Press "Enter" to skip to content

Quş əti və yumurta istehsalı artıb

İtiləyici vaxtlı-vaxtında maşının kəsən hissələrini itiləməli, itiləyici aparatı yaxşı texniki vəziyyətdə saxlamalı və qırxım aqreqatına xidmət göstərməlidir. Qo-yun qırxanlar qoyunu yaralamadan, qırxılmamış hissə buraxmadan qırxmalı, qırxım vaxtı yunu qoparmamalı və çirkləndirməməlidirlər. Vericilər qoyunları vaxtında qırxım yerlərinə verməli və işdən sonra qırxım məntəqəsinin otağını təmizləməli-dirlər. Yunaparanlar yunu hesablayıcı-tərəziçiyə təhvil verməli və qoyun qırxan-ların iş yerlərini təmizləməlidirlər.

M ü h a z I r ə №1 heyvandarliq fermer təSƏRRÜfatinin istehsalat prosesləRİ p L a n

Elektrik stansiyasını işə salan……. 1
Məntəqənin ştatına köməkçi fəhlələr, avtomobil sürücüsü, aşpaz, yükləyicilər-çirkli yunu seçicilər və başqaları daxil deyil. Onların sayı aqreqat rəisinin sərəncamı ilə müəyyən edilir.

Aqreqatın rəisi qırxım məntəqəsində işin təşkilinə, aqreqatın fasiləsiz işləmə-sinə və onun texniki vəziyyətinə, həmçinin, təhlükəsizlik texnikası qaydalarına ria-yət olunmasına cavabdehdir. Qırxım maşınının, elastik valların, yun preslərinin və güc şəbəkəsinin işinə sazlayıcı məsuliyyət daşıyır; onun vəzifəsinə, həmçinin qoyun qırxanlara qırxma və maşınla davranma qaydalarının öyrənilməsi daxildir.

İtiləyici vaxtlı-vaxtında maşının kəsən hissələrini itiləməli, itiləyici aparatı yaxşı texniki vəziyyətdə saxlamalı və qırxım aqreqatına xidmət göstərməlidir. Qo-yun qırxanlar qoyunu yaralamadan, qırxılmamış hissə buraxmadan qırxmalı, qırxım vaxtı yunu qoparmamalı və çirkləndirməməlidirlər. Vericilər qoyunları vaxtında qırxım yerlərinə verməli və işdən sonra qırxım məntəqəsinin otağını təmizləməli-dirlər. Yunaparanlar yunu hesablayıcı-tərəziçiyə təhvil verməli və qoyun qırxan-ların iş yerlərini təmizləməlidirlər.

Yunun düzgün tənzim edilməsinə, onun kənar qarışıqlardan təmizlənməsinə və yığılmasına icracı cavab verir. Hesablayıcı-tərəziçi yunu çəkir və hesablayır, qırxım məntəqəsinin yanacaq-yağlama materiallarının sərfini hesaba alır. Presləyicinin vəzifəsinə standart ölçülü tayların düzgün doldurulması və preslənməsi daxildir.

Qırxım məntəqəsindəki iş qaydası təsərrüfatın müdiriyyəti tərəfindən müəy-yən edilir. İşin həcmini və ardıcıllığını müəyyən etmək üçün texnoloji xəritə tərtib edilir. O, iki hissədən ibarət olur: birinci hissədə işin həcmi və xidmətedici heyətin sayı, ikinci hissədə isə istismar xərclərinin hesablamaları verilir.

Xidmətedici heyət öz vəzifəsini yaxşı bildikdə və düzgün yerinə yetirdikdə qırxım məntəqəsində iş mütəşəkkil gedir, yüksək məhsuldarlıq əldə edilir.

Maşınların istismarına başlamazdan əvvəl təzə bıçaqlar və daraqlar neftdə yuyularaq solidoldan təmizlənir, onların iş səthlərinin düzxətliliyi yoxlanılır. Lazım gəldikdə iş səthləri itilənir. Maşının gövdəsində lingin tənzimlənməsi yoxlanılır. Maşının və eleastik valın sürtünən hissələri yağlanır.

