Qramatika ve qrammatik norma
Təyin. Cümlədə isimlə ifadə olunan hər hansı üzvü izah edən ikinci dərəcəli üzvə təyin deyilıir. təyin necə? nə cür? hansı? neçə? nə qədər? neçənci? Suallarından birinə cavab verir. Məsələn: Araz intizamlı oğlandır. Sinifdə iyirmi şagird var və s.
Qrammatik norma
Sintaksis sözü yunanca syntaxis sözündən olub, tərtib etmə, birləşdirmə mənasını verir.
Sintaksis sintaktik əlaqələri, söz birləşmələrini, cümlələri, cümlə üzvlərini öyrənir.
Əsas sintaktik vahidlər söz birləşmələri, cümlə, cümlə üzvləri və s.-dir.
Dil vahidləri sintaktik funksiya daşıya bilmək üçün cümlədə bir-biri ilə sintaktik-qrammatik cəhətdən əlaqələnməlidir. Sintaktik əlaqələrin iki növü var: tabesizlik əlaqəsi, tabelilik əlaqəsi.
Tabesizlik əlaqəsi qrammatik cəhətdən bərabərhüquqlu sözlər arasında olur. Məsələn: Vətənə dözümlü və iradəli igidlər gərəkdir.
Tabesizlik əlaqəsi ya cümlənin həmcins üzvləri arasında, ya da tabesiz mürəkkəb cümlənin tərəfləri arasında olur.
Tabelilik əlaqəsi ilə bağlanan sözlərdən biri o birinə tabe olur. Tabelilik əlaqəsinin üç növü var: uzlaşma, idarə, yanaşma.
Uzlaşma əlaqəsi cümlənin əsas üzvləri arasında olur. Mübtəda ilə xəbər uzlaşır. Bu uzlaşma şəxsə və kəmiyyətə görə olur. Mübtəda ilə xəbər arasında uzlaşma həmişə gözlənilir, heç vaxt pozulmur. Lakin kəmiyyətə görə uzlaşma I və II şəxslərdə həmişə gözlənildiyi halda, III şəxsin cəmində xəbərin mübtəda ilə uzlaşması bu qayda üzrədir:
- Mübtəda insan anlayışı bildirdikdə xəbər cəmdə olur. Məsələn: Tamaşaçılar onu alqışladılar. Lakin bəzi hallarda xəbər təkdə də işlənir. Məsələn: Qonaqlar gəldi.
- Mübtəda heyvan, quş anlayışı bildirdikdə xəbər həm təkdə, həm cəmdə ola bilir. Məsələn: Quzular mələşirlər. Quzular mələşir.
- Mübtəda bu anlayışları bildirmədikdə xəbər onunla uzlaşmır. Məsələn: Çaylar daşır.
Məsələn: “Mən dünən dostumu bağda gördüm.” Cümləsində idarə əlaqəsi aşağıdakı sözlər arasındadır:
dostumu gördüm bağda gördüm.
İdarə əlaqəsində əsas söz çox vaxt fel olur. Fellər ismin adlıq və yiyəlik hallarından başqa, qalan hallarda olan sözləri idarə edir.
Yanaşma əlaqəsi. Bu əlaqədə tabe söz heç bir qrammatik şəkilçi qəbul etmədən tabeedici sözə yanaşaraq, ona tabe olur. Məsələn: azad ölkə, yaşıl çəmən, beş uşaq, çox danışmaq, sakitcə oturmaq və s.
Yanaşma əlaqəsinin əsas əlaməti sözlərin sırasıdır. Bu əlaqədə həmişə tabe söz tabeedici sözdən əvvəl gəlir.
İki və daha artıq sözün qrammatik və məna cəhətdən birləşməsinə söz birləşməsi deyilir. Məsələn: ana laylası, ağıllı uşaq və s.
Söz birləşmələri quruluşca iki cürdür: sadə söz birləşmələri, mürəkkəb söz birləşmələri.
Sadə söz birləşmələri iki müstəqil sözdən ibarət olur. Məsələn: məktəb illəri, yaz ayları, oxumaq həvəsi və s. Mürəkkəb söz birləşmələri üç və daha artıq müstəqil sözdən ibarət olur. Məsələn: doğma yurdun gözəl mənzərələri, Vətənin azadlığı uğrunda şəhid olanlar və s.
Söz birləşmələrinin növləri.
Söz birləşmələrinin növləri onların komponentləri ilə müəyyənləşdirilir. Söz birləşmələrinin iki növü var:
- İsmi birləşmələr. 2. Feli birləşmələr.
İsmi birləşmələrin ən geniş yayılmış növü təyini söz birləşmələridir. Belə birləşmələri tərəflərin arasındakı qrammatik münasibətlərinə görə 3 qrupa bölürlər.
Birinci növ təyini söz birləşmələrinin tərəfləri arasında qrammatik əlaqə olmur.
Məsələn: uca dağ, döyüşkən əsgər – sifət, isim;
taxta qapı, dəri çanta – isim, isim;
beş kitab, çox uşaq – say, isim;
həmin oğlan, belə dost – əvəzlik, isim;
gələcək gün, açılmış gül – feli sifət, isim və s.
İkinci növ təyini söz birləşmələrinin birinci tərəfi qeyri-müəyyən yiyəlik hal şəkilçisi, ikinci tərəfi isə mənsubiyyət şəkilçisi qəbul etmiş olur. İkinci növ təyini söz birləşmələrinin hər iki tərəfi, əsasən isimlərlə, bəzən də say və məsdərlə ifadə olunur.
Məsələn: vətən həsrəti, ata nəsihəti – isim, isim;
beş arzusu – say, isim;
yaşamaq həvəsi – məsdər, isim və s.
Üçüncü növ təyini söz birləşmələrinin hər iki tərəfi şəkilçi qəbul edir. Bu birləşmələr yiyəlik hal və mənsubiyyət şəkilçiləri ilə düzəlir.
Məsələn: çayın kənarı, ananın arzusu – isim, isim;
sizin oğlunuz – əvəzlik, isim;
yaxşıların yaxşısı – sifət, sifət;
oxumağın faydası – məsdər, isim və s.
Əsas (ikinci) tərəfi felin təsritlənməyən formaları (məsdər, feli sifət, feli bağlama) ilə ifadə olunan söz birləşmələrinə feli birləşmələr deyilir.
Məsələn: məktubu yazmaq, vətəni sevmək (əsas tərəfi məsdər)
məktubu yazan, vətəni sevən (əsas tərəfi feli sifət)
məktubu yazarkən, vətəni sevəndə (əsas tərəfi feli bağlamadır)
Cümlə bitmiş bir fikri ifadə edir. Cümlənin baş üzvlərdən ibarət qrammatik əsası olur.
Cümlə həm ayrı-ayrı sözlərin, həm də söz birləşmələrinin bir-biri ilə əlaqələnməsi yolu ilə yaranır. Məsələn: Arif universitetdə oxuyur. Onun anası uşaq həkimidir. Birinci cümlə sözlərin )Arif, universitet, oxumaq), ikinci cümlə isə iki söz birləşməsinin (onun anası, işaq həkimi) məna və qrammatik cəhətdən əlaqəsindən yaranmışdır.
Cümlə yalnız bir sözdən də ibarət ola bilər. Məsələn: Axşamdır. Sakitlikdir və s.
Cümlələr quruluşuna görə sadə və mürəkkəb olur.
Sadə cümlənin bir qrammatik əsası olur.
Məsələn: Zəng vuruldu: Dərs başlandı.
Mürəkkəb cümlənin isə iki və daha artıq qrammatik əsası olur. Məsələn: Müəllim sinfə daxil oldu, tələbələr ayağa qalxdılar.
Cümlənin məqsəd və intonasiyaya görə növləri.
Cümlənin məqsəd və intonasiyaya görə dörd növü var: nəqli cümlə, sual cümləsi, əmr cümləsi, nida cümləsi.
Nəqli cümlələrdə müəyyən bir iş, hadisə , əşya və s. Haqqında məlumat verilir. Nəqli cümlələr adi intonasiya ilə deyilir. Məsələn: Yaz gəlir. Sular bulanır və s.
Sual məqsədi ilə işlədilən cümlələrə sual cümləsi deyilir. Belə cümlələr bir şey haqqında məlumat almaq və ya hər hansı bir məlumatı dəqiqləşdirmək məqsədi ilə işlədilir. Sual cümlələri üç yolla yaranır:
- Sual ədatlarının köməyi ilə. Məsələn: Dərslərini oxudunmu? İmtahandan qorxmursan ki? Axı sən bunları bilirdin? Bu cümlələr – mi, ki və axı sual ədatlarının köməyi ilə yaranmışdır.
