Press "Enter" to skip to content

Quranda məcazlar

Bəqərə 173. Allah sizə ölmüş heyvanı, qanı, donuz ətini və Allahdan başqasının adı ilə kəsilənləri qəti haram etmişdir. Lakin naəlac qaldıqda başqasının malını zorla mənimsəmədən və həddi aşmadan bunlardan yeməyə məcbur olan kimsənin heç bir günahı yoxdur. Allah bağışlayandır, mərhəmətlidir.

Quranda halal və haram məsələləri

Allahın Quranda qadağan etdiyi bir sıra haram yeyəcəklər və əməllər vardır ki, bir müsəlman bunlara mütləq şəkildə əməl etməlidir. Verəcəyim ayələrdə biz bu haramların nələrdən ibarət olduğunu görəcəyik. Lakin, Peyğəmbərdən sonra onun adına uydurulan rəvayətlərdə Qurandan kənar, Quranla heç bir sübutu olmayan haramlar əlavə edilmişdir. Məsələn: Kişiyə ipəyin və qızılın haram olması, heyvanın içalatındakı piylərin haram olması, saqqal qırxmağın haram olması, qadının qaş almasının haram olması, it əti, pişik əti, çəyirtkə və.s. Guya haşa Allah bunlara Quranda yer tapmayıb hədislərlə bildirib 200 il sonra da kimlərsə bu hədisləri yığıb “Quranı tamamlayıb”. Əlbəttə bu iddiaların heç bir əsası yoxdur. Allah Kitabda buyurur ki “söz qıtlığı çəkməz”. Yani ki, lazım olan bütün əmrlər Quranda göstərilmişdir. Allahın haram etmədiyi, haqqında susulduğu bütün şeylər halaldır və istifadəsi insanın öz öhdəsinə buraxılmışdır. Məsələn: Bir məzhəbçi deyə bilər ki Allah it ətini haram etməyib əgər səmimisənsə ye o əti. Bu iddia olduqca gülməlidir. Məsələn mərciməyə paxlava atıb yeyərsinizmi? Bu haram deyil amma yemək də mümkün deyil, çünki ağız dadına uyğun deyil. İt əti də elə haram deyil amma yeyilib, yeyilməməsi insana qalıb. 1,5 milyondan çox heyvan növü var onlardan 1000-lərlə növ var ki, zəhərlidir yeməli deyil onların hamısının adı Quranda yazılsaydı zoologiya kitabından fərqi olmazdı ki. Yəni bir şeyin yeməli olmaması onun haramlığına dəlalət eləmir. İndi isə Allahın nələri haram etdiyinə baxaq:

Maidə 3. Ölü heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş, boğulmuş, vurulmuş, yıxılaraq ölmüş, vurulub öldürülmüş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş-canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır-dikinə qoyulmuş daşlar üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi. Bunlar günahdır. Bu gün kafirlər dininizdən əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun. Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim. Kim aclıq üzündən naçar qalarsa, günaha meyil etmək niyyətində olmayaraq zəruri ehtiyacını ödəyəcək qədər bu haramlardan yeyə bilər. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir.

Maidə 4. Səndən hansı şeylərin halal edildiyini soruşurlar. De: “Bütün pak nemətlər sizə halal buyurulmuşdur. Allahın sizə öyrətdiyi ilə təlim edib əhliləşdirdiyiniz yırtıcı heyvanların ovladıqları da sizə halaldır. Onların sizin üçün tutub gətirdiklərindən yeyin və ona görə Allahın adını çəkin. Allahdan qorxun. Şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəndir.

Maidə 5. Bu gün pak nemətlər sizə halal edilmişdir. Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə kitab əhlinə halaldır. Möminlərin, həmçinin sizdən əvvəl kitab verilmişlərin azad və ismətli qadınları mehrlərini verdiyiniz, namuslu olub zina etmədiyiniz və aşna saxlamadığınız təqdirdə evlənmək üçün sizə halaldır. İmanı dananın bütün işləri boşa çıxar və o, axirətdə zərər çəkənlərdən olar.

Maidə 90. Ey iman gətirənlər, bütün sərxoşedici maddələr də, qumar da, bütlər də, fal oxları da şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız.

Maidə 96. Sizin üçün bir dolanacaq vasitəsi olsun deyə, ihramda ikən dəniz ovu və onu yemək sizə də, səfərdə olanlara da halal edildi. İhramda olduğunuz müddətdə isə quruda ov etmək sizə haram buyuruldu. Hüzuruna toplanacağınız Allahdan qorxun.

