Press "Enter" to skip to content

Qərb slavyanlarında mərkəzləşmiş dövlətin yaranması

Osmanlıların hər an artmaqda olan gücünü özü üçün təhlükəli hesab edən Karaman bəyliyi onlara qarşı hücuma keçdi. Karamanlılara Muradın kiçik qardaşları İbrahim və Xəlil Çələbilər də qoşulmuşdular. 1360-cı ildə An­karada məskunlaşan İbrahim və Xəlil tutuldular. İbrahim öldürüldü. Xəlilin ölüm səbəbi müəyyən olunmamışdır. Karaman hökmdarı itaət edəcəyinə söz verdi.

Osmanlı dövlətinin yaranması və ilk işğallar

Səlcuq dövləti dağıldıqdan sonra ölkə bir sıra bəyliklərə parçalandı: Pərvanə oğulları, Sahib ata oğulları, Karasi oğulları, Germiyan oğulları, Saru­xan oğulları, Aydın oğulları, Çandar oğulları, Qaraman oğulları və dövlətin qərb ucunda yerləşən Oğuzun kayı boyundan olan kiçik Osmanlı bəyliyindən ibarət idi. Bu bəyliklər içərisində Osmanlılar qismən zəif hesab edilsə də, yüksək idarəçilik və döyüşkənlik qabiliyyətinə malik idilər. Faktiki olaraq bu bəyliklər nə monqollardan, nə də Konya hakimlərindən asılı deyildilər.

Aşık Paşazadənin (1400-1493-dən sonra) salnaməsinə görə kayı tayfasının bir hissəsi monqol təqiblərindən qaçaraq Orta Asiyadan (Xarəzmdən) Ana­doluya köç etmişdir. Osman qazinin atası Gündüz Alp oğlu Ərtoğrul dörd minlik ailəsi və əqrabaları ilə birgə Qərbə doğru hətəkət edərək 1221-ci ildə Van gölü kənarındakı Əhlət dağı ətəyində məskunlaşmışdı. Rəvayətə görə 1230-cu ildə Səlcuq sultanı I Əlaəddin Keyqubad Kiçik Asiyaya soxulan Xa­rəzmşah Məhəmmədin oğlu Cəlaləddinlə Yassı çəmən düzənliyində (Ərzin­canda) vuruşarkən Ərtoğrul sultan tərəfində döyüşə qoşulur və bunun sa­yəsində sultan qələbə çalır. 1231-ci ildə Ərtoğrul sultan tərəfində İznik Rum impe­ratorunun üzərinə də bir sıra müvəffəqiyyətli yürüşlər edir. Bu qəh­rəmanlıqlarına görə sultan Ərtoğrula Vifiniya ilə sərhəddə uc verdi. Ankara yaxınlığındakı Sögüt qəsəbəsi qışlaq, Domaniç ərazisi isə yaylaq olaraq verilir. Bundan sonra Ərtoğrul qəbiləsini Əhlətdən Anadolunun qərb sərhədlərinə apardı (400-500 çadır). Onlar Səlcuq dövlətinin şimal-qərb sərhədlərini qorumalı idilər. Digər uclar kimi bu uc da irsən keçirdi. Monqolların işğalından sonra səlcuqlardan asılılıq nominal xarakter daşıyırdı.

Ərtoğrul öz ərazisini Bizansın sərhəd rayonları hesabına genişləndirməyə başladı. Bu dövrdə Bizans çox zəifləmişdi. Onun tutduğu ərazilər haqqında dəqiq məlumat yoxdur.

Ərtoğrul 1281-ci ildə 96 yaşında, digər məlumatlara görə 1288-ci ildə vəfat edir. Ərtoğrulun 6 oğlu var idi. Onun yerini oğlu Osman tutur. Osman 1258-ci ildə Sögütdə anadan olmuşdur. Hakimiyyət Osmana verildikdən son­ra, Ərtoğrulun qardaşı Dündar Osmana qarşı çıxdı. Lakin Osmanın tərəfdarları çox idi. Bir neçə ildən sonra isə o, öldürüldü.

Osman bəy Səlcuq sultanı adından bir sıra müvəffəqiyyətli yürüşlər etmişdir. Ən əvvəl ətrafdakı türkləri özünə tabe edərək, Bizansın içərilərinə doğru irəliləmişdi. Osmanlıların ərazisi monqolların hökmranlıq etdiyi ərazilərdən uzaq idi, buna görə bəyliyin hakimləri özlərini monqol xanlarının vassalı elan etsələr də, demək olar ki, öz siyasətlərində müstəqil idilər. Güclü Karaman bəyliyi ilə Osmanlılar həmsərhəd deyildilər və Karamanlılar onlara mane olmurdular. Qonşuluqdakı güclü Germiyan bəyliyi isə o vaxt monqollarla və Bizansla müharibələr aparırdı. Osmanlılardan cənub-qərbdə yerləşən digər bəyliklər Karasi, Aydın, Saruxan bəylikləri isə çox zəif idilər və Balkanlara pirat yü­rüşləri etməklə məşğul idilər. Onların öz donanmaları var idi. Ərtoğrulun və Osmanın qələbələrinin səbəblərindən biri də Bizansla qonşuluq idi. Bu onlara Bizansa yürüşlər nəticəsində varlanmaq imkanı verirdi. Məhz buna görə də başqa bəyliklərin ərazisində məskunlaşmış digər türk tayfalarının nüma­yəndələri Ərtoğrulun və Osmanın dəstələrinə qoşulurdular. Belə ki, qeyri-müsəlman dövlətin ərazilərinin tutulması müqəddəs bir iş idi (cihad).

1291-ci və ya 1289-cu ildə Osman Bizansın Melandiya (Karacahisar) şəhərini tutdu. Bu kiçik Bizans şəhərini özünə iqamətgah seçdi. Karaca­hisardan qaçanların yerinə türklər köçürüldü. Kilsə camiyə çevrildi. Burada Osmanın adına xütbə oxundu. Bundan iki il əvvəl 1289-cu ildə Sultan Osman Qazini rəsmi şəkildə uc bəyi elan etdi və Əskişəhri onun hakimiyyətinə verdi. Məhz buna görə də, bəzi tədqiqatçılar bu tarixi Osmanlı dövlətinin yaranma tarixi kimi götürürlər.

1299-cu ildə Səlcuqların sonuncu sultanı Əlaəddin III Keyqubad ölkədən qaçdıqdan sonra Osman Qazi müstəqil şəkildə öz ərazilərini idarə etməyə başladı. Lakin Osman Qazi və onun varisi Orxan bəy Hülakilərin ali hakimiyyətini tanımış və Elxanilərin xəzinəsinə illik vergi ödəmişlər. Buna baxmayaraq, Hülakilərdən bu asılılıq nominal xarakter daşıyırdı və osmanlılar daxili və xarici siyasətdə tam müstəqil idilər.

Osman sərhədlərini genişləndirməkdə davam edirdi. 1301-ci ildə onun qoşunları Yundhisar və Yenişəhri fəth etdi, paytaxt Yenişəhrə köçürüldü. Yenişəhrdə idarə, iqtisadi və sosial müəssisələr inşa etdirərək, buranı mərkəz halına gətirdi. Dövləti 5 inzibati bölgəyə ayırdı. Hər bölgənin idarəsinə güvəndiyi adamlardan komandanlar təyin etdi.

Osman Bursanı tutmağa hazırlaşırdı. Ailəsini Biləcik qalasına yerləşdirən Osman Qazi buranın idarəsini qaynatası Ədəbalıya tapşırdı. Şeyx Ədəbalı “Əxi­lik” dini-siyasi-ictimai təşkilatın rəhbəri idi. Bu təşkilat Osmanı dəstəkləyirdi.

1302-ci ildə Köprülühisarı fəth edən Osman Qazi 1302-ci il iyulun 27-də Bizansın Bursa canişininin ordusunu məğlub edərək Qoyunhisar (Vafeya) qalasını tutdu. 1305-ci ildə Levke yaxınlığında döyüşdə məğlub olmasına bax­mayaraq, 2 ildən sonra 1307-ci ildə bizanslıları yenidən məğlubiyyətə uğratdı.

