Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu
2. Təhlükə potensiallı obyektlərə bu Qanuna Əlavə 2-də göstərilən miqdarda maddələr və ionlaşdırıcı şüa mənbələrinin alınması, istifadə olunması, emalı, saxlanması, nəqli, ləğvi üzrə hər biri ayrıca olmaqla texniki təhlükəsizlik bəyannaməsinin işlənib hazırlanması məcburidir.
Güclü Təsirli Zəhərli Maddələrin(GTZM)
Qəza təhlükəli kimyəvi maddələr. Kənd təsərrüfatında ən çox işlədilən təhlükəli kimyəvi maddələr aşağıdalılardır:
Ammonyak – boğucu,kəskin naşatır iyli,rəngsiz qazdır,hiss olma həddi 0,037ml,dadı acı,havadan yüngüldür.Yuxarı tənəffüs yollarına, gözləri qıcıqlandırır,gözlərdə ağrıya, yaşaxmaya, təngənəfəsliyə, öskürməyə, başgicəlləməyə,qusmaya səbəb olur.
Xlor – kəskin boğucu iyli,göyümtül sarı qazdır,havadan 2,5 dəfə ağırdır.Yuxarı tənəffüs yollarını qıcıqlandırır,ağciyərdə şiş əmələ gətirir.
Xlorpikrin – kəskin iyli,rəngsiz,yağlı mayedir,gözlərin selikli qişalarını,ağciyəri,nəfəs yollarını qıcıqlandırır,kənd təsərrüfatında zərərvericilərə qarşı tətbiq olunur.
Sianid turşusu – rəngsiz,şəffaf mayedir,acı badam iyinə bənzər, bihuşedici iyi var.Nəfəs alarkən və qidalanarkən birbaşa daxilə keçir və zəhərlənmə olur.
Fosgen – çürük ot iyi verən rəngsiz qazdır,torpağı,avadanlığı və texnikanı zəhərləyə bilmir.Ağciyərin spesifik zəhərlənməsinə,gözlərə və selikli qişalara qıcıqlandırma olur,dəriyə təsir etmir.
- maddələrin miqyasından
- növündən
- tətbiq etmə üsulundan
- metroloji şəraitindən
- yerin relyefindən
Mövzu 25: Mülki müdafiə və onun vəzifələri. Mülki müdafiənin təşkili və ona
- fövqəladə hadisələrin qarşısının alınması məqsədilə tədbirlərin həyata keçirilməsi;
- hadisələr zamanı mümkün olan ziyan və itkilərin həcminin azaldılması;
- fövqəladə hadisələrin aradan qaldırılması.
- əhali və ərazinin mühafizəsini təmin etmək;
- fövqəladə hadisələri aradan qaldırarkən maliyə və maddi vəsaitləri ehtiyatı yaratmaq;
- hadisələri proqnozlaşdırmaq və qiymətləndirmək;
- dinc və ya müharibə dövründə hadisələrdən mühafizə olunma qaydalarını əhaliyə öyrətmək;
- insanların həyatına təhlükə yarada biləcək fövqəladə hadisələr barəsində əhaliyə xəbərdarlıq etmək;
- əhalini fərdi və kollektiv mühafizə vasitələri ilə təmin etmək;
- Fövqəladə hal baş vermiş yerlərdən əhalini köçürtməli;
- Fövqəladə hal zamanı zərərçəkmiş əhaliyə yardım göstərməli;
- Həyati əhəmiyyət daşınan maddi sərvətləri əvvəlcədən tədarük etmək;
- əhalinin və ərazinin fövqəladə hadisələrdən mühafizəsi sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirtmək.
Fövqəladə Hallar Nazirliyi. FHN 2005-ci il dekabr 16-da Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə yaradılmış və 2006-cı il 19 aprel tarixli fərmanı ilə təsdiq olunmuşdur. Fövqəladə Hallar Nazirliyi ölkədə əhalinin təbii fəlakətlərdən, texnogen xarakterli qəzalardan və yanğından qorunması, belə hadisələrin nəticələrinin aradan qaldırılması məsələlərini həll edən, habelə mülki müdafiə sahəsində dövlət siyasətini həyata keçirən, xilasetmə və bərpa işləri üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, digər müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi mülki müdafiə, əhalinin və ərazilərin təbii (geofiziki, geoloji, meteoroloji, hidroloji, dəniz-hidroloji, təbiət yanğınları və s.) və texnogen xarakterli (yanğınlar, partlayışlar, bina və qurğuların uçması, kimyəvi, radioaktiv və bioloji təhlükəli maddələrin tullantısı ilə əlaqədar qəzalar, elektroenergetika sistemlərində, həyat təminatlı kommunal sistemlərdə, təmizləyici qurğularda, hidrodinamik qurğularda, neft və qaz hasilatı və emalı obyektlərində, magistral boru kəmərlərində qəzalar, nəqliyyat qəzaları və s.) fövqəladə hallardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin və kiçik həcmli gəmilərin hərəkətinin təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin, tikintidə təhlükəsizliyin təmin olunması, dövlət material ehtiyatları fondlarının yaradılması sahələrində dövlət siyasətini və tənzimlənməsini işləyib hazırlayan, bu sahələrdə idarəetməni, əlaqələndirməni və nəzarəti həyata keçirən, fövqəladə halların yaranma ehtimalı böyük olduqda, yaxud baş verdikdə çevik reaksiya verilməsini, təbii, texnogen və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, obyektlərin və qurğuların mühafizəsini təşkil edən mərkəzi icra hakimiyyəti orqanıdır. Fövqəladə Hallar Nazirliyinin strukturu aşağıdakılardır:
– Dövlət Yanğından Mühafizə Xidməti
- Dövlət Yanğın Nəzarəti Xidməti
- MM-nin qoşunları
- Dövlət Material Ehtiyatları Agentliyi
- Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi
- Dövlət Sularda Xilasetmə Xidməti
- Hərbiləşdirilməmiş Xüsusi Mühafizə Xidməti
- Xəzər-Hövzə Qəza-Xilasetmə Xidməti
- Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi
- “İzotop” Xüsusi Kombinatı
- Elmi-İstehsalat Birliyi
- Mərkəzi Laboratoriya
- Təcili Xilasetmə Xidməti
- Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi
- Sənayedə İşlərin Təhlükəsizlik Görülməsi və Dağ-mədən Nəzarət Agentliyi
- Əsaslı Tikinti İdarəsi
- Aviasiya Dəstəsi
- Kinoloji Xidmət
- Tədris-Təlim Mərkəzi
- Tibb Xidməti
- Regional Mərkəzlər
- Attestasiya olunmuş Təşkilatlar
- Ayrı-ayrı hallarda Respublika FHN-nin müvəqqəti İdarəetmə Orqanları
- Naxçıvan MR – MR-nın Baş Naziri
- şəhərlərdə,rayonlarda,kənd və qəsəbələrdə – müvafiq İcra hakimiyyəti başçıları
- təsərrüfat sahələrində – nazirlər,dövlət komitələrinin sədirləri,baş idarələrin rəhbərləri
- təsərrüfat birliklərində və obyektlərində həmin birlik obyektlərinin rəhbərləri
Rabitə xidməti – rayon (şəhər) rabitə təşkilatının bazası əsasında təşkil olunur. Rabitə xidmətinin işçiləri: İcra Hakimiyyətinin nümayəndəsinə, idarələrin, müəssisələrin vəzifəli şəxslərinə və rayonun bütün əhalisinə fəvqəladə hadisələr təhlükəsi barədə vaxtında xəbər verir; MM siqnallarının verilməsini təşkil edir, rayonun bütün obyektləri ilə rabitə yaradır və onu daim fəaliyyətə hazır saxlayır; rayonun ərazisində fəaliyyət göstərən mülki müdafiə qüvvə və vasitələrinin idarə olunmasını təmin edirlər.
