, Nəsrəddin Tusi, Mahmud Kaşqari və s. kimi alimlərin astronomiya, riyazi coğrafiya,

xəritəşünaslıq və s. aid bilikləri ayrıca bölmə şəklində verilir.

3. Yeni dövrün coğrafiyası (XV-XIX əsrlər) Böyük Coğrafi kəşflər kapitalist manufakturasının inkişafı

(XYI əsrin ortalarından XYII əsrin ortalarına qədər) və yeni dövrün (XYII əsrin ortaları və XYIII və XIX

əsrlərədək) tarixini əhatə edir. Bu dövr coğrafiya tarixinin qızıl dövrü adlanır.

4. Müasir dövrün coğrafiya tarixi Arktika və Antarktidanın, Dünya okeanının və kosmosdan Yerin

öyrənilməsini, müxtəlif coğrafiya elmi məktəblərinin yaranmasını, ətraf mühitin mühafizəsi və bərpasını,

Azərbaycanda coğrafiya elminin inkişafını və s. əhatə edir.

Beləliklə, «Coğrafiya tarixi» kursunda verilən «coğrafiya» anlayışı bu elmlər sisteminin hamısına – fiziki

və iqtisadi coğrafiyaya, kartoqrafiyaya şamil edilir. Özü də coğrafiya təbiət və cəmiyyətin qarşılıqlı təsiri

gedişində yer səthində yaranan ərazi sistemlərinin inkişafı və idarə olunmasının qanunauyğunluqları

haqqında elm kimi başa düşülür. Landşaft, okean, çay, göl, relyef formaları, biosenozlar, əhali

məskunlaşması, şəhərlər, istehsal, rekreasiya və s. belə sistemlərdəndir. Onlar ümumi və tematik xəritələr

üzrə öyrənilə və müxtəlif xəritə miqyasları ilə nəzərdən keçirilə bilərlər.

Coğrafiya elmlərinin tarixi ali məktəb fənni kimi tarixin inkişaf mərhələlərində coğrafi kəşflərin və

ideyaların tarixindən bəhs edir.

Dünya coğrafiya ədəbiyyatında bu mövzuya aid bir sıra sanballı əsərlər yazılmışdır. Həmin əsərlərdən

alman coğrafiyaşünası A.Hetnerin «Coğrafiya: onun tarixi və metodları», «Amerika coğrafları»,

R.Hartşorın «Coğrafiyanın mahiyyəti» və «Coğrafiyanın perspektivləri», P.H.Ceymsin «Dünyada coğrafi

fikirlər», İngiltərə coğrafiyaçıları P.Haqqetin «Coğrafiya: müasir elmlər sintezi», T.Frimmanın

«Coğrafiya 100 ildə, Rusiya coğraflarıdan İ.P. və V.İ.Maqidoviçlərin beş cilddə «Coğrafi kəşflərin tarixi

oçerkləri», A.İsaçenkovun «Coğrafi fikirlərin inkişafı», Y.Sauşkinin «Coğrafiya elminin tarixi və

metodologiyası», N.M.Vəlixanlının IX-XII əsrdə Ərəb coğrafiyaşünas-səyyahları Azərbaycan haqqında»

və s. göstərmək olar.

Sonuncu istisna olunmaqla bu əsərlərin heç biri Azərbaycan dilinə tərcümə olunmadığına görə

respublikamızın tələbə ictimaiyyətinə, geniş oxucu kütləsinə tanış deyildir. İndiyədək ana dilimizdə

coğrafiyanın tarixinə aid əsərlər yox dərəcəsində idi.

Bu baxımdan ölkəmizin coğrafiya ədəbiyyatında ilk dəfə olaraq yazılmış «Coğrafiya tarixi» dərs vəsaiti

bir tərəfdən, yuxarıda göstərilən çatışmazlıqları aradan qaldıracaq və digər tərəfdən bu sahədə geniş və

ardıcıl biliklər verəcəkdir, elmi tədqiqat işlərinə marağı artıracaqdır.

