Press "Enter" to skip to content

Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ

Assosiasiyadan FED.az-a daxil olmuş məlumatda bildirilir ki, görüşdə KOBİA Katibliyi sədrinin müavini İlqar Əsgərov, Vətəndaş qəbulu üzrə vahid kommunikasiya şöbəsinin müdiri Sahib Nəcəfov, həmin şöbənin aparıcı mütəxəssisi Salman Nəcəfov, APEPEA rəhbəri Mürvət Həsənli, İdarə Heyəti sədrinin müavini Vaqif Hüseynov, Assosiasiya üzvü Royal Camalov iştirak ediblər.

Quşculuq yumurta və quş əti istehsalının texnologiyası

Bir müddət əvvəl Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) quş əti istehsalçılarının pərakəndə ticarət şəbəkələri ilə əməkdaşlıqda üzləşdikləri problemləri hökumət rəsmiləri ilə müzakirə etmək üçün müvafiq qurumların rəhbərlərinə müraciət etmişdi.

Assosiasiya rəhbərliyi İqtisadiyyat naziri Mikayıl Cabbarov, Kənd təsərrüfat naziri İnam Kərimov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarı Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyliyə rəsmi müraciət edərək, quş əti istehsalçıları ilə görüşərək mövcud problemlərin həlli imkanlarını müzakirəsinin təşkilini xahiş etmişdi.

Aprelin 11-də Assosiasiya rəhbərliyi və üzvlərinin İqtisadiyyat Nazirliyi tabeliyində fəaliyyət göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyində ilk görüşü baş tutub.

Assosiasiyadan FED.az-a daxil olmuş məlumatda bildirilir ki, görüşdə KOBİA Katibliyi sədrinin müavini İlqar Əsgərov, Vətəndaş qəbulu üzrə vahid kommunikasiya şöbəsinin müdiri Sahib Nəcəfov, həmin şöbənin aparıcı mütəxəssisi Salman Nəcəfov, APEPEA rəhbəri Mürvət Həsənli, İdarə Heyəti sədrinin müavini Vaqif Hüseynov, Assosiasiya üzvü Royal Camalov iştirak ediblər.

Görüşdə M.Həsənli quş və yumurta istehsalçılarının əsas problemlərini KOBİA rəsmilərinin diqqətinə çatdırıb: “Bizi narahat edən, fəaliyyətimizə çətinlik yaradan bir neçə problemi diqqətinizə çatdırmaq istəyirik. Birinci problemimiz pərakəndə ticarət şəbəkələri ilə bağlıdır. Şəbəkələr bizdən aldıqları məhsulların pulunu aylarla yubadırlar. Quş əti və yumurta istehsalçıları o qədər böyük sahibkar deyillər ki, bir neçə milyon manat vəsaitləri aylarla bir mənbədə qalsın və bu da onların fəaliyyətinə mənfi təsir göstərməsin. Satışdan pulunu vaxtında ala bilməyən istehsalçı vaxtınbda və zəruri hədd yem ehtiyatı yarada bilmir, yaxud aldığı yemin pulunu vaxtında ödəyə bilmir. Bu isə müəssisənin inkişafının qarşısını alır, bəzənsə onun kiçilməsinə gətirib çıxarır. Məsələn, hazırda Ukraynadakı müharibəyə görə yem və yem əlavələrinin idxalında çətinliklər yaranıb, qiymətlər bir həftədə 3 dəfə artım istiqamətində dəyişir. Biz şəbəkələrdən pulu vaxtında ala bilmirik deyə lazımi qədər yemi də tədarük edə bilmirik. Şəbəkələrlə bağlı digər problem onların satış nöqtələrində saxlama şəraitinin normalara cavab verməməsidir. Bunun üzündən bizim məhsulların geriqayıtma səviyyəsi 8-12 faizə çatır. Halbuki dünyada 2 faizdən yuxarı olmur”.