Növbəlik texniki xidmət zamanı maşın çirkdən təmizlənir, kütləşmiş kəsici cütlər dəyişdirilir, maşının gövdəsində hisslərin bərkidilməsi və lingin təmiz-lənməsi, həmçinin, elastik valların bütövlüyü və onların etibarlı bərkidilməsi yox-lanılır. Oynaq mexanizmin dişli çarxları, sıxıcı patron, dayaq milin yuxarı başlığı və elastik valın içliyini ucluğu solidol ilə, kəsici hissələr, ekssentrikin diyircəyi, ötürücü val, dayaq milin aşağı başlığı və fırlanma mərkəzi avtol ilə yağlanır. Yunu çox çirkli olan heyvanları qırxdıqda hər 1-1,5 saatdan bir sürtünən hissələr yuyulur və yağ-lanır.

Vaxtaşırı xidmət etdikdə (hər 40-50 saat işlədikdən sonra) elastik vallar sökü-lür, hissələr neftdə yuyulur, yoxlanır, yağlanır və yığılır. Mühərrikin karterindəki yağ dəyişdirilir və süzgəc yuyulur, generator yoxlanır və təmizlənir.

Qırxım mövsümü qurtardıqdan sonra elektrik qırxım məntəqəsinin bütün avadanlığı konservasiya edilir. Aqreqatlar sökülür, təmizlənir və ağ neftlə yuyulur, iş səthləri yağlanır. Maşınlar yığılır və yağlı kağıza bükülür. Aqreqatın komplektləri taxta qaba yıxılır və temperaturu 3 0 C-dən aşağı olmayan quru otaqda saxlanılır. Saxlanılma müddətində aqreqatın komplektləri vaxtaşırı yoxlanılır və lazım gəldikdə yenidən konservasiya edilir.

Təhlükəsizlik texnikası. Qoyun qırxanlar və xidmətedici heyət iş başlanana qədər qırxım məntəqəsində təhlükəsizlik texnikası qaydaları ilə tanış edilir. İş za-manı qoyun qırxanlar quru ağac lövhələrin, ya da rezin döşəkçələrin üstündə dayan-malıdırlar. Elektrik stansiyası, kəsən açarların metal örtükləri və paylaşdırıcı lövhə-nin markası yerlə birləşdirilmişdir. Yerlə birləşdirmə üçün polad məftillərdən istifad edilməsi qadağandır. Məftillərin yerlə birləşdirmə kontraktları ilə birləşmə yerləri yaxşı təmizlənməli və qalaylanmalıdır. Yerləbirləşdirmə konturu yanında torpaq nəm olmamalıdır. Elektrik stansiyası qırxım yerindən ən azı 15 m məsafədə yerləş-dirilir. Elektrik stansiyasından qırxım yerinə elektrik şəbəkəsi şalbanlarda 3 m hün-dürlükdə çəkilir. Qəza işə salıcısı itiləyici aparatla yanaşı divarda qurulur.

Qadağan olunur: kəsən açarın qoşulmuş vəziyyətində elektrik stansiyasının generatorunu işə salmaq, qırxım maşını yerdə olduqda və elektrik valının burulmuş vəziyyətində elektrik mühərrikini işə salmaq, aqreqat işləyən zaman paylaşdırıcı lövhədə qoruyucuları dəyişdirmək, yanacaq bakına yanacaq doldurmaq, elektrik stansiyasını və güc şəbəkəsini kiçik təmir etmək, maşının kəsici detallarını tutucusuz itiləmək və cilalamaq, hidrosistem yağla dolu olmadıqda presin elektrik mühərrikini işə salmaq.

Yanğın təhlükəsizliyi məqsədi ilə qırxım məntəqəsində məftillər və elektrik mühərrikləri binanın yanğın təhlükəsi hissələrindən aralı asılmalıdır. 15A-dən çox cərəyan hesablanmış əriyən qoruyucuları qoymaq olmaz. Generator və elektrik mü-hərrikləri rütubətdən qorunmalıdır. Qırxım məntəqəsində çoxlu miqdarda qırxılmış yunu saxlamaq qadağandır. İş yerini yanğın əleyhinə vasitələrlə (odsöndürənlərlə, qum dolu yeşiklərlə, qarmaq və bellərlə) təchiz etmək lazımdır. Dərman yığılmış qutu olmalıdır. Papiros çəkmək üçün xüsusi yer ayrılmalıdır.

Qırxım məntəqələrində bütün işçilər xələt, yaxud kombinezonla və ayaq-qabı ilə təmin edilməlidirlər. Brusellyoz xəstəliyinə tutulmuş qoyunların yunu ilə işlədikdə əvvəl corab, xüsusi gözlük və respirator verilir, xələt isə kombinizonla əvəz edilir. Yoluxmanın yayılması qarşısını almaq üçün xüsusi geyimi qırxım məntəqəsindən kənara çıxarmaq qadağandır.