- Sual əvəzliklərinin köməyi ilə. Məsələn: Neçə yaşın var? Hansı universitetdə oxuyursan? Bu cümlələr necə, hansı sual əvəzliklərinin köməyi ilə yaranmışdır.
- Sual intonasiyasının köməyi ilə. Məsələn: Dərs başlandı? Sən gəlirsən? Sual cümlələrinin bu növündə intonasiya cümlənin sonunda yüksəlir.
Əmr, istək, arzu, xahiş, nəsihət və s. Kimi mənaları bildirən cümlələrə əmr cümlələri deyilir. Əmr cümlələri – Məsələn: Xəstəyə su verin. Dərslərini yaxşı oxu və s.
- İntonasiyanın köməyi ilə. Məsələn: Qalx, qalx, ana Vətən! Bəsdir, aparın bunları! Və s.
- Nidaların köməyi ilə. Məsələn: Aman, köməyə gəlin! Ot, partla ürəyim! Və s.
Bir-biri ilə həm mənaca, həm də qrammatik cəhətdən bağlı olan və müəyyən bir sintaktik suala cavab verən sözlərə cümlə üzvləri deyilir.
Cümlənin beş üzvü var. Cümlənin təşkilindəki vəzifəsinə görə cümlə üzvləri iki növə bölünür.
- Baş üzvlər: mübtəda, xəbər.
- İkinci dərəcəli üzvlər: tamamlıq, təyin və zərflik.
Eyni bir cümlə üzvü ilə bağlı olub, eyni suala cavab verən və qrammatik cəhətdən cəhətdən bərabərhüquqlu olan üzvlərə həmcins üzvlər deyilir.
Həmcins üzvlər arasında tabelilik əlaqəsi olur və onlar bir-biri ilə ya sadalanma intonasiyayası, ya da intonasiya və tabesizlik bağlayıcıları ilə bağlanır.
Cümlənin bütün üzvləri həmcins ola bilir.
Məsələn: Sinifdə oğlanlar və qızlar var (həmcins mübtədalar).
Oqtay həm oxuyur, həm də işləyir (həmcins xəbərlər).
Aysel gülləri, çiçəkləri sulayır (həmcins tamamlıqlar).
İndi şəhərdə də, kənddə də qaz var (həmcins zərfliklər).
O, bacarıqlı, tərbiyəli və ağıllı oğlandır (həmcins təyinlər).
Mübtəda. cümlədə haqqında danışılan şəxsi əşyanı bildirən baş üzvdür. Kim? nə? bəzən də hara? Suallarından birinə cavab verir, ismin adlıq halında olan sözlərlə və söz birləşmələri ilə ifadə olunur. Məsələn: Bərdə (hara?) qədim şəhərdir. Bulaq suyu (nə?) sərin olur və s.
Mübtəda qrammatik cəhətdən cümlənin ən müstəqil üzvüdür, yəni heç bir cümlə üzvünə tabe olmur. Mübtəda cümlədə ən çox xəbərlə bağlı olur.
Xəbər. Xəbər mübtədaya aid hərəkət və ya hökmü bildirən baş üzvdür. Nə edir? (felin bütün şəkil və zamanlarında) kimdir? nədir? necədir? haradadır? və s. Suallarından birinə cavab verir.
Xəbər cümlədə ən çox mübtəda ilə bağlı olur, mübtədadan asılı olur və şəxsə, kəmiyyətə görə onunla uzlaşır.
Xəbər ifadə vasitələrinə görə iki növə bölünür: feli xəbər, ismi xəbər.
Feli xəbər yalnız təsriflənən fellərlə, ismi xəbərlər isə adlarla ifadə olunur. Məsələn: Azərbaycan sürətlə inkişaf edir. Bakı Azərbaycanın paytaxtıdır.
İkinci dərəcəli üzvlər baş üzvlərə aid olub, onları müxtəlif cəhətdən izah edir.
Tamamlıq. Tamamlıq cümlədə əşya məzmunu bildirir, adlıq və yiyəlik hallardan başqa, qalan halların suallarına cavab verir.
Tamamlığın iki növü var: vasitəsiz tamamlıq və vasitəli tamamlıq.
Vasitəsiz tamamlıq ismin təsirlik halında olur, yalnız təsirli fellərlə bağlı olur. və kimi? nəyi? nə? (bəzən də haranı?) suallarından birinə cavab verir.
Məsələn: Məktubu (nəyi) yola saldım.
Vasitəli tamamlıqlar kimə? nəyə? kimdə? nədə? kimdən? nədən? kim ilə? nə ilə? kim üçün? nə üçün? suallarından birinə cavab verir. Məsələn: Biz onunla fəxr edirik.
Anaya hədiyyə aldıq və s.
Tamamlıq daha çox isim və əvəzliklərlə ifadə olunur.
Tamamlıq xəbərlə, əsasən, idarə əlaqəsi ilə bağlı olur.
Təyin. Cümlədə isimlə ifadə olunan hər hansı üzvü izah edən ikinci dərəcəli üzvə təyin deyilıir. təyin necə? nə cür? hansı? neçə? nə qədər? neçənci? Suallarından birinə cavab verir. Məsələn: Araz intizamlı oğlandır. Sinifdə iyirmi şagird var və s.
Təyin daha çox sifət, feli sifət və işarə əvəzlikləri ilə ifadə olunur.
Təyin həmişə yanaşma əlaqəsi ilə başqa cümlə üzvlərinə tabe olur.
Zərflik. Zərflik hərəkətin icrasını müxtəlif cəhətdən izah edən ikinci dərəcəli üzvdür. Zərfliklər iş, hal və hərəkətin zamanını, yerini, tərzini, kəmiyyətini, səbəbini, məqsədini və s. bildirir.
Zərfliklər, əsasən, cümlənin feli xəbərlərinə aid olur və yanaşma əlaqəsi ilə onlara bağlanır. Məsələn: Uşaqlar həyətdə oynayırlar. Xəstə olduğu üçün uşağın rəngi sapsarı idi və s.
Zərflik daha çox zərflərlə ifadə olunur.
Ara sözlər danışanın ifadə olan fikrə münasibətini və fikrin ifadə tərzini bildirir, fasilə və xüsusi intonasiya ilə cümlə üzvlərindən ayrılır. Məs.: təəssüf, bəlkə, beləliklə, həqiqətən, adətən, doğrudur, səncə, məncə, mənə görə, aydındır ki, düzü, təbii ki, şübhəsiz, əlbəttə bə s. Göründüyü kimi, bunlardan bəzisi az və ya çox dərəcədə öz leksijk mənasından ayrılmış olr (bəlkə, şühəsiz, güman ki və s.), bəzisi isə həm də leksik mənaya malikdir (doğrudur, aydındır, bilirsənmi və s.).
İsmi və feli ara sözləri vardır: 1) xoşbəxtlikdən, birincisi, əksinə və s. 2) tutaq ki, görünür, deyirəm ki və s.
Xitab cümlədə müraciət məqsədi ilə işlədilir. İnsan adı bildirən xitablarda əsas məqsəd dinləyicilərin diqqətini cəlb etmək, başqa canlıların, cansız əşya və mücərrəd anlayışların adlarını bildirən xitablarda isə əsas məqsəd ifadənin təsirini artırmaqdır.
Sən elə bilmə ki, ömrün qocalır, biz sənin arxanıq, dostunuq, ey Kür (S.Vurğun).
Xitablar insanları, əşyaları, hadisələri adlandırmaqla bərabər, həm də onları səciyyələndirir. Məhz buna görə də xitabların çoxu ekspressivdir.
İfadəni qüvvətləndirmək, nitqin təsir gücünü artırmaq üçün xitablar müxtəlif şəkildə təkrarlanır. Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan! (S.Vurğun)
Cümlədə xitablar nidalarla birlikdə işlədilir. Bu, müəyyən hissi halları ifadə edir. Nida xitaba xüsusi intonasiya, çalarlıq verir.
Xitabların cümlənin əvvəlində, ortasında və sonunda işlədilməsi cümlənin məzmununa təsir göstərmir, lakin emosionallıq, müraciət, çağırış baxımından fərqlənir. Xitablar müraciət funksiyası daşımaqla yanaşı, müraciəti emosional-ekspressiv rənglər və boyalarla gerçəkləşdirir.