1308-ci ildə osmanlılar İzniki mühasirəyə aldılar, şəhəri tuta bilməsələr də, Mərmərə dənizinin sahilindəki Yalova qalasını tutaraq dənizə çıxış yolu əldə etdilər. Elə həmin il Mərmərə dənizindəki İmranlı adasını tutaraq, dəniz bazasına sahib oldular. Bununla da Bursa ilə Bizans arasındakı dəniz yolu nəzarət altına alınmış oldu. Bəzi Bizans knyazları Osmanlı himayəsinə keçdilər. Bu illərdə osmanlı türkləri Bizansın Avropa ərazilərinə Dardanel rayonuna da ilk yürüşlərini etmişlər.

Bundan sonra 1313-cü ildə Geyvə, Akhisar, Yolpazarı, Lüblücə, Levke, Hasarcıq, Tekfurpınarı, Yeniqala, Qaragöz, Yanıkcahisar qalaları fəth edildi və 1315-ci ildə Bursa türklərin əlində olan qalaların mühasirəsində qaldı.

1317-ci ildə Osmanın oğlu Orxan Qazinin qoşunları Sakarya və Qara dəniz istiqamətindəki bir sıra şəhərləri fəth edərək Şimali Anadoluda mövqelərini xeyli möhkəmlətdilər.

Osman Qazi ağır xəstə olduğundan 1321-ci ildən (bəzi tədqiqatçılara görə 1324-cü ildən) ölkənin idarə olunmasını oğlu Orxan Qaziyə tapşırmışdı. Orxan atasının siyasətini davam etdirərək mərkəzi hökuməti möhkəmləndirməklə yanaşı ərazilərini genişləndirməyə davam edirdi. 1326-cı ildə atası öldükdən sonra Orxan ölkəni müstəqil idarə etməyə başladı. Orxan Bursanın fəthini başa çatdırmaq istəyirdi. Hələ 1323-cü ildə o, Ağyazını, Ayanköyü, 1324-cü ildə Qaramürsəli, 1325-ci ildə Atrantosu (sonralar Orxaneli adlandırılır) tu­taraq Bursanı mühasirəyə aldı və hələ atasının sağlığında 1326-cı il aprelin 6-da Bursanı ələ keçirdi. Orxan paytaxtı Bursaya köçürdü. Bursa ilə yanaşı Bolu, Kandıra, Ermənibazarı, Dəvə Hisar fəth edildi.

Osman Qazinin 6 oğlu və bir qızı var idi. Orxan bəyliyin ərazisini qardaşlar arasında bölüşdürmədi. Onlara təklif etdi ki, bəyliyin çiçəklənməsi üçün birgə çalışsınlar. Böyük qardaşı Əlaəddinə vəzirlik təklif etdi. Orxanın və Əlaəddinin adı ilə bir sıra quruculuq işləri bağlıdır. Məs: 1327-ci ildə Bursada gü­müşdən ilk osmanlı akçasının zərb edilməsi onların adı ilə bağlıdır. Orta əsrlərdə öz adından pul zərb etdirmək müstəqilliyi, hər hansı bir dövlətdən asılı olmamağı göstərirdi.

Osmanlıların boğazlara və Qara dəniz sahillərinə doğru irəliləmələri Bizans imperatorunu narahat edirdi. O, türklərə qarşı yürüşə hazırlaşmağa başladı. Bu vaxt Orxan Qazi İznikin mühasirəsinə başlamışdı. Bizans imperatoru III Andronikosun ordusu 1329-cu ilin mayında Maltəpə (Relekanon) döyüşündə bizanslıları məğlub edərək, yeni qüvvə ilə İzmit üzərinə hücuma başladılar. Məşhur türk sərkərdəsi Ağca Kocanın qoşunları İzmit yaxınlığındakı Aydos və Semendere (Samandra) qalalarını ələ keçirdilər. Bu bölgəyə Kocaeli adı verildi. Bizanslıların məğlubiyyət xəbərini eşidən İznik təkfuru 1330-cu ildə şəhəri türklərə təslim etdi. Orxan yerli əhaliyə toxunmadı və 1331-ci ildə paytaxtı İznikə köçürdü. Buradakı böyük kilsə camiyə çevrildi.

Bundan sonra bir sıra qalaları da ələ keçirən osmanlı qoşunları İzmit (Nikomediya) üzərinə hücuma keçdilər. 1337-ci ildə Bizans imperatoru III Andronikosun qoşunları Orxanın qardaşı Əlaəddin tərəfindən İzmit yaxınlığında darmadağın edildi və İzmit şəhəri ələ keçirildi. İzmit yeni-yeni yaranmaqda olan osmanlı donanması üçün tərsanə və liman oldu. Bu onlara Frakiya sahillərinə yol açdı. Artıq 1338-ci ildə Frakiya torpaqlarına hücumlar etməyə başladılar. Orxan özü isə 30 gəmi ilə Konstantinopol divarları yanına yaxınlaşdı. 1337-ci ildə Hərəkə, Yalova və Armutlunun fəth edilməsi ilə Osmanlı dövlətinin sərhədi boğaz sahilinə dayandı. Bu fəthlər 1341-ci ildə müqavilə ilə Bizans imperatoru tərəfindən təsdiqləndi. Bir müddət Orxan Bizans üzərinə hücumları dayandırdı. Lakin Orxan Bosforun Asiya sahilindəki ərazilərə artıq öz ərazisi kimi baxırdı. 1352-ci ildə Mərmərə dənizindəki adalar zəbt edildi.

Az sonra Orxanla Bizansın münasibətləri yenidən kəskinləşdi. Orxan Bizansın Avropa ərazilərinə hücumlara başladı. Bu hücumları asanlaşdıran başqa bir amil var idi. XIV əsrin 40-cı illərində Karasi oğulları bəyliyində daxili qarışıqlıqdan, ara müharibələrindən istifadə edən Orxan bu bəyliyin Dardanelin şərq sahillərinə qədər gəlib çıxan ərazilərini 1345-ci ildə öz torpaqlarına birləşdirdi. Bəylik 1335-ci ildən osmanlılara tabe idi.

XIV əsrin ortalarında türklər şərqdə də fəaliyyətə başladılar. Orxanın bəyliyi Kiçik Asiyadakı monqol canişini Ertenin torpaqları ilə həmsərhəd idi. Orxan bəyliyin ərazisini xeyli genişləndirdi. 1354-cü ildə Ankara tutuldu.

Bu vaxt bolqarlar və serblər Bizans imperatoru Kantakuzenə qarşı üsyan qaldırmışdılar. Kantakuzen Roma papası ilə osmanlılara qarşı bağladığı ittifaqı pozaraq, 1352-ci ilin sonunda Orxan Qazidən yardım istədi. 1345-1348-ci illərdə Orxanın oğlu Süleymanşah Gelibolu yarımadasında və Frakiyada hərbi əməliyyatlar aparırdı. 1349-cu ildə o, Salonikidə (Fessalika) üsyanın yatırıl­masında Kantakuzenə yardım etmişdi. Orxan oğlu Süleymanşahın başçılığı ilə 10 minlik qoşunu üsyançılara qarşı göndərdi. Bunun əvəzində Orxan Gelibolu yarımadasındakı qalalardan birini tələb etdi. Süleymanşah burada üs­yan­çı­lara qarşı bir sıra zəfərli yürüşlər etdi. 1353-cü ildə Anadoluya dönərkən Sü­ley­manşah Bizans imperatorunun türklərə verdiyi Simpe qalasında müəyyən hərbi hissə saxladı. 1354-cü ilin martında Orxan Qazinin əmri ilə Süleyman şahın 20 minlik ordusu Çanakkaleni keçərək Gelibolu və Tekirdağ limanlarını ələ keçirdi. 1354-cü ildə bütün Gelibolu yarımadası türklər tərəfindən tutuldu. Gelibolunun ələ keçirilməsi ilə Balkan yarımadasının fəthinin başlanğıcı qoyuldu.

Səlcuq dövlətinin süqutundan sonra Kiçik Asiya ərazisində yaranmış bəyliklərdən Balkan yarımadasına daha yaxın olanlar – Karasi, Saruxan, Aydın bəylikləri Balkanlara pirat yürüşləri təşkil edirdilər. XIV əsrin II yarısından etibarən buraya osmanlıların planlı yürüşləri başladı.

Sonra Süleymanşahın qoşunları 1356-cı ildə Malkara, Keşan və Çorlunu tutdular və bununla da Ədirnə ilə Konstantinopol arasındakı əlaqə kəsildi. Ələ keçikilən ərazilərə türk ailələri köçürüldü və buralar türklərin daimi məskən­lərinə çevrilirdi. Süleymanşahın qoşunları Ədirnə istiqamətində irəliləməyə başladılar.