Quşların _saxlanması_texnologiyası.’>MÜHAZİRƏ № 9

QUŞÇULUĞUN MEXANİKLƏŞDİRİLMƏSİ

P L A N
1. Quşların saxlanması texnologiyası.

2. Quşçuluqda istehsal prosesinin mexanikləşdirilməsi.

G Ə N C Ə 2017
1. Quşların saxlanılma texnologiyası.

Quşçuluq heyvandarlığın bir sahəsi olmaqla başqa sahələrə nisbətən daha çox gəlirli və çox tez yetişən sahədir. Hazırkı bazar münasibətlərinə nəzərən quş-çuluğun bütün məhsullarının istehsalı həmişə səmərəlidir. Bu sahədə alınan çıx-daş məhsullardan və tullantıdan lazımınca istifadə olunur. Ümumiyyətlə quşçu-luqda tullantı məhsul yoxdur.

Fermaların t əsnifatı və ölçüləri. Quşçuluq təsərrüfatları istiqamətinə görə aşağıdakı dörd tipə bölünür:

-əmtəəlik (yumurtalıq və ətlik istiqamətli);

-mövcud cinsləri təkmilləşdirmək və onlara uyğun yeni xüsusi cinslər yarat-maq üçün nəzərdə tutulmuşdur;

-əmtəəlik təsərrüfatlar üçün hibrid toyuq-fərələrin yetişdirilməsi üzrə ixti-saslaşmış;

Quşçuluq təsərrüfatlarının ölçüləri sayına görə;

-ətlik istiqamətli – əmtəəliklər bir ildə təhvil verilən;

-broylerlərin (cücələrin, hinduşkaların, ördəklərin, qazların) sayına görə;

-damazlıqlar – yaşlı quşların başlanğıc sayına görə;

-ixtisaslaşdırılmışlar – hibrid toyuq-fərələrin illik realizasiyasına görə;

-inkubator-quşçuluq stansiyaları – yumurta yerlərinin sayına görə.

Müasir yumurtalıq istiqamətli, əmtəəlik quşçuluq komplekslərinin fabriklə-rinin və fermalarının layihələşdirilməsində, tikilməsində və yenidən qurul-masın-da aşağıdakı tip-ölçülər tövsiyə olunur:

– cavan quşları sürünü təmir etmək üçün və onsuz yetişdirməklə qəfəsdə və ya döşəmədə saxlanılan sənaye tipli yumurtlayan toyuq fermaları 10, 15,25, 50 və 100 min baş üçün;

– sənaye tipli yumurtlayan toyuq fabrikləri min baş üçün;

– ərzaq yumurtası istehsalı üzrə qapalı tsikli quşçuluq fabrikləri;

Ətlik istiqamətli ixtisaslaşdırılmış əmtəəlik quşçuluq təsərrüfatları üçün, adətən, aşağıdakı, ölçülər qəbul edilir:

– ana sürüsüz cücəbroyler fermaları 30,160, 250, 320, 500 və 1000 baş üçün;

– hinduşka – broyler fermaları 25, 50 və 100 min baş üçün;

– ana sürülü qaz fermaları 10, 60 və 120 min baş üçün;

– qapalı tsikilli cücə – broyler quşçuluq fabrikləri 3, 4, 6 və 8 milyon baş üçün;

– hinduşka-broyler quşçuluq fabrikləri 250, 500 min başlıq sürü üçün;

– qapalı tsikilli ördək-broyler quşçuluq fabrikləri 500, 750, 1000 və 1500 min baş üçün;

– qapalı tsikilli qaz quşçuluq fabriki 250 və 500 min baş üçün.

– ərzaq yumurtası istehsalı üzrə,

– cücə-broylerlərin yetişdirilməsi üzrə: birliklər, damazlıq təsərrüfatları, inkibator quşçuluq stansyaları və başqa ixtisaslaşdırılmış iri quşçuluq təsərrüfatları layihələndirilməyə verilmiş tapşırıqla müəyyən edilən ölçülərə malik olmuşdur.

Quşların saxlanılma texnologiyası. İstehsalın xarakterindən və təbii şərait-dən asılı olaraq quşların müxtəlif saxlanılma üsulları tədbiq edilir: gəzintili, inten-siv (dərin döşənəkdə, qəfəsli batareyalarda) və qarışıq. Bütün yaşdan olan yumur-talıq və ətlik cins toyuqların, hinduşkaların və su quşlarının sənaye və ana sürü-lərinin daha perspektiv saxlanma üsulu qəfəsdə saxlanmadır.