Mübtəda və xitab adlıq halda olan sözlə ifadə olunur. Xitab mübtədadan nitqə yüksək tonla deyilməsinə, intonasiyaya, yazıda vergül və ya nida işarələri ilə fərqlənir.
Murad və Yusif bu işin iştirakçılarıdırlar.
Murad və Yusif bu işin iştirakçısıdır?
Əli və Məmməd məhkəmədə dindirildilər.
Əli və Məmməd məhkəmədə dindirildi?
Sadə cümlənin struktur-semantik tipləri (təktərkibli, cüttərkibli cümlələr).
Sadə cümlə baş üzvlərin iştirakına görə iki növə bölünür.
- Təktərkibli cümlələr
- Cüttərkibli cümlələr.
Təktərkibli cümlələr iki növə bölünür: mübtəda əsasında formalaşan təktərkibli cümlələr, xəbər əsasında formalaşan təktərkibli cümlələr.
- Adlıq cümlə
- Söz cümlə.
Məsələn: Ay işığı. Durna qatarı. Sakit bir hava və s.
Söz cümlələri isə bir sözdən ibarət olub hər hansı məlumatı verir. Məsələn: Gecə. Soyuq. Şaxta və s.
Xəbər əsasında formalaşan təktərkibli cümlələrin üç növü var:
- Şəxssiz cümlə
- Qeyri-müəyyən şəxsli cümlə
- Ümumi şəxsli cümlə.
Məsələn: İşə baxıldı. Sərhəddə sakitlikdir və s.
Qeyri-müəyyən şəxsli cümlə. İş və hərəkətin qeyri-müəyyən şəxsə aid olduğunu bildirən cümlələrə qeyri-müəyyən şəxsli cümlə deyilir.
Belə cümlələrin xəbəri, əsasən. Fellə ifadə olunur və III şəxsins cəmində olur. Məsələn: Qapını döyürlər. Bizi gözləyirlər və s.
Ümumi şəxsli cümlə. Hərəkət və ya hökmün eyni zamanda hamıya aid olduğunu bildirən cümlələrə ümumi şəxsli cümlə deyilir.
Ümumi şəxsli cümlələrdə iş görən konkret şəxs kimi deyil, ümumi şəkildə nəzərdə tutulur. Xəbəri II şəxsin təkində və III şəxsin cəmində olur. Bu cümlələr atalar sözlərindən, məsəllərdən, hikmətli sözlərdən ibarət olur.
Məsələn: Bu günün işini sabaha qoyma. Əvvəl düşün, sonra danış. Yüz ölç, bir biç və s.
Cüttərkibli cümlələr. Hər iki baş üzvün iştirak etdiyi cümlələrə cüttərkibli cümlələr deyilir. Məsələn: Müəllim sinfə daxil oldu. Şagirdlər ayağa qalxdılar.
Cüttərkibli cümlələr ikinci dərəcəli üzvlərin iştirakına görə iki növə bölünür: müxtəsər, geniş.
Müxtəsər cümlələrdə yalnız baş üzvlər iştirak edir:
Məsələn: Atam gəldi. Gün çıxdı və s.
Geniş cümlələrdə baş üzvlərlə yanaşı ikinci dərəcəli üzvlər də iştirak edir. Məsələn: Qoca palıd küləyin təsirindən ağır-ağır yırğalanırdı.
Cüttərkibli cümlələrdə mübtəda ya iştirak edir, ya da asanlıqla bərpa olunur.
- Sən harda yaşayırsan?
- Bakıda.
İki və daha artıq sadə cümlənin məna və qrammatik cəhətdən birləşməsindən ibarət olan cümlələrə mürəkkəb cümlə deyilir.
Mürəkkəb cümlələr onları təşkil edən sadə cümlələr arasındakı sintaktik bağlılığa görə iki növə bölünür: tabesiz mürəkkəb cümlələr, tabeli mürəkkəb cümlələr.
Tabesiz mürəkkəb cümlələr.
Tabesiz mürəkkəb cümlələr bərabərhüquqlu, biri digərindən asılı olmayan sadə cümlələrin birləşməsindən düzəlir.
Məsələn: Yağış güclənir, məhsulun toplanması gecikirdi (səbəb-nəticə əlaqəsi).
Tabesiz mürəkkəb cümlələr tabesizlik bağlayıcıları və intonasiya ilə bağlanır. Tərkib hissələr arasında zaman, səbəb-nəticə, ardıcıllıq, aydınlaşdırma, bölüşdürmə, qarşılaşdırma əlaqələri olur.
Həm yağış yağır, həm də güclü külək əsirdi (zaman əlaqəsi).
O, gözəl görünürdü: ağ köynək, qara şalvar geyinmişdi (aydınlaşdırma əlaqəsi).
Tabesizlik bağlayıcıları: və, ilə (-la) 2 , amma, ancaq, lakin, nə, nə də (-ki), ya, ya da (ki), yaxud (-da), istərsə (-də) yəni və s.
Tabeli mürəkkəb cümlələr.
- Deyirəm ki, sənə inanıram (tamamlıq budaq cümləsi)
- Gəlmişik ki, alı məktəblərə qəbul olaq (məqsəd budaq cümləsi)
Zərfliyin müxtəlif məna növləri olduğu üçün zərflik budaq cümləli tabeli mürəkkəb cümlələrin də müxtəlif növləri yaranır:
Tərzi hərəkət budaq cümləsi.
Zaman budaq cümləsi.
Yer budaq cümləsi.
Kəmiyyət budaq cümləsi.
Səbəb budaq cümləsi.
Məqsəd budaq cümləsi və s.
Tabeli mürəkkəb cümlələrdə bəzən budaq cümlə baş cümlədən əvvəl işlənir. Məsələn: Yağış yağsa, hava açılar. Kəndə çatmışdım ki, külək başladı – cümlələrində budaq cümlə baş cümlədən əvvəl işlənmişdir.
Tabeli mürəkkəb cümlənin tərəfləri arasında tabelilik bağlayıcıları, intonasiya, bağlayıcı sözlər işlənə bilir.
Tabelilik bağlayıcıları: ki, çünki, ona görə ki, əgər, hərgah, hərçəng, madam (ki), indi ki, o səbəbdən ki və s.
Mübtəda budaq cümləsi tabeli mürəkkəb cümlədə mübtəda baş cümlədə iştirak etmir. Baş cümləyə verilmiş mübtəda sualları ilə onu müəyyənləşdirmək olar. Məsələn, Məlum olur ki, insanın saçının tökülməsi və saqqalının ağarması onun qocalığına dəlalət etməz. (Ü.Hacıbəyov) Baş cümlədə olan “məlum olur ki” hissəsində “nə” sualına cavab tapmaq üçün ikinci hissəyə müraciət edirik.
Xəbər budaq cümləsi, adətən, ismi xəbərlərlə ifadə edilməli cümlələrdə xəbər iştirak etmədikdə yaranır. O, baş cümlənin işarə əvəzliyi ilə ifadə edilmiş xəbərini izah edir. Baş cümlədə budur, odur, belədir, elədir, bu idi, o idi və s. kimi xəbərlər olduqda budaq cümlə xəbəri izah edir. Sadələşdikdə cümlənin xəbəri olur. Məsələn, Arzum budur, boy arasız, ananıza tez çatasız.
Tamamlıq budaq cümləsi baş cümlədə olmayan tamamlığı əvəz edir. Tamamlıq xəbərə aid olduğu kimi, tamamlıq budaq cümləsi də baş cümlənin xəbərini tamamlayır. Tamamlıq hansı hallarda ifadə olunursa, həmin vəziyyətlərdə də tamamlıq budaq cümləsi olur. Məsələn:
Dedim: axı sənətkaram.
Çox özünü öymə, dedi. (H.Arif)
Təyin budaq cümləsi baş cümlədə isim və substantivləşmiş hər hansı üzvü (mübtəda, tamamlıq və s.) izah edir. Təyinin sualları olan necə?, nə cür?, hansı? Suallarından birinə cavab verir. Məsələn, Həmin Rüstəməm ki, topdağıtmaz Cümşüd bəyin evini xaraba qoydum (N.Vəzirov)
Zərflik budaq cümləsi də öz növbəsində baş cümlənin iştirak etməyən zərfliyini əvəz edir.
Zərfliyin özünün bir neçə mövü olduğu kimi, zərflik budaq cümləsinin də həmin adda növləri vardır.