1358-ci ildə Süleymanşah ov zamanı atdan yıxılaraq öldü. Onun qardaşı Murad Frakiyada hərbi əməliyyatları davam etdirirdi. 1359-cu ildə Orxan Qazinin sağlığında Murad Osmanlı taxtına çıxdı. O, ölümünə yaxın sultan titulu qəbul etdi. I Murad atasının Avropadakı siyasətini davam etdirmək istəyirdi. Lakin Anadoluda baş verən qiyamlar buna mane oldu.

Osmanlıların hər an artmaqda olan gücünü özü üçün təhlükəli hesab edən Karaman bəyliyi onlara qarşı hücuma keçdi. Karamanlılara Muradın kiçik qardaşları İbrahim və Xəlil Çələbilər də qoşulmuşdular. 1360-cı ildə An­karada məskunlaşan İbrahim və Xəlil tutuldular. İbrahim öldürüldü. Xəlilin ölüm səbəbi müəyyən olunmamışdır. Karaman hökmdarı itaət edəcəyinə söz verdi.

Anadoluda öz hakimiyyətini möhkəmlədən I Murad yenidən Rumelinə qarşı hücuma keçdi. 1360-cı ildə Çorlu, Keşan, Dimetoka, Pinarhisar, Baba­əski, Lüleburqaz tutuldu. Orxanın ölümündən sonra 1361-ci ildə isə Ədirnə fəth edildi. 1362-ci ildə Bolqarıstanın Filippopol (Plovdiv) şəhəri ələ keçirildi və Bolqarıstan çarı Şişman özünü I Muradın vassalı elan edərək, vergi vermək öhdəçiliyi götürdü. O, bacısını sultanın hərəmxanasına verdi. 1365-ci ildə Murad müvəqqəti olaraq paytaxtı Ədirnəyə köçürdü.

I Muradın Rumelidəki müvəffəqiyyətləri Roma papası V Urban başda olmaqla Avropa dövlətlərini çox narahat edirdi. V Urban Macarıstan, Serbi­ya, Bosniya, Valaxiya və Bolqar krallıqlarından ibarət ittifaq yaratdı. Sultanın əsas qoşunlarının Kiçik Asiyada olmasından istifadə edən 60 minlik müttəfiq qoşunları hücuma keçdilər. Macar kralı Layaşun rəhbərliyi ilə onlar bir sıra əraziləri ələ keçirdilər. Maritsa (Meriç) çayını keçən müttəfiqlər Ədirnə üzərinə hücuma hazırlaşırdılar. Bu vaxt 1364-cü ildə 10 minlik türk akınçıları Hacı İlbəyin başçılığı ilə gecə ikən xaçlıların düşərgəsinə qəfil hücum etdilər. Xaçlı ordusunun bir hissəsi öldürüldü, bir hissəsi isə əsir alındı. Macar kralı Layoş qaçaraq canını qurtardı.

Türklərin Balkanlarda məşğul olmasından istifadə edən Bizans impe­ratorunun dayısı Savoya kontu (qrafı) Amadeo (1365 və ya 1366-cı ildə) Gelibolu yarımadasını tutdu. Bir il sonra I Muradın qoşunları onu Geliboludan qovaraq buranı yenidən ələ keçirdilər. 1368-ci ildə daha bir sıra ərazilər, o cümlədən Qırxkilsə (Kırklareli) ələ keçirildi.

Osmanlıların Balkanlarda müvəffəqiyyətlərindən təlaşa düşən Bolqar kralı Sişman Bizansın təhriki ilə türklərlə müqaviləni pozaraq Serb kralı ilə osmanlılara qarşı ittifaqa girdi və müharibəyə başladı. 1371-ci il iyulun 26-da müttəfiqlər ağır məğlubiyyətə uğradılar. Hər iki kral öldü. Bununla Makedo­niyanın qapıları osmanlıların üzünə açılmış oldu və 1386-cı ildək bütün Ma­kedoniya ərazisi türklər tərəfindən fəth edildi. I Muradın oğlu Savcı 1373-cü ildə sultana qarşı qiyam qaldırdı. O, Bizans taxt-tacının varisi, atası ilə hakimiyyət uğrunda mübarizə aparan Andronik ilə müqavilə bağladı. Savcı və onun tərəfdarları Dimetokada mühasirəyə alındılar. Savcı ələ keçirildi. 1387-ci ildə Muradın qoşunları qısa müddətə Balkanlardan aralanmalı oldular. Buna səbəb Karaman bəyliyi ilə konflikt oldu. I Murad Həmid oğulları bəyliyinin bir hissəsini tutmuşdu. O, bu torpaqları satın almışdı. Karaman bəyi Əlaəddin də bu torpaqlara iddia edirdi. Murad Konya düzənliyində onun qoşunlarını darmadağın etdi və Kon­yanı mühasirəyə aldı. Əlaəddin Karamanoğlu ilə sülh bağladıqdan sonra oradakı torpaqlarını 5 sancağa böldü. Bu sancaqların başına özünə sadiq əyanları qoydu.

Bu vaxt Serbiya çarı Lazar bosniyalılarla ittifaqa girərək türklərə qarşı yürüşə başladı. 1389-cu il iyunun əvvəllərində I Murad öz qoşunları ilə Ser­biyaya qarşı hücuma keçdi. 1389-cu il iyunun 15-də Kosovo çölündə (Cənubi Serbiya) serb-bosniya qoşunları ilə türklər arasındakı döyüşdə osmanlılar parlaq qələbə qazandılar. Serbləri və bosniyalıları albanlardan, hersoqovi­nalılar­dan, polyak və macarlardan ibarət kiçik dəstələr müdafiə edirdi. Lazar əsir düşdü. Miloş Obiloviç adlı bir serb I Muradı ölümcül yaraladı. Bu yaradan vəfat edən I Muradın yerinə böyük oğlu I Bəyazid sultan oldu. Sürətli hərbi qələbələrinə görə İldırım ləqəbi aldı. Taxta çıxdıqdan sonra I Bəyazid (1389-1403) ilk əvvəl Serbiyada başlanan əməliyyatı sona çatdırdı.

I Muradın ölümündən sonra Anadolu bəyləri yenidən osmanlılara qarşı qiyam qaldırdılar. 1389-cu ildə I Bəyazid Anadoluya keçərək Aydın oğulları, Saruxan oğulları, Germiyan oğulları, Menteşe və Həmid oğulları bəyliklərini tutaraq Kütahyanı bu bəyliklərin vilayət mərkəzi etdi. Bundan sonra Karaman bəyliyinə hücum edərək Konyanı mühasirəyə aldı. Karaman bəyliyi itaət edəcəyi haqda müqavilə imzalamağa məcbur oldu.

Sultan I Bəyazid Konstantinopol üzərinə hücum edərək 1391-ci ildə şəhəri mühasirəyə aldı. Lakin Anadolu bəylərinin qiyamını yatırmaq üçün Bizans imperatoru ilə müqavilə imzaladı və Anadoluya qayıtdı. 1392-ci ildə Kas­tamonuda Çandar oğullarını məğlub edərək, Sivas hökmdarı Kadi Bürha­nəddin üzərinə hücuma keçdi. Yaşıl İrmak, Amasiya Bəyazidin hakimiyyətinə tabe oldu. 1393-cü ildə Bəyazidin qoşunları Bolqarıstan paytaxtı Tırnova şəhərini tutdular. 1395-ci ildə Bolqarıstanın axırıncı şəhəri Vidin ələ keçirildi. Beləliklə, Bolqarıstan türklərin əlinə keçdi. XIV əsrin sonuna yaxın Bos­niyanın bir hissəsini tutdular, Albaniyaya daxil oldular. 1394-cü ildə osmanlılar Peloponnes yarımadasına daxil oldular. Yunan knyazları sultandan vassal asılılığını qəbul etdilər. 1395-ci ildə Yunanıstanda bir sıra şəhərlər fəth edilərək Konstantinopol yenidən mühasirəyə alındı. Bu mühasirə Balkanlarda Roma papasının və macar kralı I Sigizmundun başçılığı ilə yeni xaç yürüşünün başlanmasına səbəb oldu. Xaçlılar 100 minlik qoşunla – bu qoşunda macar­lardan başqa fransız, ingilis, alman və çex cəngavərləri də vuruşurdu – 1396-cı ilin yazında Vidini tutdular. Daha sonra Niqbolunu (Nikopol) mühasirəyə aldılar. 1396-cı il sentyabrın 25-də I Bəyazid Niqboluda xaçlılara ağır zərbə endirərək onları geri çəkilməyə məcbur etdi. Elə bu vaxtdan osmanlılar Valaxiyanı özlərinə tabe etdilər (1391-1396), 1397-ci ildə Attika və Peloponnesə daxil oldular. Bu qələbədən sonra I Bəyazid Konstantinopolu ələ keçirmək üçün 1397-ci ildə İstanbul boğazının ən dar yerində Anadolu tərəfdə “Gözəl­cəhisarı”( Anadolu hisarı) inşa etdirdi. Lakin o, yenidən Bizansla sülh bağ­ladı. Yunanıstanda fəthlərini davam etdirərək 1397-ci ildə dekabr ayında Moreyanı tutdu.