Bəqərə 173. Allah sizə ölmüş heyvanı, qanı, donuz ətini və Allahdan başqasının adı ilə kəsilənləri qəti haram etmişdir. Lakin naəlac qaldıqda başqasının malını zorla mənimsəmədən və həddi aşmadan bunlardan yeməyə məcbur olan kimsənin heç bir günahı yoxdur. Allah bağışlayandır, mərhəmətlidir.

Bəqərə 275. Faiz yeyənlər qiyamət günü qəbirlərindən ancaq şeytan toxunmuş kimi qalxarlar. Bunların belə olmaları: “Alış-veriş də faiz kimi bir şeydir”–dedikləri üzündəndir. Halbuki, Allah alış-verişi halal, faiz almağı isə haram etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə bu işə son qoyarsa, keçmişdə aldığı faizlər onundur ona bağışlanar. Onun işi Allaha aiddir. Amma yenidən buna qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar.

Nisa 23. Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və bacılarınızın qızları, süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları və yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan ögey qızlarınız ilə evlənmək haram edildi. Cinsi əlaqədə olmadığınız qadınlarınızın qızları ilə evlənmək isə sizin üçün günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq da sizə haramdır. Yalnız keçmişdə olan bu cür işlər müstəsnadır. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir.

Ənam 121. Üstündə Allahın adı çəkilməmiş heyvanların ətindən yeməyin. Bu, şübhəsiz ki, günahdır. Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mücadilə etmək üçün təlqin edirlər. Əgər onlara itaət etsəniz, şübhəsiz ki, siz də müşrik olarsınız.

Ənam 151. De: “Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın, ata-anaya yaxşılıq edin, kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Açıq və gizlin pis işlərə yaxın düşməyin. Allahın haram buyurduğu cana qıymayın. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb anlayasınız.

Əraf 33. De: “Rəbbim yalnız aşkar və gizli alçaq işləri, hər cür günahı, haqsız zülmü, Allahın haqqında heç bir dəlil nazil etmədiyi hər hansı bir şeyi Ona şərik qoşmağınızı və Allaha qarşı bilmədiyiniz şeyləri deməyinizi haram buyurmuşdur”.

Nəhl 115. Allah sizə ancaq ölü heyvanı, qanı, donuz ətini və Allahın adı çəkilmədən kəsilmiş heyvanı haram buyurmuşdur. Başqa bir şey tapa bilməyib zəruri ehtiyacını ödəyəcək qədər bunlardam yeməyə məcbur olan şəxsə günah yazılmaz. Çünki Allah bağışlayandır, rəhm edəndir.

Həcc 30. Məsələ belədir. Kim Allahın haram buyurduqlarına hörmət etsə, bu, Rəbbi yanında onun üçün xeyirli olar. Sizə deyilənlərdən başqa, qalan heyvanlar sizə halal edilmişdir. Belə olduğu təqdirdə, murdar bütlərdən qaçın, yalan sözlərdən də çəkinin.

İndi isə bu 13 ayədən Allahın nələri haram etdiklərinə baxaq.
1. Ölü heyvanın əti.
2. Axar qan.
3. Donuz əti.
4. Allahdan başqasının adı ilə kəsilmiş bütün heyvanlar.
5. Boğulmuş, vurulmuş, yıxılaraq ölmüş, vəhşi heyvanlar tərəfindən parçalanmış kəsməyə imkan tapılmayan heyvanlar.
6. Bütlərə doğru kəsilən heyvanlar.
7. Fal oxları ilə pay bölmək.
8. Hər cür günahı.
9. Aşkar və gizli bütün alçaq işləri (Məsələn: zina, oğurluq, lüt gəzmək, yalan danışmaq və.s)
10. Kiməsə haqsız yerə zülm etməyi.
11. Allahın haqqında Quranda bildirmədiyi şeyləri ona şərik qoşmağı.
12. Allaha qarşı bilmədiyimiz şeyləri deməyi və şərik qoşmağı.
13. İhramda olduğumuz müddətdə quruda ov etmək.
14. Bütün növ kefləndirici maddələr (şərab, içki, narkotik və.s)
15. Qumar, bütlər, fal oxları.
16. Faiz almağı və faiz yeməyi.
17. Analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və bacılarınızın qızları, süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları və yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan qızları (ögey qızlarınız) ilə evlənmək.
18. İki bacını birlikdə almaq.
19. Kasıblıq üzündən uşaqları öldürməyi.
20. Günahsız adamı öldürməyi.