Quşçuluq təsərrüfatının tərkibinə bilavasitə bütün növdən və yaşdan olan quşları saxlamaq üçün nəzərdə tutulan binalar, inkubatorlar, kəsim sexləri, yumur-ta anbarları, emalatxanalar, yem və inventar anbarları, yaşayış və mədəni-məişət istiqamətli obyektlər daxildir. Bundan başqa, iri quşçuluq fabrikləri tikildikdə yumurtadan yumurta tozu emalı, ət-südün və ətlələk unu istehsalı, zıalın emalı ixtisaslaşdırılmış sexlərin yaradılması nəzərdə tutulur.

Torpaq sahəsinin xarakteri və yerləşməsi təsərrüfatın ölçüsündən və istiqa-mətindən, həmçinin, sanitariya texnikası baytarlıq və yanğın əleyhinə tələblər nə-zərə alınmaqla quşların növündən və saxlanılma sistemindən asılı olaraq müəy-yən edilir. Fermanın ərazisi abad olmalı, texnoloji meydançalarda bərk örtüyü, yağış və səth sularını aparan qurğusu olmalıdır. Quşçuluq təsərrüfatlarının tikintisi üçün qrunt suları 1,5 m-dən az dərinlikdə yerləşən torpaq sahələrindən istifadə olunması məqsədəuyğun deyildir.

Quş damlarının binaları əlverişli olmalı və öz qabaritlərinə görə texnoloji prosesin tələblərinə cavab verilməlidir. Binanın inşaat konstruksiyaları optimal mikroiqlimin saxlanılmasını təmin etməli, axın-texnoloji xətlərin tətbiqinə yol verməli və sanitariya baytarlıq tədbirlərinin yerinə yetirilməsi üçün rahat olma-lıdır. Son illər quşları qəfəsdə saxlamaq üçün çoxmərtəbəli binalar daha çox tiki-lir. Quşçuluq ferması yaşayış binalarından ən azı 300 m, quşçuluq fabriki isə 1000 m-dən artıq məsəfədə yerləşdirilməlidir. Quşçuluq təsərrüfatının ətrafında hündür çətirli ağaclar əkilir. Onlar nəinki bioloji süzgəc, həm də küləkdən mühafizə rolunu da yerinə yetirir.

Şəkil 6.1. 200 min baş yumurtlayan toyuq quş fabrikinin baş planının sxemi:
1-yumurtlayan 5 min baş toyuq(ana sürü) üçün quş damı; 2- qəfəsdə saxnalınan yumurtlayan toyuqlar üçün 30 min yerli korpus; 3-yeni mühitə uyğunlaşdırmaq üçün 12-15min baş cavan quş üçün bina; 4-cücələr üçün 50 min yerlik batareya cexi; 5-təmiz xətli 1000 toyuqluq quş damı; 6-ana sürünün cücələri üçün 12 min yerlik quş damı; 7-dörd inkubatorluq inkubatoriya; 8-növbədə 140-460 min yumurta anbarı; 9-məhsuldarlığı ğündə 25 t qarışıq yem və 22 t həçm qarışıq olan yem cexi; 10-1000 t-luq qarışıq yem ambarı; 11- silos və kökümeyvəlilər üçün yer; 12-yumurta-quş qabları və nəqliyyat vasitələri üçün sanitariya-profilaktika məntəqəsi olan köməkçi-istehsal binaları bloku; 13-avtomaşınlar üçün (15 ədəd) açıq dayanacaq; 14-avtomaşınları yuma meydançası; 15-benzindoldurma kolonkası; 16-məhsuldarlığı növbə ərzində 3 t olan kəsim məntəqəsi; 17-cücələri kökəltmək üçün 36 min yerlik batereya cexi; 18-mərkəzi qazanxana; 19-kömür üçün meydanca; 20-on adamlıq briqada evi; 21-iyirmi adamlıq briqada evi; 22-kontoru (15 adamlıq) və keçidi olan kantor-məişət otaqları bloku; 23-baytar bloku; 24-avtotərəzi; 25-solyarium; 26-3000 m 3 -lik döşənək anbarı; 27-2000 m 3 -lik dəşənək anbarı; 28-transformator yarımstansiyası.