Tərzi-hərəkət budaq cümləsi baş cümlədəki iş hal və hərəkətin necə icra olunduğunu bildirir və necə? , nə cür? suallarına cavab olur. Məsələn, Elə acmışam ki, sanki bir ildi çörək yeməmişəm.
Müqayisə budaq cümləsi tərzi-hərəkətə çox yaxındır. Bu müqayisə daha çox məntiqi xarakterdə olur. Məsələn, Maşın elə gedirdi ki, sanki qanadlı quşdur.
Zaman budaq cümləsi baş cümlədəki iş, hal və hərəkətin zamanını bildirir və nə vaxt? nə zama? suallarından birinə cavab verir. Məsələn,
Çaldı vəqta ki, ərəb ləşkəri-ətrakə zəfər
Dini abamızı eylədi hər zirü-zəbər. (Sabir)
Yer budaq cümləsi baş cümlədə icra olunan iş, hal və hərəkətin yerini bildirir və yer zərfliyinin suallarına cavab olur. Məsələn, O yerdə ki, sən varsan, bil ki, varam mən. O yerdən ki, su axmadı, orada yaşamaq, ev tikmək olmaz.
Səbəb budaq cümləsi baş cümlədəki iş, hal və hərəkətin səbəbini bildirir, nə səbəbə? , nə üçün? , nədən ötrü? suallarına cavab verir. Məsələn,
Onunçün öyrətdim ki, əlimi bu sənətə
Bir gün sənə əl açıb düşməyim xəcalətə. (Nizami)
Kəmiyyət budaq cümləsi baş cümlədə icra olunan iş, hal və hərəkətin kəmiyyətini bildirir və nə qədər? sualına cavab verir. Məsələn, Nə qədər apara bilirsən, o qədər götür. Nə qədər ki, sən tapşırmışdın, o qədər də mən aldım.
Nəticə budaq cümləsi çox vaxt tərzi-hərəkət budaq cümləsinə oxşasa da, ümumi nəticə bildirdiyi üçün ondan ayrılır. Belə ki, nəticə budaq cümləsində baş cümlədən sonra “nəticədə” sözünü fikrən əlavə etmək olur. Bundan əlavə, nəticə budaq cümləsi sadələşmir. Məsələn, O qədər edəcəksən ki, o nataraz dədən tutacaq qolundan qatacaq Yastı Salmanın qabağına, (M.İbrahimov). İlk baxışda cümlə kəmiyyət budaq cümləsinə oxşayır. Amma diqqətlə yanaşdıqda nəticə mənası aydın görünür.
Şərt budaq cümləsi də sadələşməsi mümkün olmayan qrammatik konstruksiyadan ibarət olur. Belə cümlələrdə baş cümlədəki iş, hal və hərəkətin şərti izah edilir. Məsələn. Ürəyimə gələni deməsəm, buradan getmərəm.
Tapşırıq 1. Aşağıdakı cümlələrdə sintaktik əlaqələri göstərin.
- Vaqif Vidadini oğlu Əli bəyin toyuna dəvət etdi.
- Qaragöz qız əlindəki gülləri Nərimana verdi.
- Maya kədərlə Qaraşın üzünə baxdı.
- Novruzəli əlindəki kağızı qutuya saldı.
- Sabirin satiralarını bütün xalq sevir.
N ümunə: Kərim müəllimin dediklərinə diqqətlə
Tapşırıq 2. Verilmiş söz birləşmələrini cümlədə işlədin.
Vətən torpağı; Bakı şəhəri; şirin alma; yaxşı yoldaş; qızıl saat; kitab mağazası; qırmızı parça; yeni ev.
Tapşırıq 3. Köçürün. Aşağıdakı cümlələrdə III növ təyini söz birləşmələrini göstərin.
1. Onun oyunu tükənməz həyat qüvvəsi və igidlik ifadə edirdi. 2. Quzey qışlaqda qurbağaların şən səsləri eşidilirdi. 3. Mən onların sadə, mehriban münasibətlərindən ruhlanaraq bütün suallarına həvəslə cavab verirdim. 4. Nazxanımın səhnəyə ilk çıxışı çox maraqlı oldu. 5. Təkcə bir yox, maarif şöbəsinin işçiləri də həyəcan keçirirdilər.
. Tapşırıq 4. Aşağıdakı cümlələri köçürün, feli birləşmələrin altından xətt çəkin.
- Uşaqlar meydançada oynayarkən müəllim yanlarından keçir, baxıb gülümsəyirdi. 2. Onun arzusu inkişaf etmiş bir xarici ölkəyə oxumağa getmək idi. 3. Evə çatanda yağış daha da güclənmişdi. 4. İclasda deyilənlər çox düşündürdü. 5. Dağlardan əsən külək onun saçlarını oxşadı.
Tapşırıq 6. 10 dənə nəqli cümlə yazın.
Tapşırıq 7. Yalnız tərkibində xitab olan cümlələri köçürün.
1, Bakı şəhəri. Dənizkənarı bulvar. 2. Bu qız bizim qrup nümayəndəmizdir – Aydan. 3. Dünya, səndən kimlər gəldi, kimlər getdi? 4. Aşpaz xörəyin duzuna baxdı. 5. Artıq hava qaralır, şər qarışdı. 6. Qızım, sənə deyirəm, gəlnim, sən eşit. 7. Əziz vətən, mənan dərin, beşiyisən gözəllərin.
Tapşırıq 8. Verilmiş sadə cümlələri mürəkkəb cümlələrə çevirin.
1. Çiçək dərsdə oturmuşdu. Fikri başqa yerdə idi. 2. Namiq dərslərini hazırladı. Kitab-dəftərini çantasına yığdı. 3. Şübhəm doğru çıxdı. Bir neçə müddətdən sonra onun iç üzü açıldı. 4. Onu doğru yola çəkmək istədim. Bütün cəhdlərinə baxmayaraq uğur qazanmadım.
Ədəbi dil və onun fonetik, leksik və qrammatik normaları
Dildə (eləcə də nitqdə) norma tənzimləyici, nizamlayıcı funksiyanı yerinə yetirir.Nisbi sabitliyi yaradır. Ədəbi dilin normaları mütləq deyil, dəyişkəndir, müəyyən tarixi şəraitdən asılı olaraq dəyişikliyə uğrayır. Bu hal dilin orfoqrafik və leksik normalarında daha çox özünü göstərir.
Ədəbi dilin normaları kütləvi xarakterdədir. Yəni hamı tərəfindən anlaşılan, hamının dil ünsiyyəti üçün yararlıdır. —Ədəbi dilin normalaşdırılması o deməkdir ki, onun lüğət tərkibi ümumxalq dilinin zəngin söz xəzinəsindən seçilir, ayrılır, sözlərin mənası və işlənmə məqamları, tələffüz tərzi və yazılış qaydası müəyyən prinsiplərə tabe edilir, sözdüzəltmə ümumi ənənəvi qaydada aparılır, ədəbi dil dialektlərə, loru dilə, jarqonlara qarşı qoyulur”.
Ədəbi dilin normalarını pozanlar ictimaiyyət tərəfindən məzəmmət olunurlar. Fransa, Latviya kimi inkişaf etmiş ölkələrdə dil qanunlarını pozanlar hətta cəzalandırılır.Məhz bu normaların sayəsində nitqin bütün şəraitində — məişətdə, istehsalatda, ictimai-siyasi mühitdə, təhsildə və s. yerlərdə dil özünün müxtəlif ünsiyyət fəaliyyətini lazımi səviyyədə yerinə yetirə bilir.
Ədəbi dilin normaları onun bütün səviyyəsini əhatə edir.
Fonetik normalar.
Ədəbi dilin səs sistemi də normalar əsasında tənzimlənir. Səslərin sözlərdə müəyyən düzülüş forması və ünsiyyətdə məqbul sayılan fonetik dəyişmələrə uyğun variantları və ənənəvi deyiliş forması norma kimi qəbul olunur. Məsələn, dilimizin ahəng qanununa görə şəkilçilər sözlərin son hecasının ahənginə uyğun olaraq onlara qoşulur. Əgər binalar, anam, almaq, gəlmək kimi sözlərdə şəkilçilər binalər, anəm, almək, gəlmax şəklində işlədilirsə, bu fonetik normaya görə qüsur sayılır. Başqa bir misal: dilimizdə şəkilçi tərkibində e, o saitləri işlənmir. Yerli dialektdə sözlər aton, nənön, gəler, alacek kimi işlədilirsə, deməli, burada da fonetik norma pozulmuş olur. Azərbaycan dilinə məxsus sözlərdə vurğu, əsasən, sözün son hecası üzərinə düşür. Bəzilərinin danışığında sözlər o , xu, da , ha, si , fət kimi tələffüz olunursa, yaxud mənəvi, mavi, vadar(etmək) kimi sözlərin birinci hecasındakı qısa tələffüz olunursa, bu da fonetik normadan uzaqlaşmadır.