İndi də bu ayələrdən Allahın bəndələrinə nələri halal qıldığına baxaq.
1. Bütün pak nemətlər (yəni Allahın haram etdiklərindən başqa)
2. Əhliləşdirdiyimiz heyvanların (it, şahin) ovladıqları.
3. Kitab əhlinin ismətli qadınları ilə ailə qurmaq.
4. Bütün növ dəniz məhsulları.
5. Və Allahın haram etdiklərindən başqa bütün hər şey insana halal buyrulmuşdur.
6. Hətta zəruri ehtiyac halında belə Allah haram etdiklərini halal etmişdir.

Quranda dəqiq verilən bu qaydalardan sonra kim desə ki, filan hədisə görə bu da halaldır (haramdır) demək açıq-aşkar nəfsinə uymuşdur.

Quranda məcazlar

Əlinizdə olan “Quranda Namaz” adlı kitab Qurani-kərimin buyuruqlardan ilham alaraq namaz haqqında söhbət açır. Belə ki, namaz haqqında olan 100-ə yaxın ayəyə uyğun mövzular tərtib edilmiş və məsumlardan (ə) nəql edilən rəvayətlərə istinadən onlara şərhlər verilmişdir.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabın əhatə etdiyi mövzular aydın şəkildə qələmə alınmış və diqqətin əsas məqsədə yönəlməsi üçün mətnə uyğun, vahid prinsip əsasında başlıqlar seçilmişdir.

Kitabın səciyyəvi imtiyazlarından biri də, namazın əxlaqi-mənəvi yönlərinə diqqət yetirməsi və onun cəmiyyətdə olan roluna nəzər salmasıdır.

Ümidvarıq, kitab əziz oxucuların marağına səbəb olacaq və qeyd edilən mövzulardan səmərəli istifadə edəcəklər.

Niyam Aqil
Namazın əhəmiyyət və dəyəri

Bütün məsumların (ə) vəzifəsi insanları Allaha ibadət etməyə dəvət etmək və səadət yolunu onlara göstərməkdir. Belə ki, ilahi övliyalar həmişə insanları dini göstərişlərin icrasına çağırmış və onları günah burulğanlarından xilas etməyə çalışmışlar. Bu vacib əməllər arasında, namaz məsumlar üçün böyük əhəmiyyətə malik olmuş və daim onun hamı tərəfindən həyata keçməsi naminə təlaş etmişlər.

Din göstərişləri arasında heç bir əməl digərinə nisbətdə üstün sayılmır. Lakin, məsumlar (s) yekdil olaraq namazın digər ibadətlərdən üstün olmasını vurğulamışlar. İmam Sadiqdən (ə) nəql edilən bir hədisdə oxuyuruq:

“Həcc dünya və dünyada olanlardan üstündür. Lakin, bir vacib namaz min müstəhəb namazdan daha dəyərlidir”(“Zariyat”, 56.).

Belə bir sual daim insanları maraqlandırır ki, nə üçün həzrət Peyğəmbər (s), İmam Əli (ə) və s. məsumlar (ə) namaza bu qədər əhəmiyyət vermişlər? Namazda olan, digər ibadətlərdə olmayan özəllik nədir? Bu sualın cavabı namazın mətnindədir. Əgər namazın zikrlərinə diqqətlə nəzər salsaq, onun Allahın zatı sifətlərinin, fellərinin və yeganəliyinin izharı olduğunu görərik.

Azan və iqaməyə, “Həmd” və “İxlas” surələrinə, rükunun, səcdənin zikrlərinə, təşəhüd və salama diqqət yetirdikdə yaradılış aləminin sirlərinin bəyan edilməsinin şahidi oluruq. Belə ki, Namaz halında Allahın yeganəliyini, böyüklüyünü hiss edir və bu varlıq aləmini Allah kəlamının bir kəlməsi olduğunu duyuruq. Aləmdə hər şeyin yerli-yerində olması isə onu bir sonsuz qüdrət sahibi olan müdrik Tanrı tərəfindən xəlq ediliyini dərk edirik. Elə buradan da başqa ibadətlərin lüzumu və özünəməxsus təsir bağışlamalarına baxmayaraq, onların nə üçün namaz qədər önəmli olmaması aydınlaşır. Buna görə də bu ibadətlərin bəzisi insan ömrü boyunca bir dəfə (Həcc kimi), bəzisi ildə bir ay (Oruc kimi) vacib olur və bəzi ibadətlər isə (Cihad kimi) bir çoxlarına nisbətdə heç vacib ollmur.