XIV əsrin sonunda İldırım Bəyazidin Balkanlarda olmasından istifadə edən Karaman oğulları yenidən Ankaranı tutaraq osmanlıları Anadoludan sıxışdırmağa başladılar. I Bəyazid Karaman bəyliyi üzərinə hücum edərək Ağçay ovalığında onları məğlub etdi, Konyanı tutub Karaman ölkəsini öz ərazisinə qatdı. 1398-ci ildə Samsunu, Sivası, Tokatı, Kayserini, Kırşehri, Ankaranı ələ keçirərək Anadoluda şimalda Qara dənizə və şərqdə Fərat çayına qədər olan əraziləri vahid türk dövləti halında birləşdirdi.

Bu qələbədən sonra I Bəyazid 1400-cü ildə yenidən Konstantinopolu mühasirəyə aldı.

Bütün bunlarla yanaşı Osmanlıların dövlət quruluşu da möhkəmlənirdi. Əgər Osman sülalənin başçısı və uc bəyi idisə Orxan əsl hökmdar idi. Orxanın dövründə dövlət təşkilatları formalaşmağa başladı, vəzir vəzifələri və onların rəhbərlik etdikləri sahələr müəyyən edildi. Sultan ölkənin ali rəhbərinə çevrildi.

Hökumət idarəsi 4 hissədən ibarət idi: baş vəzir, kadiəsgər, dəftərdar və nişancı.

Baş vəzir-sultanın müavini və ya hökumətin başçısı hesab olunurdu və dövlət gerbinin qoruyucusu idi. Baş vəzir dövlətin siyasi işlərinə rəhbərlik etməklə yanaşı, orduya da rəhbərlik etməli idi. Vəzirlər və adları çəkilən idarələr, bəylərbəy və sancaqbəyləri də baş vəzirə tabe idilər.

Kadiəsgər- baş ordu hakimi idi, ədliyyə və maarif işlərinə rəhbərlik edirdi.

Dəfdərdar-maliyyə işlərinə rəhbərlik edirdi.

Nişancı idarəsi – qanunlar verilməsinə nəzarət edir, qanunları sultan adından təsdiq edə bilərdi. XVII əsrin ortalarına qədər nişancı idarəsi xarici ölkələrlə əlaqələrə də rəhbərlik edirdi.

Sultanın yanında Ali Məsləhət Şurası-Divan yaradıldı.Bura baş vəzir, adı çəkilən idarələrin rəhbərləri və iri əyanlar daxil idi. Orxanın dövründə ilk dəfə ölkə ərazisi inzibati vahidlərə-paşalıqlara bölündü. Paşalıqlar öz növbəsində sancaqlara, sancaqlar isə daha kiçik inzibati vahidlərə bölünürdü. Paşalığın başında sultan tərəfindən təyin olunmuş və geniş səlahiyyətlərə malik olan paşa dururdu. Sancaqların başında isə sancaqbəyi dururdu və onlar bir sıra inzibati-siyasi səlahiyyətlərə malik olmaqla feodal ordusunun başçısı kimi də fəaliyyət göstərirdilər.

Osmanlı dövlətində məhkəmə funksiyasını yalnız hakimlər-kadilər həyata keçirirdi. Əsas hüquq normaları şəriətə əsaslanırdı.

Osmanlılar Orxanın zamanına qədər Konya sultanlığının sikkələrindən istifadə edirdilər. 1327-ci ildə Orxanın qardaşı baş vəzir Əlaəddinnin məsləhəti ilə Osmanlı sikkəsi zərb olunmağa başladı.

Osmanlı dövlətinin əsas dayağı hesab edilən Akıncı (süvari) ordusu müasir tələblərə cavab vermirdi. Xüsusən də qalaların alınmasında süvari ordusu özü­nü doğrultmurdu. Eyni zamanda akıncılar nizami ordu deyildi və hərbi yürüş ərəfəsində bunları yenidən toplamağa vaxt lazım idi. İlk dəfə Orxan baş vəziri Əlaəddinin məsləhəti ilə muzdlu piyada (yaya) və süvari (müsəlləm) orduları yaratdı. Yeni yaranan orduda güclü təşkilati qayda və idarəçilik aparatı yaradılmışdı. Ordu on, yüz, min bölümlərinə ayrılaraq onbaşı, yüzbaşı, minbaşı adlanan sərkərdələrin rəhbərliyinə verilirdi.

Osmanlı ordusunda baş verən yeniliklərdən biri də əsir alınan və müsəl­manlığı qəbul edən gənc xristianlardan təşkil edilən yenicəri qoşun hissəsi idi Əsası 1360-cı ildə (1361 və ya 1363 ildə) qoyulmuşdur.M.S.Meyer yazır ki, hələ Orxanın dövründə min nəfərdən ibarət ilk yeniçəri dəstəsi təşkil olun­muşdu. Yeniçəri-yeni çəri, yeni ordu deməkdir. Yeniçəri ordusu maaş alan, kazarmalarda yerləşdirilən, təsərrüfat və ailə qayğılarından azad professional, daimi ordu idi. Daha sonra yeniçərilər məcburən toplanan xristian uşaq­larından ibarət oldu. 8 yaşından yuxarı, hətta 20 yaşlı gənclər də toplanırdı. Müsəlmanlığa gətirilən, gənc əsgərlər uşaq yaşlarından hərbi işi öyrənir, müsəlman ruhunda tərbiyə olunurdular. Onlara evlənmək, ticarətlə və sənətkarlıqla məşğul olmaq qadağan edilmişdi. Yüksək maaş, sultanların qiymətli hədiyyələri, asan yolla yüksək hərbi və dövlət vəzifələrinə keçmək imkanı- bütün bunlar yeniçəriləri çalışqan əsgərə və sultan taxtının möhkəm dayağuna çevirirdi. Yeniçəri korpusu misalında azsaylı süvari korpusu-sipahi yaradılmışdı. Bunu lençi-sipahilərlə qarışdırmaq olmaz.

Yaradılan muzdlu qoşun hissələrinə ilk illərdə məvacib verilirdi. Sonralar məvacib əvəzinə qoşun bölmələrinə torpaq paylandı. Bu torpaqlar timar və ya­xud hərbi-len-pay torpaqları kimi təşəkkül tapdı. Bu torpaq sahibliyi Tür­kiyədə uzun müddət əsas feodal mülkiyyətlərindən birinə çevrildi. 1375-ci ildə I Murad qanun verərək ziyamət torpaq sahibliyini yaratdı. Timar (xırda len) və ziyamət (iri len) irsi deyildi, yalnız xidmət dövrü üçün qılınc haqqı olaraq verilirdi. Timar 3 min akçadan 20 min akçayadək gəlir verirdi və timar sahibi timarçı və ya timariot adlanırdı. 20 min akçadan 100 min akçayadək gəlir verən lenlər isə ziyamət adlanırdı, onun sahibi isə zaim adlanırdı. Lakin onların varisləri də orduda qulluq edərdisə həmin torpaq üzərində mülkiyyətçi hüququnu saxlaya bilərdi. Bir neçə lenin bir əldə toplanması qadağan idi.

Sultan bütün ölkənin siyasi başçısı olmaqla bütün torpaqların da sahibi idi. 1368-ci ildə qanunla təsdiqləndi ki, bütün tutulan torpaqlar dövlət mülkiy­yətidir. Lakin sultan ailəsinə və ümumən saraya məxsus torpaqlar xass adlanırdı. Buna sarayda xidmət edən yüksək rütbəli məmurlara verilən tor­paqlar da aid idi. Xasslar iri torpaq sahələri olub, illik gəliri 100 min akçadan artıq idi. Şəxsi torpaq sahələri mülk adlanırdı. Mülklər azlıq təşkil edirdi. Bütün müsəlman dünyasında olduğu kimi, Osmanlı dövlətində də dini torpaq sahibliyi inkişaf etmişdi və bu vəqf adlanırdı. I Muradın dövründə ilk dünyəvi qanunlar verildi. 1368, 1375-ci illər qanunları bunlara aiddir. Osmanlı dövlətində I Murad ilk qanunverici sultan sayılır.