Tibb xidməti – tibb müəssisələrinin bazası əsasında yaradılır (xidmətin rəisi – rayonun baş həkimidir). Xidmət: müalicə-profilaktika, epidemiya əleyhinə və sanitariya-gigiyena tədbirlərini həyata keçirir; tibb dəstələrinin ixtisas hazırlığını təmin edir; zərər çəkmiş, zədələnmə ocağından çıxarılan adamların qəbul edilməsi, yerləşdirilməsi və müalicəsi üçün binaları hazırlayır.
İctimai asayişi mühafizə xidməti – rayon polis şöbəsinin bazası əsasında təşkil olunur (xidmətin rəisi – rayon polis şöbəsinin rəisidir). Xidmətə: dövlət mülkiyyətini və ictimai mülkiyyəti, habelə vətəndaşların şəxsi əmlakını qorumaq; çaxnaşmanın qarşısını almaq; nəqliyyatın hərəkətini təmin etmək; əhalinin müəyyən edilmiş davranış qaydalarını yerinə yetirilməsinə nəzarət etmək həvalə olunur. Xidmət köçürülmə işlərinə, mülki müdafiə siqnalları üzrə əhalinin daldalanmasına yardım göstərir, zədələnmə ocağına buraxılma rejiminin və bakterioloji yoluxma ocağında karantin tədbirlərinin yerinə yetirilməsini təmin edir.
Yanğından mühafizə xidməti – yanğından mühafizə təşkilatlarının bazası əsasında yaradılır (xidmətin rəisi – rayonun yanğından mühafizə şöbəsinin (idarəsinin) rəisi və ya yanğından mühafizə müfəttişidir). Bu xidmətin vəzifələri: yanğınsöndürən dəstələr hazırlamaqdan, yanğına qarşı profilaktika tədbirlərini həyata keçirməkdən, müəssisə, idarə kənd və qəsəbələrin ərazisində su hövzələri tikilməsini təşkil etməkdən ibarətdir. Yanğınlar baş verdikdə onların məhdudlaşdırılması və söndürülməsi üçün xidmət hər cür tədbir görür.
Ərzaq və paltarla təchizat xidməti – rayon istehlak cəmiyyəti və ticarət bazası əsasında yaradılır (xidmətin rəisi rayon istehlak cəmiyyətinin sədridir). Bu xidmət: anbarlarda, ictimai iaşə və ticarət müəssisələrində saxlanan malların zəhərləyici, radioaktiv maddələrdən və bakterioloji vasitələrdən mühafizəsi məsələləri ilə məşğul olur; köçürülən və zərər çəkmiş əhalinin yeməklə təmin olunmasını sahmana salır, onları ən lazımi şeylərlə təchiz edir; həmçinin rayonun mülki müdafiə dəstələrinin şəxsi heyətini yeməklə təmin edir.
Heyvanları və bitkiləri mühafizə xidməti baytarlıq və aqronomiya idarələrinin bazası əsasında təşkil olunur. Xidmət baytarlıq tədbirlərini və heyvanların, kənd təsərrüfatı bitkilərinin, meyvə ağaclarının və meşələrin kütləvi zədələnmə vasitələrindən qorunması üçün tədbirlər həyata keçirir. Kənd təsərrüfatı məhsulları emal edən müəssisələrdə bu xidmət həmçinin su mənbələrinin, taxıl, alaf və başqa kənd təsərrüfatı məhsullarının mühafizəsi üzrə tədbirlər görür. Heyvanları və bitkiləri mühafizə xidməti heyvandarlıq məhsullarının baytarlıq-sanitariya ekspertizasını təşkil edir, kənd təsərrüfatı müəssisələrində su mənbələrinin və ərzaq ehtiyatlarının vəziyyətinə nəzarət edir; tibb xidməti, habelə ərzaq və paltarla təchizat xidməti ilə birlikdə zəhərlənmiş məhsullardan istifadə olunması qaydalarını müəyyənləşdirir.
Hərbiləşməmiş dəstələr . Mülki müdafiə dəstələri əmin-amanlıq dövründə ayrı-ayrı təsərrüfat obyektlərində yaradılır. Dəstələr adamlarla, əşyalarla, texniki və nəqliyyat vasitələri ilə təşkilatın hesabına normalara uyğun olaraq təchiz olunurlar. Hərbiləşməmiş mülki müdafiə dəstələrinə Azərbaycan Respublikasının vətəndaşı olan 18 yaşından 60 yaşadək kişilər, 18 yaşından 55 yaşadək qadınlar cəlb edilirlər. Birinci və ikinci qrup əlillər, hamilə və 8 yaşınadək uşağı olan qadınlar, həmçinin 3 yaşadək uşağı olan orta və ali tibb təhsilli qadınlar dəstələrə cəlb olunmurlar. Mülki müdafiə dəstələri tabeliyinə və məqsədinə görə aşağıdakı növlərə bölünür:
Tabeliyinə görə – ərazi dəstələri və obyekt mülki müdafiə dəstələrinə bölünürlər.
Yerinə yetirdikləri vəzifələrə görə – obyektlərdə ümumi məqsədli mülki müdafiə dəstələri, xidmət dəstələri (xüsusi məqsədli dəstələr), kimyəvi təhlükəli obyektlərdə isə ixtisaslaşdırılmış dəstələr yaradılır.
Ümumi məqsədli dəstələr zədələmə ocağında xilasetmə işləri aparmaq, təbii fəlakətlərin və istehsalat qəzalarının nəticələrini aradan qaldırmaq üçün nəzərdə tutulur.
