Qulu Xəlilov: “Qanunsuz tikilən evlərə görə kompensasiyanın veriləcəyi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”
– Siz məni işdən çıxartdınız. Mənim isə oğlum oldu.
Qulu xəlilov
Qulu Xəlilov – 80 �
Yaşamaq uğrunda mübariz
O, milli ədəbiyyatşünaslıq tariximizdə əbədiləşən şəxsiyyətlərdəndir. Görkəmli müəllim-pedaqoq, elmlər doktoru, professor, tənqidçi, Əməkdar mədəniyyət işçisi, Əməkdar elm xadimi Qulu Xəlilovun həyat yolu özündən sonra gələn nəsillər üçün dəyərli örnəkdir, desək səhv etmərik. Qələm yoldaşlarının, müəllim həmkarlarının, tələbələrinin yaddaşında o, xeyirxah insan, fədakar alim, həm də xalqını, torpağını məhəbbətlə sevən vətəndaş kimi qalıb. Bu gün 80 yaşı özü həyatda olmadan qeyd edilən görkəmli alimin adı hər yerdə ehtiramla anılır.
Q.Xəlilov milli ədəbiyyatşünaslıq elmi sahəsində apardığı � çoxşaxəli tədqiqatları ilə müasir elm tarixində bir alim kimi sözünü deyib. Ədəbiyyatımızın yorulmaz tədqiqatçısı kimi ədəbi-poetik düşüncənin tədqiqində yeni çığır açıb. Görkəmli alim sanballı elmi-nəzəri monoqrafik, tənqidi əsərlərin, yüzlərlə publisistik yazıların müəllifi kimi tanınıb. Onun Azərbaycan romanının inkişaf tarixinə dair fundamental əsəri ədəbiyyatşünaslığımız üçün qiymətli tədqiqat nümunəsi sayılır.
Qulu Xəlilov təcrübəli müəllim, intellektual səviyyəsi ilə fərqlənən pedaqoq kimi müəyyən bir nəslin tərbiyəsində mühüm rol oynayıb. Onun üçün müəllim adı təkcə dildə deyil, fəaliyyətində də ideallıq nümunəsi idi. Qulu Xəlilov üçün hər işdə nümunəvilik həm məsuliyyət, həm də şərəf işi idi.
Həmişə deyirmiş ki, müəllimlər həm ağıl və zəkaları, həm də mənəvi-əxlaqi keyfiyyətləri ilə nümunə olmalıdırlar. � Qulu Xəlilov öz peşəsinin vurğunu idi.
Vətənpərvər pedaqoq uzun illər Bakı Dövlət Universitetində mühazirələr oxuyub. Dərs dediyi tələbələr onunla ünsiyyətdən təkcə elmin sirlərinə deyil, həm də � həyat dərslərinə yiyələnirdilər. Görkəmli alimin hər bir dərsi, hər bir mühazirəsi onları həyata hazırlayırdı. ��
Qulu Xəlilovun yaradıcılığında insan amili, xalqın mənafeyi hər zaman ana xətlə keçib. Onun “Yaşamaq istəyirəm”, “Qocaların söhbəti”, “Qulun yaman kişnədi”, “Müəllimə”, “Hörümçək”, “Tənha palıd”, “Bir də gəlmə” və digər əsərləri oxucuların stolüstü kitabına çevrilib. Sonradan bu siyahıya istedadlı qələminin gücü ilə ərsəyə gələn “Ömrün baharı”, “Atam və mən” kimi romanları, “Yaylaqda”, “Qocaların söhbəti”, “Umusuq” və s. hekayələri də qarışıb.
Qulu Xəlilovun � “Yaşamaq istəyirəm” adlı aftobioqrafiq povesti böyük bir nəslin tərbiyəsində mühüm rol oynayıb. � Müəllifin qeyri-adi həyat eşqi insanların həyata olan inamlarını artırmağa, həyata bağlanmalarına, ümidlə yaşamalarına kömək edib. Yazıçının əsərlərini oxuculara sevdirən onların xalqa yaxın olması, insanların kədər və sevincinin, yaşamlarının təbii dillə nəql olunması, həyat problemlərinin qabardılmasıdır. Xalqın içindən çıxan yazıçı elə xalqın həyatını qələmə alıb. Qulu Xəlilov hələ tələbəlik illərindən mətbuatda özünün məqalə, məktub, oçerkləri, hekayələri, ədəbi-tənqidi yazıları ilə çıxış edib.