XV əsrdə torpaq sahələrinin iri feodallar arasında bölüşdürülməsi prosesi təşəkkül taparaq Osmanlı dövlətində feodalizm quruluşunun əsas dayağına çevrilmiş oldu.

Torpağın əsas istifadəçisi kəndlilər idi. Hərbi-len torpaqları kəndlilərə yardarlığa verilirdi. II Mehmedin qanununa əsasən hər kəndli ailəsinə 6 hek­tardan 16 hektaradək çift (torpaq sahəsi) verilirdi. İlk dəfə torpağı alan kəndli feodala xüsusi vergi-tapu verməli idi. Tapu vergisi 300 akçaya bərabər idi. Bu torpaqlar irsi olaraq keçirdi. Kəndli öz payını yalnız istifadə etmədikdə itirə bilərdi.

Kəndlilər üç növ rentadan birini ödəməli idilər: işləyib ödəmə, məhsulla ödəmə, pulla ödəmə. Məhsulla ödəmədə uşr vergisi tətbiq edilirdi ki, bu da məh­sulun onda birini təşkil edirdi. Bundan əlavə kəndli bir sıra vergilər də ödəməli idi. Kəndli ildə 7 gün feodalın xeyrinə biyar işləri görməli idi.

Qeyri-müsəlman əhali bu vergi və mükəlləfiyyətlərdən başqa cizyə-can ver­gisi də ödəməli idi. Osmanlılar faktik olaraq tutduqları ərazilərdə vergi sistemini olduğu kimi saxlayırdılar. Məsələn, balkan xristianları üçün yeganə dəyişiklik cizyə vergisinin alınması oldu. Cizyə 16 yaşına çatmış kişilərdən alınırdı və əslində hərbi xidmətə çağırılmamaq müqabilində alınırdı.

Türk feodallar pay torpaqları becərmirdilər. Onlar torpağa ordunun saxlanılması üçün lazım olan vergilərin yığılması mənbəyi kimi baxırdılar.

XV əsrin sonundan fövqəladə mükəlləfiyyətlər – avariz yığılmağa başladı. Bu vergi müharibə dövründə tətbiq edilirdi. Avariz müxtəlif formada ödəni­lirdi: qalaların tikintisində, səngər qazılmasında, ərzaq hazırlanmasında və s.

Köçərilər yuryuk-tərəkəmə adlandırılırdı və onlar bir qayda olaraq qəbilə başçılarına tabe idilər.

Ümumiyyətlə, osmanlılar XIV-XV əsrlərdə bütün dövlət atributlarını for­malaşdırmaqla inkişaf etmiş feodal cəmiyyəti yarada bilmişdilər.

Slavyanlar

Səqləblər [1] ya da Slavyanlar (q.slav. словѣнє , belar. славяне , ukr. слов’яни , bolq. славяни , serb. və mak. Словени , xorv. və bosn. Slaveni , sloven. Slovani , pol. Słowianie , çex. Slované , slovak. Slovania , kaşub Słowiónie , y.sorb Słowjenjo , a.sorb Słowjany ) — Avropada ən böyük etnodilli icma. [2]

VI əsrdə slavyanlar Mərkəzi və Şərqi Avropada yaşayırdılar. Onlar üç qrupa bölünürdü:

  1. Şərq (ruslar, beloruslar, ukraynalılar)
  2. Cənub (serblər, xorvatlar, boşnaklar, monteneqrolular, makedonlar, slovenlər, bolqarlar)
  3. Qərb (çexlər, polyaklar, slovaklar)

Slavyanların əsas məşğuliyyəti əkinçilik idi. Onların IX əsrə qədər yazıları olmamışdır. VI əsrdə slavyanlarda hələ dövlət yox idi, icma halında yaşayırdılar. Bütün işləri xalq yığıncağı həll edirdi. Onlar almanlar və ərəblər kimi ibtidai icma quruluşundan birbaşa feodalizmə keçmişdilər. Feodalizmə keçidlə IX-X əsrlərdə slavyanların ilk dövləti yarandı. 882-ci ildə şərq slavyanlarının Kiyev dövləti yarandı. X əsrin əvvəllərində Çexiya, X əsrdə Polşa dövləti yarandı.

Mündəricat

  • 1 Şərq slavyanları
  • 2 Qərb slavyanları
  • 3 Cənub slavyanları
  • 4 İstinadlar

Şərq slavyanları

Şərq slavyanlarına rusların, belarusların və ukraynalıların ulu babaları daxil idilər.Feodalizmə keçidlə əlaqədar IX əsrdə şərq slavyanlarının ilk dövləti – Kiyev knyazlığı meydana gəldi.

Şərq slavyanları məişət və mədəni xüsusiyyətlərinə görə bir-birinə daha yaxındırlar. Onların ümumi sayı 200 milyondan çoxdur. Hal-hazırda 145 milyondan çox rus, 46 milyondan çox ukraynalı və 10 milyondan çox belorus yaşayır. Bu xalqların böyük əksəriyyəti Şərqi Avropada yaşayırlar. Şərq slavyanlarında əkinçilik, onunla sıx əlaqədə olan maldarlıq və meşə təsərrüfatı daha yüksək səviyyədə inkişaf etmişdir. Malqaranın saxlanılmasında otlaq-bordaq forması üstünlük təşkil edir. Daha çox etnoqrafik xüsusiyyətləri xalq geyimlərində tapmaq olar. Geyimlərin istehsalı son zamanlara qədər kustar хarakteri daşıyırdı. Şərq slavyanları özləri kətan, çətənə, əkir, yun alır və dəri emal edirdilər. Şərq slavyanlarının əsas geyim tipi köynəklərdir. Kişilər dizə qədər, qadınlar isə daha uzun ətəkli köynəklər geyirdilər. Kişi köynəkləri birtipli – tunikli biçimdə olurdu. Yalnız rusların yaşadığı bir çox vilayətlərdə yanyaxa köynəklər geniş yayılmışdı. Qadın köynəklərində daha çox fərq nəzərə çarpırdı. Şərqi slavyan xalqlarının qadın baş örtükləri etnoqrafik baxımdan daha maraqlıdır. Qızların və ərli qadınların baş örtüklərində fərqli cəhətlər daha çoxdur. Qadın baş örtüyünün bağlanma qaydaları ən çox toylarda müşahidə olunurdu. Cənubi rus vilayətlərində, ukraynalılarda və beloruslarda baş yaylığından çələng düzəldirdilər. Bir çox mərkəzi vilayətlərdə baş örtüyünün özü bir növ çələngi xatırladırdı. Üst geyimləri daha universal xarakterdə idi. Bu mənada qadın və kişi geyimləri arasında böyük fərq nəzərə çarpmırdı. Ruslar, ukraynalılar və beloruslar rəsmən pravoslav kilsəsinə xidmət edirlər. Təqvim mərasimləri İvan Kupola bayramı, maslenitsa, troitsa, soçelnik təntənəli şəkildə qeyd olunur [3]

Qərb slavyanları

Qərb slavyanlarının mənəvi mədəniyyəti ənənəvi mərasimlərlə zəngindir. Belə ki, polyaklarda, slovak və lujitsalılarda “dojimka” və “objomka” geniş qeyd edilir (lujitsalılarda “xoruzun Öldürülmə günü”). Bu qədim slavyan əkinçilik bayramı avqust-sentyabr aylarına təsadüf edir və keçmişdə ayrı-ayrı sehrli hərəkət və mərasimlərlə müşayət edilirdi ki, bunun da əsas məqsədi bu məhsulu saxlamaq üçün növbəti ilin məhsul alınmasına təminat vermək idi. Bu dövrə aid olan digər ənənəvi bayram kimi yaz bayramı “stada na troitsu”nu, Polşada “ruh günü” , gənclər bayramı, “may ağacı” (bu bayramda tozağacının yüksək hissəsi kəsilmiş budaqlarla, açıq lentlərlə bəzədilir) bayramlarını göstərmək olar. Polyakların, çexlərin və slovakların böyük bir hissəsi katoliklərdir.