Yığma komandalar (qruplar), xilasetmə dəstələri (komandaları, qrupları), yığma mexanikləşdirilmiş dəstələr (komandalar) – ümumi məqsədli dəstələr sayılır.
Mülki müdafiə xidmət dəstələri – xüsusi təyinatlı dəstələr kəşfıyyat, tibbi yardım, yanğınsöndürmə, rabitə, dozimetrik və kimyəvi nəzarət və s. məhz xidmət dəstələri sayılır.
Yüksək təhlükəli obyektlərdə (AES, kimyəvi maddələrdən istifadə edən və s.) ixtisaslaşdırılmış dəstələr yaradılır. Hazırlıq dərəcəsinə görə hərbiləşməmiş dəstələrin bir hissəsi yüksək hazırlıqla saxlanılır (6-8 saat), qalan dəstələr isə gündəlik hazırlıqda olurlar (24 saat).
Mövzu 26: Mülki müdafiənin xəbərdarlıq siqnalları. Mülki müdafiənin mühafizə
qurğuları, təyinatı və növləri
Mülki müdafiənin xəbərdarlıq siqnalları. Təhlükə haqqında xəbərlə birlikdə əhalinin davranış qaydalarıbarədə qısa və aydın məsləhətlər,göstərişlər də verilir. Təbii fəlakətlərin,habelə qəzalarının növündən və bu zaman yaranan konkret vəziyyətdən asılı olaraq “Hamının diqqətinə” siqnalından sonra Mülki müdafiə qərargahı tərəfindən elan edilən məlumatların və göstərişlərin məzmunu müxtəlif ola bilər. Müharibə dövründə vəziyyət dəyişir. Düşmən hücumu barədə xəbəri əhaliyə hakimiyyət orqanları verir. Aşağıdakı kimi siqnallar mövcuddur: “Hava həyəcanı”, “Hava həyəcanı sovuşdu”, “Radiasiya təhlükəsi”, “Kimya həyəcanı”.
Hava həyəcanı – zamanı bütün tədris müəssələrində məşğələlər dayandırılır,hamı mühafizə qurğularına gedir.İctimai yerlərə,daldanacaqlarda,yeraltı keçidlərdə,tunellərdən istifadə etmək lazımdır.Kəndlərdə mal – qara tövlələrdə saxlamalı,ailələr daldanacağa getməli,əgər sürülər çöldədirsə,yarğanlardan,mağaralardan istifadə etməli. Hava həyəcanı sovuşdu – siqnalından sonra daldanacaqları tərk etməli və hər kəs öz işini təşkil etməlidir.
Kimya həyəcanı – siqnalı kimya və bakteroloji zəhərlənmə təhlükəsi olduqda verilir. Əhalinin qorunması üçün sanitar drujinalar,mülki müdafiənin qoşunları, polislər və yerli təşkilatlar əvvəlcədən təşlik edilmiş daldanacaqlarla təmkin edirlər. Ailənin rahatlığını təmin etmək üçün əvvəlcədən hər cür şərait qurulur. Əgər təhlükə sovuşduqda radio və ya televizorla əhaliyə çatdırılır.
Radiasiya təhlükəsi – siqnalı ərazidə radiaktiv zəhərlənmə aşkar və ya belə zəhərlənmə 1 saat ərzində gözlənildikdə verilir. Adamlar dərhal respirator,radiaktiv tozdan qoruyan parça və ya pambıqlı tənzif sarğı,əgər bunlar yoxdursa,əleyhiqaz taxılır.Sonrakı davranış qaydaları əhaliyə radio və ya televizorla çatdırılır.
Mülki müdafiənin mühafizə qurğuları, təyinatı və növləri. Müfafizə qurğuları- əhalini nüvə,kimyəvi və bakteroloji silahlardan, habelə nüvə partlayışları zamanı və adi qırğın vasitələri işlədilərkən yarana biləcək əlavə zədələyici amillərdən qorumaq üçün nəzərdə tutulan xüsusi mühəndis tikililərdir. Mühafizə qurğuları aşağıdakı növlərər ayrılır:sığınacaqlar,radiasiya əleyhinə daldalanacaqlar və sadə daldalanacaqlar. İri şəhərlərdə və vacib təsərrüfat obyektlərində fəhlə və qulluqçular üçün sığınacaq hələ sülh dövrlərində təsərrüfat planlarına uyğun şəkildə tikilir.
Sığınacaq – adamları müharibə dövründə KQS – nın zədələyici amillərinin təsirindən mühafizə etmək üçün nəzərdə tutulan mühafizə qurğusuna deyilir. Sığınacaqlar aşağdakı yerli obyektlərdən istifadə oluna bilər:
- yeraltı keçidlər
- lağımlar
- metro stansiyaları
- dağ – mədən yerləri
- mağaralar
- əsas sığınacaqlar
- köməkçi sığınacaqlar
- otaqlar və tibb otaqları
- idarəetmə məntəqələri
- sürücü ventilyasiya sistemi
- ehtiyyat elektirik sistemi
- ərzaq ehtiyyatı üçün otaq
- su ehtiyyatı otağı
- sanitar qovşağı
- giriş dəhlizi
Daldanacaqların tikintisinə əhalinin özü cəlb olunur.Daldanacaqlar 10 -15 nəfərlik,ən çoxu 50 nəfərlik olur. Daldanacaqların hündürlüyü 1,8 m,eni aşağıdan 0,8 m,yuxarıdan 1,1 – 1,2m olmalıdır. Oturmaq üçün hər adama 0,6m enində sahə düzəldilməlidir.Daldanacaqlar bir – birindən 10m olmalıdır.
- tənəffüs üzvlərinin mühafizə vasitələri;
- dəri səthinin qorunması;
- tibbi mühafizə
- süzücü;
- təsiredici
- ümumqoşun əleyhqazlar;
- mülki əleyhqazlar;
- uşaq əleyhqazlar;
- gövdə;
- obtürator;
- birləşdirici boru;
- gözlük;
- nəfəsalma klapanı;
- nəfəsvermə klapanı;
- süzücü-uducu qutu;
- başlıq;
- çanta;
Təsir edici oksigen cihazları – adamın tənəffüs üzvlərini ətrafdakı havadan tamamilə təcrid edir,nəfəs almaq üçün bərpaedici patronlardan alınan,yaxud oksigen balonundan verilən oksigendən istifadə olunur.