Quşlar qəfəsdə saxlanılan 200 min baş yumurtlayan toyuq üçün quş fab-rikinin baş planı şəkil 6.1-də göstərilmişdir. Şəkildən göründüyü kimi, quşçuluq fabrikinin baş planı texnoloji əlamətlərinə görə zonalara ayrılmışdır (ana sürüsü, sənaye sürüsü və istehsal köməkçi sürü). Onlar elə yerləşdirilir ki, yüklərin daşın-ma yolları qısa, ayrı-ayrı istehsal sahələri arasında nəqliyyat əlaqəsi rahat olur və texnoloji proses yerinə yetirildikdə sanitariya və zootexniki tələblər təmin olunur.

Bütün quş damları, su kəməri, kanalizasiya, tənzimlənən mikroiqlim və işıq-landırma ilə təyin edilir. Yumurtalıq istiqamətli quş fermalarında quş fabrik-lərində yumurta və ət 6.2.saylı şəkildə qöstərilmiş texnoloji sxem üzrə istehsal olunur. Ana sürüsünün quş damlarından yumurta inkubatoriya daxil olur; oradan birgünlük cücələr yetişdirilmək üçün binalara nəql etdirilir; burada 60 günlüyə qədər saxlanılır. Yetişdirildikdən sonra beçələr və az inkişaf etmiş fərələr kəsim sexinə daxil olunur, qalan toyuqlar əsas sənaye sürüsünü tamamlamaq üçün gön-dərilir. Yaxşı yumurtlayan toyuqlar ana sürünün quş damlarına göndərilir. Əsas sənaye sürüsü il ərzində 120 % dəyişdirilir. Çıxdaş edilmiş yumurtlayan toyuqlar kəsim sexinə göndərilir. Yumurta sənaye sürüsü quş damlarından yumurta anbarı-na verilir; orada onlar yuyulur, çeşidlənir və qablaşdırılır. Quşçuluq fabrikinin kəsim sexindən quşların cəmdəkləri realizasiyaya göndərilir, kəsim sexinin tul-lantıları, ölmüş quşlar və ziq isə emal üçün istifadə sexinə nəql etdirilir; orada ət sümük, ətlələk unu və qurudulmuş peyin alınır.

Broyler istiqamətli quşçuluq fabriklərində 6.3 saylı şəkildə fabriklərində yumurta ana sürünün quş damlarından inkubatoriyaya verilir, oradan birgünlük cücələr kökəldilmək üçün geniş qabaritli 10-20 min cücəlik quş damlarına daxil olur. 70-90 günlük cücə broylerlər və ana sürünün çıxdaş edilmiş toyuqları kəsim sexinə nəql etdirilir. Quş cəmdəkləri soyudulduqdan sonra realizasiya verilir. Kə-rim sexinin tullantıları, ölmüş quşlar və zil emal üçün istifadə sexinə göndərilir.

ÜBK tipli komplekslər. Hazırda broylerlər əsasən qalın döşənəkli geniş qabaritli quş damlarında yetişdirilir. Quş damlarında istehsal proseslərinin avto-matik idarəetmə ilə kompleks mexanikləşdirilməsi üçün ÜBK-10V və ÜBK-20V (şəkil 1.1.) avadanlıqları komplekti tətbiq olunur.

ÜBK-IOV avadanlıqlar komplekti 10 min baş quş /cavan quşlar/ üçün nəzər-də tutulmuş və 12 m enində quş damlarında tətbiq olunur. ÜBK-20V avadanlıqlar komplekti (şəkil 1.1) 20 min cücəyə xidmət etmək üçün hesablanıb, binanın eni 18 m və uzunu 96 m olan quş damlarında tətbiq olunur.

Avadanlıq komplektləri cücəni ətliyə yetişdirən quş damlarında, quşlar quru tam rasionlu yemlərlə yemləndirildikdə və qalın döşənəklə saxlanıldıqda bir gün-lükdən başlayaraq kəsilmə kütləsinə çatana qədər (70-80 günlüyə qədər) ağır iş proseslərinin kompleks mexanikləşdirilməsinə imkan yaradır. dən başlayaraq kəsilmə kütləsinə çatana qədər (70-80 günlüyə qədər) ağır iş proseslərinin komp-leks mexanikləşdirilməsinə imkan yaradır. Komplektin tərkibində yemin paylan-ması, cücələrin suvarılması və yerli qızdırılma xətləri daxildir.