M.Həsənli bildirib ki, quş əti və yumurta istehsalçılarının daha bir problemi qaz və elektrik enerjisi şəbəkələrinə qoşulma zamanı çox böyük xərclərinin çıxmasıdır: “Bir müəssisənin enerji şəbəkəsinə qoşulması üçün təkcə texniki şərtə 40-50 min manat pul istənilir. Bir o qədər də qaza görə tələb olunur. Bu qədər xərclə yeni müəssisələr yaratmaq, quşçuluğu inkişaf etdirmək faktiki olaraq mümkün deyil. Çünki o xərcin hamısı istehsal olunan məhsulun maya dəyərinə oturur, bu isə onun satış həcmlərini artırmağa mane olur”.

Assosiasiya rəhbərinin sözlərinə görə, daha bir problem xaricdən quş əti və yumurta idxalıdır: “Keçən il Azərbaycana 31 min ton quş əti idxal olunub. Bu həcmin idxalı zamanı dövlət büdcəsinə ən yaxşı halda 11-12 milyon manat rüsum ödənilib. Amma bu qədər quş ətinin ölkədə istehsalı zamanı 22 min nəfər işlə təmin olunur, sosial ayırma, vergi və rüsum şəklində büdcəyə 18 milyon manat ödənilir. Hələ bu istehsal zamanı sərf olunan qaz, enerji, su, yemə görə ödənişlərdən büdcəyə çatan məbləğləri demirəm. Bunları nəzərə alaraq, biz ölkəyəı quş əti və yumurta idxalının kvotalaşdırılmasını xahiş edirik. Əksər ölkələrdə, o cümlədən Gürcüstan və Türkiyədə yerli istehsalçıları qorumaq üçün məhz bu üsuldan istifadə olunur”.

M.Həsənli onu da qeyd etdi ki, Ukraynadakı müharibə və qlobal bazardakı dəyişikliklər quşçuluq təsərrüfatları üçün zəruri olan yem və yem əlavələrinin idxalında problemlərə səbəb olub: “Biz istəyərdik ki, bu yem və yem əlavələrinin idxalı hökumət səviyyəsində həll edilsin. Bu idxalın ƏDV-dən azad olunması bizim istehsal etdiyimiz məhsulların qiymətində ucuzlaşmaya, ən pis halda bahalaşmanın qarşısının alınmasına səbəb olacaq”.

APEPEA İdarə Heyətinin üzvü Vaqif Hüseynov qeyd etdi ki, ticarət şəbəkələri ən müxtəlif adlar altında istehsalçılardan müqavilədə nəzərdə tutulmayan ödənişlər alırlar: “Yeni market açılırsa, əlavə pul, endirim kampaniyası istəyirlər. Hansısa yeni məhsul verirsənsə, yenə əlavə ödəniş etməlisən. Hətta şəbəkələr öz TV reklamlarını bizim hesabımıza maliyyələşdirirlər: tələb qoyurlar ki, filan TV-də reklamımız gedəcək, 1 həftəsini sən maliyyələşdir. Yaxud deyirlər ki, məhsulunu yaxşı satılmasını istəyirsənsə, bir işçinin maaşını ödə, qoy sənin məhsulunun satışı ilə məşğul olsun. Bunların hamısı şəbəkələrin bazardakı inhisarçı mövqeyindən irəli gəlir. Deyə bilərlər ki, belə hallar bütün dünyada olur. Doğrudur, olur, amma çox çəkmir – dövlət öz “gözəgörünməz” əlini işə salır və inhisarçılıq meyllərinin qarşısını alır”.

Assosiasiya üzvü R.Camalov qeyd etdi ki, şəbəkələrin belə fəaliyyətinin qarşını almaq üçün məhkəməyə müraciət etmək sahibkarların problemini həll etmir: “Məhkəmə prosesi aylarla uzanır, bu isə faktiki olaraq pulun bizə çatmasının aylarla, bəzən illə yubanması deməkdir. Buna görə də heç kim məhkəməyə üz tutmur”.