Respirator – nəfəs orqanlarını tozdan və zərərli qazlardan qoruyan cihazdır. Sənaye respiratorları – nəfəs orqanlarını havada zərərli maddələr yol verilən yüksək konsentrasiyadan ancaq 10 -15 dəfədən artıq olmadığı hallarda mühafizə edilən cihazdır. Zəhərli maddələr buxarlarından mühafizə üçün respiratorlar yararlı deyil.Böyüklər üçün R-2,RU – 60M,uşaqlar üçün R- 20 növləri mövcuddur. R- 2 respiratorundan radiaktiv maddədən qorunmaq üçün dəfələrlə istifadə etmək və 12 saatadək mühafizə olunmaq mümkündür.Respiratorun çəkisi 50 – 60 qr-dır. Opoliten kisədə saxlanılır. Tənəffüs üzvlərini qorumaq üçün tozdan qoruyan maska PTM -1,pambıq tənzif sarğıdan PTS – dən istifadə olunur.
PTM -1 2 -4 qat parçadan hazırlanır,onun göz yerləri olur ki,şəffaf materialdan,plyonkadan şüşə löhvəciklər salınır.
- xüsusi biçimli və xüsusi kimyəvi maddə pasta məhlulu hopdurulmuş parça kombinezondan;
- kişi alt paltarlarından;
- parça şlemaltlıqdan;
- iki cüt partyankadan(ayağa sarınan parça zolaqlar);
- birinci ölçü – boyu 160 sm-ə qədər;
- ikinci ölçü – boyu 150 – 160 sm-ə qədər;
- üçüncü ölçü – boyu 170 sm-dən artıq.
- mühafizə plaşından;
- mühafizə corablarından;
- mühafizə əlcəklərindən.
- rezinləşdirilmiş parçadan hazırlanmış başlıqlı gödəkçədən;
- corablı şalvardan;
- ilibarmaqlı əlcəklərdən;
- şlemaltlıqdan.
Dəri örtüyünün yardımçı mühafizə vasitələri – Bədənin səthini radioaktiv,kimyəvi və bakterial maddələrlə zəhərlənmədən qorumaq üçün adamların öz adi paltar və ayaqqabılarından yardımçı vasitələr kimi istifadə etməyi bacarması kütləvi qırğın silahlarının törədə biləcəyi tələfatı azaltmaqda böyük əhəmiyyətə malikdir.Adamın bədənini qoruyan yardımçı vasitələr kimi,hər şeydən əvvəl,xüsusi iş paltarlarından – kombinezonlardan,gödəkcə və şalvarlardan,başlıqlı xələtlərdən istifadə etmək olar.
Qış paltarları qalın mahuddan və ya drap parçadan tikilmiş palto digər paltarlarla birlikdə maye – damcı alındakı zəhərləyici maddədən 1 saat qədər,yayda isə 20 dəqiqəyə qədər,pambıq gödəkçə və şalvar – 2 saata qədər quruyur. Üst paltarların digər növləri də – kostyumlar, gödəkçələr, şalvarlar,köynəklər və s.onları müvafiq sürətdə uyğunlaşdırdıqdan sonra bədənin səthini mühafizə edə bilər.Rezin ayaqqabılar maye – damcı halındakı zəhərli maddələri 3 – 6 saat ərzində keçirmir.
Adi paltarlar adətən hermetik olmur.Buna görə də belə paltarlardan bədənin səthini qoruyan vasitələr kimi istifadə edərkən onların hava keçə bilən yerlərini – yaxası,boyun yeri,gödəkçənin ətəkləri,qolların əlçəklə birləşən və şalvarın balaqlarının ayaqqabılarla birləşən yerlərini diqqətlə kipləşdirmək lazımdır ki,bədənin səthi kənar mühütdən təcrid olunsun.Boyunu və başın açıq qalan yerlərini mühafizə etmək üçün qalın parçadan və plyonkadan başlıq tikmək məsləhətdir.
Qadınlar aşlıqlar əvəzinə baş yaylıqları işlədə bilərlər.Bir dəstə paltara və ona əlavə edilən hissələrə məhlul hopdurmaq üçün 2,5 litr məhlul lazımdır.Sintetik yuyucu maddələrdən istifadə etməklə hopdurucu məhlul hazırlamaq üçün 500 q maddəni 40 – 50 0 qızdırılmış 2,5 l suda əridir və bunu 2-3 dəqiqə ərzində aşıq sarı rəngli məhlul alınana qədər qarışdırılır. Pambıqlı paltonu,gödəkcəni və bu cür başqa paltarları hopdurmurlar, bunları hopdurulmuş alt paltarların üstündən geyirlər.
Əgər belə paltarlar hopdurulmamış alt paltarsız geyinilərsə,onda bu paltarların üz hissəsini suda islatmaq lazımdır.Yardımçı vasitələrindən radioaktiv, kimyəvi və ya bakterial maddələrlə zəhərlənmə təhlükəsi yaranarkən istifadə edilməlidir.
Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu
Bu qanun təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının hüquqi, iqtisadi və sosial əsaslarını müəyyənləşdirir, həmin obyektləri istismar edən hüquqi və fiziki şəxslərin bu obyektlərdə baş verə biləcək qəzaların qarşısını almağa və baş vermiş qəzaların nəticələrini aradan qaldırmağa yönələn fəaliyyətini tənzimləyir.
Bu qanunun müddəaları təşkilati-hüquqi və mülkiyyət formalarından asılı olmayaraq, Azərbaycan Respublikası ərazisində təhlükə potensiallı obyektlərin istismarı ilə məşğul olan bütün hüquqi və fiziki şəxslərə şamil edilir.
Maddə 1. Əsas anlayışlar
Bu qanunda istifadə olunan əsas anlayışlar, aşağıdakı mənaları ifadə edir:
obyektlərin texniki təhlükəsizliyi (bundan sonra – texniki təhlükəsizlik) vətəndaşların və cəmiyyətin vacib həyati maraqlarının təhlükə potensiallı obyektlərdə baş verə biləcək qəzalardan müdafiəsinin vəziyyəti;
texniki nəzarət – istehsal obyektlərində işlərin aparılması qaydasını müəyyənləşdirən texniki-normativ sənədlərin və təhlükə potensiallı obyektlərdə fəaliyyət üçün verilmiş xüsusi razılığın tələblərinə əməl olunmasına nəzarət;
qəza – təhlükə potensiallı obyektlərdə istifadə olunan tikililərin və ya texniki qurğuların uçulması, nəzarət edilə bilməyən partlayış və ya təhlükəli maddələrin ətraf mühitə yayılması;
hadisə – təhlükə potensiallı obyektlərdə tətbiq olunan texniki qurğuların dayanması, yaxud nasazlığı, texnoloji rejim prosesindən kənara çıxma, eləcə də istehsal obyektində işlərin aparılması qaydalarını müəyyənləşdirən normativ texniki sənədlərin tələblərinin pozulması;
təhlükəsizlik texnikası – avtomatik nəzarət və tənzimləyici cihazlar, qoruyucu qurğular, müşahidə, xəbərvermə, rabitə vasitələri və təhlükəsizliyi təmin edən digər texniki tədbirlər kompleksi;
uyğunluq sertifikatı – avadanlığın, maşın və mexanizmlərin, dövlət standartına və yaxud digər texniki normativ sənədlərin təhlükəsizlik tələblərinə uyğun gəlməsini müəyyən edən rəsmi şəhadətnamə.