Leksik normalar.
Leksik normalar sözlərin incəlik, zəriflik, rəvanlıq cəhətdən daha geniş işlənməsi, mənasının asan dərk olunması və s baxımından uyarlısının müəyyənləşdirilməsi və ədəbi dilə gətirilməsinə xidmət edir. Bu normalara görə sözlərin ədəbi dildə işlənməsi aşağıdakı hallarda məqbul sayılmır:
- Sözlərin yerli şivə və dialektlərdə işlənən və ümumiyyət tərəfindən az anlaşılan variantları: məs.: cəviz (qoz), sərək (ağılsız), soruq (döşəkağı), qəlbi (hündür), tumo (zökəm) və s.
- Köhnəlmiş, ünsiyyətdə az işlənən sözlər. Bura tarixizmlər və arxaizmlər daxildir. Məsələn, çuxa, əba, xış, badya (qab), dünğ, kəndxuda, suç, çuar (su çuarı) və s.
- Loru sözlər və ifadələr. Məs: zırpı (böyük), lələş, qağa, fışqırıq, dürtmək, anqırmaq və s.
- Sözlərin yerində işlənilməməsi. Məsələn, Azərbaycan xalqı yaxşı yaşamağa məhkumdur (layiqdir əvəzinə); Biz bunlara müdaxilə göstərməyə (etməyə əvəzinə) və s.
- Söyüş xarakterli sözlər və ifadələr.
Qrammatik normalar.
Dilin qrammatik quruluşunun nitq prosesində fəaliyyətini nizamlayır. Bu normalara dilin öz təbiəti, qanunauyğunluğu, dildə axıcılıq, rəvanlıq, ardıcıllıq və s. tələblərin gözlənilməsi baxımından məqbul sayılan əlaqə formaları, şəkilçilərin ardıcıllığı, sözlərin sıralanması, qrammatik kateqoriyaların işlənməsi ilə bağlı qaydalar daxildir.Misal üçün: söz kökündən sonra əvvəlcə sözdüzəldici (söz yaradan), sonra isə sözdəyişdirici şəkilçi (qrammatik funksiyanı yerinə yetirən) işlənir: arı-çı-lıq-dan, sənət-çi-lər və s. Miqdar və qeyri-müəyyən sayından sonra işlənən isim cəm şəkilçisi qəbul etmir: beş qələm, xeyli adam əvəzinə beş qələmlər, xeyli adamlar demək düzgün sayılmır. Nitq kommunikasıyasında sözlər müəyyən düzülüş qaydasına malik olur: mübtəda cümlənin əvvəlində, xəbər sonunda, təyin isim və isimlə ifadə olunan üzvdən əvvəl, tamamlıq ismi və feli xəbərin, zərflik xəbər, xəbər qrupunun əvvəlində işlənir.
Bir qrammatik qaydaya görə cümlədə və ya abzasın əvvəlində işlənilən isimlər sonra gələn cümlədə (eləcə də abzasda) şəxs əvəzlikləri və ya münasib sözlərlə əvəz olunmalıdır. Bu eyni söz və ya ifadənin təkrarını aradan qaldırmaqla nitqin ahəngdarlığını təmin edir. Mənsubiyyət, hal, dərəcə, zaman, şəxs və sairələrin ədəbi dildə işlədilməsi ilə bağlı qrammatik normalar mövcuddur.
Həm yazılı, həm də şifahi nitqdə qrammatik normalardan uzaqlaşma halları tez-tez müşahidə olunur. Məs:
- Uzlaşma əlaqəsinin pozulması ilə bağlı qüsurlar: Bir neçə maşın torpaqları həyətə tökdülər.
- İdarə əlaqəsinin pozulması ilə bağlı qüsurlar: Ustalar 1400 oturacaq stullar təmir etdilər. Bir çox ölkələrin müşahidəçiləri seçkidə iştirak etdilər. Birinci cümlədə stullar, ikinci cümlədə müşahidəçilər sözləri müəyyən təsirlik halında işlənməlidir.
- Yanaşma əlaqəsinin pozulması ilə bağlı qüsurlar: Azərbaycanın bütün həyatının sahələri Avropaya inteqrasiya olunur (olmalıdır: həyatının bütün sahələri)
- Eyni və ya yaxınmənalı sözlərin təkrar olunması ilə bağlı qüsurlar: Ona müvəffəqiyyət uğuru arzu edirəm.
Dilimizdə özləşmə meyilləri
Dildə alınma sözlərin əvəzinə milli sözlərin işlədilmə meyli özləşmə meyli adlanır. Müasir Azərbaycan dilinin lüğət tərkibində 1960-cı illərdən başlayaraq özləşmə meyilləri müşahidə olunur. Bu meyillər həmişə özünü doğrultmasa da, ədəbi dili etnik yaddaşına qaytarıb başqa dillərin təsirinə məruz qalmaqdan bu və ya digər dərəcədə xilas edir. Özləşmə dedikdə hər cür söz yaradıcılığı başa düşülmür. Bu daha çox mövcud olan alınma sözlərin işlədilməsi əleyhinə yönələn və məhz həmin sözlər üçün qarşılıq tapmaq cəhdindən ibarət olan bir prosesdir.
Özləşmə üç yolla gedir:
- Hər hansı bir söz ustasının qədim mənbələrdən, xalq dilindən söz götürməsi və ya mövcud oxşarlıq əsasında söz yaratması yolu ilə;
- Cəmiyyətin özündə müəyyən hadisə ilə bağlı —söz partlayışı” yolu ilə;
- Türk dillərinin təsiri ilə. Azərbaycanda alınma sözlərin türkləşdirilməsi prosesi əvvəllər də olmuş və bu günə qədər işlətdiyimiz qurultay, bildiriş, görüntü, seçki, ildönümü və s. belə yaranmışdır.
Son vaxtlar da həmin qayda ilə bir sıra leksik vahidlər meydana çıxmışdır: çimərlik, duracaq, saxlanc (maliyyə termini kimi), əyləc (tormoz), dönəm (mərhələ) və s. belə leksik vahidlər dildə öz qeyri-türk mənşəli qarşılıqları ilə paralel işlənir və həmin sözlərin sinonimlik imkanlarını artırır.
Dili tərk etmiş bir sıra türk mənşəli sözlərin yenidən qayıtması da özləşmə prosesinin təsiri ilə baş verir: çavuş, yarlıq, ulu, dürlü, araşdırma və s. Belə sözlərə dirilən sözlər deyilir.
Mənbə: Azərbaycan dili və nitq mədəniyyəti, ali məktəb tələbələri üçün dərs vəsaiti, Bakı 2015
Müəlliflər: Akif Bayramov, Ziyəddin Məhərrəmov, Mustafa isgəndərzadə
- Teqlər:
- ədəbi dil
- , dilin normaları
Qrammatika
Qrammatika– dili bütün sahələri ilə ələ alıb, araşdıran elmin adıdır. Ərəb dilində sərf və məhv olaraq tanınan bu elm, qərb dillərində qrammatika olaraq adlandırılır. Bir dili səslərdən cümlələrə qədər, ehtiva etdiyi bütün komponentləri ilə, geniş bir şəkildə araşdıran elmə qrammatika deyilir. Qrammatika, digər bir çox qaydanın əksinə müəyyən bir qrup tərəfindən hazırlanmayıb, o dili istifadə edən insanların zaman keçdikcə lazımlı qaydaları yaratmalarından və ya mövcud olan qaydaları dilin inkişafına dəyişdirmələrindən meydana gəlib.
Qrammatika—sözlərin dəyişməsi və onların cümlədə birləşməsi qaydalarının məcmusudur. Qrammatika bizə nitqimizi düzgün qurmaq, fikrimizi səlis və aydın ifadə edə bilmək, sözləri cümlədə necə dəyişdirmək və işlətmək, onları bir-biri ilə necə əlaqələndirmək, hansı ardıcıllıqla düzmək və s. qayda-qanunlarını öyrədir.