Quru yemlərin saxlanması üçün quş damının xaricində həcmi 10 m 3 olan BSK-10 bunkeri qoyulmuşdur: onun hündürlüyü 5020 mm, planda ölçüləri 1960 x 1960 mm, kütləsi 750 kq-dır. Bunker bucaq poladından hazırlanmış çərçivə üzərində quraşdırılmışdır. Onun yuxarı hissəsində yem səviyyəsini göstərən verilici doldurma boğazcığı yerləşmişdir. Bunkerin düzgün kəsik piramida şəklin-də hazırlanmış aşağı hissəsində qapaqlı lyük və spirallı boşaldıcı transportyorun örtüyünü bərkitmək üçün keçid qurğusu yerləşdirilmişdir. Spirallı transportyorun spiralının diametri 55 mm və addımı 40 mm-dir. Transportyorun məhsuldarlığı 2500 kq/saata qədər, müəyyən edilmiş gücü 0,55 kVt-dır.

Şəkil 1.4. ÜBK-20 avadanlığın quş damlarında

yerləşdirilməsi sxemi:
1-BSK-10 bunkeri; 2-yempaylama xətti; 3-yem qutusu;

Bunker, ZSK-10 və ya ASP-25 yükləyicisinin köməyi ilə doldurulur. Yem xarici bunkerdən bunker-yığıcıya daxil olur. Oradan trosşaybalı yempaylayıcı və sonra bunkerli yem qutularına verilir. Yempaylayıcı dozalaşdırıcı qurğulu intiqal mexanizmindən, şaybalı trosdan, boruşəkilli yem kəmərindən və asqı sistemindən ibarətdir. Yempaylayıcının intiqalı bunker-yığıcı ilə bir çərçivə üzərində quraşdı-rılmış və gücü 1,7 kVt olan elektrik mühərrikindən, pazvarı qayış ötürməsindən və sonsuz vint reduktorundan ibarətdir. İntiqalın çərçivəsində dozalaşdırıcı qurğu-su olan bunker bərkidilmişdir. Yempaylayıcının iş zənciri iki tarımlayıcı qurğu ilə tarımlanır. Onların hər biri öz-özlüyündə dartı çarxı üzərində sərbəst fırlanan oxlu çəngəldən ibarətdir. Yempaylayıcının boru kəməri döşəmədən 2,2 m hündürlükdə quraşdırılır. Hər deşiyin altında xamıt və plankalar vasitəsilə ayırma borucuqları bərkidilir; bunların ucları bunkerli yem qutuları ilə birləşdirilir. Bir yem qutusu və borucuq dolduqdan sonra yem növbəti yem qutusuna daxil olur. ÜBK-20V ava-danlığı komplektində yem kəmərləri iki qapalı düzbucaqlı kontur. ÜBK-10V qur-ğusunda isə bir düzbucaqlı kontur əmələ gətirir.

Həcmi 4,2 kq olan bunkerli yem təknəsi konusvarı formaya malikdir; o, sinklənmiş təbəqə poladdan hazırlanmışdır. Yem qutusu bunkerinə altdan üç yayla altlıq asılmışdır. Altlığın içərisində cücələrin girməməsi üçün çəpər düzəldilir. Yem qurğusunun bunkeri birgünlük yem ehtiyatına hesablanmışdır. Yemi quşlar yedikcə altlıqla gövdənin kənarı arasında olan dairəvi araboşluğundan yem tədri-cən daxil olur. Konus və altlıq arasındakı keçid en kəsiyi yayın başqa deşiklərə dəyişdirilməsi ilə tənzim edilir.Yemlərin paylanma xəttinin əl ilə idarə olunması ilə bərabər onun avtomatik qoşulması da nəzərdə tutulmuşdur.

Yem konturunun hər birinin axırıncı yem qutusu üzərində yemin yeyilməsin-dən asılı olaraq yempaylayıcının intiqalının avtomatik qoşulması və ya açılması üçün nəzərdə tutulan verici quraşdırılır. Quşlar APK-1,5 markalı kasalı suvarı-cılarla suvarılır. Quşlar dəyişdirildikdə yempaylayıcı ayırma borucuqları, yem qutuları ilə birlikdə, həmçinin, su qabları bunların örtüyünə tərəf qaldırılır; bu döşəmənin təmizlənməsi üçün əlverişli şərait yaradır. Xətlərin qaldırılması və endirilməsi üçün quş damının asqı sistemi vardır. Oraya polispastlarla, diyircəkli kronşteynlərlə, bloklarla və kanatla təchiz edilmiş dörd ədəd əl sonsuzvint bucur-qadı daxildir.