Qulu Xəlilovun bir insan olaraq özü kimi sadə, ancaq maraqlı bir tərcümeyi-halı var. O, əzablı uşaqlıq illəri yaşayıb. Güzəranları ağır olan ailələrinə kömək üçün gecə-gündüz çalışıb. Yaşına uyğun olmayan ağır fiziki işlərlə məşğul olub. Daha sonra Axşam fəhlə-gənclər məktəbində təhsil alıb. Bakı Dövlət Universitetinin jurnalistika şöbəsinə daxil olana qədər hər anında onu müşayiət edən çətinliklərlə dolu həyat universitetini bitirir. Yaşadığı çətinliklər, qarşılaşdığı haqsızlıqlar onu mətinləşdirir, düşüncələrini, dünyagörüşünü formalaşdırır. Sonradan həyatın özü də onun əsərlərinin əsas � qəhrəmanına çevrilir.
Qulu Xəlilov bütün fəaliyyətini xalqın maariflənməsinə, ədəbi zövqünün formalaşmasına həsr edən ziyalı idi. �Elə adamları ziyalı adlandırmaq olar ki, vətən və torpaq uğrunda, xalqın səadəti yolunda bütün şüurlu həyatını şam kimi şölələndirərək ağlını, bilik və təcrübəsini bu böyük amala həsr etsinlər. Çətin məqamlarda belə, əsl insani ləyaqətlərini itirməyərək mərdliklərini, təmizliklərini, əqidə və məslək bütövlüyünü qoruyub saxlasınlar� deyə o, bildirirdi. Ona görə, ziyalının problemi xalqın problemi, xalqın problemi ziyalının problemi idi. �Ziyalı xalqın övladıdır. Onun yol göstəricisidir. Ziyalı sözündə bir nur, işıq var. İnsanpərvərlik və xeyirxahlıq var, cəmiyyətin, millətin varlığına, gələcəyinə ayıq-sayıq baxış var” deyən Qulu Xəlilovun � ömrü � bu nura, bu işığa bələnmişdi.
Qulu Xəlilov böyük ürəyindən süzülüb gələn, səmimi duyğularla qələmə aldığı �� əsərləri və yaddaşlara həkk olan, qəlblərə köçən pedaqoji fəaliyyəti ilə � əbədiyyət zirvəsinə yüksəlib. Nahaq yerə �əsl yazıçıların mükafatı əbədiyyətdir� söyləmirlər. Əbədiyyətə qovuşmaq üçünsə ilahi istedad, � yorulmaz fədakarlıq, bütün əzabları gileysiz qarşılayaraq yaşamaq uğrunda mübarizəyə qoşulmaq və bu mübarizədə qalib olmaq gərəkdir. Qulu Xəlilov kimi.
Təranə Məhərrəmova �
Kaspi.- 2010.- 27-29 noyabr.- S. 4.
Qulu Xəlilov: “Qanunsuz tikilən evlərə görə kompensasiyanın veriləcəyi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”
“Vətəndaşlar tərəfindən özbaşına tikilən fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən beynəlxalq təcrübə öyrənilib və təhlillər aparılıb. Bunun əsasında müvafiq konsepsiya sənədi hazırlanaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilib”. Bunu “Report”a söküləcək qanunsuz tikilən evlərə görə kompensasiyanın verilməsi ilə bağlı yayılan məsələlərə aydınlıq gətirən ƏMDK-nın mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov deyib. Q.Xəlilov deyib ki, onun adından yayılan məlumatlar həqiqəti əks etdirmir: “Qanunsuz tikilən evlərə görə kompensasiyanın veriləcəyi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Komitə tərəfindən həmçinin ölkədə mövcud bütün əmlakların uçota alınması və qeydiyyatı ilə bağlı digər ölkələrin təcrübələri öyrənilir. Burada vətəndaşlar tərəfindən özbaşına inşa edilmiş və onların uzun müddət istifadəsində olan sənədləşdirilməmiş fərdi yaşayış evlərinin qeydiyyatı ilə bağlı məsələlərdə var. Ölkə başçısının bu sahəyə xüsusi diqqəti və verdiyi tapşırıqlara əsasən artıq işçi qrupu yaradılıb. Həmçinin bütün rayonlarda yerli icra hakimiyyətinin, bələdiyyələrin və aidiyyəti dövlət təşkilatlarının nümayəndələrindən ibarət yerli ekspert komissiyaları yaradılıb. Artıq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Torpaqların Elektron Kadastr Uçotu başa çatmış şəhər və rayonlar üzrə müxtəlif təyinatlı torpaqlarda inşa edilmiş özbaşına tikililər barədə məlumatları elektron formatda yerli ekspert komissiyalarına təqdim edib. Komissiyalar yerlərdə həmin məlumatlar əsasında özbaşına tikililərin invertarlaşdırılması və dəqiqləşdirlməsi işlərini həyata keçirəcək”.