QƏDİM DÜNYA COĞRAFİYASI (V əsrə qədərki dövr)

1.1 İlkin coğrafi bilik və təsəvvürlərin yaranması

İlkin coğrafi biliklər hələ ibtidai icma quruluşu dövründə meydana gəlmişdi. Bu biliklər öz əksini

əfsanələrdə və sadə rəsmlərdə – «xəritələrdə» tapırdı. İnsanlar yaşadıqları ərazidə və ona yaxın yerlərdə

baş verən hadisələr haqqında məlumat toplayır, həmin məlumatların bəzilərini qayalarda həkk edirdilər

(bunu Qobustan qayalarında da görmək olar) Belə rəsmlərdən qədim insanların dəniz, yaxud çay

sahilində yaşadıqlarını, hansı heyvanlara rast gəldiklərini müəyyənləşdirmək mümkündür. Müasir

dövrdən gəlib çıxmış ən qədim rəsmlər Qədim Şərqdə (Babilistan, Misir) və Çində yaşamış xalqlara

məxsusdur. Salamat qalmış qayaüstü rəsmlərə Cənub Amerikanın və Şimali Asiyanın dağlıq

rayonlarında da rast gəlinir. Beləliklə, insanların ətraf mühit haqqındakı empirik təsəvvürləri əmək

fəaliyyəti birlikdə meydana gəlmiş və onların malik olduqları informasiyaların əsasını təşkil etmişdir.

E.ə. IV minilliyin və III minilliyin hüdudlarında Asiyada, Afrikada və Avropada ən qədim quldar

Dövlətlər yaranmışdır. Bu dövlətlərin apardıqları müharibələr, şəhərsalma işləri, yeni dəniz yollarının

kəşfi, uzaq ölkələrlə ticarət əlaqələrinin yaradılması və s. çoxlu biliklər tələb edirdi. Buna görə də Şimali

Hindistan, qədim Çin, Misir, Finikiya kimi dövlətlərdə və Finikiyanın müstəmləkəsi olan Karfagen

sakinləri arasında dəniz və quru yollarını öyrənən, başqa ölkələrin sərvətləri haqqında coğrafi biliklər

toplayan səyyahlar meydana gəlmişlər.

Ətraf ərazilərin təbii şəraiti, vəhşi heyvanların yaşayış tərzi, dəniz və göllərdəki balıqların hərəkəti,

mövsümü, otlaqlar və s. haqqında müfəssəl biliklər olmadan təsərrüfatı idarə etmək qeyri-mümkün idi.

Uzun illərdən bəri insanların apardığı bu təsərrüfat fəaliyyəti gedişində ətraf mühit, yer, bitki, heyvan

adları haqqında hafizələr də qalaq-qalaq kitablardakı qədər biliklər toplanmışdır. Özü də hər bir yerin

özünün «yazılmamış» şifahi xalq coğrafiyası yaranmışdır. Geniş bozqır çöllərdə yaşayan türk xalqları

müxtəlif otlaq tipləri və heyvan növləri ilə bağlı çoxlu adlar yaratmışlar.

Hələ erkən daş dövründə (neolitdə) ovçular heyvanların arxasınca uzaqlara gedir, yavaş-yavaş Yer

səthində yayılır və yeni əraziləri məskunlaşdırırdılar. Müxtəlif yaşayış şəraitinə malik olan bu yeni

ərazilər irqi və etnik fərqlərin yaranmasına təkan vermişdir.

Ticarətin inkişafı yeni-yeni qiymətli xammal mənbələri, qızıl, mis, qalay, ağac materialları, fil dişi

sümüyü və s. əldə etmək cəhdi coğrafi təsəvvürlərin, müxtəlif səyahətlərin başlıca hərəkətverici qüvvəsi

olmuşdur. Qızıl, gümüş, qiymətli daş-qaş, ədviyyat, ipək və s. ilə zəngin olan ölkələr arasında əlaqələr

daha əhəmiyyətli idi.

Ərazi əmək bölgüsünün genişləndirilməsi cəhdi uzaq səyahətlərə, müxtəlif ölkələri tanımağa,

müstəmləkələr tutmağa yol açırdı və nəhayət coğrafi təsəvvürlər və ümumiləşdirmələr aparmağa imkan

Coğrafi kəşflər, xəritələrin tərtibi və coğrafi təsvirlər isə öz növbəsində ərazi əmək bölgüsünün

genişlənməsinə kömək edirdi. Demək olar ki, coğrafiya ərazi əmək bölgüsünün inkişafından yaranmışdır;

əgər ölkələrarası əmək bölgüsü zəifləyirsə, coğrafiyanın da digər elmlər arasında əhəmiyyəti itir. Ərazi

əmək bölgüsünün genişlənməsi və dərinləşməsi ilə coğrafiyanın inkişafı arasındakı bu əlaqələr nəinki

təkcə antik, elə hazırkı dövrə də aiddir.