Yeni partiya cücələr gətirilmədən qabaq quş damından döşənək və zıl təmizlənib çıxarılır və bina dezinfeksiya olunur quş damının döşəməsi 15-20 sm qalınlığında təzə quru döşənəklə örtürülür. yem qutuları və novşəkilli suvarma qabları ilə birlikdə yempaylayıcı örtüyə tərəf qaldırılmış halda saxlanılır.

BP-1A elektrik bruderləri (şəkil 6.5.) işə salınır. Hər bir bruder sinklənmiş poladdan hazırlanmış, piramida şəklində çətirdən ibarətdir. Çətirin daxilində sink-lənmiş poladdan hazırlanmış konusşəkilli qızdırıcı quraşdırılmışdır. Qızdırıcının yan divarlarına dörd ədəd boruşəkilli elektrik qızdırıcısı qoyulmuşdur. Qızdırıcı-dakı kronşteynlı işıqlandırma lampası, siqnal lampası və qoruyucu qoyulmuşdur.

Şəkil 1.5. BP-1A elektrik bruderi:

1-örtük; 2-dayaq; 3-məftil; 4-bölmə; 5-işıqlandırma lampası; 6-qızdırıcı element; 7-temperatur relesi; 8-termometr; 9-əks-yük; 10-tros; 11-siqnallampası; 12-qapaq; 13-qutqac; 14-dartı; 15-klapan; 16-temperatur tənzimləyicisi; 17-örtük tiri; 18-blok.
Temperatur relesi vasitəsilə bruderdə temperatur 24-38 0 C həddində saxlanı-lır. Hər bir bruder 500-600 cücəni qızdırır və 1000 Vt güc işlədir. Bruder bloklar, troslar və əks yüklər sisteminin köməyi ilə qaldırılır və endirilir.

1-5 günlük cücələri yemləmək üçün hər bruderin ətrafında tavalar qoyulur, cücələr vakuum suvarıcılardan suvarılır. Quş damında cücələrin dağılışmaması üçün bruderin ətrafında çəpər düzəldilir. 5 gündən sonra tavalar yığılır və novlu yem qutuları düzülür. 21 gündən sonra cücələrə ÜBK komplektinin texnoloji avadanlığı ilə xidmət edilir.

Cədvəl 1.1-də ÜBK-20V komplektlərinin tərkibi verilmişdir.
Cədvəl 1.1. Broylerlərin döşəmədə yetişdirilməsi üçün komplektlərin tərkibi

Quş əti və yumurta istehsalı artıb

Quş əti və yumurta istehsalı artıb – Azərbaycan quşçuluq müəssisələrində bu ilin 9 ayı ərzində 36 min 787 ton quş əti istehsal olunub. Bu barədə “OLAYLAR”a məlumatı Azərbaycan Quşçuluq Cəmiyyətinin sədri Aydın Vəliyev verib. Eyni zamanda, bu müddət ərzində 410 milyon yumurta istehsal.