Qulu xəlilov
filologiya üzrə elmlər doktoru,
professor
Azərbaycan ədəbiyyatında elə bədii əsərlər var ki, onların təkcə adları oxucuya çox şey deyir. Oxucunu düşünüb – daşınmağa məcbur edir. Belə bədii əsərlərin adları yazıçının istedadı və bədii tapıntısı kimi qiymətləndirilməlidir. Məsələn, “Qılınc və qələm”, “Şikayətnamə”, “Aldanmış kəvakib”, “İnsan”, “Yeraltı çaylar dənizə axır” və s. Bu kimi saysız – hesabsız əsərlərin adları hələ məzmununu oxumamışdan əvvəl, təkcə ad kimi oxucunu özünə cəlb edir. “Yaşamaq istəyirəm” əsəri də bu qəbildən olanların sırasındadır. Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, professor, görkəmli tənqidçi Qulu Xəlilovun “Yaşamaq istəyirəm” əsərinin adı məni neçə – neçə il bundan qabaq özünə çəkdi. Adı məcbur etdi ki, əsəri oxuyum. Və əsəri oxudum. Özü də indi yox, çox – çox illər qabaq. Nə isə. Burada məqsədim “Yaşamaq istəyirəm” əsərindən danışmaq deyil. Məqsədim bu əsərin müəllifi Qulu Xəlilovdan bəhs etməkdir. Qulu Xəlilov vaxtilə – ömrünün sonlarına yaxın televiziya müsahibələrinin birində deyirdi: “Allah mənə bir yaratmaq, yaşatmaq arzusu verə. Həyat eşqi olmasa, insan özünü, qamətini çətin düzəldər. Heç yaralı ağac da özünü düzəldə bilməz”. Bu fikri söyləyən Qulu Xəlilov uzun müddət xəstə olmuşdur. O, 30-40 yaşlarından başlayaraq ömrünün sonuna qədər xəstəlikdən əziyyət çəkmişdir. Qulu Xəlilovun üzərində doqquz dəfə cərrahiyyə əməliyyatı aparılmışdır. Nə isə. Bunlar da öz yerində.
Hər bir ədəbiyyatşünas, ziyalı, o cümlədən Qulu Xəlilovun tələbələri çox yaxşı bilir ki, o, çox güclü tənqidçi idi. Özü də qərəzdən çox – çox uzaq və cəsarətli tənqidçi idi. Tənqid deyəndə yadıma bir hadisə düşür. 1992-ci ilin dekabr ayı idi. O vaxtkı APİ-nin (indiki ADPU-nun) kiçik zalında filologiya ixtisası üzrə elmlər namizədi alimlik dərəcəsi verən müdafiə şurasının iclası keçirilirdi. Qulu Xəlilov da müdafiə şurasının üzvü idi. Növbəti müdafiə şurasında mənim də müdafiəm olacaqdı. Ona görə də müdafiə şurasının iclasında arxada oturub özüm üçün təcrübə toplayırdım. Həmin müdafiə şurasında müdafiə edən dissertantın mövzusu ədəbiyyatdan idi. Opponentlərdən biri də (birinci opponent) Qulu Xəlilov idi. O, yuxarıda – səfarətdə əyləşmişdi. Qulu Xəlilov birinci opponent kimi rəyini söylədi. Sonra söz ikinci opponentə verildi. İkinci opponent (Əflatun Saraclı) öz rəyində tez – tez türk kəlmələrini işlədirdi. Birdən Qulu Xəlilov yerindən opponentə etiraz etdi. Azərbaycan dilində kəlmələr olduğu halda, yerli – yersiz türk sözlərini işlətməsini qəbahət saydı. Əsəbləşdi və ayağa durub kiçik zalı tərk etdi. İkinci opponent rəyini söylədikdən sonra Qulu Xəlilov kiçik zala qayıtdı. Onun bu hərəkəti zaldakıların hamısının ürəyincə oldu. Çünki ikinci opponentin rəyindəki yersiz və süni görünən türk kəlmələri hamını qıcıqlandırmışdı.