Həzrət Əli (ə) namazın əhəmiyyətini belə açıqlayır:

“Camaat, namaz qılmağı öhdənizə alın, onu qoruyun, çox namaz qılın və qıldığınız namazla Allaha yaxınlaşın. Namaz müəyyən vaxtlarda möminlərə vacib edilən əmrdir.( “Nisa”,103.)

Cəhənnəm əhlinin cavabını eşitmədinizmi? Onlardan cəhənnəm əhli olmasının səbəbini soruşduqda deyirlər: “Biz namaz qılanlardan deyildik;”( “Muddəssir”, 43.)

Gerçəkdən, namaz günahları payız yarpaqları kimi yerə salır, günah zəncirini insanın boynundan uzağa atır. İslam peyğəmbəri (s) namazı bir kişinin evi qabağından axan çeşmənin isti suyuna bənzədirdi. O kişi hər gün o çeşmə suyu ilə beş dəfə çimsə onda heç bir çirkinlik qalmaz.

Namazın dəyərini dərk edən həqiqi möminləri, dünya zinətləri – gözlərinin nuru olan var-dövlət, arvad-uşaq namazdan ayrı sala bilmir. Mütəal-Allah buyurur: “O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi (dəhşətdən ürəklərin duymaqdan, gözlərin görməkdən qalacağı) bir gündən (qiyamət günüdən) qorxarlar”( “Nur”, 37.) .

Allahın rəsulu (s) insanları Cənnətlə müjdələdikdən sonra çox namaz qılmaqla özünü zəhmətə salırdı. Çünki, Allah ona buyurmuşdu: “Əhlinə (əhli-beytə və ümmətinə) namaz qılmağı əmr et, özün də ona (namaza) səbirlə davam et (yaxud məişət çətinliklərinə döz). Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqva sahiblərinindir (müttəqilərindir)!”( “Taha”,132.) Beləliklə, İslam peyğəmbəri (s) həmişə ailəsini namaza dəvət edir və özü də bu ibadəti çox böyük məhəbbətlə həyata keçirirdi”.( “Nəhcul-bəlağə”, xütbə. 199.)

Qurani-kərimdə namaza verilən dəyər və əhəmiyyətlə daha dərindən tanış olmaq üçün aşağıda daha ətraflı söhbət açırıq.

Allahı xatırlamağın yolu namazdır
Allah Quranda buyurur:
فَاذْكُرُونِي أَذْكُرْكُمْ وَاشْكُرُواْ لِي وَلاَ تَكْفُرُونِ”

“Belə isə məni xatırlayın ki, mən də sizi xatırlayım. Mənə şükür edin və (mənim nemətlərimə qarşı) kafir olmayın”(Bəqərə”, 12.).

Əgər Allahın bizə yardım etməsini və həmişə Onun diqqətinə layiq olmağımızı istəyiriksə, hər zaman Onu xatırlamalı və yada salamlıyıq. İmam Sadiq (ə) Allahın yada salınmağının necəliyini belə aydınlaşdırır:

Həsən Bəzzazi deyir: İmam Sadiq (ə) mənə buyurdu: “İstəyirsənmi Allahın, bəndələri üçün vacib etdiyi ən çətin əməlləri sənə tanıtdırım?” Dedim: “Bəli”. Buyurdu: ” Camaatla insafla davranmaq, qardaşa kömək etmək, hər yerdə Allahı yada salmaq. Agah ol, mən Allahı yada salmaq dedikdə “Əlhəmdulillah”, “Subhanəllah, “Allahu Əkbər” deməyi nəzərdə tutmuram. Doğrudur, bunlar da Allahı xatırlamaqdır, lakin, Allahı hər yerdə xatırlamaq Onun əmri və ya qadağası ilə qarşılaşdığın zamandır”(“Kafi”, c. 2, səh.145.).