Qədim Şərq xalqlarının ilk yazılı mənbələrində səyyahların təsvir etdiyi ölkələr barədə bir sıra qiymətli

məlumatlara rast gəlinir. Lakin coğrafi anlayışlar təkcə səyyahların qeydlərində deyil, nağıllarda,

dastanlarda, eposlarda və s. əsərlərdə də öz əksini tapmışdır. Məsələn, hindlilərin Ramayana və

«Mahabharata» dastanlarında, çinlilərin «Şisezi», «Şuytzit», azərbaycanlıların «Dədə Qorqud»,

qırğızların «Manas» eposlarında təsvir olunan hadisələrin baş verdiyi yerlərin coğrafi şəraiti haqqında

zəngin məlumatlar vardır.

Yer haqqında yaranan belə ilkin təsəvvürlər bəzən indiki adamlarda təbəssüm doğuracaq qədər əfsanəvi

görünürdü. Qədim Babilistanda Yer haqqında yaranan təsəvvürlərə görə dünya ayrı-ayrı qatlardan təşkil

olunub. Özləri bu qatın mərəzində, başqaları isə üst və yerin alt qatında yaşadıqları göstərilirdi. Qədim

Şumerlərin fikrincə dünyada dörd cəhət var və hər cəhətdə bir dünya olur. Hindlilər isə, məsələn, yerin

müstəvi (yastı) olduğunu və özü də fillərin kürəyində yerləşdiyini təsəvvür edirdilər. Yunanlar hesab

edirdilər ki, Yer hər tərəfdən okeanlarla əhatə olunmuş qabarıq disk formasındadır. Yazı olmadığı

tarixdən əvvəlki dövrə aid yaranan belə əfsanələr, nağıllar qorunub saxlanılmış, əlavələr edilmişdi və

nəsildən nəslə verilmişdir.

Belə əfsanələrdə coğrafi xarakterli dəqiq təsvirlər ənənəvi mif süjetləri və obrazları ilə birgə verildi. Yazı

icad olunduqdan sonra bu biliklərin dəqiq qeydiyyatının aparılması mümkün olmuşdur. Qorunub

saxlanılmış yazılı abidələrin köməyi ilə qədim sivilizasiyanın yaradıcıları olan Misir, Assuriya, Hindistan

və Çinin coğrafi təsəvvürləri haqqında biliklər söyləmək olurdu.

“Ədədi üsullar-2: fərq sxemlərinin qurulması və fərq tənliklərinin həll üsulları” dərs vəsaiti çapdan çıxıb

Fizika-riyaziyyat elmləri namizədi, dosent Sərdar Qasımov və dosent Qasım Qasımovun həmmüəllifi olduqları “Ədədi üsullar-2: fərq sxemlərinin qurulması və fərq tənliklərinin həll üsulları” dərs vəsaiti çapdan çıxıb.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən AZƏRTAC-a bildiriblər ki, dərs vəsaitində əsas diqqət fərq sxemlərinin qurulması və onların xassələrinin (aproksimasiya xətası, dayanıqlılıq, yığılma və dəqiqlik), həmçinin şəbəkə aproksimasiyası zamanı alınan fərq tənliklərinin həlli üçün hesablama alqoritmlərinin tədqiqinə yönəlib. Fərq sxemlərinin konstruktiv prinsipləri – bircinslilik, konservativlik, məcmu aproksimasiya və s. haqqında ətraflı məlumat verilir.

Eyni zamanda, dərs vəsaitində xətti, kvazixətti və ikiölçülü köçürmə tənlikləri üçün aşkar və qeyri-aşkar fərq sxemlərinin qurulması alqoritmləri verilir və onların dayanıqlılığı şərtləri də araşdırılır.

Kitab tələbə, tədqiqatçı və mütəxəssislər üçün nəzərdə tutulub.

Comments are closed, but trackbacks and pingbacks are open.