Qulu Xəlilovun cəsarəti, məhz yerində və məqamında olan cəsarəti onu hamıya sevdirirdi. Və onun cəsarətli, səmimi, qərəzsiz tənqidi hamının xoşuna gəlirdi. Heç kəs onun tənqidindən incimirdi. Bu gün ədəbi tənqid arzuolunan səviyyədə deyil. Doğrudan da ədəbiyyat barədə tost deyənlər çoxalıbdır. Əksər vaxtlar ədəbiyyat barədə tost deyilir. İndi ədəbi tənqidin qədri bilinmir. Ona görə ki, ədəbi tənqidə qiymət verənlər, ədəbi tənqidin dəyərini bilənlər azalıbdır. Qulu Xəlilov ədəbi tənqidə qiymət verən və ədəbi tənqidin dəyərini bilən bir ziyalı idi. O deyirdi: “Mən zəif əsər haqqında güzəştə getməyi millətə xəyanət hesab edirəm”. O, tənqidin qədrini bilənlər barədə deyirdi: “Tənqidin qədrini S.Vurğun, M.Hüseyn kimi adamlar bilibdir”.
Yadımdadır Qulu Xəlilovun yeznəsi (bacısının yoldaşı) Şirin Quliyev dəfələrlə mənə söhbət edərdi ki, bəzi şair və yazıçılar barədə xahiş edərdim ki, onların əsərləri barədə müsbət yazsın. O isə “Nə xahişin olsa, de, edərəm, ancaq bu xahişi etmə” söylərmiş. Qulu Xəlilov o qədər qərəzsiz adam olmuşdur ki, yaxşıya yaxşı, pisə pis deməkdən çəkinməmişdir. Hər hansı bir adamın yaxşı işini yaxşı, pis işini pis kimi üzünə deməkdən qorxmamışdır. Məsələn, o, M.Hüseyni tənqidin qədrini bilən bir tənqidçi kimi dəyərləndirməklə yanaşı, ona ürəyinin dediklərini söyləməkdən də yan keçməmişdir. Belə ki, günlərin birində Qulu Xəlilov Yazıçılar Birliyindən icazə almadan rayona getməli olur. Mehdi Hüseyn onu bu əməlinə görə – icazəsiz getdiyinə görə işdən çıxarır. Qulu müəllim rayona gedəndə bilir ki, onun oğlu olub. Qulu Xəlilovun iki qızı varmış, oğlu yox imiş. O, oğlunun olmasına sevinir. Və Mehdi Hüseynə zəng vurub deyir:
– Siz məni işdən çıxartdınız. Mənim isə oğlum oldu.
Mehdi Heseyn ona deyir:
– Gəl ona Tahir adını qoy. Tahir mənim qəhrəmanımdır. O, “Neft daşları” əsərindəki qəhrəmanını nəzərdə tutur.
Qulu Xəlilov ona cavab verir:
– Mən öz qəhrəmanımın adını – Azər adını qoyacağam.
Qulu Xəlilov oğlunun adını Azər qoyur.
Qulu Xəlilovun həyat eşqi güclü olmuşdur. O, uşaqlarına da, nəvələrinə də böyük dəyər vermişdir. Ömrünün sonuna yaxın televiziya müsahibələrinin birində deyirdi: “. Mən xəstəyəm. Stola yazmaq üçün yaxınlaşmağa qorxuram. Mən uşaqlarımla, nəvələrimlə başımı qatıram. Allah heç kəsi övladsız, uşaqsız, atasız, anasız etməsin”. Düzü, onun bu dediklərinin səmimi olduğunun şahidi olmuşam. Ancaq şahidi olduğum vaxt o qədər də əhəmiyyət verməmişəm. İndi fikirləşəndə görürəm ki, doğrudan da, o, bütün uşaqlara səmimi olmuşdur. Ona görə də bir hadisəni xatırlamaq istəyirəm. 1992-ci ilin dekabr ayında APİ-də (indiki ADPU-da) olan müdafiə şurasında dissertasiyamı müdafiə etdikdən sonra evimizdə (evimiz həyət evi idi) qonaqlıq təşkil etmişdik. Müdafiədən sonra qonaqlığa Qulu Xəlilov da gəlmişdi. Həyət evində qohum – qardaş manqalda qonaqlar üçün kabab çəkirdi və qardaşım uşaqları da həyətdə oynayırdılar. Bir də gördüm ki, Qulu müəllim müdafiə şurasının üzvlərindən və qonaqlardan ayrılaraq qardaşım uşaqlarını başına yığıb söhbət edir. Onlara müxtəlif suallar verir, onları danışdırır, onlara doğma münasibət göstərir. Hiss edirdim ki, uşaqların hazırcavablığı, diribaşlığı onun xoşuna gəlir. Bunun haradan qaynaqlandığını onun müsahibələrindəki bu fikirləri dinlədikdən sonra daha yaxşı anladım: “. Allah bizim övladlarımızı qığıldamaq səadətindən uzaq etməsin. Çörək səadətindən uzaq etməsin”. Nə isə.