Yuxarıda qeyd edilən ayədən məlum olur ki, Allahı həmişə yada salan şəxslər ona şükür edənlərdir. Çünki, malik olduqları hər bir şeyin Onun tərəfindən olduğunu başa düşürlər. Əks təqdirdə, bu xüsusiyyətdən məhrum olan insanlar nankor olub, Allahın nemətlərinin şükrünü etmir, uca Tanrını unudaraq kafir(Məlum mövzuda qeyd edilən kafir olmaqda məqsəd Allaha yox, onun nemətlərinə kafir olmaq anlamındadır.) olurlar.

Allah bütün vaxtlarda, istər sübh olsun, istərsə də gecə, yada salınmalı, xatırlanmalıdır. Bu haqda Quranda oxuyuruq:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اذْكُرُوا اللَّهَ ذِكْرًا كَثِيرًا وَسَبِّحُوهُ بُكْرَةً وَأَصِيلًا

“Ey iman gətirənlər! Allahı çox zikr edin! Onu səhər-axşam təqdis edib şə’ninə tə’riflər deyin! “( “Əhzab”, 41-42. )

Bu xüsusiyyət övliyaların tərk edilməz əxlaqlarından biridir. Allah-taala “Merac” hədisində buyurur: “Onlar dünyada üç şeyə sevinərlər: Allahın zikri, Allahın məhəbbəti, Allahın razılığı”( “Dost diyarının yolçuları”, “Merac” hədisinin şərhi, Ayətuullah Misbah Yəzdi.) . Allahı sevən insan onu xatırlayır və bu düşüncələrdən ləzzət alır. Vüsal dəmi yetənədək Allah aşiqlərini məşğul edən və sevindirən Allahın xatırlanması Onun zikridir. İmam Səccaddan (ə) nəql edilmiş duada oxuyuruq: “Qəlbimi zikrinlə diridir”( “Biharul-ənvar”, c. 98, səh. 89.) . Həqiqətən də Allahın zikri olmadan möminlərin qəlbi ölüdür. Möminlərin şadlığı, qəlblərinin diriliyi Allahı xatırlamaqdan asılıdır. Onu dünya ləzzətləri maraqlandırmır. Həzrət Əli (ə) Tanrının ona bəxş etdiyi əzəmət və məqamına baxmayaraq, həmişə Allahı zikr edərək, onun ən çox şükür edən bəndəsinə çevrilir.

Həzrət Əmirəlmöminin Əlinin (ə) səhabələrindən olan Hubbə Ərəni və Nof Bukalı, Kufədə “Darul-İmarə”nin həyətində uzanmışdılar. Gecə yarısı həzrət Əlini (ə) ahəstə və qeyri-təbii halda iqamətgahdan çıxıb, həyətə doğru gəldiyini gördülər. Qorxu o həzrəti bürümüş, hətta müvazinətini belə saxlaya bilmədiyindən əllərini divara söykəyərək addım-addım, beli əyilmiş halda irəli gəlir və “Ali-İmran” surəsinin bu ayələrini zümzümə edirdi:

إِنَّ فِي خَلْقِ السَّمَاوَاتِ وَالأَرْضِ وَاخْتِلاَفِ اللَّيْلِ وَالنَّهَارِ لآيَاتٍ لِّأُوْلِي الألْبَابِ الَّذِينَ يَذْكُرُونَ اللّهَ قِيَامًا وَقُعُودًا وَعَلَىَ جُنُوبِهِمْ وَيَتَفَكَّرُونَ فِي خَلْقِ السَّمَاوَاتِ وَالأَرْضِ رَبَّنَا مَا خَلَقْتَ هَذا بَاطِلاً سُبْحَانَكَ فَقِنَا عَذَابَ النَّارِ رَبَّنَا إِنَّكَ مَن تُدْخِلِ النَّارَ فَقَدْ أَخْزَيْتَهُ وَمَا لِلظَّالِمِينَ مِنْ أَنصَارٍرَّبَّنَا إِنَّنَا سَمِعْنَا مُنَادِيًا يُنَادِي لِلإِيمَانِ أَنْ آمِنُواْ بِرَبِّكُمْ فَآمَنَّا رَبَّنَا فَاغْفِرْ لَنَا ذُنُوبَنَا وَكَفِّرْ عَنَّا سَيِّئَاتِنَا وَتَوَفَّنَا مَعَ الأبْرَارِ رَبَّنَا وَآتِنَا مَا وَعَدتَّنَا عَلَى رُسُلِكَ وَلاَ تُخْزِنَا يَوْمَ الْقِيَامَةِ إِنَّكَ لاَ تُخْلِفُ الْمِيعَادَ

“Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır.