Cənub slavyanları

Cənub slavyanlarına aid olan serblər, bosniyalılar, xorvatlar və slovenlərin hamısı mənşəcə eyni dildə danışırlar, başlıca fərq ondan ibarətdir ki, serblər və bosniyalılar şərq və ya kiril əlifbasında, xorvatlar və slovenlər qərb və ya latın əlifbasında yazırdılar. XIX əsrdə baş verən slavyan dirçəlişi və bu xalqların ümumən yüksəlməsi ilə əlaqədar belə bir hiss yarandı ki, onlar əslində bir xalqdırlar və buna görə də onlar cənubi slavyanlar və ya yuqoslavlar terminini seçdilər.

Cənub slavyanları, əsasən, Balkan yarımadasında məskunlaşmışlar. Cənub slavyanları qədim əkinçilik və maldarlıq ənənələrinə malikdirlər. Cənub slavyanlarının müxtəlif qədim bayramları vardır. Buna misal olaraq hələ antik dövrlərə aid olan “obrok” və onunla əlaqədar torpağın məhsuldarlıq magiyası, qədim “qurd günləri”- qurdlara həsr olunmuş noyabr ayının ilk həftələri və s. göstərmək olar. Bundan başqa bolqarlarda və digər cənub slavyanlarında məşhur olan və həm də mənşəyi antik dövrə gedib çıxan Trifon Zarezan günüdür ki, bu da 14 fevralda qeyd edilir (üzüm kəsilməsi və onlara çaxır tökülməsi). Təqvim bayramlarından müqəddəs Lazar günündə, pasxaya bir həftə qalmış qeyd edilən “lazarak” qız bayramını, Georgiyev gününü (6 may) – mal qaranın çəmənlərə birinci yaz otlağına çıxarılmasını və s. göstərmək olar.

İstinadlar

  1. ↑ Tarix terminləri lüğəti, Bakı, “Altun kitab”, 2017
  2. ↑ D. Kirk. Europe’s Population in the Interwar Years
  3. ↑ Quliyeva Nərgiz. “Etnoqrafiya və Etnologiya” (dərs vəsaiti). Ali məktəb tələbələri üçün vəsait. Bakı, 2009, 157 səh. – səh. 65

Avqust 12, 2021
Ən son məqalələr

Baki

Bakinets (qəzet)

Bakinskiy Raboçiy qəzeti

Bakinskiy Raboçiy (qəzet)

Bakinskiy roman (mahnı)

Bakinskiye izvestiya (qəzet)

Bakinskiye qubernskiye vedomosti

Bakinski izvestiya (qəzet)

Bakinski listok (qəzet)

Bakir Abbasov

Ən çox oxunan

Malik Balaşov

Malik Fərrux

Malik Həsənov

Malik Mahmudov

Malik Mansurov

slavyanlar, səqləblər, slav, словѣнє, belar, славяне, слов, яни, bolq, славяни, serb, Словени, xorv, bosn, slaveni, sloven, slovani, słowianie, çex, slované, slovak, slovania, kaşub, słowiónie, sorb, słowjenjo, sorb, słowjany, avropada, böyük, etnodilli, icma,. Seqlebler 1 ya da Slavyanlar q slav slovѣnye belar slavyane ukr slov yani bolq slavyani serb ve mak Sloveni xorv ve bosn Slaveni sloven Slovani pol Slowianie cex Slovane slovak Slovania kasub Slowionie y sorb Slowjenjo a sorb Slowjany Avropada en boyuk etnodilli icma 2 VI esrde slavyanlar Merkezi ve Serqi Avropada yasayirdilar Onlar uc qrupa bolunurdu Qerb cexler polyaklar slovaklar Serq ruslar beloruslar ukraynalilar Cenub serbler xorvatlar bosnaklar monteneqrolular makedonlar slovenler bolqarlar VI esrde slavyanlar Merkezi ve Serqi Avropada yasayirdilar Onlar uc qrupa bolunurdu Serq ruslar beloruslar ukraynalilar Cenub serbler xorvatlar bosnaklar monteneqrolular makedonlar slovenler bolqarlar Qerb cexler polyaklar slovaklar Slavyanlarin esas mesguliyyeti ekincilik idi Onlarin IX esre qeder yazilari olmamisdir VI esrde slavyanlarda hele dovlet yox idi icma halinda yasayirdilar Butun isleri xalq yigincagi hell edirdi Onlar almanlar ve erebler kimi ibtidai icma qurulusundan birbasa feodalizme kecmisdiler Feodalizme kecidle IX X esrlerde slavyanlarin ilk dovleti yarandi 882 ci ilde serq slavyanlarinin Kiyev dovleti yarandi X esrin evvellerinde Cexiya X esrde Polsa dovleti yarandi Mundericat 1 Serq slavyanlari 2 Qerb slavyanlari 3 Cenub slavyanlari 4 IstinadlarSerq slavyanlari RedakteSerq slavyanlarina ruslarin belaruslarin ve ukraynalilarin ulu babalari daxil idiler Feodalizme kecidle elaqedar IX esrde serq slavyanlarinin ilk dovleti Kiyev knyazligi meydana geldi Serq slavyanlari meiset ve medeni xususiyyetlerine gore bir birine daha yaxindirlar Onlarin umumi sayi 200 milyondan coxdur Hal hazirda 145 milyondan cox rus 46 milyondan cox ukraynali ve 10 milyondan cox belorus yasayir Bu xalqlarin boyuk ekseriyyeti Serqi Avropada yasayirlar Serq slavyanlarinda ekincilik onunla six elaqede olan maldarliq ve mese teserrufati daha yuksek seviyyede inkisaf etmisdir Malqaranin saxlanilmasinda otlaq bordaq formasi ustunluk teskil edir Daha cox etnoqrafik xususiyyetleri xalq geyimlerinde tapmaq olar Geyimlerin istehsali son zamanlara qeder kustar harakteri dasiyirdi Serq slavyanlari ozleri ketan cetene ekir yun alir ve deri emal edirdiler Serq slavyanlarinin esas geyim tipi koyneklerdir Kisiler dize qeder qadinlar ise daha uzun etekli koynekler geyirdiler Kisi koynekleri birtipli tunikli bicimde olurdu Yalniz ruslarin yasadigi bir cox vilayetlerde yanyaxa koynekler genis yayilmisdi Qadin koyneklerinde daha cox ferq nezere carpirdi Serqi slavyan xalqlarinin qadin bas ortukleri etnoqrafik baximdan daha maraqlidir Qizlarin ve erli qadinlarin bas ortuklerinde ferqli cehetler daha coxdur Qadin bas ortuyunun baglanma qaydalari en cox toylarda musahide olunurdu Cenubi rus vilayetlerinde ukraynalilarda ve beloruslarda bas yayligindan celeng duzeldirdiler Bir cox merkezi vilayetlerde bas ortuyunun ozu bir nov celengi xatirladirdi Ust geyimleri daha universal xarakterde idi Bu menada qadin ve kisi geyimleri arasinda boyuk ferq nezere carpmirdi Ruslar ukraynalilar ve beloruslar resmen pravoslav kilsesine xidmet edirler Teqvim merasimleri Ivan Kupola bayrami maslenitsa troitsa socelnik tenteneli sekilde qeyd olunur 3 Qerb slavyanlari RedakteQerb slavyanlarinin menevi medeniyyeti enenevi merasimlerle zengindir Bele ki polyaklarda slovak ve lujitsalilarda dojimka ve objomka genis qeyd edilir lujitsalilarda xoruzun Oldurulme gunu Bu qedim slavyan ekincilik bayrami avqust sentyabr aylarina tesaduf edir ve kecmisde ayri ayri sehrli hereket ve merasimlerle musayet edilirdi ki bunun da esas meqsedi bu mehsulu saxlamaq ucun novbeti ilin mehsul alinmasina teminat vermek idi Bu dovre aid olan diger enenevi bayram kimi yaz bayrami stada na troitsu nu Polsada ruh gunu gencler bayrami may agaci bu bayramda tozagacinin yuksek hissesi kesilmis budaqlarla aciq lentlerle bezedilir bayramlarini gostermek olar Polyaklarin cexlerin ve slovaklarin boyuk bir hissesi katoliklerdir Cenub slavyanlari RedakteCenub slavyanlarina aid olan serbler bosniyalilar xorvatlar ve slovenlerin hamisi mensece eyni dilde danisirlar baslica ferq ondan ibaretdir ki serbler ve bosniyalilar serq ve ya kiril elifbasinda xorvatlar ve slovenler qerb ve ya latin elifbasinda yazirdilar XIX esrde bas veren slavyan dircelisi ve bu xalqlarin umumen yukselmesi ile elaqedar bele bir hiss yarandi ki onlar eslinde bir xalqdirlar ve buna gore de onlar cenubi slavyanlar ve ya yuqoslavlar terminini secdiler Cenub slavyanlari esasen Balkan yarimadasinda meskunlasmislar Cenub slavyanlari qedim ekincilik ve maldarliq enenelerine malikdirler Cenub slavyanlarinin muxtelif qedim bayramlari vardir Buna misal olaraq hele antik dovrlere aid olan obrok ve onunla elaqedar torpagin mehsuldarliq magiyasi qedim qurd gunleri qurdlara hesr olunmus noyabr ayinin ilk hefteleri ve s gostermek olar Bundan basqa bolqarlarda ve diger cenub slavyanlarinda meshur olan ve hem de menseyi antik dovre gedib cixan Trifon Zarezan gunudur ki bu da 14 fevralda qeyd edilir uzum kesilmesi ve onlara caxir tokulmesi Teqvim bayramlarindan muqeddes Lazar gununde pasxaya bir hefte qalmis qeyd edilen lazarak qiz bayramini Georgiyev gununu 6 may mal qaranin cemenlere birinci yaz otlagina cixarilmasini ve s gostermek olar Istinadlar Redakte Tarix terminleri lugeti Baki Altun kitab 2017 D Kirk Europe s Population in the Interwar Years Quliyeva Nergiz Etnoqrafiya ve Etnologiya ders vesaiti Ali mekteb telebeleri ucun vesait Baki 2009 157 seh seh 65 https www trims edu az noduploads book quot azarbaycan tarixi quot fanni uzra 7 ci sinif ucun darslik pdf Etnos ile elaqedar bu meqale qaralama halindadir Meqaleni redakte ederek Vikipediyani zenginlesdirin Menbe https az wikipedia org w index php title Slavyanlar amp oldid 6023277, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,