Maddə 2. Təhlükə potensiallı obyektlər
1. Əhali və ətraf mühit üçün təhlükə yaradan (Əlavə 1-də göstərilən) partlayış-yanğın, radioaktiv və ionlaşdırıcı şüa mənbələrinin, zəhərləyici maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab edilir.
2. Təhlükə potensiallı obyektlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
3. Təhlükə potensiallı obyektlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada dövlət reyestrində qeydiyyatdan keçirilir.
Maddə 3. Texniki təhlükəsizlik tələbləri
1. Texniki təhlükəsizlik tələbləri bu qanunla, Azərbaycan Respublikasının digər normativ-hüquqi aktları ilə, habelə texniki-normativ sənədlərlə müəyyənləşdirilən, mövcud qaydada qəbul olunan və texniki təhlükəsizliyi təmin edən şərtlərdən, qadağalardan, məhdudiyyətlərdən və yerinə yetirilməsi məcburi olan digər tələblərdən ibarətdir.
2. Texniki təhlükəsizlik tələbləri dövlət standartlarına, əməyin mühafizəsi qaydalarına, habelə ekoloji və yanğın təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, sənaye və tikinti, sanitar-epidemioloji, əhalinin və ərazinin fövqəladə hallardan müdafiəsi normalarına uyğun olmalıdır.
Maddə 4. Texniki təhlükəsizlik haqqında qanunvericilik
1. Texniki təhlükəsizlik haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu qanundan və digər normativ hüquqi aktlardan ibarətdir.
2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə texniki təhlükəsizlik münasibətlərinin tənzimlənməsi barədə müəyyən olunmuş qaydalar bu qanunda nəzərdə tutulmuş qaydalardan fərqlənərsə, beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.
Maddə 5. Texniki təhlükəsizlik sahəsində dövlət tənzimlənməsi
Texniki təhlükəsizlik sahəsində dövlət tənzimlənməsini qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
Maddə 6. Texniki təhlükəsizlik sahəsində fəaliyyət növlərinə xüsusi razılığın verilməsi
Texniki təhlükəsizlik sahəsində fəaliyyət növlərinə xüsusi razılıq verilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən edilir.
Maddə 7. Təhlükə potensiallı obyektdə istifadə olunan texniki qurğular və avadanlıqlar
1. Təhlükə potensiallı obyektdə istifadə olunan texniki qurğular, maşın və mexanizmlər texniki təhlükəsizlik tələblərinə uyğunluğu baxımından Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada sertifikatlaşdırılır. Təhlükə potensiallı obyektlərdə istifadə olunan və sertifikatlaşdırılmış texniki qurğuların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.
2. Təhlükə potensiallı obyektlərdə istifadə olunan texniki qurğuların sertifikatlaşdırılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.
3. Sertifikatın verilmə qaydaları qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.
4. Təhlükə potensiallı obyektlərdə avadanlıq və texniki qurğulardan istifadənin ümumi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.
5. Təhlükə potensiallı obyektlərdə istifadə olunan avadanlıq və texniki qurğular istismar prosesində müəyyən edilmiş qaydada texniki təhlükəsizlik ekspertizasından keçirilir.
Maddə 8. Təhlükə potensiallı obyektlərin layihələşdirilməsinə, tikintisinə və istismara qəbul edilməsinə texniki təhlükəsizlik tələbləri
1. Təhlükə potensiallı obyektin tikintisinə, genişləndirilməsinə, yenidən qurulmasına, texniki cəhətdən yeniləşdirilməsinə, konservasiyasına və ləğv edilməsinə başlanması barədə qərarın qəbul edilməsinin məcburi şərtlərindən biri layihə sənədləri barədə texniki təhlükəsizlik üzrə müsbət ekspertiza rəyinin olmasıdır.
2. Təhlükə potensiallı obyektin tikintisi, genişləndirilməsi, yenidən qurulması, texniki cəhətdən yeniləşdirilməsi, konservasiyası və ləğv edilməsi prosesində layihə sənədlərindən kənara çıxma hallarına yol verilmir. Layihə sənədlərinə edilən dəyişikliklər müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılır.
3. Təhlükə potensiallı obyektin tikintisi, genişləndirilməsi, yenidən qurulması, texniki cəhətdən yeniləşdirilməsi, konservasiyası və ləğv edilməsi prosesində layihə sənədlərini işləyib hazırlayan təşkilatlar qanunvericiliklə müəyyən edilmiş qaydada müəlliflik nəzarətini həyata keçirirlər.
4. Təhlükə potensiallı obyektlərin istismara qəbulu Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada aparılır.
Təhlükə potensiallı obyektlərin istismara qəbulu zamanı obyektin layihə sənədlərinə uyğunluğu, hüquqi və fiziki şəxslərin təhlükə potensiallı obyektlərin istismarına, habelə qəzaların lokallaşdırılmasına və nəticələrinin ləğv edilməsinə hazırlıqlarının vəziyyəti yoxlanılır.
Maddə 9. Təhlükə potensiallı obyektin istismarına dair texniki təhlükəsizlik tələbləri
Təhlükə potensiallı obyekti istismar edən hüquqi və fiziki şəxslər:
bu qanunun, digər qanunların və normativ hüquqi aktların, eləcə də texniki normativ sənədlərin tələblərinə əməl etməlidir;
təhlükə potensiallı obyektlərdə işçi heyətlərini komplektləşdirərkən onların texniki təhlükəsizlik və ixtisaslaşma tələblərinə, habelə qanunla müəyyənləşdirilmiş digər tələblərə uyğunluğunu və tibbi cəhətdən yararlığını təmin etməlidir;
təhlükə potensiallı obyektdə normativ hüquqi aktlara və işlərin aparılması qaydalarını müəyyənləşdirən normativ texniki sənədlərə malik olmalıdır;
binaların texniki təhlükəsizlik ekspertizasından keçirilməsini təmin etmək, eləcə də təhlükə potensiallı obyektdə istifadə olunan tikili, avadanlıq və texniki qurğuların diaqnostikasını, sınağını və ümumi yoxlanmasını keçirməlidir;
təhlükə potensiallı obyektlərin mühafizəsini təşkil etməli və təhlükəli maddələrin saxlanmasına dair texniki təhlükəsizlik tələblərinə riayət etməlidir;
texniki təhlükəsizlik bəyannaməsi hazırlamaq, təhlükə potensiallı obyektlərin istismarı zamanı dəymiş zərərə görə məsuliyyətin məcburi sığortalanması barədə müqavilə bağlamalıdır;
təhlükə potensiallı obyektin istismarına dair xüsusi razılığa malik olmalıdır;
partlayıcı və radioaktiv maddələrin, partlayıcı materialların və ionlaşdırıcı şüa mənbələrinin uçotunun aparılmasını, onların texniki normativ sənədlərin tələblərinə uyğun qaydada saxlanmasını, işlədilməsini və təhlükəsiz istifadə olunmasını təmin etməlidir;
müvafiq icra hakimiyyəti orqanlarının təlimat, sərəncam və göstərişlərinə əməl etməlidir.