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!

Ey Rəbbimiz! Sən cəhənnəm oduna atdığın şəxsi, əlbəttə, rüsvay edərsən və zalımlara kömək edən olmaz!

Ey Rəbbimiz! Həqiqətən, biz: “Rəbbinizə inanın!” – deyə imana tərəf çağıran bir kimsənin çağırışını eşidib Sənə iman gətirdik. Ey Rəbbimiz! İndi günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç (böyük günahlarımızı bağışla, kiçik günahlarımızın üstünü ört) və canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al !

Ey Rəbbimiz! Öz peyğəmbərlərin vasitəsilə bizə və’d etdiklərini ver və qiyamət günündə bizi rüsvay etmə! Əlbəttə, Sən Öz və’dinə xilaf çıxmazsan!”( “Ali-imran”,190-194.)

Yataqlarında uzanan Hubbə və Nof həzrət Əlinin (ə) az qala huşdan gedə biləcək halda bu ayələri tilavət etməsini görürüdülər. Hübbə heyrətamiz halda baxır, Nof isə gördüyü səhnənin təsirindən göz yaşı axıdırdı. Həzrət Əli (ə) Hubbənin yanına çatdıqda buyurdu:

– Yatmısan, yoxsa oyaqsan?

– Oyağam, ey möminlərin agası. Əgər sən Allahın əzəmətindən belə qorxursansa, onda vay olsun bizim halımıza!

Əmirəlmöminin (ə) başını aşağı salıb ağladı və bu zaman buyurdu:

– Ey Hubbə, biz hamımız bir gün Allahın hüzurunda saxlanılacağıq. Bizim heç bir əməlimiz Ona gizli deyil. O, mənə, sənə boynumuzun damarından da yaxındır. Heç bir şey bizimlə onun arasında sədd ola bilməz”. Sonra üzünü Nofa tutub:

– Yox, ey Əmirəlmöminin, oyağam və ağlayıram.

– Ey Nof, əgər bu gün Allahın qorxusundan çox ağlasan, sabah (Qiyamət günü) gözlərin işıqlı olacaq. Ey Nof, Allahın qorxusundan gözdən tökülən bir damla yaş dəryalar qədər cəhənnəm odunu söndürür. Ey Nof, heç kəsin məqamı Allahın qorxusundan ağlayanın və ona görə məhəbbət bəsləyənin məqamından üstün deyil. Ey Nof, Allahı sevən və bütün sevdiklərini də Allaha görə sevən və heç nəyi Allahın məhəbbətindən üstün tutmayan və Allaha görə bəzi şeylərlə düşmən olan şəxsin məhəbbət və nifrəti yalnız yaxşılıqlarla cavablandırılacaq. Bu məqama çatdığınız zaman bilin ki, imanınız kamildir.

Hubbə və Nofa moizə etdikdən sonra buyurdu:
– Allahdan qorxun, mən bunu sizə çatdırdım.
Sonra onlardan ayrılıb yenə də öz münacatına başladı:

– Allahım, kaş biləydim, mən səndən qafil olan zaman səndəmi məndən üz döndərirsən, yoxsa mənə diqqət yetirirsən? Kaş biləydim, uzun-uzadı qəflətdə yatmağım və sənin şükrünü yerinə yetirməkdə səhlənkarlıq etdiyim bir halda sən mənim haqqımda nə düşünürsən?”

Hubbə və Nof nəql edirlər: “Allaha anad olsun, o Həzrət (ə) səhərə qədər münacatını davam etdi”(“Biharul-ənvar”, c. 9, səh. 589.).

İslam dininin sütunu hesab edilən namaz uca Allahı xatırlamaq, onu zikr etmək üçün ən mühüm vasitələrədən biridir. Hər bir şəxs gün ərzində müxtəlif vaxtlarda Allaha namaz qılmaqla Onun əzəmətini, sonsuz qüdrət sahibi olduğunu yada salır. Bu haqda Qurani-Kərimdə oxuyuruq:

إِنَّنِي أَنَا اللَّهُ لَا إِلَهَ إِلَّا أَنَا فَاعْبُدْنِي وَأَقِمِ الصَّلوةَ

“Mən, həqiqətən, Allaham. Məndən başqa heç bir tanrı yoxdur. Mənə ibadət et və Məni anmaq üçün namaz qıl!”( “Taha”, 14-cü ayə.)