APEPEA Analitika və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Dünya Camalova bildirib ki, hazırda Azərbaycanda ticarət fəaliyyətini tənzimləyən qanun yoxdur: “Nazirlər Kabinetinin bir qərarı var ki, o da yalnız ticarətin təşkili və istehlakçı hüquqlarının təmin olunması, məhsulların saxlanma şərtlərini müəyyənləşdirir. Pərkandə satıcı ilə məhsul sahiblərinin münasibətlərini tənzimləyən hüquqi baza yuaradılmayıb. Halbuki dünyada bu münasibətlər qanunla tənzimlənir. Biz ilk növbədə belə bir qanunun qəbul olunmasını, ona qədərsə İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarı Dövlət Xidmətinin prosesi tənzimləməsini xahiş edirik. Çünki böyük şəbəkələr məhz pərakəndə ticarətdəki inhisarçı mövqelərindən istifadə edərək istehsalçılara qarşı belə addımlar atırlar”.

İ.Əsgərov öz növbəsində səsləndirilən problemlərin qeydə alındığını və məsələlərin araşdırılacağını qeyd edib: “Hesab edirik ki, xüsusilə ticarət şəbəkələri ilə yaranan problemi onların özlərinin və sizlərin iştirakı ilə ətraflı müzakirəsinə ehtiyac var. Biz mümkün qədər qısa müddətdə belə müzakirənin təşkil olunmasına çalışacağıq. Qaldırdığınız digər məsələlərlə bağlı da araşdırmaların aparılması mümkündür”.

Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ

159 с., портр.: рис., табл.; 20 см.- Библиогр.: с.150-151.- 4 man.,
200 nüs.- ISBN 9789-952-290-41-6 (в пер.).- [2009-Ар2009/33]
799.

Шакури, Б.К. Научные основы повышения плодородия
эрозированных почв Азербайджана [Текст] /Бехруз Шакури;
науч. ред. Г.А.Гияси; ред. Ш.Б.Шакури.- Баку: МВМ, 2009.- 55
с., портр., табл.; 20 см.- 4 ман., 300 экз.- ISBN 9789-952-290-02-
5.- [2009-1-701745]

633.1 Dənli bitkilər

800.

İsgəndərov, X.Ə. Azərbaycanın Arazboyu dağətəyi düzələn
hissəsində payızlıq buğda əkinlərinin alaqları və onlara qarşı
kimyəvi mübarizə [Mətn]: monoqrafiya /Xuduş İskəndərov; elmi
red. S.H.Musayev.- Bakı: Elm, 2009.- 150, [2] s.: şək., portr., cədv.;
21 sm.- Əlavə: s.123-124.- Biblioqr.: s.118-122.- 5 man., 300 nüs.
(cildli).- [2009-84297]

634 Bağçılıq. Tərəvəzçilik

801.

Bağban nəyi bilməlidir [Mətn]: sorğu kitabı /müəl.
Z.M.Həsənov;
tərt.
ed.
İ.H.Cəfərov,
F.Ə.Ağayev,
Y.V.Süleymanova.- Bakı: MBM-R, 2009.- 367 s., cədv.: şək.; 20
sm.- Biblioqr.: s.363.- 12 man., 500 nüs.- [2009-86251]
802.

Cahangiroğlu, E. Zeytun – həyat ağacı [Mətn] /Elman
Cahangiroğlu; naşir Q.İsabəyli; red. L.Ağayeva.- Bakı: Şirvannəşr,
2009.- Kitab I.- 107 s., portr., fotoşək.; 21 sm.- 4 man., 200 nüs.
(cildli).- [2009-87225]

636 Heyvandarlıq. Zootexnika

803.

Rusca-ingiliscə-Azərbaycanca heyvandarlıq terminləri lüğəti
[Mətn] /tərt. Z.Q.Verdiyev [və b.]; AMEA, Terminologiya
Komitəsi.- Bakı: Elm, 2009.- 227 s., cədv.; 20 sm.- Əlavələr: s.215-
227.- 15 man., 300 nüs.- [2009-85340]

636.5/6 Quşçuluq

804.