Qrammatika araşdırdığı dil ünsürlərinə görə öz içində hissələrə ayrılar. Dilin səslərini araşdıran qisminə səsməlumatı (fonetika), quruluş cəhətdən söz və şəkilləri mövzu əldə edən qisminə şəkil məlumatı (morfologiya və ya sərf), söz və şəkillərin çıxış yerlərini, yəni mənşələrini araşdıran qisminə mənşə və ya törəmə məlumatı (etimologiya), söz və şəkillərin aralarındakı münasibətlər ilə cümlələri araşdıran budağına isə sintaksis və ya nahv, dilin məna meydana gətirmə mexanizmlərini araşdıran semantika deyilir. Dil ancaq bu saydığı ünsürlərlə tamamlandığı kimi, qrammatika da bu ünsürlərdən təşəkkül etməkdədir. Bu hissələrin dərhal hamısı qrammatika içində ayrı-ayrı araşdırılmalarına baxmayaraq, bir-birlərindən qatı xəttlərlə ayrılmazlar və daim bir-birlərinə qarışarlar. Beləliklə, qrammatika bir dili bütün cəbhələriylə bir bütün olaraq ələ alıb araşdıran elmin adıdır.
Bəşəriyyət tarixi axış içində, zamanla yığılan məlumatlar sayəsində dərhal hər şeyi araşdırma və araşdırma mövzus(n)u etmiş, dillərin sirrini həll etməyə çalışmış və beləcə yeni bir elm budağı ortaya çıxarmışdır. Dillərin araşdırılması, Köhnə Yunan və Hindlilərdən başlayaraq dillərin bağlı olduğu qaidələr təsbit edilməyə çalışılmış və bu qaidələrin ortaya çıxardığı məlumata da qrammatika məlumatı deyilmişdir. Buna paralel olaraq hər dilin söz xəzinəsi toplanmış nəticədə lüğətlər ortaya çıxmışdır. Qrammatika sayəsində dillərin doğru oxunub yazılması reallaşmışdır.
Qrammatika çox köhnə elmlərdəndir. Yunan dilindən latın dilinə, latın dilindən isə digər dillərə yayılmışdır. Ən köhnə qrammatikaçıların hindlilər olduğu bilinər. E.ə. I əsrdə qərbdə qrammatikanın qurucusu Aristotel qəbul edilir. Aristotel qrammatikanı məntiqin aynası halına gətirmişdir. Dionis e.ə. I əsrdə “Qrammatika sənəti” adlı ilk qrammatika kitabını yazmışdır. IV əsrdə Romalı Donatusun yazdığı qrammatika kitabı, qərbdə illərcə oxudulmuşdur. Bunların xaricində İskəndəriyə dil məktəbinin qrammatika və lüğət mövzularında mühüm yer tutduğu görülər. İslami dövrdə görülən qrammatika işləri daha çox bu məktəbi təqlid etmişdir. Əməvilər dövründən etibarən İslam aləmində xeyli çox qrammatika və lüğət yazılmışdır. Türkiyədə 1858-ci ildə rüşdiyelerin açılması ilə oxudulmağa başlanar. On səkkizinci əsrə qədər filosofların əlində qalan dil, onlar tərəfindən şəkilçi məntiqin sözdəki şəkli olaraq mütaliə edildiyi kimi, düşüncənin də dəyişməz qanunlarına bağlılığı şəklində qiymətləndirilmişdir. Beləcə qrammatika tək qrammatikanın deyil, ağılın da nümayəndəsi olmuşdur. Lakin 19. əsrdən sonra dilin tamam ayrı bir müəssisə olduğu, öz qanunlarına bağlı, canlılığa sahib olduğu fikri ortaya çıxmışdır. Yenə bu əsrdə dillər arasındakı qohumluqlar təsbit edilərkən, dillərin ayrı ailələr meydana gətirdiyi kəşf edilmişdir. Beləcə dilləri araşdıran, müqayisə etməli qrammatika ortaya çıxmışdır. Ayrıca qrammatikanın; bir dilin tarixini və zaman içindəki dəyişmə və inkişafını araşdıran tarixi qrammatikanın yanında, bir dilin və ya ləhcənin müəyyən bir zamandakı vəziyyətini mövzu əldə edən təsviri qrammatika kimi növləri vardır. Bunun yanında bütün dilləri müqayisə edərək, təsnif edərə ayıran, onların iç və xarici qanunlarını araşdıran elm sahəsinə də genellengüistik deyilməkdədir. Ayrıca dillərlə məşğul olan və bir dil üzərində araşdırmalar edən dil məlumatına da dilçi]] adı verilməkdədir.
Türkcə ilk qrammatika kitabı, bu gün əldə olmayan Kaşğarlı Mahmudun 11. əsrdə yazdığı Cevahirü’n-Nahv adlı əsəridir. Əbu Hayyanın Ərəb diliylə, Ərəbcə qrammatika metoduna görə təşkil edilmiş əsəri Kitabu’l-İdrak li Lisani’l Etrak (yazılışı 1312 nəşrli 1931) ilk Türk qrammatikadır. Osmanlı Türkcəsində yazılmış ilk qrammatika kitabı isə; Bergamalı Qədrinin Müyessiret-ül-Ulum (1530) adlı əsəridir.
Hər bir dilin özünəməxsus fonetik sistemi, lüğət tərkibi və qrammatik quruluşu olur. Bu sistemlər bir-biri ilə rabitəli, qanunauyğun şəkildə əlaqələnməklə dilin mövcudluğunu şərtləndirir. Dilin ən kiçik vahidi olan səslər birləşərək sözü əmələ gətirdiyi kimi, sözlərin də məna və qrammatik cəhətdən birləşməsi daha mürəkkəb dil vahidləri olan söz birləşmələrini və cümlələri yaradır. Dildə mövcud olan hər bir vahid ayrıca bir dilçilik şöbəsində araşdırılır, öyrənilir. Fonetika səsləri, leksikologiya sözləri tədqiq edirdisə, sözlərin birləşməsi nəticəsində yaranan daha mürəkkəb dil vahidləri olan söz birləşmələri və cümlələr, həmçinin bu vahidlərin yaranması üçün sözlərin uğradığı dəyişikliklər dilçiliyin ayrıca bir sahəsi olan qrammatikanın tədqiqat obyektini təşkil edir. Qrammatika sözü iki mənada: dilin qrammatik quruluşu və dilin qrammatik quruluşundan bəhs edən elm mənasında başa düşülür. Dilin qrammatik quruluşu dedikdə bütün qrammatik formaların, qrammatik kateqoriyaların məcmuyu başa düşülür. Başqa sözlə, dilin qrammatik quruluşu cümlədə sözlərin dəyişməsi və birləşməsi qaydalarının məcmuyudur. Dilin qrammatik quruluşu üçün xarakterik olan aşağıdakı cəhətləri qeyd etmək olar:
- Dilin qrammatik quruluşu fikri maddi dil cildinə salan əsas vasitədir.
- Dildə olan bütün proseslər qrammatik quruluş vasitəsi ilə tənzimlənir.
- Qrammatik quruluş sadədən mürəkkəbə doğru inkişaf edir, zənginləşir.
- Başqa sahələrlə müqayisədə dilin qrammatik quruluşu sabit olur, çox az dəyişikliyə uğrayır.
- Qrammatik quruluş dilin milliliyinin, orijinallığının qorunub saxlanmasında əvəzsiz rol oynayır.
Məlumdur ki, dilin lüğət tərkibində olan sözlər leksik və qrammatik mənaya malik olur. Sözün leksik mənası dedikdə onun təklikdə ifadə etdiyi məna, yəni müəyyən məfhum, anlayış ifadə etməsi başa düşülür. Qrammatik məna isə leksik məna ilə müqayisədə ümumiləşmiş, mücərrəd məna olub, tək bir söz üçün yox, söz qrupları üçün xarakterikdir. İltisaqi dillərdən olan Azərbaycan dilində qrammatik mənanın əsas göstəricisi şəkilçilərdir. Lakin bununla yanaşı, bir sıra köməkçi vasitələrin: intonasiya, qoşma, ədat, modal sözlərin də qrammatik mənanın ifadə olunmasında müəyyən rolu vardır. Qrammatik mənanın ifadə olunması üçün sözlər müəyyən qrammatik formaya düşür. Məsələn, anam,anan, anası, anamız, ananız, anaları və s. Sözün düşdüyü bu cür qrammatik formalar söz-forma adlanır. “Məzmun və forma planında bir-birinə qarşı duran qrammatik mənaların birliyi qrammatik kateqoriyaları yaradır”.Qrammatik kateqoriya birüzvlü ola bilmir, həmişə bir-birinə qarşı duran tərəflərdən ibarət olur. Məsələn, isimlərdə kəmiyyət kateqoriyası ikiüzvlü (tək və cəm isimlər), hal kateqoriyası altıüzvlü (ismin altı halı), fellərdə inkar və təsir kateqoriyası ikiüzvlü (təsdiq və inkar; təsirli və təsirsiz), zaman kateqoriyası üçüzvlüdür (keçmiş, indiki, gələcək zamanlar). Qrammatik kateqoriyalar ayrı-ayrı nitq hissələri üçün xarakterik olub, onları bir-birindən fərqləndirir. Dilimizdəki nitq hissələrinə xas olan qrammatik kateqoriyalar əhatəsinə görə iki qrupa ayrılır:
- Ümumi qrammatik kateqoriyalar;
- Xüsusi qrammatik kateqoriyalar.