Bu əmrə tabe olmayan şəxslər zaman ötdükcə Xaliqlərini unudacaq və şeytan bu fürsətdən istifadə edərək onları azğınlığa sürükləyəcəkdir.

Namaz İlahi dəstəkdir

Yaşadığımız dünya müxtəlif çətinliklərlə dolu olan bir məkandır. Bütün bu çətinliklərə sinə gərmək, sıxıntılarla mübarizə aparmaq hər şəxsin ümdə vəzifələrindən biri sayılır. Lakin, hər bir problem maddi səylər nəticəsində öz həllini tapa bilmir. İnsan iki qütblu – həm cism və həm də ruhdan ibarət olduğu üçün mənəvi aləmə də diqqət yetirməli və bu vasitə ilə İlahi rəhmətə qovuşaraq özünü zamanın amansız fırtınalarından amanda saxlamalıdır. Quari-Kərimin buyuruğuna əsasən, insana dəstək verən ən əsaslı mənəvi qüvvələrədən biri də namazdır. Bu haqda “Bəqərə” sürəsinin 45-ci ayəsində oxuyururq:

وَاسْتَعِينُواْ بِالصَّبْرِ وَالصَّلوة
“Səbr və namazdan dəstək alın!”
Məlum sürənin 153-cü ayəsində yenə də iman sahiblərinə xitab olaraq belə buyurulur:
يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اسْتَعِينُواْ بِالصَّبْرِ وَالصَّلوةِ
“Ey iman gətirənlər, səbr və namazdan dəstək alın”

Burada belə bir sual yarana bilər ki, yalnız bir küncə çəkilib namaz qılmaqla bütün çətinlikləri həll etmək necə mümkündür?

Suala cavab olaraq qeyd edilməlidir ki, ayədə məqsəd namazın mənəvi köməyidir. Belə ki, Allahla söhbətindən güc alan şəxs yeni bir ruhiyyə ilə həyata qayıdır, süstlük, tənbəllik ondan uzaqlaşır və bu, onun daha da çevik olmasına səbəb olur. Məsələn, heç bir dəyəri olmayan bir taxta parçası şikəst şəxsin ayaqda qalmasına, hərəkət etməsinə və ən nəhayət cəmiyyətdə öz mövqeyini tapmasına zəmin yaradır. İlahi nur sayılan namazın insan həyatına bundan qat-qat çox təsir göstərir.

İslam peyğəməri (s) çətinliklərlə qarşılaşdığı zaman namaza sığınır və bu mənəviyyat kanının əzəmətindən faydalanırdı. Belə ki, İmam sadiq (ə) buyurur: “Allahın rəsulu narahat olduğu zaman namaz qılırdı”(“Sünənun-Nəbi”.).

Böyük mütəfəkkir, həkim-cərrah Əbu Əli Sina hər hansı bir elmi məsələni həll etməsində çətinlik çəkdiyi zaman namaz qılıb, Allaha dua edərdi. O, bu haqda deyir: “Zehnim kütləşdikdə, hər hansı bir elmi məsələni həll edə bilmədiyimdə dəstəmaz alır, İmam Hüseynnin (ə) türbətini qarşıma qoyub, üzü qibləyə tərəf iki rükət namaz qılır əqlin, düşüncənin Allahına pənah apararaq ondan imdad diləyirdim. Namazdan sonra Allaha təvəssül edib, yenidən o səhifəni oxumağa başlayırdım. Bu zaman mənə fikri, elmi ilhamlar olur və mən ən dərin elmi məsələləri həll edirdim”(“Gəncineyi-maarif”, səh.741.).

Əbu Əli Sina kimi bir şəxsi elm qüruru aldada bilməyib, Allaha səcdə qılaraq, razü-niyaz edibsə, biz elmi az olan insanlar bu məsələlərdə daha diqqətli olmalıyıq.

Ümumiyyətlə, Allahı zikr etmək, mübarək adlarına sığınmaq, ona təvəkkül etmək və bütün bunlardan əldə edilən ruh yüksəkliyi ilə çalışmaq çətinliklərin həlli üçün ən böyük vasitədir. Rəvayətdə qeyd edilir , İslam peyğəmbərinin (s) əziz qızı həzrət Zəhra (s) ev işlərinin ağırlığından çətinlik çəkdiyi üçün atasından bir kəniz istədikdə Peyğəmbər (s) bunun mümkün olmadığını anladaraq ona sıxıntılarının qarşısını ala bilməsi üçün bir zikr öyrədir.