Həsənov, M.İ. Quşçuluq, yumurta və quş əti istehsalı
texnologiyası [Mətn] /Müsəddin Həsənov; elmi red. N.H.Qurbanov;
ön söz müəl. Z.Əzimov.- Bakı: Elm, 2009.- 405,[3] s., portr.,
fotşək., cədv.; 21 sm.- Biblioqr.: s.402.- 8 man., 200 nüs.- ISBN
9789-9524-532-56 (cildli).- [2009-86548]

638 İpəkçilik. Arıçılıq

805.

Qənbərov, X.Q. Arı məhsulları və onların təbii müalicədə
tətbiqi [Mətn] /Xudaverdi Qənbərov, Ə.A.Salayev.- Bakı: Bakı
Universiteti, 2009.- 71 s.: [2] şək.; 20 sm.- Biblioqr.: s.72.- 6 man.,
1000 nüs.- [2009-86187]

639.2/6 Balıq təsərrüfatı

806.

Мамедов, Ч.А. Новые технологии осетроводства в
Азербайджане [Текст]: монография /Чингиз Мамедов,
Р.В.Гаджиев, М.М.Ахундов; науч. ред. и авт. предисл.
Р.Ю.Касимов; рец. Г.М.Палатников; М-во Экологии и
Природных Ресурсов Азерб. Респ., Азерб. НИИ Рыбного Хоз-
ва.- Баку: Элм, 2009.- 259 с.: табл., фото, рис.; 21 см.- Библ. на
рус. и англ. яз.: с.205-258.- 5 ман., 500 экз.- ISBN 5-8066-1631-2
(в пер.).- [2009-Ар2009/52]

64 Evdarlıq. Kommunal təsərrüfatı

641/642 Yeyinti məhsulları. Qida hazırlanması

807.

Əhmədov, Ə-C.İ. Ədviyyələr və tamlı qatmalar [Mətn]:
monoqrafiya /Əhməd-Cabir Əhmədov.-Bakı: Azərnəşr, 2009.- 419
s., cədv.: şək.; 21 sm.- Ad göstəricisi: s.388-39.- Biblioqr.: s. 396-
407.- 4 man., 300 nüs.(cildli).- [2009-85528]

646/649 Ev işlərinin aparılması

808.

İbrahimqızı, S. Gəlin toxumağı öyrənək. [Mətn] /Sevil
İbrahimqızı; red. Ş.Əhmədoğlu.- Bakı: MBM-R, 2009.- 135 s.,
portr.: şək.; 20 sm.- Biblioqr.: s.130.- 3 man., 500 nüs.- ISBN 9789-
9522-904-82.- [2009-86270]

65 İstehsalat müəssisələrinin idarə edilməsi.
İstehsalatın, ticarətin və nəqliyyatın təşkili. Reklam

654 Rabitə

809.

Abbasov, Ə.M. Müasir rabitə şəbəkələri: NGN [Mətn]:
telekommunikasiya istiqaməti üzrə təhsil alan ali məktəb tələbələri
üçün dərslik /Əli Abbasov, B.İ.Hüseynov, X.F.Kişiyev; elmi red.
F.Əliyev; rəy. T.Əliyev, R.Əliquliyev, F.Məmmədov.- Bakı:
Adiloğlu, 2009.- 366,[2] şək., cədv.; 22 sm.- Biblioqr.: s.353-359.-
15 man., 1000 nüs. (cildli).- [2009-85533]
810.

Əliyarlı, İ.M. Azərbaycan Xalq Cümhuriyyəti dövründə
rabitənin inkişafı 28 may 1918 – 27 aprel 1920-ci il [Mətn] /İltifat
Əliyarlı; baş məsl. Ə.Abbasov; elmi red. və rəy. C.Həsənli; məsl.
Ə.Zeynalov.- Bakı: Mütərcim, 2009.- 123 s., portr.; 20 sm.-
Xronologiya: s.96-108.- Biblioqr.: s.109-122.- 4 man., 500 nüs.-
[2009-85529]
811.