Ümumi qrammatik kateqoriyalar dedikdə iki və daha çox nitq hissəsi üçün xarakterik olan kateqoriyalar başa düşülür.Dilimizdə hal, kəmiyyət, mənsubiyyət, xəbərlik kateqoriyaları ismə məxsus olmaqla bərabər, isimləşə bilən digər nitq hissələrinə də aid olduğundan ümumi qrammatik kateqoriyalar adlanır. Xüsusi qrammatik kateqoriyalar isə yalnız bir nitq hissəsi üçün xarakterik olur. Sifətin dərəcə kateqoriyası, eləcədə felə məxsus bütün qrammatik kateqoriyalar təkcə həmin nitq hissəsinə aid olduğundan xüsusi qrammatik kateqoriyalar adlanır. Qrammatikanın köməyi ilə dilin qrammatik quruluşu, onun fonunda bütün qrammatik kateqoriyalar öyrənilir.
Qarşıya qoyduğu məqsəddən asılı olaraq qrammatikanın aşağıdakı növləri var:
- Tarixi qrammatika- sözlərin, söz birləşmələri və cümlələrin quruluşu, dəyişmə və inkişafını tarixi aspektdə öyrənir.
- Müqayisəli qrammatika- bir dilin dialekt və şivələri ilə ədəbi dil formasını müqayisəli şəkildə öyrənir.
- Tarixi-müqayisəli qrammatikada- qohum dillərin qrammatik duruluşu tarixi aspektdə və müqayisəli şəkildə öyrənilir.
- Təsviri-elmi qrammatikada- dilin hazırkı inkişaf vəziyyəti, müasir səviyyədə dilin qrammatik quruluşu elmi şəkildə öyrənilir.
Dilin qrammatik quruluşunda iki əsas proses müşahidə olunur:
1. Sözlərin cümlədə dəyişməsi, müxtəlif şəklə düşməsi prosesi.
2. Sözlərin cümlədə, cümlələrin mətndə əlaqələnməsi, birləşməsi prosesi.
Bunlardan birincisi, yəni sözlərin dəyişməsi morfologiyanın, sözlərin söz birləşməsi və cümlə, cümlələrin mətn şəklində birləşməsi prosesi isə sintaksisin tədqiqat obyektini təşkil edir. Beləliklə, qrammatika özündə bir-biri ilə sıx əlaqədə olan iki dilçilik şöbəsini: morfologiya və sintaksisi birləşdirir.
- Gülarə Abdullayeva, Müasir Azərbaycan dili II hissə (Morfologiya, sintaksis), “Elm və təhsil”, Bakı-2013, səh.3-6
Avqust 12, 2021
Ən son məqalələr
Harri Potter və Fəlsəfə Daşı (film, 2001)
Harri Potter və Fəlsəfə Daşı (film musiqisi)
Harri Potter və Fəlsəfə Daşı (roman)
Harri Potter və Lənətlənmiş Uşaq
Harri Potter və Mələz Şahzadə (film, 2009)
Harri Potter və Simurq Ordeni (film, 2007)
Harri Potter və Simurq Ordeni (roman)
Harri Potter və Sirlər Otağı (film musiqisi)
Harri Potter və Sirlər Otağı (roman)
Harri Potter və Yarımqan Prins (film, 2009)
Ən çox oxunan
Nicat Ələsgərov
Nickelback
Nickelodeon
Nickelodeon (Türkiyə)
Nico qəsri
qrammatika, məqalənin, mətnini, azərbaycan, dilinə, uyğunlaşdırmaq, lazımdır, məqalədə, cümlə, quruluşlarındakı, yanlışlıqları, orfoqrafik, səhvləri, düzəltdikdən, sonra, qaralama, şablonunu, silməyi, unutmayın, dili, bütün, sahələri, ilə, ələ, alıb, araşdıran. Bu meqalenin metnini Azerbaycan diline uygunlasdirmaq lazimdir Meqalede cumle quruluslarindaki yanlisliqlari ve orfoqrafik sehvleri duzeltdikden sonra qaralama az sablonunu silmeyi unutmayin Qrammatika dili butun saheleri ile ele alib arasdiran elmin adidir Ereb dilinde serf ve mehv olaraq taninan bu elm qerb dillerinde qrammatika olaraq adlandirilir Bir dili seslerden cumlelere qeder ehtiva etdiyi butun komponentleri ile genis bir sekilde arasdiran elme qrammatika deyilir Qrammatika diger bir cox qaydanin eksine mueyyen bir qrup terefinden hazirlanmayib o dili istifade eden insanlarin zaman kecdikce lazimli qaydalari yaratmalarindan ve ya movcud olan qaydalari dilin inkisafina deyisdirmelerinden meydana gelib Qrammatika sozlerin deyismesi ve onlarin cumlede birlesmesi qaydalarinin mecmusudur Qrammatika bize nitqimizi duzgun qurmaq fikrimizi selis ve aydin ifade ede bilmek sozleri cumlede nece deyisdirmek ve isletmek onlari bir biri ile nece elaqelendirmek hansi ardicilliqla duzmek ve s qayda qanunlarini oyredir Haqqinda RedakteQrammatika arasdirdigi dil unsurlerine gore oz icinde hisselere ayrilar Dilin seslerini arasdiran qismine sesmelumati fonetika qurulus cehetden soz ve sekilleri movzu elde eden qismine sekil melumati morfologiya ve ya serf soz ve sekillerin cixis yerlerini yeni menselerini arasdiran qismine mense ve ya toreme melumati etimologiya soz ve sekillerin aralarindaki munasibetler ile cumleleri arasdiran budagina ise sintaksis ve ya nahv dilin mena meydana getirme mexanizmlerini arasdiran semantika deyilir Dil ancaq bu saydigi unsurlerle tamamlandigi kimi qrammatika da bu unsurlerden tesekkul etmekdedir Bu hisselerin derhal hamisi qrammatika icinde ayri ayri arasdirilmalarina baxmayaraq bir birlerinden qati xettlerle ayrilmazlar ve daim bir birlerine qarisarlar Belelikle qrammatika bir dili butun cebheleriyle bir butun olaraq ele alib arasdiran elmin adidir Beseriyyet tarixi axis icinde zamanla yigilan melumatlar sayesinde derhal her seyi arasdirma ve arasdirma movzus n u etmis dillerin sirrini hell etmeye calismis ve belece yeni bir elm budagi ortaya cixarmisdir Dillerin arasdirilmasi Kohne Yunan ve Hindlilerden baslayaraq dillerin bagli oldugu qaideler tesbit edilmeye calisilmis ve bu qaidelerin ortaya cixardigi melumata da qrammatika melumati deyilmisdir Buna paralel olaraq her dilin soz xezinesi toplanmis neticede lugetler ortaya cixmisdir Qrammatika sayesinde dillerin dogru oxunub yazilmasi reallasmisdir Qrammatika cox kohne elmlerdendir Yunan dilinden latin diline latin dilinden ise diger dillere yayilmisdir En kohne qrammatikacilarin hindliler oldugu biliner E e I esrde qerbde qrammatikanin qurucusu Aristotel qebul edilir Aristotel qrammatikani mentiqin aynasi halina getirmisdir Dionis e e I esrde Qrammatika seneti adli ilk qrammatika kitabini yazmisdir IV esrde Romali Donatusun yazdigi qrammatika kitabi qerbde illerce oxudulmusdur Bunlarin xaricinde Iskenderiye dil mektebinin qrammatika ve luget movzularinda muhum yer tutdugu goruler Islami dovrde gorulen qrammatika isleri daha cox bu mektebi teqlid etmisdir Emeviler dovrunden etibaren Islam aleminde xeyli cox qrammatika ve luget yazilmisdir Turkiyede 1858 ci ilde rusdiyelerin acilmasi ile oxudulmaga baslanar On sekkizinci esre qeder filosoflarin elinde qalan dil onlar terefinden sekilci mentiqin sozdeki sekli olaraq mutalie edildiyi kimi dusuncenin de deyismez qanunlarina bagliligi seklinde qiymetlendirilmisdir Belece qrammatika tek qrammatikanin deyil agilin da numayendesi olmusdur Lakin 19 esrden sonra dilin tamam ayri bir muessise oldugu oz qanunlarina bagli canliliga sahib oldugu fikri