Qur’oni karim borasida 25 ta haqiqat

Qur’on — Alloh taoloning kalomi, yer yuzida eng ulug‘vor va o‘qilishi shart bo‘lgan kitobdir. Unda inkor etib bo‘lmaydigan faktlar va ilmiy kashfiyotlar mujassam. Qur’on — mo‘jiza, ya’ni (inson aqlini) ojiz qoldiruvchidir. Quyida ushbu Muqaddas Kitob haqida siz bilgan va bilmagan qiziqarli faktlar savol-javob shaklida keltirilgan.

1. Qur’on necha pora (bo‘lim)dan iborat?
— 30.

2. Qur’onda nechta sura bor?
— 114 sura.

3. Makkada nechta sura nozil qilingan?
— 85ta.

4. Madinada nechta sura nozil qilingan?
— 29ta.

5. Qur’onda nechta oyat bor?
— Abdurahmon Abdulloh ibn Habib as-Sulmiydan, Ali ibn Abu Tolibdan roziyallohu anhu rivoyatiga ergashuvchi kufiy mazhabi (maktabi)ga ko‘ra, oyatlarning soni 6236 tadir.

6. Qur’onda nechta so‘z bor?
— 77439.

7. Qur’onda nechta harf bor?
— 323015.

8. Qur’onda nechta harfusti belgilari bor?
— 1025030.

9. Eng kichik sura qaysi?
— “Kavsar” surasi, u uchta oyatdan iborat.

10. Qaysi sura eng uzun?
— “Baqara” surasi.

11. Qur’ondagi eng uzun oyat qaysi?
— “Din” deb ataluvchi “Baqara” surasining 282-oyati.

12. Eng uzun so‘z qaysi?
— Anulzimukuma (Hud surasi, 28-oyat).

13. Payg‘ambarimiz sollallohu alayhi vasallamga birinchi nozil qilingan sura qaysi?
— “Alaq” surasi.

14. Qur’ondagi eng e’zozlangan sura qaysi?
– “Fotiha” surasi.

15. Qur’onda eng ulug‘vor qaysi sura hisoblanadi?
— “Baqara” surasi.

16. Qaysi sura Qur’onning yarmiga teng?
— “Zalzalat” surasi.

17. Qaysi sura Qur’onning uchdan bir qismiga teng?
— “Ixlos” surasi.

18. Oyatlarning qaysi biri eng qimmatli va e’tirofli hisoblanadi?
— “Baqara” surasining 255-oyati — “Oyatal Kursiy”.

19. Qaysi sura insonni Dajjol yomonligidan saqlaydi?
— “Kahf” surasi.

20. Uyda o‘qilgan qaysi suradan jin qochadi?
— “Baqara” surasidan.

21. Qaysi sura ikki payg‘ambar nomi bilan tugaydi?
— “A’la” surasi.

22. Qur’onda qaysi so‘z ko‘p takrorlanadi?
— “Alloh” ismi, 2640 marta.

23. Qaysi surada Alloh taoloning ismi har bir oyatda zikr qilingan?
— “Mujodalat” surasi.

24. Qur’onda qanday ilohiy kitoblar tilga olingan?
— Tavrot, Zabur, Injil kitoblari, Ibrohim va Muso alayhissalomlar bitiklari.

25. Qur’oni karimda qaysi payg‘ambarlar nomi tilga olingan?
1. Odam alayhissalom.
2. Idris alayhissalom.
3. Nuh alayhissalom.
4. Hud alayhissalom.
5. Solih alayhissalom.
6. Ibrohim alayhissalom.
7. Lut alayhissalom.
8. Ismoil alayhissalom.
9. Is’hoq alayhissalom.
10. Ya’qub alayhissalom.
11. Yusuf alayhissalom.
12. Ayyub alayhissalom.
13. Shuayb alayhissalom.
14. Muso alayhissalom.
15. Horun alayhissalom.
16. Yunus alayhissalom.
17. Dovud alayhissalom.
18. Sulaymon alayhissalom.
19. Ilyos alayhissalom.
20. Al-Yasa’ alayhissalom.
21. Zakariyo alayhissalom.
22. Yahyo alayxissalom.
23. Zulkifl alayhissalom.
24. Iso alayhissalom.
25. Muhammad alayhissalom.

Comments are closed, but trackbacks and pingbacks are open.