ne axtarsan burda

en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.

Şərqi slavyanlarında dövlətin meydana çıxması

VIII əsrə doğru «rus» termini şərqi slavyanlara aid edilmişdir. Uzun illər «rus» sözü ilə bağlı fikirlər onun xarici (norman) və yaxud avtoxton (slavyan) kökdən gəlməsi ilə parçalanmışdır. Xarici tarixşünaslığı təmsil edən R.Payps və H.Devidson belə hesab edirlər ki, əfsanəvi Ryurik Skandinav rus tayfasından olmuşdur. Qeyd etmək lazımdır ki, Skandinaviyada belə bir tayfa adı yoxdur. Akademik B.A.Rıbakov belə hesab edir ki, çox güman rus slavyan tayfalarından birinin adıdır. Bəzi tarixçilər isə «rus» sözünün slavyan icmalarının mövcud olduğu rayondakı Ros çayı ilə bağlı olduğunu qeyd edir. Vaxtı ilə görkəmli rus tarixçisi V.O.Klyuçevskinin də qeyd etdiyi kimi bugün də «rus» termininin tarixi və etimoloji kökü aydınlaşdırılmamışdır.
«Rus» termini ilk dəfə məhz V-VII əsrlərdə ant, slavyan, venedlər haqqında məlumatlarla, eyni zamanda qeyd olunmuşdur. Dnepr və Dnestr çayları arasında yaşayan tayfalardan bəhs edən yunanlar onları ant, skif, sarmatlar, qot tarixçiləri rosomanam (yəni, rusımi — açıqrəngli), ərəblər rusyu kimi qeyd etmişlər. IX əsrdə «rus» adı Bizans, Qərb və Şərq müəlliflərinin əsərlərində təkrarlanmışdır. 839-cu ildəki latın salnaməsində Frank imperatorunun sarayına baş çəkən səfirlər onları «ros» adlanan xalqın göndərdiyini dilə gətirmişdir.
«Ötən illərin dastanı» salnaməsində qeyd olunduğu kimi, polyak tayfasının yaşadığı ərazinin adı «rus» idi. Tarixçilər belə iddia edir ki, bu Ros çayı boyunca yaşamış tayfa ittifaqından birinin adıdır ki, polyaklar da rus adını məhz buradan əxz etmişdir. Beləliklə, «rus» adı şərqi slavyanların yaşadığı cənub torpaqlarında tədricən yerli tayfa adlarını sıxışdıraraq önə çıxmışdır. Şimalda yaranmış «rus» adını isə varyaqlar gətirmişdir. Ümumilikdə, isə «rus» termininin mənşəyi bu gün də tam aydın deyildir.
Şərqi slavyanlarda dövlətin yaranması mürəkkəb və uzun bir prosesi əhatə edir. Məlum olduğu kimi, slavyan tayfalarının başında daxili və xarici nizamı qoruyub saxlamaq məqsədilə başçı vəzifəsini yerinə yetirən knyaz dururdu. Bu vəzifələri yerinə yetirmək üçün knyaz silahlı dəstə — drujina toplayırdı. Tayfa üçün önəmli məsələlərin həllində seçilmiş adamların və bütün döyüşçü kişilərin iştirak etdiyi yığıncaqlar mühüm rol oynayırdı. Belə idarəetmə sistemi sonradan Rus dövlətinin əsasını təşkil etmişdir.

Şərqi slavyanlarda dövlətin bərqərar olmasında onların yaşadığı ərazilərdə Bizansla, Baltik dənizi sahilləri, ərəb Şərqi və latın Qərbi ilə ticarət yollarının mövcud olması vacib amil olmuşdur. Eyni zamanda, ticarət münasibətlərinin inkişafında sahillərində hakimiyyət mərkəzlərinin simvolu olan şəhərlər salınmış Dnepr, Desna, Volqa, Volxov və b. çaylar da əhəmiyyətli rol oynamışdır. Ticarət yolları şərqi slavyanların müxtəlif qruplarının birləşməsində əsas amillərdəndir.