ortaya cixmisdir Yene bu esrde diller arasindaki qohumluqlar tesbit edilerken dillerin ayri aileler meydana getirdiyi kesf edilmisdir Belece dilleri arasdiran muqayise etmeli qrammatika ortaya cixmisdir Ayrica qrammatikanin bir dilin tarixini ve zaman icindeki deyisme ve inkisafini arasdiran tarixi qrammatikanin yaninda bir dilin ve ya lehcenin mueyyen bir zamandaki veziyyetini movzu elde eden tesviri qrammatika kimi novleri vardir Bunun yaninda butun dilleri muqayise ederek tesnif edere ayiran onlarin ic ve xarici qanunlarini arasdiran elm sahesine de genellenguistik deyilmekdedir Ayrica dillerle mesgul olan ve bir dil uzerinde arasdirmalar eden dil melumatina da dilci adi verilmekdedir Turkce ilk qrammatika kitabi bu gun elde olmayan Kasgarli Mahmudun 11 esrde yazdigi Cevahiru n Nahv adli eseridir Ebu Hayyanin Ereb diliyle Erebce qrammatika metoduna gore teskil edilmis eseri Kitabu l Idrak li Lisani l Etrak yazilisi 1312 nesrli 1931 ilk Turk qrammatikadir Osmanli Turkcesinde yazilmis ilk qrammatika kitabi ise Bergamali Qedrinin Muyessiret ul Ulum 1530 adli eseridir Her bir dilin ozunemexsus fonetik sistemi luget terkibi ve qrammatik qurulusu olur Bu sistemler bir biri ile rabiteli qanunauygun sekilde elaqelenmekle dilin movcudlugunu sertlendirir Dilin en kicik vahidi olan sesler birleserek sozu emele getirdiyi kimi sozlerin de mena ve qrammatik cehetden birlesmesi daha murekkeb dil vahidleri olan soz birlesmelerini ve cumleleri yaradir Dilde movcud olan her bir vahid ayrica bir dilcilik sobesinde arasdirilir oyrenilir Fonetika sesleri leksikologiya sozleri tedqiq edirdise sozlerin birlesmesi neticesinde yaranan daha murekkeb dil vahidleri olan soz birlesmeleri ve cumleler hemcinin bu vahidlerin yaranmasi ucun sozlerin ugradigi deyisiklikler dilciliyin ayrica bir sahesi olan qrammatikanin tedqiqat obyektini teskil edir Qrammatika sozu iki menada dilin qrammatik qurulusu ve dilin qrammatik qurulusundan behs eden elm menasinda basa dusulur Dilin qrammatik qurulusu dedikde butun qrammatik formalarin qrammatik kateqoriyalarin mecmuyu basa dusulur Basqa sozle dilin qrammatik qurulusu cumlede sozlerin deyismesi ve birlesmesi qaydalarinin mecmuyudur Dilin qrammatik qurulusu ucun xarakterik olan asagidaki cehetleri qeyd etmek olar Dilin qrammatik qurulusu fikri maddi dil cildine salan esas vasitedir Dilde olan butun prosesler qrammatik qurulus vasitesi ile tenzimlenir Qrammatik qurulus sadeden murekkebe dogru inkisaf edir zenginlesir Basqa sahelerle muqayisede dilin qrammatik qurulusu sabit olur cox az deyisikliye ugrayir Qrammatik qurulus dilin milliliyinin orijinalliginin qorunub saxlanmasinda evezsiz rol oynayir Melumdur ki dilin luget terkibinde olan sozler leksik ve qrammatik menaya malik olur Sozun leksik menasi dedikde onun teklikde ifade etdiyi mena yeni mueyyen mefhum anlayis ifade etmesi basa dusulur Qrammatik mena ise leksik mena ile muqayisede umumilesmis mucerred mena olub tek bir soz ucun yox soz qruplari ucun xarakterikdir Iltisaqi dillerden olan Azerbaycan dilinde qrammatik menanin esas gostericisi sekilcilerdir Lakin bununla yanasi bir sira komekci vasitelerin intonasiya qosma edat modal sozlerin de qrammatik menanin ifade olunmasinda mueyyen rolu vardir Qrammatik menanin ifade olunmasi ucun sozler mueyyen qrammatik formaya dusur Meselen anam anan anasi anamiz ananiz analari ve s Sozun dusduyu bu cur qrammatik formalar soz forma adlanir Mezmun ve forma planinda bir birine qarsi duran qrammatik menalarin birliyi qrammatik kateqoriyalari yaradir Qrammatik kateqoriya biruzvlu ola bilmir hemise bir birine qarsi duran tereflerden ibaret olur Meselen isimlerde kemiyyet kateqoriyasi ikiuzvlu tek ve cem isimler hal kateqoriyasi altiuzvlu ismin alti hali fellerde inkar ve tesir kateqoriyasi ikiuzvlu tesdiq ve inkar tesirli ve tesirsiz zaman kateqoriyasi ucuzvludur kecmis indiki gelecek zamanlar Qrammatik kateqoriyalar ayri ayri nitq hisseleri ucun xarakterik olub onlari bir birinden ferqlendirir Dilimizdeki nitq hisselerine xas olan qrammatik kateqoriyalar ehatesine gore iki qrupa ayrilir Umumi qrammatik kateqoriyalar Xususi qrammatik kateqoriyalar Umumi qrammatik kateqoriyalar dedikde iki ve daha cox nitq hissesi ucun xarakterik olan kateqoriyalar basa dusulur Dilimizde hal kemiyyet mensubiyyet xeberlik kateqoriyalari isme mexsus olmaqla beraber isimlese bilen diger nitq hisselerine de aid oldugundan umumi qrammatik kateqoriyalar adlanir Xususi qrammatik kateqoriyalar ise yalniz bir nitq hissesi ucun xarakterik olur Sifetin derece kateqoriyasi elecede fele mexsus butun qrammatik kateqoriyalar tekce hemin nitq hissesine aid oldugundan xususi qrammatik kateqoriyalar adlanir Qrammatikanin komeyi ile dilin qrammatik qurulusu onun fonunda butun qrammatik kateqoriyalar oyrenilir Novleri RedakteQarsiya qoydugu meqsedden asili olaraq qrammatikanin asagidaki novleri var Tarixi qrammatika sozlerin soz birlesmeleri ve cumlelerin qurulusu deyisme ve inkisafini tarixi aspektde oyrenir Muqayiseli qrammatika bir dilin dialekt ve siveleri ile edebi dil formasini muqayiseli sekilde oyrenir Tarixi muqayiseli qrammatikada qohum dillerin qrammatik durulusu tarixi aspektde ve muqayiseli sekilde oyrenilir Tesviri elmi qrammatikada dilin hazirki inkisaf veziyyeti muasir seviyyede dilin qrammatik qurulusu elmi sekilde oyrenilir Dilin qrammatik qurulusunda iki esas proses musahide olunur 1 Sozlerin cumlede deyismesi muxtelif sekle dusmesi prosesi 2 Sozlerin cumlede cumlelerin metnde elaqelenmesi birlesmesi prosesi Bunlardan birincisi yeni sozlerin deyismesi morfologiyanin sozlerin soz birlesmesi ve cumle cumlelerin metn seklinde birlesmesi prosesi ise sintaksisin tedqiqat obyektini teskil edir Belelikle qrammatika ozunde bir biri ile six elaqede olan iki dilcilik sobesini morfologiya ve sintaksisi birlesdirir Edebiyyat RedakteGulare Abdullayeva Muasir Azerbaycan dili II hisse Morfologiya sintaksis Elm ve tehsil Baki 2013 seh 3 6 Vikikitabda Qrammatika movzusuna dair metn var Menbe https az wikipedia org w index php title Qrammatika amp oldid 5887474, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,
ne axtarsan burda
en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.
Comments are closed, but trackbacks and pingbacks are open.