Qayıdıram yenə də həyətimizdəki qonaqlığa. Qulu müəllim tez – tez əlini manqalın içindəki ocağa uzadır və əllərini qızdırırdı. Sonra ocaqda qızmış əllərini sifətinə və üstünə çəkirdi. Bunu hava soyuq olduğu üçün edirdi. Bütün qonaqlar içəridə yeyib – içirdi. O isə həyətdə atamla, qardaşımla, qohumlarımla mehribancasına və səmimi şəkildə söhbət edirdi. Bəlkə buna o vaxt o qədər də əhəmiyyət vermirdim. İndi isə görürəm ki, Qulu Xəlilov nə qədər təbii və sadə adam imiş. O birinci dəfə olduğu ailədə özünü nə qədər doğma aparırmış. Səbəbini indi axtaranda görürəm ki, o, torpağa, xalqa, millətə bağlı olduğundan belə edirmiş. Eyni zamanda zəhmətə və zəhmətkeş insanlara, təmiz və təbii ailələrə, dünyanın bütün ağrı – acısını görmüşlərə bağlı olduğundan belə edirmiş. Mən indi başa düşürəm ki, o, Allahın imtahana çəkdiyi, bu imtahandan üzüağ çıxardığı və qoruyub saxladığı insanların, ailələrin hər birinə hörmətlə yanaşırmış. Bu da yenə Qulu Xəlilovun mərhəmətli, ədalətli və cəsarətli olmasından irəli gəlirmiş.
O, torpaq qədər müqəddəs, daş, qaya qədər möhkəm, od kimi isti, su qədər təmiz adam idi. Xarakterinin qeyri – adiliyi də elə bununla (müqəddəslik, möhkəmlik, kişilik, istilik, təmizlik) bağlı idi. Belələri torpağı, daşı, qayanı, təbiəti, odu, suyu insan kimi qəbul edir və başa düşür. O, doğrudan da, torpaqdan, daşdan, qayadan, təbiətdən, oddan, sudan güc alan adam idi. Onun uyuduğu qəbir də bunu təsdiq edir. Oğlu Azər Xəlilovun dediklərindən aydın olur ki, Qulu Xəlilov öz vəsiyyəti ilə Şağanda bir qayanın yanında dəfn olunmuşdur. Qayanın hər tərəfi qumluq olsa da, qaya elə qayadır. Qulu Xəlilovun məzarı qayaya söykənməklə taleyini Vətən torpağındakı qayaların taleyinə bağladı. O, Məmməd Arazın şeirində söylənən fikri təsdiq etdi:
Bir qayaya söykənmişəm,
Deyirəm kaş,
Bax beləcə daşa dönəm,
Yavaş – yavaş.
O yenə də Məmməd Arazın şeirindəki fikri təsdiq etdi:
Onda Vətən sanar məni
Bir balaca Vətən daşı,
Vətən daşı olmayandan
Olmaz ölkə Vətəndaşı!
Qulu Xəlilov “Yaşamaq istəyirəm” əsərini yazmışdı. Və onun həyat eşqi güclü idi, yaşamaq istəyi hədsiz idi. Qulu Xəlilov yaşamaq, yaratmaq istəyirdi. Ancaq həyatın çətinlikləri, ağrıları ədalətsizlik və haqsızlıq onu cana gətirmişdi. Televiziya müsahibələrinin birində dediyi kimi: “Dünyanın ən böyük adamlarını həyat cana gətirdikdə yaşamaq istəmir. Amma mənim özüm də bəzən özümü ölü kimi hesab edirəm”. O, ruhən, təbiətən çox diri və mübariz adam idi. Ona görə də yaşamaq istəyirdi. Və “Yaşamaq istəyirəm” əsərini də yazdı. Harada mərd, cəsarətli, ədalətli, obyektiv mövqe varsa, orada Qulu Xəlilovun ruhu var. Orada Qulu Xəlilov yaşayır.
Comments are closed, but trackbacks and pingbacks are open.