Benzer Konular

Meyvə-tərəvəz istehsalı artıb

By Baku in forum Xəbər Lenti
Cevaplar: 0
Son Mesaj: 10-18-2013, 02:00 PM

Məhsul istehsalı 5,4 faiz artıb

By Baku in forum Xəbər Lenti
Cevaplar: 0
Son Mesaj: 10-17-2013, 12:12 PM

Kompüter və elektron məhsulların istehsalı artıb

By Baku in forum Xəbər Lenti
Cevaplar: 0
Son Mesaj: 09-30-2013, 11:10 AM

Daşkəsəndə ÜDM istehsalı 15% artıb

By Baku in forum Xəbər Lenti
Cevaplar: 0
Son Mesaj: 02-21-2013, 05:40 PM

Buğda istehsalı artıb, pambıq isə azalıb

By Baku in forum Xəbər Lenti
Cevaplar: 0
Son Mesaj: 01-07-2013, 01:11 PM

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok

Azeri Forum sitemiz Azerbaycan, Türkiye, İran, Rusiya ve diğer tüm dünya devletlerinde yaşayan tüm Azerbaycan Türklerini biraraya getirmek amacı ile kurulmuştur. Azerbaycan hakkında – Azerbaycan coğrafi isimdir. Anlamı Odlar Yurdu yani Ateşler Yurdu demektir. Bu isim bir yandan bu bölgede milattan çok önce yaşayan nüfusun çoğunluğunun ateşperest olması ile ilgilidir. Yani bu bölgede yaşayan nüfus ateşi Tanrı sayıyorlardı, oda tapıyorlardı. “Azer” – ateş, ateş demektir. Öbür taraftan, Azerbaycan’da eski zamanlarda Türk soylu “Azer” sözündendir. “Azer” – “az” ve “er” terkibinden ibarettir. Türk dillerinde “az” ın iyi niyet, başarılı kader gibi anlamları var. “Azer” – yani “er kişi”, “er oğlu”, “ateş koruyan” demektir. Demek ki “Azerbaycan” bu bölgede yaşayan eski Türk dilli kabilenin adına oluşmuştur. Azerbaycan dünyanın en eski insan yaşam alanlarından biridir. İnsanlık tüm gelişme dönemlerinde bu topraklarda kendi tarihini yaşamıştır. İnsanlığın ilk çağlarında Azerbaycan’da insan meskenleri olmuştur. Bugünkü insanlık kültürünün oluşması, kalkınması ve dialektikasında Azerbaycan’ın kendi yeri, kendi payı vardır. Zaman uzun geçmişlerin bir çok arkeolojik ve mimari eserleri bizim için korumuştur. Eski taş kitabeler, yazılar, asırların derinliklerinden yadigar kalmış halı desenleri, onları okumayı bilenlere, başlıcası ise okumak isteyenlere çok şey konuşabilir. Azerbaycan’ı tanımak, onun hakkında gerçeği bilmek için bu toprağa, onun adamlarına dost gözüyle bakmak gerekir. Azerbaycan eski kültür ülkesidir. Buraya göç gelmiş oğuz boyları o bölgede yüzyıllardır kuruldu stabilize, derin köklere sahip kültürle karşılaşarak, kendi növbelerinde bu kültürü ümumtürk kültürel gelenekleri ile zenginleştiren. Halkımızın yetenek ve yaratıcılık kudreti “Kitab-ı Dede Korkut”, “Oğuzname”, “Köroğlu” ve birçok başka epik eserlerde tecessüm etmiştir.

Tüm Zamanlar GMT +4 Olarak Ayarlanmış. Şuanki Zaman: 11:13 AM .

Bu sistem vBulletin® alt yapısına sahiptir, Version 4.2.0 kullanılmaktadır.
Telif hakları, Jelsoft Enterprises Ltd’e aittir. Copyright © 2023

Quşculuq yumurta v quş ti istehsalının texnologiyası

Ümumilikdə cari ilin 6 ayında müəssisələr üzrə quşların sayı 11 milyon 8,3 min təşkil edib, hər yumurtlayan toyuqdan orta hesabla 101 ədəd yumurta alınıb.

BAKI, 24 iyul — Sputnik. İyulun 1-i vəziyyətinə ölkə üzrə 8 milyon 267,3 min baş qoyun və keçi, 2 milyon 663,7 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 milyon 287,6 min baş inək və camış mövcud olub.

Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, yanvar-iyun aylarında quşçuluq müəssisələrində diri çəkidə 36,1 min ton (keçən ilin yanvar-iyun aylarında 36,4 min ton) quş əti və 339,9 milyon ədəd (keçən ilin yanvar-iyun aylarında 402 milyon ədəd) yumurta istehsal olunub.

Ümumilikdə isə cari ilin 6 ayında bu müəssisələr üzrə quşların sayı 11 milyon 8,3 min təşkil edib, hər yumurtlayan toyuqdan orta hesabla 101 ədəd yumurta alınıb.

Qeyd edək ki, 2021-ci ilin yanvar-iyun ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 4370,4 milyon manat təşkil edib. Onun da 2153,7 milyon manatı heyvandarlıq, 2216,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 5,6 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,4 faiz, bitkiçilik məhsulları üzrə isə 8,9 faiz artıb.

Xatırladaq ki, cari il aprelin 1-i vəziyyətinə ölkə üzrə 2 milyon 660,8 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 milyon 286,9 min baş inək və camış, 8 milyon 279,2 min baş qoyun və keçi mövcud olub. Ötən il aprelin 1-nə nisbətən iribuynuzlu mal-qaranın sayı 2,5 min baş (0,1 faiz) artıb, qoyun və keçilərin sayı isə 106,8 min baş (1,3 faiz) azalıb.

2020-ci ildə quşçuluq müəssisələrində diri çəkidə 63,9 min ton quş əti və 797,8 milyon ədəd yumurta istehsal olunub. Ümumilikdə bu müəssisələr üzrə cəmi quşların sayı 11 milyon 671,3 min olub, hər yumurtlayan toyuqdan orta hesabla 220 ədəd yumurta alınıb.

Comments are closed, but trackbacks and pingbacks are open.