Maddə 10. Təhlükə potensiallı obyektdə işləyənlərin vəzifələri
Təhlükə potensiallı obyektdə işləyənlərin vəzifələri aşağıdakılardır:
təhlükə potensiallı obyektlərdə işlərin aparılması, habelə qəza və hadisə şəraitində fəaliyyət qaydalarını müəyyənləşdirən texniki-normativ sənədlərin tələblərinə əməl etmək;
ildə bir dəfədən az olmamaq şərti ilə tibbi müayinədən və attestasiyadan keçmək;
təhlükə potensiallı obyektdə baş verən qəza və hadisə zamanı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada işi dayandırmaq, qəza və ya hadisə barədə dərhal rəhbərliyə, yaxud digər vəzifəli şəxsə məlumat vermək.
Maddə 11. Hüquqi və fiziki şəxslərin qəzaların lokallaşdırılması və nəticələrinin ləğv edilməsinə yönəlmiş fəaliyyətinə tələblər
Təhlükə potensiallı obyektləri istismar edən hüquqi və fiziki şəxslər obyektlərdə baş verə biləcək qəzaların qarşısını almaq və baş vermiş qəzaların nəticələrini aradan qaldırmaq məqsədilə:
– sistemli tədbirlər hazırlayır və həyata keçirir;
– işçi heyətinin qəza və hadisələrə hazırlığını vaxtaşırı təkmilləşdirir, onları attestasiyadan keçirir;
– baş verə biləcək qəzaları qabaqcadan müəyyənləşdirmək və qarşısını almaq məqsədi ilə sistemli nəzarət təşkil edir;
– qəza və hadisə baş verdikdə istismarı dərhal dayandırır;
– peşəkar qəza-xilasetmə xidmətləri, yaxud peşəkar qəza-xilasetmə hissələri ilə müqavilələr bağlayır;
– qəzaların lokallaşdırılması və nəticələrinin ləğv edilməsi məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq maliyyə vəsaitinin və maddi-texniki vasitələrin ehtiyatını yaradır;
– bu Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından, habelə qəza şəraitində fəaliyyət qaydalarını müəyyənləşdirən texniki-normativ sənədlərdən irəli gələn digər vəzifələri yerinə yetirir.
Maddə 12. Texniki təhlükəsizlik tələblərinə riayət olunmasına daxili nəzarət
1. Təhlükə potensiallı obyekti istismar edən hüquqi və fiziki şəxslər texniki təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə uyğun təşkil etməli və həyata keçirməlidir.
2. Texniki təhlükəsizlik tələblərinə riayət olunmasına istehsal nəzarətinin təşkili və onun həyata keçirilməsi səlahiyyəti verilmiş işçilər barəsində məlumat müvafiq icra hakimiyyəti orqanına təqdim edilməlidir.
Maddə 13. Qəza səbəblərinin texniki təhqiqatı
1. Təhlükə potensiallı obyektdə baş vermiş hər bir qəza faktı üzrə müvafiq icra hakimiyyəti orqanının təşkil etdiyi xüsusi komissiya tərəfindən texniki təhqiqat aparılır.
2. Xüsusi komissiya təhlükə potensiallı obyektin yerləşdiyi yerli özünü idarəetmə orqanlarının, obyektin istismarını həyata keçirən hüquqi və fiziki şəxslərin, habelə layihə, elmi-tədqiqat institutlarının, tikinti-quraşdırma, ekspertiza, texniki təhlükəsizlik, sığorta və sair təşkilatların nümayəndələrini təhqiqat işinə cəlb edə bilər.
3. Təhlükə potensiallı obyekti istismar edən hüquqi və fiziki şəxslər qəza səbəblərinin texniki təhqiqatı üzrə komissiyaya öz səlahiyyətlərini həyata keçirmək üçün müvafiq məlumat və sənədləri təqdim etməlidir.
4. Qəza səbəblərinin texniki təhqiqatının nəticələri barədə akt tərtib edilir. Həmin aktda qəzanın səbəbləri və şəraiti, dəyən ziyanın həcmi, texniki təhlükəsizlik tələblərinin pozulması halları, həmçinin qəza nəticələrinin lokallaşdırılması və ləğv edilməsi üzrə görülmüş tədbirlər göstərilir.
5. Qəzanın səbəbləri üzrə texniki təhqiqat xərcləri qəza baş vermiş obyekti istismar edən hüquqi və ya fiziki şəxs tərəfindən maliyyələşdirilir.
Maddə 14. Texniki təhlükəsizlik ekspertizası
1. Texniki təhlükəsizlik ekspertizası aşağıdakılara şamil olunur:
təhlükə potensiallı obyektin tikintisi, genişləndirilməsi, yenidən qurulması, texniki cəhətdən yeniləşməsi, konservasiyası və ləğvinə dair layihə sənədlərinə;
təhlükə potensiallı obyektdə istifadə olunan avadanlıq və texniki qurğulara;
təhlükə potensiallı obyektdəki bina və tikililərə;
texniki təhlükəsizlik bəyannaməsi və təhlükə potensiallı obyektin istismarı ilə bağlı olan digər sənədlərə.
2. Texniki təhlükəsizlik ekspertizası obyekti istismar edən hüquqi və ya fiziki şəxsin hesabına bu ekspertizanı aparmağa xüsusi razılığı olan təşkilat tərəfindən həyata keçirilir.
3. Texniki təhlükəsizlik ekspertizasını həyata keçirən təşkilat ekspertizanın nəticəsi barədə rəy verir.
4. Müvafiq icra hakimiyyəti orqanına təqdim edilmiş rəy həmin orqan tərəfindən müəyyən edilmiş qaydada nəzərdən keçirilir və təsdiq edilir.