Каграманзаде, А.Г. Прикладные аспекты регулирования
телекоммуникации [Текст] /Абдул Каграманзаде.- Баку: Элм,
2009.- 353, [3] с.: портр., табл.: ил.; 21 см.- Библ.: с.325-351.- 5
ман., 300 экз.- ISBN 9789-952-453-29-4 (в пер.).- [2009-2-
783703]

655 Poliqrafiya sənayesi

812.

Axundov,
B.H.
Nəşriyyat-poliqrafiya

jurnalistika
terminlərinin izahlı lüğəti [Mətn]: dərs vəsaiti /Bəhruz Axundov,
R.İmaməliyev, M.Mahmudov; elmi red. F.Şahbazlı, G.Əliyeva; rəy.
Q.Məhərrəmli, İ.Vəliyev, K.Rəhimov.- Bakı: Aspoliqraf, 2009.-
189,[3] s.; 22 sm.- 10 man., 1000 nüs. (cildli).- [2009-84718]

Quşculuq yumurta və quş əti istehsalının texnologiyası

Respublikanın quşçuluq təsərrüfatlarının fəaliyyətlərində problemlərin mövcud olduğu bir məqamda quşçuluğun dövlət tərəfindən dəstəklənməsi mühüm əhəmiyyət kəsb edir. Ölkədə quş əti, o cümlədən damazlıq yumurta istehsalçıları üçün əlverişli imkan yaranmışdır. Fondun vəsaitləri hesabına respublikada quş əti istehsalının artırılması və damazlıq təsərrüfatlarının yaradılması, sözsüz ki, quş əti istehsalının artımına və yerli quşçuluq təsərrüfatlarının damazlıq yumurta ilə təmin edilməsinə şərait yaradacaqdır. Bununla yanaşı, quşçuluqda damazlıq təsərrüfatları yaratmaqla, hibridləşmənin geniş tətbiq edilməsi vacib məsələlərdən biridir. Quşçuluğun inkişaf etdirilməsi, əsasən, onların ixtisaslaşdırılması istiqamətini (yumurtalıq və broyler ətlik cinslər) nəzərə alaraq aparılmalıdır.

Hazırda respublikada fəaliyyət göstərən quşçuluq təsərrüfatlarının damazlıq yumurtaya olan tələbatı təxminən 60 milyon ədəd təşkil edir ki, bunun da 28 milyon ədədi yerli istehsal, 32 milyon ədədi isə idxal hesabına ödənilir. Keyfiyyətli quş əti istehsalının kökündə keyfiyyətli damazlıq yumurta durur. Təəssüflə qeyd etməliyik ki, əksər hallarda ölkəyə idxal olunan damazlıq yumurta 3-4-cü sinif məhsullar qrupuna aiddir və keyfiyyəti çox aşağıdır. Çünki damazlıq yumurtanın əsas istehsalçısı olan xarici ölkələr daha keyfiyyətli və 1-ci kateqoriyadan olan məhsulları öz daxili tələbatlarının ödənilməsinə yönəldirlər. Digər bir məsələ

Şəkil 5. Broylerlərin sənaye üsulu ilə yetişdirilməsi (1m 2 -da 18-25 baş quş)

damazlıq yumurtanın qiyməti ilə bağlıdır. Belə ki, hazırda damazlıq yumurtanın 1 ədədinin idxal qiyməti 0.35-0.40 manat səviyyəsindədir ki, bu da kifayət qədər bahadır. Respublikada sözügedən istehsal fəaliyyətini təşkil etməklə 1 ədəd damazlıq yumurtanın satış qiymətini 2 dəfəyə qədər azaltmaq mümkündür.

Quş ətinə və damazlıq yumurtaya tələbatı aradan qaldırmaq məqsədilə respublikanın bir sıra iqtisadi rayonlarında quş əti istehsalı və damazlıq broyler təsərrüfatlarının yaradılması və ya mövcud təsərrüfatların istehsal imkanlarının bərpası üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən maliyyə dəstəyinin göstərilməsi ilə bağlı təşəbbüsü vaxtında atılmış addım kimi qiymətləndirmək olar.

Comments are closed, but trackbacks and pingbacks are open.