Şərqi slavyanların ərazisindəki birinci dövlətin adı «Rus» olmuşdur. Onun paytaxtı Kiyevin adı ilə alimlər dövləti Kiyev Rusu adlandırmışlar. Dövlət öz adından Kiyev Rusu kimi yox, sadəcə olaraq «Rus» və ya «Rus torpağı» kimi bəhs etmişdir. İllər keçdikcə «Rus» adı Baltik və Qara dəniz arasındakı böyük ərazidə, Oka-Volqa çayları ərazisində və Polşa sərhədlərinə kimi olan torpaqlarda cəmləşmiş tayfaların ümumi adı qəbul edilmişdir.
VIII-IX əsrin birinci yarısında şərqi slavyanlarda tarixçilərin «hərbi de-mokratiya» («военная демократия») adlandırdığı ictimai quruluş bərqərar olmuşdur. Bu bütün icma üzvlərinin bərabər olduğu ibtidai icma quruluşundan fərqli olaraq özünün tayfa yığıncağı, xalq tərəfindən seçilən başçısı, xalq tayfa qoşunu olan bir təsisat idi. Təbii ki, bu təsisat mərkəzi hakimiyyəti olan, ölkənin bütün ərazisini birləşdirən, təəbələri özünə tabe edən, onların cəmiyyətdə maddi və hüquqi vəziyyətinə görə siyasi rolunu fərqləndirən dövlət deyildi.
Tayfaya, sonra tayfa ittifaqına başçılıq edərək yaxın və uzaq qonşulara basqın təşkil edən başçılar getdikcə daha çox sərvət ələ keçirirdilər. Əvvəllər uzaqgörənlik və ədalətinə əsasən seçilmiş tayfa başçıları tayfa knyazlarına çevrildi ki, onların da tayfa və tayfa ittifaqlarını idarə etmək sahəsində əllərində çox böyük səlahiyyət cəmləşmişdi. Onlar öz sərvəti və tərəfdarlarından ibarət hərbi dəstənin sayəsində cəmiyyət üzərində yüksəlmişdir. Şərqi slavyanlarda knyazla bərabər tayfa ordusunun başçısı voyevoda da fərqlənmişdir. Tayfa qoşunlarından ayrılmış drujinalar da knyaza sədaqəti ilə seçilərək müstəqil dəstə təşkil etmişdir. Bu adamlar əkinçilik, maldarlıq və ticarətlə məşğul olmayıb, yalnız müharibə peşəsinə sahib idilər. «Yeniyetmə oğlanlar» («Отроки») adlandırılmış drujina üçün tayfa ittifaqının gücü durmadan artdığına görə müharibə daimi məşğuliyyətə çevrilmişdi. Onların bəzən yaralanma və hətta həyatları hesabına əldə etdikləri qənimət əkinçi, maldar və ovçunun əməyindən daha yüksək dəyərə malik idi. Bu adamlar cəmiyyətin xüsusi, üstün hüquqlu təbəqəsinə çevrilirdi. Zamanla adlı-sanlı ailə başçıları tayfa içərisində xüsusi yerə malik olmuşdur. Hərbi şücaət və mərdlik nümayiş etdirmiş tayfa əyanları da fərqlənməyə başlamışdır. Bütün bu demokratiya dövlətin yaranma mərhələsində hərbi xüsusiyyət kəsb etmişdir.
Keçid cəmiyyətinin bütün quruluşu boyu hərbi ruh davam etmişdir. Kobud güc, qılınc birilərinin fərqlənməsinə, digərlərinin alçalmasına səbəb olmuşdur. Lakin köhnə quruluşun ənənəsi davam etmişdir. Tayfa yığıncağı — veçe fəaliyyət göstərmişdir. Xalqın seçdiyi knyaz və voyevodalar hakimiyyətin irsən keçici olmasını düşünməyə başlamışdır. Zamanla seçkilərin özü belə knyaz, voyevoda və əyanların təşkil etdiyi tamaşaya çevrilmişdir. İdarəçilik, hərbi güc və təcrübə onların əlində toplanmışdır.
Xalq özü tam olmaqdan çıxmışdı. Tayfanın əsas hissəsini adamlar («люди») təşkil edirdi ki, bu da azad adam mənasını verir. Şərqi slavyanlarda bu mənada «smerd» adı işlənmişdir. «Adam» və «smerd» arasında «voi»lər ayrılmışdır ki, onlar da orduda və xalq yığıncağı, veçedə iştirak etmək hüququ və vəzifəsinə sahib olmuşdur. Veçe uzun illər tayfa özünüidarəsinin və məhkəməsinin ali orqanı olmuşdur. Zənginlik hələ bərabərsizliyin əsas əlaməti deyildi, təsərrüfatda əsas rola sahib olan daha güclü və təcrübəlilər bu baxımdan önə çıxmışdır. Ağır əl əməyinin üstünlük təşkil etdiyi cəmiyyətdə belə adamlar kişilər, patriarxal ailələrin böyük əksəriyyətinin başçıları idi ki, «kişi» («мужи») adlanmış bu adamlar cəmiyyətin yuxarı pilləsində dayanmışdır. Qadınlar, uşaqlar, digər ailə üzvləri, «rəiyyət» («челядь») kişilərə tabe idi. Məhz bu zaman ailələrdə xidmət edən «qulluqçu» («слуга») meydana çıxmışdır. Ailə bağları olmayan «yetim», «xolop», eyni zamanda qonşu tayfaların son dərəcə miskin, kasıb hissəsi cəmiyyətin aşağı hissəsini təşkil etmişdir. Sosial pillənin ən aşağısında məcburi əməklə məşğul olmuş «qullar» yerləşmişdi. Bizans müəlliflərinin məlumatına əsasən slavyanlar müəyyən vaxt keçdikdən sonra onları azadlığa buraxırdı, lakin belə adamlar tayfa içərisində yaşamaqda davam etmişdir. Beləliklə, «hərbi demokratiya» dövründəki tayfa həyatının quruluşu mürəkkəb, şaxələnmiş olaraq qalmışdır və buradakı sosial fərqlilik dəqiq nəzərə çarpmışdır.
VIII əsrin sonu — IX əsrin əvvəllərində şərqi slavyan torpaqlarını əhatə edən iqtisadi və sosial proseslər müxtəlif tayfa ittifaqlarının güclü tayfalararası qruplarda birləşməsinə şərait yaratmışdır. Eyni zamanda, torpaqların tam halda birləşməsinə yardım etmiş ticarət əlaqələrinin inkişafı, slavyanların böyük əksəriyyətinin bu zaman eyni bütpərəstliyə sitayiş etməklə ifadə olunan dini birliyi, xarici düşmənlərdən müdafiə olunmaq və uzaq işğalçılıq yürüşləri təşkil etmək məqsədilə birləşməsi burada əhəmiyyətli rol oynamışdır.
Belə bir öz ətrafına cəlbetmə və birləşmənin mərkəzi Kiyev başda olmaqla Orta Dnepr və şimal-qərb rayonunda İlmen gölü ətrafında, Dneprin yuxarıları, Volxov sahilləri, yəni, «varyaqdan yunana» («из варяг в греки») uzanan yolun əsas dayanacaqlarının yaxınlığı olmuşdur.
Digər tayfa ittifaqları arasında birinci olaraq polyanlarda dövlətin əlamətləri meydana çıxmışdır. Bu diyarın daha tez iqtisadi, siyasi və sosial inkişafı ilə bağlıdır. Polyan tayfa başçıları, sonra Kiyev knyazları bütün Dnepr magistralının açarını əllərində möhkəm saxlayaraq, Kiyevi təbii meşəliklə xarici köçərilərin basqınlarından qoruyan möhkəmləndirilmiş sənət və ticarət mərkəzinə çevirmişdir. Başqa slavyan ərazilərindən fərqli olaraq burada daha əvvəl knyaz hakimiyyəti və hərbi drujina bərqərar olmuşdur. VIII-IX əsrlərin hüdudunda orta Dneprdə «Rus» adını almış dövlət təşəkkül tapmışdır. Bizans, alman, ərəb müəllifləri onu məhz belə adlandırmışdır.
Bu dövrdə rus döyüşçülərinin Bizansın Krım mülklərinə hücumu başlamışdır. Onlar sürətli, böyük qayıqlarla çaylar, Qara, Azov, Xəzər dənizləri ilə hərəkət edərək uzaq məsafələrdə qənimət məqsədilə basqınlar təşkil edirdilər. Krımın cənub sərhədlərində rus döyüşçüləri Suraj (Sudak) şəhərini işğal edib soydular. Bir neçə ildən sonra döyüşkən ruslar zəngin Bizans limanı Kiçik Asiyada yerləşmiş Amastridanı — o vaxtki «Bağdad»ı işğal etdilər. Sonra yerli əhali ilə sülh bağlayaraq oranı tərk etdilər. Hər iki yürüş onu sübut edir ki, Orta Dneprdə özünün əsas hərbi-strateji məqsədi olan güclü yeni dövlət yaranmışdır. Əsas vəzifə bütün Dnepr axını boyu əraziləri mənimsəyərək Krımdakı Bizans koloniyalarına Qara dəniz sahilləri boyu (hansı ki, IX əsrdən Rus dənizi adlandırırdılar) hərəkət etməkdən ibarət olmuşdur. Tez-tez rus drujinaları Şimali Qara dənizdən Azov ətrafına keçərək, aşağı Volqa vasitəsilə Şimali Qafqaz və Cənubi Qafqaza doğru hərəkət etmişdir.
İkinci istiqamətin məqsədi Qara dənizin Qərb sahillərini ələ keçirib Dunayın mənsəbinə doğru irəliləyib Konstantinopola hücum etmək olmuşdur. 860-cı ildə Konstantinopol rus qoşunlarının qəfil hücumuna məruz qalmışdır. İmperator donanması ilə birlikdə hərbi yürüşdə olduğu bir vaxtda ruslar hücum etsə də, şəhərin qala divarlarını keçə bilməyərək danışıqlara başladılar. Külli miqdarda təzminat, hər il pul ödənişi vədi, Bizans bazarında ruslara maneəsiz ticarət etmək hüququ müqabilində ruslar şəhərin mühasirəsindən əl çəkdi. Rus ilə Bizans arasında sülh bağlanması diplomatik münasibətlərin əsasını qoymuşdur. Rus knyazı və Bizans imperatoru şəxsən görüşərək sülhün şərtlərini təsdiq etmişdir.
Bundan bir az sonra rus döyüşçüləri Xəzərin cənub sahillərində meydana çıxmışdır. Bu yürüş Dnepr-Qara və Azov dənizləri-Volqa-Xəzər dənizi yolu ilə başlamış və sonra işlək bir marşruta çevrilmişdir.

Müəllif: Tahir Baxşəliyev
Mənbə: RUSİYA TARİXİ ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK
Ali məktəblərin bakalavr pilləsi üçün dərslik). Bakı, «Təhsil», 2021

  • Teqlər:
  • Rusiya tarixi
  • , şərq slavyanları
  • , slavyanlar
  • , şərqi slavyan torpaqları

Comments are closed, but trackbacks and pingbacks are open.