5. Texniki təhlükəsizlik ekspertizası, digər ekspertizaların həyata keçirilməsi ilə eyni vaxtda həyata keçirilə bilər.
6. Texniki təhlükəsizlik ekspertizasının keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Maddə 15. Texniki təhlükəsizlik bəyannaməsi
1. Texniki təhlükəsizlik bəyannaməsində:
– qəza və onunla bağlı təhlükənin hərtərəfli qiymətləndirilməsi;
– qəzanın baş verməməsi üçün görülən tədbirlərin kifayətləndirici olub-olmaması barədə təhlil;
– hüquqi şəxslərin təhlükə potensiallı obyektlərin istismarına, habelə qəzanın lokallaşdırılması və nəticələrinin ləğv edilməsinə hazırlığının təmin edilməsi;
– qəzanın nəticələrini və dəymiş ziyanın miqyasını azaltmağa yönəldilmiş tədbirlərin işlənib hazırlanması öz əksini tapır.
Texniki təhlükəsizlik bəyannaməsində göstərilən məlumatların siyahısı və onların tərtib olunma qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanır.
2. Təhlükə potensiallı obyektlərə bu Qanuna Əlavə 2-də göstərilən miqdarda maddələr və ionlaşdırıcı şüa mənbələrinin alınması, istifadə olunması, emalı, saxlanması, nəqli, ləğvi üzrə hər biri ayrıca olmaqla texniki təhlükəsizlik bəyannaməsinin işlənib hazırlanması məcburidir.
3. Təhlükə potensiallı obyekti istismar edən hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanına texniki təhlükəsizliyin vəziyyəti barədə bəyannamə təqdim etməlidirlər.
4. Texniki təhlükəsizlik bəyannaməsi təhlükə potensiallı obyektlərin tikintisi, genişləndirilməsi, yenidən qurulması, texniki cəhətdən yeniləşdirilməsi, konservasiyası və ləğvinə dair layihə sənədləri əsasında hazırlanır və obyekti istismar edən hüquqi və ya fiziki şəxs tərəfindən təsdiq olunur.
Təhlükə potensiallı obyekti istismar edən hüquqi və ya fiziki şəxs bəyannamədə göstərilən məlumatların tam və dəqiq olmasına görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.
5. Hüquqi və ya fiziki şəxs təhlükə potensiallı obyektin istismarı ilə bağlı xüsusi razılıq almaq üçün müraciət etdikdə, yaxud bəyannamədə göstərilən məlumatlar və ya texniki təhlükəsizliyə dair tələblər dəyişdikdə texniki təhlükəsizlik bəyannaməsi dəqiqləşdirilir və ya yenidən işlənib hazırlanır.
6. Texniki təhlükəsizlik bəyannaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada müvafiq dövlət və yerli özünü idarəetmə orqanlarına təqdim edilir.
7. Texniki təhlükəsizlik bəyannaməsi qanunvericiliyə uyğun olaraq texniki təhlükəsizlik ekspertizasından keçməlidir.
Maddə 16. Təhlükə potensiallı obyektləri istismar edən hüquqi və fiziki şəxslərin məsuliyyətinin icbari sığortası
Təhlükə potensiallı obyektləri istismar edən hüquqi və fiziki şəxslərin həmin obyektlərdə baş verə biləcək qəza nəticəsində digər şəxslərin həyatına, sağlamlığına, yaxud əmlakına və ətraf mühitə dəyən zərərə görə məsuliyyəti icbari qaydada sığortalanır. Sığortanın qaydası və şərtləri qanunla müəyyən edilir.
Maddə 17. Təhlükə potensiallı obyektlərə dövlət nəzarəti
1. Təhlükə potensiallı obyektlərə dövlət nəzarəti həmin obyektlərin istismarının texniki təhlükəsizlik tələblərinə uyğunluğunu yoxlamaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil olunur və həyata keçirilir.
2. Dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri aşağıdakı səlahiyyətlərə malikdirlər:
– təhlükə potensiallı obyektlərə sərbəst daxil olmaq;
– təhlükə potensiallı obyektlərin istismarı ilə bağlı sənədlərlə tanış olmaq;
– təhlükə potensiallı obyektləri istismar edən hüquqi və fiziki şəxslərə müvafiq fəaliyyət növünün həyata keçirilməsi üçün verilmiş xüsusi razılıq şərtlərinin yerinə yetirilməsini yoxlamaq;
– təhlükə potensiallı obyektlərdə baş verən qəzaların texniki təhqiqatının aparılmasının düzgünlüyünü, habelə bu təhqiqatlar nəticəsində görülmüş tədbirlərin kifayətləndirici olub-olmamasını araşdırmaq;
– yoxlama nəticəsində aşkar olunmuş pozuntuları aradan qaldırmaq üçün hüquqi və fiziki şəxslərə yazılı sərəncam vermək;
– texniki təhlükəsizlik sahəsində, o cümlədən obyektdə bina və tikintilərin, təhlükə potensiallı obyektdə tətbiq olunan texniki qurğuların texniki təhlükəsizlik ekspertizasının həyata keçirilməsinin zərurəti barədə öz səlahiyyətləri çərçivəsində göstərişlər vermək;
– texniki təhlükəsizlik tələblərinin pozulmasında təqsirkar olan şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada inzibati məsuliyyətə cəlb etmək, həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələri üçün toplanmış materialları hüquq-mühafizə orqanlarına göndərmək;
– təhlükə potensiallı obyektlərin mütəxəssislərinin və vəzifəli şəxslərinin ixtisaslarının təkmilləşdirilməsini tələb etmək;
– hüquqi və fiziki şəxsə verilmiş xüsusi razılıq fəaliyyətinin məhdudlaşdırılması, yaxud dayandırılması, habelə texniki təhlükəsizlik tələbləri kobud şəkildə pozulduqda xüsusi razılığın fəaliyyətinə xitam verilməsi barədə qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
– başqa şəxslərin həyatına, sağlamlığına, əmlakına dəyən zərərin ödənilməsi barədə məhkəmədə iddia ilə çıxış etmək;
– bu Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından irəli gələn səlahiyyətləri yerinə yetirmək.
Maddə 18. Texniki təhlükəsizlik sahəsində mübahisələrin həlli qaydası
Texniki təhlükəsizlik sahəsində mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll olunur.
Maddə 19. Texniki təhlükəsizlik sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyət
Bu Qanunun pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Qəza-xilasetmə işlərində xüsusi texniki vasitələr-növləri istifadə qaydalari
Fövqəladə Hallarda fərdi Mühafizə vasitələrindən istifadə Qaydaları və əhalinin, fəhlə və qulluqçuların Təchizat prinsipləri Əhalinin mühafizə qurğularında daldalanması,təhlükəli sahələrdən köçürülməsi ilə yanaşı,adamların fərdi mühafizə vasitələrindən vaxtında və düzgün istifadə etməsi də çox vacib əhəmiyyətə malikdir. Mühafizə vasitələrindən istifadə edilməsi lüzumu onunla izah edilir ki, nüvə silahı,kimyəvi və ya bakteroloji silah işlədilərkən əhali, o cümlədən mülki müdafiə dəstələrinin şəxsə heyyəti müəyyən müddət radioaktiv maddələr,zəhərləyici maddələr yaxud bakteroloji vasitələrlə zəhərlənmiş sahələrdə qalmalı, ya da burada xilas etmə işləri aparılmalıdır. Fərdi mühafizə vasitələri bunlardan ibarətdir: tənəffüs üzvlərinin mühafizə vasitələri; dəri səthinin mühafizə vasitələri; tibbi mühafizə vasitələri. Tənəffüz üzvlərinin mühafizə vasitələrinə əleyhqazlar, respiratorlar,əhalinin özü tərəfindən hazırlanan sadə vasitələr aiddir. Müasir əleyhqazlar insanın tənəffüz üzvlərini və gözlərini havadakı zəhərləyici maddələrin ( buxar, duman, qaz, tüstü, ZM damcılarının ), radioaktiv maddələrin təsirindən, həmçinin aerozol halındakı yoluxdurucu patogen mikroorqanizm və toksinlərdən mühafizə etmək üçün kifayət dərəcədə yüksək qoruyucu vasitələrə və istismar göstəricilərinə malikdir . Əleyhqazların təsiredici və süzücü növləri olur. Süzücü əleyhqazlar ( ümumqoşun, mülki, uşaqəleyhqazları) daha geniş yayılmışdır. Onların işi içərisində fəallaşdırılmış kömür ( katalizatorlar ) və aerozol əleyhinə süzgəclər olan süzücü uducu qutunun daxili qatlarından keçərək zəhərli havanın süzülüb təmizlənməsi prosessinə əsaslanır. Süzücü uducu qutunun qatları dəm qazını udub saxlaya bilmir , buna görə də tənəffüz üzvlərinin dəm qazından mühafizəsinin təmin edilməsi üçün xüsusi ( hopkalit ) patrondan istifadə olunur. Hazırda respublikamızın MM sistemində yaşlı əhalinin mühafizəsi üçün QP-5, QP-5M, QP-7 tipli əleyhqazlardan istifadə etmək olar. Respirator da həmçinin nəfəs orqanlarını tozdan və zərərli qazlardan qoruyan cihazdır. Məsələn,havasında çoxlu zərərli toz olan zavodların işçiləri, eləcə də tarlalarda bitki mühafizəsi üçün kimyəvi maddələr tətbiq edən mexanizatorlar üzlərinə sənaye respiratoru taxırlar. Respiratorlar suyadavamlı mastika vasitəsilə markalanmışdır: respiratorun ölçüsü – yarımmaskanın daxili səthində, yaxud burun sıxacağının səthində, məmulatın adı, onu hazırlayan müəssisənin şərti işarəsi və hazırlama ilinin sonuncu iki rəqəmi – elastik qaytanın səthində göstərilmişdir. Respiratorun ölçüsü həmçinin onun sənədində göstərilir. F.H zamanı zədələnmiş əhalinin profilaktikası və ona tibii yardım göstərmək üçün nəzərdə tutulmuşdur. Bu vasitələrin köməyilə zəhərlənmənin köməyi ilə zəhərlənmənin qarşısını almaq, yaxud onu xeyli dərəcədə zəiflətmək, bir sıra zədələyici amillərin (ionlaşdırıcı şüalanma, güclü zəhərlər, bakterial vasitələr) təsirinə qarşı orqanizmin dayanıqlığını artırmaq mümkündür. Bunlara radioprotektorlar, antidotlar ( zəhər əleyhinə dərman ) və bakteriya əleyhinə maddələr, habelə qismən sanitariya tənzimlənməsi vasitələri aid edilir. Dərinin mühafizə vasitələri bədənin açıq sahələrini, paltar və ya ayaqqabıları onların səthinə zəhərli maddə damcıları, yoluxucu xəstəlik törədiciləri,radioaktiv toz düşməsindən,həmçinin qismən də işıq şüalanmasının təsirindən mühafizə etmək üçün nəzərdə tutulmuşdur. Bunlar tabel vasitələrinə ( ümumqoşun mühafizə komplekti-ÜMK, yüngül mühafizə kostyumu-L1 ) və əlaltı vasitələrə məişət paltarlarının ünsürləri) ayrılır. Mühafizə prinsipinə görə tabel vasitələrinin süzücü (havakeçirən) və təcridedici (havakeçirməyən) növləri olur. Mühafizə tədbirlərinin diferensial surətdə yerinə yetirilməsi o deməkdir ki, bu tədbirlərin xarakteri və həcmi şəhərlərin və təsərrüfat obyektlərinin siyasi, iqtisadi və hərbi əhəmiyyətindən, həmçinin yerli şəraitdən asılı olaraq müəyyən edilməlidir. Əhalinin fövqəladə hallarda mühafizəsi üçün aşağıdakı tədbirlər daha vacib əhəmiyyətə malikdir: əhalini fərdi mühafizə vasitələri ilə təmin edilməsi; etibarlı xəbərdarlıq sisteminin yaradılması; mühafizə üsullarının əhaliyə ümumi və icbari surətdə öyrədilməsi; ərzaq və suyun radioaktiv, kimyəvi və bakterial vasitələrdən mühafizəsinin təmin edilməsi; rejimli tədbirlərin,sanitariya-gigiyena tədbirlərinin və radiasiya əleyhinə tədbirlərin həyata keçirilməsi; kambinasiya üsulu ilə köçürmə tədbirlərinin planlaşdırılması və vaxtında yerinə yetirilməsi,köçürülən əhalini qəbul etmək və yerləşdirmək üçün şəhərdənkənar zonanın hazırlanması. Fövqəladə hadisələr zamanı əhalinin mühafizəsinin əsas üsulları müdafiə qurğularında daldalanmaq, fərdi mühafizə vasitələrindən istifadə etmək,iri və təhlükəli sahələrdən təhlükəsiz zonaya köçürülməkdən ibarətdir.
Комментарии 0
Новые комментарии
Для того чтобы оставить комментарий, войдите или зарегистрируйтесь
Сервисы VK
добавлена 9 февраля в 08:27
İlməkçinin vəzifə təlimatları kimdə varsa at bilər zəhmət olmasa
добавлена 4 февраля в 11:25
TikTok’ta SƏTƏM GROUP (@hse_support) |750 Beğeni.835 Takipçi.təhlükəsizliyini fikirləş, təhlükəsiz işlə.SƏTƏM GROUP (@hse_support) adlı kullanıcıdan en yeni videoyu izleyin.
добавлена 9 апреля 2022 в 19:44
Salam, keyfiyyətə nəzarət üzrə mütəxəssisin peşə təlimatı ve ya buna oxşar bir təlimati tapmaqda kömək ede bilersiz ?
Comments are closed, but trackbacks and pingbacks are open.